Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-118/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cı ildə Ermənistan Respublikası Yexeqnadzor şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 2021-ci ilin oktyabr ayının axırlarında, saat 03 radələrində ünvan 3 ünvanda yerləşən X7 məxsus bağ evin həyətinə hasardan keçməklə qanunsuz daxil olub oradan 60 manat dəyərində 2 ədəd 10 metr armatur, 20 manat dəyərində 1 ədəd 5 metr künclük, 120 manat dəyərində 1 ədəd dəmir manqal, 100 manat dəyərində 2 ədəd 50 metrlik elektrik ötürücü (udilnitel) və 100 manat dəyərində 1 ədəd direli gizli olaraq talayıb zərərçəkmiş X7 ümumilikdə 400 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsində Zərərçəkmiş şəxs7 məxsus yeni tikilən fərdi yaşayış binasının plastikdən olan pəncərəsini vintaçanla açaraq binaya qanunsuz daxil olub oradan ümumilikdə 1500 manat dəyərində, 1500 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 dekabr 2021-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə, qəbirstanlığın yaxınlığında yerləşən Zərərçəkmiş şəxs4 Ağaddin oğluna məxsus yeni tikilən fərdi yaşayış binasının həyətinə hasardan keçməklə, sonra isə evin pəncərəsinin dəmir barmaqlığını çıxararaq, binaya qanunsuz daxil olub qonaq otağından hər birinin dəyəri 25 manat olmaqla 150 manat dəyərində 6 ədəd divar kağızını, hamam otağından 1 ədəd 150 manat dəyərində su qızdırıcı qurğunu, mətbəxdən 35 manat dəyərində 1 ədəd qab-qacaq dəstini, 45 manat dəyərində 1 ədəd bıçaq-çəngəl dəstini, yataq otağından hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində 2 ədəd dəsmalı və 1 ədəd 130 manat dəyərində yataq dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 Ağaddin oğluna ümumilikdə 530 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs8 məxsus yeni tikilən evin həyətinə hasardan keçməklə, sonra isə binanın plastik pəncərəsini sıxıb açmaqla qanunsuz içəri daxil olaraq evin ikinci mərtəbəsində otaqdan hər bir topunun qiyməti 48 manat olan 20 top ümumilikdə 960 manat olan 2,5 mm-lik elektrik naqilini, divara çəkilmiş hər bir topunun qiyməti 48 manat olan 5 top ümumilikdə 240 manat olan 2.5 mm-lik elektrik naqilini və hər bir topunun qiyməti 30 manat olan 3 ədəd ümumilikdə 90 manat olan 1,5 mm-lik elektrik naqilin gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1290 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin fevral avının 25-də gecə vaxtı ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış sahəsinin həyətinə hasardan keçməklə, sonra isə həyətdəki tikiliyə pəncərəni sındırıb qanunsuz daxil olaraq oradan dəyəri 200 manat olan 1 ədəd «İnterksol» markalı laqonda, dəyəri 50 manat olan 1 ədəd elektrik mişari, ümumi dəyəri 250 manat olan 2 ədəd «İnterskol» markalı perferator, dəyəri 400 manat olan 2 ədəd “Makita" markalı əl frezi və dəyəri 50 manal olan 1 ədəd samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 oğlıına ümumilikdə 950 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 mart 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi həyət evin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 120 manat olan 2 ədəd ümumilikdə 240 manat dəyərində mərmər pəncərə altlığı, 1000 manat dəyərində kombi sistemi üçün nəzərdə tutulmuş boruları 28 ədəd hər biri 6 manat olan ümumilikdə 168 manat dəyərində elektrik açarları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1408 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayon Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi həyət evinin zirzəmisinə plastik pəncərəni yerindən çıxararaq binaya qanunsuz daxil olaraq oradan 80 manat dəyərində 01 ədəd “Bosch” markalı pereferator, 80 manat dəyərində 01 ədəd markası məlum olmayan laqonda, hər biri 70 manal dəyərində olan 02 top ümumilikdə 140 manat dəyərlində elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə nəfəsliyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq divara çəkilmiş ümumi dəyəri 800 manat olan elektrik naqilini, 200 manat dəyərində 1 ədəd plastik qapını, ümumi dəyəri 1000 manat olan laqonda və dreli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 may 2022-ci il tarixdə, saat 01 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış sahəsinin həyətinə hasardan keçməklə sonra isə həyətdəki saxlanc yeri əl damın qapısını açaraq qanunsuz daxil olub oradan dəyəri 250 manal olan 1 ədəd loqanda, dəyəri 200 manat olan 1 ədəd qaynaq aparatı, dəyəri 140 manat olan 1 ədəd usta açar dəsti, dəyəri 30 manat olan 1 ədəd boru yapışdıran ütü və dəyəri 80 manat olan 1 ədəd su nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək oğurluq etmədiyini bildirdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən isə görünür ki, o, müxtəlif yerlərdə günəmuzd işləyib ailəsini dolandırır, ancaq rəsmi iş yeri yoxdur. Təxminən iki ildir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Hər dəfə heroin və ya metamfetamin alıb qəbul etmək üçün ona təxminən 5-10 manat lazım olur. Pulu olmayanda isə oğurluq edir. Buna görə əvvəllər oğurluq cinayəti ilə məhkum olmuş və 2021-ci ilin aprel ayında isə azad edilmişdir. Azadlıqda olan zaman narkotik vasitə əldə edib istifadə etməsi üçün oğurluq cinayətlərini törətmişdir. Belə ki, 2021-ci ilin oktyabr ayının axırlarında, dəqiq tarix yadında deyil, saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində gəzərək oğurluq etmək üçün münasib yer axtardığı vaxt oradakı həyətlərin birində işığın yanmadığını görüb heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmək qərarına gəlmiş və dəmir darvazaya yaxınlaşıb, açmaq istədikdə içəridən bağlı olduğunu görmüşdür. Oradan hasarın üstündən keçərək həyətə daxil olmuş, həyətdə heç kimin olmadığına əmin olduqdan sonra orada gördüyü 2 ədəd armaturları, 1 ədəd uqolnik, 1 ədəd dəmir manqal, 2 ədəd uzun udilnitili və 1 ədəd direli hasarın üstündən küçəyə keçirtmiş, yoldan keçən tanımadığı avtomaşınla yaşadığı Sumqayıt şəhərindəki evinin yaxınlığına aparıb kənar yerdə gizlətmişdir. Səhər açıldıqda saat 11 radələrində oğurladığı həmin əşyaları yoldan keçən tanımadığı avtomaşınla Sumqayıt şəhərindəki işlənmiş əşyaların satıldığı yerə aparmış, yolun kənarında onların hamısını əvvəllər tanıdığı Şahid1 250 manata satmışdır. Ona satdığı əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Daha sonra əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 24 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 2 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış sahəsinə hasarın üstündən keçərək daxil olmuş və yaşayış sahəsində olan yarımtikilinin plastik pəncərəsini vintaçanla açaraq pəncərədən içəri daxil olaraq elektrik naqillərini götürüb evə daxil olduğu pəncərədən çıxaraq yoldan keçən tanımadığı taksi ilə yaşadığı Sumqayıt şəhərindəki evindən kənar yerdə gizlətmişdir. Səhəri günü yəni, 25 dekabr 2021-ci il tarixdə,saat 11 radələrində elektrik naqillərini Sumqayıt şəhəri, Saray qəsəbəsi “Daş Bazar” adlanan yerdə yol kənarında işlənmiş əşyaların alqı-satqısı ilə məşğul olan Rafiq adlı şəxsə 40 manata satmış, Rafiq ondan həmin naqilləri haradan gətirdiyini soruşduqda, ona yalandan özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan başqa o, 27 dekabr 2021-ci il tarixdə, saat 01 radələrində velosipedlə işdən evinə gedərkən, Abşeron rayonu, Saray qəsəbəsindəki qəbirstanlığın yaxınlığındakı evlərin birində işıq yanmadığını gördükdə orada heç kimin olmadığını bilmiş və velosipedini hasarın dibində saxlayıb hasarın üstündən keçərək həyətə daxil olmuşdur. Evdə heç kimin olmadığına əmin olduqdan sonra yerdə gördüyü külüng ilə evin qarşısında sol tərəfdə yerləşən pəncərənin dəmir barmaqlığını yerindən çıxardıqdan sonra pəncərəni açaraq içəri daxil olmuş, qonaq otağından 6 ədəd divar kağızı, hamam otağından divardan asılmış su qızdırıcı qurğunu, mətbəxdən qab-qacaq və bıçaq-çəngəl dəstini, yataq otağından 2 ədəd dəsmal və 1 ədəd yataq dəstini paketə yığaraq oğurlamışdır. Oğurladığı əşyaları bir dəfəlik götürə bilmədiyi üçün hissə-hissə, yaxınlıqda yerləşən evinə aparmışdır, həmin əşyaları bir neçə gündən sonra yol ilə keçən və xırdavat əşyalar alan ağ rəngli VAZ-21074 markalı rus dövlət qeydiyyat nişanı olan avtomobilin sürücüsü Şahid6 adlı şəxsə hamısını 150 manata satmışdır. İlqar həmin əşyaları haradan gətirdiyini soruşduqda, özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 21 yanvar 2022-ci il tarixdə axşam saatlarında oğurluq etmək üçün Saray qəsəbəsi, Azadlıq küçəsinə gəlib sahibsiz ev axtarmış, orada hasara alınmış həyətdə olan təmirsiz fərdi yaşayış evdə heç kimin olmadığını öyrənmək üçün hasarın üstündən keçərək həyətə keçmiş, həyətdəki evin plastik pəncərəsini sıxıb açaraq evə daxil olaraq evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbədə otağa yığılmış bir neçə top elektrik naqilini, divarlara çəkilmiş elektrik naqillərini söküb aparmışdır. Elektrik naqillərinin bir hissəsini Abşeron rayonu, Saray qəsəbəsində boş torpaq sahəsində yandırıb misini çıxardaraq kisəyə yığıb səhəri gün Sumqayıt şəhərində həmin naqilləri səyyar əlvan metal alışı-satışı ilə məşğul olan tanımadığı şəxsə 45 manata satmışdır. Qalan 5 top elektrik naqilini Saray qəsəbəsində üzdən tanığı Sərvan adlı şəxsə 60 manata satmış, beləliklə əldə etdiyi 105 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2022-ci ilin fevral ayının 24-dən, 25-nə keçən gecə Abşeron ayonu Saray qəsəbəsində gecə saatlarında gəzib, oğurluq etmək üçün münasib yer axtardığı vaxt, Azadlıq küçəsində hasardan bir həyətdəki bir mərtəbəli tikilidə işıq yanmadığını, qarşısındakı pəncərədə sifariş reklamı olduğunu görmüşdür. Həmin tikilinin dəmir barmaqlıqları olmadığı üçün hasardan aşıb həyətə daxil olmuş, pəncərəni aldırmaqla içəri daxil olmuş, oradan 1 ədəd elektrik mişarı, 2 ədəd perferator, 2 ədəd əl frezi, 1 ədəd samovar və 1 ədəd laqonda oğurlamışdır. Oğurladıqları həmin əşyaları böyük torbaya yığmış və sabahı günü Sumqayıt şəhəri şərq bazarında İlqar adında tanımadığı şəxsə yadında qalmayan qiymətə satmışdır. İlqar adlı şəxsə yalandan satdığı əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 09 mart 2022-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmiş, orada bir evin tikilməkdə olduğunu, qapı və pəncərələrin qoyulduğunu, lakin təmirin yekunlaşmadığını görmüşdür. Həmin evi bir qədər kənardan müşahidə etmiş, orada heç kimin olmadığına əmin olduqdan sonra evə yaxınlaşaraq plastikdən olan pəncərəni əli ilə sıxıb açaraq oradan evə daxil olmuş, evdən 02 ədəd mərmər pəncərə altı, 28 ədəd elektrik açarları, kombi istilik sistemi üçün aksesuarları və boruları götürüb gəldiyi yolla çıxmışdır. Həmin əşyaları həyətdəki köhnə bir əl arabasına yükləyib yola çıxartmış və arabanı orada qoymuş, yoldan keçən tanımadığı taksi ilə malları Sumqayıt şəhərində köhnə əşyaların satıldığı bazara aparıb, hamısını tanımadığı Ədalət adlı bir kişiyə 160 manata satmışdır. Ədalətə həmin əşyaların özünə məxsus olduğunu, usta kimi işlədiyi evdə təmirdən sonra artıq olduğu üçün ona verildiyini demişdir. Onların oğurluq olduğunu Ədalət bilməmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu Saray qəsəbəsində gəzərək oğurluq etmək üçün münasib ev axtardığı vaxt evlərdən birinin tikilməkdə olduğunu və evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Evin divarının aşağı hissəsində zirzəmiyə açılan plastik pəncərəni söküb yerindən çıxardaraq pəncərədən evin zirzəmisinə daxil olaraq oradan 01 ədəd pereferator, 01 ədəd laqonda, 02 top elektrik naqilini götürmüş, onları evin zirzəmisindən götürdüyü torbaya yığaraq həmin pəncərədən çıxaraq Sumqayıt şəhərinə getmişdir. Bundan sonra Sumqayıt şəhərində həmin əşyaları Ədalət adlı şəxsə 65 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 03 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olan zaman iki mərtəbəli fərdi yaşayış evində işıq yanmadığını gördükdə orada adam olmadığını bilmiş və buna görə oradan oğurluq etmək qərarına gəlmiş, həyətyani sahəyə daxil olandan sonra birinci mərtəbənin nəfəsliyini özü ilə gətirdiyi vintaçan ilə açıb evə daxil olmuş və evin divarına çəkilmiş elektrik naqillərini söküb bir topa şəklində düzəltmiş, bundan başqa laqonda, drel, plastik yapışdıcı ütü, pereferator və plastik qapını götürüb yaxın ərazidə gizlətmiş, 04 aprel 2022-ci il tarixdə, saat 09 radələrində həmin əşyaları Sumqayıt şəhərində köhnə əşyaların satıldığı yerə aparıb orada hamısını, Saray qəsəbəsində yaşayan Aliyev Sarvan adlı tanışına 150 manata satmışdır.Lakin ona həmin əşyaların oğurluq olmasını deməmiş, əşyaların özünə məxsus olduğunu, köhnəldiyi üçün satıb yenisini almaq istədiyini bildirmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 08 may 2022-ci il tarixdə saat 01 radələrində velosipedlə işdən evinə gedən zaman Abşeron rayonu, Novxanı kəndində yerləşən evlərin qarşısından keçərkən evlərin birində işığın yanmadığını gördükdə evdə heç kimin olmadığını bilmiş, buna görə oradan oğurluq etmək qərarına gəlmişdir. Yerdən dəmir parçası götürüb hasardan həyətə tullanaraq, daxil olmuş, evin yanındakı əl damının qapısı bağlı olduğundan əlindəki dəmir parçası ilə qapının açarını sındıraraq qapını açmış və oradan 1 ədəd laqonda, 1 ədəd qaynaq aparatı, 1 dəst açar dəsti, 1 ədəd boru yapışdırıcı ütünü və 1 ədəd su motorunu oğurlamış və onları kisəyə yığaraq hasardan küçəyə aparıb velosipedi ilə yaşadığı binanın yanına gələrək yaxınlıqda yerləşən başqa binanın zirzəmisində onları gizlətmişdir. Səhər açıldıqda, yəni 08 may 2022-ci il tarixdə, saat 11 radələrində həmin oğurladığı əşyaları Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən metal qəbulu və ev əşyaların qəbulu məntəqəsinə satmağa aparmış və məntəqədə işləyən Bəhlul adlı şəxsə onların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satmağa gətirdiyini demişdir. Bəhlul ilə aralarında olan razılaşmaya əsasən həmin əşyaların hamısını ona 200 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda o, himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Abşeron rayonu. Saray qəsəbəsində fərdi yaşayış evi anası X1 adına olmasına baxmayaraq, həmin ev ona məxsusdur. Evdə təmir işləri yekunlaşmadığından orada yaşayış yoxdur. Sonuncu dələ evində oğurluq hadisəsi baş verməmişdən təxminən iki həftə əvvəl olmuşdur. Oğurluq hadisəsinin baş verməsini xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində aşkar etmişdir. Belə ki, naməlum şəxs 2022-ci ilin mart ayının sonlarından xx.xx.2022-ci il tarixə olan müddət ərzində ona məxsus evinə hamamın nəfəsliyindən daxil olaraq evinə çəkilmiş 800 manat dəyərində elektrik naqilini, ümumi dəyəri 1000 manat təşkil edən laqonda, drel və xatrılamadığı digər təmir alətlərini, 1 ədəd 200 manat dəyərində yardımçı tikilinin plastik qapısını oğurlamaqla ona ümumilikdə 2000 manat dəyərində ziyan vurmuşdur. Hal-hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona vurulmuş maddi ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, valideynləri ilə birikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayır. Ona məxsus Abşeron rayonu, Saray qəsəbəsindəki 2 nömrəli məktəbin yerləşdiyi küçədə, yeni yaşayış massivində yarımçıq tikili ev tam təmir olunmadığı üçün orada yaşayış yoxdur. O, xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrinə kimi həmin evdə olmuş və evindəki əşyalar yerində olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində evə gələndə, evin qapısının sağ tərəfindəki pəncərəni açıq, tutacağı isə sınmış vəziyyətdə görmüşdür. Evə daxil olanda evin bütün otaqlarında olan 1500 metr uzunluğunda hər metrin dəyəri 1 manat olan 1500 manat dəyərində elektrik naqilin oğurlandını görmüşdür. Oğurluq nəticəsində ona 1500 manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində olan bir mərtəbəli tikilidə plastik pəncərə hazırlamaqla məşğul olur. O, 24 fevral 2022-ci il tarixdə, saat 21 radələrində sexin qapısını bağlayıb evinə getmişdir. Səhəri günü yəni 25 fevral 2022-ci il tarixdə saat 12 radələrində həyətindəki həmin tikiliyə baxdıqda arxa tərəfdəki pəncərənin sındırıldığını, sexin içindəki bir ədəd 200 manat dəyərində «İnterskol» markalı laqonda, bir ədəd 50 manat dəyərində elektrik mişarı, iki ədəd «lnterskol» markalı, birinin dəyəri 150 manat digərinin dəyəri şüşəsi isə 100 manat pefarator, iki ədəd hər biri 200 manat olan əl frezi, bir ədəd 50 manat dəyərində samovarın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 950 manat dəyərində ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Saray qəsəbəsi Azadlıq küçəsində 64 nömrəli fərdi yaşayış evində təmir işləri aparılır. 19 yanvar 2022-ci il tarixdə axşam saatlarında Saray qəsəbəsinə yeni tikdirdiyi evində əşyaların yerində olduğunu görmüş, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində isə evinə gəlib baxdıqda evin plastik pəncərəsinin açıq olduğunu görmüş, qapını açıb evə daxil olduqda evin ikinci mərtəbəsində otağa yığdığı 20 ədəd top 2,5 mm-lik elektrik naqilinin və divarlara çəkilmiş 5 ədəd top 2,5 mm-lik naqilin və 3 ədəd top 1,5 mm-lik naqilin sökülüb oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1290 manat ziyan dəymişdir. Halhazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 ifadəsində göstərdi ki, Abşeron rayonu Saray qəsəbəsində yeni tikilmiş fərdi yaşayış ev ona məxsusdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həmin evdə olan zaman zirzəmidəki əşyalar yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evə baş çəkən zaman evin zirzəmisinin plastik pəncərəsinin yerindən çıxarıldığını, zirzəmidən ona məxsus 80 manat dəyərində 01 ədəd “Bosch” markalı pereferatoru, 80 manat dəyərində 01 ədəd markasını xatırlamadığı laqondanı və 02 top hər topu 70 manat dəyərində elektrik naqillərini oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 300 manat məbləğində ziyan dəymişdir. Halhazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 07 may 2022-ci il tarixdə yaşadığı evdən çıxıb işə getmiş, sabahı günü yəni, 08 may 2022-ci il tarixdə, saat 08:40 radələrində yaşadığı həmin evinə qayıtmışdır. O, işə gedərkən həyətindəki əl damının qapısını bağlamışdır. Lakin evə qayıtdıqda həyətindəki əl damının qapısının açıq olduğunu görmüş, içəri girib oradakı əşyalarını yoxladıqda oradan 50 manat dəyərində 1 ədəd laqonda, 200 manat dəyərində bir ədəd qaynaq aparatı, 140 manat dəyərində 1 ədəd usta açar dəsti, 30 manat dəyərində 1 ədəd boru yapışdıran ütü və 10 manat dəyərində 1 ədəd su motorunun yerində olmadığını gördükdə, ona həmin əşyaların oğurlandığı məlum olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat dəyərində ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və ona vurulmuş ziyanı tələb etdiyini göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən bağ evinin həyəti mişar daşları ilə hasara almışdır. Həyətə giriş üçün dəmir darvazadan istifadə olunur, lakin orada yaşayış yoxdur. Müəyyən tikinti materialları alıb orada saxlamışdır. O, orada yaşayış olmadığı üçün hərdən-bir bağ evinə gedib baxmaqla nəzarət etmişdir. Sonuncu dəfə 25 oktyabr 2021-ci il tarixdə evə getmiş və oradakı əşyaların hamısı yerində olmuşdur. Bundan sonra 06 noyabr 2021 -ci il tarixdə, saat 17 radələrində bağ evinə nəzarət etmək üçün gedib baxdıqda həyətdə olan 60 manat dəyərində 2 ədəd 10 metr armatur, 20 manat dəyərində 1 ədəd 5 metr uqolnik, 120 manat dəyərində 1 ədəd dəmir manqal, 100 manat dəyərində 2 ədəd 50 metrlik udilnitel və 100 manat dəyərində 1 ədəd direlin yerində olmadığını gördükdə kiminsə hasarın üstündən həyətinə daxil olaraq onları oğurladığını bilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs X10 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd qəbirstanlığının yaxınlığında fərdi yaşayış evində yaşayan yoxdur. Buna görə həmin evinə tez-tez gedib baxmaqla nəzarət edir. 27 dekabr 2021-ci il tarixdə yaşadığı Yardımlı rayonunda olduğu zaman Saray qəsəbəsində yerləşən evinin pəncərəsinin açıq olması barədə ona xatırlamadığı şəxs tərəfindən məlumat verilmişdir. Bundan sonra 31 dekabr 2021-ci il tarixdə həmin evə gəlib baxdıqda, evdəki əşyaların dağınıq olduğunu, qonaq otağından hər birinin dəyəri 25 manat olan 6 ədəd yeni divar kağızın, hamam otağından 1 ədəd 150 manat dəyərində su qızdırıcı qurğunun, mətbəxdən 35 manat dəyərində qab-qacaq dəstinin və 45 manat dəyərində bıçaq- çəngəl dəstinin, hər birinin dəyəri 10 manat təşkil edən 2 ədəd dəsmalın və yataq otağında olan 130 manat dəyərində 1 ədəd yeni yataq dəstinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 530 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və ona vurulmuş ziyanı tələb etdiyini göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2021-ci ildən etibarən Abşeron rayonu Ceyranabatan qəsəbəsi yeni məhəllə ərazisində özünə fərdi həyət evi inşa etdirir. Maddi vəziyyəti yaxşı olmadığı üçün evin təmirini hissə-hissə etdirir. Müxtəlif təmir-tikinti avadanlıqları və tikinti materialları alıb evin içərisinə yığmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evindəki əşyarın hamısının yerində görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evə gedib baxdıqda, evin pəncərəsinin açıq olduğunu, evindən 240 manat dəyərində 02 ədəd mərmər pəncərə altlığının,1000 manat dəyərində kombi sistemi üçün nəzərdə tutulmuş boruların və aksessuarların, 28 ədəd hər biri 6 manat olan 168 manat dəyərində elektrik açarlarının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1408 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, yaşadığı evin yaxınlığında yerləşən özünəməxsus metal qəbulu məntəqəsində işləyir. Belə ki, vətəndaşlar tərəfindən gətirilən işlənmiş-köhnə metalları qəbul edir və müxtəlif şirkətlərə satmaqla çörək pulu qazanır. Həmçinin vətəndaşların satdıqları ev əşyalarını da alıb-satmaqla məşğul olur. Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs yaşadığı Novxanı qəsəbəsinə gəlib-gedəndə görmüş və aralarında münasibət yaranmışdır. 08 may 2022-ci il tarixdə, saat 11 radələrində işdə olan zaman Mehman iş yerinə 1 ədəd laqonda, 1 ədən qaynaq aparatı, 1 ədəd açar dəsti, 1 ədəd boru yapışdıran ütü və 1 ədəd su motorunu satmağa gətirdiyini ona demişdir. Mehman satmağa gətirdiyi həmin əşyaların ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Mehman ilə aralarında olan razılığa əsasən əşyaları ondan 200 manata almış, təxminən 3-4 gündən sonra Mehmanın gətirdiyi əşyaları onun yanına gəlmiş tanimadığı adamlara satmaqla çörək pulu qazanmışdir. Mehmanın ona satdığı həmin əşyaların oğurluq olduğunu bilməmişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Sumqayıt şəhərində köhə əşyaların alqı-satqı yerində işlənmiş əşyaları alıb-satmaqla çörək pulu qazanır. 22.01,2022-ci il tarixdə səhər saatlarında üzdən tanıdığı Mehman adlı şəxs yaşadığı küçədə ona yaxınlaşıb 5 top elektrik naqili satdığını bildirmişdir. O, həmin naqillərin Mehmanda haradan olduğunu soruşduqda sonuncu həmin naqilləri usta işlədiyi yerdə pul müqabilində verildiyini demişdir.Mehman 5 top elektrik naqilini ona 50 manat satmışdır. Bundan bir-iki gün sonra həmin 5 top elektrik naqilini Saray qəsəbəsində tanımadığı bir nəfər şəxsə 130 manata satmışdır. Bundan başqa o, 04 aprel 2022-ci il tarixdə, saat 09 radələrində həmişəki kimi Sumqayıt şəhərində köhnə əşyaların satıldığı yerdə olduğu vaxt Mehman ona yaxınlaşaraq satmağa özünə məxsus işlənmiş elektrik naqilləri, laqonda, drel, plastik yapışdıcı ütü, pereferator və plastik qapı gətirdiyini demişdir. Mehman ona həmin əşyaların köhnəldiyini və satıb yenisini almaq məqsədi olduğunu bildirmişdir.. Mehmanı tanıdığı və ona ona inandığı üçün həmin əşyaları aralarında olan razılığa əsasən ondan 150 manata almışdır. Bir neçə gündən sonra Mehman tərəfindən ona satılan əşyaların hamısını həmin bazarda tanımadığı şəxsə xatırlamadığı qiymətə satarmışdır. Mehmanın ona satdığı həmin əşyaların oğurluq olduğunu polis idarəsində olduğu vaxt, yəni onunla sorğu-sual aparıldıqda bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2020-ci ildən əlvan metalların qəbulu və satışı ilə olan məntəqədə işləyir. Bundan başqa Sumqayıt şəhərindəki köhnə-işlənmiş əşyaların alqı-satqı yerində işlənmiş əşyaları alıb satmaqla çörək pulu qazanır. Təqsirləndirilən şəxs təxminən 5-6 ildir tanıyır, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 2021-ci ilin oktyabr ayının axırlarında saat 11 radələrində Sumqayıt şəhərində köhnə-işlənmiş əşyaların alqı-satqı yerində olduğu vaxt Mehman ona satmağa gətirdiyi 2 ədəd armatur, 1 ədəd uqolnik, 1 ədəd dəmir manqal, 2 ədəd uzun udilniteli, 1 ədəd işlənmiş direli göstərmiş, həmin əşyaları Mehmandan almamışdan əvvəl onları haradan gətirdiyini soruşduqda Mehman həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq üçün gətirdiyini demişdir. O, Mehmanın dediklərinə inanmış və aralarında olan razılığa əsasən onları 250 manata almış, təxminən 2-3 gündən sonra həmin əşyaları orada tanımadığı ayr-ayrı şəxslərə satmaqla qazanc əldə etmişdir. Mehmanın ona satdığı əşyaların oğurluq olduğunu bilməmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təmir işləri ilə məşğul olduğu üçün Sumqayıt şəhəri, Saray qəsəbəsi, “Daş bazarı”adlanan yerdə münasib qiymətə təmir-tikinti materialları alıb-satmaqla qazanc əldə edir. xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində həmin ərazidə olduğu vaxt, təxminən 35-40 yaşlarında, sonradan adının Mehman olduğunu öyrəndiyi şəxsin satmağa gətirdiyi elektrik naqillərini ondan 40 manata almış, təxminən 1-2 gündən sonra elektrik naqqillərini tanımadığı şəxsə satmış, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Mehman ona satdığı həmin elektrik naqillərinin özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, idarə etdiyi ağ rəngli VAZ-21074 markalı rus dövlət qeydiyyat nişanlı avtomobil ilə səyyar gəzərək xırdavat əşyaları alıb-satmaqla məşğul olur. 2022-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri ərazisində həyət evlərinin arasında idarə etdiyi həmin VAZ-21074 markalı avtomobili ilə gəzən zaman qışqıraraq xırdavat əşyalar aldığını deyən zaman sonradan adını öyrəndiyi Mehman adlı şəxs ona satmağa 6 ədəd divar kağızı, 1 ədəd işlənmiş vəziyyətdə su qızdırıcı qurğunu, qab-qacaq və bıçaq-çəngəl dəstini, iki ədəd dəsmal və 1 ədəd yataq dəstini göstərmişdir. O, həmin əşyaları Mehmandan 150 manata almışdır. Mehman həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa o, Sumqayıt şəhəri, Şərq bazarında əlvan metalların alqı satqısı ilə məşğul olur. 2022-ci ilin fevral ayında Mehman satmağa gətirdiyi əl frezi, bir ədəd perferator,lobzik və bir ədəd samovarı ondan hazırda yadında qalmayan qiymətə almış və sonra da həmin əşyaları bazarda satmışdır. Mehman ona satdığı həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Mehmandan aldığı həmin əşyaların oğurluq olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 10 mart 2022-ci il tarixdə onun işlədiyi metal qəbulu məntəqəsinə Mehman adlı şəxs gələrək ondan usta kimi evdə işlədiyini və həmin evdə təmirdən artıq qalan 2 ədəd pəncərə üçün mərmər altlığı, 28 ədəd elektrik açarları və kombi sistemi üçün nəzərdə tutulmuş boruları və aksessuarları satmağa gətirdiyini demişdir. Həmin boruların və elektrik açarların təzə vəziyyətdə olduğunu görmüş və onları sata biləcəyini düşünmüşdür. Bunun üçün Mehman adlı şəxsdən həmin əşyaların hamısını 160 manata almışdır. Həmin əşyaları sonradan tanımadığı şəxslərə satmışdır. Mehmandan aldığı həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Mehman onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmiş, ona usta kimi evdə işlədiyini və həmin evdə təmirdən artıq qalan 2 top elektrik naqilini, bir ədəd işlənmiş köhnə laqondanı, 01 ədəd köhnə işlənmiş pereferatoru satdığını bildirmişdir. Həmin elektrik naqillərini əlvan metal kimi ondan 25 manata almışdır. Mehman ona həmin əşyaların oğurluq olmadığını demişdir. Bundan sonra həmin köhnə laqonda və pereferatoru Mehmandan 40 manata almışdır. Təqsirləndirilən şəxs aldığı 140 naqilləri və 1 ədəd “Bosch” markalı pereferatoru istintaqa könüllü olaraq təqdim etmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarından görünür ki, Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs aldığı 140 metr naqilləri və 1 ədəd “Bosch” markalı pereferatoru istintaqa könüllü təqdim etmişdir. X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 115 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunan 01 ədəd “Bosch” markalı perforatorun və 140 metr mis elektrik naqilinin 2022ci ilin mart ayına orla bazar qiyməti ilə ümumi təqribi dəyəri 220,0 manat məbləğində müəyyən edilir. iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən X9 məxsus oğurlanan əşyalardan aşkar edilib götürülmüş 01 ədəd “Bosch” markalı perforator və 140 metr mis elektrik naqili Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə binaya və saxlanc yerinə qanunsuz olaraq daxil olub özgənin əmlakım gizli olaraq talamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə olunmuş CMS-AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, Abşeron rayon məhkəməsinin 05.03..2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman məhkumluğu ödənilməmişdir, yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan 6 saylı MKS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Aynur Şərifova adlı bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Abşeron rayon Məhkəməsinin hakiminin xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə məhkəmə hazırlıq iclasının qərarı ilə onun barəsində həbs qətimakn tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd “Bosch” markalı perforator və 140 metr mis elektrik naqili sahibi zərərçəkmiş şəxs X9 qaytarılmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd “Bosch” markalı perforator və 140 metr mis elektrik naqili sahibi zərərçəkmiş şəxs X9 qaytarılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-118/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-118/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver