Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-122/2020 04.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsində fərdi evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Misir” parkında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 20 manat müqabilində iki büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla gəzdirmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 06:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində “Misir” parkının yaxınlığında olan zaman həmin ərazidə xidmət aparan Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 10-cu patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilərək saat 09:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,250 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə sayılan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Xırdalan şəhərində yerləşən “Misir” parkına gəlmiş, orada olarkən bədənində ağrılar olduğundan özünü yaxşı hiss etməmiş, həmin vaxt onun halını görən bir nəfər orta yaşlı şəxs ona yaxınlaşıb nə olduğunu soruşmuşdur. O, söhbət zamanı bədənində ağrı olduğunu və ağrıları sakitləşdirmək üçün narkotik vasitə qəbul etdiyini bildirmişdir. Həmin oğlan ona əgər istəsən ona bir bükümü 10 manatdan narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsə 2 büküm heroin lazım olduğunu demiş, sonuncu ona orada gözləməsini bildirmişdir. Təxminən 20 dəqiqə sonra həmin şəxs onun yanına gəlmiş, cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümləri ona göstərmişdir. Həmin şəxs siqaret kağızındakı bükümlərdə kokos (heroin) olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsə 20 manat pul verib 2 ədəd bükümləri almış, səhər açılandan sonra istifadə etməsi üçün əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Təxminən saat 07 radələrində parkdan çıxıb Qalubiyyə küçəsinə keçərkən həmin küçədə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək kim olduğunu və hara getdiyini soruşmuşlar. O, özünü təqdim etsədə üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Polis əməkdaşları ona şəhər ərazisində baş vermiş oğurluq hadisələri ilə bağlı və şəxsiyətini dəqiqləşdirmək üçün Abşeron Rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə ondan üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, polis əməkdaşlarına cibində özü istifadəsi üçün tanımadığı şəxsdən aldığı 2 ədəd bükümdə narkotik vasitə kokos (heroin) olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Bu səbəbdən Xırdalan şəhər vəkil bürosundan dəvət olunaraq ona vəkil təqdim edilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynindəki şalvarının sağ yan cibindən 1 saat əvvəl “Misir” parkında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı 2 büküm narkotik vasitə heroini təqdim etmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin 0,250 qram olduğu məlum olmuşdur. Sonra həmin bükümlər onun iştirakı ilə kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Daha sonra kağız qablaşdırmanın üzərində imza edərək təsdiq etmişdir. Üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol onlara oxunmuş və protokolu imza edərək təsdiq etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə Abşeron Rayon Polis İdarəsinin inzibati ərazisində xidmət apararkən, təxminən saat 06:40 radələrində Xırdalan şəhəri Qalubiyyə küçəsində hərəkətdə olarkən bir nəfər şəxsin iri həcmli idman çantası ilə hərəkət etdiyini görüb, həmin ərazidə baş vermiş oğurluqların olduğunu nəzərə alıb həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsdən kim olduğunu və hara getdiyini soruşmuşlar. Həmin şəxs özünü təqdim etsədə üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsə şəhər ərazisində baş vermiş oğurluq hadisələri ilə bağlı və şəxsiyətini dəqiqləşdirmək üçün Abşeron Rayon Polis idarəsinə getməli olduğunu bildirmişlər. Sonuncu etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə həmin şəxsin X3 olduğu müəyyən edildikdən sonra sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Məmmədtağı Səfərov polis əməkdaşlarına cibində öz istifadəsi üçün tanımadığı şəxsdən aldığı 2 ədəd bükümdə narkotik vasitə kokos (heroin) olduğunu bildirmişdir. Bundan sonra Məmmədtağı Səfərova narkotik vasitədən istifadə etməkdə şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Bu səbəbdən Xırdalan şəhər vəkil bürosundan dəvət olunaraq Məmmədtağı Səfərova vəkil təqdim edilmişdir. Vəkilin və onların iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncu əynindəki şalvarının sağ yan cibindən 1 saat əvvəl “Misir” parkında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı 2 büküm narkotik vasitə heroini təqdim etmişdir. Həmin bükümlər açılaraq, baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin 0,250 qram olduğu məlum olmuşdur. Sonra həmin bükümlər onların iştirakı ilə kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Daha sonra Məmmədtağı Səfərov kağız qablaşdırmanın üzərində imza edərək təsdiq etmişdir. Üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol onlara oxunmuş və protokolu imza edərək təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, sonuncu əyinində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Misir” parkında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 21090 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,250 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin təmiz çəkisi 0,200 qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli 2572 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojidispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,250 qram çəkidə olan heroin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınaraq, qalıq qalan 0,200 qram çəkidə heroin saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd X5 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, dərhal Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Lakin daha sonra qətimkan tədbirinin şərtlərini pozduğu üçün xx xxxxxxx 2019-cu il tarixli qərarla barəsində axtarış elan edilmiş və xx xxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu ərazisində tuutlaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-302/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,200 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, materialların məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılmasıüçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,200 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-122/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-122/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver