Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1238/2025 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 və onun vəkili Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət vermiş X9 və X1 vəkili Nümayəndə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 və X1 xüsusi ittiham qaydasında şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X14 və X6 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X14 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur, ailəlidir və ali təhsilli olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Özümə məxsus bizneslə məşğul olur. X6 xx.xx.1985-ci il tarixdə doğulmuşdur, ailəlidir və ali təhsillidir. ünvan 2i ünvanda qeydiyyatda olmaqla, ünvan 3 ünvanda faktiki yaşayır. Özünə məxsus biznes fəaliyyəti ilə məşğul olur. Xüsusi ittihamçılar 2024-cü ilin yanvar ayından R.Mehdi ilə tanış olaraq ünvan 4 ünvanda şərikli qaydada “X21” restoranını açaraq birgə fəaliyyətə başlamışlar. 2025-ci ilin noyabr ayında birgə fəaliyyəti davam etdirmək mümkün olmamış və aparılmış ilkin mühasibatlıq yoxlamalarından sonra aydın olmuşdur ki, restoranın fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin 200.000 manata yaxın hissəsi yoxdur. Bundan sonra Ruslan Mehdi baş verənləri qəbul etməyərək 13 noyabr 2025- ci il tarixdə “İnstagram” sosial şəbəkəsində özünə məxsus olan “pizza.by.ruslan” və “byruslan.pizza” səhifələrində, “Tik Tok” sosial şəbəkəsində X21 səhifəsində “Sizə özbaşınalığın və hədə-qorxu gələrək qurduğum işimə çökməyin videosunu göstərəcəm” başlıqlı paylaşım etmiş və həmin video çarxın içərisində belə bir mətn yazmışdır: “Hədə-qorxu gələrək və ya yüksək çinli məmurların adından istifadə edərək məni ölümlə, ailəmlə və ya məhv etməklə hədələyən, hər iki məkanımı, hüquqi tərəfdən hər bir sənədi mənim adıma olmasına baxmayaraq hər iki obyektimə əl qoydular”. Həmin paylaşımın şərh bölməsinə isə belə bir qeyd etmişdir ki, “yuxarıda adlarını qeyd etdiyim şəxslər min əziyyətlə qurub ərsəyə gətirdiyim X20 yüksək vəzifəli şəxslərin adlarını (adları çəkilən şəxslərin şəxsiyyətinə və vəzifəsinə hörmətən adlarını yazmıram) çəkərək və ya pullarının gücü hesabına əl qoydular. Əziyyətlə qurduğum işimə sonradan ortaq etdiyim şəxslər mənə mənəvi və maddi zərərlər vurdular. Mənim bu hədəqorxulara tab gətirməyimin səbəbi isə ailə vəziyyətimlə bağlıdır. Sırf bu qərarım ailəm stress yaşamasın deyə verildi mən tərəfindən. Ölkədə hüququn aliliyinə yüksək inamım yüksəkdir və yalandan yüksək vəzifəli şəxslərin adından istifadə edib reketlik edənləri cəzalanacığma əminəm”. Daha sonra, R.Mehdi “Patrul.az” xəbər portalına eyni şikayətlərlə müraciət etmiş və “Patrul.az” xəbər portalı xx.xx.2025-ci il tarixdə özünün “Youtube.com. “TikTok” İnstagram” sosial şəbəkələrində və “Patrul.az” saytında “X17maqalı: şəriklər arasında mübahisə böyüdü” başlıqlı video çarx paylaşaraq belə bir xəbər yayımlamışdır : “Patrul.az redaksiyasına müraciət edən “By.Ruslan Pizza” restoranlar şəbəkəsinin rəhbəri X13 bildirib ki, keçmiş şərikləri X14 və X6 ona ölümlə hədə-qorxu gələrək biznesini əlindən alıblar və şəxsi əşyalarına əl qoyublar. Onun sözlərinə görə, kirayə götürdüyü hər iki obyekt hədə-qorxu ilə icazəsi olmadan ələ keçirilib və hazırda fəaliyyət göstərməkdə davam etdirilir”. X4 göstərilən xüsusatlarla bağlı nə onlar, nə də müraciət etdiyi xəbər portalına heç bir sübut təqdim edə bilmədiyindən dedikləri öz təsdiqini tapmamış, bununla da H.Orucov və E.Mustafayev barəsində həqiqətə uyğun olmayan məlumatlar yayaraq, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayaraq böhtan atmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinin tələblərinə görə, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olmalıdır. X14 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur, ailəlidir və ali təhsilli olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. (AR CPM-in 293.3.1-ci maddəsi). X6 xx.xx.1985-ci il tarixdə doğulmuşdur, ailəlidir və ali təhsillidir. ünvan 2i ünvanda qeydiyyatda olmaqla, ünvan 3 ünvanda faktiki yaşayır. (AR CPM-in 293.3.1-ci maddəsi). X13 xx.xx.2025-ci il tarixdə “İnstagram” və “TikTok” sosial şəbəkəsində və xx.xx.2025-ci il tarixdə “Patrul.az” xəbər portalı vasitəsi ilə sosial platformalarda (ərizəyə əlavə olunacaq) H.Orucov və E.Mustafayev barəsində həqiqətə uyğun olmayan məlumatlar yayaraq, yəni, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayaraq böhtan atmışdır. (AR CPM-in 293.3.2-ci maddəsi). Əməl ünvan 6 ünvanında yaşayan, xx.xx.1992-ci il tarixdə doğulmuş X13 tərəfindən törədilmiş və bu cinayət əməli ərizəmizə əlavə edilmiş maddi sübutlarla təsdiq edilir. (AR CPM-in 293.3.3-cü maddəsi). Yuxarıda göstərilənlərin məzmunundan görünür ki, X13 yalan olduğunu bilə-bilə H.Orucov və E.Mustafayevin şərəf və ləyaqətini ləkləyən, onları nüfuzdan salan məlumatları, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla böhtan atmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2013-cü il tarixli 3 saylı Plenum qərarında qeyd edilmişdir ki, İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir- biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da, hesab edirəm ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. X14 və X2 xüsusi ittihamçı qismində tanımaqla, yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkləyən, onları nüfuzdan salan məlumatları, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla böhtan atmış X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması və qeyd edilənlərlə bağlı onlara vurulmuş mənəvi zərərin əvəzi olaraq hər birinə 50.000 (əlli min) manatın X7 tutularaq X14 və X3 ödənilməsi barədə ittiham hökmü qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 vəkili Müdafiəçi bildirdi ki, X14 və X6 xüsusi ittiham qaydasında X15 Rayon Məhkəməsinə şikayət verərək X10 Azarbaycan Respublikasi Cinayat Məcəlləsinin 147.2-ci madddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanının yuxarı həddində cəzalandırılması və qeyd edilənlərlə bağlı onlara vurulmuş mənəvi zərərin əvəzi olaraq hər birinə 50.000 (əlli min) manatın X7 tutulraq X14 və X3 ödənilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Lakin hesab edir ki, Hüseyn Orucov və Eldəniz Mustafayev tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsəsən xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilməməklə verdiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikavətdə irəli sürülmüş ittihamın mahiyyəti iizrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Belə ki, həmin məcəllənin 299.3.3-cti maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında hər bir halda cinayət prosessi tərəflərinin iştirakçı ilə xüsusi ittiham qaydasında şikayətin məzmununun AR Cinayət Prosessual Məcəlləsinin 293.3.1 -293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxılır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Hüseyn Orucov və Eldəniz Mustafayev tərəfindən hüquqlarım müdafiə etdiyim Mehdi Ruslan barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət AR Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun deyildir. Belə ki, AR Cinayət Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinə və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məlikəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli №3 nömrəli Qərarının ll-ci bəndinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətdə aşağıdakılar göstərilməlidir:a) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı. atasının adı. doğulduğu il. yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); b) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); e) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; d) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; e) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; ə) şikayəti vermiş şəxsin imzası. Hüseyn Orucov və Eldəniz Mustafayev tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs barəsində xüsusi ittiham qaydasında verilmiş lıazırki şikayətə nəzər saldıqda törədilmiş cinayət barədə məlumatların-cinayət qanunu ilə nəzərdə tutulmu. əməlin törədilməsi zamanı zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu (AR CPM-nin 293.3.2-ci maddəsi), həmçinin şikayətin verildiyi tarixin (ilin, ayın, günün), yerin (AR CPM-nin 293.3.1-ci maddəsi) məşğulivvət növü və vəzifəsi. (AR CPM- nin 293.3.6-cı maddəsinin) mövcud edilmədiyini görə bilərik. Halbuki, imperativ normanın tələblərinə əsasən cinayət əməli nəticəsində zərərin vurulmuşdursa, məhz hansı zərərin vurulduğunun, eyni zamanda şikayətin verilmə tarixinin (il, ay, gün) və yerin göstərilməsi olduqca zəruridir və həmin normaların tələblərinin pozulması qətiyyən yol verilməzdir. Belə ki, AR Cinayət Prosessual Məcəlləsinin 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Sözügedən normaların pozulması şikayətin ümumiyyətlə icraata götürülməməsinin hiiquqi əsasını yaradır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cii il tarixli №3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vəsitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yerləşdiyi yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Bundan əlavə qeyd edilən media saytında və digər sosial şəbəkədə yayılmış olduğunu bildirən xüsusi ittihamçılar tərəfindən “baxış sayını” göstərməyib. Bundan əlavə X9 və X1 X11 hədə-qorxu gəlmələri ilə bağlı şikayətə Bakı şəhəri Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.X14 və X6 tərəfindən hüquqlarını müdafiə etdiyi X13 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X9 və X1 vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət kimi verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir; 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, X9 və X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, şikayət ərizədə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayət ərizəsində istinad olunan əməlin məhz X13 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Həmçinin xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.2-ci maddəsinin mənasına görə, şəxs hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X9 və X1 xüsusi ittiham qaydasında şikayət qaydasında verdiyi şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayət qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, X8 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair X9 və X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair X9 və X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1238/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1238/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver