Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-124/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu, Daşburun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, ailəli, işləməyən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün sürücülük hüququ olmadan xx.xx.2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi X9 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsindən Bakı-Sumqayıt yolu ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən yolun Abşeron rayonu, Gənclər şəhərciyindən keçən hissəsində köməkçi yolda avtobus dayanacağının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, həmin qanunun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməklə və yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, zərərçəkənə “təcili tibbi yardm” maşını çağırmalı, zərərçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, Bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək idarəetməni itirərək yolun sağında avtobus dayanacağında dayanmış piyada Zərərçəkmiş şəxs1 vurduqdan sonra idarə etdiyi avtomobil sürüşərək yolun sağında dayanmış X6 etibarnamə əsasında idarə etdiyi “Mitsibishi Bajero” markalı **-TD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçmış, onun bu ehtiyyatsızlığı nəticədə piyada Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, onurğanın L1 fəqərəsinin kompresion qapalı sınığı, başın sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, burun, sol yanaq, alt çənə, boyun, sağ və sol diz oynağı nahiyyələrinin sıyrıqları, burun, sol bazu, sağ bazu və bud nahiyyələrinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır bədən xəsarərtləri almasına, “Mitsibishi Bajero” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində avtomobilin sahibi X10 3.325.24 (üç min üç yüz iyirmi beş manat iyirmi dörd qəpik) manat, “Opel-Astra” markalı **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs2 430 (dörd yüz otuz) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən fərdi evdə valideynləri ilə birlikdə yaşayır. O, işləmək məqsədi ilə tez-tez Beyləqan rayonundan Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində həmkəndlisi Şahid1 etibarnamə əsasında idarə etdiyi “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə müştəri daşımışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində o, sahillə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə Sahilin avtomobilində gəlmişlər, o, sahillə ceyhunu Sulutəpə dairəsində düşürüb avtomobili təmir etdirmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsindən “VAZ”ın dairəsi deyilən istiqamətində hərəkət edərək Abşeron rayonu, Gənclər şəhərciyinin qarşısına gəlmiş və orada köməkçi yolda avtobus dayanacağının yaxınlığında idarə etməni itirərək yolun sağında dayanmış piyada qadını vurmuş və avtomobil dövrə vuraraq qarşıda dayanmış “Mitsibishi Bajero” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymişdir. Sonra mən avtomobildən düşüb avtomobillə vurduğu qadına yaxınlaşmışdır. Bundan sonra oraya təcili tibbi yardım maşını gəlib həmin qadını xəstəxanaya apardı. Hadisə yerinə polis əməkdaşları gəldiyi üçün o, hadisə yerindən qaçaraq getmiş və oradan Sulutəpə dairəsinə ordan da Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gedərək yol-nəqliyyat hadisəsi tötətməsi ilə bağlı bildirmişdir. Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları ilə Abşeron rayon polis idarəsinə getmişdir. Sonda ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron ryonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi, ev 5-də yaşayır. Bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə “Mıtsubıshı Pajero” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobili almış və həmin avtomobil qeydiyyat şəhadətnaməsi əsasında onun mülkiyyətindədir. “Mitsubishi Pajero” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair qardaşı X2 üçün etibarnamə vermiş və ehtiyacı olduqda Elçin avtomobili idarə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Abşeron rayonu, Xırdalan şəhri, “Gnclər şəhərciyinin” qarşısında 1-ci girişdə avtobus dayanacğının yanında yolun sağ hissəsində ona məxsus olan “Mıtsubıshı Pajero” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə “Opel Astra” markalı avtomobilin toqquşduğunu görüb ora yaxınlaşmışdır. Həmin vaxtı “Opel Astra” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olan zaman idarə etməni itirmiş və həmin vaxtı orada avtobus dayanacağında bir nəfər qadını vurmuş və bundan sonra yolun sağ hissəsində dayanamış vəziyyətdə olan ona məxsus “Mıtsubıshı Pajero” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə vurub dayanmışdır. Həmin vaxtı avtomobilində heç kim olmamış və avtomobilin əzilməsi nəticəsində ona təxminən 5000 manatdan çox maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Gənclər şəhərciyi ev 30 mənzil 7-də yaşayır.Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhərindən işdən çıxıb 119 saylı marşurut xətti üzrə hərəkət edən avtbusla evinə gedən zaman avtobus Abşeron rayonu, Gənclər şəhərciyində şəhərciyin qarşısında dayanacaqda dayanmışdır. O, avtobusdan yerə düşən zaman sağ yan tərəfindən markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onu vuraraq yerə yıxmışdır. Həmin vaxtı o, bel və baş nahiyyəsindən xəsarət almış və orada olan tanımadığı şəxslərin köməkliyi ilə Bakı şəhəri, X18 aparılmışdır. O, bir neçə gün xəstəxanada müəlicə olunmuşdur. Hazırda şikayətçidir. Dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, mənzil 16-da yaşayır. Bildirirmişdir ki, təxminən 6 ay bundan əvvəl o, Gürcüstan Respublikasından “Opel Astra” markalı avtomobil alıb Azərbaycan Respublikasına gətirmişdir. O, Gürcüstan Respublikası vətəndaşı olduğu üçün həmin avtomobili dostu Şahid2 qohumu X8 adına sənədləşdirmiş və avtomobilə ** TR *** dövlət nömrə nişanı verilmişdir. X23 Səfərovun adına həmin “Opel- Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermişdir. O, 5 ay əvvəl “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 icarəyə vermişdir. Şahid1 hər gün ona 25 manat ödəniş etmişdir. 2020-ci ilin mart ayının 8-də Sahil ona zəng edib Abşeron rayonu, Xırdalan şəhərində adını bildirmədiyi dostunun “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə adam vurduğunu bildirmişdir. Bundan sonra onun avtomobildən xəbəri olmamışdır. Hazırda şikayətçidir. Dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi ev 80D, mənzil 12-də yaşayır. Zərərçəkmiş şəxs2 onun dostudur və aralarında yaxşı münasibələri vardır. Bildirmişdir ki,təxminən 6 ay bundan əvvəl Zərərçəkmiş şəxs2 Gürcüstan Respublikasından “Opel-Astra” markalı avtomobil alıb Azərbaycana gətirmişdir. Zərərçəkmiş şəxs2 Gürcüstan Republikasının vətəndaşı olduğu üçün “Opel-Astra” markalı avtomobil yaxın qohumu X8 adına rəsmiləşdirmiş və həmin avtomobilə ** TR *** dövlət qeydiyyat nömrə nişanı verilmiş və onun adına mülki etibarnamə ilə verilmişdir. Zərərçəkmiş şəxs2 həmin “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qalmaq şərti ilə Şahid1 etibarnamə ilə vermişdir. Sonradan Sahildən eşitmişdir ki, həmin avtomobillə yolnəqliyyat hadisəsi törətmişdir. Qeyd etmişdir ki, “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qohumu X8 adına rəsmiləşdirilsədə avomobilin faktiki sahibi Zərərçəkmiş şəxs2dur.həmçinin Samir Səmədov avtomobilə görə ona mülki etibarnamə vermiş və o, etibarnamə əsasında avtomobili icbari sığorta etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, o, təxminən 5 ay bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs2 “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb Bakı şəhəri, Biləcəri qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobil ona sürmək üçün etibarnamə əsasında verilmiş və etibarnamə Şahid2 adından ona verilmişdir xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində sərxoş olduğu üçün avtomobili idarə etməyi həmkəndlisi Təqsirləndirilən şəxs vermişdir. Elmir həmin vaxtı onu və əmisi oğlu X14 Mehdiabad qəsəbəsindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə gətirmişdir. O, və əmisi oğlu Ceyhun Sulutəpə qəsəbəsində avtomobilən düşmüşlər və Elmir işi olduğunu bildirib avtomobillə çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Elmir ona zəng Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər” şəhərciyinin qarşısında avtomobillə adam vurduğunu və avtomobili orada qoyub hadisə yerindən qaçdığını bildirmişdir. O, həmin vaxtı qorxduğu üçün “102” xidmətinə zəng edib avtomobiliNin Elmir tərəfindən qaçırılması barədə məlumat vermiş və taksi ilə hadisə yerinə gəlmişdir. Həmin vaxtı orada etibarnamə əsasında idarə etdiyi “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında Pajero markalı avtomobilə dəydiyini görmüşdür. Orada olan şəxslər “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulan bir nəfər qadının xəstəxanaya aparıldığını bildirmişlər. Qeyd etmişdir ki, avtomobili Elmirə o, özü vermişdir, Elmir avtomobili qaçırmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X3 Nazim Vaqif oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 508 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X5 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, onurğanın L1 fəqərəsinin kompresion qapalı sınığı, başın sol təpə nahiyyəsinin əzilmişcırılmış yarası, burun, sol yanaq, alt çənə, boyun, sağ və sol diz oynağı nahiyyələrinin sıyrıqları, burun, sol bazu, sağ bazu və bud nahiyyələrinin qançırları; bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxx 2020-ci il tarixli 8/159 saylı rəyindən görünür ki, 1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü; Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə yardım etmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2020-ci il tarixli, 2/2600 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İbtidai isintaq zamanı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmamasını və onun sürücülük hüququndan məhrum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə sorğu edilmişdir. Azərbaycan Respublikası DİNnin BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan Beyləqan rayin İHB-nın Birinci Şahsevən kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Səkinə İsayeva, xx.xx.2014-ci il təvəllüdlü Aytac İsayeva və xx.xx.2017-ci il təvəllüdlü Ayxan İsayev adlı üç azyaşlı övladı var. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə arayışından görünür ki, İsayev X7 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 1 il 8 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar resediv yaratmır. Məhkəmənin sorğusuna Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş arayışdan görünür ki,İsayev X7 rayon məhkəməsinin l(020)-49/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu 5 ay 22 gün müddətin hər bir günü iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində qəti olaraq 1 il 6 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sözügedən hökm xx xxxxxxx 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum xx xxxxxxx 2020-ci il tarixdə şöbəyə gəlmiş, onunla fərdi söhbət aparılmış, ona hökmün icrası ilə əlaqədar məsuliyyəti, hüquq və vəzifələri izah olunaraq qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından xx xxxx 2021-ci il tarixə 1 il 1 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş X10 məxsus “Mitsibishi Pajero” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş ziyanı müəyyən etmək üçün və Zərərçəkmiş şəxs2 məxsus “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə mütəxəssis tərəfindən baxış keçirilmiş və qiymətləndirmə ilə bağlı akt alınmışdır. “DİESEL SERVİCE”-nin xx.xx.2020-ci il tarixli Qüsur Aktından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Opel-Astra” markalı ** TR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş ziyan 450 (dörd yüz əlli) manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli Qüsur Aktından görünür ki, X10 məxsus “Mitsibishi Bajero” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş ziyan 3.325.24 (üç min üç yüz iyirmi beş manat iyirmi dörd qəpik) manat müəyyən edilmişdir. İş materilarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş, xx.xx.2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.1və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta gətirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərdən birinin ehtiyatsızlıqdan, digərinin isə qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, yəni yaşadığı yer üzrə onun müsbət xarakterizə olduğunu, təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Ayxan, xx.xx.2013-cü il təvəllüdlü Səkinə, xx.xx.2014-cü il təvəllüdlü Aytac adlı 3 azyaşlı övladı var. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməllərini etiraf edərək, əməlindən peşmançılıq çəkməsini və himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qanunvericiliyə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs oğlunun barəsində olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Beyləqan Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi ilə Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla qismən birləşdirilməli, ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir ) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 ( yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01(bir) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasi təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 il (iki) il (06) altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə hazırki hökmlə təyin edilmiş 02 il (iki) il (06) altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Beyləqan Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 01 (bir ) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-in 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 06 (altı) ay 29 (iyirimi doqquz) gün hissəsi ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 02 il (iki) il (06) altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 ( yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-124/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-124/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver