Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-128/2020 04.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 26 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdardan artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızının kəsiyinə qablaşdırılmış ümumi çəkisi 0,215 qram açıq qəhvəyi rəngli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:05 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 28 məhəllədə saxlanılaraq Abşeron RPİ-ə gətirilmiş və xidməti otağda üstünə keçirilən axtarış zamanı əynində olan göy rəngli cins şalvarn sağ yan cibindən həmin miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxxxxx 2019-cu il tarixdə günorta radələrində Bakı şəhəri Yasamal rayonu ərazisinə gedib tanımadığı bir nəfər şəxsdən narkotik vasitə olan heroini 10 manata alıb yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə geri qayıtmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə olan zaman iki nəfər mülki geyimdə olan şəxslərona yaxınlaşaraq Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirib, polis vəsiqələrini təqdim etdikdən sonraüzərində qanunsuz olaraq narkotikvasitə gəzdirməkdə şübhəli olduğu barədə onlardaməlumatın olduğunu deməklə onuAbşeron RPİ-nə dəvət etmişlər.O, onların təklifindən imtina etmədən onların gəldikləri polisin avtomobilinə minib birlikdə Abşeron RPİ-nə getmişdir. Yolda polis əməkdaşları onunhərəkətlərinə ciddi nəzarət etdiklərindən üstündə olan narkotik vasitəni ata və gizlədə bilməmişdir. Orada xidməti otaqların birində onanarkotik vasitələrin qanunsuz əldə edilməsi vəsaxlanmasında şübhəli olduğunu bir daha deməklə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona üstündə qanunsuz saxlanılan əşya və maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, artıq polis əməkdaşlarının üstündə narkotik vasitənin olmasından məlumatlı olduqlarını bildiyindən, heç bir çıxış yolunun olmadığını anlayıb əynindəki göyrənglicinsşalvarınsağyan cibindən saxlayıb gəzdirdiyi siqaretin gümüşü kağızına bükülmüş heroini çıxarıb könüllü olaraq təqdim etmişdir.Polis əməkdaşları həmin bükülünüonuniştirakıiləaçaraq, orada iştirak edən şəxslərə əyani olaraq göstərdikdən sonra yenidən qablaşdırmaqla möhürləyib götürmüşlər. Polisəməkdaşları üzərinə keçirilən axtarış videoçəkilişlə aparmışlar və onun təqdim etdiyi siqaretin gümüşü kağızını qablaşdırdıqdan sonra bu barədə protokol tərtib etmişlər, ona və digər iştirakçılara ucadan oxumuşlar və imza etmək üçün təqdim etmişlər. O, bir daha protokolla tanış olub imza etmişdir. Digər iştirakçılarda protokollatanış olub imza etmişlər. Protokolda,zərfin üzərindəki onunsoyadının qarşısındakı imzalar onaməxsusdur. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş VahidovRüstəmAğalaroğlu ifadəsində göstərdiki, o, 2013-cü ildən Azərbaycan Respublikası DİO-da, 2018-ci ildən Abşeron RPİ-nin NMQ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə xidmətdə olduğu zaman xx xxxxxx 1996-cı il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əmliyyat məlumatı daxil olduğu üçün dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə idarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başlamışdır. Daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu etimal olunan Abşeron rayonu, Xırdalan şəhəri, 28 məhəlləyə getmişlər. Göstərilən ünvanda qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduqları şəxsə yaxınlaşaraq özlərini ona təqdim etmişlər və narkotik vasitələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. Həmin şəxs onların təklifdən imtina etməsədə onlar ona narkotik vasitələrin əldə olunması və saxlanması barədə məlumatlı olmağını deməklərindən təşviş keçirmişidr. Buna baxmayaraq onlar onu Polis idarəsinə gətirmiş və yol boyu onun üstündə olduğu etimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Zamiq Mustafayevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq könüllü təqdim edib bildirmişdir ki, həmin bükümün içərisində olan kütlə heronidir, bir müddət əvvəl Bakı şəhəri Yasamal rayonunda tanımadığ şəxsdən 10 manata almış və əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlətməklə şərait və vaxtı olduğu halda özünün istifadəsi üçün saxlayıb gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş bükümü özünün iştirakın idə açılıb baxılmış və sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs izahatı alınmış, onun təqdim etdiyi kütlə yoxlanılması üçün ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxxxx 2019cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qanunla dövriyyəsi qadağan olunmuş siqaretin gümüşü kağızına bükümü təqdim edərək, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22883 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatlardan sonra qalıq qalan heroinin xalis çəkisi 0,165 qramdır. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 2364 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan heroin cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq haqqında xx xxxxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Abşeron Rayon Məhkəməsinin 1(012)-252/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsindən təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(012)-36/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəzalar qismən toplanmaqla qəti olaraq 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsi ilə müəyyən edilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-252/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-262/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,165 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, materialların məhkəmə ekspertizasının dəyəri olan 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsdən tutulmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş xalis çəkisi 0,165 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsinə minəndən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-128/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-128/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver