Məhkəmə qərarları › İş №1(012)-119/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-119/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-119/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin arvadı olan hüquqi varisi Şahid3 , Təqsirləndirilən şəxs X17 qızının, müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vəzirov küçəsi ev 2A-da qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmiş X17 qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əmirəli qızı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs qızı X3 məxsus ünvan 1 A nömrəli ünvanda yerləşən evi banka girov qoymaq şərtilə 4000-5000 civarında bank və notariat xərclərini çıxıldıqdan sonra 2000 manat müqabilində 50000 (əlli min) manat məbləğində ipoteka krediti düzəldəcəyi adı ilə yalandan vəd verib inandırıb aldadaraq, xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs qızı Xəyalə Dünyamalıyevanın adına 39700 manat məbləğində kredit çıxarıb, həmin puldan 16500 manat məbləğində nəğd pulunu qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 qızı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid5 2017-ci ilin yay aylarından tanıyırmış. Belə ki, Şahid5 hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vurub bir nəfər Mehralı adlı şəxsin olduğunu, həmin şəxs evini girov qoyub pul götürmək istəyir. O, Mətanətdən evin harada olduğunu soruşmuşdur. Mətanət ona evin Abşeron rayonu, Novxanı kəndində olduğunu bildirmişdir. O, Mətanətdən Mehralının hansı məbləğdə pul istədiyini soruşmuş və Mətanət ona Mehralının 15000-20000 manat pul istədiyini demişdir. O, Mətanətlə 20 Yanvar metrostansiyasının qarşısında görüşmüş və oradan birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Mehralının həyətinə daxil olduqda, həyətdən xoşagəlməz iy gəldiyinə görə və Mehralının arvadının narazı olduğunu görüb onun tanışlarının belə bir yerə gəlməyəcəklərini deyib oradan çıxıb getmişlər. Oradan onlar birlikdə 20 Yanvar metrostansiyasına qayıtmışlar və orada Mehralı ilə görüşmüşlər. O, Mehralıya evə görə heç kimin pul verməyəcəyini demiş, Mehralı da ondan xahiş edib ki, köməklik göstərsin. 2017-ci ilin noyabr ayında əvvəllər tanıdığı Şahid2 ona zəng vurub Mehralı adlı şəxsə ipoteka krediti düzəltmək lazım olduğunu bildirmişdir. Nazim ona görüşməyi təklif etmiş və onlar Nərimanov rayonunda yerləşən çayxanada görüşmüşlər. O, Nazimlə görüşən zaman dediyi Mehralı adlı şəxs Mətanətin onunla tanış etdiyi Mehralı olduğunu bilmişdir. Mehralı 50000 manat pul istədiyini demiş, o isə Mehralıya evinə pul verməyəcəklərini demişdir. Mehralı da evini təmir etdiyini demiş, o Mehralıya köməklik etməkdə imtina etmişdir. Bu zaman Nazim Mehralıya zamin durduğunu heç bir problem olmayacağını demişdir. O, Mehralıya 50000 manata evini qiymətləndirilə biləcəyini demiş, Mehralı da 50000 manatdan artıq qiymətləndirilməsini xahiş etmişdir. O, Mehralıya 50000 manatdan artıq evi qiymətləndirilməyəcəyini, həmin 50000 manatdan ona 40000 manat pul nağd veriləcəyini, həmin 40000 manatdan da 15000 manat götürüləcəyini 25000 manat da ona veriləcəyini demiş və Mehralı da onunla razılaşmışdır. O, Mehralıya sənədləri hazırlamasını demiş, sonra onlardan ayrılıb getmişdir. Mehralı ilə danışdıqdan sonra Raminlə əlaqə saxlamaq qərarına gəlmişdir. Belə ki, Ramin ona banklarda tanışlarının vasitəsi ilə ipoteka kreditləri düzəldə biləcəyini bilirmişdir. Raminin istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Raminə Mehralı adlı şəxsin Abşeron rayonu, Novxanı kəndində evinin olduğunu, ona 50000 manat məbləğində ipoteka krediti düzəltmək lazım olduğunu demişdir. Ramin də ona bir nəfər hərbiçinin olduğunu evə baxdıqdan sonra ipoteka düzəltmək mümkün olduğunu demişdir. Təxminən 10 gün keçdikdən sonra o, Mehralı ilə Nərimanov parkının qarşısında görüşüb Mehralıdan evinin sənədəlri almışdır. Sənədlər tam olmadığından 2-3 gün keçdikdən sonra, Mehralının arvadı sənədlərin qalan hissəsini Elmlər Akademiyası metrostansiyasının yaxınılığında onunla görüşüb vermişdir. O, sənədləri götürdükdən sonra Raminlə Nərimanov metrostansiyasının yanında görüşmüşdür. Həmin vaxt Ramin hərbiçi olan Elmidarla birlikdə gəlmişdir. Ramin sənədləri götürüb əlaqə saxlayacağını demişdir. Ramin sənədləri götürdükdən sonra o, Raminlə əlaqə saxlamış və ona məsələnin nə yerdə qaldığını soruşmuşdur. Ramin də ona 1- 2 günə həll olunacağını deyirmiş. 2017-ci ilin dekabr ayının əvvələrində Mehralı ona zəng vurub Abşeron rayonu, Xırdalan şəhəri notariat kontoruna getmək lazım olduğunu demişdir. xx xxxxxx 2017-ci il tarixdə saat 10 radələrində o, notariat kontoruna gəlmişdir. Həmin vaxt Ramin Elmidarla birlikdə, Mehralı arvadı və qızı ilə birlikdə gəlmişdirlər. Sonradan isə Mehralının kürəkəni notariat kontoruna gəlmişdir. Notariat kontorunda onlara evdə qeydiyyatda heç kim olmadığına görə vergi ödəmək lazım olduğunu bildirmişlər. Həmin vaxt Mehralı rasxodun çox çıxdığını desə də sonra razılaşmışdır. Alqı-satqı olduqdan sonra Mehralının qızının adına 39700 manat pul verilmişdir. Mehralı pulu götürdükdən sonra o, Mehralı, Mehralının arvadı, qızı və Nazim notariat kontorunun yaxınlığında olan kafeyə getmişlər. Orada Mehralı 13200 manat pulu sayıb ona vermişdir. Mehralı pulu ona verdikdən sonra notariat kontorunda da 3000 manatdan artıq pulu çıxdığını demişdir. O, Mehralıdan ona nə qədər verəcəyini soruşmuş, Mehralı da ona 500 manat pul vermişdir. O, Mehralıya «sən yalvara-yalvara pul istəyirdin, mən də köməklik etdim, indi də sən cığallaq edirsən» sözlərini demişdir. O, Mehralıdan 13200 manat pulu götürüb bayıra çıxmış və bayırda həmin pulu Raminə vermişdir. Həmin vaxt Ramin Elmidarla birlikdə dayanıbmış, o pulu Raminə verib getdikdən sonra, Raminə zəng vurub Mehralının 500 manat verdiyini ona pul ehtiyac olduğunu demişdir. Səhəri gün o, X13 metrostansiyasının yanında görüşüb Ramindən 1500 manat pul almışdır. Bir müddət keçdikdən sonra Mehralı evin ödənişini gecikdirdiyinə görə bankdan Elmidara zəng vurmuşlar. Elmidar da ona zəng vuraraq, bankdan ona zəng olduğunu bildirmişdir. O, buna görə Mehralıya zəng vurub ödənişi etməsini demişdir. Həmin vaxt Mehralı da ona başınıza oyun açacağını demişdir. Sonradan o, bilmiş ki, Mehralı ondan və Mətanətdən şikayət etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı qismən ödəyərək barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs X17 qızının məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə “dəqiqləşdirilməmiş ürək çatışmamazlığı” səbəbindən vəfat etmişdir. Azərbaycan Respulikası CPM-nin 87.2-ci maddəsinə əsasən törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir Zərərçəkmiş şəxsin arvadı olan hüquqi varisi qismində tanınmış Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsindən görünür ki, əri X4 pul ehtiyac olduğundan o, yaşadıqları ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evini ipoteka krediti ilə girov qoyub pul götürmək istəyirmiş. Həmin ərəfədə də Şahid5 onların yaşadıqları evə ipoteka krediti ilə bağlı gələn zaman tanımışdır. Mətanət təxminən 7-8 dəfə müxtəlif tanımadığı şəxslərlə yaşadığı evə gəlib baxırmışlar. Mətanət hər dəfə gələn şəxslərin kredit düzəldən olduğunu deyirmiş. 2017-ci ilin yay ayalarında Mətanət Mehralıya demiş ki, ev remontsuz olduğundan ipoteka krediti götürmək alınmır. Buna görə də Mətanət uşaqların və qohumlarının adına «Nikoil», «Dəmirbank» və «Bank Respublika»-dan 15000 manat kredit düzəldəcəyini, həmin pulun 5000 manatını ipoteka almaq üçün özü götürəcəyini qalan 10000 manatı isə evi təmir etmək lazım olduğunu bildirmişdir. Mehralı Mətanətə qızlarının və baldızı qızının heç yerdə işləmədiklərini bildirmişdir. Mətanət banklardan kreditin götürülməsi üçün özü arayış təşkil edəcəyini, yəni onları hansısa təşkilata işə düzəldəcəyini demişdir. Onlara pul ehtiyac olduğundan Mehralı da razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə Mətanət, qızı Şahid4 adına «Nikoil» bankdan 3000 manat kredit düzəltmişdir. Buna görə də o, qızı Şahid4 həmin krediti götürən zaman 1300 manatını bankın qarşısında Mətanətə vermişdir. Bundan başqa X1 adına «Nikoil» bankdan 3000 manat kredit götürməkdə o da iştrak etmişdir. Həmin vaxt o, Xəyalə ilə Mətanətin göndərdiyi taksi ilə yaşadıqları evdən «Nikoil» banka getmişlər. Orada da Xəyalənin adına 3000 manat kredit götürübmüşlər. Mətanət də «Nikoil» bankın yanına gəlsə də, banka girməmişdir. Mətanət hər dəfə bankda işləyən Novruz adlı şəxslə telefonla danışıdıqdan sonra onlara Novruzun yanına getməklərini deyirmiş. Onlar da Novuruzun yanına gedirmişlər və oradan kredit götürürmüşlər. xx xxxxxxxx 2017-ci il tarixdə Mətanət, qızı X1 adına «Nikoil Bank» dan 3000 manat götürdükdən sonra birlikdə «Bank Respublika»ya getmişlər. Orada Xəyalənin adına 1000 manat kredit düzəlmişdir. Onlar orada krediti götürdükdən sonra Mətanət Mehralıya zəng vurub pul istəmişdir. Buna görə də Mehralı ona zəng vurub Mətanətə 1000 manat pul verməsini bildirmişdir. O, Mətanətə bankın qarşısında 1300 manat vermişdir. Onlar banklardan götürdükləri kreditlə evi təmir etməyə başlamışlar. Evi təmir edən zaman, Mətanət sonradan adının Gülya olduğu bildiyi qadınla və başqa 2 nəfər tanımadığım kişi ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Mətanət onlara demiş ki, ipoteka məsələsini Gülya düzəldəcəkdir. Gülya ilə gələn şəxslər evlərin fotoşəkillərini çəkmişlər. 1 həftə keçikdən sonra Mətanət Mehralı ilə əlaqə saxlamış və evin içərisinin tam təmirli olmadığından yaramadığını qonşu evinin içərisinin şəkillərini çəkməyi təklif etmişlər. xx xxxxxx 2017-ci il tarixdə 09-10 radələrində o, qızım Şahid1, Şahid4, ərim Zərərçəkmiş şəxs, Xəyalənin əri X14 rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontourna gəlmişlər. Həmn vaxt Gülya, «AG» bankın nümayəndəsi, Ramin və hərbiçi olan Elmidar və başqa bir nəfər şəxslə gəlmişdir. Orada Gülya onlara Elmidarı təqdim edib, evlərini güya ipoteka ilə aldığını və adına evin sənədləşəcəyini demişdir. O, Mehralı ilə Gülyadan tələb etmiş ki, Elmidar hərbiçidir, gələcəkdə onun başına iş gələ bilər, buna görə də onun adına etibarnamə versin ki, o, evi sonradan öz adına sənədləşdirsin. Gülya və Elmidar razılaşmaq istəmirmişlər. Mehralı Gülyaya demiş ki, əgər onun dediyi olmasa evin sənədləşməsinə imkan verməyəcəyikdir. Bundan sonra Gülya razılaşmış və həmin vaxt notariat kontorunda Rövşən sənədlərin hamısını notariat kontoruna təqdim etmişdir. Onlar birlikdə gözləməyə başlamışlar Sənədlərin uzun çəkəcəyini dediklərinə görə birlikdə «İdeal» kafesinə getmişlər. Təxminən 1 saatdan sonra notariat kontorundan Gülyanı çağırmışlar. Gülya Elmidarla birlikdə notariat kontoruna getmişlər, təxminən 1 saatdan sonra Gülya Mehralıya zəng vurub notariat kontoruna gəlməyini bildirmişdir. Onlar hamılıqla notariat kontoruna getmişlər. Həmin vaxt Nazim də notariat kontourna gəlmişdir. Notariat kontorunda Gülya Mehralıya demiş ki, alqı-satqıya görə 2000 manata yaxın vergi tutulacaqdır. Mehralı da narazılıq edib, notariat kontorunun notariusu Bahadurun yanına girmişdir. Mehralı Bahadurdan nə üçün 2000 manata yaxın vergi tutulmasının səbəbini soruşmuşdur. Bahadur da Mehralıya izah etmiş ki, həmin ünvanda Şahid1 5 ildən artıq qeydiyyatda olsaydı vergi tutulmazdır. Mehralı da Bahadura Xəyalənin 2009-cu ildən həmin ünvanda qeydiyyatda olduğunu demişdir. Bahadur isə ona polis idarəsinə sorğu verəcəyini, oradan cavab gəldikdən sonra alqı-satqını aparılacağını bildirmişdir. Mehralı da Bahadurun otağından çıxıb Gülyaya yaxınlaşıb Bahadurun dediklərini demişdir. Gülya Rövşənlə danışmış, Rövşən razılaşmamış, həmin vaxt Mehralı Gülya və Rövşən Bahadurun yanına girmişlər. Həmin vaxt Elmidar bir nəfər arıq bədən quruluşlu, balaca boy 30-35 yaş arası bir nəfər şəxslə Notariat kontorunun içərsində yerləşən «Muğanbank»-ın kassasının qarşısında dayanmışdır. Bahadur getdiyinə görə onlar birlikdə «İdeal» kafesinə getmişlər. Saat 15 radələrində notariat kontoruna gəlmişlər, orada sənədlər hazırlanmışdır. Şahid1 «Muğanbankın» kassasına yaxınlaşmış və orada 39700 manat pul vermişlər. Onlar pulu götürməmişdən əvvəl Elmidarın öz adından ona mülki etibarnamə verilmişdir. Elmidar etibarnamə verdikdən sonra Xəyalə 39700 manat pulu Mehralıya vermişdir. Mehralı da pulu sayıb Gülyaya vermişdir. O, Mehralı, qızları Xəyalə, Günel, Gülya və Nazimlə birlikdə notariat kontorunun yanında yerləşən «Xızı» restoranına getmişlər. Xızı restoranın zalında Gülya Mehralıya 22500 manat pul sayıb vermişdir. Mehralı Gülyaya «50.000 manat ipoteka krediti söz vermişdiniz, nə üçün mənə 22500 manat pul verirsən» sözlərini demişdir. Gülya Mehralıya bank ipoteka krediti kimi 39700 manat pul ayırıdığını, həmin puldan da 22500 manat Mehralıya verildiyni, 2000 manat civarında verqi tutulduğunu, 2500 manat ipoteka adına sənədləşən hərbiçi Elmidara verildiyni bildirmişdir. Pulun qalan hissəsini isə aparıb «Azərqaz» banka verəcəyini demişdir. Gülya Mehralıya söz verdiyi 1000 manat pulu istəmişdir. Bu zaman Nazim Mehralıya, onun yanında olan söhbətə görə pulu verməsini demişdir. Mehralı da 500 manat pulu sayıb stolun üzərinə qoymuş, qalan pulu qaytarmasını demişdir. Gülya stolun üzərində olan 500 manatı götürüb qalan pulu geri qaytarmamışdır. Mehralı Gülyadan banka pulu kimə verəcəyini soruşmuş və Gülya bankda Ruslan, Rövşən adlı şəxslərə çatacağını bildirmişdir. Bu zaman Mehralı Gülyadan pulu onun iştrakı ilə həmin şəxsə verməsini demiş, lakin Gülya razılaşmmışdır. Həmn vaxt Nazim Mehralıya qızılarının adına olan krediti ödədiyinə görə həmin pulu istəmişdir. Mehralı da buna görə Nazimə 500 manat pulu vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o 2009-cu ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin TTM-də, 2010-cu ildən Ağcabədi rayonu, Minəxorlu kənd ərazisində yerləşən N saylı hərbi hissədə müddətdən artıq cavuş kimi xidmət aparır. X10 2-3 il olarmış ki, sonuncunun qohumunun vasitəsi ilə tanımış, həmin şəxs onunla bir yerdə xidmət edirmiş. O, 2017-ci ilin noyabr ayında məzuniyyətdə olan zaman, Ramin Qurbanov ona zəng vuraraq Mehralı adlı şəxsin ipoteka krediti götürmək istədiyni, ona ipoteka krediti düzəltmək üçün hərbiçi lazım olduğunu demişdir. Ramin ona ipoteka kreditini onun adına götürlməsinə görə götürülən pulun 10 faizi məbləğində pul veriləcəyini demişdir. O, etiraz etməmiş və təxminən 5-10 gündən sonra saat 16-17 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkında Ramin və bir nəfər adını bilmədiyi şəxslə birlikdə görüşmüşdür. Həmin vaxt söhbət zamanı Ramin ona adına ipoteka krediti düzəldəcəklər həmin pul Mehralı adlı şəxsə veriləcəyini, Mehralı ipotekanın kreditini özü ödüyəcəyini bildirmişdir. Bundan sonra o, Ramin və həmin adını bilmədiyi şəxslə birlikdə Bakı şəhərində yerləşən «Asan» xidmətə getmişlər. Ramin və həmin şəxs bayırda gözləmişlər, o, «Asan» xidmətə girib Raminin ona dediyi kimi, ipoteka krediti ödənilməsi üçün hesab nömrəsi açdırmışdır. Həmin sənədi götürdükdən sonra Ramin və həmin şəxslə birlikdə Nərimanov parkına qayıtmışlar. Orada Ramin ona Nərimanov rayonu ərazisində yerləşən «AGBANK»-da Ruslan adlı şəxsə yaxınlaşıb sənədələri verməyini bildirmişdir. O, Ruslana yaxınlaşmış və Raminlə danışdığı kimi Ruslana özünə məxsus şəxsiyyət vəsiqəsinin sürətini, yaşayış yerindən arayış və digər sənədləri Ruslana vermişdir. Ruslan sənədləri alıb məlumat verəcəyini demişdir. O, oradan çıxıb Ağcabədi rayonuna qayıtmış, 1 həftə keçdikdən sonra Ruslan ona zəng vurub, evlərin qiymətləndirmə idarəsi ona Mehralının evini 56700 (əlli altı min yeddi yüz) manata qiymətləndirildiyini, həmin pulun 39700 manatını isə dövlət tərəfindən ipoteka formasında ödəniləcəyini demişdir. xx xxxxxx 2018-ci il tarixdə Ruslan ona zəng vurub Bakı şəhərində olduğumu bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 09-10 radələrində o, Raminlə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında Raminlə görüşmüşdür. O, Raminlə görüşdükdən sonra bir nəfər adını bilmədiyi şəxslə birlikdə Qarabağ kafesinin qarşısında görüşüb birlikdə həmin şəxsə məxsus «Mercedes-C» markalı avtomobillə Nərimanov rayonunda yerləşən «AGBANKA» getmişlər. Ramin və həmin şəxs bayırda gözləmişlər, o isə banka daxil olmuşdur. Orada Ruslan ona qəbzlər təqdim edərək, həmin qəbzləri onun adından ilkin ödəniş kimi «AGBANK»-a 17100 manat ödənişin edilməsi qəbzləri olduğunu bildirmişdir. O, qəbzləri imzaladıqdan sonra Ruslan bir nəfər Rövşən adlı şəxslə birlikdə Abşeron rayonu notariat kontoruna getməyini bildirmişdir. Rövşən özü notariat kontoruna getmiş, o isə Ramin və həmin adını bilmədiyi şəxslə birlikdə avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Notariat kontoruna getmişlər. Orada alqı-satqı etmək istədikdə, sistemdə problem olduğundan alqı-satqı günortadan sonraya qalmışdır. Günortadan sonra alqı-satqı etdikdən sonra Ramin ona söz verdiyi 4000 (dörd min) manat pulu sayıb vermişdir. O, pulu aldıqdan sonra Ağcabədi rayonuna getmiş, 1-2 ay keçdikdən sonra Ramin ona zəng vurub Mehralının şikayət etdiyini və pulu qaytarmağını bildirmişdir. O, həmin pulu düzəldib Raminə göndərmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilən Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs 2017-ci ilin sentyabr-oktyabr ayında tanımışdır. Belə ki, tanışı Şahid5 Bakı şəhəri Nərimanov rayonunda yerləşən parkda Mehralı ilə onu görüşdürmüşdür. Həmin vaxt Şahid5 ondan xahiş etmişdir ki, Mehralıya ipoteka krediti götürməsində köməklik etsin. O, Mətanətə demişdir ki, Gülyaya deyəcəkdir ki, köməklik göstərsin. Mətanət ona dedikdən 1-2 gün sonra o, Gülyaya zəng vurmuş və Gülya ilə birlikdə Mehralı ilə Nərimanov rayonunda yerləşən parkda görüşmüşlər. Onlar Gülya ilə görüşdükdən sonra o, Mehralıya kömək etməsini xahiş etmişdir. Gülya da ondan, zamin durmağını demişdir. O, Mehralıya zamin durduğunu, ona cavabdeh olduğunu demişdir. Gülya Mehralıya 40000 manat ipoteka çıxardacağını həmin puldan 15000 manat götürəcəyini 25000 manat Mehralıya verəcəyini demişdir. Mehralı da Gülyanın təklifi ilə razılaşmışdır. Gülya da xəbər edəcəyini bildirərək çıxıb getmişdir. Bir müddət keçdikdən sonra Mehralı onunla ələqə saxlamış və bildirmiş ki, «ASAN» xidmətdə sənəd almalıdır, lakin pulu yoxdur. Mehralı ondan 40 manat pul istəmiş, o, Mehralı ilə Nərimanov metrostansiyasının yanında görüşüb 40 manat pul vermişdir. 2017-ci ilin dekabr ayınının əvvəllərində Mehralı ona zəng vurub işlərinin alındığını, notariusda olduqlarını demişdir. O, Mehralıya işlərini görməsini işdən çıxandan sonra gələcəyini demişdir. Saat 18 radələrində o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən notariat kontorunun yanında olan çayxanaya getmişdir. Mehralı həmin vaxt 39700 manat pul gətirmişdir. Həmin vaxt Mehralı puldan bir hissəsini sayıb Gülyaya vermişdir. Mehralının özündə 23500-23600 manat pul qalmışdır. Həmin vaxt o, Gülyaya Mehralıdan çox pul aldıqlarını demişdir. Gülya isə hərbiçiyə 4000 manat verdiyini, qalan pulları isə ora-buranın olduğunu bildirmişdir. Mehralı özündə qalan puldan 500 manat pulu əlavə olaraq Gülyaya vermişdir. Həmin vaxt o, Mehralının qızı Xəyalınınin ödənişinin qəbzini vermiş və ondan 150 manat almışdır. Gülya pulu götürüb getmişdir. Səhəri gün o, Mehralı ilə görüşüb birlikdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən «Nikoil» banka getmişlər. «Nikoil» bankda bir hissəsini ödəmiş, qalan hissəsini yeni qrafik açılmışdır. Mehralı ona 867 və 837 manat pul vermiş, o da həmin pulu «Bank Respublika»-ya aparıb Xəyalə Dünyamalıyevanın adına ödəmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilən şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əmirəli qızı təxminən 7-8 ay olarmış ki, tanımışdır. Belə ki, o, Neftçilər metrostansiyasının yaxınılığnda ev alqı-satqısı ilə məşqul olan zaman hazırda xatırlamadığı maklerin vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt Güllü ev alqı-satqısı ilə məşğul olurmuş. Arada bir o, Güllü ilə evlə bağlı əlaqə saxlamışdır. 2017-ci ilin noyabr ayının ortalarında Güllü ona zəng vurub ev olduğunu və həmin evin sahibinin 50000 manat ipoteka krediti almaq istədiyini bildirmişdir. O, Güllü ilə Nərimanov metrostansiyasının qarşısında yerləşən parkda görüşmüşdür. Güllü ona bir nəfər şəxs 50000 (əlli min) manat ipoteka krediti istədiyini bildirmişdir. Bunun müqabilində 50000 (əlli min) manatdan 8000 manat pul götürüləcəyini demişdir. Həmin puldan 10 faiz adına kredit götürülən şəxsə veriləcəyini, 1500 (bir min beş yüz) manat civarında rüsümlar ödəniləcəyini, qalan pul isə 3 nəfər yəni o, Güllü və Nazimin arasında bölünəcəyini bildirmişdir. O, Güllü ilə danışdıqdan 4-5 gün sonra 2 il bundan əvvəl Ağcabədi rayonunda hərbi hissədə xidmət edən əsgərin yanına gedən zaman orada tanış olduğu Elmidar Bakı şəhərəinə gəlmişdir. O, Elmidarla görüşən zaman sonuncu ona, «Azərgaz Bank»-da adına 40000 manat ipoteka krediti ayrıldığını bildirmişdir. O, Elmidara bir nəfər şəxsin evini ipoteka kreditinə salıb pul götürmək istədiyini və bunun müqabilində Elmidara 4000 (dörd min) manat verə biləcəyini təklif etmişdir. Elmidar da 4000 manata onunla razılaşmışdır. O, Elmidarla görüşdükdən sonra, səhəri gün Güllü ilə Nərimanov metrostansiyasının yaxınlığında yerləşən parkda görüşmüş və sonuncuya bir nəfər hərbiçi tanışının olduğunu adına ipoteka krediti ayrıldığını, lakin ilkin ödənişi olmadığından pulu ala bilmədiyini bildirmişdir. Buna görə də həmin 40000 manatı pul müqabilində istənilən şəxsə verə biləcəyini demişdir. Güllü də ona demiş ki, 40000 (qırx min) manatın müqabilində onlara 12000 manat pul çatacaqdır. Həmin puldan 4000 (dörd min) manat Elmidara, qalan 8000 (səkkiz min) manatdan 1000-1500 manat rüsumlara, yerdə qalan 7000 (yeddi min) manat isə o, Güllü və Nazimin arasında bölünəcəkdir. Onlar öz aralarında razılığa gəlmişlər. İpoteka krediti ayrılmamışdan 7-10 gün əvvəl Elmidar ona evi qiymətləndirən şəxsin nömrəsini göndərmiş ki, həmin şəxslə bir nəfər əlaqə saxlayıb evə baxması üçün həmin ünvana aparsın. O, həmin nömrəni Güllüyə göndərmişdir. Güllü də həmin şəxsi Mehralını evinə apardıqdan sonra onunla əlaqə saxlamış və bildirmiş ki, Mehralının evinə 56800 manat pul veriləcəkdir. Elmidar ona zəng vurub xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən notariat kontoruna olmağını demişdir. Buna görə də xx xxxxxx 2017-ci il tarixdə saat 09 radələrində o, Elmidarla 20 Yanvar metrostansiyasının yanında görüşmüş və birlikdə Xırdalan şəhərində yerləşən notariat kontoruna gəlmişdir. Onlar notariat kontoruna gələn zaman, Mehralı, Mehralını qızı Xəyalə, Mehralının arvadı və Güllü orada olmuşlar. Həmin gün notarait kontorunda sistemdə problem olduğuna görə alqı-staqı günortadan sonraya qalmışdır. Alıq-satqayı görə o, 200 (iki üz) manat notariat kontoruna, 50 (əlli) manat da icbari sığortaya, 284 manat bankdan pul nəğdləşdirməyə görə rüsumlar ödəmişdir. Saat 17:30 radələrində alqı-satqı başa çatan zaman Nazim də gəlmişdir. Mehralı, Nazim, Güllü, Xəyalə və Mehralının arvadı notariat kontorunun yanında olan kafeyə getmişlər. 20 dəqiqədən sonra Güllü onun və Elmidarın yanına gəlmişdir. Güllü özü ilə 11700 (on bir yeddi yüz) manat pul gətirmişdir. Güllü həmin puldan 4000 manat pul sayıb ona vermiş, o da həmin pulu Şahid6 vermişdir. Qalan 7700 (yeddi min yeddi yüz) manat puldan 500 (beş yüz) manat rüsümlara görə ödədiyi pul və əlavə olaraq 2400 (iki min dört yüz) manat pulu Güllü saybı ona vermişdir. 5300 manat (beş min üç yüz) manat pulu isə Güllü Nazimlə öz arasında bölmüşlər. O, pulu aldıqdan sonra Elmidarla birlikdə 20 Yanvar dairəsinə getmiş, oradan Elmidarı yola saldıqdan sonra yaşadığı evə getmişdir. Məhkəmə baxışı zamanı ifadələri elan edilən şahid qismində dindirilmiş Şahid1, X19 və Şahid4, Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X17 qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisnin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. X17 qızının hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 qızı oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X17 qızı barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə X17 qızına cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli arayışdan görünür ki, X17 qızı məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X11 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 tutulması üçün axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan təqsirləndirilən şəxs X2 RPİ-yə könüllü olaraq gəlmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X11 “başqa yerə getməmək haqqında “iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 tutulması üçün axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan təqsirləndirilən şəxs X2 RPİ-yə könüllü olaraq gəlmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs X17 qızına cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, X17 qızının şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, X6 törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X7 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 qızına azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin ediləcəyi təqdirdə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X17 qızına ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X17 qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X17 qızı oğlunun üzərinə Bakı şəhərinin hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı X17 qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əmirəli qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası X17 qızının yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X17 qızına ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası X17 qızının yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar