Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1181/2025 05.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndi, N.Nərimanov küçəsi, döngə 1, ev 2-də qeydiyyatda olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdən cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakı əmələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 “Azərsun Holdingdə” sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncudan hissə-hissə olmaqla 2023-cü ilin avqust ayının əvvəllərində 280 manat, 220 manat və 400 manat pulu Abşeron rayonu Xırdalan şəhəri, Kristal Abşeron -1 yaşayış kompleksində ümumilikdə 900 manat pul alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan başqa X6 təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Bankdan istehlak krediti götürməkdə kömək edəcəyinə dair yalan vədd verib aldadaraq, sonuncunun terminal vasitəsilə hissə-hissə olmaqla 4169 7388 **** 1670 saylı Kapital Bank hesabına xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 485 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 360 manat, xx.xx.2024-cü il tarixdə 610 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 720 manat, xx.xx.2024-cü il tarixdə 320 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 440 manat kart hesabına, xx.xx.2024-cü il tarixdə 800 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 500 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 125 manat kart hesabına, xx.xx.2024- cü il tarixdə 165 manat pulu kart hesabına, xx.xx.2024-cü il tarixdə 600 manat kart hesabına, xx.xx.2024-cü il tarixdə 380 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 200 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 400 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 600 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 200 manat kart hesabına, xx.xx.2024-cü il tarixdə 330 manat kart hesabına, xx.xx.2024-cü il tarixdə 410 manat kart hesabına, xx.xx.2024-cü il tarixdə 400 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 300 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 500 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 500 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 730 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 400 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 300 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 100 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024-cü il tarixdə 700 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl xx.xx.2024-cü il tarixdə 700 manat kart hesabına, xx.xx.2024-cü il tarixdə 700 manat pulu Əcəmi metrostansiyası yaxınlığında əlbəəl, xx.xx.2024-cü il tarixdə 1700 manat pulu Abşeron rayonu Məhəmmədli kəndində əlbəəl, xx.xx.2024- cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 280 manat, xx.xx.2024-cü il tarixdə 375 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 1928 manat pulu əcəmi metrostansiyası yaxınlığında əlbəəl, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 58 manat, xx.xx.2024-cü il tarixdə 18 manat, xx.xx.2024- cü il tarixdə 6 manat, xx.xx.2024-cü il tarixdə 5 manat, xx.xx.2025-ci il tarixdə 7 manat, xx.xx.2025-ci il tarixdə 13 manat olmaqla, 21747 manat pulu kart hesabına, 11053 manat pulu isə əlbəəl götürməklə ümumilikdə 32800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, onunla taksidə olarkən tanış olmuş, belə ki, 2023-cü ilin avqust ayında Ehtiram taksi fəaliyyəti ilə məşğul olmuş o da, Ehtiramın avtomobilinə müştəri qismində əyləşmişdir. Söhbət əsnasında Ehtiramın iş axtardığını bilib X7 sürücü kimi işə düzəltməyi təklif etmişdir. Ehtiram onunla razılaşmış və ona hissə-hissə olmaqla əlbəəl 900 manat pulu Xırdalan şəhəri, Kristal Abşeron-1 y/k-də görüşərək vermiş, bundan sonra Ehtirama daha iki dəfə dekabr ayında zəng edərək 300 manat və 50 manat pulu borca istəmişdir. O, 900 manat pulu borcları olduğu üçün Ehtiramı aldadaraq almasını, Ehtiramı işlə təmin etmək fikri olmamış, Aldığı pullarıda borclarını ödəməkdə istifadə etmişdir. Zərərçəkmiş şəxs2 tanıyır, Poladın kürəkəni ilə dost olmuş və vasitəsi ilə Poladı tanımışdır. Polad ilə görüşüb söhbət edərkən söhbət əsnasında istehlak krediti götürmək istədiyini bildirmiş, o da, Polada adına kredit kartı olduğunu həmin kredit kartının borcunu bağladıqdan sonra əlavə daha yüksək məbləğdə kredit götürə biləcəyini və həmin pulun yarısını təxminən 16000 manatını ona verə biləcəyimi demişdir. Polad isə pulu götürdükdən sonra hər ay faizini ödəməli idi. Polad onunla razılaşıb və hissə-hissə olmaqla ona 10000 manat pul verdi ki, 4169 7388 **** 1670 saylı karta yükləyib, borcu bağlayıb daha çox kredit götürüb Polada vermək istəmişdir. Lakin onun barəsində Sumqayıtda araşdırma aparıldığından kartına stop qoyuılmuş və həmin kartdan istifadə edə bilməmişdir. O, Polada 10 000 manat borclu olduğunu, qaytarmaq istədiyini, sadəcə olaraq həbsdə olduğu üçün qaytara bilmədiyini, onunla borc müqaviləsi bağlasa valideyninin ona hər ay ödəniş etməyə hazır olduğunu bildirmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Əlövsət Əzizlini onun kürəkəni Elvin vasitəsi ilə daha əvvəllər tanımış, Əlövsət Elvinin dostu olmuşdur. Əlövsət 2024-cü ilin avqust ayında onun iş yerinə gələrək ona banka istehlak krediti götürməyi təklif etmişdir. Ona banka pu! verərək bankdan daha sonra faizi ilə pul götürəcəyini demişdir. Təklifinə inanaraq Əlövsətə hissə-hissə olmaqla 2024-cü ilin avqust ayından 2025-ci ilin yanvar ayına kimi ümumilikdə 32 800 manat pul göndərmişdir. Pulları müxtəlif vaxtlarda terminal vasitəsi ilə Əlövsətə məxsus 4169 7388 **** 1670 saylı Kapital Bank hesabına 2024-cü ilin avqust ayından 2024-cü ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 280 manat, xx.xx.2024-cü il tarixdə 375 manat, xx.xx.2024- cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 58 manat, xx.xx.2024-cü il tarixdə 18 manat, xx.xx.2024-cü il tarixdə 6 manat, xx.xx.2024-cü il tarixdə 5 manat, xx.xx.2025-ci il tarixdə 7 manat, 21.01,2025-ci il tarixdə 13 manat göndərmişə, qalan pulları isə qəbizləri onda qalmamış, belə ki, Əlövsətə güvəndiyindən ona qarşı dələduzluq edəcəyini düşünmədiyindən, başqa şəxslərdən Əlövsətin kart hesabına pul göndərməsini istədikdə həmin qəbizləri götürüb saxlamamışdır. Bundan başqa Əlövsətə əlbəəl də, pul vermiş, həmin pullarda hissə-hissə vermiş, cəm şəkildə verməmişdir. Əlövsətə 1600 manat birlikdə qızıllarını satmağa gedib Əlövsətin yanında satıb Əlövsətə Əcəmi metrostansiyası yaxınlığında, 1700 manat pulu torpağını Əlövsətin yanında satarkən beh olaraq götürüb yaşadığı evdə Əlövsətə vermişdir. Sonuncu dəfə isə pulu Məhəmmədli kəndində yerləşən terminal vasitəsilə xatırlamadığı məbləğdə pulu Əlövsətin kart hesabına göndərmişdir. 2025-ci ilin mart ayında Əlövsət ona zəng edərək gördüyü həmin bu işlərə görə barəsində şikayət olduğunu tutulacağını dedikdə, Əlövsətin onu da, aldatdığını başa düşmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Opel Astra markalı, **-BK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət etdiyi X4 2023-cü ilin avqust ayında tanımış. Belə ki, taksi fəaliyyəti ilə məşğul olduğu zaman Əlövsət müştəri qismində nəqliyyat vasitəsinə əyləşmişdir. Bir neçə dəfə Əlövsəti sifarişi əsasında dediyi yerlərə aparmışdır. Əlövsət ona əmisi «Azersun» holding şirkətinin kadr üzrə rəhbəri vəzifəsində işlədiyini demiş və ona əgər istəyirsə onu həmin şirkətə Sumqayıt yağ zavodunun müdirinin sürücüsü işinə düzəldəcəyini və ona «Hyundai Elantra» markalı nəqliyyat vasitəsi veriləcəyini demişdir. O, böyük həvəslə Əlövsətə inanaraq işə düzəltməsi üçün ona köməklik göstərməsini xahiş etmişdir. Əlövsət ona 4000 manat pul tələb olunduğunu, lakin dostluğa yoldaşlığa görə onu həmin vəzifəyə 1500 manat pul qarşılığında düzəldəcəyini demişdir. O, Əlövsət ilə razılaş və o qədər pulunun olmadığını, lakin hissə hissə verə biləcəyini demişdir. Mən onunla razılaşdım və dedim ki, o qədər pulum yoxdur, lakin hissə hissə verə bilərəm. 2023-cü ilin avqust ayının əvəllərində 1 həftə ərzində hissə-hissə olmaqla 280 manat, 220 manat və 400 manat pulu Əlövsətin yaşadığı Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksində Əlövsətlə görüşüb əlbəəl nağd formada ümumilikdə 900 manat pul vermişdir. 2023-cü ilin dekabr ayının dəqiq xatırlamadığı günündə Əlövsət ona zəng edərək anasının ağır xəstə olmasını, iynə vurulmasa ölə biləcəyini deyərək ondan 300 manat pul istəmiş, o da, ehtiyacının olmasını zənn edərək hazırda xatırlamadığı bank kartına onlayn köçürmə yolu ilə 300 manat pul göndərmişdir. Bir neçə gün sonra gecə saatlarında Əlövsət ona təkrar zəng edərək uşağının xəstə olmasını, uşağının yeməyinin olmamasını deyərək ondan 50 manat pul istəmişdir. Ehtiyac içində olmasını düşünüb Əlövsətin yenə dediyi karta 50 manat pul göndərmişdir. Əlövsət 900 manat pulu ondan işə düzəltmək adı ilə, 350 manat pulu isə borc adı ilə alaraq ələ keçirmişdir. Ona ümumilikdə 1250 manat maddi ziyan vurulduğunu qeyd etmişdir Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsini mahiyyəti üzrə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqıda” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixdə X2 çağırışlara gəlməyərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsi ilə cinayət işinin icraatı dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi müstəntiq Kənan Yasinli tərəfindən icrasata qəbul edərək ********* saylı cinayət işi ilə birləşdirilərək ********* nömrəsi saxlanılaraq ibtidai istintaqı davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu saxlanılıb istintaqa təqdim olunanadək dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 07 (yeddi) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməsi hökm edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzin kserokopiyalarımaddi sübut kimi tanınmış, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadəsi, qəbzlər və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çəxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı azyaşlı övladları vardır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs2 10000 manat alması ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxsin ifadəsi, üzləşmə protokolu, qəbzlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq zərərçəkmiş şəxsin ifadəsi cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadə iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsə sual vermək imkanı yaradılsa da, zərərçəkmiş şəxs tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsn ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə iş materiallarını araşdıraraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən həmin Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlini təkrar törətməsi barədə Zərərçəkmiş şəxs1 dair verilmiş epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, məhkəmə həmin halları nəzərə alaraq, belə qənaətə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti 2023-cü ilin avqust ayında törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs dələduzluq etməsinə dair həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə X2 çağırışlara gəlməyərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək həmin tarixdə CPMnin 53.1.3-cü maddəsi ilə cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2025-ci il tarixində cinayət işi üzrə icraat təzələnmişdir. Sonradan isə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs oğlu saxlanılıb istintaqa təqdim olunanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Lakin Təqsirləndirilən şəxs istintaqdan yayınmamış, cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan hal olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Buna görə də Zərərçəkmiş şəxs1 dair verilmiş epizod üzrə icraata xitam verilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, bununla da Təqsirləndirilən şəxs əməlində təkrarçılıq olmadığından dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, yalnız verilmiş ittihama əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə, törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə tutulduğu 07 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi X1 iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Nəticə: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə tutulduğu 07 (yeddi) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş oğlu 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi X1 iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1181/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1181/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver