Məhkəmə qərarları › İş №1(012)-1201/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1201/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1201/2025 09.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs Kərimli (Şəfiyeva) Fəridə Vaqif qızı onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi internet informasiya ehtiyyatı olan Getcontact tətbiqində dəfələrlə yaymışdır. Getcontact, "Spam Bloklama" və "zəng edən şəxsiyyəti müəyyənləşdirmə" tətbiqidir. Getcontact, narahat edən zəngləri filtrləməyə və yalnız istədiyiniz insanların ünsiyyət qurmasına imkan verir, həmçinin həmin proqram vasitəsi ilə zəng edən nömrənin teqlərinə, kimliyinə və şəxs barəsində yazılan şərhlərə baxmaq mümkündür. Bu proqramı həm sadə şəkildə yükləmək olur, həm də ki "premimum" versiyada. "Premimum" versiyadan istifadə ödənişlidir. Ödəniş həftəlik və ya aylıq olur. "Premimum" versiya Getcontactın istifadə funksiyası daha böyükdür, bunla nömrənizin kim tərəfindən sorğulandığını və kimin nə şərh yazdığını müəyyən etmək olur. İstənilən şəxsin nömrəsinə şərh yazıb-silmək olar. Sadə Getcontactdan istifadə zamanı isə şərh yazanın kimliyini müəyyən etmək, həmçinin yazılan şəhri silmək olmur. GETCONTACT-ın ünvanı Rua dos llheus, n 6, 9000-176 Funchal, Madeira Portugal ünvanıdır. Fəridə Kərimli onunla 27 iyun 2022-ci ildə nikaha daxi olmuşdur. Ancaq nikahları uzun müddət davam etməmiş və onun iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onların nikahlarına xitam verilmişdir. O, özünə məxsus ********** mobil telefon nömrəsi ilə 09 dekabr 2023-cü ildə Getcontact tətbiqində əvvəlcə anonim adla qeydiyatdən keçmişdir. Sonradan öz adıyla, daha sonra isə "jajananska s" adıyla, ən son isə "blö, m6" adıyla həmin tətbiqdə fəaliyyətinə davam edir. O öz adına olan ********** nömrəli mobil telefon işlədirəm. X1-da 10 dekabr (türkcə aralıq) 2023-cü ildə "Ürək" işarəsi olan profili ilə onun "Vüsal İsmayilov" adlı profilinin altında "Amciq yalayandı" yazmışdır. 08 yanvar (türkcə ocaq) 2024-cü ildə isə öz şəkili yerləşdirilmiş "Feride Shefiyeva" profili adı altında yenə onun profilinin altına "Amciq yalayandı" yazmışdır. Həmin profillərin Fəridə Kərimliyə (qızlıq soyadı Şəfiyevaya) məxsus olduğu həm istifadəçi adı ("Feride Shefiyeva"), həm də istifadə etdiyi mobil telefon nömrəsi - +**********16 ilə təsdiq olunur. Qardaşı (etibarnamə üzrə nümayəndə ) Nümayəndə xx.xx.2024- cü il vəkili Xəyalə Cəfərovanın vəkil birosuna getmiş vəkil ofisdə olmadığından bironun rəhbəriylə danışmış sübutları göstərib xahiş etmişdir ki, Xəyalə Cəfərovaya bildirsinki hüquqlarını müdafiə etdiyi Kərimli Fəridəyə yazdığı təhqiri silsin silmədi bacısı Vüsaliyə deyildiki bacısına desin silsin silmədi daha sonra Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə şikayətlərindən sonra Yasamal Rayonu 29-cu Polis Şöbəsinin sahə müvvəkkili Qərib X2 polisə çağıraraq, ona və ailə üzvlərinin ünvanına yazdığı təhqiramiz şərhlərin bir hissəsini sildirmiş, ancaq o, sonradan təhqiramiz şərhlərini davam etdirmişdir. Oğlunun ikinci dəfə Bakı şəhəri Baş Polis idarəsinə şikayətlərindən sonra, həmin qurumun ictimai təhlükəsizlik idarəsinin əməkdaşı Nicat Məmmədov onu polisə dəvət edib, xəbərdarlıq etmişdir. X15 yenə də oxşar əməllərini davam etdirmiş, Getcontact tətbiqində onun və ailə üzvlərin ünvanına təhqiramiz şərhlərini davam etdirmişdir. Bu dəfə isə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi oğlunun şikayətinə əsasən onu polisə dəvət edib, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) inzibati tənbeh növü tətbiq etmişdir. Başqa sözlə, polis tərəfindən onun barəsində inzibati tənbeh növləri tətbiq edilməsi və onun və ailə üzvlərinin barəsində Getcontact tətbiqində yazdığı təhqiramiz şərhlərin bir hissəsini sildirməsi də həmin profillərin barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsə məxsus olduğunu bir daha təsdiq edir. Göstərdilərini nəzərə alınaraq, X11 barəsində Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, X4 şikayətindən imtina etməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi tərəfindən verilmiş ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin şikayətindən imtina etməsinə etiraz etmədini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, hazırda nümayəndəsi olaraq, həmin şikayətindən imtina edir, şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsində imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar