Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-121/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 Əlyar oğlunun və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə xx.xx.1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, Şabran Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 04 ay 09 günü çəkilməmiş qalan, Füzuli şəhəri, A.Qarayev küçəsi, ev 38-də qeydiyyatda olan, Abşeron rayonu, st.Sumqayıt qəsəbəsi, yeni şəhərcik, bina 11, mənzil 4-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllə, ev 54də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dədə Qorqud küçəsi, fərdi evdə kirayədə yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərarıilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 Əlyar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 16 iyul 2020-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsində yerləşən «xxxx» MMC-nin inşa etdirdiyi binanın birinci mərtəbəsində yerləşən şaxtadan saxlanc yeri hesab edilən zirzəmidəki ambara şaxtadan keçməklə qanunsuz daxil olmuş, orada saxlanılan hər topunun dəyəri 34 manat olan ümumi 1258 manat dəyərində 37 top 4-lük elektrik naqilini oğurlayıb, zərərçəkmiş şəxs «xxxx» MMC-yə maddi ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər cinayət törətdiyinə görə 26.12.2019-cu il tarixdə Şirvan şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsində yerləşən «xxxx» MMC-nin inşa etdirdiyi yaşayış binalarının tikintisində fəhlə kimi işləmiş, həmin şirkətdə təxminən bir ay yarım işləmiş və 2020-ci ilin iyul ayının 1-dən işdən azad olunmuşdur. Həmin şirkətdə işlədiyi müddətdə Təqsirləndirilən şəxs2 tanımış, Amil də həmin şirkətdə hörgüdə işləmişdir. 16 iyul 2020-ci il tarixdə axşam təxminən saat 18-19 radələrində yaşadığı binanın qarşısında dayanmış, həmin vaxtı Amil ona zəng etmiş və bildirmişdir ki, işlədiyi tikinti şirkətindədir, iş vaxtı qurtarsa da, özü orada qalmışdır. Amil ondan xahiş etmişdir ki, iki ədəd 2 litrlik pivə alıb onun üçün gətirsin. O da Amil üçün pivə alıb həmin tikinti şirkətinə gətirmiş, Amil binanın birinci mərtəbəsində olmuş və pivəni ondan alıb bir hissəsini özü içmiş, o da bir stəkan pivə içmişdir. Söhbət əsnasında hər ikisi maddi sıxıntıları olduğu üçün qərara gəlmişlər ki, binanın ambarından elektrik naqili oğurlasınlar. Binanın birinci mərtəbəsində iki nəfər mühafizəçi də olmuş, Amil sonunculara demişdir ki, onunla şəxsi işi vardır və buna görə də mühafizəçilər binanın ikinci mərtəbəsinə çıxmışlar. Amillə hər ikisi qərara almış ki, birinci mərtəbədin açıq şaxtadan zirzəmidəki ambara daxil olsunlar və oradan elektrik naqillərini oğurlasınlar. Bu məqsədlə şaxtanın kiçik yerindən binanın zirzəmisində olan ambara daxil olmuş, Amil isə şaxtanın yuxarı hissəsində dayanmışdır. O, zirzəmidən elektrik naqillərinin toplarını Amilə vermiş, sonuncu isə topları özü ilə gətirdiyi idman sumkalarına yığmışdır. Bu minvalla 17 top elektrik naqilini Amilə vermiş və sonuncu da iki ədəd idman sumkasına toplamış, o, zirzəmidən topların əksər hissəsini verib şaxtadan çıxan anadək Amil tanışı taksi sürücüsünə zəng etmiş və şəxsi əşyalarının aparılması üçün gəlməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra adını sonradan bildiyi Rəşad Rəşadov adlı şəxs idarə etdiyi Lada Qranka markalı taksi avtomobili ilə həmin tikintinin həyətinə gəlmiş, maşın tikintinin həyətinə girdiyi üçün mühafizəçilər həmin maşına yığdığı sumkalarını görməmiş, onlar iki idman sumkasına yığılmış elektrik naqillərini taksi maşınının yük yerinə yığmış və tikintinin həyətindən çıxdıqdan sonra o, evinə yaxın ərazidə maşından düşmüşdür. O, maşından düşərkən idman sümkasının birini götürmüş, digəri isə Amil üçün qalmış, Amil taksi ilə oradan çıxıb getmişdir. Amil oğurladığı mallarla birlikdə yaşadığı H.Z.Tağıyev qəsəbəsinə getmiş, o, oğurladığı təxminən içərisində 9-10 top elektrik naqilini yaşadığı evə gətirmiş, evdə həmin naqilləri görən olmamış, həmin günün səhərisi isə yaşıdığı ərazidən bir qədər aralıda naqilləri meşokun içərisində yandırmış, yaşadığı ərazidə metal yığılması ilə məşğul olan fərdi maşınlar daim hərəkət etdiyi üçün yandırılmış misləri metal yığmaqla məşğul olan köhnə Qaz 24 maşınının sürücüsünə təklif etmiş və misin hər kiloqramını 7 manatdan satmış, həmin şəxs də qəbul etdiyi misi hesablayıb ona ümumilikdə 76 manat pul vermiş, həmin pulu öz ehtiyacı üçün xərcləyib evinə dərman və bəzi əşyalar almışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsində yerləşən «xxxx» MMC-nin inşa etdirdiyi yaşayış binalarının tikintisində baş usta işləyir, həmin tikintidə 2020-ci ilin təxminən may ayından işləməyə başlamış, tikintinin hər kvadratını 3,20 manatdan görmüş, gündəlik təxminən 25-30 manat arası pul qazanmışdır. Təqsirləndirilən şəxs1 həmin şirkətdə işlədiyi müddətdə tanımış, Elnur həmin tikintidə fəhlə işləmiş, iyul ayının əvvəlindən Elnur işdən çıxmış və daha həmin tikintidə işləməmişdir. 16 iyul 2020-ci il tarixdə axşam təxminən saat 18:30 radələrində Elnura zəng etmiş və xahiş etmişdir ki, iki ədəd 2 litrlik pivə alıb onun üçün gətirsin. Həmin ərəfədə tikintidə qəlblərlə işləmiş, ondan başqa da ustalar və malyarlar işləmiş, Elnur onun üçün 2 ədəd pivə alıb işlədiyi tikintiyə gətirmiş, o, binanın birinci mərtəbəsində olmuş və pivəni Elnurdan alıb bir hissəsini özü içmiş, Elnur da bir stəkan pivə içmişdir. Söhbət əsnasında hər ikisinin maddi sıxıntısı olduğu üçün hər ikisi qərara gəlmişlər ki, binanın ambarından oğurluq etsinlər. Elnur demişdir ki, ambarda elektrik naqilləri vardır, onları götürmək olar. O, Elnurla söhbət etdiyi ərəfədə mühafizəçilərə demişdir ki, Elnurla bir-iki dəqiqəlik işi vardır, buna görə də mühafizəçilər binanın ikinci mərtəbəsinə çıxmışlar. Elnurla hər ikisi qərara almışlar ki, birinci mərtəbədin açıq şaxtadan zirzəmidəki ambara daxil olsunlar və oradan elektrik naqillərini oğurlasınlar. Təxminən saat 19 radələrində şaxtanın girişi kiçik olduğundan Elnur şaxtanın kiçik yerindən binanın zirzəmisində olan ambara düşmüş, o, isə şaxtanın yuxarı hissəsində dayanmışdır. Elnur zirzəmidən elektrik naqillərinin toplarını ona vermiş, o, isə topları özü ilə gətirdiyi idman sumkalarına yığmışdır. Bu minvalla 17 top elektrik naqili Elnur zirzəmidəki ambardan ona vermiş və o isə iki ədəd idman sumkasına toplamışdır. Elnur zirzəmidən topların əksər hissəsini verib şaxtadan çıxan anadək tanışı Amilə zəng etmiş və ona demişdir ki, «işdən çıxıram, paltarlarımı aparmaq lazımdır, taksiyə verəcəyim 10 manatı sənə verim, gəl apar». Rəşad da onun sözü ilə razılaşmış, o, sumkalara elektrik naqillərini yığdıqdan sonra təxminən 15-20 dəqiqə keçmiş Rəşad idarə etdiyi Lada Qranka markalı taksi avtomobili ilə həmin tikintinin həyətinə gəlmiş, maşın tikintinin həyətinə girdiyi üçün mühafizəçilər həmin maşına yığdığı sumkaları görməmiş, onlar iki idman sumkasına yığılmış elektrik naqillərini taksi maşınının yük yerinə yığmış və tikintinin həyətindən çıxdıqdan sonra Elnur evinə yaxın ərazidə maşından düşmüşdür. Elnur maşından düşərkən idman sümkasının birini götürmüş, digəri isə maşında qalmışdır. O, oğurladığı mallarla birlikdə yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evinə getmiş, həmin elektrik naqillərindən 7 topu qalmış, həmin günün səhəri, yəni 17 iyul 2020-ci il tarixdə oğurladığı elektrik naqillərini dənizkənarına aparmış və orada yandırmışdır. Yanmış misləri meşoka yığıb yolun kənarına aparmış və yoldan keçən maşınla metal yığılması ilə məşğul olan tanımadığı şəxsə satmış, ümumilikdə yanmış misə görə 78 manat pul əldə etmişdir. Əldə etdiyi puldan kirayə pulundan qalmış kəsiri vermiş, qalan puldan isə nisiyə aldığı ərzağın pulunu ödəmişdir. Əlavə olaraq göstərmişdir ki, başqa heç bir yerdən oğurluq etməmiş. şirkətin ambarından ümumilikdə 17 top elektrik naqili oğurlamış, Rəşada işdən çıxdığını demiş və ona paltarlarını aparmaqda taksi lazım olduğu üçün taksiyə verəcəyi pulu ona verəcəyini bildirmiş, Rəşada etdikləri oğurluq barədə heç bir məlumat verməmiş və sonuncunun xəbəri olmamış, həmçinin maşının yük yerində elektrik naqili apardıqlarını da Rəşad görməmiş, sumkada paltarları olduğunu zənn etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, «xxxx» MMC tərəfindən Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi ərazisində Məcburi Köçkünlər üçün yeni tikilən binalarda ambardar vəzifəsində işləyir. Həmin ərazidə tikintisi aparılan hündürmərtəbəli binaların hər birinin zirzəmisində ambarı vardır. Ərazidə tikilən hər bir binanı müxtəlif şirkətlər tikintisi ilə məşğul olur. Onun ambardar olduğu bina Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi ərazisində Məcburi Köçkünlər üçün yeni tikilən 31 saylı yaşayış binasıdır. Mənim nəzarət etdiyi ambar 31 saylı binanın zirzəmisində yerləşir. Hadisə baş verməzdən təxminən bir həftə əvvəl ambara 50 top 4-lük elektrik naqili qəbul etmiş, həmin elektrik naqillərini qəbul etməzdən əvvəl ambarda əlavə 10 top da elektrik naqili olmuşdur. Qeyd olunan elektrik naqillərinin bir qismi binada olan mənzillər üçün istifadə edilmiş, qalanı isə ambarda qalmışdı. 17 iyul 2020-ci il tarixdə işdə olarkən binada işləyən elektrik ona yaxınlaşıb ambarda olan elektrik naqillərindən istifadə etmək üçün götürmək istədiyini bildirmiş, həmin elektrik naqilləri 3 rəng olduğundan həmin naqillərdən ambara keçib götürmək istədikdə ona ambarda lazım olan elektrik naqillərinin olmadığını bildirmiş, o, təəccüblənib ambara keçdikdə ambara qəbul etdiyi elektrik naqilləri yerində yoxdur. Bundan sonra ambardan oğurlanmış elektrik naqillərinin sayını müəyyən etmiş və məlum olmuşdur ki, ambardan hər birinin dəyəri 34 manat olan ümumi 37 ədəd qalınlığı 4 mm olan elektrik naqili oğurlanmışdır. Bundan başqa göstərmişdir ki, binanın mərtəbələrinə quraşdırılması üçün gətirilmiş plastik pəncərələr birinci mərtəbədə yığılmış, həmin pəncərələr sayca çox olduğu üçün əvvəlcə onların oğurlanıb-oğurlanmasını yoxlamaq üçün saymış və ümumi saydan 3 ədədinin az olduğunu görüb onların da oğurlandığını zənn edərək ərizəsində və ilkin ifadəsində göstərmişdir. Lakin tikintinin sonrakı mərhələsində binaya gətirilmiş bütün pəncərələr binaya quraşdırıldıqda ilk gətirilmiş pəncərələrdən 3 ədədi əvvəlcədən binanın yuxarı mərtəbəsinə quraşdırıldığı müəyyən edilmiş, binadan pəncərələr oğurlanmamışdır. Göstərmişdir ki, ambardar işlədiyi 31 saylı binanın zirzəmisindən yalnız hər birinin dəyəri 34 manat olan ümumi 37 ədəd qalınlığı 4 mm olan elektrik naqili oğurlanmış, baş vermiş oğurluq nəticəsində şirkətə ümumilikdə 1258 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlyar oğlu ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lada Qranta markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili lizinq etibarnaməsi əsasında idarə edir, həmin avtomobil ilə *2111 şirkəti ilə bağladığı müqavilə əsasında taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs2 mənimlə eyni məhəllədə yaşayır və sonuncu onun taksi fəaliyyətindən dəfələrlə istifadə etmişdir. 16 iyul 2020-ci il tarixdə axşam saat 19:00 radələrində yaşadığı evdə olmuş, Amil həmin vaxtı ona zəng vurub onun iş yerinə gəlməsini bildirmiş və demişdir ki, axırıncı iş günüdür, şəxsi əşyalarını iş yerindən yığır, taksiyə verəcəyi pulu ona vermək istədiyini bildirərək onun iştədiyi tikintiyə gəlməsini xahiş etmişdir. O da Amillə məhəllə uşağı olduğu üçün onunla taksi xidməti barədə heç bir danışıq aparmamış, sonra idarə etdiyi Lada Qranta markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Amilin işlədiyi Stansiya Sumqayıt qəsəbəsində yerləşən tikintiyə getmiş, tikintiyə girməyə icazə olduğu üçün idarə etdiyi Lada Qranta markalı taksi avtomobili ilə həmin tikintinin həyətinə girmiş, o, maşından düşməmiş, Amil və onun yanında olan adını sonradan bildiyi Elnur adlı şəxs maşının yük yerinə sumkalar qoymuşlar. Bundan sonra maşını sürüb tikintidən çıxmış və Sumqayıt dairəsində Elnur maşından düşmüş, onlar hər ikisi maşından düşmüş və Elnur maşından bir ədəd sumka götürüb getmiş, sonra Amil maşına əyləşmiş və sonuncunu yaşadığı məhəlləyə aparmışdır. Amil də maşının yük yerində olan digər sumkanı götürüb evinə getmiş, ona isə 10 manat zəhmət haqqı vermiş, bundan sonra baş verən hadisələrdən xəbəri olmamışdır. Əlavə olaraq göstərmişdir ki, Amil ona işdən çıxdığını demiş və ona paltarlarını aparmaqda taksi lazım olduğu üçün taksiyə verəcəyi pulu ona verəcəyini bildirmiş, ona Amil törətdiyi oğurluq barədə heç bir məlumat verməmiş və onun oğurluq hadisəsindən ümumiyyətlə xəbəri olmamış, həmçinin maşının yük yerində olan sumkalarda Amilin paltarları olduğunu zənn etmiş, sumkalarda elektrik naqili olduğunu görməmişdir Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 23.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23.07.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 25.07.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 25.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında təqdimat təmin edilməmişdir. 25.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 25.07.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 14.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayon Məhkəməsinin 26.12.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 1640 nömrəli, 25.05.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzadan 25.05.2021-ci il tarixə cəzasının 01 il 03 ay 12 gününü çəkmiş, çəkilməmiş 04 ay 18 gün təşkil edir. Şübhəli şəxsin tutulması haqqında 23.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23.07.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 25.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Əlyar oğlu 25.07.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 14.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əlyar oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlyar oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs Nümayəndə tərəfindən 24.05.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinəəsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlyar oğlunun həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlyar oğlunun əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində olan Şabran rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli hökmündən yaranan məhkumluq ödənilməmişdir.. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Şabran Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 04 ay 09 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23.07.020-ci il tarixdən 25.07.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 Əlyar oğlunun ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Əlyar oğlunun 23.07.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 03.05.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Əlyar oğlunun və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 57 saat hüquqi yardıma görə 342 manat məbləğdə pul və Müdafiəçi2 göstərdiyi 57 saat hüquqi yardıma görə 342 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon rayon vəkil bürosunun vəkili Müdafiəçi4 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul və Müdafiəçi3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 Əlyar oğluna aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Şabran Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsi ilə qismən birləşdirilsin və CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23.07.020-ci il tarixdən 25.07.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.. Təqsirləndirilən şəxs2 Əlyar oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23.07.2020-ci il tarixdən 25.07.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün, 03.05.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, ona təyin edilmiş cəzadan çıxılsın, qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Əlyar oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əlyar oğlu ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 57 saat hüquqi yardıma görə 342 manat məbləğdə pul və Müdafiəçi2 göstərdiyi 57 saat hüquqi yardıma görə 342 manat məbləğdə pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon rayon vəkil bürosunun vəkili Müdafiəçi4 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul və Müdafiəçi3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 Əlyar oğluna aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-121/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-121/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver