Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1177/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Qobustan rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Cəyirli Ərazi Dairəsi, Cəyirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2024-cü il saat 15 radələrində ünvan 1 ünvanında hələ də birlikdə yaşadığı keçmiş arvadı X2 ona digər qadınla ünsiyyət saxlaması, habelə nigahlarına xitam verilməsi ilə bağlı iradlar bildirməsindən əsəbiləşib həmin səbəbdən aralarında şəxsi münasibətlər, qısqanclıq zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Ayna Qasımovanın üzərinə hücum edib qəsdən əl və ayaq zərbələri ilə sonuncunun sifət, baş, əl, qol, bel və ayaq nahiyələrinə ardıcıl zərbələr vuraraq və əlləri ilə boğaz nahiyəsindən tutub sıxaraq Ayna Qasımovanın üz nahiyəsində asimmetriya ilə müşahidə olunan sol almacıq və sol yanaq nahiyəsini əhatə edən, eləcə də sol əl barmaqlarında hərəkət məhdudluğu ilə nəticələnən sol əlin arxa-bayır səthinin və sol əlin İV-V barmaqlarının qançır-şişkinlik halında yumşaq toxumaların əziyi, sol gözaltı, sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol said nahiyəsinin aşağı 1/3-nin qançırları, bel nahiyəsinin sol yarsının sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətəpozulmasına səbəb olan xəsarətlər yetirib Ayna Qasımovanın sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 azyaşlı övladı var. Eyni zamanda 2020-ci ildən X3 ilə də qeyri-rəsmi ərarvad münasibətində yaşamaqla həmin münasibətdən də bir azyaşlı övladı var. Zəhra ilə olan münasibətindən bütün ailə üzvlərinin, o cümlədən Aynanın da məlumatları olmuşdur. 2020-ci ildə "xxxx" MMC onun barəsində mülki qaydada məhkəməyə müraciət etmiş, əmlakları arvadı Aynanın adına rəsmiləşdirildiyi üçün həmin ərəfələrdə Aynanın öz razılığı ilə nigahın pozulması barədə Abşeron rayon məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsi ilə nigahları pozulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində evə gələndən sonra Ayna onunla mübahisə edib onun məlumatı olmadan nigahın pozulmasını iradla bildirmiş, o da Aynaya izah etmişdir ki, bu barədə mülki mübahisə yaranan zaman ona bildirmişdir. Həmçinin Ayna qeyri-rəsmi yaşadığı Zəhradan ayrılmağını tələb etmiş, bu səbəbdən qısqanclıq zəminində aralarında mübahisə yaranmışdır. Ayna ona kobud cavab qaytardığı üçün əsəbiləşib onun boğazından sıxmış, əli ilə başına və sifətinə bir neçə zərbə vurduqdan sonra evdən çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından üç azyaşlı övladı var. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, Nicat ondan xəbərsiz Zəhra adlı şəxslə qeyri-rəsmi münasibətdə olmaqla, həmin münasibətdən bir qız övladı da var. Nicat həmin gün evə gəlmədiyi üçün xx.xx.2024-cüil tarixdə ona zəng edib başqa bir qadınla münasibətdə olduğunu, hətta həmin qadından övladının da, olmasından xəbəri olduğunu bildirmiş, həmin gün saat 15 radələrində Nicat yaşadıqları evə gələndən sonra ona iradını bildirib 3 övladı olduğu halda başqa qadınla ailə həyatı qurduğuna görəonun ünvanlna kobud qaydada söz demiş, həmin vaxtı aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı Nicat onun üzərinə gələrək əl və təpik zərbələri ilə onun sifətinə, başına, qollarına, belinə, ayaqlarına vəbədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq onu döymüş, əli ilə boğazından tutub sıxmışdır. Yanında olan azyaşlı uşaqları qışqırıb ağladığına görə Nicat onu buraxaraq evdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə o Bakışəhəri Nizami rayonunda yerləşən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat idarəsinə yaxınlaşmış və nikah şəhadətnaməsinin surətini istəyərkən həmin vaxtı ona məlum olmuşdur ki, 2022-ci ildə onun xəbəri olmadan Nicatın istəyi ilə nigahları pozulmuşdur. Həmin mübahisə və dava-dalaş təxminən 4-5 dəqiqə davam etmiş, həmin zaman evdə az yaşlı övladları olmuş, yanlarında kənar şəxs olmamış, hadisə zamanı Nicata xəsarət yetirməmiş və onu vurmamış, ona hər hansı formada maddi ziyan dəyməmişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2449 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X2 məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – üz nahiyəsində asimmetriya ilə müşahidə olunan sol almacıq və sol yanaq nahiyəsini əhatə edən, eləcə də sol əl barmaqlarında hərəkət məhdudluğu ilə nəticələnən sol əlin arxa-bayır səthinin və sol əlin İV-V barmaqlarının qançır-şişkinlik halında yumşaq toxumalarınəziyi, sol gözaltı, sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol said nahiyəsinin aşağı1/3-nin qançırları, bel nahiyəsinin sol yarsının sıyrıqlarıküt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdəinsan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X4 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1177/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1177/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver