Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1209/2025 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumıuğu ödənilmiş taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs hərbi xidmət zamanı vəfat etmiş əri X3 şəhidlik statusu verdirəcəyinə, ömürlük təqaüd düzəltmək və ev növbəsi məsələrinin həll edəcəyinə dair adı ilə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi, yeristü piyada keçidinin yaxınlığında nağd formada verdiyi 1500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda nağd şəkildə verdiyi 2500 manat, istifadəsində olan qardaşı Şahid2 məxsus **********311880 nömrəli hesab kartına Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə **********704702 hesab nömrəli Kapitalbank kartından xx.xx.2022-ci il tarixdə göndərdiyi 500 manat, xx.xx.2022-ci il tarixdə göndərdiyi 200 manat, xx.xx.2022-ci il tarixdə göndərdiyi 400 manat, xx.xx.2022-ci il tarixdə göndərdiyi 100 manat, 2023-cü ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi ərazisində yerləşən Araz marketdəki MilliÖn ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmiş olduğu hesab nömrəsinə 500 manat və 2023-cü ilin mart ayının əvvəllərində isə həmin ünvandan yenidən Təqsirləndirilən şəxs göndərmiş olduğu hesab nömrəsinə köçürdüyü 500 manat, ümumilkdə vahid niyyətlə 6200 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci il tarixdə ev alqı-satqısı ilə məşğul olduğu zaman tanımışdır. O zamanlar Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsbəsində evi olmuşdur. Səidə öz evini kirayə vermək üçün onunla qonşusu vasitəsilə tanış olmuşdur. Ondan evinə kirayəşin tapmağı istədiyi üçün Səidənin evinə kirayəşin tapmış və aralarında yaxşı münasibət yaranmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs ona müraciət edərək özündə olan xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istədiyini, bununla bağlı ona köməklik etməyini ixahiş etmişdir. Səidəyə maraqlanacağını bildirmiş, sənədlərini təqdim etməyini xahiş etmişdir. Səidə ürəyi xəstə olduğunu bildirərək bununla bağlı sənədlərini ona təqdim etmişdir. Səidə işin qiymətini soruşduqda təxminən 3000-4000 manat arası olacağını bildirmişdir. Səidənin təqdim etdiyi sənədlərin əslini özünə qaytarmış, lakin surətini özündə saxlamışdır. Bundan sonra Səidə ona 2500 manat pulunun olduğunu və gəlib onu götürməyini ona bildirmişdir. Səidəyə etiraz etməyərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi yaşayış kompleksinə keçidin yanma gəlib orada Səidə ilə görüşüb ondan əl-bəəl 2500 (iki min beş yüz) manat pulunu almışdır. Üzərindən biraz keçmiş mona borc lazım olduğu üçün Səidədən borca 1000 manat pul istəsə də ona 900 manat pulu hissə-hissə yəni 400 manat və 500 manat ayrılıqda göndərdiyi özümə məxsus 5522 0993 5649 1019 və qardaşı Şahid2 adma olan 4169 7385 8831 1880 hesab nömrəli Kapitalbank kartına göndərmişdir. Bundan sonra DSMF-dən təqaüdə çıxmış tanışından sənədlərlə bağlı maraqlanmış, həmin şəxsin bu sənədlərlə təqaüd düzəldilməsinin mümkün olmayacağım söyləyərək sənədləri geri qaytarmağını bildirmişdir. Bundan sonra Səidənin sənədlərin surətini özündə saxlamışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Üzərindən biraz keçmiş Səidəyə işin alınmadığını söyləmiş, Səidə ondan pulunu geri istməyə başlamışdır. O da, Səidəyə maddi sıxıntıları olduğu üçün pulu ona qaytaracağna söz vermişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ümumilikdə 3400 manat pul aldığını, 6200 manat pul almadığını, Zərərçəkmiş şəxs pulun üstünə faiz gəldiyi və həmin faizi də onun ödəməli olduğunu əsas gətirərək ondan 6200 manat pulu istədiyini, DSMF-dəki tanışının onunla ev kirayəsi zamanı tanış olduğunu, münasibətlərinin yarandığını, həmin tanışına pul söz vermədiyini, nədə ki, ona pul vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi vatsap yazışmalarında o, Zərərçəkmiş şəxs ilə yazışır. Həmin yazışmalarda Zərərçəkmiş şəxs il onun arasında olan yazışmalardır. Həmin yazışmalar ona məxsus *** *** ** **, 077 *** ** ** və +1(530)617-3884 mobil nömrələrin vatsap sosial şəbəkəsindəndir. Həmin yazışmalarda Zərərçəkmiş şəxs ömürlük təqaüd düzəldəcəyini, şəhidlik statusu ilə bağlı isə maraqlanıb deyəcəyini və ev növbəsində irəli çəkəcəyini bildirsə də alınmamışdır. Ona təqdim edilmiş 01 ədəd DVD-R diskdəki səslər onun özünə məxsusdur, həmin səsləri vatsap sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs özü içkili vəziyyətdə göndərmişdir. Vatsapa yazışmalarındakı pul göndərişlərinin isə qardaşı Samirin kart hesabına köçürüldüyünü, həmin hesab kartının o zamanlar onda olduğu üçün öz ehtiyaclarına xərclədiyini, həmin pullardan qardaşı Samirin xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il avqust ayından evlərin kirayə verilməsi, makler kimi onun evinin kirayə elanı ilə əlaqdar zəng vurub kirayəşin tapdığı üçün tanışlığı yaranmış, onun Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi ərazisində yerləşən evinə kirayəşin gətirdiyi üçün yaxşı münasibəti yaranmışdır. Aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs hərbçi ailəsi olduğunu mənzil növbəsində durduğunu, həyat yoldaşı X2 hərbiçi olduğunu, vəzifəsini yerinə yetirdiyi zaman rəhmətə getdiyini söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona yoldaşının iş başında vəfat etdiyinə görə şəhidlik statusu düşdüyünü, niyə indiyədək almadığını soruşmuş, cavab verə bilmədiyini görüb ona həyat yoldaşına görə şəhidlik statusunu ala biləcəyini, ev növbəsinin tezləşdirə biləcəyini və ömürlük təqaüd düzəldə biləcəyini söyləmişdir. Söhbətin üzərindən bir gün keçmiş Əlinin zəng vuraraq danışıqların olduğunu, ondan pul istədiyi üçün xx.xx.2022-ci il tarixdə 1500 manat pulu yaşadığı ünvanın yəni, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi, yolüstü piyada keçidinin yaxınlığında qızı Şahid1 Eynur qızının yanında nağd şəkildə əlbəəl sayıb Əliyə vermişdir. Üzərindən biraz keçmiş xx.xx.2022-ci il tarixdə Əli yenidən ondan pul istədiyi üçün əlavə 2500 manat pulu həmin yerdə keçidin yaxınlığında qızı Ayşənlə birlikdə olduğu zaman sayıb Əliyə nağd şəkildə vermişdir. Bundan sonra hissə-hisə Əlinin ona göndərmiş olduğu 4169 7385 8831 1880 hesab nömrəli karta özünə məxsus **********704702 hesab nömrəli Kapitalbank kartından xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 100 manat göndərmişdir. Əlavə olaraq hər dəfəsində Əli ondan əlavə pullar istədiyi üçün 2023-cü ilin təxmninən fevral ayının əvvəllərində Əlinin ona göndərmiş olduğu hesaba yaşadığı ünvanın aşağısında yerləşən Araz marketdəki MilliÖn ödəmə terminalı vasitəsilə 500 manat pulu, 2023-cü ilin təxminən mart ayının əvvəllərində isə Əlinin göndərmiş olduğu hesaba yenidən yaşadığı ünvanın aşağısında Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi Araz marketdəki ödəmə terminalı vasitəsilə 500 manat pulu göndərmiş, Lakin Əli bundan sonra hər dəfəsində işin düzələcəyini bildirərək məsləni uzatmış, işin alınmadığını görüb Əli ilə danışdığı zaman pullarını qaytarmasını tələb etmişdir. Lakin Əli buna baxmayaraq pullarını geri qaytarmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ümumilikdə 6200 manat pul verdiyini, sonuncu dəfə 500 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, Araz marketdən MilliÖn terminalından Əlinin ona göndərdiyi hesaba göndərdiyini, göndəriş qəbzlərini hara qoyduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Eynur qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. 2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs onlara məxsus Bakı şəhəri Binəqdi rayonu, Xutor qəsəbəsi ərazisində yerləşən evlərini kirayə elan verildiyi zaman anası ila makler kimi əlaqə quran Təqsirləndirilən şəxs tanımışdır. Bundan sonra anası Bakı şəhəri, Xutor qəsəbəsi ərazisində Əli ilə görüşdüyü zaman Əli anası barədə məlumatları əldə etdikdən sonra Səidəyə şəhidlik statusunun düşdüyünü, niyə indiyə qədər bu statusu əldə etmədiyini soruşmuş, əlavə olaraq bu məsləni həll edə biləcəyini bildirmişdir. Bu barədə anası Səidənin evə gəldikdən sonra onunla danışdığı zaman öyrənmişdir. Əli adlı şəxs özünü vacib adamlarla münasibətdə olan şəxs kimi onlara təqdim etmiş, əlindən hər bir işin gələ bildiyini söyləmişdir. Sonra anası Səidə öz təqaüd kartından xx.xx.2022-ci il tarixdə dəqiq bilmədiyi qədərdə pul çıxardaraq həmin puldan 1500 manatını Əliyə öz işi ilə bağlı verəcəyini ona bildirmişdir. Həmin günü anası Səidə onunla birlikdə evlərinin yanındakı Araz marketdəki bankomatdan pul çıxartdıqdan sonra Əli adlı şəxs Abşeron Gənclər şəhərciyində yerüstü piyada keçidinin yanma gəlmiş, anasına zəng vuraraq ora çağırmışdır. Anası Səidə həmin keçidin yaxınlığında Əli adlı şəxslə görüşüb sənədlərlə bağlı danışdıqdan sonra onun yanında Əli adlı şəxsə 1500 manat pulu sayıb vermişdir. Bundan sonra evə getdikləri zaman yol boyu anası Səidənin ona danışaraq Əli adlı şəxsin ona şəhidlik statusu verdirə biləcəyini vəd etdiyini söyləmişdir. Üzərindən bir müddət keçmiş xx.xx.2022-ci il tarixdə Səidə Əli ilə yenidən söhbət etdikdən sonra Səidə onunla gəlməyini bildirmiş və birlikdə evdən aşağı düşüb Araz marketə gedərək kartdan 1000 manat pul çıxardıb üzərini düzəldib onunla birlikdə aparıb Əli adlı şəxslə həmin yerdə keçidin yanında ümumilikdə 2500 manat pul sayıb vermişdir. Üzərindən biraz keçmiş Səidənin evdə onunla danışığı zamanı Əlinin ondan əlavə pullar istədiyi üçün miqdarını bilmədiyi qədər pulları terminallar vasitəsilə Əliyə göndərsə də onu aldatmışdır. Verilən suallara cavab olaraq Əli adlı şəxsə Səidənin ümumilikdə 6200 manat pul verdiyini bildiyini, lakin həmin puldan onun yanında Təqsirləndirilən şəxs anası Səidənin ümumilikdə 4000 manat pul verməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Soyadlarının fərqli olmasına səbəb isə Əli Bayramovun nəsildə birinci nəvə olduğu, Əliyə babasının adı Nəbi olduğu üçün soyad kimi Nəbiyev soyadını götürmüşdür. Zərərçəkmiş şəxs görməyib, onu tanımır. Qardaşı Təqsirləndirilən şəxs ona məxsus 4169 7385 8831 1880 hesab nömrəli Kapitalbanka aid birkart olmuş və 2022-ci 2023-cü illərdə öz alış-verişində istifadə etmişdir. Həmin kart onun özünə məxusdur. Həmin 4169 7385 8831 1880 hesab nömrəli bank kartı qardaşı Əliyə kartı blok olduğu və kart lazım olduğu üçün vermişir. Geri istəmədiyi üçün kartı Əlidə qalmışdır. Həmin vaxtlarda monun kart hesabına pullar gəlmiş, həmin pulları Əli özü çıxardaraq xərcləmişdir. Kartı qardaşı Əlidə olduğu üçün həmin karta gələn məbləğlərin haradan çıxarılması və ya hansı hesablara yönəltməsi barədə məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi çıxarışdakı pul köçürmələrin onun kartına göndərilməsi barədə məlumatı olmamış, qardaşı əlinin zərərçəkmişdən nə qədər pul aldığını bilməmiş, kartına göndərilmiş olan pullardan Əli ona verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Nəbiyev X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 24 gün islah işləri 10% cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli üzrə özünü qismən etirafedici ifadəsi. zərərçəkmiş və şahid ifadələri və işdə olan pul vəsaitinin köçürülməsi barədə çıxarışlar, vatsap yazışmalarının çıxarışı , digər sənədlər sübut növü kimi, səs yazıları olan 01 ədəd CD disk və maddi sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəmişdir. Əməlindən səmimi peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdllü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı övladları vardır. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1. 12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1- ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər; 5.1- ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə müdafiə tərəfinin ərizəsini və dövlət ittihamçısının təklifini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 14 saata görə 154 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 14 saata görə 154 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1209/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1209/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver