Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-12/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1966-cı ildə İsmayıllı rayonu, Quşençə kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş, işləməyən, İsmayıllı şəhəri, Babək küçəsi, dalan 5, ev 10-da qeydiyyatda olmaqla Abşereon rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivi, fərdi həyət evində yaşayan, “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində, Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələlərin” siyahısına daxil edilmiş, təmiz çəkisi 1,820 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu ərazisində daşıyıb üzərində saxlamış, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 18.15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivinin ərazisində saxlanılaraq Abşeron RPİ-nin X4 gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, təmiz çəkisi 1,820 qram olan narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sağ yan tərəfdəki üst cibində saxladığı, içərisində quru maddəsinin təmiz çəkisi 0,063 qram, məhlul halında 0,6 ml həcmində narkotik vasitə tiryəkin qalığı olan bir ədəd və içərisində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd birdəfəlik şprislər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləmədiyi, narkotik vasitənin ona aid olmadığını, Abşeron ərazisindən kənara çıxmadığını bildirdi. Bununla yanaşı, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroin və tiryəki iynə vurmaqla qəbul edir. 23 mart 2022ci il tarixdə Bakı şəhərində Yasamal rayonu ərazisində, “20 yanvar” dairəsinin yaxınlığında tanımadığı şəxsdən 30 manat pul verib özü qəbul etmək üçün bir ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. Əldə etdiyi narkotik maddə heroini bədənində ağrlılar olanda qəbul etmək üçün üstündə saxlamışdır. Əldə etdiyi içində narkotik maddə olan bükümü şalvarının sağ yan cibinə qoyub, Hökməli qəsəbəsinə, evə getmişdir. Eyni zamanda, polis əməkdaşları tərəfindən saxlanıldığı 23 mart 2022-ci il tarixdən əvvəlki günlərdə narkotik maddə heroin və tiryək qəbul edərkən istifadə etdiyi şprisləri əynində olan qara rəngli gödəkçənin sağ yan tərəfdəki üst cibində saxlamışdır ki, həmin şprislər vasitəsiylə narkotik maddələri iynə vurmaqla qəbul etsin. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində yaşadığı evin qarşısından keçən küçədə olduğu zaman üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb onlardan yayınıb uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərimdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etdikdən sonra, niyə uzaqlaşmaq istədiyini soruşmuşlar. O da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu Abşeron RPİ-nin X4 gətirmiş, Bölmənin xidməti otaqlarından birində video-çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümü təqdim etmiş, sorğu zamanı, təqdim etdiyi bükümdə olan qəhvəyi rəngli kütlənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni Bakı şəhərində Yasamal rayonu ərazisində, “20 yanvar” dairəsinin yaxınlığında tanımadığı şəxsdən 30 manat pul verərək özü istifadə etmək üçün əldə edib üstündə saxladığını bildirmişdir. Üzərinə axtarış davam etdirilərkən əynində olan gödəkçənin sağ yan tərəfdəki üst cibində saxladığı, içində narkotik maddə tiryəkin və heroinin qalıqları olan iki ədəd şprislər aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı həmin şprisləri narkotik maddələrin qəbulu zamanı istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə heroinin olduğu büküm və 02 ədəd şpiris şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunulmuş, protokolun doğruluğunu o da imza etməklə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi Şahid2 ifadəsində bildirdi ki, Abşeron rayonu, Qobu qəsəbəsi, “Nübar” yaşayış massivində, fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbul etməsi barədə barədə Abşeron rayon Polis İdarəsinin X4 əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və onunla birgə əməliyyat tədbirini həyata keçirmək üçün Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı həmin taixdə, yəni 23 mart 2022-ci il tarixdə, saat 18.15 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, “Nübar” yaşayış massivində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin X4 dəvət edilərək gətirilmiş, Bölmədə xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirməzdən əvvəl vəkillə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş, vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki kütlənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni Bakı şəhərində Yasamal rayonu ərazisində, “20 yanvar” dairəsinin yaxınlığında tanımadığı şəxsdən 30 manat pul verərək əldə etdiyini və özü istifadə etmək üçün üstüdə saxladığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilərkən əynində olan gödəkçənin sağ yan tərəfdəki üst cibində saxladığı, içində narkotik maddə tiryəkin və heroinin qalıqları olan iki ədəd şprislər aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı R.Əhmədsov həmin şprislər vasitəsi ilə narkotik maddə heroin və narkotik maddə tiryəki iynə vurmaqla qəbul etdiyini, həmin şprisləri üstündə, narkotik maddələrin qəbulu zamanı istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroinin olduğu büküm və 02 ədəd şpiris şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, axtarış və götürmə barədə protokol tərtib olunnuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 1,820 qram olan narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sağ yan tərəfdəki üst cibində saxladığı, içərisində quru maddəsinin təmiz çəkisi 0,063 qram, məhlul halında 0,6 ml həcmində narkotik vasitə tiryəkin qalığı olan bir ədəd və içərisində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd birdəfəlik şprislər aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində, Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan yerdə Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Qobu polis bölməsinin inzibati binasına gətirilərək, həmin gün saat 18:50-dən 19:30-dək üzərinə keçirilən şəxsi axtarışı zamanı qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, təmiz çəkisi 1,820 qram olan narkotik vasitə heroin şalvarının sağ yan cibindən və içərisində quru maddəsinin təmiz çəkisi 0,063 qram, məhlul halında 0,6 ml həcmində narkotik vasitə tiryəkin qalığı olan bir ədəd və içərisində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd birdəfəlik şprislər əynində olan gödəkçəsinin sağ yan tərəfdəki üst cibindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 25 mart 2022-ci il tarixli, 6/1632 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “... Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,820 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li zərfdəki bir ədəd şprisdə 0,6 ml tünd-qəhvəyi rəngli məhlul kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhluludur və həmin məhlulun tərkibində tiryəkin quru maddəsinin təmiz çəkisi 0,063 qramdır. Bir ədəd içərisi boş birdəfəlik şprisdə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı 1) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş narkotik maddə heroinin təmiz çəkisi 1, 820 qram, tədqiqata sərf olunan miqdar 0,050 qram, qalıq 1,770 qram təşkil edir. Tədqiqata təqdim edilmiş tiryək məhlulunun həcmi 0,6 ml, tədqiqata sərf olunan miqdar 0,3 ml, qalıq 0,3 ml təşkil edir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işi üzrə təmiz çəkisi 1,820 qram narkotik maddə heroin, bir ədəd içərisində 0,3 ml həcmində tiryək məhlulu olan birdəfəlik şpris, bir ədəd içərisi boş narkotik vasitə heroinə məxsus izlər olan birdəfəlik şpris, şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD-R formatlı disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 1,770 qram qram narkotik maddə heroin, bir ədəd içərisində 0,3 ml həcmində tiryək məhlulu olan birdəfəlik şpris, bir ədəd içərisi boş narkotik vasitə heroinə məxsus izlər olan birdəfəlik şpris saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarına əlavə edilmişdir. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, ünvan 1 ünvanda yaşamır. Ərazidə yaşadığı müddət ərzində onun barəsində nümyəndəliyə yazılı və şifahi müraciət daxil olmamışdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1745 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yarananan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddlərin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunan ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və özünümüdafiə kimi hüquqi qiymət verir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 10 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Ona görə də, onun hazırda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş şəxs olması nəzərə alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmış, işin məhəmə baxışında qətimkan tədbirinin şərtlərini pozduğundan, Məhkəmənin xx.xx.2022-ci il tarixli, 1(012)-390/2022 saylı Qərarı ilə barəsində axtarış elan edilməklə, “həbs” qətimkan tədbiri seçilmişdır. İşdə olan Abşeron rayon Pİ-nin Qobu PB-nin 14 iyul 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron rayon Pİ-nin MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli tutulduğu 13 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan təmiz çəkisi 1,770 qram narkotik maddə heroin, bir ədəd içərisində 0,3 ml həcmində tiryək məhlulu olan birdəfəlik şpris, bir ədəd içərisi boş narkotik vasitə heroinə məxsus izlər olan birdəfəlik şpris hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra təmiz çəkisi 1,770 qram narkotik maddə heroin, bir ədəd içərisində 0,3 ml həcmində tiryək məhlulu olan birdəfəlik şpris, bir ədəd içərisi boş narkotik vasitə heroinə məxsus izlər olan birdəfəlik şpris hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti dövlət nəfinə Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-12/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-12/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver