Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-127/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1A, mənzil 59-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2020-ci ilin mart ayının sonlarında saat 22:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində yerləşən fərdi yaşayış evinin qapısının dəmir barmaqlığını və taxta qapının kilidini qıraraq qanunsuz içəri daxil olmaqla evdən 1 ədəd 60 manat dəyərində LG markalı intelloave modelli, ağ rəngli, uzun müddət istifadədə olmuş mikro dalğalı sobanın, evin qonaq otağından 1 ədəd 30 manat dəyərində “Panasonic” markalı 1300 W-luq ağ rəngli istifadə olmuş ətçəkən maşının, 1 ədəd krosna antenanın 100 manat dəyərində olan aparatını, 2 ədəd ümumi 100 manat dəyərində elektrik qızıdırıcıların, 4 ədəd ümumi 200 manat dəyərində xalçaların, 6 ədəd 100 manat dəyərində yapon qabların, 2 ədəd ümumi 100 manat dəyərində stolüstü gecə işıq cihazları, 1 ədəd 50 manat dəyərində Shıvakı markalı televizorun, 1 ədəd 200 manat dəyərində yuma aparatını, 1 ədəd 90 manat dəyərində samovarı, 5 ədəd 25 manat dəyərində plasmas stulu və həyətdə olan damdan 1 ədəd 100 manat dəyərində paltar yuyan maşını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1155 (min yüz əlli beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Novxanı kəndi, bağlar massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açaraq qanunsuz yaşayış sahəsinə daxil olmaqla evdən 1 ədəd 130 manat dəyərində qaz sobasını, 1 ədəd 135 manat dəyərində tozsoranı, 1 ədəd 580 manat dəyərində musiqi mərkəzini, 1 ədəd 19 manat dəyərində divar saatını, 1 ədəd 24 manat dəyərində otaq qızıdırıcı sobanı, 1 ədəd 100x150sm ölçüdə, oval formlı, kənarları tikilmiş vəziyyətdə, 30 manat dəyərində olan xalçanı, 1 ədəd 160x230 sm ölçüdə, kənarları pambıq saçaqlı 80 manat dəyərində olan xalçanı və 100 manat dəyərində konfet və şirniyyat məmulatlarını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1098 (min doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2020-ci ilin may ayının əvvəllərində axşam vaxtlarında, Abşeron rayonu Novxanı bağlarında Zərərçəkmiş şəxs3 bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındırma yolu ilə evə qanunsuz daxil olmaqla, evdən 5160 manat dəyərində 3 ədəd samovar, 1 ədəd 70 manat dəyərində 24 l tutumlu istifadə olunmuş su qızdırıcını (ariston), 1 ədəd 80 manat dəyərində Galan markalı qara rəngli istifadədə olmuş su qızdırıcını (aristonu), 1 ədəd ağ rəngli 50 manat dəyərində unitazı, 80 manat dəyərində 1 ədəd döşəy matras, 100 manat dəyərində 1 ədəd otaq qızdırıcı soba, 10 manat dəyərində 1 ədəd Çində istehsal edilmiş sərinkeşi, 40 manat dəyərində 1 ədəd Tayvan istehsalı olan nehrə çəkən aparatı, 50 manat dəyərində 2 ədəd qırmızı rəngli süni dəri materialı olan oturacaq stolları, 170 manat dəyərində 1 ədəd ət çəkən maşınını, 240 manat dəyərində plastik hamam qapısını və 24 manat dəyərində elektrik naqillərini gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs3 6074 (altı min yetmiş dörd) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, vahid niyyətlə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2020-ci ilin may ayının əvvəllərində axşam vaxtlarında, Abşeron rayonu Novxanı bağlarında Zərərçəkmiş şəxs3 bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındırma yolu ilə qanunsuz yaşayış sahədinə daxil olmaqla, evdən 1 ədəd taxta materialından olan uzunluğu 2 metr, eni 07 metr olan 120 manat dəyərində stolu gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs3 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində yerləşən fərdi evdə nənəsi və babası ilə birlikdə yaşayır. Bildirmişdir ki, təxminən 1 ildir işsiz olduğu üçün Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində qonşuluqda olan sahibsiz bağ evlərindən oğurluq etməklə maddi təminatını təmin etmişdir. Bu müddətdə təxminən 6 evə daxil olub oğurluq etmişdir. 2020-ci ilin mart ayının sonlarında Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində bizim evlə qonşuluqda yerləşən Anar adlı şəxsin bağ evindən oğurluq etmək qərarına gəlmiş və mart ayının son günlərinin birində saat təxminən 22:30 radələrində hasardan aşmaqla Anarın evinin həyətinə keçmişdir. Həmin vaxtı evin mətbəxinin qapısının dəmir məchərini əli ilə dartıb qırmış və bundan sonra mətbəxin taxta qapısının kilidini zubil aləti ilə qırıb mətbəxə daxil olmuşdur. Sonra mətbəxlə otaq arasında olan pəncərənin şüşəsini çıxarıb pəncərəini açıb otağa daxil olmuşdur. Həmin vaxtı otaqlardan 1 ədəd divar saatını, qonaq otağında televizorun altında yerləşən dolabın içindən 1 ədəd drel, 5 ədəd plasmas stulu, mətbəxdən isə 1 ədəd elektrik sobası, 1 ədəd ətçəkən maşın, 1 ədəd tok samovarı, 1 ədəd işıq fanarı və 1 ədəd yuma avadanlığını oğurlayıb qonşu bağa keçirmiş və oradan da Novxanı kəndində evlərinə daşıyıb qaraja yığmışdır. Səhəri gün oğurladığı ətçəkən maşını və samovarı Novxanı kəndində maqazin işlədən Pərvizə 15 manata satmışdır, 5 ədəd plasmas stulu və elektrik sobasını qonşusu Mübarizə 20 manata, yuma apartını digər qonşusu Cəbrayıla 20 manata satmışdır. Dreli isə Novxanı kəndində tanımadığı şəxsə 10 manata satmışdır. Əldə etdiyi 65 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 2020-ci ilin aprel ayının əvvəllərində axşam saatlarında Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin hasarını aşaraq həyətə keçmişdir. Həyətdə olan evin plastik pəncərəsini əli ilə sıxıb açaraq evə daxil olmuşdur. Həmin vaxtı evdən 1 ədəd tozsoran, 1 ədəd samsung markalı musiqi mərkəzi, 1 ədəd qızıdırıcı sobanı, 1 ədəd qaz sobasını, 2 ədəd xalçanı və sellofanda olan konfet və şirniyyatı götürüb evdən həyətə çıxmışdır. Oğurladığı əşyaları həyətdən çıxarmaq üçün hasara bitişik hamamın üstünə qoymuşdur. Sonra hasardan əşyaları küçəyə yığarkən küçədən adam gəldiyini görmüş və oradan uzaqlaşmışdır. Musiqi mərkəzi hasarın üstündə qalmışdır. Oğurladığı əşyalardan xalçaları xalası X4 doğu günü münasibətiylə hədiyyə etmişdir. Qaz sobasını və tozsoranı Sumqayıt şəhərində tanımadığı şəxsə ümumilikdə 60 manata satmış, otaq qızdırıcı sobanı hazırda vəfat etmiş qonşusu Rüstəmə hədiyyə etmişdir. Konfet və şirniyyatı isə özü istifadə etmişdir. Əldə etdiyi 60 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, Abşeron rayonu, Novxanı bağlarında qohumu Zərərçəkmiş şəxs3 bağ evi vardır. O bilmişdir ki, Könül və ailə üzvüləri həmin bağ evinə hərdən gəlmişlər. Bu səbəbdən də 2020-ci ili may aynın əvvəllərində, yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs3 bağ evinə gedərək, setkadan olan çəpərdən keçib, evin pəncərəsinə vurulmuş dəmir barmaqlıqları lingnən əyərək evə daxil olmuş, həmin evdən 3 ədəd smovar, 2 ədəd su qızdırıcı (pitminutka), 1 ədəd unitaz, 1 ədəd matras döşəy, 1 ədəd otaq qızdırıcı peç, 1 ədəd sərinkeş, 1 ədəd nehrə çəkən aparatını və 2 ədəd otraq stollarını oğurlamışdır. Həmin əşyaları aparıb su qızdırıcıları, sərinkeşi və nehrə aparatını qonşuluqda yaşayan Rauf adlı şəxsə satmış, Raufa demişdir ki, “sərinkeşi və su qızdırıcı aparatları bağlarda işləmişəm onun əvəzi olaraq veriblər, 1 ədəd nehrə çəkən aparat isə nənəmə məxsusdur evdə iki ədəd olduğu üçün birini satıram”. O, su qızdırıcı və sərinkeşi 30 manata, nehrə aparatını isə 5 manata Raufa satmışdır. 3 ədəd smovardan ikisini doğramış, bir ədədini isə əzmişdir. Hər üç smovarı Sumqayıt şəhərində metal qəbulu məntəqəsinə satmışdır. O, 2 ədəd doğradığı smovarları bir məntəqəyə, 1 ədəd əzdiyi smovarı isə digər bir məntəqəyə sənədlə satmışdır. O, 2 ədəd oturacaq stollarını isə xalasına vermişdir. O, sonradan, yəni xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan İntiqamla birlikdə, yenidən Könülün bağ evinə getmiş, İntiqam həyətdə gözləmiş, o, pəncərədən yenə evə daxil olaraq oradan qabaq stolunu gətirmiş və pəncərədən İntiqama vermişdir. İntiqamın köməyliyi ilə həmin qabaq stolunu pəncərədən çıxarıb xalası Naziləyə 50 manata satmışdır. Həmin 50 manat pulu İntiqamla birlikdə xərcləyərək, piyvə içmişlər, yemək yemişlər siqaret almışlar. O, əlavə olaraq digər oğurluqlarda etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 10-da yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Yeni Bağlar massivində bağ evi vardır. Yay fəslində bağda olsalarda, qış fəslində bağda olmurlar. Lakin qışda hərdən bağa gedib baş çəkmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndinə bağ evlərinə gəlib baş çəkmişdir. Həmin vaxtı bağda hər şey qaydasında olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində bağa gəlmiş və həmin vaxtı evin mətbəxinin dəmir məchərdən olan qapısının açıldığını, taxta qapının isə kilidinin sındırılaraq açıldığını görmüşdür. Həmin vaxtı mətbəxə daxil olmuş və orada mətbəxlə otağın arasında olan pəncərənin şüşəsinin çıxarılaraq yerə qoyulduğunu görmüşdür. Mətbəxdə 1 ədəd 250 manat dəyərində “LG” markalı mikro dalğalı sobanın, evin otaqlarından 1 ədəd 100 manat dəyərində ətçəkən maşının, 1 ədəd krosna antenanın 100 manat dəyərində olan aparatını, 2 ədəd ümumi 100 manat dəyərində elektrik qızıdırıcıların, 4 ədəd ümumi 200 manat dəyərində xalçaların, 6 ədəd 100 manat dəyərində yapon qabların, 2 ədəd ümumi 100 manat dəyərində stolüstü gecə işıq cihazları, 1 ədəd 50 manat dəyərində “Shivakı” markalı televizorun, 1 ədəd 200 manat dəyərində yuma aparatının və həyətdə olan damdan 1 ədəd 100 manat dəyərində paltar yuyan maşının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra Abşeron RPİ-nə gələrək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 17 B, mənzil 42-də yaşayır.Bildirmişdir ki, Abşeron rayonu, Novxanı bağlarında fərdi bağı var, həmin bağa hərdən gedib-gəlmişlər. 2020-ci ilin aprel aynın əvvəllərində həmin bağ evinə gələndə görmüşdür ki, evdə hər şey normaldır. xx.xx.2020-ci il tarixdə isə bağa gələndə gördmüşdür ki, naməlum şəxs bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq qanunsuz evə daxıl olaraq, otaqdan 1 ədəd 5000 manat dəyərində olan smovarı, 2 ədəd isə hər biri 80 manat olmaqla 160 manat dəyərində smovarı, 1 ədəd 90 manat dəyərində qabaq stolu, 2 ədəd su qızdırıcı 260 manat dəyərində, hər biri 130 manat olan, 1 ədəd 180 manat dəyərində unitaz, 1 ədəd 80 manat dəyərində matras döşəyi, 1 ədəd 100 manat dəyərində olan otaq qızdırıcı peç, 1 ədəd 50 manat dəyərində sərinkeş, 1 ədəd 50 manat dəyərində nehrə çəkən aparat, 2 ədəd hər biri 37 manat olmaqla 74 manat dəyərində oturacaq stolları və 1 ədəd 170 manat dəyərində olan ət çəkən maşınını oğurlayaraq, ona ümumilikdə 6214 manat məbləğində maddi ziyan vurmuşdur. O, evindən oğurluq edən şəxsi tanımır. O, əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin aprel ayının əvvəllərindən, xx.xx.2020-ci il tarixədək olan müddətdə Abşeron rayonu Novxanı kəndi, bağlar massivində yerləşən fərdi yaşayış evinin hamam otağının qəhvəyi rəngli plastik qapısını, tozsoran aparatını, elektrik sobasını, elektrik qızdırıcısı və eletrik sobasının naqilləri naməlum şəxs tərəfindən oğurlanmışdır. O, bunları sonradan aşkar etdiyi üçün əvvəkli ifadəmdə bildirməmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Zərərçəkən şəxs qismində tanınan Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, S.Saxundov küçəsi, ev 5, mənzil 68-də yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Yeni Bağlar massivi, M.Qaşqay küçəsində bağ evi vardır. Yay fəslində bağda olsalar da, qış fəslində bağda olmurlar. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində bağdan çıxıb şəhərdəki evlərinə köçmüşlər. Həmin müddətdən xx.xx.2020-ci il tarixədək olan müddətdə bağda olmamışlar. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi, M.Qaşqay küçəsində yerləşən bağ evinə gəlmiş və həmin vaxtı evin 1-ci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu görmüşür. Qapını açıb evə daxil olmuş və həmin vaxtı evdə 1 ədəd 130 manat dəyərində qaz sobasının, 1 ədəd 135 manat dəyərində tozsoarnın, 1 ədəd 580 manat dəyərində musiqi mərkəzinin, 1 ədəd 19 manat dəyərində divar saatının, 1 ədəd 24 manat dəyərində otaq qızdırıcının, 1 ədəd 680 manat dəyərində xalçanın, 1 ədəd 50 manat dəyərində xalçanın və 100 manat dəyərində ərzaq məhsullarının oğurlandığını aşkar etmişdir. Naməlum şəxs evə plastik pəncərəni açmaqla daxil olub, otaqda yığılmış yuxarıda qeyd olunan əşyaları oğurlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, təxminən bir ay bundan əvvəl qonşusu Təqsirləndirilən şəxs yaşadığı evə bir ədəd yemək qızdıran soba və 4 ədəd plasmas stul gətirib babası xəstə olduğu üçün sobanı 15 manata, stulları isə 5 manata satmaq istədiyini bildirmişdir. O da Toğrula 20 manat verib sobanı və 4 ədəd stolu almışdır. Sonradan polis əməkdaşları yaşadığı evə gəlib Toğrulun ona satdığı 1 ədəd sobanın və stulların oğurluq olduğunu bildirdikləri üçün o, həmin əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri S.Vurğun küçəsi, ev 48, mənzil 15-də yaşayır. Bildirmişdir ki, o, 2 ildir ki, Sumqayıt şəhəri 13-cü mikrorayonda icarə əsasında əlvan metalların qəbulu məntəqəsini işlədir. 2020-ci ilin may ayının əvvəllərində günorta saatlarında bir nəfər gənc oğlan işlədiyi əlvan metal qəbulu məntəqəsinə gəlib 2 doğranmış vəziyyətdə olan samovarı təqdim edib özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin kim olduğunu soruşmuş və həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, bundan sonra Toğrul adlı şəxsə 30 manat ödəyib 2 ədəd əzilmiş vəziyyətdə olan samovarları almışdır. Həmin samovarları Sumqayıt şəhərində səyyar metal alışı ilə məşğul olan tanımadığı bir nəfərə 35 manata satmışdır. Məhkəmə istintaqında Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində yerləşən fərdi evdə yaşayır. Onun əsl adı Nazlı olsada, tanışları onu Nazilə deyə çağırmışlar. Təqsirləndirilən şəxs tanıyır, onun bacısı oğludur. Toğrulun atası və anası vəfat etdikləri üçün o, Abşeron rayonu, Novxanı kəndində Bağlar massivində onun atası və anası ilə birlikdə yaşayır. Bildirmişdir ki, Toğrul 2020-ci ilin may ayının ortalarında yaşadığı evə unitaz gətirib fəhlə işlədiyi yerdən atdqıları üçün götürdüyünü və satmaq istədiyini bildirmişdir. O, Toğruldan unitazı neçəyə satacağını soruşmuş, Toğrul isə unitazı 30 manata satacağını bildirmişdir. O, Toğrula 30 manat verib umtazı alıb evində saxlamışdır. 2020-ci ilin may ayının ortalarında Toğrul yaşadığı evə iki ədəd xalça gətirib işlədiyi yerdən ona zəhmət haqqısının müqabilində verdiklərini və həmin xalçaları satmaq istədiyini bildirmişdir. O da xalçaların köhnə olduğunu almayacağını və götürüb aparmasını bildirmişdir. Toğrul xalçaların müvəqqəti onun evində qalmasını xahiş edib, aparacağını bildirmişdir. Bundan bir gün sonra axşam saat 21 radələrində Toğrul yanında bir nəfər oğlanla yaşadığı evə gəlmiş və 1 ədəd stol və 2 ədəd stulu ona göstərib həmin stol və stulun yanında gələn şəxsə məxsus olduğunu və maddi imkansızlıqdan satmaq istədiyini bildirmişdir. Həmin oğlanda maddi imkansızlıqdan stol və stulu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən neçəyə satacağını soruşduqda həmin şəxs, əvvəl 80 manata satacağını bildirmişdir, lakin sonradan 50 manata satacağını bildirmişdir. O, 50 manat pulu Toğrulla gələn oğlana verib 1 ədəd stol və 2 ədəd stulu alıb evində saxlamışdır. Bundan bir neçə gün sonra Toğrul oğurluq etdiyi üçün həbs olunmuş və o, sonradan Toğrulun ona satdığı əşyaların oğurluq olduğunu bilib, həmin əşyaları könüllü polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə şahid qismində tanınan Şahid4 məhkəməyə ərizə verərək iclasda iştirak edə bilməyəcəyini və istintaq da verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında iclasında Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri Betonzavod məhəlləsi, ev 268-də yaşayır. Bildirimişdir ki, o, 2016-cı ildən Sumqayıt şəhəri, 1-ci mikrorayonda icarə əsasında əlvan metalların qəbulu məntəqəsini işlədir. xx.xx.2020-ci günorta saatlarında bir nəfər gənc oğlan işlədiyi əlvan metal qəbulu məntəqəsinə gəlib əzik vəziyyətdə olan samovarı təqdim edib özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O da həmin şəxsin şəxsiyət vəsiqəsini təqdim etməsini bildirmiş və şəxsiyyət vəsiqəsini alıb göy rəngli jurnalda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu və 1 ədəd 3.7 kiloqram olan 13.30 qəpiyə 1 ədəd samovarı aldığını qeyd etmişdir. Həmin samovarı Sumqayıt şəhərində səyyar metal alışı ilə məşğul olan tanımadığı bir nəfərə 15 manata satmışdır. Məhkəmə istintaqında Şahid5 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev 36, mənzil 1-də yaşayır. Bildirmişdir ki, X10 onun qardaşıdar. Rüstəm Abşeron rayonu Novxanı kəndi, bağlar massivində ata evində tək yaşamışdır. xx.xx.2020-ci il tarixdə qardaşı X14 kəndində yaşadığı evdə narkotik maddədən zəhərləndiyi üçün vəfat etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs Rüstəmə soba verdiyini bilməmiş və Rüstəm vəfat etdikdən sonra Rüstəmin yaşadığı evdə hər hansı bir yad əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid X6 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun qohumudur. Bildirmişdir ki, təxminən iki ay bundan əvvəl Abşeron rayonu, Novxanı kəndi bağlar massivinə köçüb orada ərzaq mağazası işlədir. Mağazanı işlətməyə başladığı vaxtı Toğrul mağazadan 5 manatlıq nisyə ərzaq almışdır. Bir həftə sonra o, Toğruldan nisyə aldığı ərzağın pulunu verməsini bildirmiş və 2020-ci ilin aprel ayının ortalarında Toğrul 1 ədəd ətçəkən maşın və 1 ədəddə elektrik samovarını Abşeron rayonu, Novxanı kəndi bağlar massivində işlətdiyi mağazaya gətirib həmin əşyaların vəfat etmiş anasından qaldığını və 15 manata satmaq istədiyini bildirmişdir. O, həmin 1 ədəd ətçəkən maşını və 1 ədəd elektrik samovarını Toğruldan alıb 5 manat nisyə aldığı ərzağın pulunu çıxmış və 10 manat Toğrula pul vermişdir. Sonradan polis əməkdaşları yaşadığı evə gəlib Toğrulun ona satdığı 1 ədəd ətçəkən maşının və 1 ədəd samovarın oğurluq olduğunu bildirdikləri üçün o, həmin əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqında Şahid6 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Novxanı bağlar yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, yaşadığı ərazidə onlarla qonşuluqda yaşayır. Valideyinləri rəhmətə getdiyi üçün babasının və nənəsinin himayəsində yaşamışdır. 2020-ci ilin may aıynın axırları Toğrul onlara gəlmiş və bildirmişdir ki, “nənəsindən qalma nehrə aparatı var, həmin aparatı 5 manata satır”. Toğrul bildirmişdir ki, “həmin aparatdan evlərində 2 ədədir, ona görə 1 ədədini satır”. O da Toğrula inanmış və həmin nehrə aparatını 5 manata almışdır. Bundan bir iki gün sonra Toğrul yenidən onlara gəlmiş və bildirmişdir ki, “bağlarda işləyib pulunun əvəzi olaraq ona 2 ədəd su qızdırıcı, 1 ədəd sərinkeş veriblər. Həmin əşyaları satmaq istəyir”. O da Toğrula inanmış və həmin əşyaları neçəyə satması ilə maraqlanmışdır. Toğrul bildrmişdir ki, “həmin əşyaları 30 manata satır”. O da toğrula 30 manat pul verib həmin əşyaları Toğruldan almışdır. O, aldığı əşyaların oğurluq olmasını bilməmişdır. Polis onların həyətinə gələndə o, bilmişdir ki, Toğrul həmin əşyaları oğurlayıb ona və digər şəxslələ satmışdır. O da həmin əşyaları, yəni 2 ədəd su qızdırıcını (pitminutka) 1 ədəd sərinkeşi (vintilyatoru), 1 ədəd nehrə aparatını polislərə təqdim etmiş və bildirmişdir ki, həmin əşyaları Toqğruldan almışdır. Toğrul onun yanına tək gəlmiş və həmin əşyaları ona satanda Toğrulun yanında heç kim olmamışdır. Məhkəmə istintaqında şahid X2 elan edilmiş ifadəsindən görünür ki, o, Şamaxı rayonu rayonu 1-ci çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, o, Sumqayıt şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsində mühafizəçi işləyir. Buna görə Abşeron rayonu, Novxanı kəndi, bağlar yaşayış massivində yerləşən fərdi evdə yaşayan əmisi Şahid6 İsimxan oğlu gildə qalmışdır. 2020-ci ilin aprel ayında Abşeron rayonu, Novxanı kəndi bağlar massivində əmisi Raufgillə qonşuluqda yaşayan Toğrul adlı gənc oğlan təcili pula ehtiyacı olduğu üçün bir ədəd yuma aparatını satmaq istədiyini bildirmişdir. Toğrul yuma aparatının özünə məxsus olduğunu və 20 manata satacağını bildirmişdir. O, Toğrula 20 manat pul verib yuma aparatını alıb istifadə etmişdir. Bir müddət sonra yuma aparatını Şamaxı rayonunda tanımadığı bir nəfər şəxsə 50 manata satmışdır.O, həmin yuma apartının oğurluq olduğunu bilməmişdir. Toğrul yuma aparatının özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid X3 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Novxanı kəndi, bağlar massivində yerləşən fərdi evdə əri və nəvəsi toğrulla bir yerdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun mərhumə qızı Baxşəliyeva leyla Eynal qızının oğludur. Qızı Leyla vəfat edəndən sonra nəvəsi Toğrulu o saxlamış və onlarla birlikdə yaşamışdır. Sonradan bilmişdir ki, nəvəsi Cəfərli X8 rayonu, Novxanı kəndində oğurluqlar etmişdir. Bunu polis əməkdaşları onun evinə gələndən sonra məlumatı olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. xx xxxxxx 2020-ci il tarixli 283 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd samovarın 2020ci ilin aprel-may ayına orta bazar qiyməti 90 manat, bir ədəd Çin istehsalı olan sərinkeşin 2020-ci ilin aprel-may aylarına orta bazar qiyməti 10 manat müəyyən olunur İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır.Ekspertin xx xxxxxxxx 2020-ci il tarixli 9/3316 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş “Panasonic” markalı 1300 W-luq ağ rəngli istifadədə olmuş ətçəkən maşının 2020-ci ilin mat-may aylarına orta bazar qiyməti 30 manat, bir ədəd “LG” markalı intelloave modelli, ağ rəngli, uzun müddət istifadədə olmuş mikro dalğalı sobanın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 60 manat, bir ədəd “Termet” markalı 24l tutumlu istifadə olunmuş(ariston) su qızdırıcının 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 70 manat, bir ədəd “Galan” markalı qara rəngli istifadə olunmuş(ariston) su qızdırıcının 2020ci ilin mart-may aylarına orta bazar qiyməti 80 manat, bir ədəd taxta materilandan uzunluğu 2 metr, eni 0.7 metr olan stolun 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 120 manat, bir ədəd oturacaq hissəsi qırmızı rəngli süni dəri materialdan olan istifadə olunmuş dəmir oturacağın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 25 manat, bir ədəd üzərində “Flore” yazıları olan krem rəngli istifadə olunmuş plastmas materiallı oturacağın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 20 manat, bir ədəd ağ rəngli istifadə olunmuş unitazın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 50 manat, bir ədəd Tayvan istehsalı olan 220- v-luq istifadə olunmuş elektrik nehrəçəkən aparatın 2020ci ilin mart-may aylarına orta bazar qiyməti 40 manat, bir ədəd istifadə olunmuş sərinkeşin 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 20 manat, bir ədəd 5 litr tutumlu qədimi samovarın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 20 manat müəyyən olunur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx xxxxxxxx 2020-ci il tarixli 9/3266 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd üzərində markalanma olmayan 100X150sm ölçüdə oval formalı, kənarları tikilmiş vəziyyətdə xarici görünüşünə görə uzun müddət istifadə olunmuş döşəmə üçün xalçanı 2020-ci ilin aprel ayının əvvəllərinə orta bazar qiyməti 30 manat, bir ədəd üzərində markalanma olmayan 160X230sm ölçüdə kənarları pambıq saçaqlı xarici görünüşünə görə istifadə olunmuş döşəmə üçün xalçanı 2020-ci ilin aprel ayının əvvəllərinə orta bazar qiyməti 80 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 aprel 2020-ci il tarixli 20/301R saylı rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə Abşeron rayonu, novxanı kəndi Yeni bağlar massivində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 05 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 03 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yaralıdırlar.
2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs sol əlinin şəhadət (02 dəfə) barmağın əksi ilə eynilik müəyyən edilmişdir.
3. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izinin DİN-nin KTİ-nin ADİS-ninməlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X5 götürülmüş 1 ədəd samovar bir ədəd “Panasonic” markalı elektrik ətçəkən maşın İstintaq zamanı Şahid2 götürülmüş 1 ədəd “LG” markalı elektrik soba və 4 ədəd plasmas stul ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İstintaq zamanı Şahid1 götürülmüş 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd unitaz, Şahid6 götürülmüş iki ədəd su qızdırıcı bir ədəd elektrik nehrə aparatı və bir ədəd sərinkeş ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İstintaq zamanı Şahid1 götürülmüş 2 ədəd xalça ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. ********* saylı cinayət işi üzrə hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir İş materillarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-240/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini baş ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron RPİ-nin İstntaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtdai istintaq müddəti 02 ay-05 ayadək, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-380/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkum olunmasına dair məlumat Kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında Novxanı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək növündə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10 (on) ay 4 (dörd) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından 01 günə 02 gün hesablanmaqla qəti cəza təyin edilməlidir. İş üzrə 175 (bir yüz yetmiş beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut X5 götürülmüş 1 ədəd samovar, bir ədəd “Panasonic” markalı elektrik ətçəkən maşın, Şahid2 götürülmüş 1 ədəd “LG” markalı elektrik soba və 4 ədəd plasmas stul ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs1, Şahid1 götürülmüş 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd unitaz, Şahid6 götürülmüş iki ədəd su qızdırıcı, bir ədəd elektrik nehrə aparatı və bir ədəd sərinkeş ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs3, Şahid1 götürülmüş 2 ədəd xalçanın sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi zərər və müsadirə olumalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10 (on) ay 4 (dörd) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından 01 günə 02 gün olmaqla nəzərə alınsın və üzərində qəti olaraq 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək növündə iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut X5 götürülmüş 1 ədəd samovar, bir ədəd “Panasonic” markalı elektrik ətçəkən maşın, Şahid2 götürülmüş 1 ədəd “LG” markalı elektrik soba və 4 ədəd plasmas stul ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs1, Şahid1 götürülmüş 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd unitaz, Şahid6 götürülmüş iki ədəd su qızdırıcı, bir ədəd elektrik nehrə aparatı və bir ədəd sərinkeş ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs3, Şahid1 götürülmüş 2 ədəd xalçanın sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 175 (bir yüz yetmiş beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva