Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-118/2022 02.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1968-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Abşeron rayonu, Novxanı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 70 manat pul müqabilində 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı ayrılıqda təmiz çəkiləri 0,257 qram və 0,306 qram olmaqla ümumilikdə - 0,563 qram çəkidə narkotik vasitə olan heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,340 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu Novxanı kəndinə daşıyıb üzərində saxlamış, 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən məscidin yaxınlığında saxlanılıb, bölmənin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 02 ədəd açıq qırımızı rəngli sellofanlara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,257 qram və 0,306 qram olmaqla, ümumilikdə - 0,563 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş - 0,340 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və narkotik vasitə olan heroinin istifadəçisidir. 22 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində o, tanışı X3 ilə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən məscidin yaxınlığında yol kənarında dayanıb siqaret çəkərkən polis əməkdaşları onlara yaxınlaşaraq anket məlumatlarını soruşmuşdur. Onların da hər ikisi öz anket məlumatlarını polis əməkdaşlarına dedikdən sonra onların hərəkətləri polis əməkdaşlarına şübhəli gəldiyi üçün sonuncular onların narkotik vasitələrin aludəçisi olduğubdan şübhələnib birlikdə Abşeron RPİnin Saray PB-nə getməli olduqlarını bildirmişlər. O da tanışı Qədimalı ilə birlikdə polis əməkdaşları ilə razılaşıb birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmiş, daha sonra xidməti otaqlardan birində video çəkilişlə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər və bundan sonra müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və üzərində belə bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd açıq qırmızı və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində metamfetamin olan kütləni masanın üzərinə qoymuşdur. Həmin bükülülər açıldıqdan sonra bükülülərin içərisinə baxış keçirilmişdir. Daha sonra ondan həmin kütlələri haradan və nə vaxt aldığı soruşulmuş, o isə həmin kütlələrin narkotik vasitə olan və el arasında “kokos" adlandırılan heroin olduğunu, Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən X3 ilə biriikdə öz şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Eləcə də o, digər bükümlərdə limon duzu olduğunu bildirmişdir. Lakin həmin maddə limonlu duz olmamış, həmin maddə də metamfetamin olmuş və həmin tanımadığı şəxsdən almışdır. Üzərindən aşkar edilmiş heroinlər və metamfetaminlər zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. O, videoçəkiliş zamanı bildirmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini həmin tarixdə Bakı şəhəri, Biləcəri rayonunda olduğu zaman tanımadığı şəxsdən X3 ilə birlikdə öz şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Belə ki, tanımadığı şəxslərdən aldığı narkotik vasitə və ya psixotrop maddələri alandan sonra həmin narkotik vasitə və ya psixotrop maddənin bir qismini özü istifadə etmiş, digər qalan hissələrini isə aldığı pulu çıxarmaq üçün satmışdır. Aldığı heroin və metamfetamini də həm özü istifadə etmək üçün, həm də alan olsa satmaq üçün üzərində saxlamışdır. O ilk əvvəllər polislərə həmin metamfetamini limon duzu kimi təqdim etsə, polislərin ona inanacağını və həmin maddəni ekspertizaya göndərməyəcəylərini düşünmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Saray PB-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, “X4” və “Təqsirləndirilən şəxs” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri qəbulu, saxlamaları, istifadəsi və satışı ilə məşğul olmaları barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil oimuş məiumatın yoxianıiması məqsədiiə onun və Abşeron RPİ- nin Saray PB-nin polis sahə nəfəri, polis serjantı Şahid2 iştirakı ilə tərəfindən 21 sentyabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş, 21.09.2021-ci il tarixdə saat 21:00 radələrində o, əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən məscidin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə X5 və Təqsirləndirilən şəxs bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətlərini dəqiqləşdirərək X9 və Təqsirləndirilən şəxs olduqlarını müəyyən etmişlər. Bundan sonra onlar Qədmalı və Məhərrəmi narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Qədmalı və Məhərrəm onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişlər. Orada xidməti otaqların birində isə Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində “limon duzu" olduğu dediyi kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Məhərrəmin təqdim etdiyi 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparıimaqia imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş bükümün və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli rəngli toz şəkilli maddə narkotik vasitə olan və el arasında “kokos” adlarındırlan heroin, digər gümüşü rəngli bir bükümdəkinin isə limon duzu olduğunu, narkotik vasitə olan heroini Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən X4 ilə birlikdə şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını bildirmişdir. Qədmalı və Məhərrəmə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, “X4” və “Təqsirləndirilən şəxs” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri qəbulu, saxlamaları, istifadəsi və satışı ilə məşğul olmaları barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 iştirakı ilə tərəfindən 21 sentyabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edildi. 21.09.2021-ci il tarixdə saat 21:00 radələrində o, əməliyyat qrupunun digər iştirakçısı Abşeron RPİ-nin Saray PB-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən məscidin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə X9 və Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətlərini dəqiqləşdirərək X9 və Təqsirləndirilən şəxs olduqlarını müəyyən etmişlər. Bundan sonra onlar Qədmalı və Məhərrəmi narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Qədmalı və Məhərrəm onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində “limon duzu" olduğu dediyi kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biiəcək başqa hər hansı bir qeyri qanuni əşya və ya preamet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Məhərrəmin təqdim etdiyi 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş bükümün və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli rəngli toz şəkilli maddə narkotik vasitə olan və el arasında “kokos” adlarındırlan heroin, digər gümüşü rəngli bir bükümdəkinin isə limon duzu olduğunu bildirmişdir. Məhərrəm həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən X4 ilə birlikdə şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında almışdır. Həmin vaxt Qədmalı və Məhərrəmə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməsi ilə yanaşı, törətdiyi cinayət əməli, şahidlərin ifadələri, 01 ədəd «CD» disklərdə olan video görüntülər, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş materialında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən iki ədəd Açıq qırmızı rəngli sellofana bükülmüş narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə olan metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri götürülmüşdür. İş materialında olan diskə baxış keçirilməsi haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks ediimiş görüntüiər 21 sentyabr 2021-ci il tarixdə saat 23:05-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin Saray PB-nin xidməti otağıdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvannın sağ yan cibindən çıxartdığı 02 ədəd açıq qırmızı rəngli sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək narkotik vasitə olan heroin olduğunu, sağ yan cibindən çıxardığı digər 01 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddənin “limon duzu” olduğunu və onları Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən götürülmüş 01 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin “limon duzu” olduğunu, qeyd olunan kütləni narkotik vasitə qəbulu zamanı istifadə etdiyini də bildirmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 22 sentyabr 2021-ci il tarixli, 6/4209 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N256” dairəvi möhür əksi olan, zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,257 qr və 0,306qr, ümumi təmiz çəkiləri 0,563 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,340 qram ağ rəngli kristtallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisi - 0,563 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,463 qram, metamfetaminin təmiz çəkisi - 0,340 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,290 qram. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 11 oktyabr 2021-ci il tarixli, 6/4274 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin N°59”-li ştamp əksi olan paketlərdəki vət. X2 üzərindən götürülümüş 2(iki) ədəd bükümdəki heroinlər və vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2(iki) ədəd bükümdə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirilər; Vət. X2 üzərindən götürülmüş 2(iki) ədəd bükümdəki metamfetamin və vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs: narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi - 0,463 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 0,423 qram, metamfetamin in təmiz çəkisi - 0,290 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,270 qram; Q.Əliyev: heroinin ümumi təmiz çəkisi - 0,477 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 0,437 qram, metamfetaminin təmiz çəkisi - 0,207 qram, sərf edildi - 0,02 qram, qalıq - 0,187 qram. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və psixotrop maddə olan metametafin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materialında olan məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2021-ci il tarixli, 3852 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materialında olan Abşeron rayon İHB-nın Novxanı kənd İƏD üzrə nümayəndəsinin01.11.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Babayev X1, Ə. Abuzərov küçəsində yerləşən fərdi yaşayış evində yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşmançılığını bildirməsini, yaşayış yeri üzrəmüsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsini və cinayətin residivini yaradılmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Babayev X7 rayon məhkəməsinin 21,08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 18.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, həmin məcəllənin 83.3.5-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əvvəlki ödənilməmiş məhkumluğunu nəzərə alıb əməlində cinayətin residivi olduğunu müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.09.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 23.09.2021-ci il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 21.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan narkotik vasitə olan 0,423 qram və 0,437 qram heroin, 0,270 qram və 0,187 qram çəkidə olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 21.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan narkotik vasitə olan 0,423 qram və 0,437 qram heroin, 0,270 qram və 0,187 qram çəkidə olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-118/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-118/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver