Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-124/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1998-ci İsmayıllı rayonu, Sumağallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Sumağallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyul 2023-cü il tarixdə saat 18:14-dən saat 19:21-dək olan müddət ərzində həmkəndlisi Zərərçəkmiş şəxs kirayədə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində olan zaman, sonuncunun mobil telefonunda olan LeoBank mobil tətbiqinə daxil olaraq, Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə məxsus 4098- 5844-6201-5775 nömrəli “Leobank” plastik kartından özünün adına olan "xxxx" ASC-yə məxsus “Leobank” plastik kartına xx.xx.2023-cü il tarixdə, saat 18:14-də 500 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:15-də 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:18-də 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:19-da 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:20-də 20 manat və xx.xx.2023-cü il tarixdə, saat 19:21-də 20 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 940 manat pulu elektron məlumat daşıyıcısından istifadə etməklə köçürüb gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs 940 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Valehi təxminən 20 ildən çoxdur ki, tanıyır. Onların arasında normal münasibət olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 23 iyul 2023-cü il tarixdə şəxsi işləri üçün Bakı şəhərində gəlmişdir. Bakı şəhərinə gəlmişkən həmkəndli Valehi də görmək istəmişdir. Həmçinin onun Zərərçəkmiş şəxs Abşeronda işləməsindən və orada yaşamasından xəbəri olmuşdur. Düşünmüşdür ki, bir neçə gün də Valehin yaşadığı evdə qalıb kəndə geri qayıtsın. Buna görə də o, Valehlə əlaqə saxlayıb bir müddət qalıb-qala bilməyəcəyini soruşmuşdur. Valeh də evdə tək yaşadığını deyib ona gəlib qala biləcəyini bildirmişdir. Beləcə 23 iyul 2023-cü il tarixdə o, Valehin yaşadığı evə gəlmiş və onlar birlikdə qalmışlar. Təxminən 24 iyul 2023-cü il tarixdə o, Valehdən 50 manat borca pul istəmişdir. Valeh də üzərində nağd pul olmadığını, kartında pul olduğunu və yalnız gedib ATM-dən çıxarıb verə biləcəyini demişdir. Bu məqsədlə o, Valehlə birlikdə Hökməli qəsəbəsində yerləşən Azpetrol YDM-in yaxınlığındakı ATM-in yanına getmişdir. Orada olan zaman Valeh kartından 50 manat çıxararaq nağd şəkildə borc olaraq ona vermişdir. 25 iyul 2023-cü il tarixdə, saat 18 radələrində evdə Valehlə olan zaman pula ehtiyacı olduğu üçün borca pul istəmişdir. Həmin gün günortadan Valehlə yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etmiş və hər ikisi də sərxoş olmuşlar. Həmin gün saat 18 radələrində o, Valehdən borca pul istəmişdir. Valeh isə pulu olmadığı üçün ona borca pul verməyə razılaşmamışdır. Lakin o bildirmişdir ki, Valehin kartında pulu var yalandan ona borc verməmək üçün pulu olmadığını demişdir. O da düşünmüşdür ki, Valehin içkili olmasından istifadə edib telefonundakı Leobank proqramına girərək kartından pulu öz adına olan 4098-5844-9798-4672 nömrəli Leobanka məxsus bank kartına köçürər. Valeh ona güvəndiyi üçün telefonunu icazəsiz istədiyi vaxt götürə bilirmiş. Evdə olan zaman Valehin telefonunu götürüb Leobank proqramına girmişdir. O, öz telefonunda olan Leobank proqramının parolunu mobil nömrəsinin son 4 rəqəmi olan 1058 nömrəsini təyin etmiş və düşünmüş ki, Valeh də telefon nömrəsi olan ***-***-**-** nömrəsinin son 4 rəqəmi olan 6999 nömrəsini təyin edər. O, “Leobank” prqramına girib həmin 4 rəqəmi yoxlamışdır. Həqiqətən də həmin 4 nömrə Valehin “Leobank” proqramının parolu çıxmışdır. O, proqrama daxil olanda kartda 900 manatdan çox pul olduğunu görmüşdür. İçkili olduğu üçün neçə dəfəyə olması yadında olmamış, amma ümumilikdə Valehin kartından öz kartına 950 manata yaxın pul köçürmüşdür. Bundan sonra o, Valehə demişdir ki, dostları onun kartına pul göndərib gedək yeyib içməyini davam edək. Bir evdən çıxıb həmin səhərə kimi yeyib içib əylənmiş və həmin pulu yeyib içib əylənməkdə xərcləmişdir. Həmin gündən bir neçə gün sonra Valeh ondan soruşmuşdur ki, kartından öz kartına pul atmışdır ya yox? O, ilk olaraq etiraf etməmişdir. Sonra Valeh ona Leobank proqramında olan çıxarışı göstərdikdə o, artıq boynuna almamağın mənasının olmadığını görmüşdür. Ona görə də Valehə kartından öz kartına pul köçürməyi etiraf etmişdir. O, törətdiyi əməldən peşman olmuşdur. O, dekabr ayının sonuna kimi pulu Valehə qaytaracağına söz vermişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Əməlindən peşmançılıq çəkir. Xahiş edir ki, ona yüngül cəza təyin edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, Qəribi təxminən 20 ilə yaxındır ki, tanıyır. Onların aralarında normal münasibət olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2022-ci il axırlarından o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mebel sexində usta işlədiyi üçün işi ilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsində kirayədə yaşayırmış. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Bakı şəhərində iş tapmaq üçün şəhərə gəldiyini, lakin qalmağa yerinin olmadığını bildirib bir müddət onunla qalıb-qala bilməyəcəyini soruşmuşdur. O da evdə tək yaşadığından və Qəribi tanıdığından sonuncuya gəlib qala biləcəyini söyləmişdir. Beləcə xx.xx.2023-cü il tarixdə Qərib yaşadığı evə gəlmiş və onunla birlikdə qalmışdır. Təxminən xx.xx.2023-cü il tarixdə Qərib ondan 50 manat borca pul istəmişdir. O da üzərində pul olmadığını və yalnız gedib ATM-dən çıxarıb verə biləcəyini demişdir. Bu məqsədlə o, Qəriblə birlikdə Hökməli qəsəbəsində yerləşən “Azpetrol” YDM-in yaxınlığındakı ATM-in yanına getmişlər. Orada olan zaman o, Qəribin yanında telefonun kilidini açdığından sonuncu mobil telefonunun şifrəsini görmüşdür. Həmçinin mobil telefonunun şifrəsi ilə “Leobank” tədbiqinin şifrəsi eyni olmuşdur. Bundan sonra o, kartdan 50 manat çıxararaq nağd şəkildə borc olaraq Qəribə vermişdir. xx.xx.2023-cü il tarixdə o, işə gedən zaman “Leobank” tədbiqini açaraq özünə mobil kontur balansı yükləmək istədikdə kartında 5 manat 66 qəpik pul olduğunu müəyyən etmişdir. Bundan sonra “Leobank” tədbiqində olan əməliyyatlar tarixçəsinə baxdıqda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 18:14-dən 19:21-dək olan müddət ərzində ona məxsus “Leobank”a aid 4098 5844 6201 5775 nömrəli kartından Qərib Q. adlı hesaba ümumilikdə 940 manat pul köçürülmüşdür. Belə ki, onun hesabından 958 manat 80 qəpik çıxarılsa da, həmin məbləğin 18 manat 80 qəpiyi köçürülmə olaraq bank tərəfindən komisya olaraq tutulmuşdur. O, bunu bildikdən sonra həmin gün günorta evə qayıtdıqda Qəribdən nəyə görə pulunu oğurladığını soruşmuşdur. Qəribdə ilk öncələr etdiyi əməli etiraf etməsə də, sonradan o, çıxarışı göstərdikdə Qərib kartdan pul oğurladığını etiraf etmiş və 2-3 saata pulunu qaytaracağını demişdir. O da razılaşmış və daha sonra işə getmişdir. Lakin bundan 2-3 saat sonra evə qayıtdıqda Qəribin evdə olmadığını görmüş və nə qədər zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. O da məcbur olub bu barədə ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs pulunu ələ keçirdiyi gün, yəni xx.xx.2023-cü il tarixdə ona dostlarının 500 manat pul göndərdiyini deyib qonaqlıq da vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:14-dən 19:21-dək olan müddət ərzində ona məxsus “Leobank”a aid 4098 5844 6201 5775 nömrəli kartımdan ümumilikdə 940 manat pulu oğurlamaqla ona həmin məbləğdə maddi ziyan vurmuşdur. İlkin izahatını verən zamanı hesabından çıxarılan pulu dəqiq olaraq hesablamadığı üçün ola bilsin ki, səhv izahat vermişdir. Lakin onun hesabından ümumilikdə 958 manat 80 qəpik çıxarılmış, həmin pulun 940 manatı Qəribin hesabına köçürülmüş, 18 manat 80 qəpik isə komisya olaraq tutulmuşdur. Həmin çıxarışlar telefonunda olan “Leobank”ın tədbiqində qaldığından o, təqdim etmişdir. Hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın çağrışından yayındığına görə onun barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Abşeron RPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın çağrışından yayındığına görə onun barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, Abşeron RPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri nəzərə alınməşdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq məhkəməyə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, Abşeron RPİnin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 11 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, cəmi 08 ay 22 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 11 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 08 ay 22 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-124/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-124/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver