Məhkəmə qərarları › İş №1(012)-1227/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1227/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1227/2025 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Ağdam rayonu, Üçoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Üçoğlan ərazi dairəsi, Böyükbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində taksi sürücüsü Zərərçəkmiş şəxs atası Şahid ilə gediş haqqına görə mübahisə etdiyini görüb avtomobildən yerə düşərək avtomobilin pəncərəsindən sonuncunun baş və üz nahiyələrinə yumruqla qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs sağ təpə nahiyəsinin hematoması, üst dodağın əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyul 2025-ci il tarixdə saat 20:00 radələrində atası Şahid və X2 ilə birlikdə Abşeron rayonu. Xırdalan şəhərində yerləşən «AAAF Park» yaşayış kompleksinin yaxınlığında adını xatırlamadığı kafeyə gedib kafedə əyləşib yeyib-içmişdilər. Həmin vaxt o, Vahidlə hərəsinə 2 bakal pivə içmişlər, atası ilə digərləri isə araq içmişdilər. 18 iyul 2025ci il tarixdə saat 02:00 radələrində atası ilə o və Vahid oturduqları kafedən çıxıb və kirayə yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə getmək üçün taksi sifariş etmək istəmişdilər. Lakin həmin vaxt heç birlərinin mobil telefonunda internet olmadığı üçün tanımadığı şəxsdən taksi sifariş etməyini xahiş etmişdilər. Həmin şəxs proqram vasitəsilə taksi sifariş vermiş və gediş haqqının 2 manat 50 qəpik təşkil etdiyini bildirmişdir. Taksi gəldikdən sonra Vahidlə o. arxa oturacaqda əyləşmişdilər, atası isə ön oturacaqda əyləşmişdir. Taksi Abşeron rayonu. Masazır qəsəbəsi. Masazır dairəsinin yaxınlığında yerləşən «Araz» marketin qarşısına çatdıqda Vahid taksidən düşmüş, atası ilə o, taksi ilə yollarına davam etmişdilər. Onlar taksini «A A AL Park» yaşayış kompleksinin yaxınlığından Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Zeynəb Ticarət Mərkəzi» nə qədər sifariş etmişdilər. Onlar «Zeynəb Ticarət Mərkəzi»nin qarşısına çatdıqda atası taksi sürücüsünə bildirmiş ki, əlavə pul verəcək, evləri oradan 200 metr uzaqlıqdadır. Taksi sürücüsü atasının təklifi ilə razılaşmış və onları evin qarşısına qədər aparmışdır. Evin qarşısında olarkən atası taksi sürücüsünə kart vasitəsilə ödəniş edəcəyini bildirmişdir. Bundan sonra taksi sürücüsü atasına bildirmişdir ki, əgər kart vasitəsilə ödəyəcəkdirsə onun niyə vaxtını alırdı. Atası sürücünün kartının nömrələrini telefonuna yazarkən taksi sürücüsü atasına bildirmiş ki, «tez ol ödə düş, əsəbimlə oynama». Bu zaman o, taksidən düşmüş, sürücünün yanma getmiş, o, sükanın arxasında əyləşmişdir. O, yumruq zərbələri ilə sürücünün sifət və baş nahiyəsinə bir neçə yumruq vurmuşdur. Həmin vaxt atası avtomobildən düşüb ona tərəf gəlmiş və onlar avtomobilin qapısını atası ilə açmaq istəyərkən, o, sürücünün yan tərəfdən vint açanı götürdüyünü görmüş, atası sürücüyə əlini uzadanda vint açan atasının əlinə girmişdir. Bundan sonra sürücü avtomobili sürüb gedərkən o, yerdən daş parçasını götürüb avtomobilə tərəf atmış və daş parçası avtomobili arxa şüşəsinə dəyərək şüşə qırılmışdı. Mübahisə etdikləri yerdən təxminən 100 metr aralıda taksi sürücüsü avtomobili saxlayıb avtomobildən düşüb kiməsə zəng vurdu və bir neçə dəqiqə sonra hadisə polis əməkdaşları gəlmişdilər.Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağlnı bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2025-ci ilin mart ayından etibarən icarəyə 2019-cu il buraxılışlı «Toyota Agua» markalı 77- MO-471 dövlət qeydiyyat nişanlı avtomobili götürərək taksi fəaliyyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF Park» yaşayış kompleksinə müştəri aparmışdır. Müştərini həmin ünvanda düşündükdən sonra, telefonunda olan «Yango» proqramına taksi sifarişi gəlmiş və o, sifarişi qəbul etmişdir. Həmin sifarişdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Zeynəb Ticarət Mərkəzi» qeyd olunmuşdur. Sifarişə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF Park» yaşayış kompleksinin yaxınlığından 3 müştəri avtomobilə əşyləşmişlər və o, avtomobili qeyd olunan ünvana doğru sürməyə başlamışdır. Sərnişinlərdən biri Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsi adlanan ərazidə düşmüş, digər iki sərnişin isə «Yango» proqramında qeyd olunan yəni, Abşeron rayonu. Masazır qəsəbəsində yerləşən «Zeynəb Ticarət Mərkəzi»nin qarşısına aparmışdır. Həmin tinvana çatdıqda sərnişinlərdən biri öndə əyləşmiş, həmin vaxt adını bilmədiyi sonradan adının Şahid Qəhraman oğlu kimi bildiyi şəxs ona avtomobili bir qədər irəli sürməyini və əlavə ödəniş edəcəyini bildirmişdir. Sərnişlinlərin xahişi ilə o, avtomobili təxminən 800 metr torpaq yolla idarə edərək, fərdi evlərin olduğu ünvanda avtomobili saxlamışdır. Həmin ünvanda Şahid ona məxsus "xxxx" ASC-yə aid bank kartına 2 manat 70 qəpik əvəzinə 3 manat pul vəsaiti ödəmişdir. O, İlqara 800 metr torpaq yolunu 30 qəpiyə görə sürmədiyini söyləyərək ona iradını bildirib demiş ki, «bəs bayaqdan deyirdin ki, puluynan deyil, bəs bu nədi mənə 30 qəpik pul verirsiz. düşün gedin, günah məndədir». Avtomobilin ön oluracağında əyləşmiş İlqar ona demiş ki. «sən bilirsən mən kiməm», o, da demiş ki, «düş gedim mən bu vaxt lotuluğa çıxmamışam» və xahiş etmişdi ki, avtomobildən düşsün. Hətta əli ilə onun qapısını açıb demiş ki, düş mən gedim. O, onunla söhbət edən zaman arxada əyləşmiş Təqsirləndirilən şəxs avtomobildən düşüb sürücü tərəfin qapısının pəncərəsinin açıq olmasından istifadə edərək sifət və baş nahiyəsindən güclü yumruq zərbələri vurmuş, zərbənin təsirindən üst dodağım partladı və qan ağmağa başlamış, bundan sonra onu vuran Ömər onun tərəfində olan qapını açmaq istəyəndə, o. qapının dəstəyindən tulub onun qapını açmasına imkan verməmiş, həmin vaxt ön oturacaqda əyləşmiş İlqar da avtomobildən düşüb avtomobilin qapısını açıb onu avtomobildən düşürtməyə çalışmışlar. O, da döyüləcəyini görüb sürücü oturacağının sağ tərəfində olan vint açanı götürüb onları qorxuzmaq istəyərkən vint açan İlqarın sol əlinə dəyən kimi onlar ondan uzaqlaşmışdılar. O, da bundan istifadə edərək avtomobillə oradan uzaqlaşmaq istəyərkən idarə etdiyi avtomobilin arxa şüşəsinə daşla kiminsə vurduğunu görüb avtomobili saxlamışdır. Bundan sonra avtomobildən düşüb görmüş ki, avtomobilin arxa şüşəsi daşla sındırılıb və daş avtomobilin salonuna düşmüşdür. Bundan sonra o, həmin şəxslərin ünvanına nalayiq ifadələr işlədib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən Abşeron rayonu, Masazır kəndində fərdi evlərin dam örtüklərinin vurulması üzrə usta kimi fəaliyyət göstərir. Şahid da, təxminən 2 il olar ki usta kimi tanıyır, belə ki İlqar da evlərin dam örtüklərinin vurulması sahəsində usta kimi fəliyyət göstərir və sonuncu ilə Abşeron rayonu, Masazır kəndində iş görərkən tanış olmuşdur. İlqarla münasibətləri yaxşıdır, ailəvi gediş-gəlişləri vardır. O, İlqarın oğlu Təqsirləndirilən şəxs İlqarla işləyən vaxtdan tanımış, belə ki, Ömərlə də birlikdə işləmişlər və münasibətləri yaxşıdır. 17 iyul 2025-ci il tarixdə təxminən saat 17:00 radələrində o, İlqar, Ömər və bir neçə nəfər iş yoldaşları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksinin yaxınlığında yerləşən adını xatırlamadığı kafelərin birində əyləşib yeyib- içmişlər və həmin vaxt Ömərlə o. hərəsinə 3 bakal pivə içmişlər, İlqarla digərləri isə araq içmişlər. Təxminən saat 02:00 radələrində onlar həmin kafedən durub evə getmək üçün kafedən təxminən 150 metr məsafəni piyada gedərək adını xatırlamadığı şəxs tərəfindən taksi sifariş vermişlər. Təxminən 5 dəqiqədən sonra taksi gəlmiş və onlar taksiyə əyləşmişlər. Həmin vaxt o, Ömərlə arxa oturacaqda, İlqar isə ön oturacaqda əyləşmişdir. Taksi yola davam etmiş və o, Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında yerləşən «Araz» marketin qarşısına çatanda taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmiş və qeyd olunan yerdə taksi sürücüsü avtomobili saxladıqdan sonra o, avtomobildən düşüb yaşadığı evə getmişdir. Bundan sonra o, səhər yuxudan oyananda ona bildirmişlər ki, İlqarla Ömər taksi sürücüsü ilə dalaşıblar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 17 iyul 2025-ci il tarixdə saat təxminən 22:00 radələrində oğlu Təqsirləndirilən şəxs və tanışı Vahid Qasımovla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri. «AAA1 Park» yaşayış kompleksinin yaxınlığında adını xatırlamadığı kafedə əyləşib çörək yemişlər və spirtli içki qəbul etmişlər. 18 iyul 2025-ci il tarixdə gecə saat 02:00 radələrində oğlu Təqsirləndirilən şəxs və tanışı Vahid Qasımovla kafedən çıxmışlar və kirayə yaşadıqları ünvan 4 ünvanına getmək üçün taksi sifariş vermək istəmişlər. Həmin vaxt tanımadığı şəxsdən taksi sifariş verməyi xahiş etmişdir. Həmin şəxs mobil telefonundakı taksi proqramı vasitəsilə taksini Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Zeynəb Ticarət Mərkəzi»nə qədər sifariş vermiş və gediş haqqının 2 manat 50 qəpik təşkil etdiyini bildirmişdir. Taksi gəldikdən sonra o, avtomobilin sağ ön oturacağında, oğlu Ömər və tanışı Vahid isə arxa oturacaqda əyləşmişlər. Taksi Abşeron rayonu, Masazır qəsəbəsi. Masazır dairəsinin yaxınlığında yerləşən «Araz» marketin qarşısına çatdıqda Vahid avtomobildən düşmüşdür. Oğlu Ömərlə o, isə taksi ilə yollarına davam etmişlər. Onlar evlərinə yaxınlaşdıqda, laksi sürücüsü avtomobili saxlamış və proqramda göstərilən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Zeynəb Ticarət Mərkəzi»nə çatdıqlarını bildirmişlər. O, taksi sürücüsü Zərərçəkmiş şəxs evinin bir qədər irəlidə olduğunu və əlavə ödəniş edəcəyini bildirərək, onları həmin ünvana aparmasını xahiş etmişdir. Taksi sürücüsü Zərərçəkmiş şəxs onunla razılaşıb onları evin qarşısına aparmışdır. O. taksi sürücüsü Zərərçəkmiş şəxs kart vasitəsi ilə 3 manat ödəniş edəcəyini bildirmiş və kartının hesab nömrəsini istəmişdir. Lakin sürücü Zərərçəkmiş şəxs buna irad bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən oğlu Ömər avtomobildən düşərək, sürücünün əyləşdiyi qapıya yaxınlaşmış və avtomobilin açıq pəncərəsindən Elnurun sifət və baş nahiyələrinə yumruq zərbələri ilə vurmuşdur. O, hadisəyə müdaxilə edərək tərəfləri sakitləşdirmək istəmişdir. Bu zaman Elnur avtomobilin oluracağının yanından vint açanı çıxardaraq sağa-sola sirkələmişdir. Bu zaman vint açan onun sol əlinin iç hissəsinə batmışdır. Elnur əlindən qan axdığını görmüş və avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bundan sonra oğlu Ömər yerdən daş parçasını götürüb ona tərəf atdıqda daş avtomobilin arxa şüşəsinə dəyərək sındırmışdır. Taksi sürücüsü Zərərçəkmiş şəxs avtomobili onlardan təxminən 100 metr aralıda saxlamış və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və istintaqı aparılmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq şübhəli şəxs qismində tutulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1701 saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ təpə nahiyəsinin hematoması, üst dodağın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyyə kənar şəxs tərəfindən yetirilə bilər: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu, MTE-nin rəyi, digər istintaq hərəkəti protokolları və digər rəsmi sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. -Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, özünü təqsirli bilir. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməli ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müəyyən edilməklə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunan cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarının 5.1-cı bəndinin tətbiq dairəsinə daxildir və həmin Qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər sonuncunun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1- ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar