Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-12/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında (Xətai RPİ-nin inzibati binası) qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi yeni məhəllədə yaşamış, hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.2ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Abşeron rayon Məhkəməsinin 1(012)-41/2020 saylı xx.xx.2020 tarixli qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilmiş, Hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlnılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,207 qram və 0,201 qram olmaqla, ümumilikdə 0.408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 16 saylı binanın qarşısına daşımışdır. Həmin gün, saat 21 radələrində Sadıqov X3 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 16 saylı binanın qarşısında saxlanılıb Polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 0,408 qram çəkidə narkotik vasitə olan heroin sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən təxminən 3 il olar ki, inyeksiya yolu ilə istifadə etmiş, narkomaniya xəstəliyindən əziyyət çəkir, lakin, heç vaxt satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Onda elektron tərəzi olmamış, yaşadığı evə baxış keçirilməmiş və ittiham aktı ona təqdim olunmamışdır. Onun evindən tərəzi aşkar olunması barədə şahidlərin verdikləri ifadələr yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə, saat 21 radələrində digər polis serjantı X1 və Şahid3 ilə birlikdə qeyd edilən binanın qarşısında əməliyyat tədbiri keçirmişlər. Onlar Təqsirləndirilən şəxs qeyd edilən binanın qarşısında saxlayıb Abşeron rayon Polis idarəsinə gətirmiş və raportla idarə rəisinə müraciət etmişdir. Həmin raport əsasında Polis İdarəsinin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli plasmas qab çıxararaq təqdim etmişdir. Həmin qabın içərisinə baxdıqda 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Həmin 02 ədəd bükümün içərisinə baxdıqda qəhvəyi rəngli toz şəklində maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “şəffaf rəngli qabın içərisində 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroindir. O, həmin heroni xx.xx.2019-cu il tarixdə tanımadığı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq “MilliÖn” ödəmə terminalı vasitəsi ilə hesabına pul keçirdikdən sonra ona narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ödəmə terminalı vasitəsi ilə həmin naməlum şəxsin hesabına 100 manat pul yüklədikdən sonra təyin olunmuş yerdə görüşərək narkotik vasitəni götürmüş və şəxsi istifadəsi üçün Xırdalan şəhərinə daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, göy rəngli cins şalvarının sağ cibindən 2 ədəd 5 manatlıq, 18 ədəd bir manatlıq pul əskinasları olmaqla, ümumilikdə 28 manat məbləğində pul aşkar olunmuş və saxlaması üçün özünə qaytarılmışdır. Axtarış zamanı başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Aşkar olunan 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilmiş narkotik maddənin satış məqsədilə əldə edib saxlaması, habelə kiməsə satmaq istəməsi ilə bağlı onda heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X1 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən X4 və Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 4390 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə, içərisində iki büküm qəhvəyi rəngli, toz şəkilli maddə təmiz çəkisi ayrı-ayrılıqda 0,201 qram və 0,207 qram (ümumi təmiz çəkisi 0,408 qram) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 409 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq, cəzasından çıxılmış, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmışdır. “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Sadıqov X3 RPİ-nin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2019-cu il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz dövriyyəsi ilə bağlı üzərində şəxsi axtarış keçirilmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında 111 saylı otaqda video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa, könüllü təqdim edilməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli plasmas qab, gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və pul əskinaslarını çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin plastmas qabın içərisinə baxan zaman heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. xx xxxxxx 2019-cu il tarixli “Maddi sübut qismində tanınma və təhvil vermə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra qalmış narkotik vasitə olan 0,358 qaram heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx xxxx 2019-cu il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş 01 ədəd CD formatlı kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nar nömrəsinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin nömrələri qeyd olunmuş, Təqsirləndirilən şəxs narkotik satan şəxslərin onun istifadəsində olan nömrəsinə gizli nömrə ilə zəng edildiyi üçün qeyd olunan telefon nömrələrini bilməmiş və iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən olunmamışdır. xx xxxx 2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş və bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə Abşeron RPİ-nin inzibati binasında videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,207 qram və 0,201 qram, ümumilikdə 0.408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə, məhkəmədə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, tiryəkdən kustar üsulla hazırlanmış ayrıayrılıqda çəkiləri 0,207 qram və 0,201 qram olmaqla, ümumilikdə 0.408 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla törətmiş olduğu əməlində cinayət tərkibi vardır. Lakin, təqsirləndirilən şəxsin narkotik maddəni satış məqsədilə əldə edib saxlamasını təsdiq edən kifayət qədər sübutlar olmadığı halda ibtidai araşdırma orqanı onun əməlini satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə etmə kimi qiymətləndirərək düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərindən aşkar edilmiş 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,207 qram və 0,201 qram olmaqla, ümumilikdə 0.408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xx xxxxxx 2019-cu il tarixdə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə banklara məxsus hesab nömrəsinə 100 manat pul ödəməklə almış və həmin narkotik vasitəni özü istifadə etməsi üçün üzərində saxlanmasını bildirmişdir. Bununla yanaşı, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib saxlamasına dair heç bir sübut əldə edilməmiş, aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri ilə göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 0.408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin satış məqsədi ilə əldə etməsini sübut edən heç bir dəlil ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Əməliyyatı həyata keçirmiş Abşeron RPİ-nin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin polis nəfərləri X1 və Şahid1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş narkotik maddəni satış məqsədilə əldə edib saxlaması, habelə həmin narkotik vasitəni kiməsə satmaq istəməsi ilə bağlı heç bir məlumatları yoxdur. Təqsirləndirilən şəxsin narkomaniya xəstəliyi olmasını təsdiq edən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində də narkomaniya xəstəliyindən əziyyət çəkməsini etiraf etdi. Beləliklə də, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi məqsədilə əldə etmiş və saxlanmışdır. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq, onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması başa düşülür. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 9-cü bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin miqdarı, satışını həyata keçirən alıcı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələr hazırlanması üçün hər hansı bir avadanlığın (elektron tərəzinin) olmasına dair heç bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,207 qram və 0,201 qram, ümumilikdə 0.408 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti azadlıqdan məhrum etmə cəzası təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyi təqdirdə, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Eyni Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş xalis çəkisi 0,358 qram olan narkotik vasitə olan heroin, hökm qanuni qüvvəsinə minəndən sonra Azərbaycan Respublikasının Cinayət- Prossesual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 93,40 (doxsan üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər Vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçisi Xırdalan Şəhər Vəkil bürosunun vəkili, müdafiəçi X2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaqı zamanı Xırdalan Şəhər Vəkil bürosunun vəkili, Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-227/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 93,40 (doxsan üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,358 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçisi Xırdalan Şəhər Vəkil bürosunun vəkili, müdafiəçi X2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaqı zamanı Xırdalan Şəhər Vəkil bürosunun vəkili, Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürüsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-12/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-12/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver