Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-123/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, işsiz, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsi, Dağlıq küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayan və 01 oktyabr 2021-ci il tarixdə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan narkotik vasitə heroini və qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 2021-ci ilin sentyabr ayının 27-də Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində 28 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkiləri - 0,102 qram, 0,93 qram və 0,150 qram ümumi təmiz çəkisi 0,345 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 10 manat müqabilində təmiz çəkisi – 40,910 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə qanunsuz əldə edərək Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində daşıyıb üzərində saxlamış, 29 sentyabr 2021-ci il tarixdə saat 10:20 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində saxlanılaraq polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli, gödəkçəsinin sağ yan cibindən çıxardaraq həmin 1 ədəd sellofanın içərisində 40,910 qram narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sarı-narıncı rəngli kağız parçasının arasındakı 3 ədəd kağıza bükülmüş ümumilikdə 0,345 qram çəkidə qəhvəyi rəngli toz formalı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il olar ki, narkotik vasitə olan heroin və qurudulmuş marixuana istifadəçisidir. 29.09.2021-ci il tarixdə saat 10:20 radələrində yaşadığı Hökməli qəsəbəsində tək dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə Qobu PB-yə getməli olduğunu demişlər. Bu səbəbdən o, polis əməkdaşlarının avtomaşınına əyləşib Abşeron RPİ-nin Qobu PB-yə gəldikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etmək təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara boz rəngli gödəkçəsinin sağ yan cibindən selofanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı və əyinində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sarı narıncı rəngli kağız parçasının arasındakı ümumilikdə 3 ədəd kağıza bükülmüş qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq ona məxsus olduğunu bildirmişdir. Həmin selofan və sarı narıncı rəngə kağız parçasına bükülmüş 3 ədəd narkotik vasitə olan heroin bükümləri açıldıqdan sonra onların içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmuş, o isə cavab olaraq həmin narkotik vasitə olan heroini 27.09.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində aldığını, 1 selofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı isə 10 manata aldığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 selofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana və sarı narıncı rəngdə olan kağız parçasına bükülmüş narkotik vasitə olan heroin zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları, dövlət hesabına ayrılmış müdafiəçi X4 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün qeyd olunan proseslər video çəkiliş vasitəsilə qeydə alınmışdır. Şəxsi axtarış götürülmə keçirilən zaman polis əməkdaşları ona qarşı fiziki və psixi təzyiq və təsir etməmişlər. Sonda o, narkotik maddənin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən İstintaq zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin Qobu PB-nin CAŞ üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində həmin qəsəbədə Dağlı küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələri gəzdirməsi və onlardan istifadə etməsi barədə PB-nin əməliyyat müvəkkili Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı Şahid1 əməliyyat axtarış tədbirinin keçirilməsi üçün PBnin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Onun iştirakı ilə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində xx.xx.1983-cü ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, hazırda Abşeron rayonu Hökməli qəsəbəsi Dağlı küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə 29.09.2021-ci il tarixdə saat 10:20 radələrində müşahidə aparmağa başlamışlar. Həmin vaxtı bir nəfər şəxsin tək dayandığını özünü isə şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan sənədlərini təqdim etməsini xahiş edib və bildirmişlər ki, narkotik vasitələrin qəbulu, satışı, üzərində gəzdirməsində şübhəlidir. Bu səbəbdən də onu Abşeron RPİ-nin Qobu PB-yə şübhəli şəxs kimi dəvət etmişdirlər. PB-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara boz rəngli gödəkçəsinin sağ yan cibindən selofanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı və əyinində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sarı narıncı rəngli kağız parçasının arasındakı ümumilikdə 3 ədəd kağıza bükülmüş qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini masanın üzərinə qoyub ona məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin selofan və sarı narıncı rəngə kağız parçasına bükülmüş 3 ədəd narkotik vasitə olan heroin bükümləri açıldıqdan sonra onun içərisinə baxış keçirilmiş və həmin kütləni hardan alması ondan soruşulmuşdur. O, da həmin narkotik vasitə olan heroini 27.09.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində aldığını, selofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı isə 10 manata aldığını öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə götürülüb bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində həmin qəsəbədə Dağlı küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələri gəzdirməsi və onlardan istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün PB-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Abşeron RPİ-nin Qobu PB-nin üzrə cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə o, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində xx.xx.1983-cü ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, hazırda Abşeron rayonu Hökməli qəsəbəsi Dağlı küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə 29.09.2021-ci il tarixdə saat 10:20 radələrində müşahidə aparmağa başlamışlar. Həmin vaxtı bir nəfər şəxsin tək dayandığını özünü isə şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan sənədlərini təqdim etməsini xahiş edib və bildirmişlər ki, narkotik vasitələrin qəbulu, satışı, üzərində gəzdirməsində şübhəlidir. Bu səbəbdən də onu Abşeron RPİ-nin Qobu PB-yə şübhəli şəxs kimi dəvət etmişdirlər. PB-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara boz rəngli gödəkçəsinin sağ yan cibindən selofanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı və əyinində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sarı narıncı rəngli kağız parçasının arasındakı ümumilikdə 3 ədəd kağıza bükülmüş qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini masanın üzərinə qoyub ona məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin selofan və sarı narıncı rəngə kağız parçasına bükülmüş 3 ədəd narkotik vasitə olan heroin bükümləri açıldıqdan sonra onun içərisinə baxış keçirilmiş və həmin kütləni hardan alması ondan soruşulmuşdur. O, da həmin narkotik vasitə olan heroini 27.09.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində aldığını, selofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı isə 10 manata aldığını öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə götürülüb bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İş materiallarında olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki qara boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 selofanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı və əyinndə olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sarı narıncı rəngli kağız parçasının arasındakı ümumilikdə 3 ədəd kağıza bükülmüş qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq ona məxsus olduğunu bildirmişdir. Həmin selofan və sarı narıncı rəngə kağız parçasına bükülmüş 3 ədəd narkotik vasitə olan heroin bükümləri açıldıqdan sonra onların içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmuş o. isə cavab olaraq həmin narkotik vasitə olan heroini 27.09.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində aldığını, 1 selofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı isə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli 6/4302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən ….» yazısı olan zərfdəki 3 bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0, 093 qram, 0,150 qram ümumi təmiz çəkisi 0,345 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli 7/1001 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən ….» yazısı olan kağız paketdə şəffaf sellofanın içərisində bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 40,910 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 3 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,093 qram, 0,150 qram ümumi təmiz çəkisi 0,345 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 40,910 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,255 qram olan narkotik vasitə heroin və 40,860 qram çəkidə bitki mənşəli kütlə narkotik vasitə olan qurudulmuş marixuana saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmş və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İ hissəsinin 12-ci bəndində marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İ nömrəli sıyahısınaın 12-ci bəndinin (a) yarımbəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) təmiz halda 5 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏDÜ nümayəndəsinin 16.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 29.09.2021ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 01.10.2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin həbs olunduğu 14.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04 dekabr 2021-ci il tarixli 4875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və kannabioidlərin birgə qəbul nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,255 qram olan narkotik vasitə heroin və 40,860 qram çəkidə bitki mənşəli kütlə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 170,82 (yüz yetmiş manat səksən iki qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı)ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 ( beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 14.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra çəkisi 0,255 qram olan narkotik vasitə heroin və 40,860 qram çəkidə bitki mənşəli kütlə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 170,82 (yüz yetmiş manat səksən iki qəpik) məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-123/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-123/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver