Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-127/2020 21.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsxx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən evdə keçmiş əri Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs ona Şahid2 evinə gələrək gecələməsini irad bildirməsi səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sonuncuya sağ diz oynağının hemartrozu və oynaq bağlarının gərilməsi, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin iç səthinin, sol əlin ikinci barmağının əsas falanqasının və sağ diz oynağı nahiyəsinin ön səthinin qançırları, sağ saidin orta 1/3-nin arxa səthinin və sağ saidin aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır. X2 ilə 1987-ci ildən ailə həyatı qurmuş, birgə nikahdan 2 övladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra münasibətləri normal olsa da, lakin son zamanlar ailədaxili problemləri olduğu üçün 2019-cu ilin avqust ayında Şahid2 rəsmi olaraq boşanmışdır. Belə ki, o, Mikayıl ilə ayrıldıqdan sonra sonuncu ondan xəbərsiz Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Lakin buna baxmayaraq, keçmiş həyat yoldaşı Mikayıl mütəmadi olaraq onların yanına gəlmişdir. Sonuncu dəfə xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 09 radələrində o, evdə olan zaman keçmiş əri Mikayıl evə gələrkən, qapıdan içəri daxil olmaq istəyən zaman, İlahə qapını zorla açaraq, həyətə daxil olub oradan isə evə keçmişdir. Onların yataq otaqlarına baxıb, Mikayılın həmin yerdə yatdığını soruşmuşdur. O, İlahəyə evindən çıxıb getməsini deyəndə, sonuncu ona, “Mikayıl mənim ərimdir” sözlərini demiş və şəxsiyyət vəsiqəsini götürüb üzünə vurmuşdur. O, da İlahənin saçından tutaraq, sonuncunun bədəninin müxtəlif nahiyyələrinə təpiklə və yumruqla vuraraq bayıra çıxarmışdır. Bundan sonra İlahə əli ilə onun sinə nahiyyəsindən vurmuşdur. Bundan sonra qızı Sevda və Mikayıl onları ayırmışlar və daha sonra İlahə çıxıb getmişdir. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Şahid2 onun ikinci həyat yoldaşıdır. Şahid2 ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Mikayıl onunla ailə həyatı qurduqdan əvvəl X1 ilə evli olmuşdur. Elnarə ilə yaşayarkən sonuncudan 2 övladı olmuşdur. Elnarə Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində övladları ilə birlikdə yaşayır. O, dəfələrlə Elnarə ilə görüşüb söhbət etmək istəsə də söhbətləri alınmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə həyat yoldaşı Şahid2 ona xəstə nəvəsinə baş çəkmə üçün Xırdalan şəhərinə gedəcəyini bildirmiş, o da etiraz etməmişdir. Həmin gün X4 şəhərində yerləşən evinə getmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə təxminən səhər saatlarında o, Mikayıla zəng vurmuş, harada olmasını soruşmuş, sonuncu ona Xırdalan şəhərində olmadığını bildirmişdir. O, şübhələnmiş və evdən çıxaraq Xırdalan şəhərində Elnarənin yaşadığı evin qarşısına gəlmişdir. Bu zaman qapıdan Mikayılın çıxmasını görüb sonuncudan nəyə görə orada qalmasını soruşmuş və Elnarə ilə görüşmək istədiyini bildirmişdir. O, Elnarənin qapısına yaxınlaşaraq qapını döymüş, Elnarə qapını açmış onu tanımadığı üçün, fala baxdırmağa gəldiyini düşünmüşdür. O, həyətə daxil olmuş, daha sonra isə evə daxil olaraq keçib əyləşmişdir. O, Elnarəyə Mikayıl ilə ailə həyatı qurduğunu demiş, nə səbəbdən Mikayıldan əl çəkmədiyini soruşduqda, Elnarə heç bir söz demədən onun üzərinə hücum çəkərək, bədəninin müxtəlif nahiyyələrinə təpiklə və yumruqla vuraraq xəsarət yetirmişdir. Orada olan qızı Sevda və Mikayıl onları ayırmışlar. Bundan sonra o, hadisə barədə Azərbayacn Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmçinin sonradan həyacanlı olduğu üçün izahatında Sevdanın da adını çəkərək, onu vurduğunu bildirmişdir. Lakin həqiqətdə Sevda onu vurmamış, Sevda ilə Mikayıl onları ayırmışlar. Elnarə ilə aralarında olan mübahisə və dava-dalaş təxminən 15 dəqiqə davam etmişdir. Aralarında olan mübahisənin və dava-dalaşın səbəbi isə həyat yoldaşı Mikayıl boşandığı Elnarənin evinə gedərək gecələməsi olmuşdur. İfadəsinin sonunda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiki, Zərərçəkmiş şəxs ilə bir il əvvəl rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İlahədən əvvəl Təqsirləndirilən şəxs onun rəsmi arvadı olmuşdur. xx.xx.2019-cu il tarixdə nəvəsini görmək üçün keçmiş arvadı Elnarəgilə getmiş və gecəni də orada qalmışdır. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 09 radələrində mağazaya çörək almağa getmiş, qayıdanda isə İlahəni evin qapısının qarşısında görmüşdür. İlahə ona gecəni Elnarənin evindəq almasını irad bildirib, Elnarə gilin qapısını döymüşdür. Evin açarı onda olduğu üçün və qapını çöldən bağladığı üçün o, həmin qapını açaraq İlahə ilə birlikdə evə keçmişlər. Daha sonra onun Elnarə gilə gəldiyini İlahə Elnarəyə irad bildirmiş və həmin səbəbdən Elnarə ilə İlahənin arasında mübahisə yaranmışdır. Elnarə əsəbləşərək, İlahənin sifət nahiyəsinə sillə ilə və daha sonra bədəninin müxtəlif yerlərinə təpik və yumruqla vurmuşdur. Həmin vaxt İlahə də Elnarənin saçlarından tutmuş, Elnarə İlahənin yerə yıxmışdır. O, qızı Sevda ilə dalaşanları aralaşdırmışlar. Daha sonra İlahə həmin evi tərk edərək, çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun anasıdır. Sonuncu ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən evdə yaşayır. xx.xx.2019-cu il tarixdə təxminən saat 09 radələrində onların qapısı döyülmüşdür. Bu zaman qapını açdıqda sonradan adının İlahə kimi bildiyi şəxsi görmüşdür. İlahə qapıdan içəri daxil olaraq gəlib onların yataq otaqlarına baxıb, Mikayılın anası Elnarə ilə birlikdə qaldığını soruşmuşdur. Bu zaman o, İlahədən kim olduğunu soruşduqda, atası Mikayılla ailə həyatı qurduğunu bildirmişdir. İlahə ilə anası Elnarə arasında mübahisə baş vermiş, mübahisə zamanı İlahə anasına əl atdığı üçün anası da İlahəni vurmuşdur. O, atası Mikayılla dalaşanları ayırmışlar, bundan sonra İlahə çıxıb getmişdir. Anası Elnarə ilə İlahənin arasında olan mübahisənin və dava-dalaşın səbəbi atası Mikayılın anası Elnarənin evinə gələrək gecələməsi olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2014 saylı rəyində görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində olan xəsarətlər – sağ diz oynağının hemartrozu və oynaq bağlarının gərilməsi; sol bazunun orta 1/3-nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin iç səthinin, sol əlin ikinci barmağının əsas falanqasının və sağ diz oynağı nahiyəsinin ön səthinin qançırları; sağ saidin orta 1/3-nin arxa səthinin və sağ saidin aşağı 1/3-nin ön səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2019-cu il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2010 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində olan xəsarətlər - sol gözün alt qapağının və qarın nahiyəsinin sol yarısının qançırları, burun və sol yanaq nahiyələrinin sıyrıqları bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci mddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-127/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-127/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver