Məhkəmə qərarları › İş №1(012)-126/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-126/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-126/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1977-ci ildə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətmkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ev tikmək üçün torpaq sahəsi satacağını vəd verib, X3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini Təqsirləndirilən şəxs2 satmaq istədiyi torpaq sahəsi kimi təqdim edərək, 2020-ci ilin sentyabr ayında həmin torpaq sahəsində Zərərçəkmiş şəxs 10200 manat pulunu ələ keçirib, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, sonuncu dəfə oğurluq etdiyinə görə Abşeron rayon məhkəməsi tərəfindən 04 il müddətinə azadlıqdan məhrum edilmiş, 2016-cı ilin dekabr ayında cəzasını çəkib qurtarıb yaşadığı evə qayıtmışdır. Həmin vaxtdan da fəhləçilik edib ailəsini dolandırır. 2020-ci ilin yay aylarında tarixini dəqiq xatırlamadığı gündə Bakı şəhəri Xəzər rayonunda yaşyan həmkəndlisi və uzaq qohumu Təqsirləndirilən şəxs2 ona Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində özünə məxsus 0.04 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirmiş, o da bir neçə tanışının yanında bu barədə söyləmişdir. 2020-ci ilin sentyabr ayında mobil nömrəsinə Zərərçəkmiş şəxs zəng vuraraq ona ev tikmək üçün torpaq sahəsi lazım olduğunu bildirmiş, o da sonuncuya həmkəndlisinin Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində satmaq istədiyi torpaq sahəsi olduğunu deyib, gəlib baxmasını təklif etmişdir. Zərərçəkmiş şəxs öz ailə üzvləri ilə gəlmiş, həmin torpaq sahəsinə baxıb, bəyənib qiymətini danışmışlar. O, Sərrafla torpaq sahəsini 10000 manata razılaşmış və Təqsirləndirilən şəxs2 zəng vurub demişdir ki, sənin torpaq sahəni bəyəniblər və almaq istəyirlər. Fəzail ona demişdir ki, həmin şəxsləri götürüb, Binə qəsəbəsinə gəlsin və orada alverlərini etsinlər. O, Zərərçəkmiş şəxslə Binə qəsəbəsinə getmiş, həmin vaxtı onun həyat yoldaşı ilə xalası da yanında olmuşlar. Onlar oradakı 31 saylı notariusun qarşısında Fəzail Ağayevlə görüşmüş, Sərrafla Fəzail öz aralarında razılaşıb notariusa keçmiş və orada sənədləşmə aparmışlar. O, Fəzaillə əvvəlcədən razılaşdığına görə Sərrafa demiş ki, torpağın pulunu Fəzailə yox, ona verər, çünki o, heyvan alveri edir, bu səbəbdən həmin pulla bir neçə gün alver edib, pulu yenidən Fəzailə qaytaracaqdı. Sərraf Fəzaillə razılaşıb, sənədləşmə işlərini yekunlaşdırandan sonra onlar birlikdə geri qayıtmış və o Sərrafdan 9600 manat pulu Bakı şəhəri “Şamaxinka” adlanan yerdə almışdır. Səhəri gün torpağın rüsumunu ödəmiş və qəbzini almış, lakin rayona getdiyi üçün qəbzi oğluna vermiş ki, o, həmin qəbzi Abşeron rayonu Hökməli qəsəbəsi, Nübar yaşayış massivindəki torpaq sahəsində Sərrafa verib ondan 400 manat pulu alıb ona verməsini tapşırmışdır. Sonuncu da onun dediyi kimi edib qəbzi Sərrafa verib ondan 400 manat pulu alıb ona vermiş, bundan üç gün sonra 10000 manat pulu Binə qəsəbəsində Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu torpağını satdığı üçün həmin puldan ona 300 manat zəhmət haqqı vermişdir. Bundan xeyli 6-7 ay sonra, yəni 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs ona zəng vurub demişdir ki, ona satdığı torpaq sahəsinin başqa sahibi çıxmışdır. O, Fəzailə zəng vurmuş və birlikdə həmin torpaq sahəsinin sahibi ilə görüşüb, torpağın sənədlərinə baxan zaman onlara məlum olmuşdur ki, onun sənədləri qaydasındadır. Bundan sonra Sərrafa demişlər ki, sənin pulunu qaytaracağıq. 2021-ci ilin may ayında Sərrafa zəng vurub demişdir ki, başqa torpaq sahəsi var və sənin pulunun əvəzinə həmin torpaq sahəsini verə bilər. Həmin ərəfədə həmkəndlisi Səfa adlı şəxs həmin ərazidə torpaq sahəsini satmaq istəmiş, ona demişdir ki, «sənin torpaq sahəni Sərrafa verək, mən sənin pulunu hissə-hissə verərəm». Səfa da onunla razılaşmış, Sərraf Səfaya məxsus torpaq sahəsinə baxmış və bəyənmişdir. Sərraf Səfa ilə torpaq sahəsini 15000 manata almağa razılaşmış, sonra birlikdə həmin torpaq sahəsinin sənədlərini yoxlatdırmaq məqsədi ilə Xırdalan şəhərinə getmiş və orada Səfanın sənədləri yoxlanarkən sənədlərin düz olmadığı bilinmişdir. Səfa torpağının sənədlərini götürüb getmiş, o, Fəzaillə birlikdə Sərrafın 10000 manat pulunu ona qaytarmaq barədə şahidlərin iştirakı ilə yazılı formada öhdəlik götürmüş, məlum olmuşdur ki, Sərraf həmin torpaq sahəsində aparılan işlərə görə 950 manat pul xərcləyib, bu səbəbdən yazılı öhdəlikdə 10950 manat qeyd etmiş, bir müddət sonra Sərrafa qardaşı Habilin 0.05 ha torpaq sahəsini təklif etmiş, lakin Sərraf razılaşmamış, Fəzail Sərrafdan aldığı pulu xərclədiyi üçün həmin pulu deyilən vaxda qaytara bilməmişlər. Göstərmişdir ki, Zərərçəkmiş şəxs torpaq sahəsi üçün 10000 manat pulu özü almış və həmin pulu Təqsirləndirilən şəxs2 vermiş, Fəzaildə həmin puldan ona 300 manat vermişdir. Ona Fəzail sözügedən torpaq sahəsini göstərib demişdir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur və həmin torpaq sahəsini satır. Onun həmin torpaq sahəsinin sənədlə kimə məxsus olmağı barədə məlumatı olmayıb, Sərraf bu barədə ona dedikdən sonra həmin torpaq sahəsinin sənədlə başqa şəxsə məxsus olduğunu bilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyan onun tərəfindən tam ödənilmişdir. Həm də dəymiş ziyanın 25 faizi qismində dövlət nəfinə pul keçirmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Xahiş edir ki, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunsun. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2016-cı ildə Abşeron rayonu Hökməli bələdiyyəsində işləyən Elxan adlı şəxsə 4100 manat pul ödəyərək 0.04 ha torpaq sahəsi almış, sonradan həmin torpağı satmaq Fikrinə gəlmiş və bu səbəblə həmkəndlisi Təqsirləndirilən şəxs1 demişdir ki, həmin torpağı istəyən olsa ona desin, o da satsın. 2020-ci ilin sentyabr ayında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək demişdir ki, onun torpaq sahəsini istəyən var və həmin torpaq sahəsinə görə 10000 manat pul verir. O, Qurbətə torpaq sahəsini satmağa razılıq vermiş, bir müddət sonra Qurbət Zərərçəkmiş şəxs adlı şəxslə onun yaşadığı Binə qəsəbəsinə gəlmişlər. O, həmin şəxslərlə 31 saylı notariusun qarşısında görüşmüş, o, özünə məxsus Abşeron rayonu Hökməli qəsəbəsi Nübar yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsinə Zərərçəkmiş şəxs etibarnamə vermişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, torpaq sahəsi üçün Sərrafdan alacağı 10000 manat pulu ona bir neçə günə verəcəkdir. Qurbət onun torpaq sahəsini Sərrafa satdığı üçün ondan aldığı 10000 manat pulu ona alver etdikdən bir neçə gün sonra vermişdir. O, həmin puldan 300 manat Qurbətə vermiş, çünki onun torpaq sahəsinə müştərini Qurbət tapmış, 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və ona demişdir ki, ona etibarnamə verdiyi torpaq sahəsinə başqa bir şəxsin adma çıxarış vardır. O, Sərrafla görüşüb sənədin surətini ondan almış və torpaq sahəsinə çıxarış alan şəxslə əlaqə saxlayıb onunda sənədinin surətini götürmüş və həmin sənədlərin hər ikisini Abşeron rayon Daşınmaz Əmlakın Reyestri Xidmətində yoxlatdırmış və ona məlum olmuşdur ki, onda olan torpaq sahəsinin sənədi düz deyil və həmin torpaq sahəsinə başqa şəxsin çıxarışı vardır. Bundan sonra 2021-ci ilin mart ayında o, Qurbət, Sərraf görüşmüş və öz aralarında razılaşmışlar ki, xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs ya pulunu qaytarsınlar, ya da ona başqa yerdən torpaq sahəsi versinlər. O, Təqsirləndirilən şəxs1la əlaqə saxlayan zaman ona demişdir ki, Sərrafla razılaşmışdır, ona başqa torpaq sahəsi verir. O da Qurbətin həmin məsələni həll edəcəyinə inanmış, xx.xx.2021-ci il tarixdə Sərraf onunla əlaqə saxlamış və ona demişdir ki, «mənim məsələni niyə həll etmirsiniz?». O, Sərrafa demişdir ki, Qurbət ona demişdi ki, «sənə torpaq sahəsi verib razılaşmısınız». Sərraf da ona demişdir ki, «Qurbətin mənə təklif etdiyi torpaq sahəsinin sənədi düzgün çıxmadı, bu səbəbdən mən razılaşmadım». Mən həmin vaxt bilmişdir ki, Qurbət Sərrafla razılaşmayıb. Əgər vaxtında bilsəydi ki, Qurbət Sərrafla razılaşmayacaq, özü Sərrafın pulunu qaytarardı. Qurbət onu arxayın etmişdir ki, Sərrafa torpaq verib razılaşıblar. Onların razılaşmadıqlarını xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs özündən eşitmişdir. O, həmin torpaq sahəsini 2016-cı ildə Hökməli bələdiyyəsində işləyən Elxan adlı şəxsdən 4100 manata almış, Zərərçəkmiş şəxs etibarnamə verdiyi torpaq sahəsinin sənədlərinin həmin torpaq sahəsinə aid olmadığı barədə məlumatı olmayıb, 2021-ci ilin mart ayındı Sərraf ona dedikdən sonra bilmişdir. Sərrafa etibarnamə verdiyi torpaq sahəsi üçün 10000 manat pulu etibarnamə verdiyi gündən bir neçə gün sonra Təqsirləndirilən şəxs1 almış və ona torpağa müştəri tapdığı üçün 300 manat vermişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar yaşayış massivində yaşayan yaxın qohumlarının evində müvəqqəti yaşasa da 2021-ci ilin iyun ayından ailəsi ilə birgə həmin “Nübar” yaşayış massivindəki 941 nömrəli evdə kirayədə yaşayır. Həmçinin “Sədərək” ticarət mərkəzində xırda alverlə məşğul olur, yaxın qohumları Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində yaşadıqlarına görə onlar da 2020-ci ilin sentyabr ayında ailəlikcə həmin yerdən torpaq alıb ev tikmək qərarına gəlmişlər. Buna görə həmin ərəfədə həyat yoldaşı Şahid2 öz adma bankdan 10.000 manat məbləğində kredit götürmüş, bundan sonra “Nübar” yaşayış massivində satılan ev və torpaqlarla maraqlanmağa başlamış, həmin vaxtı yaşadığı yerin yaxınlığında təmirə ehtiyacı olan bir fərdi evin satıldığını bilib, dayısı oğlu Mirsamid Həsənovla birlikdə həmin evə baxmağa getmişlər. Ev sahibi ilə qiymət barədə danışıq apardığı vaxtı Mirsamidin tanışı kimi sonradan tanıdığı Natiq küçədən keçərkən onları görüb onlara yaxınlaşmış və söhbətin məzmununu bildikdən sonra onun tanıdığı Qurbət adlı şəxsin münasib qiymətə yaxınlıqda 0.05 ha torpaq sahəsi satdığını bildirib onlara həmin Qurbətin 070 ***-**-** mobil telefon nömrəsini vermişdir. Onlar Qurbətlə əlaqə saxlamış və onda olan torpaq sahəsinə baxmaq üçün razılaşmışlar. O, Qurbətin iştirakı ilə həyat yoldaşı ilə və xalası Mirnisə ilə birgə sözügedən torpaq sahəsinə baxmış və həmin torpaq sahəsini bəyəndikdən sonra Qurbət ona demişdir ki, həmin torpaq sahəsi 0.05 ha ərazini əhatə edir, torpaq sahəsinin bir sotunu 2500 manata verəcəkdir. O, sonuncuya bildirmişdir ki, həmin məbləğdə pulu yoxdur, cəmi 10.000 manat pulu vardır. Qurbət ona demişdir ki, pulunu ver, qalığını sonra yavaş- yavaş verərsən. O da razılaşmış, amma torpaq sahəsini ölçən zaman onlara aydın olmuşdur ki, həmin torpaq sahəsi 0.04 ha ərazini əhatə edir. Belə olan halda Qurbət demişdir ki, torpaq sahəsinə nəzarət etməyə çoxdandı ki, gəlmir, bu səbəbdən qonşuluqda olan şəxslər onun torpağının bir hissəsini zəbt ediblər. Bundan sonra Qurbətlə həmin 0.04 ha torpaq sahəsini 10.000 (on min) manata almağa razılaşmış, Qurbət torpaq sahəsinin sənədini göstərib demişdir ki, torpaq onun əmisi oğlu Təqsirləndirilən şəxs2 adınadır, buna görə də ona sənədi həmin şəxs verəcəkdir. Ertəsi günü, yəni xx.xx.2020-ci ildə Qurbətlə torpaq sahəsini onun adma sənədləşdirmək məqsədi ilə Binə qəsəbəsinə getmiş, Binə qəsəbəsində 31 saylı notariusa çatan zaman Təqsirləndirilən şəxs2 orada bizi gözlədiyini görmüş, həmin vaxt notariusda növbə çox olduğundan Qurbət onun etibarnaməsini növbədən kənar almaq və etibarnamə üçün rüsum ödəmək adı ilə ondan 200 (iki yüz) manat nəğd pul almışdır. Təqsirləndirilən şəxs2 öz adından sözügedən torpaq sahəsi üçün onun adma etibarnamə vermiş, həmin vaxtı Qurbət Fəzailin yanında torpağın pulunun ona çatacağım bildirmişdir. Fəzail də buna razılaşdığına görə torpağın sənədinin düz olmağını yoxlamaq üçün Hökməli bələdiyyəsinə getmək qərarına gəlmiş, lakin geri qayıdan zaman Qurbət vacib işi olduğunu, torpağın sənədində heç problem olmadığını və səhəri günü ona bələdiyyədən torpağın təmizlik kağızını verəcəyini bildirib, pulu verməyi söyləmişdir. O da sonuncuya inanıb həmin vaxtı cibində olan 9600 (doqquz min altı yüz) manat nəğd pulu Bakı şəhəri, Şamaxinka adlanan yerdə Qurbətə vermiş, sonuncu da qalan 400 (dörd yüz) manat pulu isə ona torpağın təmizlik kağızını verən zaman alacamı bildirmişdir. Səhəri gün Qurbətin ona satdığı Abşeron rayonu Nübar yaşayış massivində yerləşən torpaq sahəsinə getmiş, həmin vaxtı Qurbətin adını bilmədiyi oğlu yanma gəlib ona torpaq sahəsinin təmizlik kağızını verərək ondan 400 (dörd yüz) manat pulu alıb getmişdir. O, sözügedən torpaq sahəsinin üst hissəsini düzləmək və həmin ərazidə baş verə biləcək torpaq sürüşməsinin qarşısını almaq üçün mişar daşlarından hörgü işləri gördürmüş və həmin işlərə 950 (doqquz yüz əlli) manat pul xərcləmişdir. Qeyd etdiyi xüsusatlar 2020-ci ilin sentyabr ayında baş vermiş, bundan az sonra yaşadığı Lənkəran rayonuna getmiş, 2021-ci ilin mart ayında həmin torpaq sahəsinin qonşuluğunda yaşayan bir nəfər şəxs zəng vuraraq torpaq sahəsini satıb-satmağı barədə soruşmuş, o, torpaq sahəsini satmadığını deyərkən ona bildirmişdir ki, sözügedən torpaq sahəsinin hasarına satılır sözləri yazılıb və mobil nömrə qeyd olunub. O, bunu bilən kimi rayondan həmin yerə gəlmiş və torpaq sahəsinin hasarına yazılan mobil nömrə ilə əlaqə saxlamışdır. Telefonda onunla danışan adam torpaq sahibinin oğlu olduğunu bildirmiş, elə həmin günü Xırdalan şəhərində onlarla görüşmüş, o həmin torpaq şəxslə söhbət edən zaman məlum olmuşdur ki, onun Qurbətdən aldığı torpaq sahəsinin həqiqi sahibi Fəxrəddin Əmirovdur və sözügedən torpaq sahəsinə dair bütün sənədlər həmin şəxsə məxsusdur. O bundan sonra Qurbətlə əlaqə saxlamış, lakin Qurbət müxtəlif bəhanələr gətirərək onunla bir müddət görüşməmiş, bir müddətdən sonra Qurbət və onun Habil adlı qardaşı ilə görüşüb Binə qəsəbəsinə Fəzailin yanma getmiş, həmin şəxslərdən pulumu geri tələb edən zaman ona pulu olmadığını və onun pulunu geri qaytarmaq üçün onlara vaxt verməyi xahiş etmişlər. O, Qurbətə və Fəzailə onun pulunu qaytarmaları üçün xx.xx.2021-ci il tarixədək vaxt vermiş, bunun qarşılığında Qurbət özü onun qarşısında pul öhdəliyi götürməsi barədə yazılı qəbzi imzalamış və qardaşı Habil də şahid kimi təsdiq etmişdir. 2021-ci ilin may ayının 22-23 tarixlərində Qurbət onunla əlaqə saxlamış və ona demişdir ki, «sənin pulunun əvəzinə Abşeron rayonu Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində torpaq sahəsi verəcəyəm». O, Qurbətlə Hökməli dairəsi yaxınlığında kafedə görüşmüş, həmin vaxt sonuncunun yanında əvvəllər görmədiyi, sonradan adının X4 olduğunu öyrəndiyi şəxs də olmuşdur. Səfa ona demişdir ki, onun özünə məxsus 0.05 ha torpaq sahəsi var, həmin torpaq sahəsini ona verəcək, sonra özü Qurbətlə hesablaşacaqdır. Səfa ona bildirmişdir ki, onun torpaq sahəsi 0.05 ha ərazini əhatə edir və qiyməti bahadır. Səfa ondan əlavə olaraq 5000 (beş min) manat pul istəmiş, Səfanın dediyi torpaq sahəsinə baxmış, bəyənmiş və onunla razılaşmışdır. Səfa ona torpağa aid sənədi göstərmiş və demişdir ki, səhəri gün həmin sənədi bələdiyyədə təsdiqlədib ona verəcəkdir. O, səhəri gün Qurbət və Səfa ilə görüşüb Xırdalan şəhərinə Arxiv idarəsinə getmiş, arxiv idarəsində işləyən Dəyanət adlı şəxsə sözügedən sənədi göstərən zaman onlara bildirmişdir ki, həmin sənədin heç bir hüquqi əsası yoxdur. O, oradan aralaşıb Səfanın ona göstərdiyi torpaq sahəsinin yanma getmiş və orada hasarın üzərinə yazılan mobil nömrə ilə əlaqə saxlamış, həmin vaxtı ona məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Rəsmiyyə adlı xanıma məxsusdur. O, sonuncxu ilə həmin torpaq sahəsində görüşmüş, həmin vaxtı Rəsmiyyə xanım Qurbət və Səfa adlı şəxsləri tanımadığını bildirib, ona torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədlərini təqdim etmişdir. O, Qurbət və Səfa ilə əlaqə saxlamış, lakin onlar torpağın həqiqi sahibi olan Rəsmiyyə adlı şəxslə görüşməkdən boyun qaçırmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Qurbət öz qanunsuz əməllərini davam etdirərək onu növbəti dəfə aldadaraq pulunu mənimsəmək istəmişdir. Qurbətin onun pulunu qaytarması üçün ondan istədiyi vaxt tamam olan zaman onunla əlaqə saxlamış və Qurbət pulu olmadığını bildirərək onun dələduzluq yolu ilə mənimsədiyi pulunu qaytarmaqdan boyun qaçırmış, belə olan halda məcbur olub aidiyyatı orqana müraciət etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıraraq, mülki cavabdeh, Təqsirləndirilən şəxs2 ona dəymiş maddi-mənəvi ziyanın, ümumilikdə 3170 manat (200 poçt rabitəsi xərclərinə görə, 950 manat hasarın hörülməsi xərclərinə görə, 1020 manat illik (2 il keçdiyindən) infiliyasiyaya görə və 1000 manat mənəvi ziyana görə) və dövlət rüsmu ilə əlaqədar ödədiyi 52 manat məbləğində pul vəsaitinin alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı oğludur. Sərraf əvvəllər Lənkəran rayonunda yaşasa da, işi ilə əlaqadar 2021-ci ilin iyun ayından ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar yaşayış massivində kirayədə yaşayır. Sərraf “Sədərək” ticarət mərkəzində xırda alverlə məşğul olur. Onlar və başqa qohumları Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində yaşadığına görə 2020-ci ilin sentyabr ayında Sərraf da həmin yerdən torpaq alıb ev tikmək qərarına gəldiyini və buna görə həyat yoldaşı Elnazənin bankdan 10.000 manat məbləğində kredit götürdüyünü deyib, ondan ona torpaq sahəsi tapmaqda köməklik etməyi xahiş etmişdir. Bundan sonra onlar “Nübar” yaşayış massivində satılan ev və torpaqlarla maraqlanmağa başlamışlar. Həmin vaxtı yaşadığı yerin yaxınlığında təmirə ehtiyacı olan bir fərdi evin satıldığını bilib, Sərrafla Elnazə ilə və qohumu Mirsamidlə birlikdə həmin evə baxmağa getmişlər. Ev sahibi ilə qiymət barədə danışdığı vaxtı Mirsamidin tanışı kimi sonradan tanıdığı Natiq küçədən keçərkən onları görüb yanına gəlmiş və söhbətin məzmununu bildikdən sonra onun tanıdığı Qurbət adlı şəxsin münasib qiymətə yaxınlıqda 0.05 ha torpaq sahəsi satdığını bildirib, Sərrafa həmin Qurbətin 070 ***-**-** mobil telefon nömrəsini vermişdir. Sərraf da Qurbətlə əlaqə saxlamış və onda olan torpaq sahəsinə baxmaq üçün razılamışdır. Onlar Qurbətin iştirakı ilə birlikdə sözügedən torpaq sahəsinə baxmış və həmin torpaq sahəsini bəyəndikdən sonra Qurbət onlara demişdir ki, həmin torpaq sahəsi 0.05ha ərazini əhatə edir, torpaq sahəsinin bir sotunu 2500 manata satır. Sərraf da bildirmişdir ki, «bizim o qədər pulumuz yoxdu, cəmi 10.000 manat pulumuz var». Qurbət Sərrafa demişdir ki, «əlində olan pulunu ver, qalığını sonra yavaş-yavaş verərsən». Onlar da razılaşmış, amma torpaq sahəsini ölçən zaman aydın olmuşdur ki, həmin torpaq sahəsi 0.04 ha ərazini əhatə edir. Həmin vaxtı Qurbət demişdir ki, torpaq sahəsinə nəzarət etməyə çoxdandı ki, gəlmir, buna görə qonşuluqda olan şəxslər onun torpağının bir hissəsini zəbt ediblər. Bundan sonra Qurbətlə həmin 0.04 ha torpaq sahəsini 10.000 manata almağa razılaşmış, Qurbət torpaq sahəsinin sənədini göstərib demişdir ki, torpaq onun əmisi oğlu Təqsirləndirilən şəxs2 adınadır, buna görə də onlara sənədi həmin şəxs verəcəkdir. Ertəsi günü, yəni xx.xx.2020-ci ildə biz, yəni o, Sərraf və Elnazə Qurbətlə torpaq sahəsini Sərrafın adma sənədləşdirmək məqsədi ilə Binə qəsəbəsindəki 31 saylı notariat kontoruna getmiş, Oraya çatan zaman Təqsirləndirilən şəxs2 orada onları gözlədiyini görmüşdür. Həmin vaxt notariusda növbə çox olduğundan Qurbət Sərrafın etibarnaməsini növbədən kənar almaq və etibarnamə üçün rüsum ödəmək adı ilə Sərrafdan 200 manat nəğd pul almış, Təqsirləndirilən şəxs2 öz adından sözügedən torpaq sahəsi üçün Sərrafın adma etibarnamə vermişdir. Həmin vaxtı Qurbət onların və Fəzailin yanında torpağın pulunun ona çatacağını bildirmiş, Fəzail də buna razılaşdığına görə torpağın sənədinin düz olmağını yoxlamaq üçün Hökməli bələdiyyəsinə getmək qərarına gəlmişlər. Lakin geri qayıdan zaman Qurbət vacib işi olduğunu, torpağın sənədində heç problem olmadığını və səhəri günü bizə bələdiyyədən torpağın təmizlik kağızını verəcəyini bildirib, pulu verməyi söyləmiş, Sərraf da ona inanıb həmin vaxtı cibində olan 9600 manat nəğd pulu Bakı şəhəri, Şamaxinka adlanan yerdə Qurbətə vermişdir. O da qalan 400 manat pulu isə onlara torpağın təmizlik kağızını verən zaman alacamı bildirmişdir. Səhəri gün Sərraf ona demişdir ki, o, Qurbətin ona satdığı torpaq sahəsində olarkən Qurbətin adını bilmədiyi oğlu onun yanma gedib, torpaq sahəsinin təmizlik kağızını verərək Sərrafdan 400 manat pulu alıb getmişdir. Bundan az sonra Sərraf ailəsi ilə birıikdə əvvəllər yaşadığı Lənkəran rayonuna getmiş, 2021-ci ilin mart ayında geri qayıdıb ona demişdir ki, həmin torpaq sahəsində onunla qonşuluğunda yaşayan bir nəfər ona zəng edib torpaq sahəsini satıb-satmağım soruşmuş, o da torpaq sahəsini satmadığını desədə həmin qonşu ona torpaq sahəsinin hasarına «satılır» sözləri və mobil nömrə yazıldığını bildirmiş, o da bunu bilən kimi rayondan həmin yerə gedib həmin mobil telefon nömrəsinə zəng edib, Xırdalan şəhərində həmin adamla görüşmüş və Qurbətdən aldığı torpaq sahəsinin həqiqi sahibi Fəxrəddin Əmirov olduğunu bilmiş, sözügedən torpaq sahəsinə dair bütün sənədlərin həmin şəxsə məxsus olduğunu öyrənib, Qurbətlə əlaqə saxlamış, lakin Qurbət müxtəlif bəhanələr gətirərək onunla bir müddət görüşməmiş, bir neçə gündən sonra Qurbətlə və onun Habil adlı qardaşı ilə görüşüb Binə qəsəbəsinə Fəzailin yanma gedib, torpağa görə verdiyi pulu geri tələb etmiş, onlar da pulları olmadığını və pulu geri qaytarmaq üçün onlara vaxt verməsini xahiş etmişlər. Sərraf da Qurbətələ Fəzailə pulu qaytarmaları üçün xx.xx.2021-ci il tarixədək vaxt vermiş, həmin vaxtı Qurbət özü pul öhdəliyi götürməsi barədə yazılı qəbzi imzalamışdır. Onun məlumatına görə bundan sonra Qurbətgil pulu qaytarmayıb, Sərrafa əvəzində başqa torpaq sahəsi verəcəklərini bildirib, ona bir neçə torpaq sahələri göstərsələr də, həmin torpaq sahələri Sərrafın xoşuna gəlməmiş, və yaxud da başqasının yeri olduğuna görə Sərraf buna razı olmayıb, onlardan pulunu tələb etmiş, Qurbət də pulları olmadığını bildirdikdən sonra Sərraf da məcbur olub aidiyyatı orqana şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində Mirsamidlə qonşuluqda yaşayır. Tikinti ustasıdır, yaşadığı ərazidə və başqa yerlərdə fərdi qaydada tikinti işləri ilə məşğul olur. 2020-ci ilin yaz aylarında yaşadığı “Nübar” yaşayış massivində tikinti apardığı yerdə ona beton tökmək üçün fəhlə lazım olduğuna görə tanışlarından bir neçə fəhlənin mobil telefon nömrələrini alıb onlara zəng edib həmin yerə çağırmışdır. Təqsirləndirilən şəxs1 da həmin vaxtdan fəhlə kimi tanıyır. Bundan sonra yenə Qurbətlə işlədiyi vaxtı qonşu Mirsamid ona zəng edib qohumlarının “Nübar” yaşayış massivində ev tikmək üçün torpaq sahəsi almaq istədiklərini deyib, onlara torpaq sahəsi almaqda köməklik etməyi xahiş etmişdir. Həmin vaxtı yanlarında olan Qurbət onların danışığını eşidib, “Nübar” yaşayış massivində torpaq satmaq istəyən adam tanıdığını söyləmişdir. Bundan sonra zəng edib bu barədə Mirsamidə deyib, Qurbətin mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra nə olduğunu bilməmiş, amma bir müddət sonra Mirsamid ona Qurbətin onun qohumlarına satdığı torpaq sahəsinin başqasına məxsus olduğunu və hələ də Qurbətə torpaq sahəsinə görə verdikləri pulu geri ala bilmədiklərini söyləmişdir. Göstərmişdir ki, həmin torpaq sahəsinin dəqiq harada yerləşdiyini və kimə məxsus olduğunu bilmir, həmçinin Mirsamidin torpaq almaq istəyən qohumlarını görməmiş, onları şəxsən tanımır, o yalnız Mirsamidə köməklik etmək üçün Qurbətin mobil telefon nömrəsini ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında onlarla eyni məhəllədə kirayədə yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs yaşadığı “Nübar” yaşayış massivindən ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirib ondan torpaq sahəsi tapmaqda ona köməklik etməyimi xahiş etmişdir. O da razılaşıb, bu barədə maraqlanacağını bildirmiş, həmin ərəfədə zəng edib, bu barədə onlarla eyni məhəllədə yaşayan usta yoldaşı Natiqə söyləmiş, sonuncu da ona “Nübar” yaşayış massivində yaşayan Qurbət adlı tanışının “Nübar” yaşayış massivində torpaq satmaq istədiyini söyləyib, həmin Qurbətin mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra o da Sərrafa bu barədə deyib, Qurbəti tapıb onunla birlikdə həmin torpaq sahəsinə baxmışlar. Həmin vaxtı Sərrafın həyat yoldaşı Elnazə və xalası Mirnisə yanlarında olmuş, onlar torpaq sahəsinə baxıb, bəyəndikdən sonra Qurbət demişdir ki, həmin torpaq sahəsi 0.05ha ərazini əhatə edir, torpaq sahəsinin bir sotunu 2500 manata verəcək. Sərraf da ona demişdir ki, həmin məbləğdə pulu yoxdur, cəmi 10.000 manat pulu vardır. Qurbət də Sərrafa demişdir ki, əlində olan pulunu ver, qalığını sonra yavaş-yavaş verərsən. Sərraf da razılaşmış, amma torpaq sahəsini ölçən zaman aydın olmuşdur ki, həmin torpaq sahəsi 04 sotdur. Qurbət torpaq sahəsinə çoxdandı ki, baxmağa gəlmədiyinə görə qonşuluqda olan şəxslərin onun torpağının bir hissəsini zəbt etdiklərini söyləmiş, bundan sonra Sərraf Qurbətlə həmin 04 sot torpaq sahəsini 10.000 (on min) manata almağa razılaşmışdır. Qurbət torpaq sahəsinin sənədini göstərib demişdir ki, torpaq onun əmisi oğlu Təqsirləndirilən şəxs2 adınadır, buna görə də Sərrafa torpağa görə sənədi həmin şəxs verəcək. Qurbətin bu sözündən sonra onlar ertəsi günü, yəni xx.xx.2020-ci ildə torpaq sahəsini Sərrafın adma sənədləşdirmək üçün Binə qəsəbəsindəki notariat kontoruna getmək barədə razılaşmışlar. Bundan sonra onun Sərrafın torpaq almaq məsələsi ilə maraqlanmamış, bir müddət sonra Sərrafla görüşdüyü vaxtı o, Qurbətdən aldığı həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu, buna görə Qurbətə verdiyi pulu geri ala bilmədiyini bildirmişdir. Bundan sonra Qurbəti bir neçə dəfə görüb bu barədə ondan soruşmuş, sonuncu Sərrafa həmin torpağın əvəzində başqa yerdən torpaq verəcəyini söyləsə də verməmiş, Sərraf da ondan və qohumu Fəzaildən şikayət etmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, 1990-cı ildə Abşeron rayonu Nübar yaşayış massivindən ona 5 sot torpaq sahəsi verilmişdir. Sonrdan 2019-cu ildə mən həmin torpaq sahəmə dair çıxarış almış, torpaq sahəsi onun mülkiyyətindədir. 2020-ci ildə ona Zərərçəkmiş şəxs zəng vuraraq ona torpaq sahəsi Fəzail Ağayevin satdığını bildirmiş, o da həmin torpaq sahəsinə dair sənədləri Sərrafa göstərmiş, sonradan ona demişdir ki, sizi aldadıblar, sonuncu da bundan sonra gedib Fəzaildən şikayət etmiş, həmin torpaq sahəsi özünə məxsusudur və torpaq sahəsini Sərrafı aldadaraq satıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,1772.1, 29,1772.2.2, 29,177.2.3, 29,177.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinmiş və 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməl nin 29,1772.1, 29,1772.2.2, 29,177.2.3-cü maddələrinə tövsif edilmiş, xx.xx.2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilib, cəzası 03 il 05 ay 28 günə endirilib, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanı tam ödəmişdir, ona görə də ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığı, ö cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 19664 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 1275 manat pulu dövlət büdcəsinə ödəmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs1 istintaqdan qəsdən yayındığından barəsində həmin tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat baş müstəntiq Fuad Nəsirov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tutularaq Abşeron RPİ-nin İŞ-nə təhvil verildiyindən baş müstəntiq Fuad Nəsirov tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmimş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon prokurorunun həmin tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon Məhkəməsinə təqdimat verilməsindən imtina edilmiş, odur ki, Təqsirləndirilən şəxs1 saxlandığı Abşreon rayon RPİ-nin MSY-dən azad edilmimş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tutularaq Abşeron RPİ-nin İŞ-nə təhvil verildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs2 istintaqdan qəsdən yayındığından barəsində həmin tarixdə axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat baş müstəntiq Fuad Nəsirov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutularaq Abşeron RPİ-nin İŞ-nə təhvil verildiyindən baş müstəntiq Fuad Nəsirov tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon prokurorunun həmin tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon Məhkəməsinə təqdimat verilməsindən imtina edilmiş, odur ki, təqsirləndirilən şəxs X1 Abşreon rayon Pİ-nin MSYdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün baş müstəntiq Fuad Nəsirov tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun qərarı ilə baş müstəntiq Fuad Nəsirov tərəfindən tərəfindən icraatın dayandırılması barədə qərarın ləğv edilməsi və icraatın təzələnməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutularaq Abşeron rayon Pİ-nin MSYnə təhvil verilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində istintaq müddətinin sonunadək, yəni 23 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olmaları barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən 10200 manat pul Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibiüzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri vəcəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı olmaqla cəmi 08 ay 25 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qarşı törədilmiş cinayət nəticəsində 200 manat poçt rabitəsi xərclərinə görə, 950 manat hasarın hörülməsi xərclərinə görə, 1020 manat illik (2 il keçdiyindən) infiliyasiyaya görə və 1000 manat mənəvi ziyana görə və dövlət rüsmu ilə əlaqədar ödədiyi 52 manat məbləğində pul vəsaitini əsas gətirərək, ona dəymiş maddi və mənəvi ziyanın ümumilikdə 3170 manat manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 tutulması barədə cinayət prosesində mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı mülki iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş, törədilmiş cinayət nəticəsində dəymiş ziyan tamamilə zərərçəkmiş şəxsə ödənilmişdir. Mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, həmin mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Eyni zamanda zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə isə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbərtutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı olmaqla cəmi 08 ay 25 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar