Məhkəmə qərarları › İş №1(012)-124/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-124/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-124/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham Aktı ilə Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuş, Abşeron rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(012)-124/2022 nömrəli hökmü ilə (sədrlik edən Quliyeva Sevinc Məhəmməd qızı ) xx.xx.1994-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdən xx.xx.2021 -ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalında həbs edilməsi, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunması, narkoloji dispanserdə qeydiyyata alınması, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə də baxılır. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı2 ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməsi və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, cinayət işində olan prosessual sənədlərdə müdafiəçi X2 iştirakı qeyd olunsa da, müdafiəçinin həmin prosessual hərəkətlərdə iştirakı təsdiq edilməmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, müdafiəçi X4 ona hüquqi xidmət göstərilməsi üçün vəkil kimi təyin edilsədə müdafiəçi müəyyən prosessual hərəkətlərdə iştirak etməmişdir. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısının ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməsi və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatəti təmin edilməlıdır. Belə ki, cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Abşeron rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1 (012)-124/2022 nömrəli hökmü ilə (Sədrlik edən Quliyeva Sevinc Məhəmməd qızı ) xx.xx.1994-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdən xx.xx.2021 -ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalında həbs edilməsi, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunması, narkoloji dispanserdə qeydiyyata alınması, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(012)-124/2022 nömrəli hökmünün ləğv edilməsini, barəsində həbslə bağlı olmayan cəza tətbiq edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-644/2021 nömrəli məhkəmənin hazırlıq iclasının qərarı və 1(012)-124/2022 nömrəli, 10 mart 2022-ci il tarixli hökmü ləğv edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Həmçinin Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Süleyman Əsədov barəsində müvafiq təsir tədbirləri görülməsi üçün xüsusi qərar çıxarılmışdır. Məhkəmə hazırlıq iclasında cinayət işində olan prosessual sənədlər araşdırarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir: İş materiallarına olan xx.xx.2021 -ci il tarixli qərardan görünür ki, Abşeron rayon RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Sabit Yusifov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir.(səh.22) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli orderdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Abşeron rayon vəkil Bürosunun vəkili X4 müdafiəçi qismində dəvət edilmişdir.(səh.23) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təyin edilməsi məqsədi ilə Abşeron RPŞ-nin İŞnin müstəntiqi, polis kapitanı Süleyman Əsədova ərizə ünvanlamışdır. İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə” protokoldan görünür ki, Abşeron rayon vəkil Bürosunun vəkili X4 şübhəli şəxsə təqdim edilmiş və şübhəli şəxsin müdafiəçiyə etiraz olmamışdır. Müdafiəçi tərəfindən həmin protokol imza edilməmişdir.(səh. 50) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə Azərbaycan Respublikası CPM- nin 107.3-cü maddəsində göstərilmiş şəxslərəprokurora, müstəntiqə, ekspertə, müdafiəçiyə, həmin məcəllənin 90-cı maddəsində nəzərdə tutulmuş etiraz hüququnu və etirazın edilmə qaydasını izah olunmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsada müdafiəçi tərəfindən protokol imza edilməmişdir, (səh 51) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə diskə baxış keçirilmişdir. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh. 54) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, ancaq müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh.55) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "şübhəli şəxsin ekspertiza təyin edilməsi haqqında qərarla tanış və hüquqlarının izah olunması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ona ekspertiza ilə bağlı hüquqları izah olunmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsada müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh. 58) İş materiallarında olan xx.xx.2021 -ci il "şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokoldan görünü ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ekspert rəyi ilə tanış olmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh 59). İş materiallarında olan xx.xx.2021 -ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yenidən hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təyin edilməsi məqsədi ilə Abşeron RPŞnin İŞ-nin müstəntiqi, polis kapitanı Süleyman Əsədova ərizə ünvanlamışdır.(səh 60) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qərar təqsirləndirilən şəxsə müdafiəçisi X2 iştirakı ilə təqdim olunduğu qeyd edilmişdir. Həmin qərarın alınmasında müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən imza edilməmişdir.(səh 61-62). İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 107.3-cü maddəsində göstərilmiş şəxslərə-prokurora, müstəntiqə, ekspertə, müdafiəçiyə, həmin məcəllənin 90-cı maddəsində nəzərdə tutulmuş etiraz hüququnu və etirazın edilmə qaydasını izah olunmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsada müdafiəçi tərəfindən protokol imza edilməmişdir, (səh 64) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokoldan görünür ki, Abşeron rayon vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsə təqdim edilmiş və təqsirləndirilən şəxsin rrlüdafiəçiyə etiraz olmamışdır. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən protokol imza edilməmişdir, (səh 65) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxsə ittiham elan edilmiş, qərar ona təqdim edilmiş hüquq və vəzifələri izah edilmiş və bu barədə bildirişi ona təqdim etmişdir. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən protokol imza edilməmişdir, (səh 66) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxsin "insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” və "təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair” bildirişlərdən görünür ki, ona hüquqları izah edilmişdir. Həmin bildirişlərdə müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən bildirişlər imza edilməmişdir, (səh 67-69) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmişdir.Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən protokol imza adilməmişdir, (səh 73) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar təqsirləndirilən şəxsə müdafiəçisinin iştirakı ilə təqdim edilmişdir. Həmin qərarın alınmasında müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən imza edilməmişdir, (səh 83) İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərarla tanış və hüquqlarının izah olunması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ona ekspertiza ilə bağlı hüquqları izah olunmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsada müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh.86) İş materiallarında olan xx.xx.2021-ci il tarixli "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokoldan görünü ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ekspert rəyi ilə tanış olmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsada müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh 100). İş materiallarında olan xx.xx.2021 -ci il tarixli "ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermək haqqında” protokoldan görünür ki, istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə bildirilmişdir. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh 110). İş materiallarında olan xx.xx.2021-ci il tarixli "cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmə haqqında” protokoldan görünür ki, cinayət işi üzrə materialları Təqsirləndirilən şəxs və müdafiəçisi X3 tanış olması üçün təqdim etmişdir və tanış olma hüququ izah olunmuşdur. Həmin protokolda müdafiəçinin iştirakı qeyd olunsada müdafiəçi tərəfindən protokol imza edilməmişdir.(səh 111). Abşeron RPŞ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Süleyman Əsədov yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verməklə ibtidai istintaq aparmış və ittiham aktı tərtib edərək cinayət işini birinci instansiya məhkəməsinə göndərmişdir. Belə ki, yuxarıda qeyd edilən prosessual sənədlərdə müdafiəçi X2 iştirakı qeyd olunsa da, müdafiəçinin həmin prosessual hərəkətlərdə iştirakı təsdiq edilməmişdir. Belə olan halda aydın olur ki, cinayət işində müdafiəçi qismində işə buraxılmış və bir sıra prosessual hərəkətlərin keçirilməsində müdafiəçi qismində iştirak etmiş müdafiəçi xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs dair istintaq və prosessual hərəkətlər müdafiəçinin iştirakı olmadan aparılmış, zəruri istintaq hərəkətlərinin bir gün ərzində başlanıb tamamlanması isə Təqsirləndirilən şəxs həqiqətəndə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilmədiyini və müvafiq imkan yaradılmadığını təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə görə cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək; öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. 91.4-cü maddəsinə görə müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5-ci maddəsinə görə təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:.. 91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək. 224.1-ci maddəsinə görə müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir. 224.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. 233.1-ci maddəsinə görə müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır. 233.5-ci maddəsinə görə təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. 233.5-1-ci maddəsinə görə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cinayət-Prosessual Qanunvericilik öz müdafiəsini hazırlamaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verməyi və imkan yaratmağı, habelə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməni və ya onun dindirilməsinin vəkilin iştirakı olmadan davam etdirilməsinin yolverilməzliyini tələb edir. Bunun hər hansı bir formada pozulması isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və yaşərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10cumaddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Təsvir olunanlarla müəyyən edilir ki, yuxarıda qeyd olunan həmin nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulan kobud pozuntuya, yəni Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3 və 303.3.1-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.1-ci maddəsində nəzərdə tutulan kobud pozuntuya) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Süleyman Əsədovun 15 oktyabr 2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(012)-124/2022 nömrəli hökmü ilə onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbs edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və həbsdən azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar