Məhkəmə qərarları › İş №1(012)-1277/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1277/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1277/2025 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 02 avqust 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Qubadlı rayonu, Zilanlı ərazi dairəsi, Zilanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs3 ilə 19 iyun 2025-ci il tarixdə saat 13:07-də sonuncunun yaşadığı ünvan 2 ünvanında olarkən, Zərərçəkmiş şəxs3 mətbəxdə olmasından istifadə edərək qonaq otağında kreslonun üstündə olan içərisində 3077 manat məbləgində nağd pul olan bir ədəd 200 manat dəyərində “Etro”markalı pul qabı, 527 Azərbaycan manatı ekvivalentində 310 ABŞ dollarını və bir ədəd 2500 manat dəyərində “İphone 16 Pro Max” markalı **********00403 və **********88220 imei kodlu mobil telefon və telefonun üzərində olan 50 manat dəyərində ***-***-**-** mobil nömrəsi, bir ədəd “Armani” markalı 200 manat dəyərində əl çantasını, götürüb mənzildən çıxıb qaçaraq gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 6554 manat məbləgində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 01 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü “Hunday Elantra” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron rayonu Xırdalan şəhəri Riyad ticarət mərkəzinin qarşısında mindirib Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi dəniz kənarı çimərliyinə aparmış, oradan 01 sentyabr 2025-ci il tarixdə saat 20:00 radələrində geri qayıdarkən Zərərçəkmiş şəxs1 avtomobildən enib avtomobilin təkərinə baxmasını bildirmiş, Zərərçəkmiş şəxs1 avtomobildən enib təkərə baxdıqda o, avtomobili sürətlə hərəkətə gətirib Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya məxsus içərisində dəyəri 2570 manat olan “İphone 15 Pro” markalı mobil telefonu, telefonun içərisində olan 5 manat dəyərində ***-***-**-** mobil nömrəsini, telefona üzərindəki, 10 manat dəyərində olan üzlüyünü, 41 manat nağd pulu, 10 manat dəyərində olan pul kisəsini və 95 manat dəyərində “PİNKO” markalı mavi rəngli qadın əl çantasını açıq yolla talayaraq zərərçəkmiş, Zərərçəkmiş şəxs1 ümumilikdə 2731 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 03 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Araz” marketin arxa tərəfində idarə etdiyi “Hundai Elantra” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşmiş tanışı Zərərçəkmiş şəxs2 yerə nəyinsə düşdüyünü sonuncuya bildirmiş sonuncunu qabaqcadan düşünülmüş bəhanə ilə yerə endirdikdən sonra avtomobili idarə edərək oradan uzaqlaşıb Zərərçəkmiş şəxs2 avtomobilin salonunda olan 30 manat dəyərində çantasını, içərisində olan 275 manat pulu, dəyəri 1200 manat olan “Samsung Galaxy A56” markalı mobil telefonu, telefonun üzərindəki 6 manat dəyərində olan qoruyucu kabranı, telefonun içərisində olan 7 manat dəyərində mobil nömrəsini, bir ədəd 10 manat dəyərində fırçanı və 1 ədəd "xxxx" ASC-yə aid bank kartını götürüb sonuncunun gözü qarşısında açıq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1528 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilmiş, ifadəsinə əsasən o, təxminən “Azar” sossial şəbəkəsində “Nara” adı ilə qeydiyyatdan keçən şəxslə tanış olmuş və həmin şəxsin qadın olduğunu düşünmüşdü. Tanış olduqdan 10-15 gün sonra “Nara” adlı şəxslə görüşmüş və “Nara” adı ilə sossial şəbəkə səhifəsində qeydiyyatdan keçən şəxsin qadın olmadığını, həmin şəxs cinsi azlıq nümayəndəsi olan Zərərçəkmiş şəxs3 olduğunu bilmişdir. Həmin gün onun kişi olduğunu bildikdə dərhal onun mobil nömrəsini bloka salaraq ondan uzaqlaşmışdır. Sonradan xx.xx.2025-ci il tarixdə pula ehtiyacı olduğu üçün onun keçirdiyi bahalı həyat tərzini görərərək ondan borca pul istəməyə qərar vermiş və Zərərçəkmiş şəxs3la yenidən əlaqəni bərpa etmişdir. Əhlimanla əlaqə saxlayaraq ona idarə etdiyi avtomobili Yol Polisi tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirildiyini və avtomobili cərimə meydançasından çıxartmaqdan ötrü pul lazım olduğunu demişdir. Həmin vaxt Əhliman ona maddi köməklik edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində Yasamal rayonunda yerləşən “Caspian Plaza”-nın qarşısında Əhlimanla görüşmüş və pulu olmadığı üçün taksinin 15 manat ödənişini kart vasitəsi ilə Əhlimandan almışdır. Sonradan Əhlimanla birlikdə yaşadığı Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 39 ünvanına yaxınlaşmışlar, orada Əhliman bildirmişdir ki, evin açarını gətirsinlər sonra evə qalxacaqlar və evdə istədiyi məbləği verəcəkdir. Bir neçə dəqiqə sonra həmin ünvanın acarını taksi ilə gətirib Əhlimana veriblər. Həmin vaxt Əhlimanın başını qatıb və pulları oğurlayaraq qaçmagı düşünmüşdür. Əhliman evin açarlarını taksidən götürmüş və birlikdə pulun dalıyca Əhlimanın yaşadığı ünvan 3 ünvanına getmişlər. Əhliman evin qapısını açmış və mənzilə daxil olmuşlar. Sonradan Əhliman digər otaqa keçmiş və özü isə qapının kilidini bağlamamış ki, pulu oğurlayaraq mənzildən qaçsın. Sonradan qonaq otağında divana əyləşmiş və Əhlimandan su istəmişdir. Həmin vaxt Əhliman “Redd Bull” içkisi vermiş, çiynində olan əl çantasını kreslonun üzərinə nəzarətsiz qoyaraq mətbəxə getmişdir. Həmin vaxt qara rəngli əl çantasının içərisinə baxmadan oğurlayaraq dərhal mənzili tərk etmişdir. Oğurladığı əl çantası ilə birlikdə Nizami metrostansiyası tərəfə getmiş və orada yolda dayanmış taksiyə əyləşərək Sumqayıt şəhərinə sürməsini bildirmişdir. Sumqayıt şəhərinə çatdıqda taksinin ödənişini oğurladığı əl çantasından açıb 20 manat götürərək taksini ödəişini etmişdir. Sonradan oğurladığı əl çantasının içərisinə baxdıqda “İphone” markalı telefon və pul qabının içərisində 300 ABŞ dolları, iki ədəd 5 ABŞ dolları və 750 manat pul əskinazlarının olduğunu görmüşdür. Sonradan “Sülh Plaza”-nın qarşısında yerləşən pul dəyişən məntəqəsində 300 ABŞ dollarını manata dəyişmiş və həmin məntəqənin yanında olan telefon dükanına daxil olub və oğurladığı telefonu satmaq istəməyini bildirmişdir. Alıcı telefona baxdıqda ondan kodu soruşmuş və satıcıya telefonun kodunu bilmədiyini dedikdə həmin şəxs onda həmin telefonu 200 manat verə biləcəyini demişdir. Həmin vaxt məbləğin az olduğu ilə razılaşmayıb telefon mağazasını tərk etmiş və sonra telefonu oğurladığı əl çantasına qoyub Sumqayıt Bulvarına getmişdir. Sonradan yenidən Bakı şəhərinə qayıtmışdır. Gecə saatlarında Bakı şəhərində yerləşən gecə klublarına gedib vaxt keçirmiş, sonra oğurladığı puldan müəyyən miqdarını xərclədiydən Novxanı qəsəbəsində yerləşən “Silife” otelə istirahətə getmişdir. Oğurladığı 1000 manat pulu otelə və şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanıldığ üçün Əhlimanın yaşadığı evindən oğurladığı bir ədəd çantanı, bir ədəd pul kisəsini, bir ədəd “İphone” telefonu, 600 azərbaycan manatını, 10 ABŞ dollarını üzərində aşakar edib götürmüşlər və sonradan əlavə olaraq 1000 manatda Əhlimana ödəmişdir. Bundan başqa təxminən 2-3 ay olar ki, müxtəlif internet saytlarında qumar oyunları oynayırmış, bu səbəbdən də, xeyli miqdarda pullarını uduzduğu üçün maddi problemləri yaranmışdır. Ona görə borclarını qaytarmaq, eləcə də yenidən qumar oyunlarına sərf etməklə əlavə qazanc əldə etmək niyyəti ilə müxtəlif üsullara əl atmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə «Tiktok» sosial şəbəkəsində Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. İlk dəfə onunla xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində « Riyad» ticarət mərkəzinin yaxınlığında görüşmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1, guya Sumqayıt şəhər polis idarəsində problemlərinin olmasını və təxminən 1200 manat məbləğində pul lazım olmasını bildirmiş və imkan olarsa həmin məbləğdə pul verməsini xahiş edərək yaxın müddətdə qaytaracağını vəd etmişdir. Əslində isə həmin vaxt polisdə hər hansı bir problemi olmamışdır və məqsədi isə pul əldə edərək qumar oyunlarına sərf etmək və qazanc əldə edərək borclarını bağlamaq olmuşdur. Zərərçəkmiş şəxs1 ilə aralarında səmimi münasibət olduğu üçün Vüsalə sözlərinə inanaraq, hazırda əlində pul olmadığını, lakin satıb pul əldə edə bilməyi üçün barmağındakı qızıl üzüyü verə biləcəyini bildirmişdir. Vüsalə ilə razılaşaraq həmin qızıl üzüyü ondan almış və biraz söhbət etdikdən sonra yaşadığı mənzilə qayıtmışlar. Həmin gün təxminən saat 16:00 radələrində həmin üzüyü Sumqayıt şəhəri «Cavid» ticarət mərkəzinin yaxınlığında yerləşən qızıl dükanına 300 manat məbləğində satmışdır. Daha sonra həmin pulu onlayn mərc oyunlarında uduzmuşdur. Sonra xx.xx.2025-ci il tarixdə dostu Vüqar adlı şəxsə məxsus olan, tünd göy rəngli «Hyundai Elantra» markalı avtomobili götürərək, təxminən saat 17:00 radələrində Zərərçəkmiş şəxs1 ilə Abşeron rayonu, Xırdalan şəhərində Ər-Riyad ticarət mərkəzinin yaxınlığında görüşmüş və Novxanı çimərliyinə getmişlər. Biraz söhbət etdikdən sonra Vüsaləyə maşından enərək, təkərə baxmasını demiş həmin vaxt Zərərçəkmiş şəxs1 maşından enən zaman avtomobili hərəkətə salaraq, həmin ərazidən uzaqlaşmış və Sumqayıt şəhərinə getmişdir. Yolda olarkən Zərərçəkmiş şəxs1 maşında qalan çantasının içərisinə baxmış və içərisində İphone 15Pro markalı mobil telefon, Kapital Banka məxsus kart, şəxsiyyət vəsiqəsi və 41 manat məbləğində pul olduunu görmüşdür. Həmin telefonu götürərək, Sumqayıt şəhərində Cavid ticarət mərkəzinin yaxınlığında yerləşən telefon dükanına getmiş və həmin «İphone 15 Pro» markalı mobil telefonu həmin dükana 900 manat məbləğində satmışdır. Ertəsi gün Sumqayıt şəhərində «Cavid» ticarət mərkəzinin yaxınlığında olarkən Abşeron rayon polis idarəsinin əməkdaşları yaxınlaşıb onu polis idarəsinə dəvət etmişlər. Belə ki, Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq əməli törətdikdən 2 gün sonra, yəni 03 sentyabr 2025-ci il tarixdə Abşeron rayon ərazisində eyni üsulla başqa bir qadına qarşı da soyğunçuluq etmiş və bununla bağlı axtarılırmış. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən Vüqar adlı dostuna məxsus avtomobildə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 məxsus əl çantası da həmin avtomobilin yük yerində olmuş və həmin əl çantasını Abşeron rayon polis idarəsinin əməkdaşlarına təhvil vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ilə xx.xx.2025-ci il tarixdə saat 11 radələrində “Azar” sosial şəbəkəsində tanış olmuşlar və bir-birinə mobil telefon nömrələrini vermişlər. Həmin gün o, görüşmək istədiyini bildirmiş və istifadə etdiyi mobil telefon nömrəsinin “vhatsapp” vasitəsilə konum göndərmişdir. Onun konum göndərdiyi Xırdalan şəhəri ərazisində yerləşən yerə dostu Vüqar adlı şəxsdən icarəyə götürdüyü “Hundaı Elantra” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş və onunla Masazır dairəsi yaxınlığında görüşmüşdür. İlkanə idarə etdiyi avtomobilin qabaq oturacağına əyləşərək birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən “Susəsi” otelinə getmişlər. Orada yemək yeyib onunla cinsi əlaqəda olduqdan sonra oradan çıxıb idarə etdiyi avtomobilə əyləşib və oteldən uzaqlaşıb Sumqayıt şəhəri ərazisində yerləşən bulvara getmişlər. Orada gəzdikdən sonra geri qayıtmışdır. Həmin vaxt İlkanə ondan 50 manat pul istəmiş, bu zaman ona pul verməyəcəyini demişdir. İlkanə ilə mübahisə etdiyi üçün ona 20 manat pul vermişdir. Həmin günü saat təxminən 15 radələrində İlkanə avtomobil sürmək istədiyini dediyindən avtomobili Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Araz super marketin arxa tərəfində yerləşən küçələrin birində saxlamış və ona yerə düşüb sükana keçməyi dediyindən İlkanə saat 16 radələrində avtomobildən düşmüş həmin vaxt idarə etdiyi avtomobili sürüb çıxıb getmiş İlkanə isə orada küçədə qalmışdır. Həmin yerdən uzaqlaşıb getmiş və İlkanənin çantası avtomobildə qalmışdır. Çantanın içərisini açıb baxdıqda Samsung Galaxy A56 markalı mobil telefon aşkar etmişdir. Həmin mobil telefonu aparıb Sumqayıt şəhəri Kolxoz bazarında telefon dükanına tanımadığı şəxslərə satmışdır. Əhlimana məxsus evdən bir ədəd çanta, bir ədəd pul kisəsi, bir ədəd iphone markalı mobil telefonu, 310 ABŞ dollarını və 750 manat pulunu oğurlamış, amma həmin pul kisəsində 3077 manat pul olmamışdır. Hazır ki, vaxta kimi qeyd etdiyi əşyaları və 1600 azərbaycan manatı və 10 ABŞ dolları qaytarmışdır. Əhlimandan gizlin olaraq qeyd edilən əşyaları və pulları oğurlamış və oğurluq edərkən Əhliman onu görməmişdir. 01 sentyabr 2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı dəniz kənarı çimərliyindən qayıdarkən guya idarə etdiyi avtomobilin quma batmasını bəhanə edərək Zərərçəkmiş şəxs1 avtomobildən düşməsini və təkərlərə baxmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 avtomobildən düşdükdən sonra qəflətən avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışdır, həmin vaxt Vüsaləyə məxsus əl çantası avtomobildə qalmışdır. Sonradan həmin əl çantanın içərisində 01 ədəd İPhone 15 Pro markalı mobil telefonun, 41 manat pulun, şəxsiyyət vəsiqəsinin, metro kartının və bank kartının olduğunu aşkar etmişdir. Hhəmin vaxt Zərərçəkmiş şəxs1 məxsus əl çantasının içərisində yalnız ifadəsində göstərdiyim əşyalar olmuşdur, orada heç bir qadın üzüyü olmamışdır. Mən Zərərçəkmiş şəxs1 məxsus çantadan götürdüyü «İPhone 15 Pro» markalı mobil telefonu Sumqayıt şəhərində, «Cavid» ticarət mərkəzinin yaxınlığında 900 manata satmış, 41 manat pulu xərcləmiş, əl çantasını isə içərisində olan digər əşyalarla birlikdə Abşeron rayon polis idarəsinin əməkdaşlarına təhvil vermişdir. Həqiqətən Zərərçəkmiş şəxs1 məxsus çantadan götürdüyü «İPhone 15 Pro» markalı mobil telefonu həmin mağazaya 900 manata satmış, əldə etdiyi məbləğin şübhəli şəxs qismində dirdilərkən ifadəsində 500 manat qeyd etmişdir.Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətini tək olaraq törətmiş və həmin hadisə zamanı yanımda başqa heç kim olmamışdır.Hadisə zamanı əlində heç bir əşya olmamışdır, heç bir əşyadan silah qismində istifadə etməmişdir.Zərərçəkmiş şəxs2 bıçaqla hədələməmiş və üzərimdə bıçaq olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışmış, digər zərərçəkmiş şəxslərə zərərin bir hissəsini qaytarmağına baxmayaraq barışıq əldə edə bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, Tiktok sosial şəbəkəsində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə tanış olmuşdur. Təxminən 15-20 gün Təqsirləndirilən şəxsla Tiktok sosial şəbəkəsində söhbət etdikdən sonra, ilk dəfə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “PAPİTO” adlı mağazasının qarşısında görüşmüşdür. Həmin gün axşam Təqsirləndirilən şəxs zəng edərək Sumqayıt Polis İdarəsində problemləri olduğunu və həmin problemləri həll etmək üçün ona 10000 manat məbləğində pul lazım olduğunu və daha sonra isə 7000 manat məbləğində pul düzəltdiyi bildirərək, əlavə 3000 manat məbləğində pul istəmişdir, o, Zəfərə pulunun olmadığını lakin qızıl üzüyünü verə biləcəyini demişdir. 2 gün sonra Zəfərlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Riyad ticarət mərkəzinin qarşısında görüşmüş və qramını xatırlamadığı qızıl üzüyü Zəfərə vermişdir. Təqsirləndirilən şəxs üzüyü lombarda qoyacağını və 10-15 günə həmin üzüyü qaytaracağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Riyad ticarət mərkəzinin qarşısında görüşərək Novxanı çimərliyinə getmişlər. Bir neçə saat orda söhbət etdikdən sonra, təxminən 20:00 radələrində hava qaraldığından Zəfərdən onu evə aparmağını xahiş etmiş, dəniz kənarından əsas yola keçid edən zaman, telefonuna mesaj gəlmiş Təqsirləndirilən şəxs ona “telefonu ver mesaja baxım dediyindən, telfonu Zəfərə vermiş sonra Təqsirləndirilən şəxs maşını saxlayaraq “maşının təkəri deyəsən quma batıb, düş təkərə bax” dediyindən avtomobildən enib maşının təkərinə baxmaq isdədikdə o, maşını hərəkətə gətirib oradan uzaqlaşmışdır. Arxadan qışqıraraq ona avtomobili saxlamağı bildirsədə o, əhmiyyət verməyib çıxıb getmişdir. Təqsirləndirilən şəxs içərisində 055- ***-**-** nömrəli sim kart olan İphone 15 Pro markalı mobil telefonunu və mavi rəngli çantasını götürərək, maşını saxlamadan, qapısı acıq formada sürətlə həmin yeri tərk etmişdir. Hadisə zamanı çanta avtomobildə olmuş, çantasının içərisində istifadəsində olan “UniBanka” məxsus kart, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 41 manat məbləğində pul vəsaiti olmuşdur. İlkin ifadəsində həmin çantada bir ədəd qızıl üzüyünün olduğunu bildirsədə, faktiki həmin üzüyü sonradan yaşadığı mənzildən tapmışdır. Lakin 01 ədəd 425 manat dəyərində aldığı, 525 əyyarlı, 3.04 qram olan, üzüyü isə özü Zəfərə lanbarda qoyub pul götürmək üçün vermişdir. Bundan sonra həmin gün saat 20:36 radələrində DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onu bağışlamışdır. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Azar” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş həmin şəxs ona görüşməyi təklif etmiş o da görüşməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs görüşə “Hundai Elantra” markalı avtomobil ilə gəlmiş, onunla Sumqayıt şəhəri istiqamətində sonradan isə Novxanı kəndinə gəzməyə getmişlər. Bir müddət orada vaxt keçirdikdən sonra qayıtmaq qərarına gəlmişlər Zəfər ara yollarda ondan nəsə düşdüyünü demiş, maşından düşüb baxmasını istəmişdir, o, atomobilin qapısını açıb yerə endiyi vaxt isə fürsətdən istifadə edib avtomobili sürüb getmişdir. Zəfərin arxası ilə qışqıraraq qaçmış, lakin, o avtomobili saxmayaraq uzaqlaşıb getmişdir. Həmin avtomobildə bir ədəd dəyəri 30 manat olan qara rəngli dəri çanta və içərisində 1200 manat dəyərində Samsung GalaxyA 56 markalı mobil telefon, həmin mobil telefonun dəyəri 6 manat olan qoruyucu kabrasının içərisində 275 (iki yüz yetmiş beş) manat pul və 1 ədəd içərisində pul olmayan “Kapital Bank“ kartı olmuşdur. Pullar 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 5 ədəd 1 manatlıq əskinaslar olmuşdur. Bundan başqa da, 3 ədəd mənzilinin açarı olmuşdur. Ümumilikdə 1528 (min beş yüz iyirmi sekkiz) manat maddi ziyan dəymişdir. Xatırlamadığı kosmetik əşyalar və sair də olmuşdur ki, onları şikayətində göstərməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmədiyi üçün sonuncudan şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. 275 manat və fırça həmçinin kosmetikaları geri qaytarılmamışdır. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024-ci ildə sosial şəbəkə vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuş və cinsi azlıq nümayəndəsi olduğu üçün onunla iki dəfə cinsi əlaqədə olmuşdur. Sonradan Zəfərlə münasibəti pozuldugundan Zəfərlə əlaqəni kəsmişdir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Zəfər əlaqə saxlayaraq, avtomobili Yol Polisi tərəfindən cərimə meydançasına yerləşdirildiyni və avtomobili cərimə meydançasından çıxartmaqdan ötrü köməklik istəmişdir. Zəfərlə razılaşmış və günorta satlarında görüşməyi təklif etmişdir. Zəfər razılaşaraq gəlməkdən ötrü 15 manat taksi pulu istəmişdir. Saat 12:50-də pulu Zəfərin kartına atmış və 13:07-də Zəfər onun yanına Yasamal rayonu, “Caspian Plaza”-nın qarşısına gəlmişdir. Zəfərlə birlikdə Yasamal rayonu, Z. Əhmədbəyov küçəsi 39 ünvanına getmiş və orada avtomobildə əyləşib evinin açarını gözləmiş, taksi açarı gətirdikdən sonra birlikdə evə qalxıb evdə Zəfərlə görüşmək isdəmişdir. Avtomobildə əyləşən zaman Zəfər ona məxsus olan telefona baxmış və kodunu şoruşmuşdur. Həmin vaxt telefonun kodunu Zəfərə verməmişdir. Sonradan həmin ünvana taksi gəlmiş və evin açarlarını gətirmişdir.Açarları taksidən alaraq Zəfərlə birlikdə Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 39, mənzil 22 ünvanına qalxmışlar. Birlikdə mənzilə daxil olmuşlar, Zəfər mənzilə daxil olan zaman ayaqqabılarını çıxarmamış və qonaq otağına daxil olmuşdur. Sonradan Zəfər ondan su istəmiş və mətbəxdən soyuducudan “Redd Bull”-u Zəfərə vermişdir. Otaga daxil olan zaman özünə məxsus olan bir ədəd qara rəngli “Armani” brendinə məxsus 200 manat dəyərində olan əl çantasının, içərisində bir ədəd “Etro” markalı 200 manat dəyərində olan pul qabı, içərisində 310 ABŞ dolları və 3077 manat nağd pulu divanın üzərinə qoymuşdur. Bundan başqa özünə məxsus olan bir ədəd “iphone 16 Pro max” markalı 357 192 892 400 403 və 357 192 892 288 220 imei kodla və 2500 manat dəyərində olan telefonu, 50 manat dəyərində telefon üzərində olan nömrəsi ilə birlikdə kreslonun üzərinə əl çantasnın yanına qoymuşdur. Sonradan yataq otağına keçmiş, Zəfər isə qonaq otağında qalmışdır. Təxminən 1-2 dəqiqədən sora giriş qapısının açılmasını eşitmiş və dərhal otaqa qayıtmışdır. Həmin vaxt aşkar etmişdir ki, Zəfər ona məxsus olan bir ədəd “İphone 16 pro Max” 357 192 892 400 403 və 357 192 892 288 220 imei kodlu mobil telefonu və bir ədəd “Armani” brendinə məxsus olan içərisində“Etro” brendinə məxsus olan pul qabını içərisində 300 ABŞ dolları və 3077 manat pulu oğurlayaraq mənzildən qaçmışdır. Oğurluq hadisəsi nəticəsində 6554 manat maddi ziyan dəymişdir. Polisə şikayət etdikdən sonra polis əməkdaşları vasitəsi ilə ona məxsus olan bir ədəd İpohoni 6 promax mobil telfon, bir ədəd Armani brendində məxsus çanta, bir ədəd pul qabı, 10 ABŞ dolları və 1600 manat pul qaytarılmışdır. Həmin qaytarılan pul və əşyalar polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüşdür. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmədiyi üçün sonuncudan şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Ziyanın qalan hissəsi 1600 manat təşkil edir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində “Oktel” mağazasında işləyir. xx.xx.2025-ci il tarixdə saat 17 radəllərində həmin mağazada olarkən sonradan soyadını və adını bildiyi Təqsirləndirilən şəxs bir ədəd Samsung A56 markalı telefon gətirək pula ehtiyacının olduğunu və ona görə telefonunu satmaq isdədiyini dediyi üçün telefona baxmış və aralarında 320 manata razılaşmışlar, dostu Elvin adlı şəxsdən 320 manat alaraq Təqsirləndirilən şəxs təqdim etmiş və ondan şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Həmin telefonun cinayət yolu ilə əldə edilməsindən məlumatı olmamışdır.Sonradan polis əməkdaşları gəldiyindən həmin telfonun cinayət yolu ilə əldə edildiyini bildirdikləri üçün həmin telefonu polislərə təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Sülh telekom” adlı obyekti işlədir.01 sentyabr 2025-ci il tarixdə saat 20 radəllərində sonradan adını bildiyi Təqsirləndirilən şəxs işlədiyi dükana gələrək bir ədəd İpohoni 15 pro markalı telefon gətirib satmaq isdədiyini bildirmişdir.Ondan telefonun ona aid olub-olmadığını soruşduqda Zəfər telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs telefonun kodunu açıb təqdim etmiş və 900 manata razılaşaraq telefonu və onun şəxsiyyət vəsiqəsinin surətini və eləcədə telefonun özünə məxsus olması barədə qəbz yazıb vermişdir. Həmin telefonu sonradan tanımadığı müştəriyyə 1170 manata satmışdır.Həmin telefonun cinayət yolu ilə əldə etməsindən məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir;

2. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Şübhəli şəxsin tutulması haqqında” 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

4. “Cinayət işi üzrə əməlinin tövsif edilməsi” haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi” haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur;

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-499/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir;

7. “Leqal Prime” şirkətinin təqdim etdiyi 09 iyul 2025-ci il tarixli LP-104/2025-ci il tarixli mütəxəsis rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “İpohone 16 Pro Max” markalı telefonun qiyməti 1500 manat, bir ədəd Armani markalı əl çantasının 180 manat, bir ədəd “Etro” markalı pul qabı 850 manat dəyərində hazırki bazar qiyməti müəyyənləşdirilmişdir;

8. “Cinayət işi üzrə maddi sübut kimi tanınma” haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd əl çantasının içərisində olan 600 manat və 10 ABŞ dolları, bir ədəd pul qabı, bir ədəd “İphone 16 Pro Max” markalı **********400403 və **********88220 imei kodlu mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3 ərizəsi nəzərə alınaraq saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmışdır

9. “Şübhəli şəxsin tutulması haqqında” 04 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlamaqla icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır;

11. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır;

12. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 sentyabr 2025-ci il tarixli tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur;

13. Abşeron rayon Məhkəməsinin 4(012)-491/2025 saylı, 06 sentyabr 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilərək 04 sentyabr 2025-ci il tarixdə həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir;

14. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında 06 sentyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir;

15. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-593/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlamanın əvvəli 08 sentyabr 2025-ci il tarixfən hesablanmışdır;

16. “Cinayət işinin birləşdirilməsi” haqqında 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatında olan eyni şəxs barəsində olan ********* saylı cinayət işinə birləşdirilməsi və sonuncu nömrə altında istintaqı aparılmış, onun barəsində ********* saylı cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilmiş və barəsində seçilmiş ********* saylı cinayət işi üzrə seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır;

17. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 01 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir;

18. “Cinayət işi üzrə maddi sübut kimi tanınma” haqqında 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Zərərçəkmiş şəxs1 məxsus olan bir ədəd əl çantasını, bir ədəd telefon qoruyucu üzlüyünü, bir ədəd pul kisəsi, bir ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd Bakı Bus avtobusuna aid kartlar, iki ədəd alış-veriş kartı, bir ədəd unibanka aid kart iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1 qızının ərizəsi nəzərə alınaraq, zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın;

19. “Cinayət işi üzrə əməlinin tövsif edilməsi” haqqında 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.1-ci maddələrindən həmin Məcəllənin 177.2.4 və 180.2.2-ci maddələrinə tövsif edilmiş və istintaqı aparılmışdır;

20. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 01 noyabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə yenidən ona ittiham elan edilmişdir;

21. Abşeron rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 7(012)-259/2025 saylı qərardan görünüür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1- 1(095)-248/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 270 saat cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.3-cü maddəsinə əsasən dörd saat ictimai işlər cəzasının bir gün azadlığına məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla 02 (iki) ay 07 (yeddi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və bu cəzanın müddəti həmin həddə müəyyən olunmaqla üzərinə Sumqayıt Şəhəri Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmıış və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhəri Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir;

22. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 08 dekabr 2025-ci il tarixli qərarına əsasən istintaq və məhkəmədən boyun qaçırma vasitələrinin qarşısını almaq üçün qətimkan tədbiri qismində Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;

23. “Sübutların qiymətləndirilməsi” haqqında 15 dekabr 2025-ci il tarixli qərarına əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham və barəsində başqa yerə getməmək haqqında seçilmiş iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, iş üzrə X4, Şahid1 Ağaddin oğlunun, X2 və X3 əməllərində cinayətin tərkibi yaranmadığından, cinayət işinin barələrində olan hissəsi üzrə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd əl çantası, bir ədəd pul qabı, şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı və “BakıBus”a aid iki ədəd kart, zərərçəkmiş şəxs X1 məxsus bir ədəd əl çantası, 26 manat pul, bir ədəd telefon üzlüyü və bir ədəd makiyaj fırçası, həmçinin Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “iPhone 16 Pro” markalı telefon, “Armani” brendinə aid olan əl çantası, “Etro” brendinə aid pul qabı iş üzrə maddi sübut kimi tanınaraq qeyd edilən əmlakların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmaqla, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan digər istintaq hərəkəti protokolları sübut növü kimi

24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 350 saat ictimai işlər cəzası təyin edilmiş, bundan başqa barəsində Sumqayıt şəhər Pİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə icraatda olmuş ********* saylı cinayət işi xx.xx.2025-ci il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi zərərin qismən ödənilməsi müəyyən edilmiş və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələri ilə cəza təyin etmək məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, zərərçəkmiş şəxslərdən bir nəfərə münasibətdə qismən ödəniş etməklə, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməklə və ya buna cəhd etməməklə yanaşı sonuncuların ondan şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islahı, yeni cinayətlərin qarşısının alınması və sosial ədalətin bərpasına yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin olunması ilə nail olmaq mümkündür. Bu cəzanın təyin edilməsi həm qanuni, həm ədalətli, həm də cəza siyasətinin tələblərinə uyğun hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində saxlanıldığı 04 gün, həmçinin 08 sentyabr 2025-ci tarixdən 08 dekabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay ümumilikdə 03 (üç) ay 04 (dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 04 mart 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantasının, 01 ədəd pul qabının, şəxsiyyət vəsiqəsinin, 02 ədəd bank kartlarının və “Bakı Bus”a aid 02 ədəd avtobus kartlarının Zərərçəkmiş şəxs1, 01 ədəd əl çantasının, 26 manat pul vəsaitinin, 01 ədəd telefon üzlüyünün və 01 ədəd makiyaj fırçasının zərərçəkmiş şəxs X1, həmçinin 01 ədəd “iPhone 16 Pro” markalı telefonun, “Armani” brendinə aid olan əl çantasının, “Etro” brendinə aid pul qabının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq “Leqal Prime” şirkətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) saat üçün nəzərdə tutulan 330 (üç yüz otuz) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 04 gün, həmçinin 08 sentyabr 2025-ci tarixdən 08 dekabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay ümumilikdə 03 (üç) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantasının, 01 ədəd pul qabının, şəxsiyyət vəsiqəsinin, 02 ədəd bank kartlarının və “Bakı Bus”a aid 02 ədəd avtobus kartlarının Zərərçəkmiş şəxs1, 01 ədəd əl çantasının, 26 manat pul vəsaitinin, 01 ədəd telefon üzlüyünün və 01 ədəd makiyaj fırçasının zərərçəkmiş şəxs X1, həmçinin 01 ədəd “iPhone 16 Pro” markalı telefonun, “Armani” brendinə aid olan əl çantasının, “Etro” brendinə aid pul qabının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq “Leqal Prime” şirkətinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar