Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-120/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.2001-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olmunmuş, işləmiyən, Laçın rayonu, Qovuşuq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi bina 15 mənzil 89-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək niyyəti ilə Abşeron rayonu, Masazır kəndində yerləşən Zəngilan şəhərciyi bina 15 mənzil 89-da yataq otağında çarpayının üzərində 2018-ci ilin dekabr ayında «İnstaqram» sosial şəbəkəsi vasitəsilə tanış olduğu onun üçün aşkar surətdə on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə bir dəfə təbii yolla cinsi əlaqədə olaraq bəkalət pərdəsini pozub on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ilin oktyabr ayında istifadəsində olan mobil nömrənin vasitəsilə instaqram sosial şəbəsində LL_Tacı.LL profili ilə qeydiyyatdan keçmişdir, Nadya.075 adlı profilin sahibinə dostluq atmış, o, bunun dostluğunu qəbul edəndən sonra onlar danışmağa başlamışlar, həmin vaxt Nadya ona 16 yaşı olacağını demiş, o Nadyaya 17 yaşının olduğunu, Əhmədli metrosunun yaxınlığında yaşadığını bildirmişdir. Təxminən 3 aya yaxın Nadya ilə yazışandan sonra xx.xx.2018-ci il tarixdə onlar virtual olaraq sevgili olduqlarını bir-birilərinə elan etmişlər. Nadya ona sonradan demiş ki, onun əsil adı Zərərçəkmiş şəxsdır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Audan isntaqram sosial şəbəkəsi vasitəsilə ona yazaraq bildirmiş ki, küsüb evdən çıxıb, Audandan harada olduğunu soruşmuş, sonuncu ona Memar Əcəmi metrosunun yaxınlığında olduğunu bildimrişdir. Bundan sonra Audanın dalınca gedib görüşmüş və birlikdə taksi avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyindəki evlərinə gəlmişlər, şəhərcikdə yerləşən marketdən ərzaq almış, həmin vaxt Audan ona demiş ki, onun ad günüdür və onlar bir yerdə Audanın ad gününü qeyd etmişlər. Yemək yedikdən sonra onlar ayrı-ayrı otaqlarda yatmışlar, səhəri gün də gedib şəhərdə gəzmişlər, sonra evə qayıtmışlar, həmin gecəni də onlar ayrı-ayrı otaqlarda qalmışlar. xx.xx.2019-cu il tarixdə onlar yuxudan oyanandan sonra şəhərə gedib gəzmişlər, evə gələndən sonra kinoya baxmışlar, həmin vaxt Audana fikrinin ciddi olduğunu və evlənmək istədiyini bidirmişdir. Bundan sonra onlar yataq otağına keçmişlər, xx.xx.2018-ci il tarixdə saat 23 radələrində Audanın razılığı ilə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuş, həmin gecəni onlar bir yerdə qalmışlar. Səhəri günü xx.xx.2019-cu il tarixdə saat 17 radələrində, Audanla həyətə düşmüş, bir az gəzdikdən sonra Audan çıxıb getmişdir. Həmin tarixdən sonra 2019-cu ilin iyun ayına kimi Audanla mütamadi olaraq görüşmüş, lakin cinsi əlaqədə olmamışlar. Sonradan Audan yoxa çıxmış, sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Audanla xx.xx.2019-cu il tarixdə bir dəfə təbii yolla Audanın öz razılığı ilə cinsi əlaqədə olmuş, onun Audana qarşı fikrinin ciddi olduğunu və gələcəkdə evlənəcəyini bildirmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda nənəsi Qanuni nümayəndə və bacısı Şahid ilə birlikdə yaşayır. 2018-ci ilin oktyabr ayında istifadəsində olan mobil nömrənin vasitəsilə instaqram sosial şəbəkəsində Nadya.075 adı ilə qeydiyyatdan keçmişdir. Həmin vaxt ona LL_Tacı.LL profilin sahibi dostluq atmış, o, dostluğu qəbul etdikdən sonra profilin sahibi ilə yazışmağa başlamış, həmin profilin sahibi ona Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin vaxt o, Tacirə demiş ki, onun 16 yaşı olacaqdır. Təqsirləndirilən şəxs da 17 yaşının olduğunu və Əhmədli metrosunun yaxınlığında yaşadığını bildirmişdir. Təxminən 3 aya yaxın o, Təqsirləndirilən şəxsla yazışandan sonra xx.xx.2018-ci il tarixdə onlar virtual olaraq sevgili olduqlarını bir-birilərinə bildirmişlər. Həmin ərəfədə o, bacısı Şahid ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Svetlana Məmmədova küçəsi bina 203E mənzil 16-da kirayə yaşamış, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində bacısı Şahid ilə aralarında mübahisə yaranmış, o,bacısından küsüb evdən qaçmış və istifadəsində olan telefondan İnstaqram sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs yazmış ki, evdən qaçmışam, Tacir ondan harada olduğunu soruşmuş, həmin vaxt o, Memar Əcəmi metrosunun yaxınlığında olduğunu Tacirə bildirmişdir. Təqsirləndirilən şəxs onun dalınca olduğu yerə gəlmiş və ona demiş ki, onların Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində evləri var, heç kim orada yaşamır, onunla oraya getməyini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs oraya tək gəlmiş. Onlar 1 manatlıq taksiyə əyləşib Zəngilan şəhərciyinə getmişlər, şəhərcikdə yerləşən marketdən kartof, çörək, sosiska, yumurta və sok almışlar, bundan sonra 2-ci blok bina 15, mənzil 89 ünvanında yerləşən mənzilə qalxmışlar. Təqsirləndirilən şəxs özündə olan açarla qapını açmış və onlar içəriyə daxil olmuşlar. Ev 2 otaqdan, 1 mətbəxdən ibarət olmuş, o, Tacirla birlikdə yemək yemiş və öz ad gününü Tacirlə birlikdə qeyd etmişdir. Həmin vaxt o və Tacir ayrı-ayrı otaqlarda yatmışlar, səhəri gün də gedib şəhərdə gəzmişlər, sonra isə evə qayıtmışlar. Həmin gecəni də onlar ayrı-ayrı otaqlarda qalmışlar. xx.xx.2019-cu il tarixdə onlar yuxudan oyanandan sonra şəhərə gedib gəzmişlər, evə gələndən sonra kinoya baxmışlar, Tacir ona qarşı fikrinin ciddi olduğunu və onunla gələcəkdə evlənəcəyini bildirmişdir. Kinoya baxdıqdan sonra o və Tacir yataq otağına keçmişlər, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində onun razılığı ilə Təqsirləndirilən şəxs onun sinəsindən və boynundan öpüm onu soyundurub və özüdə paltarlarını çıxardıb ki, onunla cinsi əlaqədə olsun, o, könüllü olaraq Tacirlə cinsi əlaqəyə girmiş, yəni Tacir öz gərginləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına salıb təxminən 10 dəqiqəyə yaxın onunla cinsi əlaqədə olmuş və öz spermasını ona boşaltmış, həmin vaxt onun cinsiyyət orqanından qan gəlmiş və o, başa düşmüş ki, bakirəliyi pozulub, həmin gecəni onlar bir yerdə qalmışlar. Səhəri gün xx.xx.2019-cu il tarixdə saat 17 radələrində onlar həyətə düşmüşlər, bir az həyətdə gəzdikdən sonra o, yaşadığı evə qayıtmışdır. Həmin tarixdən sonra 2019-cu ilin iyun ayına kimi o, mütamadi olaraq Təqsirləndirilən şəxsla görüşmüş, lakin cinsi əlaqədə olmamışlar. 2019-cu ilin oktyabr ayında o, başa düşmüş ki, hamilədir, xx.xx.2019-cu il tarixdə ağrıları tutmuş və X3 övladı dünyaya gəlmiş, 3 gün keçdikdən sonra həkimlər ona bildirmişlər ki, uşaq ölüb. Təqsirləndirilən şəxs onunla görüşəndə onun 15 yaşı olduğunu bilməmiş, ilk dəfə cinsi əlaqədə olan zaman heç bir hədə qorxu gəlməmiş, könüllü olaraq cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxsla ilk dəfə xx.xx.2019-cu il tarixdə könüllü olaraq cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirərək, ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə verərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. 2018-ci ilin dekabr ayında o, bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində kirayə yaşamışdır. xx.xx.2019-cu il tarixdə bacısı Zərərçəkmiş şəxs onunla mübahisə edib evdən çıxıb getmiş, sonuncu getdikdən sonra o, bir neçə dəfə bacısının istifadəsində olan mobil telefona zəng vurmuş, lakin Audana zəng çatmamışdır. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs kirayə qaldığı evə gəlmiş, o, sonuncudan harada olduğunu soruşmuş, Audan isə ona olduğu yeri deməmişdir. Həmin vaxt onun anası X1 İslam Respublikasında olmuş, anası gələndən sonra onlar üçüdə bir yerdə yaşamışlar. xx.xx.2019-cu il tarixdə anası həbs edilmiş, hazırda da həsbsdədir. xx.xx.2019-cu il tarixdə bacısı Zərərçəkmiş şəxs ona zəng vuraraq demiş ki, o, Semaşka xəstəxanasındadır, o, bacısından nə baş verdiyini soruşmuş, Audan da ona demiş ki, onu əməliyyata aparırlar uşağı olacaqdır. O, dərhal xəstəxanaya getmiş, bacısı əməliyyat olunmuş və qız övladı dünyaya gəlmiş, lakin həkimlər demişlər ki, uşaq yarımçıq dünyaya gəlib, bunun üçün uşağı şüşəyə yerləşdiriblər. Təxminən 4 gün keçəndən sonra həkimlər bildirmişlər ki, uşaq dünyasını dəyişib, həmin ərəfədə onun anası həsdə olduğu üçün onlar Lənkəran rayonuna getmişlər, uşağı gəlib dəfn edə bilməmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizanın 609 saylı, xx.xx.2019-cu il tarixli rəyində göstərilmişdir ki;
1. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır.
2. Zərərçəkmiş şəxs doğuşdan əvvəl məhkəmə-tibbi müayinəsi aparılmadığından pozulma müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. 3.Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə 31-32 həftəlik hamiməlik olmuş və vaxtından əvvəl ön-ənsə gəlişində doğuşla sonlanmışdır. 4.Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik aşkar edilmədi. 5.Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizsının 1864 saylı xx.xx.2020-ci il tarixli rəyində göstərilmişdir ki; 1.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 2.Təqsirləndirilən şəxs cinayət işində təsvir olunan əməli tərədərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 3.Hadisəni tərədərkən Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. 4.Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədər özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. 5.Təqsirləndirilən şəxs hadisə zamanı güclü ruhi həyacan vəziyyətində olmamışdır. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-psixoloji ekspertizasının 1866 saylı, xx.xx.2000-ci il tarixli rəyində göstərilmişdir ki;
1. Zərərçəkmiş şəxs əqli inkişafı və psixi inkişafı, intelektual-mnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. 2.Zərərçəkmiş şəxs əqli inkişafı və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabilyyətinə malikdir. 3.Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə özündən uydurmağa, başqalarının təsir altında hərəkət etməyə meyillillik əlamətləri müşahidə olunmadı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının 04 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə təqsirli bilindiyi hadisə xx xxxx 2019-cu il tarixdə baş vermiş və Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə nəzərdə tutulan cinayət əməlini xx xxxx 2019-cu il tarixdə törətdiyi halda hazırda təqsirlıəndirildiyi maddə üzrə əməli isə xx.xx.2019-cu il tarixdə yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə nəzərdə tutulan cinayət əməlindən əvvəl törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, şahidlərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin az ağır cinayət olmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan şikayətçi olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə olduğu yeddi ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə olduğu 07 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Sevinc Quliyeva