Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1194/2025 11.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, X3, 9-cu küçə, ev 84 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəni sındırmaqla qanunsuz daxil olub həmin evin yataq otağındakı şkafdan ümumi dəyəri 2400 manat olan 02 ədəd qızıl üzüyü, 600 manat dəyərində olan 01 cüt qızıl sırğanı, ümumi dəyəri 450 manat olan 02 ədəd qızıl qolbağı, 1000 manat dəyərində olan 01 ədəd qızıl saatı, ümumi dəyəri 1400 manat olan yataq dəsti və süfrələri, həmin evin mətbəxindən 300 manat dəyərində olan 01 ədəd şirəçəkən maşını, 350 manat dəyərində olan ətçəkən maşını, 200 manat dəyərində olan 01 ədəd mikser, 130 manat dəyərində olan 01 ədəd elektrikli samovarı, 20 manat dəyərində olan 01 ədəd isidicini, 250 manat dəyərində olan 01 ədəd qazan dəstini, ümumi dəyəri 400 manat olan 02 ədəd qaşıq dəstini və ümumi dəyəri 500 manat olan qab dəstini, xx.xx.2025-ci il tarixdə bir gün gəvvəl evdən götürdüyü ehtiyat açarla qapını açmaqla içəri qanunsuz daxil olub evin zirzəmisindən 220 manat dəyərində olan 15 kiloqram misi, 140 manat dəyərində olan 01 ədəd ütünü (boru üçün), ümumi dəyəri 190 manat olan 02 ədəd dreli, 350 manat dəyərində olan 01 ədəd preparatoru, ümumi dəyəri 230 manat olan 02 ədəd laqondanı, 60 manat dəyərində olan 01 ədəd feni (mebel üçün), 75 manat dəyərində olan 01 ədəd lobzeki, 400 manat dəyərində olan 01 ədəd samovarı, 70 manat dəyərində olan 01 ədəd qazanı, ümumi 9795 manat dəyərində əmlakını vahid niyyətlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, həmin evə oğurluq etmək məqsədi ilə ilk dəfə gəlmiş, lakin qapını aça bilmədiyi üçün mənzilə daxil ola bilməmişdir. Sonradan isə qapının olduğu yerin video kamera müşahidəsi altında olduğunu görmüş və dərhal oradan uzaqlaşmışdır. Bundan sonra məhkəmə tərəfindən ifadəsi elan edilməkə tədqiq edilən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2025-ci ilin aprel ayında yaşadığı evin yaxınlığındakı ünvan 2 ünvanında yerləşən evdə yaşayış olmadığını müəyyən etmiş və həmin evdən oğurluq etməyi qərarlaşmışdır. xx.xx.2025-ci ilin tarixdə həmin evin həyətinə hasarı atlanaraq keçmiş, sonra isə evin pəncərəsini sındırıb daxil olmuşdur. Evdəki əşyaları axtaran zaman evin açarları da əlinə keçmiş, sonra oradakı əşyaları və digər şeyləri oğurlamağa başlamışdır. Lakin əşyalar çox olduğu üçün bunu hissə-hissə etmək qərarına gəlmiş, ilkin olaraq həmin gün qızıl-ziynət əşyalarını evin yataq otağındakı şkafda müəyyən etmiş və 02 ədəd qızıl üzük, 02 ədəd qızıl qolbaq, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl saatı götürmüşdür. Bundan başqa yataq otağındakı həmin şkafdan 01 ədəd yataq dəsti, süfrələr və 01 ədəd hamam xalatını da oğurlamışdır. Həmçinin digər məişət əşyaları olan 01 ədəd şirəçəkən maşını, ətçəkən maşını, 01 ədəd mikser, 01 ədəd elektrikli samovar, 01 ədəd isidici, 01 ədəd qazan dəsti, 02 ədəd qaşıq dəsti və qab dəstini evin mətbəxindən oğurlayaraq evinə aparmışdır. Həmin gün həmin oğurladığı əşyaları Sabunçu rayonunda yerləşən Bit bazarına aparıb satmış, qızıl-ziynət əşyalarını 1300 manata, digərlərini isə 60 manata tanımadığı şəxsə satmışdır. Səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə isə yenidən həmin evə açarla daxil olmuş və bu dəfə evin zirzəmisindən 15 kiloqram mis, 01 ədəd boru üçün ütü, 02 ədəd drel, 01 ədəd preparator, 02 ədəd laqonda, 01 ədəd mebel üçün fen, 01 ədəd lobzek, 01 ədəd samovar və 01 ədəd qazan oğurlamış, həmin əşyaları da yenidən Sabunçu rayonu ərazisində yerləşən Bit bazarında 110 manata tanımadığı şəxsə satmışdır. Göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə evə yenidən daxil olmaq oğurluq etmək istəmiş, lakin özündə olan ehtiyat açarla bu dəfə qapını aça bilməmişdir. Həmin açarları xx.xx.2025-ci il tarixdə Abşeon rayonu, Xırdalan şəhər ərazisində xatırlamadığı zibil qutusuna tullamış, oğurluq hadisəsini tək törətmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək qeyd etmişdir ki, oğurluq etməmiş, yalnız oğurluğa cəhd etmişdir. O, hadisə zamanı işsiz olduğunu və maddi imkansızlıq səbəbindən belə bir əməl törətdiyini izah etmiş, gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəyini bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Lakin 2024-cü ilin sentyabr ayından orada yaşamır. Buna görə də tez-tez gedib həmin evə baxış keçirə bilməmişdir. Lakin 2025-ci ilin may ayının sonunda evə baş çəkən zaman evdəki məişət əşyalarının və qızıl ziynət əşyalarının yerində olmadığını aşkar etmiş, bu zaman həyat yoldaşı Şahid1 məlumat vermiş, o, isə həmin əməli törədən şəxsin kim olduğunu bilmədikləri üçün kameralar yerləşdirərək oğurluq edən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra polis orqanlarına müraciyət etmək qərarına gəlmişdir. Belə ki, həmin şəxs evə pəncərədən daxil olmuş və evin ehtiyat açarlarını götürmüşdür. Bu da onu göstərmişdir ki, həmin şəxsin yenidən qayıtma ehtimalı yüksəkdir. Buna görə də Emin evin qapısının kilidlərini dəyişdirmiş və evin həyət hissəsinə sensorla işləyən müşahidə kamerası quraşdırmışdır. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində həmin kameradan görüntü daxil olmuş və bir nəfər şəxsin həmin evə açarla daxil olmaq istədiyini, lakin qapını aça bilməyib çıxdığını görmüşdür. Hadisə nəticəsində ümumilikdə ona 9795 manat dəyərində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı hər hansı cəhd göstərilmədir. Təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmadığını bildirməklə sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, onların ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Lakin 2024-cü ilin sentyabr ayından orada yaşamırlar. Buna görə də tez-tez gedib həmin evə baş çəkir. 2025-ci ilin may ayının sonunda yodaşı Zərərçəkmiş şəxs evə baş çəkən zaman evdəki məişət əşyalarının və qızıl ziynət əşyalarının yerində olmadığını aşkar etmiş və bu barədə ona məlumat vermişdir. Evdən oğurlanan əşyalarla yanaşı evin giriş qapısının açarının da götürüldüyünə əmin olduqdan sonra, ehtimal etmişdir ki, həmin şəxs açarları da götürübsə mütləq ki, yaşayış olmadığını bildiyi üçün yenidən qayıdacaqdır. Ona görə də evin giriş qapısının açarlarını dəyişmiş, və müşahidə kameraları yerləşdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində həmin kameradan görüntü daxil olmuş və bir nəfər şəxsin həmin evə açarla daxil olmaq istədiyini, lakin qapını aça bilməyib çıxdığını görmüşdür. Bundan sonra yoldaşı Zərərçəkmiş şəxs Abşeron RPİ-nə ərizə yazaraq şikayət etmişdir. Göstərmişdir ki, evindən oğurluq etmiş şəxs evdən xeyli miqdarda ev əşyalarını, yoldaşının qızıl zinət əşyalarını oğurlamış və onlara təxminən 10.000 manat dəyərində mdadi ziyan vurmuşdur. Sonradan evindən oğurluq etmiş şəxsin əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 145 B ünvanında yerləşən fərdi yaşayış evi vardır. Lakin qızı 2024-cü ilin sentyabr ayından orada yaşamır, lakin tez-tez gedib həmin evə nəzarət edir. 2025-ci ilin may ayının sonunda qızı Ülkər evə baş çəkən zaman evdəki məişət əşyalarının və qızıl ziynət əşyalarının yerində olmadığını aşkar etmiş, bu barədə həyat yoldaşı Şahid1 məlumat versə də, yoldaşı polis müraciət etməyib oğrunu özü müəyyən etməsinə çalışmışdır. Bundan sonra kürəkəni Emin evin qapısının kilidlərini dəyişdirmiş və evin həyət hissəsinə sensorla işləyən müşahidə kamerası quraşdırmışdı. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində həmin kameradan görüntü daxil olmuş və bir nəfər şəxsin həmin evə açarla daxil olmaq istədiyini, lakin qapını aça bilməyib çıxdığını görmüşdü. Belə olduqda qızı Ülkər ona bu barədə məlumat vermiş və Abşeron RPİ-nə ərizə yazaraq şikayət etmişdi. Qızının evindən xeyli sayda ev əşyaları, qızıl zinət əhyadarı oğurlanmış və qızına təxminən 10.000 manatadək maddi ziyan dəymişdi. Sonradan məlum olmuşdur ki, qızı Ülkərin evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur və həmin şəxs də kameranın görüntülərinə düşmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 07 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;
5. Abşeron Rayon Məhkəməsinin 09 avqust 2025-ci il tarixli, 4(012)-442/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
6. “İfadələrin yerində yoxlanılması haqqında” 21 oktyabr 2025-ci il tarixli protokola əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə, hadisə yerində əməli törətməsini etiraf etmiş və əyani şəkildə göstərmişdir.
7. Maddi sübut kimi iş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilir ki,Təqsirləndirilən şəxs olduğu açıq aydın görünən şəxs həyətə daxil olaraq cibindən çıxardığı açarla evin giriş qapısını açmağa cəhd edir, lakin qısa müddət ərzində həmin ərazinin video kamera müşahidəsi altında olduğunu görür və dərhal oradan uzaqlaşır.
8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 oktyabr 2025ci il tarixli tələbnamədən görünür ki, Quliyev X1 rayon Məhkəməsinin 1(012)- 409/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinmiş, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3 maddəsinə əsasən qəti olaraq 2 il 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, bundan sonra Abşeron rayon Məhkəməsinin 1(012)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3 madəsinə əsasən üzərində qəti olaraq 1 il 4 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır;
9. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədəm qüvvəsində saxlanılmış, Şahid1 istintaq təqdim etdiyi bir ədəd DVD diski iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, diskə baxış protokolu, maddi sübut, ifadələrin yerində yoxlanılması protokolu və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, o ifadəsində əvvəllər həmin evdən oğurluq etmədiyini bildirsə də, ilkin istintaq zamanı verdiyi ifadəsi, hadisə yerinə baxış zamanı bildirdikləri, ilkin ifadə verərkən vəkilin iştirakı ilə dindirilməsi, özünün də bildirdiyinə görə ifadə verməyə məcbur edilməməsi, ona qarşı zor tətniq edilməməsi halları ilkin ifadəsinin səmimi və inandırıcı ilmasına əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda zərər vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədə istintaqında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi 9795 manat dəyərində əmlakını vahid niyyətlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları qanunvericiliyin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə törətdiyi cinayət əməlinə görə Abşeron rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş hissəsi Abşeron rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə 01 il 02 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 02 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə yuxarıda göstərilən hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törədilməsində təqsirləndirildiyi cinayət əməli üzrə azadlığın mədudlaşdırılması cəzasına məhkum olunması, lakin həmin cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-ci maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin tələbələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməlləri barəsində çıxarılmış Abşeron rayon Məhkəməsinin 1(012)-812/2025 saylı, 18 avqust 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 15 aprel 2025-ci il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu bu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 1(012)-812/2025 saylı, 18 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(5-101)-300/2026 saylı, 24 fevral 2026-cı il tarixli qərarına əsasən, Abşeron rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilmişdir. Həmin qərara əsasən amnistiya aktının tətbiqi ilə əlaqədar azaldılmış 6 (altı) ay müddət, habelə həmin hökm üzrə tutulduğu 2 (iki) gün, yəni ümumilikdə 6 (altı) ay 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı tarixdən – 07 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Bundan başqa məhkəmə maddi sübutlar ilə bağlı məsələni nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 385 (üç yüz səksən beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-812/2025 saylı, 18 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(5-101)- 300/2026 saylı, 24 fevral 2026-cı il tarixli qərarına əsasən azaldılmış 6 (altı) ay hissəsi, habelə həmin hökm üzrə tutulduğu 2 (iki) gün, yəni ümumilikdə 6 (altı) ay 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeon rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov