Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-124/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi ev-3 mənzil 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksinin yaxınlığında istintaqa məlum olmayan mənbədən bir ədəd 1965-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibirli, «MA- 8516» nömrəli «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı avtomat döyüş silahını, 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalidrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı darağı və 29 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli, “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan patronu qanunsuz olaraq əldə edib, ağ-qara- qırmızı damaları olan parça materialdan hazırlanmış çantada saxlayaraq üzərində gəzdirməklə daşımış, Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının 19 aprel 2023-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksi yaxınlığında saxlanıraq Abşeron rayon polis isdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən ondan qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd avtomat silahı, bir ədəd avtomat silaha məxsus daraq və iyirmi doqquz ədəd avtomat patronu aşkar edilib götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olub, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki fərdi yaşayış evində yaşayır. Təxminən 20 gün əvvəl Abşeron rayon Xırdalan “AAAF-park” yaşayış kompleksinin yaxınlığındakı zibilxananın yanından keçərkən dama-dama parçadan olan çantada nə isə oluduğunu hiss etmiş və həmin çantaya yaxınlaşıb içərisinə baxmış, çantada “Kalaşnikov” markalı avtomat silahı, yanında da 1 ədəd avtomat darağı və xeyli sayda patron olduğunu görüb, həmin çantanı içindəki silah-sürsatla birlikdə götürüb tez oradan uzaqlaşmışdır. Sonra həmin çantanı bükərək, yaşadığı evə aparıb gizlətmişdir. xx.xx.2023-cü il tarixdə həmin silahdan atəş açıb yoxlamaq üçün çanta ilə birlikdə götürüb kənar ərazilərdən birinə, yəni adamların olmadığı kimsəsiz yerə getmək üçün evdən çıxıb piyada hərəkət etməyə başlamışdır. Abşeron rayonu Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, o, qanunsuz olaraq silah daşımasında və gəzdirilməsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron RPİ-nə dəvət etmişlər. O da razılaşıb polislərlə birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, oradakı otaqların birində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunaraq üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da əlində olan ağ-qara-qırmızı damalı rəngli çantasındakı bir ədəd taxta qundaqlı “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir darağı və avtomat silahına aid olan 29 ədəd güllələri təqdim etmişdir. Bundan sonra, polislər yenə onun üzərində şəxsi axtarış aparsalar da qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bunun ardınca polislər ondan həmin silah-sursatı necə əldə etdiyini soruşmuşlar. O da içərisində həmin silah-sursat olan çantanı 20 gün əvvəl Abşeron rayon Xırdalan “AAAF-park” yaşayış kompleksinin yaxınlığındakı zibilxananın yanından keçərkən tapdığını bildirmişdir. Bundan sonra, polislər onun təqdim etdiyi həmin avtomat silaha, darağa və patronlara baxış keçirib ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırıb götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin protokolda yazılanların doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi ev-3, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə məlumat alıb, həmin məlumatı idarə rəhbərliyinə məruzə etdikdən sonra bəzi sənədləşmə işləri aparıb, iş yoldaşı Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin məlumatın dəqiqliyini yoxlamaq üçün saat 16 radələrində avtomobilə minərək Təqsirləndirilən şəxs yaşadığı ünvan istiqamətində getmişdir. Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksinin yaxınlığında olduqları vaxt Təqsirləndirilən şəxs əlində ağ-qaraqırmızı damalı rəngdə çanta ilə piyada getdiyini görüb, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncuya qanunsuz silah saxlamaqda şübhəli olduğunu söyləyib üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Abşeron RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əlindəki çantada bir ədəd avtomat silahı və 29 ədəd patron olduğunu deyib, heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Onlar bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra inzibati binanın xidməti otaqlarının birində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini söyləmişlər. Bundan sonra həmin otağa təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əlindəki çantasını açıb oradan bir ədəd taxta qundaqlı “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir darağı, 29 ədəd patronu götürüb təqdim etmiş və həmin silah-sürsatı təxminən 20 gün əvvəl Abşeron rayon Xırdalan “AAAF-park” yaşayış kompleksinin yaxınlığındakı zibilxananın yanından keçərkən elə həmin dama-dama parçadan olan çantanın içərisində aşkar etdiyini və özü ilə götürüb yaşadığı evə aparıb gizlətdiyini, xx.xx.2023-cü il tarixdə həmin silahdan atəş açıb yoxlamaq üçün silahı çanta ilə birlikdə götürüb kənar ərazilərdən birinə gedərkən Abşeron rayonu Xırdalan şəhəri “AAAF-park” yaşayış kompleksinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da həmin vaxtı sonuncunun üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Bunun ardınca onlar Namiqin təqdim etdiyi həmin avtomat silahına, darağa və patronlara baxış keçirmişlər. Sonra həmin avtomat silahı, daraq və patronlar ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar həmin protokolda yazılanların doğru olduğunu imzalarımızla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əlindəki ağ-qara-qırmızı damalı rəngli çantasından bir ədəd taxta qundaqlı “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir darağın və avtomat silahına aid olan 29 ədəd patronun aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin KTİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 20/303 №-li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd «MA-8516» nömrəli silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 7,62 mm kalibirli “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatdır, yivli-odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Təqdim edilmiş 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalidrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır və istifadəyə yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 29 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar. Tədqiqata təqdim olunmuş 29 ədəd 5,45x39 mm kalibirli patronlardan 03 ədədi esperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarından görünür ki, bir ədəd «Kalaşnikov» konstruksiyalı AKM modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalidrli patron tutumuna malik istifadəyə yararlı daraq və 29 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patron saxlanılması üçün Abşeron RPİ-nə təhvil verilmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əlindəki ağ-qara-qırmızı damalı rəngli çantasından bir ədəd taxta qundaqlı “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir daraq və avtomat silahına aid olan 29 ədəd patron aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2007-ci ildə Bakı şəhər, Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsi tətbiq edilməklə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarına əsasən 05 ay, 29 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2014-cü ildə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarına əsasən 05 ay, 29 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı ildə cəzasını tam çəkmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunur. İş materiallarında olan Abşeron RİH MKTİİTB 4 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2965 nömrəli möhürlə təsdiqlənmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Rəhimov X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 3, mənzil 3 ünvanında qeydiyyatdadır və yaşayır. Yaşadığı müddət ərzində onun haqqında 4 saylı MTİİTS-nə heç bir şikayət və ərizə daxil olmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 yanvar 2018-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X1 məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd «Kalaşnikov» konstruksiyalı AKM modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalidrli patron tutumuna malik istifadəyə yararlı daraq və 29 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd «Kalaşnikov» konstruksiyalı AKM modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalidrli patron tutumuna malik istifadəyə yararlı daraq və 29 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patron xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva