Məhkəmə qərarları › İş №1(012)-118/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-118/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-118/2020 18.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevirşəhərindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllərməhkum olunmuş,məhkumluğuödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğulolan, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olmaqla, həminünvandayaşamış, barəsində «həbs» növündəqətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələriilətəqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Abşeron rayonu Müşfiqabad qəsəbəsi 28 may yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evin həyətinə hasardan aşaraq, əvvəlcədən özü ilə götürdüyü qaz açarı ilə evin mətbəx otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə həmin pəncərədən evə qanunsuz daxil olaraq evin yataq otağında olan paltar dolabından Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dollarını, 4000 manat məbləğində nağd pulunu və şüşə bankanın içərisində 50 qəpiklərdən ibarət 400 manat məbləğində nağd pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində maddi ziyan vurmuş, daha sonra həmin dolabdan sonuncunun bacısı Zərərçəkmiş şəxs1 məxsus 800 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd qızıl dəstini, 400 manat dəyərində brilliyant qaşları olan 01 ədəd qızıl üzüyü, 270 manat dəyərində brilliyant qaşları olan 01 ədəd qızıl üzüyü, 400 manat dəyərində üzərində kulon olan 01 ədəd qızıl boyunbağını, 200 manat dəyərində 01 ədəd uşaq üçün olan qızıl qolbağı, 200 manat dəyərində qırmızı qaşı olan bir cüt qızıl sırğanı və 400 manat dəyərində olan bir cüt qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2670 (iki min altı yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxslərə ümumilikdə 7410 (yeddi min dörd yüz on) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə o, Mingəçevir şəhərində yerləşən aptekdən bint alıbmış ki, sol əlinin barmaqları üzərində olan «totu» döyməsini bağlasın ki, oğurluğa gedən zaman həmin döyməni görən olmasın. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Mingəçevir şəhərində avtobusa minib Bakı şəhərinə gəlmişdir. Daha sonra Bakı Beynalxalq avtovağzalından avtobusla Abşeron rayonu Müşfiqabad qəsəbəsinə getmişdir. Müşfiqabad qəsəbəsində binaların yaxınlığında düşüb piyada həyət evlərinin yerləşdiyi tərəfə getmişdir. Evlərin arasında küçədə özü ilə əvvəlcədən gətirdiyi bintlə sol əlini sarıyaraq küçə ilə gəzməyə başlamışdır. Həmin vaxtı orada yerləşən evin darvazasının çöl tərəfdən açarla bağlı olduğu görmüşdür. Həmin darvazaya yaxınlaşıb, darvazanı döymüş, lakin cavab verən olmadığından, o, darvazanın üzərindən həyətə daxil olmuşdur. Evin giriş qapısını yoxlayan zaman qapı bağlı olmuşdur. Daha sonra o, əvvəlcədən özü ilə götürdüyü qaz açarı ilə evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındıraraq, pəncərədən içəri daxil olmuşdur. Evin yataq otağında olan paltar dolabının qapısını açıb yoxlamaq istəyən zaman həmin qapı yerindən çıxmışdır. Həmin dolabın içərisində şüşə qabda 50 qəpiklərdən ibarət pulları götürüb cibinə qoymuşdur. Daha sonra dolabın içərsində olan çemodanları axtarmağa başlamış, lakin dəyərli bir şey tapmamışdır. Dolabda olan mələfəni çəkən zaman arasından 340 manat məbləğində nağd pulu götürmüşdür. Bundan başqa o, həmin dolabdan bir ədəd köhnə paslanmış idman tapançası da görüb götürmüşdür. Daha sonra digər otaqları da axtarmağa başlamış, lakin bir şey tapa bilmədiyindən, evə girdiyi yerdən çıxıb həmin ərazini tərk etmişdir. Oğurluq hadisəsini törədəndən sonra o, Mingəçevir şəhərinə qayıtmış və oğurladığı tapança yararsız olduğundan tapançanı Kür çayına tullamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təxminən 2008-ci ildən Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May yaşayış massivində fərdi yaşayış evində yaşayr. Qızı X3, atası X4 və anası X5 da onunla birlikdə yaşayırlar. Onun yaşadığı ev 2 yataq otağı, 1 qonaq otağı və mətbəxdən ibarətdir. xx xxxxxx 2019-cu il tarixdə atası Qəribov Gülqardaş Tapdıq oğlu ilə birlikdə Şamaxı rayonuna getmişlər. Evdə anası Təhminə Qəribova və qızı Leyla Niftalıyeva qalmışlar. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13 radələrində bacısının əri X7 ona zəng vurub yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Ariz ona məlumat verdikdən 1 saat sonra o, evinə qayıtmışdır. Evə gəlib baxan zaman yataq otağında dolabda yataq dəstlərinin arasında kağıza bükülmüş içərisində 4000 manat və 200 ABŞ dollarından ibarət pulun, həmin dolabda şüşə bankanın içərisində 50 qəpiklərdən ibarət 400 manat nağd pulun və bacısı Zərərçəkmiş şəxs1ı qızına məxsus 1 ədəd 800 manat dəyərində boyunbağı və qolbağdan ibarət qızıl dəstinin, 1 ədəd 400 manat dəyərində brilliyant qaşları olan qızıl üzüyün, 1 ədəd 270 manat dəyərində brilliyant qaşları olan qızıl üzüyün, 1 ədəd 400 manat dəyərində üzərində kulon olan qızıl boyunbağının, 1 ədəd 200 manat dəyərində uşaq qolbağının, 1 cüt 200 manat dəyərində qırmızı qaşlı qızıl sırğanın, 1 cüt 400 manat dəyərində qızıl sırğanın oğurlandığını aşkar etmişdir. O, evdə quraşdırılmış kameraya baxan zaman bir nəfər şəxsin həyətin giriş darvazasının üzərindən həyətə keçib oradan da evə daxil olduğunu görmüşdür. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona və digər zərərçəkmiş şəxs olan bacısı Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də vurulmuş maddi ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə bacısı Tacirə atası X4 ilə birlikdə Şamaxı rayonuna getmişlər. O, isə əri X7 ilə birlikdə valideynlərinin evinə qonaq gəlmişlər. xx xxxxxx 2019-cu il tarixdə 08 radələrində onlar hamılıqla, yəni anası və həyat yoldaşı Ariz Bakı şəhərinə xəstəxanaya getmişlər və təxminən saat 12:30 radələrində evə qayıtmışlar. O, evin qapısını açmaq istəsə də qapını aça bilməmiş, sonradan ona məlum olmuşdur ki, evin qapısı açıq vəziyyətində olmuşdur. Qapını açıb içəri daxil olan zaman evin mətbəx otağının pəncərəsinin də açıq vəziyyətdə olduğunu görmüşlər. Evə girib baxış keçirən zaman evin yataq otağında dolabda yataq dəstlərinin arasında bacısı Tacirəyə məxsus kağıza bükülmüş içərisində 4000 manat və 200 ABŞ dollarından ibarət nağd pulun, həmin dolabda şüşə bankanın içərisində 50 qəpiklərdən ibarət 400 manat nağd pulun və onun özünə məxsus 1 ədəd 800 manat dəyərində boyunbağı və qolbağdan ibarət qızıl dəstinin, 1 ədəd 400 manat dəyərində brilliyant qaşları olan qızıl üzüyün, 1 ədəd 270 manat dəyərində brilliyant qaşları olan qızıl üzüyün, 1 ədəd 400 manat dəyərində üzərində kulon olan qızıl boyunbağının, 1 ədəd 200 manat dəyərində uşaq qolbağının, 1 cüt 200 manat dəyərində qırmızı qaşı olan qızıl sırğanın və 1 cüt 400 manat dəyərində digər qızıl sırğanın oğurlandığını aşkar etmişlər. Onlar evdə quraşdırdıqları kameraya baxan zaman bir nəfər şəxsin həyətin giriş darvazasının üzərindən həyətə keçib oradan da evə daxil olduğunu görmüşlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2670 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Müşfiqabaq qəsəbəsi, 28 may yaşayış massivində yerləşən fərdi yaşayış evindən oğurlanmış qızıl-zinyət əşyaların orta bazar qiyməti : - 01 ədəd boyunbağı və qolbaqdan ibarət qızıl dəsti 800 manat - 01 ədəd briliant qaşları olan qızıl üzük 400 manat - 01 ədəd briliant qaşları olan qızıl üzük 270 manat - 01 ədəd üzərində kulon olan qızıl boyunbağı 400 manat - 01 ədəd qızıl uşaq qolbağısı 200 manat - 01 cüt qırmızı qaşı olan qızıl sırğa 200 manat - 01 cüt qızıl sırğa 400 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən aparılmış məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2019-cu il tarixli 19/365R nömrəli rəyindən görünür ki: xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 may yaşayış massivində yerləşən vət. Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd yapışqanlı lent və 01 ədəd daktiloplyonkakəsiklərinin üzərində olan 01 ədəd ovuc və 03 ədəd əl-barmaq izi şəxsiyyətin yeniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 02 ədədi xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və adsız barmağlarının əksləri ilə eynilik təşkil etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc və 01 ədəd əl-barmaq izinin DİN-in KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əlbarmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunan cəzanın onun ailəsinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2017-ci il təvəllüdlü Cahandar adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq haqqında xx xxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-958/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, qəti olaraq 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2013-cü il tarixdən hesablanmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-958/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanunu tətbiq edilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.3.2ci maddəsi 180.2.5-ci maddəsinə tövsif edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-958/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5 və 180.2.3-cü maddələrinə tövsif edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-958/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş və Təqsirləndirilən şəxs cəzası 06 ilə endirilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-958/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli hökmü üzrə xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsi ilə müəyyən edilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-958/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(012)-238/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqlarının olmasını izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli həbsə alındığı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqlarının olmasını izah edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar