Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-12/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Bəxtiyar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsiüzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 30 avqust 1999-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə, saat 20:30 radələrində 16 may 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində Mehdiabad-Fatmayı avtomobil yolu ilə Fatmayı qəsəbəsi istiqamətində 40 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü nəqliyyat vasitələrini yaşayış məntəqəsində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli, həmin Qanunun 51-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən sürücü hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneəçilik törətmək qadağan olduğu halda, qanunun həmin tələblərini pozaraq hadisənin qarşını almağa texniki imkanı olmasına baxmayaraq, arxadan gələn X4 60 km/saat sürətlə idarə etdiyi ”Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobillə onu ötmək üçün qarşı əks hərəkət zolağına daxil olub, onun idarə etdiyi avtomobili ötüb 10 metr məsafə gedəndən sonra öz hərəkət zolağına qayıtmaq istəməsini görüb, yaşayış məntəqəsi hesab edilən yerdə avtomobilin sürətini 80 km/saata qədər artıraraq ”Priora” markalı avtomobilin araxa bərabərliyinə yaxınlaşıb ”Priora” markalı avtomobilin öz yoluna qayıtmasına mane olaraq, avtomobilini sola istiqamətləndirib 10 metr məsafə çəpinə hərəkət edərək əks hərəkət zolağına daxil olmuş və avtomobilinin sol qabaq hissəsi ”Priora” markalı avtomobilin sağ yanın arxa hissəsi ilə 0,5 metr məsafə əks hərəkət zolağında toqquşandan sonra ”Priora” markalı avtomobil idarə olunmaz vəziyyətə düşərək qarşıdan 60 km/saat sürətlə gələn X5 “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobillə 10-15 dərəcə bucaq altında Fatmayı qəsəbəsi istiqamətində yolun sol kənarından 3,5 metr məsafə hərəkət hissəsində toqquşmuş, idarə etdiyi “Opel Astra” markalı avtomobil sağa istiqamətlənərək avtomobilinin soğ yan hissəsi eyni istiqamətdə nərəkət edən naməlum avtobusun sol arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Ramin Səmədovun onurğa beyninin zədələnməsi ilə müşayiət olunan bel və oma fəqərələrinin sınıqları, kəskin daxilə qanaxma ilə nəticələnmiş qaraciyər və dalağın cırılmış yaraları, sol said və sol bud sümüklərinin sınıqları, qarının və sol budun qançırları, sol almacıq və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və onurğa beyninin zədələnməsi ilə müşayiət olunan bel-oma fəqərələnin sınıqları fonunda daxili qanaxma ilə nəticələnmiş ağciyər və dalağın travmatik zədələnməsindən Ramin Səmədovun ölməsinə, sürücü Rəşad Salayevin sol bud sümüyünün orta 1/3-nin qapalı az yerdəyişən sınığı, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobili 19 may 2022-ci il tarixdə almış və avtomobili hələ öz adına sənədləşdirməmiş, etibarnamə ilə idarə edir.24 may 2022-ci il tarixdə, saat təxminən 20 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində Fatmayı kəndinə gedirmiş. Məhllədə yaşayan Anar da avtomobildə qabaq oturacaqda oturmuş, avtomobildə başqa heç kim olmamış və avtomobili yüksüz olmuşdur. O, Abşeron rayonu Mehdiabad qəsəbəsindən Fatmayı kəndinə gedən yolda olan “Oskar” ailəvi restoranın yaxınlığından öz hərəkət zolağı ilə, yaxın məsafə görmə işığında 60-70 km/saat sürətlə hərəkət edirmiş.O, hərəkət zolağının sol hissəsi ilə hərəkət edirmiş, qarşıda ondan 20 metr qabaqda bir avtobus yolun sağ hissəsi ilə gedirmiş.Bu zaman arxadan gələn bir yaş asfalt rəngində “Priora” markalı avtomobil onu ötmək üçün qarşı əks hərəkət zolağına daxil olmuş və onun avtomobilini ötərək hələ əks hərəkət zolağında, öz yoluna qayıtmamış həmin zolağ ilə qarşıdan gələn ağ rəngli VAZ-21154 markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, toqquşmadan sonra VAZ- 21154 markalı avtomobil fırlanaraq həmin avtomobil onun avtomobilinin qabaq sol hissəsinə dəymiş, o, həmin vaxt bundan yayınmaq üçün avtomobili sağa istiqamətləndirmiş və həmin vaxt avtomobilinin qabaq sağ hissəsi sağ tərəfində bir qədər qarşıda hərəkət edən avtobusun sol arxa hissəsinə dəymişdir. Ondan sonra o, avtomobili yolun sağ kənarına verib saxlamış, avtomobildən düşmüş və hadisə yerinə yoldan keçən adamlar toplaşmışlar, toqquşan avtomobillərin sürücüləri xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar, o və avtomobilində olan Anar heç bir xəsarət almamışlar. Ondan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə müstəntiqin göstərdi mexanizimlə baş verməmiş, onun dedikləri şahidlər tərəfindən təkzib olunsa da, hadisə məhz onun dediyi kimi baş vermişdir. Onun idarə etdiyi maşınla R.Sayılovun idarə etdiyi nəqliyyat vasitəsi arasında toqquşma, sonuncu ilə mərhum R.Səmədovun idarə etdiyi nəqliyyat vasitəsi arasında baş vermiş qəzadan sonra olmuşdur. Sonda o, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olmasını, həmçinin Vətən Müharibəsi iştirakçısı olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərdi ki, o, ”Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobili ilə 24 may 2022-ci il tarixdə, saat 20 radələrində idman hazırlığından çıxıb Abşeron rayonu, Fatmayı qəsəbəsinə evə gedərkən Şahid2 və Şahid1 də onunla birlikdə olmuşlar. Şahid1 avtomobildə qabaq oturacaqda, Şahid2 isə arxa oturacaqda oturmuşlar. Avtomobilində başqa yük olmamışdır. Mehdiabad-Fatmayı yolu ilə təxminən 60 km/saat sürətlə yaxın məsafə görmə işığında hərəkət edirmiş və qarşıda da bir “Opel Astra” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobil təxminən 40 km/saat sürətlə hərəkət edirmiş. O, qarşıdan uzaq məsafədən, təxminən 400 metrdən artıq məsafədən bir ağ rəngli minik avtomobil gəldiyini görüb, təxminən 20 metr ondan qabaqda gedən “Opel Astra” markalı avtomobili ötmək üçün əks hərəkət zolağına daxil olmuş, həmin avtomobili ötüb avtomobili təxminən 10 metr keçib öz yoluna qayıtmaq istəmiş, bu zaman “Opel Astra” markalı avtomobil sürətini artıraraq təxminən 80 km/saat sürətlə hərəkət edərək onun avtomobilinin arxa bərabərliyində çatmış, o, istəmişdir ki, “Opel Astra” markalı avtomobili buraxıb onun arxasından öz yoluna qayıtsın və həmin vaxt qarşıdan gələn “VAZ-21154” markalı avtomobillə arasında təxminən 120 metr məsafə olmuşdur, lakin “Opel Astra” markalı avtomobil qarşısında bir qədər sağ zolaqla hərəkət edən avtobusla toqquşmamaq üçün sola istiqamətlənib təxminən 10 metr məsafə qət edərək, onun avtomobilinin sağ tərəfinin arxa hissəsi ilə toqquşmuş, ondan sonra onun avtomobili idarə olunmaz vəziyyətə düşmüş və qarşıdan gələn “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd etmişdir ki, Hadisədən əvvəl onun avtomobilinin üzərində heç bir zədə və ya əzik olmamış, hadisədən sonra avtomobilinin qabaq tərəfi tam əzilmiş, avtomobilinin sağ arxasında da əzik yaranmış və həmin zədə “Opel Astra” markalı avtomobilin qabaq sol hissəsi onun avtomobili ilə toqquşanda yaranmışdır. Sonda hadisə ilə bağlı sürücüdən heç bir şikayəti və tələbinin olmamasını, onun ailə vəziyyətini və müharibə iştirakçısı olmasını bildirərək, ərizə təqdim edərək, məhkəmədən ona yüngül cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərdi ki, mərhum oğlu Ramin Səmədov “VAZ-21154” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə gedib orada evlərin təmir işi ilə məşğul olurmuş, ele hadisə günü də oğlu eyni məqsədlə evdən getmişdir. 24 may 2022-ci il tarixdə gecə zəng edərək bildirmişlər ki, oğlu Ramin Abşeron rayonu Fatmayı qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsinə xəsarət alaraq vəfat etmişdir. 25 may 2022-ci il tarixdə oğlum Raminin meyiti yaşadıqları Oğuz rayonuna gətirilmiş və onu orada dəfn etmişlər. Sonra məlum olmuşdur ki, 24 may 2022-ci il tarixdə axşam Ramin idarə etdiyi avtomobillə Abşeron rayonu Fatmayı qəsəbəsində evə gedən zaman baş vermişmiş toqquşma nəticəsində X14 xəstəxənasına yerləşdirilmiş, orada da dünyasını dəyişmişdir. Raminin avtomobili ilə toqquşan həmin avtomobilin sürücüsünü və onun ailə üzvlərini tanımamış və onlarla heç bir qərəzli münasibi olmamışdır. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, şahid ifadələri, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadəsləri əsasında hadisə yerinə baxış keçirilərək, hadisənin baş vermə mexanizmi aydınlaşdırılmış, bu barədə protokol tərtib edilərək ekspertiza təyin edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş ekspert İbişov Hikmət məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ekspertizaya təqdim edilmiş şənədlər əsasında keçirilmiş ekspertiza təhqiqatının nəticəsi hər hansı formada mübahisə yaratmır. Bundan əlavə ekspert İbişov Hikmət məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, öncə hansı nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsinin müəyyən edilməsi və nəqliyyat vasitələri üzərində olan zədə izlərinə baxaraq sürət həddinin müəyyən edilməsi ekspert biliklərini əhatə etmir, bunu ekspertiza ilə müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Fatmayı kəndində yaşayan Əliağanı tanıyır və onunla qonşudur, aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Əliağanın “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobili vardır. 24 may 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Fatmayı kəndində olan zaman Əliağa idarə etdiyi avtomobillə həmin yerə gəlmiş və onunla salamlaşmış, Əliağa demişdir ki, avtomobilinə benzin almaq üçün Abşeron rayonu Mehdiabad qəsəbəsinə yanacaq doldurma məntəqəsinə gedir.O, da Əliağaya demişdir ki, birlikdə gedək. O, da Əliağanın avtomobilinə qabaq oturacağa oturmuş və Əliağa avtomobili idarə edərək, Mehdiabad qəsəbəsində olan yanacaq doldurma məntəqəsinə gedib orada Əliağa avtomobilinə yanacaq almış və geri qayıdaraq Fatmayı kəndinə gedirmişlər.O, avtomobildə oturub əlimdəki mobil telefonuna baxırmış və yola baxmamışdır.Mehdiabad-Fatmayı yolunda olan “Töhfə” şadlıq sarayının yaxınlığından gedəndə bu zaman yolda avtomobillər toqquşmuş, lakin o, bunu görməmiş, ancaq həmin vaxt Əliağa avtomobilini yolun sağına çəkərək saxlamışdır.Onlar avtomobildən düşmüşlər və orada bir qara rəngli ”Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobil ilə ağ rəngli “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur,həmin avtomobillərin sürücüləri və sərnişinlər xəsarət almışlar, təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər, onlar baxmışlar ki, Əliağanın avtomobilin qabaq sağ və sol tərəfləri də əzilmişdir, lakin o, bu hadisə necə baş verdiyini və Əliağanın da avtomobilinin necə əzildiyini görməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ramin Səmədov onun bibisi oğludur. Ramin Bakı şəhərində evlərin təmiri ilə məşğul olurmuş. Raminin “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobili var. 2022-ci ilin may ayının təxminən ortalarında işləmək üçün Bakı şəhərinə gəlmişdir.Belə ki, o, arada Bakı şəhərinə işləmək üçün gəlmişdir. İki gün olmuşdur ki, Ramin ilə bir yerdə ev təmiri işi ilə məşğul olurmuşlar. 24 may 2022-ci il tarixdə, saat təxminən 20 radələrində işlədikləri Abşeron rayonu Fatmayı qəsəbəsindən Raminin avtomobili ilə çıxıb Abşeron rayonu Muşviqabad qəsəbəsinə gedirmişlər. Avtomobili Ramin idarə edirmiş, o, da avtomobildə qabaq sağ oturacaqda oturmuş, avtomobildə başqa heç kim yox olmamış və avtomobil yüksüz olmuşdur. Raminin avtomobili ilə Fatmayı qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkət edirmişlər. Ramin avtomobili təxminən 60 km/saat sürətlə idarə edirmiş. Qarşıdan bir sərnişin avtobusu gəlirmiş.Həmin sərnişin avtobusun arxası ilə bir “Opel” markalı avtomobil gəlirmiş. Bu zaman “Opel” markalı avtomobilin arxasından ötməyə çıxan qara rəngli ”Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobil “Opel” markalı avtomobili ötüb öz yoluna qayıtmaq istəyəndə həmin “Opel” markalı avtomobil də sürətini artırmış, ”Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanı avtomobil öz yoluna qayıda bilməmiş və onlarla qarş-qarşıya toqquşmuşdur.Ondan sonra o, hüşünü itirmiş və ayılanda görmüşdür ki, yoldan keçən adamlar ora toplaşıblar, Raminin vəziyyəti ağır olmuş, hadisə yerinə TTY avtomobili və polis əməkdaşları gəlib onları xəstəxanaya aparmışlar, Ramin isə xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 və dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə digər Şahid1 X4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. 20 iyun 2019-cu il tarixli, AE seriyalı, 048238 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, C,” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir;
2. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 24 may 2022-ci il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Fatmayı qəsəbəsi, Fatmayı kəndi istiqamətində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi düz olmaqla asfalt beton örtüklü və qurudur. Hərəkət ikitərəfli olmaqla hərəkət hissəsinin eni 12,6 metrdir. Hadisə yerində əks istiqamətli nəqliyyat axınını ayıran 1.5 nişanlanma xətti vardır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 may 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla icraata götürülmüşdür;
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli, 1866/K №-li aktdan görünür ki, X3 götürülmüş qan nümunəsinin tərkibində etil spirt aşkar edilmədi, həmçinin məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır;
5. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 oğlunun ölməsi faktı üzrə atası X9 hüquqi varis qismində tanınmışdır;
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 23 iyun 2022-ci il tarixli 70 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X2 meyitində - aşağıdakı xəsarətlər aşkar edilmişdir:
1. onurğa beyinin zədələnməsi ilə müşayiət olunan bel və oma fəqərələrinin sınıqları, kəskin daxilə qanaxma ilə nəticələnmiş qaraciyər və dalağın cırılmış yaraları, sol said və sol bud sümüklərinin sınıqları, qarının və sol budun qançırları, sol almacıq və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları həyati əlamətlərinə malik olmaqla mərhumun ölümündən əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər;
2. X2 ölümünə səbəb - onurğa beyninin zədələnməsi ilə müşayiət olunan beloma fəqərələnin sınıqları fonunda daxili qanaxma ilə nəticələnmiş ağciyər və dalağın travmatik zədələnməsi olmuşdur.İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə görə əsasən onu demək olar ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2022-ci il, saat 10:30) müqayinəsindən təxminən 10-14 saat əvvəl baş vermişdir və mərhumun adına olan xəstəlik tarixində qeyd olunan xx.xx.2022-ci il saat 22:55-ə uyğun gəlir;
3. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji X10 Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 07 iyul 2022-ci il tarixli 1331 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü vətəndaş Şahid3 aşağıdakı xəsarətlər aşkar edilmişdir;
1. alının, dodağın və sol qol qulağın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 24 may 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərərvurma əlamətlərinə malikdirlər;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 07 iyul 2022-ci il tarixli 1339 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Şahid1 oğlunun aşağıdakı xəsarətlər aşkar edilmişdir;
3. sol diz oynağı nahiyəsinin sıyrığı küt küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən 24 may 2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur;
4. bədən səthində aşkar edilmiş xəsarətin xarakterisi – lokalizasiyanı nəzərə alaraq, demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə həmçinin qərarda göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür;
5. döş qəfəsinin səthlərində və sol çiyin qurşağında xəsarət və xəsarət izi aşkar edilmədiyindən onun adına “X16” PHŞ-də tərtib olunmuş tibbi arayışda göstərilən “Döş qəfəsinin küt travması, sol çiyin bağ-əzələ aparatının gərilməsi” diaqnozu sağlamlığa zərərvurmayan dərəcəsinin təyinində nəzərə alınmamışdır;
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 07 iyul 2022-ci il tarixli 1340 nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X4 - aşağıdakı xəsarətlər aşkar edilmişdir;
1. “X16” PHŞ-yə daxil olduğu və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022ci il tarixdə bədənində aşkar edilmiş xəsarət – sol bud sümüyünün orta 1/3-nin qapalı az yerdəyişən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir;
2. X4 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür;
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 22 iyul 2022-ci il tarixli 1341 nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Şahid2 - aşağıdakı xəsarətlər aşkar edilmişdir;
1. sol gözaltı-almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən qərarın təsviri hisssində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur;
2. Şahid2 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür;
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 02 avqust 2022-ci il tarixli, 8/1672; 6/3601 saylı “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyinə əsasən:
1. təqdim edilmiş “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsində olan zədələr öz ilkin formasını itirdiyindən həmin avtomobilin “Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobillə hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkun deyildir;
2. ilkin kontakt anında toqquşma “Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında 10-15 dərəcəli bucaq altında baş vermişdir; Tədqiqata təqdim edilmiş, “Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadından götürülmüş... “yazı əlavəsi olan kağız zərfin içərisindəki boz rəngli metallik lak və boya nümünələrinin səthində bir qatlı ağ rəngli sürtünmə izi “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadından götürülmüş lak-boya örtüyü – ağ rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə eyni olub, ümumi cins mənsubiyyəti təşkil edirlər; Tədqiqata təqdim edilmiş, “VAZ-21154” markalı, 90GO205 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadından götürülmüş... “yazı əlavəsi olan kağız zərfin içərisindəki ağ rəngli metallik lak və boya nümünələrinin səthində bir qatlı boz metallik rəngli sürtünmə izi “Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadından götürülmüş lak-boya örtüyü – boz rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə eyni olub, ümumi cins mənsubiyyəti təşkil edirlər; Tədqiqata təqdim edilmiş, “Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadından götürülmüş... “yazı əlavəsi olan kağız zərfin içərisindəki boz rəngli metallik lak və boya nümünələrinin səthində bir qatlı açıq boz mekallik rəngli sürtünmə izi “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadından götürülmüş lak-boya örtüyü – açıq boz mekallik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə eyni olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Aparılmış tədqiqatın xərci 240 manat təşkil edir;
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 04 noyabr 2022-ci il tarixli, 8/2942 saylı “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyinə əsasən
1. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq olmamışdır;
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;
3. Sürücü Təqsirləndirilən şəxs “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın xərci 128 manat təşkil edir. Aparılmış tədqiqatın xərci 128 manat təşkil edir;
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
13. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, iş üzrə hərəkətlərində cinayət tərkibi olmadığından X8 barəsində cinayət təqibinə xitam verilməklə,ayrılmış material saxlanılması üçün Abşeron rayon prokurorluğuna göndərilməklə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncunun sağlamlığın uzun müddətə pozulmasın sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aldığından onun zərərçəkmiş şəxs qismində tanınması haqqında qərar qəbul edilmiş, iş üzrə Şahid2 və Şahid1 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər vurmayan xəsarətlər almaqlarında, Şahid3 isə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasında cinayət tərkibi olmadığından, bununla bağlı cinayət təqibinin başlanması rədd edilsin və bu barədə ayrılmış material saxlanılması üçün Abşeron rayon prokurorluğuna göndərilmiş, iş üzrə ’’Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı, 90G0205 dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobillərə baxış keçirilən zaman avtomobillərin üzərindən ekspertiza tədqiqatı üçün götürülmüş nümünələr maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi, iş üzrə ’’Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı, 90G0205 dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahiblərinə qaytarılması nəzərə alınmasl, iş üzrə 24 may 2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, məhkəmə-tibbi ekspertizasının 26 iyun 2022-ci il tarixli, 70 saylı, 07 iyul 2022-ci il tarixli, 1340 saylı, məhkəmə- kimyəvi tədqiqatının xx.xx.2022-ci il tarixli, 1866/k saylı aktı, kompleks məhkəmə-kimyəvi və məhkəmə-trasoloji ekspertizasının 02 avqust 2022-ci il tarixli, 8/1671, 6/3601 saylı, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizanın 04 noyabr 2022-ci il tarixli, 8/2942 saylı rəyi, hadisə yerinə baxış keçirilməsinə dair protokol, avtomobillərə baxış keçirilməsinə dair protokol, dindirmə protokolları, ifadənin yerində yoxlanması protokolları mühum sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi müəyyən edilmişdir;
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin mərkəzləşdirilmiş bazasının 19 dekabr 2022-ci il tarixli məlumatına əsasən 1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 048095 nömrəli, “BC” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır.
15. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 zərərçəkmiş şəxs qismində tanınmışdır;
16. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
17. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 30 iyun 2025-ci il tarixli, 8/868 saylı “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyinə əsasən məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Priora markalı, **-XK-*** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Opel Astra markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir;
19. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirmişdir;
20. Zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirmişdir;
Əməlin tövsifi və digər hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına xəsarət vurulması və digər zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı onun tərəfindən məhkəmə iclaslarında verdiyi ifadə ilə inkar edilsə də, lakin hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri, zərərçəkmiş şəxs və şahid ifadələri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Belə ki, qeyd edilən sübutlarla müəyyən edilir ki, hadisənin baş verməsi və nəticə ilə səbəbli əlaqə məhz onun ötmə hərəkətini həyata keçirən nəqliyyat vasitəsinə yol verməməsi və ilkin olaraq onlar arasında baş vermiş toqquşma nəticəsində həmin nəqliyyat vasitəsinin idarəetməni itirməsi olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, müharibə iştirakçısı olmasını və himayəsində sağlamlıq imkanları məhdud valideyninin olmasını onun cəzasını yüngülləşdirən hal kimi almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, müharibə iştirakçısı olmasını və himayəsində sağlamlıq imkanları məhdud valideyninin olmasını onun cəzasını yüngülləşdirən hal kimi kimi müəyyən olunması ilə yanaşı cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış ’’Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı, 90G0205 dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 368 (üç yüz altmış səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1- ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 368 (üç yüz altmış səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ’’Priora” markalı, 90XK118 dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı, 90G0205 dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, 77CF912 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov