Məhkəmə qərarları › İş №1(012)-123/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-123/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-123/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu Xırdalan şəhəri, V.Xəlilov küçəsi ev 4 mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsindəki 506-cı palatada stasionar müalicədə olduğu zaman palata yoldaşı Zərərçəkmiş şəxs6 palatada yatmasından istifadə edərək sonuncunun mülkiyyətində olan bir ədəd 650 manat dəyərində Çin istehsallı «Huavei» markalı və bir ədəd 50 manat dəyərində Finlandiya istehsallı «Nokia 105» markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən o, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cii il tarixdə saat 11 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, R.Xəlilov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatından pul çıxarmağa köməklik göstərməsini ondan xahiş edən Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid elektron məlumat daşıyıcısı hesab edilən əmək haqqı kartını sonuncudan aldıqdan sonra cinayətkar niyyətini həyata keçirməklə bankomata daxil edərək həmin kartın PİN nömrəsini yazdıqdan sonra Zərərçəkmiş şəxs1 yalandan kartın hesabında pul olmamasını bildirərək kartı təhvil verdikdən sonra hesabda olan 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaitini nağdlaşdırıb ələ keçirməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 07 fevral 2023-cü il tarixdə saat 12:55 radələrində Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən “Bizim Market" MMC-yə məxsus mağazanın qarşısında quraşdırılmış bankomatdan (ATM-dən) pul çıxarmağa köməklik göstərməsini ondan xahiş edən Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC-yə aid “5103 0714 5886 4937” nömrəli elektron məlumat daşıyıcısı hesab edilən “Debit MasterCard” adlı plastik ödəniş kartını sonuncudan aldıqdan sonra cinayətkar niyyətini həyata keçirməklə bankomata daxil edərək həmin kartın PİN nömrəsini yazdıqdan sonra Zərərçəkmiş şəxs5 yalandan kartın hesabında pul olmamasını bildirərək kartı təhvil verdikdən sonra hesabda olan 325 (üç yüz iyirmi beş) manat məbləğində pul vəsaitini nağdlaşdırıb ələ keçirməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Kapital Bank" ASC-nin Abşeron filialının qarşısında “Kapital Bank" ASC-yə aid olan təqaüd kartından pulu nağdılaşdırmaq istəyən Zərərçəkmiş şəxs2 köməklik edəcəyini bildirib, sonradan yalandan karta pul köçmədiyini deyərək, sonuncuya kartının əvəzində başqa kart vermiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus kartdan Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin Abşeron filialının bankomatından 460 manat pulu çıxardıb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "Təzə Bazar” adlanan ərazidə “Araz” marketin qarşısında yerləşən “Kapital Bank" ASC-yə aid ödəmə terminalından təqaüd pulunu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs3 Mönsün qızına köməklik göstərəcəyini bildirərək “Kapital Bank"a aid kartını alıb yalandan kartın bankomatın “qara qutusu”na düşdüyünü bildirərək həmin kartı ələ keçirmiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus həmin karta elektron məlumat daşıyıcılarından istifadə edilməklə qanunsuz müdaxilə edərək Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "Təzə Bazar" adlanan ərazidə “Araz” marketin qarşısında yerləşən “Kapital Bank" ASC-yə aid həmin bankomatdan 350 manat pulu çıxardıb gizli olaraq talamaqla sonuncuya həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Uni Bankın" Abşeron filialının qarşısında yerləşən bankomatda pulunu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs4 yaxınlaşıb köməklik göstərəcəyi adı ilə “Uni Bank” kartını alıb yalandan kartın bankomatda qaldığını deyib, sonuncunun filiala daxil olub bank işçilərinə müraciət etməsindən istifadə edərək, elektron məlumat daşıyıcısı hesab edilən bank kartına qanunsuz müdaxilə edərək 400 manat pulu gizli olaraq talayıb sonuncuya həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, 21 fevral 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 25 manat müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan təmiz çəkisi 0,861 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq Abşeron rayonu Xırdalan şəhərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu Xırdalan şəhəri V.Xəlilov küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş 0,861 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ziyanı ödəmək imkanı olmadığını, əməlindən peşiman olduğunu bildirərək cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1 -ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 05 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonundakı Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində stasionar müalicəyə qəbul olunmuş və xəstəxananın 506-cı palatasında yerləşdirilmişdir. Palatada çarpayısı otağın girişində sağ tərəfdə qoyulmuşdur. 06 noyabr 2022-ci il tarixdə saat 07:30 radələrində otaq yoldaşları olan adlarını bilmədiyi iki nəfər şəxsin palatada yatılı olduğunu görmüş, qapının girişində sağ tərəfdə olan dolabın üstünə qoyulmuş enerji mənbəyinə qoşulu olan bir ədəd «Huavei» markalı və ondan bir qədər irəlidə çarpayının üzərinə qoyulmuş bir ədəd «Nokia» markalı mobil telefonları gizli götürmüş və əynində olan cins şalvarın sağ və sol ciblərinə qoyub xəstəxanadan rəsmi çıxarış almadan palatadan çıxmış və pilləkənləri düşərək xəstəxananı tərk edib oradan uzaqlaşmışdır. Nokia markalı mobil telefonu “20 yanvar” metrosunun yanında olan mobil telefon dükanınına şəxsiyyət vəsiqəsini təqdim etməklə 10 manata satmış, Huavei markalı mobil telefonu isə Lokbatanda olan dostunun vasitəsi ilə bir nəfər tanımadığı şəxsə 50 manata satılmışdır. Hər iki telefonun pulunu əldə edib öz şəxsi tələbatı üçün xərcləmişdir. 08 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu yaşadığı ünvanın yaxınlığında saxlayaraq 29-cu polis bölməsinə gətirmiş və o da etdiyi oğurluğu səmimi etiraf etmişdir. Bundan başqa bildirmişdir ki, heç bir yerdə işləmədiyinə görə qərara gəlmişdir ki. Xırdalan şəhəri, R.Xəlilov küçəsində yerləşən "xxxx"ın qarşısına gəlsin, oradan pul çıxartmaq istəyən şəxslərə köməklik edəcəyi adı ilə aldadıb, onların pullarını kartdan oğurlasın. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin qarşısına gəlmiş, bu zaman Könül adlı qadın ona yaxınlaşaraq kartından pul çıxartmağa köməklik etməyi xahiş etmişdir. O da sonuncunun kartını alaraq 164 manat pul olduğunu görüb, kartından pulu çıxartmış və ona başqa kart verərək, kartında pul olmadığını bildirmişdir. Bundan sonra oradan uzaqlaşmış, həmin pulu öz maddi ehtiyacları üçün istifadə etmişdir. Bundan başqa bildirmişdir ki, 07 fevral 2023-cü il tarixdə saat 12:50 radələrində Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən “Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ikimərtəbəli mağazanın qarşısında dayanan zaman təxminən 50-55 yaşlarında olan, əvvəllər tanımadığı bir nəfər qadın ona yaxınlaşaraq mağazanın qarşısından quraşdırılmış bankomatdan pul çıxarmaq istədiyini, ancaq bunu bacarmadığı üçün kömək etməyi xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan həmin qadına köməklik göstərəcəyini bildirmiş və birlikdə bankomata yaxınlaşmışlar. Sonradan adının Elmira olmasını öyrəndiyi qadın özünə məxsus, qara rəngli, “Kapital Bank" ASC-yə aid plastik bank kartını qadından alıb bankomata daxil etmişdir. Daha sonra hazırda xatırlamadığı PİN nömrəni qadından öyrənərək yığmış, kartın hesabında olan pulun məbləğini öyrənmək üçün müvafiq düymələri yazmaqla əməliyyatı yerinə yetirdikdən sonra bir neçə saniyə gözləmiş və bankomatın ekranına baxıb kartın hesabında 325 manat pul olduğunu öyrənmişdir. Həmin pulu nağdlaşdırmaq üçün müvafiq düymələri yığdıqdan sonra plastik kart avtomatik olaraq bankomatdan çıxmış, bu zaman qadının pulunu ələ keçirmək istədiyi üçün kartı götürüb qadına təhvil verərək bankomatda pul olmadığını demişdir. Bundan sonra qadın çıxıb getmiş, o isə bankomatdan çıxan 325 manat pulun hamısını ələ keçirib cibinə qoymaqla oradan uzaqlaşmışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yenidən Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Kapital Bankın qarşısına gəlmiş ki, orada pul çıxartmaq istəyən şəxslərə köməklik edəcəyi adı ilə aldadıb, onların pullarını kartdan oğurlasın. Günorta radələrində Lətafət adlı yaşlı qadının Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Kapital Bankın qarşısında ətrafa baxaraq kartından pul çıxartmağa köməklik istəməsini görüb ona yaxınlaşmış, sonuncu ona özünə məxsus kartı vermiş, o da həmin kartı bankomata salıb kartının şifrəsini Lətafətdən soruşmüşdür. Həmin qadın ona dediyi şifrəni yadında saxlamış və ona başqa kart verib kartına pul köçmədiyi ilə bağlı aldatmış, Lətafəti yola salandan sonra kartı özü ilə götürüb həmin yerdən uzaqlaşmışdır. xx.xx.2023cü il tarixdə həmin bankomata yaxınlaşıb 460 manat pul vəsaitini çıxartmış və öz maddi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində “Təzə bazar" da yerləşən Kapital Bankın qarşısına gəlmiş ki, orada bankomatdan pul çıxarmaq istəyən şəxslərə köməklik edəcəyi adı ilə aldadıb, onların pullarını kartdan oğurlasın. Həmin vaxt yaşlı bir qadının Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Kapital Bankın qarşısında ətrafa baxaraq kartından pul çıxartmağa köməklik istəməsini görüb ona yaxınlaşmışdır. O, həmin tanımadığı təxminən 50-55 yaşlarında olan qadından pulu çıxarda bilmirsə ona köməklik edə biləcəyini demiş, həmin şəxs plastik kartını ona vermiş, lakin bankomat açılmadığını görmüş, həmin şəxs ona kartın PİN kodunun 1980 olduğunu bildirmiş, o da həmin kartı bankomata daxil etməmiş və yanında dayanan yaşlı qadına kartın bankomat tərəfindən qara qutuya salındığını demişdir. Daha sonra həmin qadının başının qarışıq olduğunu görüb dərhal oradan uzaqlaşmışdır. Həmin şəxsin plastik kartını da öz cibinə qoyub həmin yerdən uzaqlaşmışdır. Həmin tarixdə digər bir bankomata yaxınlaşıb, bir neçə saat əvvəl ələ keçirdiyi həmin plastik kartdan ilk öncə 100 manat, daha sonra isə 250 manat pul vəsaiti olmaqla ümumilikdə 350 manat pul çıxartmış və öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Uni Bank”-ın qarşısına gəlmiş ki, orada bankomatdan pul çıxarmaq istəyən şəxslərə köməklik edəcəyi adı ilə aldadıb, onların pullarını kartdan oğurlasın. Həmin vaxt orta yaşlı bir qadının Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Uni Bankın” qarşısında ətrafa baxaraq kartından pul çıxartmağa köməklik istəməsini görüb ona yaxınlaşmış, həmin qadından plastik bank kartını alıb, yalandan guya kartı bankomata daxil etdiyini bildirmiş, sonra qadından şifrəsini yazmasam istəmiş, qadın şifrəni yazanda şifrəni yadında saxlamış, kart bankomatda olmadığından giriş mümkün olmamış, o vaxt qazanmaq üçün qadına bankomatda problem olduğunu və kartın bankomatın daxilində qaldığın kömək üçün bankın içərisinə girib işçilərə müraciət etməsini söyləmiş, qadın getdikdən sonra kartından 400 manat pul çıxarmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, ona görə də üzərində narkotik vasitə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb Xırdalan şəhəri, V.Xəlilov küçəsi ilə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, polis vəsiqələrini və özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etmədən birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİ-nin inzibati binasında olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet vardırsa onu təqdim etsin. O da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlərdən birində heroin digərində isə metamfetamin olduğunu bildirmişdir. Məhkəmə kimyəvi ekspertizasının 22 fevral 2023-cü il tarixli 6/1071 saylı rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, üzərindən çıxan psixotrop maddə kimi düşündüyü metamfetamin deyil, sikloheksanamindir. Heroinə görə və digər maddəyə görə ümumilikdə 50 manat pul vermişdir. Həmin kütlələri xx.xx.2023-cü il Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığım şəxsdən almış, üç ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir və üzərində şəxsi istifadəsi üçün saxlayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Birinci Yeddioymaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, Məhəllə 25, nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu 2 saylı mənzil kommunal təsərrüfat birliyində süpürgəçi işləyir. 07 fevral 2023-cü il tarixdə əmək haqqı köçdükdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, “Araz” marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid bankomata yaxınlaşmışdır. Pul çıxartmaq üçün orada dayanan orta yaşlı tanımadığı kişidən kömək istəmiş, həmin şəxs ona kömək edə biləcəyini demişdir. O, özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 5886 4937 nömrəli plastik kartı ona vermiş, sonuncu həmin kartı bankomata daxil etdikdən sonra ona bankomatda pul olmadığını demişdir. Daha sonra kartı ona geri qaytarmış və oradan uzaqlaşmış, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən "xxxx" in qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid bankomata yaxınlaşmış, orada olan tanımadığı qadından pul çıxarması üçün kömək etməsini istəmişdir. Kartı bankomata daxil etdikdə balansda pulun olmadığını görmüş, sonra telefonda olan “Birbank” proqramınba baxdıqda məlum olmuşdur ki, həmin gün yəni, 07 fevral 2023-cü il tarixdə saat 12:56-da kartında olan 325 manat pul çıxarılıb, bundan sonra Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İİİ qrup əlildir. xx.xx.2023-cii saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Kapital Bankın qarşısına getmiş ki, orada olan bankomatdan pensiyasını çıxarsın. Bankomatdan pul çıxarmağı bacarmadığı üçün həmin vaxt yaxınlığında olan bir nəfər şəxsdən xahiş etmiş ki, pensiyanı bankomatdan çıxarılmasında ona köməklik etsin. Həmin şəxs də ona etiraz etməmiş və o, pensiya kartını ona vermişdir. Həmin şəxs pensiya kartı bankomata daxil etdikdən sonra şifrənin 1964 olduğunu demiş, sonra həmin şəxs kartına hələ pul köçmədiyini deyib ona kartı qaytarmışdır. Bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yenidən həmin bankomata yaxınlaşaraq pensiyasını almaq istədikdə məlum olmuşdur ki, əlində olan plastik kart ona məxsus deyildir. Həmçinin, aydınlaşdırdıqda da məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə pensiya kartından 460 manat pulu çıxarılmış, belə ki, xx.xx.2023-cü il tarixdə pensiyasını çıxarmaq istədiyi zaman ona guya ki köməklik edən şəxs pensiya kartını ələ keçirib əvəzində ona başqa bir kart vermiş və xx.xx.2023-cü il tarixdə də həmin pensiya kartından 460 manat pulunu çıxarıb ələ keçirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Təzə Bazar adlanan ərazidə yerləşən Kapital Bank-a aid olan bankomatdan özünə məxsus təqaüd kartından təqaüd pulunu çıxartmaq istəmişdir. Həmin vaxt bankomatm qarşısında sıxlıq olduğunu görmüş, bankomatın girişində olan təxminən 45-50 yaşlarında bir nəfər şəxs ona köməklik etmək məqsədi ilə kartını ondan almışdır. Həmin şəxs kartı bankomata daxil edərək kartın kodunu ondan soruşmuş, o da kartın kodunu həmin şəxsə demiş, kartı bankomata daxil edən həmin şəxs bankomatdan pul çıxarılmadığını bildirmiş və ona bankomatm kartını “qara qutu1' ya atmasını bildirmişdir. O orada gözləyən zaman həmin şəxsin oradan uzaqlaşmasını görmüş, həmin adamın hara getməsini görməmiş, sonra yaxınlıqda olan mobil telefon dükanına girərək oradan Kapital Banka zəng etmişdir. Oradan ona operator kartından 100 manat, daha sonra isə 250 manat pulun çıxarıldığı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə X4 şəhərində yerləşən filialına yaxınlaşıb kartından naməlum şəxs tərəfindən pulunun oğurlanmasını bildirmişdir. Ona hadisə nəticəsində ümumilikdə 350 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X6 şirkətində xadimə işləyir və aylıq 380 manat əmək haqqı alır, əmək haqqını Unibank-dan alır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində əmək haqqı kartını götürüb Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Unibank ASC-nin filialının qarşısında olan bankomata getmiş ki, əmək haqqı kartından 164 manat pulunu çıxarsın. Lakin bankomatdan pulu çıxara bilmədiyi üçün bir nəfər 45-50 yaşlı kişidən xahiş etmişdir ki, ona əmək haqqının kartından çıxarılmasında köməklik etsin. Həmin şəxs ondan kartı alıb bankomata daxil etmiş və ona kodu yığmasını bildirmiş, o, kodu həmin şəxsə dedikdə sonuncu kodu yığmış və ona kartında pul olmadığını bildirmiş, ona kartı verərək pulu gedib bankdan çıxarmasını bildirmiş, o, kartı götürüb banka getdikdə həmin şəxsin çıxıb getdiyini görmüş, bankda ona kartından 164 manat pulunun çıxarıldığı məlum olmuş, buna görə də pulunun talanması ilə bağlı polisə ərizə ilə müracitə etmişdir. İbtidai iştintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəllərində səhhəti ilə əlaqədar olaraq Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən Respublika Klinik Xətsxanasının Nevrologiya şöbəsində stasionar müalicə olunmağa başlamış, həmin xəstəxananın 506 nömrəli palatasında müalicə olunmağa başlamışdır. Palatada ondan başqa iki nəfər xəstə də müalicə olunmuş, lakin həmin vaxt onlar barəsində heç bir məlumatı olmamışdır. 06 noyabr 2022-ci il tarixdə saat 08 radələrində müalicə olunduğu həmin palatada olduğu zaman özünə məxsus bir ədəd Çin istehsallı «Huavei» markalı mobil telefonu çarpayının yanında qoymuş, digər Nokia markalı mobil telefonu isə dolabın üzərinə qoyub cərəyana qoşmuşdur. O, palatada olmadığı vaxt ərzində özünə məxsus hər iki mobil telefonu naməlum şəxs tərəfindən oğurlanmış, üstündən bir qədər keçmiş məlum olmuşdur ki, onun hər iki mobil telefonunu palata yoldaşı Təqsirləndirilən şəxs oğurlamışdır. Göstərmişdir ki, özünə məxsus olan həmin Nuavei markalı mobil telefonu 2022-ci ilin yanvar ayında Lənkəran şəhərində mobil telefon dükanından 650 manata, digər Nokia markalı mobil telefonu isə tanımadığı şəxsdən 50 manata almışdır. Baş vermiş oğurluq nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 16:35 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Unibanka qızı X3ma məxsus Unibanka aid 5169 3555 5581 3082 debit kart hesabından özünə məxsus 1640 manat pulu çıxarmaq istəmiş, kartdan pulu çıxarmağa bacarmadığı üçün həmin vaxt orada olan orta yaşlı kişi ona demişdir ki, «əgər kartdan pulu çıxara bilmirsinizsə sizə kömək edə bilərəm». O, etiraz etməyib kartı sonuncuya verərək pulu çıxarmasına köməklik göstərməsini xahiş etmiş, həmin şəxs ondan kartı aldı sonra demişdir ki. şifrəni yazsın. O, şifrəni gizli olaraq bankomatda yığmış, lakin ekranda kartı daxil etməsi barədə məlumat yazılmışdır. Həmin şəxsdən kartı bankomata daxil edib-etməməsini soruşanda kartı bankomata daxil etməsini bildirmişdir. O, kart daxil olan yerə baxmış, lakin kartı görə bilməmiş, həmin şəxs ona demişdir ki. kart bankomatın içərisində qalıb, buna göra banka işçilərə müraciət etməyi demişdir. O, isə sonuncunun əlində 3 ədəd bank kartı olmasını görüb əlindəki kartlardan birinin onun kartı olduğuun demiş, ona əlindəki kartları göstərmiş və demişdir ki, «ayıbdır mənə şər atırsan». O, bundan sonra Unibanka daxil olub bank işçisinə yaxınlaşıb kartının bankomatda qalmasını bildirmiş, bank əməkdaşı ona demişdir ki, «kart bankomatda qala bilməz, çünki hazırda bankomatdan pul çıxarırlar». O, isə həmin vaxt şübhələndiyi üçün qızına zəng vurub kartı bloklamasını bildirmişdir. Təxminən bu proses 10 dəqiqə çəkdiyindən qızı kartını bloklayana qədər onun hesabından 400 manat pulun çıxarıldığı məlum olmuşdur. Bundan sonra başa düşmüşdür ki, ona pulu çıxarmaqda komaklik etməsini deyən şəxs onu aldadıb kartı ələ keçirərək başqa bankomatdan pulu çıxararaq ələ keçirmişdir.Buna görə qızına məxsus kartdan pulun çıxarılması barədə DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göpstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qərar çıxarılmış və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 22 fevral 2023- ctı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Xırdalan şəhəri, V.Xəlilov küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins idman şalvarının sol yan cibində saxladığı iki ədəd şəffaf rəngli selofona bükülü bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində bir ədəd narkotik vasitə heroin, digərinin içərisində psixotrop maddə metamfteamin olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən hər bükümü 25 manatdan olmaqla 50 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmədi. Sonra aşkar edilmiş heroin və psixotrop maddə kütlələri zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ,xidməti zərurətlə məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, V.Xəlilov küçəsi, ev 4, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfimdən qərar çıxarılmış və CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 22 fevral 2023- ctı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı. Xırdalan şəhəri, V.Xəlilov küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins idman şalvarının sol yan cibində saxladığı iki ədəd şəffaf rəngli selofona bükülü bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində bir ədəd narkotik vasitə heroin, digərinin içərisində psixotrop maddə metamfteamin olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən hər bükümü 25 manatdan olmaqla 50 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmədi. Sonra aşkar edilmiş heroin və psixotrop maddə kütlələri zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmədə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda telefon alqı satqı mağazasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə işlədiyim mağazada olarkən əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlmişdir. Həmin şəxs özü ilə bir ədəd Nokia 105 markalı mobil telefon gətirmişdir. Ramin adlı şəxs mağazaya həmin mobil telefonu şəxsiyyət vəsiqəsi ilə 10 manata satmışdır. Həmin günün səhərisi isə yəni xx.xx.2022-ci il tarixdə telefonu üzdən tanıdığı Firudin adlı şəxsə 24 manata satmışdır. Üstündən bir neçə gün keçmiş polis əməkdaşları onun işləydiyi dükana gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki. Təqsirləndirilən şəxs ona satdığı Nokia 105 markalı mobil telefon oğurluq yolu ilə əldə edilmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı mobil telefonu özünə məxsus olduğunu bildirmiş, həmin telefonun oğurluq olması barədə məlumatı olmamış. Ramin özü də ona bu barədə bir söz deməmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. İş materiallarından müəyyən edilir ki, üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri V.Xəlilov küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqdim edilən bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri V.Xəlilov küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində polis əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, V.Xəlilov küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Uni Bankın" Abşeron filialının qarşısında yerləşən bankomatda Zərərçəkmiş şəxs4 tərəfindən edilmiş əməliyyatın fiksə etdiyi görüntünün köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Uni Bankın” Abşeron filialının qarşısında yerləşən bankomatda pulunu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs4 qızma köməklik göstərəcəyi adı ilə bir nəfər orta yaşlı kişi cinsindən olan şəxs arxadan yaxınlaşır və sonra kartı bankomata daxil edərək bir neçə dəfə əməliyyat aparır, sonra üzünü Zərərçəkmiş şəxs4 tutub iradını bildirir, sonra isə bankomatdan kənara çəkilir və üzünü çevirib gedir.Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən bankomatın fiksə etdiyi viedogörüntüdə əksi təsvir olunan şəxs özüdür, belə ki, 20.02. 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsində yerləşən “Uni Bank"-ın qarşısına gəlmiş ki, orada bankomatdan pul çıxarmaq istəyən şəxslərə köməklik edəcəyi adı ilə aldadıb, onların pullarını kartdan oğurlasın. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 “Uni Bankın” qarşısında ətrafa baxaraq kartından pul çıxartmağa köməklik istəməsini görüb ona yaxınlaşmış, həmin qadından plastik bank kartını alıb, yalandan guya kartı bankomata daxil etdiyini bildirmiş, sonra qadından şifrəsini yazmasam istəmiş, qadın şifrəni yazanda şifrəni yadında saxlamış, kart bankomatda olmadığından giriş mümkün olmamış, o vaxt qazanmaq üçün qadına bankomatda problem olduğunu və kartın bankomatın daxilində qaldığın kömək üçün bankın içərisinə girib işçilərə müraciət etməsini söyləmiş, qadın getdikdən sonra kartından 400 manat pul çıxarmış və şəxsi ehtiyaclarına xərcləmişdir. İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzininxx.xx.2023-cü il tarixli 6/1071 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş» imzalar qeyd edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.488 qram olan şəffaf rəngsiz kristalşəkilli maddə kütləsi sikloheksamin maddəsidir; 01 ədəd bükümdə təmizx çəkisi 0,861 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələr”in siyahısına (Siyahı 1) daxildir. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «20» may 2023-cü il tarixli 3089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin ümumi çəkisi 0,861 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0,811 qram təşkil edir. Sikloheksanaminin ümumi çəkisi 0,488 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,438 qram. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələr”in siyahısına (Siyahı 1) daxildir. Sikloheksanaminin güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına, habelə zəhərli maddələrin siyahısına daxil deyildir. Odur ki, iş üzrə ümumi çəkisi 0,861 qram heroin, 0.488 qram sikloheksanamin və iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından qalıq qalmış 0.811 qram heroin, 0,438 qram sikloheksanamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-1 və 234.1 maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi,şahid ifadələri, ekspertiza rəyi, video-görüntü, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 67.1, 68.1.1-1 maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021 -ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunmuşdur və əməlində cinayətin residivi vardır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi ekspert tədqiqatından qalıq qalmış 0,811 qram narkotik vasitə heroin, 0,438 qram sikloheksanamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi ekspert tədqiqatından qalıq qalmış 0,811 qram heroin, 0,438 qram sikloheksanamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar