Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-122/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 12, mənzil 28-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, C.Cabbarlı küçəsi 4-də fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 03 dekabr 2023-cü il tarixdə saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs aşpaz işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Laza” otelinə gəlib, sonuncunun otelin kassasının yanında qoyulmuş çantasından evinin açarını gizli olaraq götürüb həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, "xxxx" MTK bina B, blok 2, mənzil 27-yə həmin açarla qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq, yataq otağından 970 manat dəyərində üzərində şəffaf qaşlar olan 01 dəst qızıl sırğa cütü və üzüyü, 174 manat dəyərində üzərində şəffaf qaşlar olan 01 ədəd qızıl üzüyü, 507 manat dəyərində üzərində göy rəngli daşlar olan 01 cüt qızıl sırğanı, 1893 manat dəyərində “kordova” toxunuşlu 01 ədəd qızıl boyunbağını, 522 manat dəyərində “ip” toxunuşlu 01 ədəd qızıl boyunbağını, 645 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 254 manat dəyərində “zirehli” toxunuşlu 01 ədəd qızıl boyunbağını, 450 manat dəyərində açar formalı 01 ədəd qızıl kulonu, 1191 manat dəyərində “kordova” toxunuşlu 01 ədəd qızıl qolbağı, 1630 manat dəyərində “şəbəkə” toxunuşlu 01 ədəd qızıl qolbağı, 6 manat dəyərində 01 ədəd bijuteriya qolbağı və 20.000 manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 28242 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, fərdi əməklə məşğul olur, Abşeron rayonu, Xırdalan şəhəri AAF y/k yerləşən restoranda fırınçı işləyir. Zərərçəkmiş şəxs təxminən 2016-cı ildən tanıyır. Həmin vaxt o, Masazır qəsəbəsində yerləşən “Laza” oteldə ofisant işləmiş, Natəvan isə orada aşpaz işləmişdir. 2018-ci ilədək orada işləmişdir. Natəvanla çox yaxşı münasibəti olmuşdur, Natəvan tək yaşadığından kömək lazım olanda onu çağırmışdır. Natəvanın Masazır qəsəbəsi, Xəzri MTK-da yerləşən mənzilində dəfələrlə olmuşdur. Belə ki, təmizlik işlərində Natəvana kömək etmişdir. Bir müddət əvvəl Natəvanın evində olarkən söhbət əsnasında Natəvan qızıllarını yataq otağında çarpayının altında saxladığını demişdir. 03 dekabr 2023-cü il tarixdə səhər saat 08 radələrində fırıncı işlədiyi təndirdə öz bişirdiyi çörəkdən 1 ədəd götürüb Natəvanın evinə getmiş, saat təxminən 10-dək Natavanın evində olmuşdur. Sonradan Natəvanla birlikdə evindən çıxmış, Natəvan işə, o isə evə getmişdir. Evə getdikdən sonra borcları olduğundan, borclarını necə ödəyəcəyi barədə düşünərkən Natəvanın evindən qızılları oğurlayıb sata biləcəyini düşünmüşdür. Bu məqsədlə təxminən 1 saat sonra Natəvanın işlədiyi Masazır qəsəbəsində yerləşən “Laza” otelə getmiş, Natəvanla mətbəxdə bir qədər söhbət edib çay içmişlər, Natəvanın çantası kassanın yanında olmudur. Natəvan mətbəxdə olarkən o, çantasını açıb içərisidə evinin açarı olan pul kisəsini götürmüşdür. Saat təxminən 15:30 radələrində Natavana evə gedəcəyini deyib oradan çıxmış və bir başa saat 16 radələrində Natavanın Masazır qəsəbəsi, Xəzri MTK-da yerləşən mənzilinə gedib çantasından götürdüyü açar ilə evin qapısı açıb içəri daxil olub evi axtarmağa başlamış, güzügülü şkafın siyirməsindən göy rəngli qutunun içərisindən 1 ədəd qolbaq və 2 ədəd boyunbağını götürmüş, sonra yataq otağında çarpayının qaldırıb içərisində qızıllar olan sellofan torbanı götürmüş və evdən çıxıb qapını bağlamışdır. Taksi ilə Bakı şəhərinə dənizkənarı bulvara getmiş, yolda qızılara baxmış 1 ədəd qolbaq, 2 cüt sırğa, 2 üzük, 2 boyunbağı və 1 ədəd açar təsvirli klon olmuşdur. Qızılların altında pullar olmuşdur. O, pulları sellofan torbanı açanda görmüşdür. Pulları saymış 12200 manat pul olmuşdur. O, borclu olduğu Fətulla adlı şəxsə olan 565 manat Bəşir adlı şəxsə olan 1700 manat və İlkanə xanıma olan 1500 manat borclarımı milli ön vasitəsi ilə onların kartına göndərmişdir. Həmin gün saat 18:30 radələrində Xırdalan qayıtmış və işlədiyi AAF parkda yerləşən “50 qəpik” restoranına getmişdir. Natəvanın evindən oğurladığı qızılları və pulları elə sellofan bağlamada salfetka paçkalarının arasında gizlətmişdir. Saat təxminən 21 radələrində Natəvan ona zəng edib içərisində evin açarı olan pul kisəsini görübgörmədiyini soruşmuş o, isə görmədiyini demişdir. Bir qədər sonra yenidən Natəvan ona zəng edib pul kisəsini onun götürdüyünü, evinə girdiyini, qızılarını və pullarını qaytarmasını istəmiş, o, isə etiraz edib götürmədiyini demişdir. Gecə saatlarında polis əməkdaşları işlədiyi yerə gəlmiş və onunls söhbət aparmışlar o, artıq tutulduğunu başa düşüb hər şeyi etiraf etmiş, polislərlə birlikdə iş yerində gizlətdiyim içərisində qızıl və pullar olan sellofanı götürüb polislərə təqdim etmişdir. Əməlindən peşmandır. Dəyəyn ziyanı tam ödəmişdir. Bunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs oğlu notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Onu bağışlamışdır, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Masazır qəsəbəsində yerləşən “Laza” oteldə aşpaz işləyir. Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən tanıyır. Belə ki, Aqil də bir müddət həmin oteldə ofisant işləmişdir. Aqillə bir ana-bala kimi münasibəti həmişə yaxşı olmuşdur. Bəzi vaxtlarda Aqil evində iş görməsi üçün ona kömək etməyə gəlmişdir. 03 dekabr 2023-cü il tarixdə səhər saat 08 radələrində Aqil onun evinə gəlmiş, təxminən saat 10 radələrində Aqil evə o, isə işə getmişdir. Həmin gün təxminən saat 12 radələrində Aqil yenidən onun işlədiyi otelə gəlmiş,xeyli müddət Aqil onun yanında olmuş, çay içmişdir. O, mətbəxdə olarkən Aqil kassanın yanında oturmuş, o, əl çantasını kassanın yanına qoymuşdur, evinin açarı çantanın içərisindəki pul kisəsində olmuşdur. Təxminən saat 15 radələrində Aqil evə getdiyini bildirib, oradan çıxmışdır. Həmin gün saat 21 radələrində işdən çıxarkən çantasına baxdıqda içərisində evinin açarı olan pul kisəsini tapa bilməmişdir. Aqilin açarı götürə bilcəyindən şübhələnib ilk olaraq Aqilə zəng edib soruşmuş, Aqil inkar edib açarı görmədiyini bildirmişdir. O, evinə gedib qapının qıfılını burğac vasitəsi ilə sındırıb içəri girmiş və dərhal yataq otağında çarpayının altında saxladığı pulların və qızılların yerində olub-olmamasını yoxlamış pulların və qızılların oğurlanmasını aşkar etmişdir. Çarpayının altından 2 qızıl qolbaq, 2 qızıl boyunbağı, 2 qızıl üzük, 2 cüt qızıl sırğa və 20.000 manat pul olan sellofan torba, yataq otağında olan şkafın siyirməsindən 2 qızıl boyunbağı, 1 qızıl klon və 1 ədəd bijuteriya qolbaq oğurlanmışdır. O, dərhal yenidən Aqilə zəng edib, qızılları və pulları onun götürdüyünü bildirib dərhal gətirməsini əks təqdirdə polisə müraciət edəcəyini demiş, Aqil yenə inkar edib götürmədiyini demişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə məlumat vermişdir. Abşeron rayon Polis idarəsinin əməkdaşları evə gəlib baxış keçirmiş, o, ərizə və izahat yazmışdır. Aqildən şübhələndiyini bildirmişdir. Polis əməkdaşları bir müddət sonra ona məlumat verib Aqilin saxlanıldığını qızılları və pulun bir qisminin götürüldüyünü bildirmişlər. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Aqil bir müddət əvvəl ondan 1500 manat borc almışdır. 03 dekabr 2023-cü il tarixdə Aqil ona zəng edib borcunu qaytarmaq istədiyini bildirmiş və onun bank kartına 1500 manat borclu olduğu pulu göndərmişdir. Sabahı gün, yəni 04 dekabr 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları ona zəng edib, idarəyə dəvət etmişlər. O, idarədə olarkən məlum olmuşdur ki, Aqil bir qadının evindən pul və qızıl oğurlayıb və həmin puldan da onun 1500 manat borcunu qaytarıb. O, polis idarəsində Aqilin verdiyi 1500 manatı polis əməkdaşlarına təqdim etmişdir. Aqilin ona olan borcunu ödədəyi 1500 manatı oğurlaması barədə məlumatı olmamışdır, o, yalnız polisə dəvət olunanda bunu bilmişdir. 1500 manat pulu könüllü olaraq polislərə təhvil vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Aqil bir müddət əvvəl ondan 565 manat borc almışdır. 03 dekabr 2023-cü il tarixdə Aqil ona zəng edib borcunu qaytarmaq istədiyini bildirmiş və onun bank kartına 565 manat borclu olduğu pulu göndərmişdir. Sabahı gün, yəni 04 dekabr 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları ona zəng edib, idarəyə dəvət etmişlər. O, idarədə olarkən məlum olmuşdur ki, Aqil bir qadının evindən pul və qızıl oğurlayıb və həmin puldan da onun 565 manat borcunu qaytarıb. O, polis idarəsində Aqilin verdiyi 565 manatı polis əməkdaşlarına təqdim etmişdir. Aqilin ona olan borcunu ödədəyi 565 manatı oğurlaması barədə məlumatı olmamışdır, o, yalnız polisə dəvət olunanda bunu bilmişdir. 565 manat pulu könüllü olaraq polislərə təhvil vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün ifadəsi,zərərçəkmiş şəxsin ifadəsi,şahid iufadələri işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7766 saylı kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8,33 qram kütləli üzərində şəffaf qaşlar olan 01 dəst qızıl sırğa cütü-üzük 970 manat, 2,05 qram kütləli üzərində şəffaf qaşlar olan 01 ədəd qızıl üzük 174 manat, 5,96 qram kütləli üzərində göy rəngli daşlar olan 01 cüt qızıl sırğa 507 manat, 17,21 qram kütləli “kordova” toxunuşlu 01 ədəd qızıl boyunbağı 1893 manat, 6,14 qram kütləli “ip” toxunuşlu 01 ədəd qızıl boyunbağı 522 manat, 7,59 qram kütləli 01 ədəd qızıl boyunbağı 645 manat, 2,99 qram kütləli “zirehli” toxunuşlu 01 ədəd qızıl boyunbağı 254 manat, 4,09 qram kütləli açar formalı 01 ədəd qızıl kulon 450 manat, 10,83 qram kütləli kordova” toxunuşlu 01 ədəd qızıl qolbaq 1191 manat, 19,18 qram kütləli “şəbəkə” toxunuşlu 01 ədəd qızıl qolbaq 1630 manat, 8,58 qram kütləli 01 ədəd bijuteriya qolbaq 6 manat. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən məmulatların tərkibi, modeli, kütləsi və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 8242,0 manat müəyyən edilir. İş materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, 8,33 qram kütləli üzərində şəffaf qaşlar olan 01 dəst qızıl sırğa cütü-üzük, 2,05 qram kütləli üzərində şəffaf qaşlar olan 01 ədəd qızıl üzük, 5,96 qram kütləli üzərində göy rəngli daşlar olan 01 cüt qızıl sırğa, 17,21 qram kütləli “kordova” toxunuşlu 01 ədəd qızıl boyunbağı, 6,14 qram kütləli “ip” toxunuşlu 01 ədəd qızıl boyunbağı, 7,59 qram kütləli 01 ədəd qızıl boyunbağı, 2,99 qram kütləli “zirehli” toxunuşlu 01 ədəd qızıl boyunbağı, 4,09 qram kütləli açar formalı 01 ədəd qızıl kulon, 10,83 qram kütləli kordova” toxunuşlu 01 ədəd qızıl qolbaq, 19,18 qram kütləli “şəbəkə” toxunuşlu 01 ədəd qızıl qolbaq, 8,58 qram kütləli 01 ədəd bijuteriya qolbaq və 10320 (on min üz yüz iyirmi) manat pul maddi sübut kimi tanınmış və məhkəməbaxışınadək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini, əməlindən peşiman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması, ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 950/2023 saylı qərarına əsasən həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-74/2024 saylı qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-950/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-206/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlnun ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün, yəni 19 mart 2024-cü il tarixədək uzadılmışdır.Məhkəmə hazırlıq iclasında isə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 03 ay 15 gün müddət bir gün iki günə bərabər hesablanmaqla 07 ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1.-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 03 ay 15 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə, 07 ay çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-122/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-122/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver