Məhkəmə qərarları › İş №1(012)-1274/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1274/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1274/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1968-ci il tarixdə İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, İmişli şəhəri, Namiq Şirinov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2025-ci il saat 20 radələrində ünvan 2 ünvanda yerləşən “Hermes” hotelinin yaxınlığında, yəni arxa boş ərazidə münasibətləri pozulmuş qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs görüb yaxınlaşaraq sonuncuya yenidən barışmaq istədiyini bildirdikdə Zərərçəkmiş şəxs buna etiraz etməsi, artıq başqa şəxslə ailə həyatı qurmaq istəməsini bildirməsindən əsəbiləşərək həmin vaxtı həmin səbəbdən aralarında şəxsi və qısqanclıq münasibətləri zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verərkən həmin mübahisə əsnasında həmin ərazidə (ünvanda) Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən ardıcıl əl, yumruq zərbələri ilə sonuncunun burun, sifət və baş nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs başın sol alın nahiyəsinin hematoması (dərialtına qansızma), sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, sol göz almasının kontuziyası (əzilməsi), burunüstü nahiyənin qançırı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, təhqiqat zamanı verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə təxminən 3 ildir ki, qeyri-rəsmi ər-arvad münasibəti var. Təxminən 15 gün olar ki, Türkanla münasibəti yoxdur. Türkanla yenidən barışmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Hermes” hotelin qarşısına getmiş və orada Türkanla görüşüb onunla söhbət etmək istədiyini demişdir. Türkanla birlikdə həmin yerin yaxınlığında, heç kəsin olmadığı ara küçəyə keçərək söhbət etməyə başlamışlar. Söhbət əsnasında Türkan ona başqa bir şəxslə rəsmi ailə həyatı qurmaq istədiyini söyləmiş, o isə Türkanın bu sözündən əsəbiləşdiyi üçün aralarında mübahisə yaranmağa başlamışdır. Mübahisə zamanı Türkanın üzərinə gedib əl zərbələri ilə onun sifət, baş, burun nahiyələrinə təxminən 3-4 dəfə zərbələr vurmuşdur. Bundan sonra hər ikisi oradan uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, Türkan DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat verdiyini göstərmişdir. Bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 3 il olar ki, qeyrirəsmi ər-arvad münasibəti olmuşdur. Hadisədən təxminən 15 gün əvvəl Talehlə münasibətini sonlandırmışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Hermes” hotelin qarşısından piyada keçərkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb söhbət etmək istədiyini demiş, o da Talehə etiraz etməyib həmin yerin yaxınlığında heç kəsin olmadığı həmin hotelin arxasındakı ara küçəyə keçərək orada söhbət etməyə başlamışlar. Söhbət əsnasında Talehə başqa bir şəxslə rəsmi ailə həyatı qurmaq istədiyini söyləmiş, Taleh də onun bu sözündən əsəbiləşib mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Taleh əl, yumruq zərbələri ilə onun sifət, baş, burun nahiyələrinə təxminən 3-4 dəfə zərbələr vuraraq onu döyüb xəsarət yetirmişdir. Bundan sonra oradan yaşadığı ünvana getmiş və telefonla DİN-nin “102 qaynar xətti”nə zəng edərək Talehin onu döyməsi barədə məlumat vermişdir. Talehlə mübahisə və münaqişələri Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Hermes” hotelin arxa tərəfində boş ərazidə təxminən 5-6 dəqiqə davam etdiyini, şikayət və tələbi Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyini göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, sonuncunun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 29 noyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 02 dekabr 2025-ci il tarixdə verilmiş 2890 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol alın nahiyəsinin hematoması (dərialtına qansızma), sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, sol göz almasının kontuziyası (əzilməsi), burunüstü nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdədava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir;

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş” 01 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır;

4. Zərərçəkmiş şəxs qismində tanınma” barədə” 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 16 dekabr 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yönələn zərər vurması ilə bağlı barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokolu tərtib edilmiş, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, götürmə protokolu, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab dilmişdir;

6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir;

7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Sübutların qiymətləndirilməsi və Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməli ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müəyyən edilməklə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunan cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarının 5.1-cı bəndinin tətbiq dairəsinə daxildir və həmin Qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər sonuncunun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan” tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar