Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1204/2025 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Abşeron rayonu, Xırdalan şəhər sakini Zərərçəkmiş şəxs öz oğlu XXX Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrinin birində işə qəbul etdirmək arzusunda olduğunu bilib, Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin 1-ci Ərazi X11 İdarəsinin Dövlət X8 inspektoru vəzifəsində, daxili xidmət kapitanı rütbəsində işləyən tanışı X14 ilə birlikdə Zərərçəkmiş şəxs aldadıb sonuncunun nağd pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək və bu niyyətlə edəcəkləri hərəkətləri əvvəlcədən planlaşdıraraq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, İlkin Musayevlə birgə Zərərçəkmiş şəxs oğlu XXX Şahid2 16350 (on altı min üç yüz əlli) manat müqabilində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlməsinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs qeyd olunan məsələnin həll edilməsinin onların imkanı dairəsində olması ilə bağlı inam formalaşdırıb aldatmaqla, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ocaq” adı altında fəaliyyət göstərən restoranda Zərərçəkmiş şəxs həmin məqsədlə verdiyi 15000 (on beş min) manat pulu İlkin Musayevlə birlikdə bilavasitə almış, habelə xx.xx.2022-ci il tarixdə eyni məqsədlə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Cavid küçəsi ev 24 ünvanında 1200 (min iki yüz) manat pulu almış və 2023-cü ilin mart ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 155 ünvanında yerləşən ərzaq mağazasındakı “E-manat” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs eyni məqsədlə onun bank kartına göndərdiyi 150 (yüz əlli) manat pulu vahid niyyətlə alıb qanunsuz ələ keçirərək, İlkin Musayevlə aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən bölməklə, o, İlkin Musayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, ümumilikdə, 16350 (on altı min üç yüz əlli) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında (ünvan 3əpə” yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. O, X3 ilə evli olmuş, birgə nikahdan 2020-ci ildə Cahid adlı oğulları dünyaya gəlmiş, lakin 2023-cü ilin avqustunda Günellə aralarındakı nikah Abşeron rayon məhkəməsinin qərarı ilə pozulmuş və uşaq ananın himayəsində qalmışdır. Hər hansı zərərli vərdişi, psixoloji problemi və xəstəlikləri yoxdur. O, əvvəllər 2 dəfə məhkum edilmişdir. Belə ki, o, 2023-cü ildə CM-nin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib azadlığın məhdudlaşdırılması cəzası almış, həmçinin 2024-cü ildə CM-nin 263-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib həbs cəzasına məhkum edilmişdir. 2008-ci ildən 2020-ci ilə kimə FHN-nin X9 Xidmətində növbə rəisi vəzifəsində işləmiş, 2020-ci ildə isə işdən azad edilmişdir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayətlə tanış olmuş və şikayətdə yazılanların tam doğru olduğunu təsdiqləmişdir. Belə ki, 2022-ci ilin ortalarında ailə vəziyyəti ilə əlaqədar ona təcili pul lazım olmuşdur. Elə həmin ərəfədə FHN-də əvvəllər bir yerdə işlədiyi tanışı Şahid1 adlı şəxs bir nəfərə işə düzəlmə məsələsi ilə bağlı köməklik göstərilməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayından etibarən tanışı Şahid1 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Şahid2 FHN Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəldə bilib-bilməyəcəyini soruşanda o, Rövşənə bu işi həll edə biləcəyinə dair söz vermişdir. Lakin əslində o, bu məsələni həll etmək iqtidarında olmamış və məqsədi Rövşənin pulunu almaq olmuşdur. Bu məsələ ilə bağlı onlar xx.xx.2022-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Amazon”, hazırda isə “Ocaq” adı ilə fəaliyyət göstərən ailəvi restoranda görüşmüş və bu barədə söhbət etməyə başlamışlar. O, Rövşənlə görüşə tanışı FHN əməkdaşı X14 ilə getmiş və qabaqcadan sonuncuya bu məsələ haqqında danışmışdır. İlkin Musayev görüşə FHN xidməti geyim forması ilə gəlmişdir. Rövşənin də yanında işə düzəltmək istədiyi oğlu Şahid2 və başqa bir nəfər şəxs olmuşdur. Söhbət əsnasında o, Rövşənə guya hazırda da FHN-də işlədiyini, İlkinlə birlikdə oğlu Şahid2 15000 manat müqabilində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəldə biləcəklərini, bu işin təxminən 2-3 ay müddətində həll olunacağını bildirmişlər. Həmçinin o, Rövşənə demişdir ki, ola bilər ki, işin həlli üçün daha çox pul lazım olsun. O və İlkin bir qədər də bu barədə söhbət edib Rövşəni inandırdıqdan sonra sonuncu 15000 manat pulu cibindən çıxarıb yuxarıda qeyd olunan şəxslərin şahidliyi ilə masanın üzərinə qoymuş və o, həmin 15000 manat pulu götürmüşdür. Bundan sonra onlar sağollaşaraq ayrılmışlar. Əvvəlcədən razılaşdıqları kimi Rövşəndən 15000 manat alıb restoranı tərk etdikdən sonra Xırdalan dairəsi istiqamətinə doğru təxminən 100-150 metr məsafə gedib həmin puldan 1000 manat pulu İlkinə vermişdir. O, həmçinin həmin gün telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi adlanan yerdə Ağa ilə görüşmüş və bu işdə ona köməklik etdiyinə görə, yəni onunla Rövşəni tanış etdiyinə görə Ağaya pay kimi 5000 manat pul vermişdir. xx.xx.2022-ci ildə o, Rövşənə zəng edərək guya ki, iş yoldaşı İlkin Musayevin onunla əlaqə saxladığını, bu işin tezləşdirilməsi üçün əlavə olaraq 2000 manat pul lazım olduğunu demişdir. Onun bu işdə məqsədi Rövşəndən əlavə pul almaq olmuşdur. Həmin vaxt Rövşən ona 2000 manat pulunun olmadığını və yalnız 1200 manat pul verə biləcəyini bildirmişdir. O, Rövşənlə razılaşmış və həmin gün saat 13 radələrində Rövşənin yaşadığı Xırdalan şəhərindəki evinə gəlmişdir. Onlar bu barədə bir qədər də söhbət etdikdən sonra Rövşənin yaşadığı evin mətbəxində arvadının və oğlunun şahidliyi ilə 1200 manat pulu da Rövşəndən almışdır. Təxminən 3 ay keçdikdən sonra Rövşən ona zəng edib işin nə yerdə qaldığını soruşmuş, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək işin yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Təxminən 2023-cü ilin mart ayının sonlarında o, yenidən Rövşənlə telefon əlaqəsi saxlayıb oğlunun işinin düzəlmə ərəfəsində olduğunu, müəyyən sənədlərin alınması üçün əlavə 250 manat da lazım olduğunu demişdir. Lakin Rövşən 250 manat yox, 150 manat verə biləcəyini dedikdə o, buna etiraz etməmişdir. Həmin gün Rövşən elektron ödəmə sistemi vasitəsilə onun kart hesabına 150 manat da göndərmişdir. Lakin bundan sonrakı vaxtlarda da Rövşən oğlu Şahid2 işə düzəlmə məsələsinin həll olunmadığını görərək, yekun söhbət etmək üçün onu xx.xx.2023-cü il tarixdə “Ocaq” restoranına çağırmış və onlar orada görüşmüşlər. Həmin vaxt Rövşəni onunla tanış edən Ağa adlı şəxs və əlavə olaraq Elmar adlı şəxs də Rövşənlə birlikdə görüşə gəlmişlər. Lakin həmin görüşdə İlkin olmamışdır. Rövşən artıq pul verilməsindən 1 ilə yaxın müddət keçdiyini və bu işin nə üçün yubandığını ondan soruşanda sonuncu Rövşənə FHN-də struktur dəyişikliyi olduğunu, bəzi işçilərin yerinin dəyişdiyini, həmçinin Türkiyədə zəlzələnin olması səbəbindən işlərin yubandığını, buna baxmayaraq təxminən 1 ay müddətində Şahid2 işə düzəlmə məsələsinin öz həllini tapacağını bildirmişdir. Həmin vaxt Rövşən ona inanmadığını demiş və bu barədə polisə şikayət edəcəyini bildirmişdir. O, guya ki, yalan danışmadığını isbat etmək üçün bu barədə qəbz yazmağı Rövşənə təklif etmişdir. Bundan sonra o, Rövşəndən oğlu Şahid2 FHN-də işə düzəlmə məsələsini həll etməsi üçün, ümumilikdə, 16350 manat pul almağı ilə bağlı öz əlyazması ilə qəbz yazaraq Rövşənə təqdim etmişdir. Buna baxmayaraq verilən vədləri yerinə yetirmədiyi üçün Rövşən bir müddət sonra bu barədə polisə şikayət etmişdir. O, bundan sonra qorxduğu üçün istintaqdan qaçıb gizlənmişdir. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş, maddi ziyandan hər hansı ödəniş edə bilməmişdir. Təqsirləndirilən şəxs İlkin Musayevin ondan aldığı 1000 AZN pulun borc kimi verilməsi faktı tam yalan olmuşdur. Belə ki, elə birinci görüş zamanı qabaqcadan danışdıqları kimi o, sırf bu işin həllinə görə İlkinə aldığı 15000 AZN-dən 1000 AZN-i vermişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşağı var. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs və X7r. O, həmin şəxsləri 2022-ci ilin iyun ayından tanımışdır. Belə ki, həmin ərəfədə o, 1998-ci il təvəllüdlü oğlu XXX Şahid2 FHN Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəltmək istəmişdir. Həmin ərəfədə söhbət əsnasında tanıdığı Şahid1 ona FHN-də işləyən Sərxan adlı tanışının belə bir işlərlə məşğul olduğunu, oğlu Şahid2 də işə düzəlməsinə köməklik edə biləcəyini demiş və Sərxanın mobil nömrəsini ona vermişdir. Buna görə də o, Sərxanın istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb sonuncudan oğlu Şahid2 FHN-də işə düzəldə bilib-bilməyəcəyi barədə soruşmuşdur. Mobil telefon danışıqları zamanı Sərxan bu işi həll edə biləcəyinə dair söz verdiyi üçün onlar xx.xx.2022-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Amazon” adlı, hazırda isə “Ocaq” adı ilə fəaliyyət göstərən ailəvi restoranda görüşüb bu barədə söhbət etməyə başlamışlar. Sərxan görüşə tanışı X14 ilə gəlmişdir. Onun da yanında tanışı Şahid4 və oğlu Şahid2 olmuşlar. Söhbət əsnasında Sərxan və İlkin adlı şəxslər hazırda FHN-də işlədiklərini, rəhbər heyətlə əlaqələrinin olduğunu, oğlu Şahid2 15000 manat müqabilində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəldə biləcəklərini, eləcə də Şahid2 işə düzəldikdən 1 il sonra təhsil alması üçün FHN-nin Akademiyasına daxil etdirəcəklərini bildirmişlər. Həmçinin onlar bildirmişlər ki, ola bilsin prosedurun tezləşdirilməsi üçün 15000-dan əlavə pul da lazım olsun. Onlar bir qədər də bu barədə söhbət etdikdən sonra İlkin FHN-nə məxsus xüsusi geyimdə də gəldiyinə görə o, həmin şəxslərə inanaraq həmin vaxt 15000 manat pulu cibindən çıxarıb yuxarıda qeyd olunan şəxslərin şahidliyi ilə masanın üzərinə qoymuşdur. Həmin 15000 manat pulu masanın üzərindən Sərxan götürmüş və onlar çay içdikdən sonra sağollaşaraq ayrılmışlar. Sərxan və İlkin adlı şəxslər oğlu Şahid2 işə düzəlmə məsələsinin təxminən 2-3 ay müddətində həll olunacağına dair söz vermişlər. xx.xx.2022ci ildə Sərxan ona zəng edərək İlkinin onunla əlaqə saxladığını, oğlu Şahid2 işə düzəlmə məsələsinin tezləşdirilməsi üçün əlavə olaraq 2000 manat pul lazım olduğunu demişdir. O, həmin vaxt Sərxana 2000 manat pulunun olmadığını və 1200 manat verə biləcəyini bildirmişdir. Bu zaman Sərxan onunla razılaşdığına görə həmin gün saat 13 radələrində Sərxan onun yaşadığı evə gəlmişdir. Onlar bu barədə bir qədər də söhbət etdikdən sonra yaşadığı evin mətbəxində həyat yoldaşı Şahid3 və oğlu Şahid2 şahidliyi ilə 1200 manat pulu da o, Sərxana vermişdir. Təxminən 3 ay keçdikdən sonra o, işlə bağlı heç bir nəticənin olmadığını görüb Sərxanla telefon əlaqəsi saxlamağa başlamışdır. Dəfələrlə Sərxanla bu barədə danışarkən sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onun oğlu Şahid2 FHN-də işə düzəlmə məsələsinin yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Təxminən 2023-cü ilin mart ayının sonlarında Sərxan yenidən onunla telefon əlaqəsi saxlayıb işin artıq düzəlmə ərəfəsində olduğunu, müəyyən sənədlərin alınması üçün əlavə 250 manat da lazım olduğunu demişdir. O, Sərxana 250 manat pulunun olmadığını deyib kimdənsə borc alaraq ona yalnız 150 manat verə biləcəyini bildirdikdən sonra Sərxan onunla razılaşmışdır. Buna görə də o, həmin gün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 155-də yerləşən ərzaq mağazasındakı elektron ödəmə sistemi vasitəsilə Sərxanın ona verdiyi, nömrələri yadında qalmayan bank kartına 150 manat da pul göndərmişdir. Lakin bundan sonrakı vaxtlarda da oğlu Şahid2 işə düzəlmə məsələsi həll olunmamışdır. xx.xx.2023-cü il tarixdə o, Sərxanla telefon əlaqəsi saxlayıb bu barədə polisə şikayət edəcəyini bildirdikdən sonra Sərxan görüşməklərini istəmişdir. Ona görə də həmin gün onlar “Ocaq” adlı restoranda görüşmüşlər. Həmin vaxt onu Sərxanla tanış edən Ağa və öz tanışı Elmar adlı şəxslər də onun yanında olmuşlar. O, Sərxandan bu işin nə üçün yubandığını soruşanda sonuncu guya ki, FHN-də bəzi işçilərin yerinin dəyişdirildiyini, həmçinin Türkiyədə baş vermiş zəlzələ səbəbindən işin yubandığını, buna baxmayaraq təxminən 1 ay müddətində oğlu Şahid2 işə düzəlmə məsələsinin həll olacağını bildirmişdir. O, həmin vaxt Sərxana inanmadığını, ona görə də bu barədə polisə şikayət edəcəyini dedikdə isə, Sərxan ona yalan danışmadığını isbat etmək üçün bu barədə qəbz yazmağını təklif etmişdir. Bundan sonra Sərxan Şahid2 FHN-də işə düzəlmə məsələsini həll etmək üçün ondan, ümumilikdə, 16350 manat alması barədə öz əlyazması ilə qəbz yazaraq ona təqdim etmişdir. Buna baxmayaraq verilən vədlər yenə də yerinə yetirilmədiyi və 16350 manat pul geri qaytarılmadığı üçün o, ərizə ilə Abşeron RPİ-nə müraciət edərək Sərxan və İlkin adlı şəxslər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmçinin İlkinlə sonuncunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla bu barədə bir neçə dəfə telefon əlaqəsi saxladıqda İlkin də ona yalandan bu işin yaxın vaxtlarda həll olunacağına dair söz vermişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və heç bir şikayət, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edərkən Rövşən ona oğlu Şahid2 FHN-də işə düzəltmək üçün bəzi şəxslərlə görüşəcəyini bildirmişdir. Həmçinin Rövşən həmin görüşdə onun da iştirak etməyini xahiş etdiyi üçün həmin gün günorta saatlarında Rövşən, oğlu Şahid2 və o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ocaq” adlı restorana gəlmişlər. Onlar orada sonradan adlarını bildiyi Sərxan və İlkin adlı şəxslərlə görüşmüşlər. Rövşən həmin vaxt oğlu Şahid2 FHN-də işə düzəltmələri məqsədilə Sərxan və İlkin adlı şəxslərlə bir qədər söhbət etdikdən sonra sonuncular Rövşənə Şahid2 təxminən 2-3 ay müddətində FHN Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəltməyə söz vermiş, Rövşən də onlara inanıb həmin vaxt oğlu Şahid2 işə düzəlmə məsələsinə görə Sərxan və İlkin adlı şəxslərə onların yanında 15000 manat pul vermişdir. Həmçinin sonradan Rövşəndən eşitmişdir ki, Rövşən həmin 15000 manat puldan əlavə xx.xx.2022-ci ildə yaşadığı evdə bu məqsədlə Sərxan adlı şəxsə 1200 manat vermiş, eləcə də təxminən 2023-cü ilin mart ayının sonlarında Sərxan yenidən ona zəng edərək müəyyən sənədlərin alınması üçün pul istədiyinə görə elektron ödəmə sistemi vasitəsilə Sərxanın kart hesabına 150 manat da göndərmişdir. Lakin bundan sonrakı vaxtlarda da Sərxan və İlkin adlı şəxslər vədlərinə əməl etməmişlər. Bundan başqa Rövşən sonrakı vaxtlarda Sərxan adlı şəxslə telefon əlaqəsi saxlayıb bu barədə polisə şikayət edəcəyini bildirdikdən sonra Sərxan görüşməklərini istəmiş, Rövşən Elmar adlı tanışı ilə birlikdə “Ocaq” adlı restorana gedib orada Sərxan adlı şəxslə görüşmüşlər. O, bu görüşdə iştirak etməmişdir. Bu zaman Sərxan müxtəlif bəhanələr gətirib təxminən 1 ay müddətində işin həll olunacağını bildirmişdir. Həmçinin Sərxan yalan danışmadığını isbat etmək üçün Şahid2 FHN-də işə düzəlmə məsələsini həll etməsi məqsədilə Rövşəndən, ümumilikdə, 16350 manat alması barədə öz əlyazması ilə qəbz yazaraq Rövşənə təqdim etmiş, lakin verilən vədlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edərkən Rövşən ona “Oğlum Şahid2 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək üçün xx.xx.2022-ci il tarixdə “Ocaq” adlı restoranda Sərxan və İlkin adlı şəxslərə 15000 manat pul vermişəm, həmin şəxslər də Şahid2 işə düzəlmə məsələsinin təxminən 2-3 ay müddətində həll olunacağına söz vermişdilər. Bundan başqa Sərxana əlavə olaraq 1200 manat pul vermişəm, 2023-cü ilin mart ayının sonlarında Sərxanın kart hesabına 150 manat da göndərmişəm, lakin sonrakı vaxtlarda da Sərxan və İlkin adlı şəxslər vədlərinə əməl etməmişlər” sözlərini demişdir. Hazırda da Sərxan adlı şəxslə telefon əlaqəsi saxlayıb bu barədə polisə şikayət edəcəyini bildirdikdən sonra Sərxan Rövşənlə görüşməklərini istəmiş, ona görə də Rövşən onunla birlikdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən həmin “Ocaq” adlı restorana gedib orada Sərxan adlı şəxslə baş tutacaq görüşməsində onun da iştirak etməyini xahiş etmişdir. O da bu görüşdə iştiraka razılıq vermişdir. Lakin pul alınarkən baş tutan görüşlərdə o iştirak etməmişdir. Onlar həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə günorta saatlarında birlikdə həmin restorana gedib orada Sərxanla görüşmüşlər. Həmin vaxt Rövşən Sərxandan oğlu Şahid2 işə düzəlmə məsələsinin nə yerdə olduğunu soruşanda Sərxan guya ki, FHN-də bəzi işçilərin yerinin dəyişdiyini, həmçinin Türkiyədə zəlzələnin olması səbəbindən işin yubandığını, buna baxmayaraq təxminən 1 ay müddətində işin həll olacağını bildirmişdir. Həmçinin Sərxan guya ki, yalan danışmadığını isbat etmək üçün Şahid2 FHN-də işə düzəlmə məsələsini həll etməsi məqsədilə Rövşəndən, ümumilikdə, 16350 manat alması barədə öz əlyazması ilə qəbz yazaraq Rövşənə təqdim etmişdir. Lakin bundan sonrakı vaxtlarda da eşitmişdir ki, verilən vədlər yenə də yerinə yetirilməmiş və Rövşən 16350 manat pulunu geri qaytarmadıqlarına görə Abşeron RPİ-nə müraciət edərək həmin şəxslər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həqiqətən də, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs o tanış etmişdir. Belə ki, 2022-ci ilin iyun ayında tanışı Rövşənlə Xırdalan şəhərində yerləşən kafelərin birində çay içərkən Rövşən oğlu Şahid2 FHN-də işə düzəltmək istədiyini bildirmişdir. Bu zaman o, bir nəfər tanışının bu işdə ona köməklik göstərə biləcəyini deyib əvvəllər FHN-nin X9 Xidmətinin Səbail rayon DYMH-nin 25 saylı yanğından mühafizə bölməsində onunla birlikdə işləmiş Təqsirləndirilən şəxs mobil nömrəsini Rövşənə verərək sonuncu ilə əlaqə saxlamağını bildirmişdir. Bundan sonrakı günlərdə eşitmişdir ki, X13 şəhərində yerləşən “Ocaq” adlı restoranda görüşərək bu barədə söhbət etmiş və Rövşən həmin kafedə oğlu Şahid2 FHN-də işə düzəlməsi məqsədilə Sərxana 15000 manat vermişdir. Lakin o, bu görüşdə iştirak etməmişdir. Həmçinin bundan sonrakı günlərdə Sərxan bu məqsədlə Rövşəndən yaşadığı evdə əlavə olaraq 1200 və 150 manat da almışdır. Lakin o, bu hadisələrdən sonra xəbər tutmuşdur. Habelə bundan bir müddət sonra Rövşən onunla telefon əlaqəsi saxlayaraq və görüşərək Sərxanın verdiyi sözə əməl etmədiyini, həmçinin Sərxanın Rövşəndən aldığı ümumilikdə 16350 manat pulu geri qaytarmadığını bildirmişdir. Buna görə də o, şəxsən Sərxanla dəfələrlə bu barədə telefon əlaqəsi saxlayıb işin nə yerdə olduğunu soruşmuş və əgər Rövşənin oğlu Şahid2 FHN-də işə düzəldə bilmirsə, 16350 manat pulu Rövşənə geri qaytarmasını bildirmiş, buna baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. O, Rövşən və sonuncunun tanışı Elmar adlı şəxs xx.xx.2023-cü il tarixdə “Ocaq” adlı restorana gedib orada Sərxanla görüşmüşlər. Həmin vaxt Rövşən Sərxandan bu işin nə üçün yubandığını soruşanda o, guya ki, FHN-də bəzi işçilərin yerinin dəyişdiyini, həmçinin Türkiyədə zəlzələnin olması səbəbindən işin yubandığını, buna baxmayaraq təxminən 1 ay müddətində oğlu Şahid2 işə düzəlmə məsələsinin həll olunacağını bildirmişdir. Rövşən həmin vaxt Sərxana inanmadığını, ona görə də bu barədə polisə şikayət edəcəyini dedikdə isə, Sərxan Rövşənə yalan danışmadığını isbat etmək üçün bu barədə qəbz yazmağını təklif etmişdir. Bundan sonra Sərxan Rövşəndən oğlu Şahid2 FHN-də işə düzəlmə məsələsini həll etməsi üçün, ümumilikdə, 16350 manat alması barədə öz əlyazması ilə qəbz yazaraq Rövşənə təqdim etmişdir. Buna baxmayaraq verilən vədlər yenə də yerinə yetirilməmiş və Sərxan 16350 manat pulu Rövşənə geri qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu məqsədlə ilkin olaraq aldığı 15000 manat pulun 5000 manatını onları tanış etdiyinə görə pay kimi həmin gün Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi adlanan yerdə ona verdiyini bildirməsi ilə bağlı xüsusatlar tam yalan olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid2 FHN-də işə düzəltməsi məqsədilə aldığı 16350 manat puldan ona heç bir məbləğ verməmiş və aralarında hər hansı belə sövdələşmə olmamışdır. O, Rövşəndən aldığı 16350 manat pulu geri qaytarmadığına görə dəfələrlə Sərxana zəng edərək iradlarını bildirmişdir. Yəqin ki, bu iradlara görə Sərxan belə ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş XXX Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında atası Rövşən ona “X16 Nazirliyində işə düzəltməkləri üçün bəzi şəxslərlə görüşəcəm” demişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə də atası Rövşən, atasının tanışı Azad adlı şəxs və o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ocaq” adlı restorana gedib orada sonradan adını bildiyi Sərxan və İlkin adlı şəxslərlə görüşmüşlər. Həmin şəxslərdən biri, yəni Sərxan adlı şəxs mülki geyimdə olsa da, İlkin adlı şəxs isə FHN-nə məxsus geyimdə olmuşdur. Atası Rövşən həmin şəxslərlə bir qədər söhbət etdikdən sonra onu FHN-də işə düzəltmələri məqsədilə Sərxan və İlkin adlı şəxslərə onun yanında 15000 manat pul vermiş, Sərxan və İlkin adlı şəxslər onun işə düzəlmə məsələsinin təxminən 2-3 ay müddətində həll olunacağına dair söz vermişlər. Bundan başqa xx.xx.2022-ci ildə saat 13 radələrində Xırdalan şəhəri, Hüseyn Cavid küçəsi ev 24 ünvanında olduqları zaman Sərxan onların yaşadığı evə gəlmişdir. Yaşadıqları evdə atası Rövşən Sərxan adlı şəxslə işə düzəlmə məsələsi ilə əlaqədar bir qədər də söhbət etdikdən sonra sonuncuya evin mətbəxində onun və anası Şahid3 şahidliyi ilə 1200 manat da vermişdir. Lakin sonrakı vaxtlarda atası Rövşən işin yubandığını görüb dəfələrlə telefon əlaqəsi saxlayaraq Sərxanla bu barədə danışıq aparmış, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onun FHN-də işə düzəlmə məsələsinin yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Təxminən 2023-cü ilin mart ayının sonlarında Sərxan yenidən atası Rövşənlə telefon əlaqəsi saxlayıb işin düzəlmə ərəfəsində olduğunu, müəyyən sənədlərin alınması üçün əlavə olaraq 250 manat da lazım olduğunu demiş, atası da Sərxana 250 manat pulunun olmadığını deyib kimdənsə borc alaraq sonuncuya yalnız 150 manat verə biləcəyini bildirdikdən sonra Sərxan atası ilə razılaşmışdır. Atası həmin gün Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasındakı elektron ödəmə sistemi vasitəsilə Sərxanın verdiyi kart nömrəsinə 150 manat da göndərmişdir. Lakin bundan sonrakı vaxtlarda da onun işə düzəlmə məsələsi həll olunmamışdır. Ona görə də atası Rövşən xx.xx.2023-cü il tarixdə Sərxan adlı şəxslə telefon əlaqəsi saxlayıb bu barədə polisə şikayət edəcəyini bildirdikdən sonra Sərxan görüşməklərini istəmiş, onlar həmin gün Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ocaq” adlı restoranda görüşüb söhbət edərkən atası Rövşən Sərxandan onun işə düzəlmə məsələsinin nə yerdə olduğunu soruşanda Sərxan guya ki, FHN-də bəzi işçilərin dəyişdiyini, həmçinin Türkiyədə zəlzələnin olması səbəbindən işin yubandığını, buna baxmayaraq təxminən 1 ay müddətində işin həll olunacağını bildirmişdir. Həmçinin Sərxan guya ki, yalan danışmadığını isbat etmək üçün onun FHN-də işə düzəlmə məsələsini həll etməsi məqsədilə, ümumilikdə, 16350 manat alması barədə öz əlyazması ilə qəbz yazaraq atasına təqdim etmişdir. Buna baxmayaraq verilən vədlər yenə də yerinə yetirilmədiyinə görə və 16350 manat pul geri qaytarılmadığı üçün atası Rövşən ərizə ilə Abşeron RPİ-nə müraciət edərək həmin şəxslər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Abşeron rayon prokurorluğuna şahid XXX Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ Cinayət-Axtarış Şöbəsi (bundan sonra CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə sonuncu barəsində 02 ay 19 gün müddətinə, istintaq müddətinin sonu, yəni xx.xx.2024cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. Abşeron Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iddiasına görə 5000 AZN pulu verdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə Şahid1 istifadəsindəki ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri üzrə anten dairələrin “Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi” adlanan ərazidə olmaması müəyyən edilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CMnin 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 263.1-1ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində çıxarılmış digər hökmlərdə təyin edilən cəzalar da nəzərə alınmaqla, yekun olaraq o, 2 il 10 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün təqsirləndirilən şəxs qismində ifadələrindəki səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolları, cinayət işi materialında olan sənədlər və digər dəlillər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddəsi ilə, X4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsi təqsirləndirilmələrinə dair Abşeron Rayon Məhkəməsinin icraatında olan 1(012)-327/2025 saylı cinayət işindən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ayrıca icraata ayrılsın və yeni nömrə verilərək məhkəmə baxışı davam etdirilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aid hissədə cinayət işinin materialların, sübutların, digər sənədlərin surətləri çıxarılmaqla ayrılan cinayət işi üzrə icraata əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınması qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası X10 tərəfindən ona vurulmuş maddi ziyan tamamilə və könülllü olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xhaiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Himayəsində azyaşlı uşağı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladı vardır. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1. 12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1- ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər; 5.1- ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə müdafiə tərəfinin ərizəsini və dövlət ittihamçısının təklifini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 16 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1204/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1204/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver