Məhkəmə qərarları › İş №1(012)-127/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-127/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-127/2022 05.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 5, mənzil 32-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 28.11.2021 -ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, «Gənclər Şəhərciyi” yaşayış komlpeksi bina 5, mənzil 32 ünvanında yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs ilə arasında zərərçəkmişin Nəriman adlı həkimlə birlikdə işləməyə icazə verməməsi səbəbindən qısqanclıq və ailə münasibətləri zəminində sözlə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə döyərək ona bel nahiyəsinin və sol ayağın İV barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, döş qəfəsinin, hər iki bazu, qarın, hər iki sağrı, sağ bud nahiyələrinin, sol ayaq pəncəsinin qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuşdur. Sona Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində işləmiş, sonradan isə onun işinin ixtisara düşəcəyi bildirildiyi üçün başqa iş yeri axtarmağa başlamışdır. 28.11.2021 -ci il tarixdə, saat 14 radələrində yaşadıqları evdə olan zaman o. Sonanın bacısı Dilşadla söhbət edərək Bakı şəhərindəki poliklinikaların birində işləyən həmyerliləri Nərimanın yanında işə düzələcəyini dediyini eşitdikdə onların söbətinə müdaxilə edərək Sonaya Nərimanla birlikdə işləməyə icazə vermədiyini demişdir. Sona bunun səbəbini soruşduqda isə o, həm yolun uzaqlığı baxımından, həm də onu Nərimana qısqanması səbəbindən buna icazə verməyəcəyini izah etmişdir. Həmin vaxt Sona ailəsini dağıtmalı belə olsa Nərimanın yanında işləyəcəyini bildirdiyindən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Sona onun yenicə dünyaya gəlmiş, birinci ailəsindən olan qız nəvəsini söydükdə o, əsəbləşərək Sonanın qolundan tutmuş və onu sakitləşdirmək üçün evdən bayıra çıxarmaq istəmiş, lakin çölə çıxmaq istəmədiyi üçün müqavimət göstərdiyindən o. Sonanı itələmiş, bu zaman Sona böyrü üstə oturacaq stulunun üzərinə yıxılmış, çiyni isə qapının tininə dəymişdir. Bundan sonra o, baldızı Dilşadla birlikdə Sonanı ayağa qaldırıb stolun üstündə oturtmuş və onu sakitləşdirdikdən sonra o evdən çıxıb işə getmişdir. O, əlavə olaraq hadisənin məhz bu cür cərəyan etdiyini, məlum mübahisə vaxtı Sonanı itələsə də onu yumruq və təpik zərbələri ilə döymədiyini, saçından yapışıb sürütləmədiyini və bu barədə göstərilənlərin həqiqətə uyğun olmadığını qeyd etmişdir. O, həmçinin qaynı Sahiblə arvadı Səyyarənin ona Sonanın Nərimanla yaxınlıq etməsi və əxlaqsız olması barədə heç nə demədiklərini, eləcə də atası Allahverdidən bu barədə heç nə eşitmədiyini də sözlərinə əlavə etmişdir. Sonda o, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuşdur.O, Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləmiş, sonradan ixtisara düşəcəyi barədə ona xəbərdarlıq edildiyindən özünə yeni iş yeri axtarmağa başlamışdır.Buna görə də o, əvvəllər Abşeron RMX-nın baş həkimi işləmiş həmyerlisi Nərimana zəng edərək iş axtardığını bildirmiş və onu öz yanında işlə təmin etməsini xahiş etmişdir.Nəriman həkim isə cavabında hazırda 22 saylı xəstəxanada işlədiyini, lakin orada vakansiya olmadığını və münasib iş imkanı olan kimi ona xəbər verəcəyini demişdir. 28.1 1.2021-ci il tarixdə, saat 14 radələrində o, bacısı Dilşadla söhbət edən zaman Nəriman həkimin yanında işə düzəlmə ehtimalının olduğunu bildirmişdir. Həmin vaxt söhbətə qulaq asan əri Arif isə ona Nərimanla işləməyə icazə verməyəcəyini demişdir. O isə öz növbəsində Arifdən bunun səbəbini soruşmuş və xeyli təkiddən sonra Arif ona qardaşı Sahibin öz arvadı Səyyarə ilə birlikdə atası Allahverdiyə onun Nərimanla yaxın münasibətdə olduğunu bildirdiklərini, eləcə də onun əxlaqsız olduğunu dediklərini bildirmiş və özü də bu fikirlərə dəstək verərək bu səbəbdən Nərimanın yanında işləməsinə qəti surətdə icazə verməyəcəyini demişdir.Bu mövzuda davam edən söhbət zamanı onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Arif ilk əvvəl onun saçından tutub dartaraq onu yerə yıxmış və yerdə sürütləmiş, davamında isə onun qarın və bel nahiyələrinə yumruq, təpik zərbələri vurmağa başlamışdır. Həmin vaxt Arifin təpik zərbələrindən biri sol ayağının pəncəsinə dəydiyindən onun ayaq barmaqları qatlanmışdır. Bu zaman onun bacısı Dilşad çətinliklə onu Arifin əlindən almışdır.Həmin gün özünü çox pis hiss etdiyindən və sol ayağının barmağı şişdiyindən, eləcə də bədənində güclü ağrılar olduğundan o, baş vermiş bu hadisə barədə məlumat verə bilməmiş, lakin ertəsi gün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək şikayət etdiyini və Təqsirləndirilən şəxs şikayətçi olmaqla yanaşı ona cəza verilməsini xahiş etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 10.12.2021-ci il tarixli 2895 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - bel nahiyəsinin və sol ayağın İV barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, döş qəfəsinin, hər iki bazu, qarın, hər iki sağrı, sağ bud nahiyələrinin, sol ayaq pəncəsinin qançırları bər-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 28.11.2021 -ci il tarixdə insan bədəninin hissələrinin (əl, təpik və sair) təsirindən, eləcə də müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni stulla endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, 04.05.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs həmçinin Abşeron Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmünə (hökmün surəti ilə əlavə edilmişdir) əsasən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsə də AR Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Komitənin Abşeron rayonu, 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin 15.12.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 5, mənzil 32-də yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutuduğu əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Kəlbəcər rayonundan məcburi köçkün olmasını yüngülləşdirən hal kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına, həmçinin Abşeron Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin Zərərçəkmiş şəxs barışması ilə əlaqədar AR Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilsədə, onun yenidən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması onun islah olunmamasına dəlalət edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, Abşeron rayonu, Bakı şəhəri ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar