Məhkəmə qərarları › İş №1(012)-125/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-125/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-125/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və hal-hazırda məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Zəngilan şəhəri, H.Hacıyev küçəsi ev 1-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda,bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ayrıayrılıqda çəkiləri 43,969qram və 52.705 qram, ümumi çəkisi 96.401 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixatrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 28.964 qram çəkidə psixatrop maddə metanfetamini qanunsuz əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evinə gətirərək həmin evdə saxlamış, xx.xx.2020-ci il tarixdə 01 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onun yaşdığı ünvana baxış keçirilən zaman evin giriş hissəsinin sağ tərəfində yerləşən yataq otağında olan çarpayının üzərində olan balıncın altından həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 43,969qram, və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 52.705 qram, ümumi 96.401 qram çəkidə narkotik vasitə olan heroin və həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 28.964 qram çəkidə psixatrop maddə metanfetamin polis əməkdaşları tərəfindən aşakar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1523 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs... yazısı olan paketdə 01(bir) ədəd şəffav poletilen bükümdə təmiz çəkisi 43.696qram açıq qəhvəyi rəngli daşlaşmış vəziyyətdə maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd üzəri şəffav yapışqan lentlə bağlanmış və qara rəngli poletilendə qablaşdırılmış 2(iki)şəffav poletilen bükümdə təmiz çəkisi 52.705 qram tünd qəhvəyi rəngli toz şəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 28.964 qram ağ kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixiatrop maddə metanfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 96.401 qram təşkil edir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş siyahıya əsasən heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfemin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilənpsixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1). İş üzrə keçirilmiş ambulator məcburi narkoloji müayinənin xx xxxxxxx 2020-ci il tarixli 2988 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Abşeron RPİ-in CAŞ-in NMQ-in baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Məmmədlinin xx xxxxxx 2020-ci il tarixli raportunda və əməliyyataxtarış tədbirinin keçirilməsi barədə eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə məlumat olmuşdur. Əməliyyat tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs evindən bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 43.969 qram və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 52.705 qram, ümumi 96.401 qram çəkidə narkotik vasitə olan heroin və həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 28.964 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X1 vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, iş üzrə ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ayrı-ayrılıqda çəkiləri 43.969 qram və 52.705 qram, ümumi çəkisi 96.401 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixatrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 28,964 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evinə gətirərək həmin evdə saxlamış, xx.xx.2020-ci il tarixdə, 01 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onun yaşadığı ünvana baxış keçirilən zaman evin giriş hissəsinin sağ tərəfində yerləşən yataq otağında olan çarpayının üzərində olan balıncın altından həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 43,969 qram, və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 52.705 qram, ümumi 96.401 qram çəkidə narkotik vasitə olan heroin və həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 28.964 qram çəkidə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə həmin heroini və psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsini göstərmişdir ki, bu da işin obyektiv hallarına uyğun deyildir. Halbu ki, iş üzrə telefon danışıqlarının götürülməməsi, bu barədə sorğu verilməməsi, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının olması, habelə narkotik vasitələrin müxtəlifliyi, ayrı-ayrı bükümlərdə olması, miqdarının çoxluğu Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olmasının göstəriciləridir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək saxladığı psixotrop maddə olan metafetaminin miqdarı şəxsi istehlak miqdarından bir neçə dəfə, külli miqdardan isə bir neçə dəfə artıq olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs evində axtarış zamanı küllü miqdarda - bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 43.969 qram və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 52.705 qram, ümumi 96.401 qram çəkidə narkotik vasitə olan heroin və həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 28.964 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi təqsirləndirilən şəxsin evində axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, sonuncunun narkotik vasitə olan heroini və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hallardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bunları nəzərə alaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin rədd edilməsini xahiş etdilər. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin müstəntiqi X4 oğlu tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda,bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ayrı-ayrılıqda çəkiləri 43,969qram və 52.705 qram, ümumi çəkisi 96.401 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixatrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 28.964 qram çəkidə psixatrop maddə metanfetamini qanunsuz əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evinə gətirərək həmin evdə saxlamış, xx.xx.2020ci il tarixdə 01 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onun yaşdığı ünvana baxış keçirilən zaman evin giriş hissəsinin sağ tərəfində yerləşən yataq otağında olan çarpayının üzərində olan balıncın altından həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 43,969qram, və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 52.705 qram, ümumi 96.401 qram çəkidə narkotik vasitə olan heroin və həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 28.964 qram çəkidə psixatrop maddə metanfetamin polis əməkdaşları tərəfindən aşakar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə onun barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yanlış olaraq Təqsirləndirilən şəxs hazırki ittihamın irəli sürülməsi üçün toplanmış sübutların kifayət olması qənaətinə gəlinmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Bundan başqa, həmin Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİ-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarı isə 02 qram və daha artıq miqdar təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 43.969 qram və bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 52.705 qram, ümumi 96.401 qram çəkidə narkotik vasitə olan heroin və həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə 28.964 qram çəkidə psixotrop maddə metamfetamin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar qeyd olunan Siyahıya uyğun olaraq, külli miqdar çəkisinə uyğun gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.” Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. 159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, xx.xx.2021-ci il tarixədək uzadılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın; Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, xx.xx.2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar