Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-125/2022 08.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, ev 14, mənzil 124-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərə cəza tədbirlərinin tədbiq olması barədə 13.03.2020-ci il tarixli, 12.09.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının müalicə yerlərini tərk etmələrinin qadağan olunması barədə tələblərini pozaraq 26.03.2021 -ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrinin informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya və karantin rejim qaydalarına əməl etməyərək 07.04.2021 -ci il tarixdə saat 12:00 radələrində yaşayış yerini, yəni Xırdalan şəhəri, 28-ci məhəllə ev 14, mənzil 124-ü tərk edib, Xırdalan şəhəri 28-ci məhəllə, 16 saylı binanın yaxınlığında yerləşən “Depo” aptekə getməklə orada və ətrafda olan şəxslərlə ünsiyyətdə olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, işi ilə əlaqədar tez-tez Almaniya Federativ Respublikasına gedib-gəlmişdir. 19.03.2021-ci il tarixdə Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. 25.03.2021-ci il tarixdə Xırdalan şəhərində evdə olan zaman özünü pis hiss etməyə başlamış və temperaturu qalxmağa başlamışdır. Həmin gün təcili yarım çağırmış və təcili yardımdan gələn həkim ondan “Covid 19”-la bağlı analiz götürüb aparmışdır. 26.03.2021ci il tarixdə istifadəsində olan 050-582- 80-54 saylı mobil nömrəyə “Covid-19” xəstəsi olması barədə xəstəxanadan məktub gəlmiş və məktubda verdiyi testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməyi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra müalicə olmaq üçün dövlət tərəfindən ona dərman göndərilmişdir. Dərmanlar bitdiyi üçün 07.04.2021-ci il tarixdə saat 12 radələrində həm yaşlı anası və həmdə özünə dərman almaq üçün yaşadığı evi tərk edib Xırdalan şəhəri, 28-ci məhəllədə evinin qarşısında yerləşən aptekə getmişdir. Dərman aldıqdan sonra evə qayıtmışdır. Evdən çıxdıqdan sonra polis əməkdaşları ona zəng edib evi tərk etməyinin səbəbini soruşmuşlar. 12.04.2021-ci il tarixdə yenidən analiz vermiş və analizin cavabı pozitiv olduğu üçün müalicəsini davam etdirmişdir. 27.04.2021-ci il tarixdə xəstəxanadan “Covid-19” xəstəliyi ilə bağlı özünü təcrid müddətinin bitməsi ilə bağlı onun mobil telefonuna məktub gəlmişdir. Bundan sonra 28.04.2021-ci il tarixdə Almaniya Federativ Respublikasına getmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxili İşlər Nazirliyindən Abşeron RPİ-nə daxil olmuş siyahıya əsasən RPİ-nin növbətçi hissəsində Abşeron rayonu üzrə “Koronavirus" infeksiyasına yoluxmuş xəstələrin yaşayış yerlərini tərk edərək sərt karantin qaydalarını pozub-pozmamaları tərəflərindən yoxlanılan zaman xəstə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ev 14. mənzil 124-də qeydiyyatda olan və həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayan zaman Təqsirləndirilən şəxs 07.04.2021ci il tarixdə saat 12:30 radələrində dərman almaq üçün Xırdalan şəhəri. 28-ci məhəllədə 16 nömrəli binanın yaxınlığında yerləşən “Depo” aptekə gedərək yaşadığı ünvanı tərk etdiyini bildirmişdir. Bu barədə raportla RPİ-nin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Xırdalan Ailə Sağlamlıq Mərkəzində ailə həkimi işləyir. 26.03.2021-ci il tarixdə Xırdalan şəhəri, 28-ci məhəllə ev 14, mənzil 124-də yaşayan Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olması barədə onlara məlumat daxil olmuşdur. Məlumat daxil olan kimi xəstə Təqsirləndirilən şəxs tərəfindən nəzarətə götürülmüş və xəstə ilə mütamadi telefon əlaqəsi saxlanılmışdır. Telefon əlaqəsi zamanı xəstə Təqsirləndirilən şəxs pnevmaniya “Covid-19” xəstəsi olması bildirilmiş və yaşayış terini tərk etməməsi barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs telefon damşğı zamanı 07.04.2021-ci il tarixdə dərman almaq üçün evi tərk edib aptekə getdiyini bildirmişdir. 12.04.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs təkrar test müayinəsi vermiş və müayinənin nəticəsinin pozitiv olması olması məlum olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs daha 2 həftə yəni 27.04.2021-ci il tarixdək müalicə almış və bu müddətdə təcrid olunmuşdur. 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs təcrid olunma müddəti bitmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, oğlu X1 Federativ Respublikasında işlədiyi üçün tez-tez orya gedib-gəlmişdir. 19.03.2021-ci il tarixdə X11 Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. 25.03.2021-ci il tarixdə o və oğlu Ədalət xəstələndikləri üçün təcili tibbi yardım çağırmışlar və “Covid-19” xəstəliyi ilə bağlı hər ikisindən test analizi götürülmüşdür. 26.03.2021-ci il tarixdə oğlu Ədalətin mobil telefonuna hər ikisinin “Covid-19” xəstələri olmaları barədə məktub gəlmiş və yaşayış yerini tərk etməmələri barədə xəbərdar edilmişlər. 07.04.2021-ci il tarixdə oğlu Ədalət dərman almaq üçün evi tərk edib yaşadıqları məhəllədə yerləşən aptekə getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə X4 məxsus ***-***-**-** saylı sim mobil telefon nömrəsi ilə istifadə olunan “Samsung” markalı mobil telefonunun SMS bölməsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, SMS bölməsində 26.03.2021-ci il tarixdə saat 18:08-də daxil olan məktubda “Hörmətli Təqsirləndirilən şəxs Sizin 26.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”, 10.04.2021-ci il tarixdə daxil olan digər məktubda “Hörmətli “Təqsirləndirilən şəxs, Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun.” sözləri yazılmışdır. 27.04.2021-ci il tarixdə daxil olan məktubda isə “Hörmətli Təqsirləndirilən şəxs sizin Covid-19 ilə bağlı verdiyiniz analiz neqativdir ” sözləri yazılmışdır. Abşeron rayon Mərkəzi xəstəxanasının 15.12.2021-ci il tarixli, 1904 saylı məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, ev 14, mənzil 124-də qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü X3 Covid-19 virusuna yoluxması haqqında 26.03.2021-ci il tarixdə Xırdalan şəhər Poliklinikasına məlumat verilib. Məlumat əsasında xəstə ilə telefonla əlaqə saxlanılmış, müalicə təyin olunmuş və 26.03.2021-ci il tarixdən, 08.04.2021-ci il tarixədək evi tərk etməməsi haqqında məlumat verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsinin 29.04.2021-ci il tarixli, 020-5094-1221 saylı məktubundan görünür ki, X3 (AZE********) “Covid-19” virusuna yoluxduğu və 26.03.2021-ci il tarixdə saat 11:31:31-dən 09.04.2021-ci il tarixdə saat 11:31:31-dək yaşayış yerini tərk etməməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X5 (TƏBİB) informasiya sistemi tərəfindən 27.03.2021-ci il tarixdə saat 17:37:55-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. DİN-nin X8 Xidmətindən daxil olmuş bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumat cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, ev 14, mənzil 124-ü tərk edərək 17.4 km məsafə qət etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 10.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsinimüzakirəetməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2600 (iki min altı yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-125/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-125/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver