Məhkəmə qərarları › İş №1(012)-1190/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1190/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1190/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Abşeron rayonunda anadan olmuş, evli, fərdi işlə məşğul olan, orta təhsilli, əvəllər məhkum olunmayan, Abşeron rayonu, Aşağı güzdək qəsəbə ərazi dairəsi, Aşağı güzdək qəsəbəsi, N.Əzizov küçəsi, ev 49 ünvanında qeydiyyatda olan və həmin evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 08 radələrində yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N.Əzizov küçəsi, ev 49 mənzildə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə sonuncunun “Tik-Tok” səhifəsi açıb baxması səbəbindən qısqanclıq zəmnində aralarında yaranan mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs üzünə, başına, qollarına yumruqlarla, yerə yıxıldıqdan sonra təpiklə bədəninin müxtəlif yerlərinə qəsdən vurmaqla sonuncuya sağ bazunun yuxarı 1/3-nin tış səthinin bir ədəd, sağ budun yuxarı 1/3-nin tış səthinin bir ədəd geniş sahəli qançırları, sağ dirsək nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu və sağ dirsək oynaqlarında hərəkət məhdudluğu ilə, sağ almacıq-gicgah nahiyəsinin hematoması kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır.Təxminən 2 il əvvəl ailə həyatı qurmuşdur. Birgə nigahdan bir övladları var. Münasibətləri həmişə normal olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə səhər saat 08 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində olduqları zaman Zərərçəkmiş şəxs istifadə etdiyi "Oppo" markalı mobil telefonda Tik-tok sosial şəbəkəsindən istifadə etdiyini görüb Tik-tok sosial şəbəkəsindən istifadə etməməyini Günaya bildirmişdir. Lakin Günayın ona etdiyi iradlara məhəl qoymadığını görüb aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs qoluna, üzünə yumruqla vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Günay yerə yıxıldıqdan sonra yerdə də təpiklə onun bədəninin müxtəlif nahiyəlrinə vurmuşdur. Lakin sonradan aralarında söz mübahisələri düşdüyü üçün Günay xx.xx.2025ci il tarixdə onun xəbəri olmadan DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Verilən suallara cavab olaraq hadisənin xx.xx.2025-ci tarixdə saat 08 radələrində Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin mətbəx otağında baş verdiyini, təxminən 2-3 dəqiqə davam etdiyini,mübahisə zamanı evdə ikisindən heç kimin olmadığını, mübahisə zamanı Zərərçəkmiş şəxs ona hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Hazırda zərərçəkmişlə barışmışdır,ziyanı ödəmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təxminən iki ildir ki, ailə həyatı qurmuşdur. Birgə nigahdan bir övladları var. Əvəllər münasibətləri normal olmuşdur. Lakin son zamanlar qısqanclıq zəmnində münasibətləri korlanmışdır. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonu götürərək “Sən "Tik-tok" sosial şəbəkədən istifadə edirsən?” sualını deyərək ona irad bildirmişdir. Cavab olaraq istifadə etmədiyini qeyd etmişdir. Bu səbəbdən aralarında yaşadıqları ünvan 1 ünvanında qısqanclıq zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşib onun üzərinə gələrək sağ və sol qoluna, sifət və baş nahiyəsinə yumruqlarla vurduğu zaman zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olan zaman Məcid onun bədəninin müxtəlif nahiyələrinə təpik vuraraq xəsarət yetirmişdir. İlk öncə ailə olduqları üçün şikayət etməmiş, lakin sonra Məcidin günahsız olduğu halda onun itiham etməsi səbəbindən və eyni zamanda döyməsi görə xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq mübahisənin yaşadıqları ünvan 2 ünvanında baş verdiyini, təxminən 2-3 dəqiqə davam etdiyini, həmin vaxt evdə ikisinin olduğunu bildirmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışdığını,ona olan ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir, odur ki, onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə kürəkəni Təqsirləndirilən şəxs əmisinin qızı Zərərçəkmiş şəxs onlara evə gətirərək əri Məcid tərəfindən döyüldüyünü, Günayın atası gilə getmək istədiyi üçün onun evinə gətirdiyini söyləmiş, qızı Günayı orada əmisinin çıxıb getmişdir. Bundan sonra qızı Günay ilə söhbət zamanı əri Məcidin onu “Tik-Tok” səhifəsi açmağında günahlandırdığı üçün aralarında yaranmış mübahisə zamanı döydüyünü, təpiklə yumruqla onun bədənin müxtəlif yerlərinə vurduğunu bildirmişdir. Qızı Günayın bədəninə baxdıqda böyür nahiyəsində, sağ qolunda, üzündə göyərmələr şişkinliklər görmüşdür. Bundan sonra qızı onun evində qalmağa başlamışdır. Bundan sonra qızına polisə müraciət etməsini məsləhət bildikdən sonra Günay DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Verilən suallara cavab olaraq qızı günayın döyülməsinin şahidi olmadığını, günayın opnun evinə gəldikdən sonra bədənindəki xəsarətləri görüb xx.xx.2025-ci il tarixdə evində Məcid tərəfindən döyülməsini öyrəndiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdıt. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 1710 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs xəsarətlər–sağ bazunun yuxarı 1/3-nin tış səthinin bir ədəd, sağ budun yuxarı 1/3-nin tış səthinin bir ədəd geniş sahəli qançırlanı, sağ dirsək nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu və sağ dirsək oynaqlarında hərəkat məhdudluğu ilə, sağ almacıq-gicgah nahiyəsinin hematoması küt əşyanın (əşyalaın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq, təpik zərbələri təsirindən əmələ gala bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 avqust 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər istintaq hərəkəti protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ona olan ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ziyanı ödəmiş, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda,cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəyimiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yollarla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin maddənin qeyd hissəsindən görünür ki, 20 oktyabr 2017-ci tarixli Qanunla 72.1-ci maddədə “ilk dəfə böyük” sözləri “böyük” sözü ilə əvəz edilmiş və 72-ci maddəyə qeyd hissəsi əlavə edilmişdir. Bu Qanun 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minir. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, təqsirləndirilən şxəs Təqsirləndirilən şəxs İlham oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən:Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar