Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-118/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq «Fiat Doblo» markalı ** TU *** dövlət nömrə nişanlı avtomobilini sərxoş vəziyyətdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində “Saray petrol” yanacaqdoldurma məntəqəsi istiqamətindən idarə edərək Kamal Axundov küçəsinə dönən anda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməmiş, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş və küçənin girişində yolun sağ kənarında oturmuş piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs travmatikherorragik şokla müşayiət olunan sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən qəlpəli sınıqları, simfizin travmatik qopması, sol qasıq oturaq, qalça sümüklərinin sağ sirkə kasasının dibinin sınığı, hər iki xayanın travmatik hematoması ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərini ehtiyyatsızlıqdan yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18.06.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan usta kimi tanıdığı Zərərçəkmiş şəxs zəng edərək Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evin qarşısında yerləşən kafesində yarımçıq qalmış təmir işlərini başa çatdırmağı barədə danışmağı xahiş etmiş, həmçinin həmin vaxt Cahangirə bildirmişdir ki, yaşadığı evin yaxınlığındakı “Vedi” kafesinin qarşısına gəlsin və o da idarə etdiyi avtomobillə gəlib həmin kafenin qarşısından onu götürsün və birlikdə gedib Saray qəsəbəsində yerləşən “Barjomi” kafesində şam yeməyi yeyərək bu barədə söhbət etsinlər. Cahangir onunla razılaşdığına görə özünə məxsus “Fiat doblo” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cahangirin yaşadığı evin yaxınlığında yerləşən “Vedi” kafesinin qarşısına getmiş, Saray qəsəbəsində yaşayan tanışı Aftandil adlı şəxs də onunla birlikdə olmuşdur. O, saat 19 radələrində “Vedi” kafesinin qarşısına gəlib Cahangiri götürmüş və hər üçü şam yeməyi yeməsi üçün Saray qəsəbəsində yerləşən “Barjomi” kafesinə getmişlər. Onlar birlikdə şam yeməyi yemiş, həmçinin spirtli içki də qəbul edə-edə onun Saray qəsəbəsində yaşadığı evin qarşısında yerləşən kafesində təmir işlərini başa çatdırmağı ilə bağlı söhbət edib razılığa gəlmişlər. Saat 22 radələrində şam yeməyi bitirdikdən sonra hər üçü onun avtomobilinə əyləşmiş və o Cahangiri yaşadığı evə tərəf aparmışdır. Onlar yolda olarkən Cahangir işi olduğu üçün Saray qəsəbəsində yerləşən “Nazim” marketin qarşısında düşmək istədiyini demiş, ona görə də avtomobilini “Nazim” marketin qarşısında saxlamış və Cahangir avtomobildən düşmüşdür. O, isə marketdən siqaret aldıqdan sonra Aftandili yaşadığı evin yaxınlığında düşürüb sözü gedən kafesinə getmiş, həmin kafedə olarkən yaşadığı evin qonşuluğunda yaşayan X4 onun mobil nömrəsinə zəng edərək Cahangirlə birlikdə “Barjomi” kafesinə şam yeməyi yeməyə gedərkən onu da dəvət etməməsinə narazılığını bildirmiş, o isə sonuncuya öz işi ilə məşğul olmağı və onu gecə vaxtı narahat etməməsini bildirsə də, bir neçə dəfə ona zəng edib narahatlıq yaratmışdır. O, Eltondan hazırda harada olduğunu soruşduqda ona hazırda Cahangir ilə birlikdə Cahangirin yaşadığı Kamal Axundov küçəsinin girişində olduqlarını demiş, bu səbəbdən Eltonla söhbət etmək üçün 19.06.2020-ci il tarixdə saat 00:30 radələrində həmin “Fiat Doblo” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Eltonla Cahangirin olduğu yerə tərəf gəlmişdir. Həmin küçəyə daxil olarkən Eltonla Cahangirin küçənin girişində beton daşın üstündə oturduqlarını görmüş, ona görə də dərhal avtomobilinin əyləcini bassa da, yer torpaqlı və çınqıllı olduğundan avtomobil sürüşmüş və həmin an avtomobilinin qabaq tərəfi beton daşın üstündə oturmuş Zərərçəkmiş şəxs dəymiş, o, tələsik avtomobildən düşmüş və qəza törətməsi səbəbindən Cahangirin ayaq nahiyyələrindən xəsarətlər aldığını bilmişdir. Ona görə də Eltonla birlikdə köməkləşib Cahangiri xəstəxanaya çatdırmaq üçün avtomobilinin arxa oturacağına uzatmış, həmin yerin yaxınlığında yaşayan Şahid3 da onun qəza törətdiyini gördüyü üçün qaçaraq onlara yaxınlaşıb Cahangiri avtomobilinə qoymaqda köməklik etmiş, bundan sonra hər üçü, yəni Elton, Rövşən və o Canahgiri aparıb Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırmış, sonra isə Cahangiri həkimlər reanimasiya şöbəsinə yerləşdirmiş və əməliyyata götürmüşlər. Əlavə olaraq göstərmişdir ki, həmin vaxt küçə qaranlıq olduğundan Cahangirin və Eltonun küçənin kənarındakı daşın üstündə oturduqlarını təxminən 5 metr məsafədən görmüş, hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermiş, belə ki, idarə etdiyi “Fiat Doblo” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kamal Axundov küçəsinə daxil olub Cahangiri və Eltonu küçənin kənarında daşın üstündə oturduqıarını gördükdə dərhal əyləci bassa da yerin torpaqlı-çınqıllı olmağı səbəbindən avtomobilin təkəri sürüşmüş və avtomobilin qabaq hissəsi ilə Cahangiri vurub ona xəsarət yetirmişdir. Hadisə baş verən zaman idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, hadisədən təxminən 2 saat öncə Cahangirlə birlikdə az miqdarda spirtli içki qəbul etmişlər, Elton onu telefonla narahat etdiyi üçün onların yanına Eltonla söhbət etmək üçün getmiş, onun Cahangiri, nə də ki, Eltonu avtomobili ilə vurmaq fikri olmamışdır. İdarə etdiyi avtomobillə Cahangiri qəsdən vurub ona xəsarət yetirmək fikri olsaydı hadisə baş verdiyi gündən bu günə qədər onun müalicəsi və sağalması üçün təxminən 22000 manat xərcləməzdi. Hazırda etdiyi əməldən peşmandır. Ona görə də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, evlərlə təmir işləri ilə məşğul olaraq ailəsini dolandırır. 18 iyun 2020-ci il tarixdə saat təxminən 19 radələrində tanıdığı Abşeron rayonu. Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonu ilə onun ***-***-**-** nömrəli mobil telefona zəng edib, evin yaxınlığındakı Vedi kafeninin qarşısına çıxmasını xahiş etmiş, belə ki, bir neçə gün öncə Elnurla həmin kafenin qarşısında görüşərkən ondan xahiş etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yeni inşa etdiyi kafesində təmir işləri yarımçıq qaldığından təmir işlərini o, tamamlasın. Həmin vaxtı Elnura əlində hal hazırda işinin olduğunu bildirib bir neçə gündən sonra görüşüb bu barədə söhbət edəcəyi bildirmişdir. Ona görə də Elnur 18 iyun 2020-ci il tarixdə saat 19 radələrində ona bu məqsədlə zəng edib görüşməyi xahiş etmiş, bir neçə dəqiqə sonra Elnur idarə etdiyi Fiat Doblo markalı avtomobili ilə yaşadığı evin yaxınlığına gəlib onu götürmüş, həmin vaxtı Elnur ona Saray qəsəbəsində yerləşən “Barjomi” kafesində birlikdə çörək yeyə-yeyə bu barədə söhbət etməyi təklif etmiş, o Elnura razılıq verdiyi üçün birlikdə sonuncunun avtomobili ilə Saray qəsəbəsində yerləşən “Barjomi” kafesinə getmişlər. Elnur öz avtomobili ilə yaşadığı evin yaxınlığına onu götürməyə gələn zaman tanışı və onun da tanıdığı Aftandil adlı şəxs də avtomobilində olmuş, onlar “Barjomi” kafesinə gedərkən sonuncu avtomobildə onlarla birlikdə yemək yeməyə getmişdir. Onlar hər üçü “Barjomi” kafesində spirtli içki qəbul edə-edə Elnurun təmir işləri yarımçıq qalmış kafesinin təmir işlərini tamamlamağı barədə söhbət etmiş və razılığa gəlmişlər ki, 2-3 gündən sonra həmin kafenin təmir işlərini tamamlamağa başlasınlar. Saat 22 radələrində hər üçü kafedən çıxmış və Elnur onu öz avtomobili ilə yaşadığı evə tərəf gətirmişdir. Onlar Saray qəsəbəsində yerləşən Nazim marketə çatarkən o Elnura həmin marketin qarşısında saxlamağı bildirmiş və avtomobildən düşmüşdür. Həmin vaxtı Elnur da avtomobildən düşüb pivə almış və təmir işləri yarımçıq qalmış kafesinə gedəcəyini söyləmişdir. Elnur həmin yerdən aralaşdıqdan sonra marketin qarşısında o mütəmadi olaraq onunla birlikdə fəhlə işləyən, hazırda da Saray qəsəbəsində Elnurla eyni küçədə yaşayan X4 ilə rastlaşmış, o Eltonla birlikdə gəzə-gəzə yaşadığı küçəyə gəlmiş, söhbət əsnasında Elton bilmişdir ki, bir qədər öncə Elnurla o birlikdə spirtli içki qəbul edə-edə yemək yemişlər. Bu səbəbdən Elton Elnura zəng edərək çörək yeməyə getdiyi zaman nə üçün onu çağırmadıqlarını söyləmiş, Elnurun Eltona nə cavab verdiyini dəqiq bilməmiş, sonra bir neçə dəfə də Elnura zəng edərək onu da yemək yeməyə çağırmadığına narazılığını bildirmişdir. Həmin vaxtı Elnur onun telefonuna zəng edərək xahiş etmişdir ki, Eltonu başa salsın ki, onu narahat etməsin. Həmin vaxtı o, Elnura zəng etməməyi Eltona söylədikdə, sonuncu Elnurla zarafat etdiyini bildirmişdir. O, Eltonla küçənin girində daşın üstündə oturub söhbət edərkən hansısa bir avtomobilin qəflətən oturduğu yerə yaxınlaşdığını və onlara çatdıqda əyləci bassa da, saxlaya bilmədiyini görmüş, həmin vaxtı avtomobil onu daşın üstündə oturduğu vəziyyətdə vurmuş və həmin an tez avtomobili bir neçə metr geri sürmüşdür. Həmin vaxtı o görmüşdür ki, onu vuran avtomobil Elnurun avtomobilidir və sükan arxasında Elnurun özüdür. O, oturduğu yerlən ayağa qalxmaq istəsə də, ayaqlarından və bel nahiyəsindən xəsarət aldığını və sınıqların olduğunu hiss etmiş, Elnur həmin vaxtı tələsik avtomobilindən düşərək onu vurmaq istəmədiyini söyləmiş və onu bağışlamağı xahiş etmişdir. Həmin vaxtı Saray qəsəbəsində yaşayan Rövşən adlı şəxsin qaçaraq onlara yaxınlaşdığını görmüş, sonra Eltonun, Rövşənin, Elnurun köməkliyi ilə onu Elnurun avtomobilinə qoyub hər üçü Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gətirmiş, reanimasiya şöbəsində həkimlər onu rentgen etdikdən sonra sol ayağında və çanaq nahiyəsində sınıqların olduğunu bilmiş, daha sonra isə ona narkoz verərək əməliyyata götürmüşlər. Əlavə olaraq göstərmişdir ki, hadisə baş verən zaman yanında Eltondan başqa heç kəs olmamış, lakin Elnurun avtomobili onun əyləşdiyi beton parçasına möhkəm dəydiyindən, səs küyə Rövşən adlı şəxs qaçaraq gəlmiş və kömək etməyə başlamışdır. Hadisə 19.06.2020-ci il tarixdə saat 00:30 radələrində Saray qəsəbəsində yaşadığı küçənin girişində baş vermişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 18.06.2020-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı ünvanda olduğu zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona zəng edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Borjomi” kafesinə gedib birlikdə şam yeməyi yeməyi təklif etmiş, həmçinin Elnur ona Saray qəsəbəsində yaşayan tanıdığı Cahangir adlı şəxsin də onlarla şam yeməyi yeməyinə narazılığının olub-olmadığını soruşmuş, həmin vaxt Cahangirin də “Borjomi” kafesində onlarla şam yeməyi yeməsinə etiraz etməmiş, bir neçə dəqiqədən sonra Elnur idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yaşadığı evin yaxınlığına gəlib onu götürmüş və onlar gedib Cahangiri də yaşadığı evin yaxınlığında yerləşən “Vedi” kafesinin qarşısından götürüb hər üçü şam yeməyini yemək üçün Saray qəsəbəsində yerləşən “Barjomi” kafesinə getmişlər. Hər üçü birlikdə söhbət edə-edə şam yeməyi yemiş, həmçinin həmin vaxt spirtli içki (pivə) də qəbul etmişlər. Onlar saat 22 radələrində şam yeməyini bitirdikdən sonra hər üçü Elnurun avtomobilinə əyləşmiş evə tərəf gəlməyə başlamış, onlar yolda olarkən Cahangir Elnura işi olduğu üçün Saray qəsəbəsində yerləşən “Nazim” marketin qarşısında avtomobildən düşmək istədiyini söyləmiş, ona görə də Elnur avtomobilini “Nazim” marketin qarşısında saxlamış və Cahangir avtomobildən düşmüşdür. Daha sonra isə Elnur marketdən siqaret aldıqdan sonra onu yaşadığı evin yaxınlığına aparmış və o sağollaşaraq evinə getmişdir. Təxminən 2 gündən sonra isə eşitmişdir ki, Elnur idarə etdiyi avtomobillə yolnəqliyyat hadisəsi törədib. Ona görə də Elnura zəng edib soruşanda sonuncu ona kafedən qayıtdığı gün onu yaşadığı evin yaxınlığında düşürdükdən sonra ehtiyatsızlığı səbəbindən yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş, təxminən bir həftədən sonra Elnurla rastlaşanda isə ona ehtiyatsızlığı səbəbindən yol-nəqliyyat hadisəsi törədən zaman xəsarət alan şəxsin Cahangir olduğunu söyləmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin gün kafedə birlikdə yeyib-içərkən Elnurla Cahangirin arasında heç bir söz-söhbət olmamüş, əksinə sonuncular bir-biri ilə çox səmimi və mehriban münasibətdə olmuş, bu səbəbdən də hadisənin qəsdən törədilməsi qətiyyən mümkün hal deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, 18.06.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında yaşayan və tikintidə birlikdə işlədiyi Cahangir adlı şəxslə birlikdə Bakı şəhərindən Saray qəsəbəsinə gəlib yaşadığı evin yaxınlığında yerləşən “Vedi” kafesində oturub pivə içməyə başlamış, bir qədər sonra Cahangirin mobil telefonuna zəng gəlmiş və sonuncu kafedən çıxıb getmişdir. O da kafedən çıxaraq evinə getmiş, saat təxminən 22 radələrində Cahangir onun mobil telefonuna zəng edərək “Nazim” marketin yanında olduğunu söyləmiş və onu da oraya çağırmışdır. O, “Nazim “ marketin yanına gedib Cahangirlə görüşmüş, bir qədər işlə bağlı söhbət etdikdən sonra Cahangirin yaşadığı küçəyə getmiş və küçənin girişinin sağ kənarda olan beton daşın üstündə oturub söhbətlərini davam etmişlər. Həmin vaxt zarafat etmək məqsədilə onunla eyni məhəllədə yaşayan Elnura zəng edərək şam yeməyinə getdikləri zaman onu da özləri ilə nə üçün aparmadıqlarını soruşmuş, Elnur ona Cahangiri götürdükləri zaman onun da sonuncu ilə birlikdə “Vedi” kafesində olmasından xəbərsiz olduğunu bildirərək bu səbəbdən onu da özləri ilə aparmadıqlarını və bu barədə sabah danışmağı söyləyib telefonu söndürmüşdür. Buna baxmayaraq o, yenidən bir neçə dəfə Elnura zəng edərək onunla zarafat etmək məqsədilə ona narazılığını bildirib yanlarına gəlmələrini bildirmiş, bir qədər sonra, yəni saat təxminən 00:30 radələrində Elnur idarə etdiyi avtomobillə onların yanına gəldiyini görmüş, Elnur idarə etdiyi “Fiat Doblo” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanlarına gəlib avtomobili saxlamaq istəyərkən yer çınqıllı olması səbəbindən avtomobil sürüşmüş və bu zaman o oturduğu beton daşın üstündən ayağa qalxıb kənara çəkilsə də, Cahangir içkili olması səbəbindən ağağa durub kənara çəkilməyə imkan tapmamış, ona görə də Elnurun avtomobili sürüşərək Cahangirə dəymiş və sonuncu xəsarət almışdır. Bundan sonra Elnur, o və sonradan hadisə yerinə gələn Rövşən adlı şəxs köməkləşərək Cahangiri Elnurun avtomobilinə qoyub Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına apamışlar. Əlavə olaraq göstərmişdir ki, Elnurla uzun illərdir ki, qonşudur və aralarında hər hansı bir qərəzli münasibət olmamışdır. Bu səbəbdən də həmin vaxt Elnurun ona xəsarət yetirmək məqsədi, eləcə də öldürmək niyyəti və ən əsası da Cahangiri vurmaq fikri olmamışdır. O, əlavə ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Fiat Doblo” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə “Əsləm” market istiqamətində hərəkətdə olarkən Kamal Axundov küçəsinə dönmə əməliyyatını edəndə o, Cahangirlə küçənin baş hissəsində olan betonun üzərində əyləşmiş, bu anda Təqsirləndirilən şəxs avtomobillə baş yoldan Kamal Axundov küçəsinə dönmə əməliyyatı apardığını görmüş, lakin Elnur dönmə əməliyyatı apararkən avtomobilin avtomobilinə tormoz etdiyi üçün avtomobilin qabaq təkərləri asfalt örtükyün üzərindən çınqıllı torpağa daxil olduqda sükan sola dönmüş vəziyyətdə olsa da, təkərlər çınqılın üzərindən dönməyərək sürüşmüş, dönmə əməliyyatı onların daş üzərində əyləşdiyi yerə yaxın məsafədən aparıldığı üçün avtomobil sağa meyllənmiş, bu vaxtı avtomobilin onlara tərəf meylləndiyini görüb cəld kənara çəkilmiş, lakin Cahangir içkili olduğu üçün kənara çəkilə bilməmiş və bu anda avtomobilin qabaq sağ yan hissəsi yerdə olan beton parçasına və eyni ilə də daşın üzərində əyləşmiş Zərərçəkmiş şəxs dəymişdir. Elnur İbrahşimovun həm onunla və həm də Zərərçəkmiş şəxslə normal münasibəti vardır, onların arasında heç bir qərəzçilik və şəxsi ədavətli münasibət olmamış, bütün bunlara görə bir daha bildirmişdir ki, hadisə yol nəqliyyat qəzası nəticəsində baş vermişdir və Elnurun nə onu və nə də ki, Cahangiri avtomobili ilə qəsdən vurmaq fikri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 19.06.2020-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evdən çıxıb çörək və siqaret almaq üçün yaxınlıqda yerləşən «Nazim» marketə tərəf getməyə başlamış, yaşadığı evdən bir qədər aralandıqdan sonra Kamal Axundov küçəsinin girişində möhkəm səs küy eşitmiş, oraya tərəf gedib baxdıqda tanıdığı Elnur adlı şəxsin idarə etdiyi Fiat Doblo markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin orada olduğunu görmüş, avtomobilə yaxınlaşdıqda Elnur və Elton adlı şəxslərin köməkləşərək Cahangir adlı şəxsi avtomobilə əyləşdirdiklərini görmüş, o, təcili olaraq həmin şəxslərə yaxınlaşdıqda danışıqlardan başa düşmüşdür ki, Elnur idarə etdiyi Fiat Doblo markalı avtomobillə ehtiyatsızlıqdan Cahangiri vurmuşdur. Bundan sonra köməklişəb Cahangiri avtomobilə əyləşdirməklə o da yardım etmiş və sonra Elnur Cahangiri avtomobilin arxa hissəsinə əyləşdirərək yardım olunması üçün Sumqayıt şəhər Təcli tibbi yardım xəstəxanasına aparmışdır. Əlavə olaraq göstərmişdir ki, hadisə yerinə yaxınlaşdıqda orada olan söhbətdə Elnurun idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan Cahangiri vurduğunu bilmiş, əvvəllər Elnurla Cahangir arasında normal münasibət olmuş, sonuncuların arasında əvvəllər hər hansı ədavətli münasibətin olduğunun şahidi olmadığını, bu səbəbdən də hadisənin ehtiyatsızlıqdan baş verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, 19.06.2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan uşaq küçənin girişində yol nəqliyyat qəzası baş verdiyini və Rövşənin, Eltonun və Elnurun kimisə avtomobilə qoyduqları bildirilmiş, bir neçə dəqiqə öncə qardaşının da küçənin girişində olduğu barədə məlumatı olduğu üçün qardaşı Cahangirə zəng vurmuş, lakin qardaşının telefonuna zəng çatmadığı üçün Rövşənə zəng vurmuş, sonuncu telefona cavab verərək qardaşı Cahangiri maşın vurduğunu və hazırda Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında olduğunu bildirmiş, belə olduqda dərhal xəstəxanaya getmişdir. Xəstəxanada olarkən Elnurun idarə etdiyi avtomobillə Cahangiri vurduğunu bilmiş, həmin vaxtı Elnur Rövşənin yanında Eltonu maşınla vurmaq istəyərkən Cahangiri vurduğunu ona demiş, hadisə vaxtı qardaşı Cahangirin ayağı və çanaq sümükləri sınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PAB-nin ekspertizasının 22.06.2020-ci il tarixli 1742 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – travmatik-herorragik şokla müşayiət olunan sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən qəlpəli sınıqları, simfizin travmatik qopmasısol qasıq oturaq, qalça sümüklərinin sağ sirkə kasasının dibinin sınığı, hər iki xayanın travmatik hematoması bərk-küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada 19.06.2020-ci il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 avqust 2020-ci il tarixli 8/1230 saylı rəyindən görünür ki, «Fiat Doblo» markalı ** TU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 19.06.2019-cu il tarixli, 2/8919 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs sərxoş vəziyyədə olmuşdur. İş materiallarında olan qərardan görünür ki, 15.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkam tədbiri seçilmişdir. İş materiallarında olan 07.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev-2-də yaşayır, həmçinin yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.11.2007-ci il təvəllüdlü Rauf İbrahimov, 29.01.2009-cu il təvəllüdlü Fidan İbrahimova və 29.06.2011-ci il təvəllüdlü Ramal İbrahimov adlı üç azyaşlı övladı var. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun himayəsində üç azyaşlı övladının olmasını, övladı Ramal İbrahimovun kanner sindromundan əziyyət çəkməsi, zərərçəkmişə ilkin olaraq tibbi və ya digər yardım göstərməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsə də onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Zərərçəkmiş şəxs şikayətçidir və hazırda da sağalmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-118/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-118/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver