Məhkəmə qərarları › İş №1(012)-128/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-128/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-128/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, X3, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs7 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs6 iştirakları ilə xx.xx.1986-cı il ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. RPŞ-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi ev 124-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1994-cü il ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Sabirabad rayonu, Sabirabad şəhəri, E.Qəmbərov küçəsi ev 20-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1989-cu il ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, T.İsmayılov küçəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1998-ci il ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağsu rayonu, Pirhəsənli ərazi dairəsi, Pirhəsənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində nömrəsiz evdə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1989-cu ildə Abşeron rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 16-cı küçə, ev 26-da daimi qeydiyyatda olmaqla həmin ünanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Salyan şəhəri, Ə.Hüseynov küçəsi ev 121-də daimi qeydiyyatda olmaqla həmin ünanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q.Xalıqov küçəsində yerləşən evin hasarından qanunsuz keçməklə həyətə düşüb, divarda plastik materialdan hazırlanmış saxlanc yerinin qapısını açmaqla orada quraşdırılmış 1 ədəd ağ rəngli “Nota” markalı 800 manat dəyərində kombi və 1 ədəd 100 manat dəyərində ağ rəngli kombi aparatını tənzimləyən stablizatoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 900 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 1 ünvanda yerləşən fərdi evinin giriş qapısının kilidini vintaçanla qıraraq yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 2050 manat dəyərində 1 ədəd 155 sm diaqonallı “Samsunq” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 2050 manat vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 yanvar 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi 32 nömrəli yaşayış evinə qanunsuz daxil olub, oradan 1 ədəd 1200 manat dəyərində idman velosipedini, 1 ədəd 800 manat dəyərində 82 ekranlı “LG” markalı televizoru, hər birinin qiyməti 150 manat olan, ümumi dəyəri 450 manat olan 3 ədəd istilik radiatorlarını, hər birinin dəyəri 160 manat olan, ümumi dəyəri 320 manat olan 2 ədəd avtomobil oturacaq üzlüklərini, hər biririn dəyəri 35 manat olan, ümumi 70 manat olan idman qantellərini, 1 ədəd 120 manat dəyərində şirəçəkən aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 2960 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2022-ci tarixdə saat 02 radələrində X12 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçədə yerləşən 63 saylı fərdi evə qapıdan qanunsuz daxil olub, qonaq otağından 1 ədəd 1250 manat dəyərində «Samsunq» markalı televizoru, yataq otağından bir ədəd 480 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 400 manat dəyərində «Samsunq» markalı mobil telefonu, bir ədəd 750 manat dəyərində «ASUS» markalı notebuk kompyuteri, həmin kompyuterin çantasında olan 1400 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 4280 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, 2-ci küçədə yerləşən fərdi evin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir alətlə sındırıb içəri qanunsuz daxil olaraq, oradan bir ədəd 500 manat dəyərində olan 82 sm diaqonallı “LC” markalı televizoru, bir ədəd 150 manat dəyərində olan tozsoranı, bir ədəd 150 manat dəyərində olan ət çəkən maşını və bir ədəd 1000 manat dəyərində olan “Novatel” markalı kombi su qızdırıcı istilik sistemini gizli olaraq talayıb, zərəçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1800 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəmir barmaqlıqları sındıraraq pəncərədən qanunsuz daxil olub, qonaq otağında divara quraşdırılmış 1 ədəd 1200 manat dəyərində 109 sm diagonallı “Samsunq” markalı televizoru, mətbəxdə divara quraşdırılmış bir ədəd 680 manat dəyərində 82 sm diaqonallı “Philips” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 1880 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 23-cü küçə, 8 nömrəli yaşayış evinə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 100 manat ümumi dəyəri 400 manat olan 4 ədəd istilik radiatorlarını, 1 ədəd 40 manat dəyərində internet üçün modemini, 1 ədəd 20 manat dəyərində tərəzini, 1 ədəd 40 manat dəyərində şirəçəkən aparatı, 1 ədəd 40 manat dəyərində yataq dəstini, 1 ədəd 30 manat dəyərində tosteri, hər birinin dəyəri 11 manat olan ümumi 22 manat olan 2 ədəd yastığı, 1 ədəd 7 manat dəyərində elektrik uzadıcı naqili, 1 ədəd 5 manat dəyərində qaz açarını, 1 ədəd 10 manat dəyərində süfrəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 614 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 mart 2022-ci il tarixdə təxminən saat 23-24 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 46-da yerləşən yaşayış evinə pəncərədən qanunsuz daxil olub, oradan bir ədəd 550 manat dəyərində «Hofman» markalı televizoru, bir ədəd 250 manat dəyərində qolbağı ilə birlikdə kişi saatını və 50 manat dəyərində metaldan hazırlanmış qadın sepinı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 850 manat vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs4 və ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 mart 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olub oradan 01 ədəd 400 manat dəyərində “Neoterm” markalı, “XP28C” model, 28 kv-lıq kombi aparatını, 01 bir ədəd 400 manat dəyərində LG markalı televizoru, 01 ədəd 100 manat dəyərində soyuducunu və 01 dəst 200 manat dəyərində qazan dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin mart ayının axırlarında gecə saat 02 radələrində X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu kücəsində yerləşən fərdi yaşayış evinin pəncərəsi üzərində olan dəmir barmaqlığını sındırmaqla evə qanunsuz daxil olub, oradan bir ədəd 500 manat dəyərində, 42 sm diaqonallı plazma televizoru, bir ədəd 1000 manat dəyərində qızıl briliant qaşlı qadın üzüyünü, bir ədəd 500 manat dəyərində qızıl qadın üzüyünü, 200 manat dəyərində bir cüt qızıl sırqanı, bir ədəd 800 manat dəyərində qızıl klonu, bir ədəd 100 manat dəyərində qızıl sepi, 230 manat dəyərində bir cüt ğümüş sırqanı və 200 manat dəyərində ğümüşdən olan bujiteriya komplektini gizli olaraq talayıb, zərərçəkmiş X6 ümumilikdə 3.530 manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağ küçəsi, nömrəsiz fərdi evin pəncərəsini açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 500 manat dəyərində 1 ədəd “Blomberğ” markalı 82 sm diaqonallı televizoru, 1100 manat dəyərində 1 ədəd “Tissot” markalı qol saatını, 400 manat dəyərində qaşıq-çəngəl-bıçaq dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs13 ümumilikdə 2000 manat dəyərində ziyan dəyərində oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Xəlil Rza küçəsindəki nömrəsiz fərdi yaşayış evinə plastik pəncərənin üzərindəki dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olub, oradan 3000 manat dəyərində 1 ədəd “Samsunq” markalı televizoru, hər birinin dəyəri 600 manat olan ümumi 1200 manat dəyərində 2 ədəd kişi qol saatını, 1300 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyalarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 ilə 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində görüşərək Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi 99-da yerləşən fərdi yaşayış evindən birlikdə oğurluq etmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən gündəlik tələbat mağazasının qarşısında dayanaraq sonuncunun həmin obyektindən çıxıb yaşadığı evə gedəcəyi halda mobil telefon vasitəsilə ona və Təqsirləndirilən şəxs3 xəbər vermək üçün həmin obyektin ətrafında mövqe seçib gözləmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3la o, həmin evə arxa tərəfində yerləşən nəfəslik pəncrəsinin şüşəsini çıxartmaq yolu ilə qanunsuz daxil olaraq qonaq otağından 01 ədəd 150 manat dəyərində olan qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malaziya istehsalı olan televizoru, yataq otağından 01 ədəd 250 manat dəyərində olan “Samsunq Qalaxy A-10” markalı mobil telefon aparatını və evin həyətindəki qarajda olan “Qaz 3110” markalı avtomobildən 01 ədəd 100 manat dəyərindəki akkumlyatoru gizli olaraq talamış və onun telefon zəngindən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs6 ilə birlikdə sonuncunun idarə etdiyi Toyota Prius markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evi yaxınlığına getmiş, bundan sonra taladıqları əşyaları birlikdə avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat məbləğində maddi vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin mart ayının axırlarında saat 02 radələrində X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu kücəsində yerləşən fərdi yaşayış evinin pəncərəsi üzərində olan dəmir barmaqlığını sındırmaqla evə qanunsuz daxil olub, oradan bir ədəd 500 manat dəyərində, 42 sm diaqonallı plazma televizoru, bir ədəd 1000 manat dəyərində qızıl briliant qaşlı qadın üzüyünü, bir ədəd 500 manat dəyərində qızıl qadın üzüyünü, 200 manat dəyərində bir cüt qızıl sırqanı, bir ədəd 800 manat dəyərində qızıl klonu, bir ədəd 100 manat dəyərində qızıl sepi, 230 manat dəyərində bir cüt ğümüş sırqanı və 200 manat dəyərində ğümüşdən olan bujiteriya komplektini gizli olaraq talayıb, zərərçəkmiş X6 ümumilikdə 3.530 manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağ küçəsi, nömrəsiz fərdi evin pəncərəsini açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 500 manat dəyərində 1 ədəd “Blomberğ” markalı 82 sm diaqonallı televizoru, 1100 manat dəyərində 1 ədəd “Tissot” markalı qol saatını, 400 manat dəyərində qaşıq-çəngəl-bıçaq dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs13 ümumilikdə 2000 manat dəyərində ziyan dəyərində oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Xəlil Rza küçəsindəki nömrəsiz fərdi yaşayış evinə plastik pəncərənin üzərindəki dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olub, oradan 3000 manat dəyərində 1 ədəd “Samsunq” markalı televizoru, hər birinin dəyəri 600 manat olan ümumi 1200 manat dəyərində 2 ədəd kişi qol saatını, 1300 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyalarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 ilə 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində görüşərək Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi 99-da yerləşən fərdi yaşayış evindən birlikdə oğurluq etmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, aralarındakı razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs6 ilə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən gündəlik tələbat mağazasının qarşısında dayanaraq sonuncunun həmin obyektindən çıxıb yaşadığı evə gedəcəyi halda mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xəbər vermək üçün həmin obyektin ətrafında mövqe seçib gözləmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 telefon zəngindən sonra Təqsirləndirilən şəxs6 ilə birlikdə sonuncunun idarə etdiyi Toyota Prius markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri, M.Əcəmi küçəsi 99 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gedərək Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 həmin evə arxa tərəfində yerləşən nəfəslik pəncrəsinin şüşəsini çıxartmaq yolu ilə qanunsuz daxil olaraq qonaq otağından götürdükləri 01 ədəd 150 manat dəyərində olan qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malaziya istehsalı olan televizoru, yataq otağından götürdükləri 01 ədəd 250 manat dəyərində olan “Samsunq Qalaxy A-10” markalı mobil telefon aparatını və evin həyətindəki qarajda olan “Qaz 3110” markalı avtomobildən götürdükləri 01 ədəd 100 manat dəyərindəki akkumlyatoru Təqsirləndirilən şəxs1la, Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs6 ilə birlikdə avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat məbləğində maddi vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 ilə 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində görüşərək Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi 99-da yerləşən fərdi yaşayış evindən birlikdə oğurluq etmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən gündəlik tələbat mağazasının qarşısında dayanaraq sonuncunun həmin obyektindən çıxıb yaşadığı evə gedəcəyi halda mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs1 və ona xəbər vermək üçün həmin obyektin ətrafında mövqe seçib gözləmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1la o, həmin evə arxa tərəfində yerləşən nəfəslik pəncrəsinin şüşəsini çıxartmaq yolu ilə qanunsuz daxil olaraq qonaq otağından 01 ədəd 150 manat dəyərində olan qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malaziya istehsalı olan televizoru, yataq otağından 01 ədəd 250 manat dəyərində olan “Samsunq Qalaxy A-10” markalı mobil telefon aparatını və evin həyətindəki qarajda olan “Qaz 3110” markalı avtomobildən 01 ədəd 100 manat dəyərindəki akkumlyatoru gizli olaraq talamış və Təqsirləndirilən şəxs1 zəngindən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs6 ilə birlikdə sonuncunun idarə etdiyi Toyota Prius markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evi yaxınlığına getmiş, bundan sonra taladıqları əşyaları birlikdə avtomobilə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat məbləğində maddi vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q.Xalıqov küçəsində yerləşən evin hasarından qanunsuz keçməklə həyətə düşüb, divarda plastik materialdan hazırlanmış saxlanc yerinin qapısını açmaqla orada quraşdırılmış 1 ədəd ağ rəngli “Nota” markalı 800 manat dəyərində kombi və 1 ədəd 100 manat dəyərində ağ rəngli kombi aparatını tənzimləyən stablizatoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 900 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 1 ünvanda yerləşən fərdi evinin giriş qapısının kilidini vintaçanla qıraraq yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 2050 manat dəyərində 1 ədəd 155 sm diaqonallı “Samsunq” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 2050 manat vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 yanvar 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi 32 nömrəli yaşayış evinə qanunsuz daxil olub, oradan 1 ədəd 1200 manat dəyərində idman velosipedini, 1 ədəd 800 manat dəyərində 82 ekranlı “LG” markalı televizoru, hər birinin qiyməti 150 manat olan, ümumi dəyəri 450 manat olan 3 ədəd istilik radiatorlarını, hər birinin dəyəri 160 manat olan, ümumi dəyəri 320 manat olan 2 ədəd avtomobil oturacaq üzlüklərini, hər biririn dəyəri 35 manat olan, ümumi 70 manat olan idman qantellərini, 1 ədəd 120 manat dəyərində şirəçəkən aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 2960 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 yanvar 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 23-cü küçə, 8 nömrəli yaşayış evinə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 100 manat ümumi dəyəri 400 manat olan 4 ədəd istilik radiatorlarını, 1 ədəd 40 manat dəyərində internet üçün modemini, 1 ədəd 20 manat dəyərində tərəzini, 1 ədəd 40 manat dəyərində şirəçəkən aparatı, 1 ədəd 40 manat dəyərində yataq dəstini, 1 ədəd 30 manat dəyərində tosteri, hər birinin dəyəri 11 manat olan ümumi 22 manat olan 2 ədəd yastığı, 1 ədəd 7 manat dəyərində elektrik uzadıcı naqili, 1 ədəd 5 manat dəyərində qaz açarını, 1 ədəd 10 manat dəyərində süfrəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 614 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəmir barmaqlıqları sındıraraq pəncərədən qanunsuz daxil olub, qonaq otağında divara quraşdırılmış 1 ədəd 1200 manat dəyərində 109 sm diagonallı “Sumsunq” markalı televizoru, mətbəxdə divara quraşdırılmış bir ədəd 680 manat dəyərində 82 sm diaqonallı “Philips” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 1880 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhərində “20 Yanvar” metro stansiyasının qarşısında taksi fəaliyyəti göstərməklə idarə etdiyi “Xəzər” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Xırdalan şəhərinə aparmaq üçün sərnişin götürərkən, həmin vaxt ondan qabaq Zərərçəkmiş şəxs6 taksi fəaliyyəti göstərməklə idarə etdiyi “Renault Meqane” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin götürüb onu gecikdirməsini bildirib etiraz edərək, özünün şəxsiyyətini zərərçəkən Zərərçəkmiş şəxs6 və hadisə yerində olan şəxslərin şəxsiyyəti fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayış etdirməklə ictimai qaydanı kobud surətdə pozaraq mübahisə zamanı sonuncuya hücum edib onu vurmaq istəyərkən hadisə yerində olan şəxslər qarşısını almış, hadisənin davamı olaraq həmin tarixdə, saat 24 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində ictimai qaydanı kobud surətdə pozmaqla yenidən Zərərçəkmiş şəxs6 ilə mübahisə edib dalaşaraq başı ilə onun burun nahiyəsinə bir dəfə, yumruqla baş nahiyəsinə bir neçə dəfə vuraraq ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun nahiyəsinin burun sümüyünün kompression (basılmış) sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sıyrığı, sağ gözaltı, sol gicgah, sol qulaq seyvanının sıyrıqlarından ibarət, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 mart 2022-ci il tarixdə təxminən saat 23-24 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 46-da yerləşən yaşayış evinə pəncərədən qanunsuz daxil olub, oradan bir ədəd 550 manat dəyərində «Hofman» markalı televizoru, bir ədəd 250 manat dəyərində qolbağı ilə birlikdə kişi saatını və 50 manat dəyərində metaldan hazırlanmış qadın sepinı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 850 manat vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 mart 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olub oradan 01 ədəd 400 manat dəyərində “Neoterm” markalı, “XP28C” model, 28 kv-lıq kombi aparatını, 01 bir ədəd 400 manat dəyərində LG markalı televizoru, 01 ədəd 100 manat dəyərində soyuducunu və 01 dəst 200 manat dəyərində qazan dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs6 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində görüşərək Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi 99-da yerləşən fərdi yaşayış evindən birlikdə oğurluq etmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, aralarındakı razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən gündəlik tələbat mağazasının qarşısında dayanaraq sonuncunun həmin obyektindən çıxıb yaşadığı evə gedəcəyi halda mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xəbər vermək üçün həmin obyektin ətrafında mövqe seçib gözləmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 telefon zəngindən sonra idarə etdiyi Toyota Prius markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri, M.Əcəmi küçəsi 99 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gedərək Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 həmin evə arxa tərəfində yerləşən nəfəslik pəncrəsinin şüşəsini çıxartmaq yolu ilə qanunsuz daxil olaraq qonaq otağından götürdükləri 01 ədəd 150 manat dəyərində olan qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malaziya istehsalı olan televizoru, yataq otağından götürdükləri 01 ədəd 250 manat dəyərində olan “Samsunq Qalaxy A-10” markalı mobil telefon aparatını və evin həyətindəki qarajda olan “Qaz 3110” markalı avtomobildən götürdükləri 01 ədəd 100 manat dəyərindəki akkumlyatoru Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə avtomobilinə yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat məbləğində maddi vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2022-ci tarixdə saat 02 radələrində X12 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçədə yerləşən 63 saylı fərdi evə qapıdan qanunsuz daxil olub, qonaq otağından 1 ədəd 1250 manat dəyərində «Samsunq» markalı televizoru, yataq otağından bir ədəd 480 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 400 manat dəyərində «Samsunq» markalı mobil telefonu, bir ədəd 750 manat dəyərində «ASUS» markalı notebuk kompyuteri, həmin kompyuterin çantasında olan 1400 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 4280 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, 2-ci küçədə yerləşən fərdi evin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir alətlə sındırıb içəri qanunsuz daxil olaraq, oradan bir ədəd 500 manat dəyərində olan 82 sm diaqonallı “LC” markalı televizoru, bir ədəd 150 manat dəyərində olan tozsoranı, bir ədəd 150 manat dəyərində olan ət çəkən maşını və bir ədəd 1000 manat dəyərində olan “Novatel” markalı kombi su qızdırıcı istilik sistemini gizli olaraq talayıb, zərəçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1800 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs7 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2022-ci tarixdə saat 02 radələrində X12 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçədə yerləşən 63 saylı fərdi evə qapıdan qanunsuz daxil olub, qonaq otağından 1 ədəd 1250 manat dəyərində «Samsunq» markalı televizoru, yataq otağından bir ədəd 480 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 400 manat dəyərində «Samsunq» markalı mobil telefonu, bir ədəd 750 manat dəyərində «ASUS» markalı notebuk kompyuteri, həmin kompyuterin çantasında olan 1400 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 4280 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, 2-ci küçədə yerləşən fərdi evin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir alətlə sındırıb içəri qanunsuz daxil olaraq, oradan bir ədəd 500 manat dəyərində olan 82 sm diaqonallı “LC” markalı televizoru, bir ədəd 150 manat dəyərində olan tozsoranı, bir ədəd 150 manat dəyərində olan ət çəkən maşını və bir ədəd 1000 manat dəyərində olan “Novatel” markalı kombi su qızdırıcı istilik sistemini gizli olaraq talayıb, zərəçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1800 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 Xırdalan şəhərindəki evindən oğurluğu tanışı Nurlan Musazadə ilə birlikdə etmişdir. Belə ki, 25 aprel 2022-ci il tarixə keçən gecə saat 23 radələrində Nurlan ilə birlikdə onun Xırdalan şəhərində yaşadığı evdə olduğu zaman həmin günü gündüz vaxtı Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində oğurluq etmək üçün münasib ev axtarakən bir evin qaz sayğacının dayanmış vəziyyətdə olduğunu gördüyünü və həmin evdə heç kimin olmadığını müəyyən etdiyini deyib birlikdə həmin evdən oğurluq etməyi təklif etmişdir. Nurlan da onunla oğurluq etməyə razılaşmış, bir neçə saatdan sonra həmin evin yanına getmiş, saat təxminən 05 radələrində həmin evin həyət darvazasının sağ tərəfindəki qaz borusunun üstünə çıxaraq oradan hasarı aşıb həyətə keçmiş, həyətdə həmin yerdə divarın yaxınlığında dəmirdən düzəldilmiş manqal da olmuş, onlar həyətə keçdikdən sonra kürsülü evin giriş qapısından sol tərəfdə, eyvana baxan plastik pəncərəyə yaxınlaşmışlar. O, həmin pəncərənin dəmir barmaqlığını təpiklə vuraraq nazik yerindən qırmış, sonra birlikdə həmin dəmir barmaqlığı dartaraq aralamış, sonra Nurlandan kimsə gəldiyi halda ona xəbər verməyi üçün həyətdə gözləməyi tapşırıb, həmin pəncərədən içəriyə daxil olmuşdur. Təxminən 7-8 dəqiqədən sonra evin içərisindən götürdüyü “Samsunq” markalı televizoru pəncərədən ona verib yenidən geri qayıtmış, təxminən 15 dəqiqə sonra da 2 ədəd, biri qızılı rəngdə, digəri həm qızıl, həm də metal rəngdə olan kişi qol saatını oğurlayıb pəncərədən həyətə çıxmışdır. Bundan sonra saatları cibinə qoyub Nurlana hasarın üstünə çıxıb televizoru götürməyi demiş, Nurlan da həyətdəki taxta nərdivanı darvazanın sağ tərəfindən divara söykəyib, hasarın üstünə çıxmış və ona verdiyi televizoru götürmüşdür. Bundan sonra o da hasardan aşaraq küçəyə çıxmış, birlikdə həmin televizoru özləri ilə daşıyaraq Xırdalan şəhərində yaşadığı evin həyətinə aparmışlar. O, ailə üzvüləri televizoru görməsin deyə, həmin televizoru həyətdəki toyuq hinində gizlətmiş, Nurlan da həmin gecə onlarda qalmışdır. O, oğurladıqları həmin televizoru 320 manata satmaq üçün mobil telefonu ilə internet sosial şəbəkənin “Tap.az” saytında elan vermiş, təxminən yarım saat keçmiş ki, bir nəfər tanımadığı şəxs onun telefonuna zəng edib həmin televizoru almaq istədiyini deyib, televizoru Bakı şəhəri Biləcəri qəsəbəsinə onun yaşadığı ünvana aparmağı xahiş etmişdir. Sonra oğurladıqları həmin televizoru taksi ilə Biləcəri qəsəbəsində tanımadığı ünvana aparıb 320 manata həmin alıcıya satmış, Nurlana pulun 150 manatını verib qalan pulu özünə götürmüşdür. Bundan başqa o, Zərərçəkmiş şəxs1 evindən oğurluğu da tanışları Nurlan Musazadə, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs3la birlikdə etmişdir. Belə ki, 27 aprel 2022-ci il tarixdə saat 15 radələrində tanışları Nurlan və İntiqamla görüşüb oğurluq etmək üçün münasib ev tapmağı barədə söhbət edən zaman İntiqam yaşadığı evin yaxınlığında yaşayan bir nəfər şəxsin evdə tək yaşadığını, günün əksər saatlarında da Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən obyektində olduğunu bildirib oğurluq etməkləri üçün həmin evin münasib olduğunu demişdir. Bundan sonra Elməddin adlı tanışına zəng edib idarə etdiyi avtomobillə yanına gəlməsini bildirmiş, bir neçə dəqiqə sonra Elməddin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yanlarına gəlmiş və İtiqam, Nurlanla birlikdə Elməddinin avtomobilinə əyləşmişlər. Həmin vaxt İntiqam onlara demişdir ki, əvvəlcə oğurluq edəcəkləri həmin evin sahibinin evdə olub-olmadığını dəqiqləşdirsinlər. Bundan sonra Elməddinin avtomobili ilə Xırdalan şəhəri 28-ci məhəlləyə getdik və oğurluq edəcəkləri evin sahibinin hazırda öz obyektində olduğunu gördükdən sonra Nurlan həmin yerdə dayanıb gözləmişdir. Elməddin isə öz avtomobili ilə onu və İntiqamı oğurluq edəcəkləri evin yanına aparıb düşürmüş və özü də geri Nurlanın yanına qayıtmış ki, onlar birlikdə dayanıb ev sahibini izləsinlər ki, obyektindən çıxıb evə gedərsə tez onlara xəbər versinlər. Bundan sonra da İntiqamla birlikdə nəzərdə tutduqları həmin evin həyətinə hasardan aşaraq daxil olmuş, sonra isə evin arxa tərəfində yerləşən nəfəslik pəncrənin şüşəsini çıxarmış və İntiqamla birlikdə hər ikisi içəri daxil olmuşlar. Onlar evdə bir qədər axtarış apardıqdan sonra evin qonaq otağında yerə qoyulmuş vəziyyətdə olan bir ədəd plazma televizoru, yataq otağındakı stolun üstündən bir ədəd “Samsunq A-10-S” markalı mobil telfonu götürüb evin həyətinə çıxmışlar. Daha sonra isə evin həyətində qapısı açıq vəziyyətdə olan qaraja daxil olub qarajdakı ”Qaz 3110” markalı avtomobilin bir ədəd akkumlyatorunu da oğurladıqdan sonra Elməddinə zəng edib işin başa çatdığını və gəlib onları götürmələrini bildirmişdir. Bundan bir qədər sonra Elməddin və Nurlan oğurluq etdikləri həmin evin arxa hasarına yaxınlaşmış, İntiqamla birlikdə köməkləşib oğurladıqları həmin əşyaları, yəni bir ədəd kiçik ölçülü plazma televizoru və bir ədəd avtomobil akkumlyatorunu hasarın üzərindən Elməddinə və Nurlana uzatmışlar. Onlar da həmin əşyaları götürüb avtomobilə qoyduqdan sonra Elməddinin avtomobilinə əyləşib həmin ərazidən uzaqlaşmışlar. Bundan sonra əvvəlcə Xırdalan şəhərində yerləşən Tibb texnikomunun yaxınlığına gedib orada yerləşən telefon mağazalarından birində oğurladıqları həmin “Samsunq A-10-S” markalı mobil telefon aparatını 50 manata satmış, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən metal qəbulu məntəqəsinə gedib oğurladıqları avtomobil akkumlyatorunu orada 20 manata satmışlar. Daha sonra isə Nurlanı yaşadığı evin yaxınlıığında avtomobildən düşürərək televizoru da satdıqdan sonra onu görəcəklərini bildirmiş, sonra İntiqam, Elməddin və mən Elməddinin avtomobili ilə Bakı şəhəri, Babək prospektinə gedib bir neçə gün əvvəl “Tap.az” internet saytı vasitəsilə tanıdığı, televizor alqı-satqısı ilə məşğul olan Xəyal adlı şəxslə görüşüb oğurladıqları həmin plazma televizoru ona 80 manata satıb geri Xırdalan şəhərinə qayıdaraq Nurlanla görüşmüşlər. Oğurladıqları əşyaları sataraq əldə etdikləri ümumilikdə 150 manat pulu isə öz aralarında bölərək öz ehtiyaclarına xərcləmişlər. Bundan o, Təqsirləndirilən şəxs4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, 46 saylı evdən bir ədəd televizor və krosnu aparat oğurlamışlar. Belə ki, Novruz bayramında, 21 mart 2022-ci il tarixdə axşam saat 23-24 radələrində Ramillə Xırdalan şəhərində, H.Əliyev prospektində yerləşən “AAAF park” yaşayış kompleksində Təqsirləndirilən şəxs4 ilə ğörüşmüş, söhbət zamanı pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişlər. Onun idarə etdiyi “Hunday Accent” markalı maşına oturub şəhəri gəzməyə başlamış, Xırdalan şəhəri, Babək küçəsi ilə gedərkən həyət evinin işığının yanmadığını görmüş və həmin evin sakinlərinin evdə olmadığını başa düşmüşlər. Ona görə də, maşını yaxınlıqda saxladıq küçədə qalmış ki, gələn olarsa Elşənə fit çalıb xəbər versin. Elşən isə hasarın yanında olan işıq dirəyinin vasitəsi ilə hasarın üstünə çıxıb hasara bitişik tikilinin üstünə çıxıb həyətə düşmüş, ev bir mərtəbəli, kürsülü olmuş, bir qədər sonra Elşən evin həyətindən çıxmış və evdən götürdüyü bir ədəd televizoru və krosna aparatını gətirib Ramilin idarə etdiyi avtomobilə əyləşmişdir. Maşınla onun evinə getmiş və maşını Elşənə vermişdir ki, öz evinə qayıtsın. Sabahısı gün, yəni 22 mart 2022-ci il tarixdə, saat 11-12 radələrində Elşənlə birlikdə televizoru Xırdalan şəhərində, Köhnə bazar deyilən yerdə, doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşən adını bilmədiyi televizor ustasına satmış, televizor “Homfon” markalı, “102” dioqnallı, qara rəngli, kənarları metallik rəngdə olmuş, televizoru və krosnu aparatını 150 (yüz əlli) manata satıb pulunu bölmüş və şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, tarixi dəqiq yadında deyil, təqribən 2022-ci ilin mart ayının axırlarında ğecə saat 02 radələrində tanışı Nurlanla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi həyət evndə heç kəsin yaşamamasını bildiyinə ğörə həmin evə girib oğurluq etmək qərarına gəlmiş, və həmin evin həyətinə hasardan hər ikisi keçib həyət tərəfdən olan plasmas pəçərəsini əlləri ilə basıb açaraq mənzilə daxil olmuş, mənzilin zalında divardan bərkidilmiş «Panasonic» markalı televizoru, bir ədəd sarı rənğdə olan mobil telefonu ğötürmüş, həmin əşyaları Nurlana məxsus «Toyota» markalı maşınına qoymuş, səhəri internetə qoyub aparıb metronun 20 yanvar stansiyasının yanında tanımadığı bir orta yaşlı kişiyə 200 manata satmış, pulları öz aralarında bölərək xərcləmişlər. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadə etdiyi ***-***-**-** saylı mobil telefon vasitəsi ilə zəng edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış olmayan evdən oğurluq etməyi Elşənə təklif etmiş, Elşən onun təklifi ilə razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Elşənin idarə etdiyi Hyundai markalı avtomobil ilə dediyi ünvana getmiş, Elşən küçədə avtomobildə əyləşib onu gözləmiş, o evin qarşı tərəfində yerləşən hasara dırmaşaraq evin həyətinə düşmüş, evin həyətində divarda quraşdırılmış kombini yerindən söküb çıxarmış, sonra evin pəncərəsini əli ilə açaraq içəri daxil olmuş, otaqlardan 1 ədəd LG markalı televizor, 1 ədəd soyuducu və 1 ədəd qazan dəstini götürüb həyətə çıxarmış, sonra oğurladığı əşyaları darvazanı açıb həyətdən küçəyə çıxmış, həmin əşyaları avtomobilə qoymuş və oradan birlikdə uzaqlaşmışlar. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs4 ilə görüşmüş, Xırdalan şəhərində görüşəndə pula ehtiyacı olduğu üçün təklif etmişdir ki, bir evdən oğurluq edib pul eldə etsinlər və oğurluqdan əldə edəcəkləri pulu yarı bölsünlər. Elşən də onunla razılaşmış, sonuncunun idarə etdiyi ağ rəngli Xəzər Lada markalı avtomobilə əyləşmiş və birlikdə həmin avtomobillə gəzib Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivinə 09 yanvar 2022-ci il tarixdə saat 03 radələrində gəlmişlər. Orada bir yaşayış evi görmüş, həmin evin işıqları yanmadığı üçün ehtimal etmişlər ki, evin sahibi evdə yoxdur. Elşən avtomobili evin kənarında küçədə saxlamış, onlar avtomobildən düşmüşlər. Elşən avtomobilin yanında küçədə dayanmış və kənara baxmış ki, gələn olarsa ona xəbər versin. O, isə həmin yaşayış evinin hasarına qalxıb evin həyətinə düşmüş, həyətdə olan evin giriş qapısının yanında olan plastik pəncərəni əli ilə möhkəm itələyib açmış və içəri daxil olmuşdur. Evin otaqlarını gəzməyə başlamış, qonaq otağında olan LG markalı televizoru stulun üzərindən götürmüş, bundan başqa evdən 1 ədəd velosiped, 3 ədəd istilik radiatorları, 2 ədəd avtomobil oturacaq üzlükləri, idman qantelləri, 1 ədəd şirəçəkən aparatını götürüb həyətə daşımış, evdən hasardan küçəyə düşərək götürdüyü əşyaları Elşənə uzatmışdır. Həmin əşyaları Elşənin avtomobilinin arxa oturacağına qoymuş və oradan çıxıb yaşadığı evə getmişlər. Həmin əşyaları evin həyətində gizlətmiş, 2022-ci ilin yanvar ayının axır günlərində Elşənlə yaşadığı evin yaxınlığında görüşmüş, o, Elşənə oğurladıqları əşyaların evdə olduğunu, onları özündə saxladığını, 1 ədəd LG markalı televizoru satmaq istədiyimi demişdir. Bundan sonra Elşənlə birlikdə Abşeron rayonu Xırdalan şəhərinə getmiş, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 nömrəli binanın altında televizorların alışı, satışı və təmiri işi ilə məşğul olan təxminən 50-55 yaşlarında ustaya yaxınlaşmış, həmin ustaya Elşən təklif etmiş ki, özünə aid 1 ədəd LG markalı 82 ekranlı televizor var, onu satmaq istəyir. Həmin usta ona və Elşənə birdirmişdir ki, televizoru onun iş yerinə gətirsinlər. O da Elşənlə birlikdə evə qayıtmış və həmin televizoru Elşənin idarə etdiyi ağ rəngli Xəzər Lada markalı avtomobilə qoyub təkrar Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 nömrəli binanın altında işləyən ustaya gətirmişlər. Usta televizora baxıb bəyənmiş, onu 150 manata almağa razılaşmışdır. Elşən də həmin televizoru 150 manata satmağa razılaşmış, usta televizorun oğurluq olubolmadığını soruşmuş, Elşən həmin şəxsə televizorun oğurluq olmadığını və özünə aid olduğunu bildirmiş, sonra usta ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, Elşən ustaya şəxsiyyət vəsiqəsinin surətini mobil telefonuna göndərəcəyini söyləmiş, Elşən 1 ədəd LG markalı televizoru 150 manata onunla birlikdə həmin ustaya satmış və Elşənin avtomobilinə əyləşmişlər. 1 ədəd LG markalı televizorun satışından əldə etdikləri 150 manat pulu öz aralarında bölmüş digər əşyaları, yəni 1 ədəd velosiped, 3 ədəd istilik radiatorları, 2 ədəd avtomobil oturacaq üzlükləri, idman qantelləri, 1 ədəd şirəçəkən aparatını isə tap.az saytında yerləşdirdiyi elanla əlaqədar tanımadığı şəxsə ümumilikdə 300 manat müqabilində satsış və pulunu da Elşənlə iki yerə bölmüşlər. Bundan başqa o, 19 mart 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs4 ilə görüşmüş, Xırdalan şəhərində görüşəndə təklif etmişdir ki, evdən oğurluq edib pul eldə etsinlər. Elşən də onunla razılaşmış və sonuncunun idarə etdiyi Hyundai markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və birlikdə avtomobillə gəzib Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivinə 20 mart 2022-ci il tarixdə saat 03 radələrində gəlmişlər. Orada bir yaşayış evi görmüş, həmin evin işıqları yanmadığı üçün ehtimal etmişlər ki, evdə heç kəs yoxdur. Elşən avtomobili evin kənarında küçədə saxlamış, onlar avtomobildən düşmüş, Elşən avtomobilin yanında küçədə dayanmış ki, gələn olarsa ona xəbər versin. O, isə həmin yaşayış evinin hasarına qalxıb həyətə düşmüş, həyətdə olan evin giriş qapısının yan tərəfində olan pəncərənin dəmir barmaqlığını əli ilə əymiş, sonra pəncərəni açıb evə daxil olmuşdur. Evdə otaqlarda divarda quraşdırılmış 4 ədəd istilik radiatorlarını yerindən açıb evin həyətinə daşımış, sonra evdən 1 ədəd modem aparatı, 1 ədəd tərəzi, 1 ədəd şirəçəkən aparat, 1 ədəd yataq dəsti, 1 ədəd toster, 2 ədəd yastıq, 1 ədəd elektrik uzadıcı naqil, 1 ədəd qaz açarı, 1 ədəd süfrəni götürüb yavaş-yavaş həyətə çıxarmışdır. Həmin əşyaları hasara qaldırıb Elşənə kömək etməsi üçün hasarın yanına çağırmış, hasardan küçəyə keçirdikdən sonra həmin əşyaları avtomobilin arxa oturacağına yığmış, oradan çıxıb onun yaşadığı evə getmişlər. Həmin əşyaları evin həyətinə qoymuş, 4 ədəd istilik radiatorları, 1 ədəd modem, 1 ədəd tərəzi, 1 ədəd şirəçəkən aparat, 1 ədəd yataq dəsti, 1 ədəd toster, 2 ədəd yastıq, 1 ədəd elektrik uzadıcı naqil, 1 ədəd qaz açarı, 1 ədəd süfrəni Tap.az saytına qoyub anket məlumatlarını bilmədiyi müştəriyə ümumilikdə 220 manata satmış, əldə etdiyi 220 manat pulu Elşənlə bölüb xərcləmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Elşən ilə Xırdalan şəhərində AAAF Park yaşayış kompleksinin yaxınlığında görüşmüş, ona maddi sıxıntılarımın olduğunu və birlikdə oğurluq etməyi təklif etmişdir. Elşən də həmin vaxt pula ehtiyacı olduğunu deyərək onunla razılaşmış, Elşənə oğurluq edəcəkləri evi qabaqcadan planladığı demiş, oğurluq etmək üçün Elşənə idarə etdiyi avtomobil ilə həmin ünvana getməyi, onun həmin yerdə maşında gözləyəcəyini, özü isə girib oğurluq edəcəyini, hətta oğurladığı əşyanı da özü satıb əldə etdiyi puldan ona da verəcəyini demişdir. Elşən də onunla razılaşmış, sonra birlikdə Elşənin idarə etdiyi avtomobil ilə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q.Xalıqov küçəsinə getmişlər. Həmin yerdə Elşənə avtomobili saxlamağı bildirmiş, Elşən avtomobili saxlamışdır. O, sonuncuya maşında gözləməyi və gələn olarsa xəbər verməyi tapşırmış, Elşən maşında qalmışdır. O, maşından düşüb qarşıda olan hasardan evin həyətinə düşmüş, evin giriş qapısının yanında plastik materialdan düzəldilmiş yer görmüş, həmin yerin qapısını açmış və orada kombi aparatı olduğunu görmüşdür. Həmin kombini və yanında olan stablizatoru yerindən çıxarmış, sonra oğurladığı 1 ədəd kombi və 1 ədəd stablizatoru küçəyə Elşənin yanına çıxarmış, Elşən maşının yük yerini açmış və həmin əşyaları maşının baqajına qoymuşdur. Bundan sonra birlikdə onun yaşadığı Xırdalan şəhərində yerləşən evə getmiş, həmin əşyaları yaşadığı evin həyətində gizlətmişdir. Bundan sonra Elşənlə sağollaşıb ayrılmış, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin kombi və stablizatoru Xırdalan şəhərində xatırlamadığı yerdə tanımadığı şəxsə 200 manata satmışdır. Həmin gün günorta saatlarında Elşənlə Xırdalan şəhərində görüşmüş, ona oğurladığı kombi və stablizatoru satdığımı deyərək əldə etdiyi puldan 100 manat pulu Elşənə vermişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində icarə əsasında idarə etdi “Hyundai Accent” markalı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsində olan ünvana gəlmiş, həmin küçədə işıqları yanmayan bir mərtəbəli ev diqqətini çəkmiş, ətrafa baxıb kimsənin olmadığına əmin olandan sonra dəmir çəpərdən həyətə keçib, dəmir barmaqlıqları əli ilə qırıb evə daxil olmuşdur. Elşən onu həyətdə gözləmiş, evə daxil olub, qonaq otağnda divara quraşdırılmış bir ədəd “Sumsung” markalı televizoru çıxarıb, pəncərədən Elşənə vermiş, sonuncu da televizoru maşının yük hissəsinə qoymuşdur. Bundan sonra mətbəxdə divara quraşdırılmış “Philips” markalı televizoru çıxarıb Elşənə vermiş, televizoru da Elşən avtomobilin yük hissəsinə qoymuşdur. Bundan sonra o da evdən çıxmış, bir gün sonra televizorları satmaq üçün “Tap.az” saytına yerləşdirmiş və elanda Elşənə məxsus nömrələri qeyd etmiş, Sumsung markalı televizoru 120 manata Philips markalı televizoru 70 manata satıb əldə etdiyi 190 manat pulu Elşənlə bölmüşdür. Bundan başqa o, Elşən ilə birlikdə 02 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Xırdalan şəhərində oğurluq etmək üçün münasib ev axtardıqları vaxt H.Cavid küçəsində evlərin birində işıq yanmadığını görmüş, bilmişdir ki, evdə heç kim yaşamır. Həmin evin hasarından əvvəl o, sonra Elşən aşaraq həyətə daxil olmuş və evdə heç kimin olmadığına əmin olduqdan sonra evin giriş qapısına yaxınlaşmışdır. Qapı bağlı olduğundan üstündə olan vintaçanla qapının kilidini qıraraq, Elşən ilə birlikdə içəri daxil olmuş, üstündə olan alışqanın işığı ilə otaqları axtarmış və evin birinci mərtəbəsindəki dəhlizdə olan 1 ədəd “Samsung” markalı, 150 sm diaqonallı televizoru Elşən ilə birlikdə oradan oğurlamışdır. Sabahı günü internet saytların birində Elən ilə həmin televizoru tanımadığı şəxsə 200 manata satmış və pulu Elşən ilə aralarında bölmüşlər. Bundan başqa o, işləmək üçün özümə iş yeri axtarmasına baxmayaraq, heç yerdə iş tapa bilməmiş, buna görə də, oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Oğurluq etmək istədiyini Abşeron rayonu Masazır qəsəbəsində yaşayan tanışı X15 dedikdə, sonuncu da pula ehtiyacı olduğunu deyərək, onunla oğurluq etmək qərarına gəldiyini demişdir. Nurlan ilə birlikdə 25 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Masazır qəsəbəsində küçələri gəzib, oğurluq etmək üçün münasib ev axtardığı vaxt, Qarabağ küçəsində evlərin birində işıq yanmadığını gördükdə bilmişdir ki, evdə heç kim yaşamır. Həmin evin hasarından əvvəl o, sonra Nurlan aşaraq həyətə daxil olmuş və evdə heç kimin olmadığına bir daha əmin olduqdan sonra evin plastik pəncərəsini Nurlan əli ilə sıxaraq açmış və oradan evə daxil olmuşlar. Evdə gördüyü “Blomberğ” markalı 82 diaqnallı televizoru, “Tissot” markalı saatı, çəngəl, bıçaq və qaşıq dəstlərini Nurlan ilə birlikdə oğurlamış, sabahı günü internet sayların birində Nurlan ilə oğurladığı həmin əşyaları tanımadığı şəxsə hamısını 120 manata satmış və pulu Nurlan ilə bölmüşdür. Bundan başqa o, 2022-ci ilin yanvar ayının 13-dən 14-nə keçən gecə tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 ilə birlikdə məhlədə dayanıb söhbət edərkən onlara oğurluq etməyi təklif etmiş, onlara Quşçuluq yaşayış massivində hərbi hissənin yaxınlığında sahibsiz bir ev olduğunu, həmin evdə heç kim olmadığına görə, oradan oğurluq etmək mümkünq olduğunu bildirmiş, Vüsal və Zakir onun təklifi ilə razılaşmışdır. Bundan sonra, hər üçü həmin vaxtı Vüsalın icarəyə götürdüyü «Opel-Astra» markalı avtomobilə əyləşərək, Quşçuluq yaşayış massivinə Ramil deyən evə oğurluğa getmişlər. O, idarə etdiyi avtomobili hərbi hissəyə çatmamış yolun kənarında saxlamış, Zakirlə birlikdə avtomobildən düşüb getmişlər. Vüsal isə avtomobildə qalaraq onları gözləmişdir. O, Zakirlə bir qədər gedib orada işığı yanmayan fərdi evin həyətinə girmiş, evin qapısını əli ilə açdıqda görmüşdür ki, qıfılı bağlanmamışdır. Evə girib bir qədər axtarmış, sonra evin həm qonaq otağında və həçm də yataq otağında divara bərkidilmiş bir ədəd Samsunq və bir ədəd LG markalı televizorları, yataq otağında olan bir ədəd Samsunq markalı mobil telefonu götürmüş və evi tərk etmişlər. O, telefonla Vüsala zəng vurub maşını bir az irəli, yəni hərbi hissəyə tərəf sürməyi bildirmiş, sonra evin həyətindən çıxmış, əllərində olan 2 ədəd televizoru və bir ədəd notbuk kompyuteri Vüsalın idarə etdiyi avtomobilin salonuna qoymuş və özləri də avtomobilə əyləşmişlər. Vüsal idarə etdiyi avtomobili yaşadığı məhəlləyə yaxın bir yerə sürmüş, Zakirlə birlikdə avtomobildən düşüb getmişlər. Oğurladıqları televizorlar və bir ədəd kompyuter avtomobildə qalmış, səhəri günü həmin oğurladığı televizorları aparıb, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhlədə olan 9 mərtəbili binanın birinci mərtəbəsində yerləşən televizor təmiri sexində işləyən bir nəfər kişiyə təxminən 160 manata satmış və pulu bölmüşlər. Bundan başqa o, 14 yanvar 2022-ci il tarixdə Vüsal və Zakirlə birlikdə digər evdən də oğurluq etmiş, belə ki, birlikdə Xırdalan şəhəri Bəhlulzadə küçəsi ilə yuxarı küçədən keçmiş, həyət evləri istiqamtədə xeyli getmişlər. Yolda işığı yanmayan bir həyət evini göstərib onlara bildirmişdir ki, bu ünvanın sahibləri evdə yoxdur. Bundan sonra Vüsalın avtomobilindən düşüb Zakirlə birlikdə hasardan həmin evin həyətinə düşmüş, Vüsal idarə etdiyi avtomobilini bir qədər kənarda saxlamış ki, gəlib gedən olarsa şübhələnməsinlər və onlara məlumat versin. O, evin darvazasını açmış, evin həyətində kombi aparatı olduğunu görüb açaraq sökmüşdür. Daha sonra evə girib qonaq otağında olan LG markalı televizoru söküb götürmüş, sonra hər ikisi evin həyətindən çıxmış və Vüsalın avtomobilinə yaxınlaşıb onun idarə etdiyi avtomobilinin arxa salonuna qoymuş, kombi aparatını isə baqaja qoymuş, sonra Vüsalın idarə etdiyi avtomobilə oturmuş, Vüsal avtomolili Zakirin avtomobilini saxladığı Xırdalan şəhəri 119 saylı marşurutun son dayanacağının qarşısına gətirib onları orada düşürmüş, razılaşdıqları kimi səhər görüşmək üçün onlar avtomobildən düşüb çıxıb getmişlər. Oğurladıqları əşyalar isə Vüsalın avtomobilində qalmış, səhəri günü saat təxminən 14 radələrində Vüsalın mobil telefonuna zəng vurmuş, sonra Xırdalan şəhəri AAAF parkın yaxınlığında görüşmüş, o televizoru, Zakir isə kombi aparatını götürüb Zakirin avtomobilinə qoymuş və oradan uzaqlaşmışlar. Həmin əşyaları aparıb satmış və əldə etdiyi puldan Ramilə 60 manat pul vermişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixə keçən gecə saat 23 radələrində Ramillə birlikdə onun Xırdalan şəhərində yaşadığı evdə olduğu vaxtı Ramil həmin günü gündüz vaxtı Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində oğurluq etmək üçün münasib ev axtarakən bir evin qaz sayğacının dayanmış vəziyyətdə olduğunu gördüyünü və həmin evdə heç kimin olmadığını müəyyən etdiyini söyləyib, birlikdə həmin evdən oğurluq etməyi təklif etmişdir. O da pulu olmadığına görə Ramillə razılaşmış, bir neçə saatdan sonra Ramilgildən çıxıb piyada onun dediyi həmin evin yanına getmişlər. Saat təxminən 03 radələrində həmin evin həyət darvazasının sağ tərəfindəki qaz borusunun üstünə çıxaraq oradan hasarı aşıb həyətə keçmişlər. Həyətdə həmin yerdə divarın yaxınlığında dəmirdən düzəldilmiş manqal da olmuş, həyətə keçdikdən sonra kürsülü evin giriş qapısından sol tərəfdə, eyvana baxan plastik pəncərəyə yaxınlaşmış, Ramil həmin pəncərənin dəmir barmaqlığını təpiklə vuraraq nazik yerindən qırmış, sonra birlikdə həmin dəmir barmaqlığı dartaraq aralamış, sonra Ramil məndən kimsə gəldiyi halda ona xəbər verməyi üçün həyətdə gözləməyi tapşırıb, həmin pəncərədən içəriyə daxil olmuşdur. Təxminən 7-8 dəqiqədən sonra sonuncu evin içərisindən götürdüyü “Samsunq” markalı televizoru pəncərədən ona verib yenidən geri qayıtmışdır. Təxminən 15 dəqiqə sonra əlində 2 ədəd, biri qızılı rəngdə, digəri həm qızıl, həm də metal rəngdə olan kişi qol saatı ilə pəncərədən həyətə çıxmışdır. Bundan sonra Ramil saatları cibinə qoyub ona hasarın üstünə çıxıb televizoru götürməyi söyləmiş, o da həyətdəki taxta nərdivanı darvazanın sağ tərəfindən divara söykəyib, hasarın üstünə çıxmış və Ramilin ona verdiyi televizoru götürmüşdür. Bundan sonra Ramil də hasardan aşaraq küçəyə çıxıb həmin televizoru ondan almış və birlikdə həmin televizoru özləri ilə daşıyaraq Ramilin Xırdalan şəhərində yaşadığı evin həyətinə aparmışlar. Ramil ailə üzvülərinin televizoru görməsin deyə, həmin televizoru həyətlərindəki toyuq hinində gizlətmiş, o, səhərin açılmasına az qaldığına görə evinə getməyib Ramilgildə qalmışdır. Ramil oğurladıqları həmin televizoru 320 manata satmaq üçün mobil telefonu ilə internet sosial şəbəkənin “Tap.az” saytında elan vermiş, təxminən yarım saat keçmiş bir nəfər tanımadığı şəxs sonuncunun telefonuna zəng edib həmin televizoru almaq istədiyini deyib, televizoru Bakı şəhəri Biləcəri qəsəbəsinə onun yaşadığı ünvana aparmağı xahiş etmişdir. Ramil də təkliflə razılaşmış, az sonra oğurladıqları həmin televizoru taksi ilə Biləcəri qəsəbəsində tanımadığı ünvana aparıb 320 manata həmin alıcıya satmışlar. Ramil 320 manat pulu alıb, ona 150 manat verib qalan pulu özünə götürmüş, sonra Ramildən ayrılıb yatmaq üçün evinə getmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evdindən oğurluğu tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs3la birlikdə etmiş, belə ki, 27 aprel 2022-ci il tarixdə saat 15 radələrində tanışları Ramil və İntiqamla görüşüb oğurluq etmələri üçün münasib ev tapmaq barədə söhbət edən zaman İntiqam yaşadığı evin yaxınlığında yaşayan bir nəfər şəxsin evdə tək yaşadığını, günün əksər saatlarında da Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən obyektində olduğunu bildirib oğurluq etməkləri üçün həmin evin münasib olduğunu demişdir. Bundan sonra Ramil Elməddin adlı tanışına zəng edib idarə etdiyi avtomobillə yanına gəlməsini bildirmiş, bir neçə dəqiqə sonra Elməddin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yanlarına gəlmiş və hamısı, yəni İtiqam, Ramil və mən Elməddinin avtomobilinə əyləşmişlər. Həmin vaxt İntiqam onlara demişdir ki, əvvəlcə oğurluq edəcəkləri həmin evin sahibinin evdə olub-olmadığını dəqiqləşdirsinlər. Bundan sonra Elməddinin avtomobili ilə Xırdalan şəhəri 28-ci məhəlləyə getmiş və oğurluq edəcəklərim evin sahibinin hazırda öz obyektində olduğunu gördükdən sonra həmin yerdə dayanıb gözləmişlər. Elməddin isə öz avtomobili ilə Ramili və İntiqamı oğurluq edəcəkləri evin yanına aparıb düşürmüş və özü də geri onun yanına qayıtmışdır. Elməddinlə həmin obyektin yaxınlığında dayanıb ev sahibini izləmişlər ki, obyektindən çıxıb evə gedərsə tez Ramilgilə xəbər versinlər. Bundan bir qədər sonra Ramil Elməddinə zəng edib işin başa çatdığını və gedib onları götürməyi bildirdiyi üçün Elməddinlə sözügedən evin arxa hasarına yaxınlaşmışlar. Həmin vaxt Ramil İntiqamla birlikdə köməkləşib həmin evdən oğurladıqları əşyaları, yəni bir ədəd kiçik ölçülü plazma televizoru və bir ədəd avtomobil akkumlyatorunu hasarın üzərindən onlara uzatmış, onlar da həmin əşyaları götürüb Elməddinin avtomobilinə qoyduqdan sonra Elməddinin avtomobili ilə həmin ərazidən uzaqlaşmışlar. Həmin vaxt İntiqam və Ramil bir ədəd “Sanmsunq A-10-S” markalı mobil telefon göstərərək onu da həmin evdən oğurladıqlarını bildirmişlər. Bundan sonra əvvəlcə Xırdalan şəhərində yerləşən Tibb texnikomunun yaxınlığına gedib orada yerləşən telefon mağazalarından birində oğurladıqları həmin “Samsunq A-10-S” markalı mobil telefon aparatını 50 manata satmışlar. Bundan sonra isə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən metal qəbulu məntəqəsinə gedib oğurladıqları avtomobil akkumlyatorunu orada 20 manata satmışlar. Daha sonra isə yaşadığı evin yaxınlığında avtomobildən düşmüş, İntiqam, Ramil və Elməddin isə oğurladıqları televizoru satmaq üçün Bakı şəhərinə getmişlər. Bundan bir qədər sonra da onlar geri qayıtmış və həmin televizoru 80 manata satdıqlarını demişlər. Oğurladıqları əşyaları sataraq əldə etdikləri ümumilikdə 150 manat pulu isə öz aralarında bölərək öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, Zərərçəkmiş şəxs13 əmlakının talanması faktı ilə bağlı göstərmişdir ki, işləmək üçün özünə iş yeri axtarmasına baxmayaraq, heç yerdə iş tapa bilməmiş, buna görə də, oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs1 ilə rastlaşıb görüşdükdə ona birlikdə oğurluq etməklə pul qazanmağı təklıif etmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 ilə 25 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində gəzib oğurluq etmək üçün münasib ev axtardıqları vaxt, orada Qarabağ küçəsindəki bir evdə işıq yanmadığını görmüş, bilmişlər ki, evdə heç kim yoxdur. Evin hasarından Ramil, onun arxası ilə hasarın üstündən aşaraq həyətə daxil olduqdan sonra, oradakı evin plastik pəncərəsini sıxaraq açmış və oradan evə daxil olmuşlar. Evdə olan “Blomberğ” markalı 82 diaqnallı televizoru, 1 ədəd “Tissot” markalı saatı, çəngəl, bıçaq və qaşıq dəstlərini Ramil ilə birlikdə götürüb evdən çıxmış, Ramil ilə birlikdə sabahı günü internet sayların birində oğurladıqları həmin əşyaları tanımadığı şəxsə 120 manata satmış, həmin puldan 60 manatı o, qalan 60 manatı isə Ramil götürmüş və şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa X4 əmlakının talması faktı ilə bağlı göstərmişdir ki tarixi dəqiq yadında deyil, 2002-ci ilin mart ayının axırlarında gecə saat 02 radələrində tanışı Nurlanla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi həyət evndə heç kəsin yaşamamasını bildiyinə ğörə həmin evə girib oğurluq etmək qərarına ğəlmiş və həmin evin həyətinə hasapdan hər ikisi keçib həyət tərəfdən olan plasmas pəçərəsini əlləri ilə basıb açaraq mənzilə daxil olmuş, mənzilin zalında divardan bərkidilmiş «Panasonic» markalı televizoru, bir ədəd sarı rənğdə olan mobil telefonu ğötürmüş, həmin əşyaları Nurlana məxsus «Toyota» markalı maşınına qoymuş, səhəri günü isə internetə qoyub aparıb metronun 20 yanvar stansiyasının yanında tanımadığı bir orta yaşlı kişiyə 200 manata satmış, pulu öz aralarında bölmüş, hərəsi 100 manat göturmüş, mobil telefon isə Nurlanda qalmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs6 ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində tanışı Ramil ona zəng edib Quşçuluq yaşayış massivinə gəlməyi və tanışı İntiqama məxsus əşyaları götürməyi bildirmiş, eyni zamanda yolüstü tanıvşı Nurlanı da yolüstü götürməyi xahiş etmişdir. Bundan sonra o, avtomobili ilə Xırdalan şəhərinə gedib 119-un sonuncu dayanacağında tanışı Nurlanı götürüb birlikdə Ramilin dediyi yerə, yəni Xırdalan şəhəri, Əcəmi küçəsinə getmişdir. Həmin yerdə tanışları Ramil və İntiqam köməkləşib bir ədəd kiçik ölçülü kiçik ölçülü plazma televizoru və bir ədəd avtomobil akkumlayatorunu onun avtomobilinə qoymuş və oradan uzaqlaşıb getmişlər. Həmin ərazidən uzaqlaşdıqdan sonra ona məçlum olmuşdur ki, Ramilin və İntiqamın onun avtomobilinə qoyduqları televizoru və akkumlyatorları oğurluq yolu ilə əldə etmişlər və həmin əşyalardan başqa bir ədəd mobil telefon da oğurlamışlar. Bundan sonra Xırdalan şəhərindəki Tibb texnikumunun yanına getmiş, orada mobil telefonu 50 manata satmış, sonra Ə.vahid küçəsinə gedib akkumlytoru 20 manata satmış, sonra Nurlanı yaşadığı evin yanında düşürmüş, Ramillə birlikdə Bakı şəhəri, Babək prospektinə gedib orada sonuncunun tanışı Xəyal adlı şəxslə görüşmüş və televizoru həmin şəxsə 80 manata satmışlar. Əlavə olaraq göstərmişdir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən tutularkən həyəcanlı olduğundan və polis əməkdaşları tərəfindən ona təzyüiqlər olunacağından ehtiyat edib baş vermiş oğurluq hadisəsini qabaqcadan razılaşdıqları qaydada törətdiyini göstərmiş, əsl həqiqətdə isə o, baş vermiş oğurluq barədə hadisədən sonra avtomobilinə oğurlanmış əşyalar qoyulduqda bilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə saat 15 radələrində tanışları Nurlan və Ramil ilə görüşüb oğurluq etmək üçün münasib ev tapmaqları barədə söhbət edən zaman yaşadığı evin yaxınlığında yaşayan bir nəfər şəxsin evdə tək yaşadığını, günün əksər saatlarında da Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən obyektində olduğunu bildirib oğurluq etməkləri üçün həmin evin münasib olduğunu demişdir. Bundan sonra Ramil Elməddin adlı tanışına zəng edib idarə etdiyi avtomobillə yanlarına gəlməyi bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Elməddin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yanınaa gəlmiş və Nurlan, Ramillə birlikdə Elməddinin avtomobilinə əyləşmişlər. Həmin vaxt bildirmişdir ki, əvvəlcə oğurluq edəcəkləri həmin evin sahibinin evdə olub-olmadığını dəqiqləşdirmiş, sonra Elməddinin avtomobili ilə Xırdalan şəhəri 28-ci məhəlləyə getmiş və oğurluq edəcəkləri evin sahibinin hazırda öz obyektində olduğunu gördükdən sonra Nurlan həmin yerdə dayanıb gözləmişlər. Elməddin isə öz avtomobili ilə onu və Ramili oğurluq edəcəkləri evin yanına aparıb düşürmüş və özü də geri Nurlanın yanına qayıtmış ki, onlar birlikdə dayanıb ev sahibini izləsinlər ki, obyektindən çıxıb evə gedərsə tez onlara xəbər versinlər. Bundan sonra da Ramil ilə birlikdə nəzərdə tutduqları həmin evin həyətinə hasardan aşaraq daxil olmuş, sonra isə Ramil evin arxa tərəfində yerləşən nəfəslik pəncrənin şüşəsini çıxartmış və hər ikisi içəri daxil olmuşlar. Onlar evdə bir qədər axtarış apardıqdan sonra evin qonaq otağında yerə qoyulmuş vəziyyətdə olan bir ədəd plazma televizoru, yataq otağındakı stolun üstündən bir ədəd “Samsunq A-10-S” markalı mobil telfonu götürüb evin həyətinə çıxmışlar. Daha sonra isə evin həyətində qapısı açıq vəziyyətdə olan qaraja daxil olub qarajdakı ”Qaz 3110” markalı avtomobilin bir ədəd akkumlyatorunu da oğurladıqdan sonra Ramil Elməddinə zəng edib işin başa çatdığını və gəlib onları götürmələrini bildirmiş, bir qədər sonra Elməddin və Nurlan oğurluq etdikləri həmin evin arxa hasarına yaxınlaşmışlar. O, Ramil ilə birlikdə köməkləşib oğurladıqları həmin əşyaları, yəni bir ədəd kiçik ölçülü plazma televizoru və bir ədəd avtomobil akkumlyatorunu hasarın üzərindən Elməddinə və Nurlana uzatmış, həmin əşyaları götürüb avtomobilə qoyduqdan sonra hamısı Elməddinin avtomobili ilə həmin ərazidən uzaqlaşmışlar. Bundan sonra əvvəlcə Xırdalan şəhərində yerləşən Tibb texnikomunun yaxınlığına gedib orada yerləşən telefon mağazalarından birində oğurladıqları həmin “Samsunq A-10-S” markalı mobil telefon aparatını 50 manata satmış, sonra isə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən metal qəbulu məntəqəsinə gedib oğurladıqları avtomobil akkumlyatorunu orada 20 manata satmış, sonra isə Nurlanı yaşadığı evin yaxınlıığında avtomobildən düşürərək televizoru da satdıqdan sonra onu görəcəyi bildirmişlər. Bundan sonra Elməddin, Ramillə birlikdə Elməddinin avtomobili ilə Bakı şəhəri, Babək prospektinə gedib Ramilin bir neçə gün əvvəl “Tap.az” internet saytı vasitəsilə tanıdığı, televizor alqı-satqısı ilə məşğul olan Xəyal adlı şəxslə görüşüb oğurladıqları həmin plazma televizoru ona 80 manata satıb geri Xırdalan şəhərinə qayıdaraq Nurlanla görüşmüş, oğurladıqları əşyaları sataraq əldə etdikləri ümumilikdə 150 manat pulu isə öz aralarında bölərək öz ehtiyaclarına xərcləmişlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs4 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Ramil ilə Xırdalan şəhərində AAAF Park yaşayış kompleksinin yaxınlığında görüşmüş, sonuncu ona birlikdə oğurluq etməyi təklif etmişdir. O da həmin vaxt maddi sıxıntıları olduğuna görə Ramilin təklifi ilə razılaşmış, Ramil ona bildirmişdir ki, oğurluq edəcəkləri evi qabaqcadan planlamışdır. Oğurluq etmək üçün onun idarə etdiyi avtomobil ilə həmin ünvana getməyi, onun həmin yerdə maşında gözləyəcəyini, özü isə girib oğurluq edəcəyini, hətta oğurladığı əşyanı özü satıb ona da əldə etdiyi puldan verəcəyini demişdir. O da razılaşmış, sonra birlikdə idarə etdiyi avtomobil ilə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q.Xalıqov küçəsinə getmişlər. Həmin yerdə Ramil ona avtomobili saxlamağı bildirmiş, Ramil ona maşında gözləməyi bildirmiş, Ramil özü düşüb qarşıda olan hasardan evin həyətinə düşmüşdür. Aradan bir neçə dəqiqə keçdikdən sonra Ramil əlində 1 ədəd kombi və 1 ədəd stablizator gəlmiş, o, dərhal içəridən maşının yük yerini açmış, Ramil həmin əşyaları maşının baqajına qoymuşdur. Bundan sonra Ramilin yaşadığı Xırdalan şəhərində yerləşən evinə getmiş, Ramil həmin əşyaları evinin həyətinə qoymuş, sonra Ramil ilə sağollaşıb getmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Ramil ilə Xırdalan şəhərində görüşmüş, həmin kombi və stablizatoru satdığını demiş və əldə etdiyi həmin puldan ona 100 manat vermiş, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş, Xırdalan şəhərində görüşəndə Ramil pula ehtiyacı olduğu üçün təklif etmişdir ki, bir evdən oğurluq edib pul əldə etsinlər və əldə etdikləri pulu yarı bölsünlər. Onun da pula ehtiyacı olduğundan Ramil ilə razılaşmış, həmin vaxt Elşad adlı şəxsdən gündəlik icrayə götürdüyü Xəzər Lada markalı nömrəsini xatırlamadığı avtomobili idarə etmiş, ona görə Ramili idarə etdiyi həmin ağ rəngli Xəzər Lada markalı avtomobilə əyləşdirmiş və Ramil ilə həmin avtomobillə gəzib Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivinə 09 yanvar 2022-ci il tarixdə saat 03 radələrində gəlmişlər. Orada bir yaşayış evi görmüş, həmin evin işıqları yanmadığı üçün ehtimal etmişlər ki, evin sahibi evdə yoxdur. İdarə etdiyi Xəzər Lada markalı avtomobili evin kənarında küçədə saxlamış, Ramillə birlikdə avtomobildən düşmüş, o, avtomobilin yanında küçədə dayanmış və kənara baxmışdır ki, gələn olarsa Ramilə xəbər versin. Ramil isə həmin yaşayış evinin hasarına qalxıb evin həyətinə daxil olmuşdur. Az bir vaxt sonra Ramil yenə evin hasarına qalxmış, oradan ona 1 ədəd LG markalı televizor və 2 ədəd idman üçün qantel uzatmışdır. Həmin televizoru və 2 ədəd qanteli onun idarə etdiyi Xəzər Lada markalı avtomobilin arxa oturacağına qoymuş, oradan çıxıb Ramilin yaşadığı evə getmişlər. Ramil 1 ədəd LG markalı televizoru və 2 ədəd qanteli yaşadığı evinə qoymuş, 2022-ci ilin yanvar ayının axırında tarixi dəqiq yadında deyil, Ramillə onun yaşadığı evin yaxınlığında görüşmüş, Ramil ona bildirmişdir ki, 2 ədəd qantellər onun yaşadığı evindədir, onları özündə saxlayır. 1 ədəd LG markalı televizoru satmaq üçün Ramillə birlikdə Abşeron rayonu Xırdalan şəhərinə getmiş, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 nömrəli binanın altında televizorların alışı, satışı və təmiri işi ilə məşğul olan təxminən 50-55 yaşlarında ustaya yaxınlaşmış, həmin ustaya təklif etmişdir ki, özünə aid 1 ədəd LG markalı 82 ekranlı televizor var, onu satır. Həmin usta ona və Ramilə birdirmişdir ki, televizoru onun iş yerinə gətirsinlər. O Ramillə birlikdə sonuncunun yaşadığı evə qayıtmış və həmin televizoru idarə etdiyi ağ rəngli Xəzər Lada markalı avtomobilə qoyub təkrar Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 nömrəli binanın altında işləyən ustaya gətirmişdir. Usta televizora baxıb bəyənmiş, onu 150 manata almağa razılaşmışdır. O da həmin televizoru 150 manata satmağa razılaşmış, usta televizorun oğurluq olub-olmadığını soruşmuş, həmin şəxsə televizorun oğurluq olmadığını və özünə aid olduğunu bildirmiş, sonra usta ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o da ustaya şəxsiyyət vəsiqəsinin surətini onun mobil telefonuna göndərəcəyini söyləmişdir. O, 1 ədəd LG markalı televizoru 150 manata Ramil ilə birlikdə həmin ustaya satmış və onun idarə etdiyi avtomobilə əyləşmişdir. 1 ədəd LG markalı televizorun satışından əldə etdikləri 150 manat pulu ikisi aralarında bölmüş, 75 manat ona, 75 manat Ramilə düşmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək qərarına gəldiyi üçün xx.xx.2022-ci il tarixdə saat 02 radələrində onun icarə əsasında idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsində olan ünvana gəlmişlər. Həmin küçədə işıqları yanmayan bir mərtəbəli ev diqqətlərini çəkmiş, ətrafa baxıb kimsənin olmadığına əmin olandan sonra, həyətdə dayanmış, Ramil dəmir çəpərdən həyətə keçib, dəmir barmaqlıqları əli ilə qırıb evə daxil olmuşdur. O, həyətdə dayanıb, həm Ramilin götürdüyü əşyaları avtomobilə yerləşdirməli, həm də kənar şəxs gələrsə bu barədə məlumat verməli olmuşdur. Ramil evə daxil olub, bir neçə dəqiqə sonra “Sumsung” markalı televizoru, daha sonra isə “Philips” markalı televizoru çıxarıb ona vermişdir. O da həmin televizorları avtomobilin yük hissəsinə qoymuş, bir gün sonra televizorları satmaq üçün “Tap.az” saytına yerləşdirmiş və elanda ona məxsus nömrələri qeyd etmiş, Sumsung markalı televizoru 120 manata Philips markalı televizoru 70 manata satıb əldə etdiyi 190 manat pulu aralarında bölmuüşlər. Bundan başqa o, Zərərçəkmiş şəxs6 taksi sürücüsü kimi tanıyır. Əvvəllər lizinqdə olan “Xəzər” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 26 fevral 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında taksilər dayanan yerə gəlmişdir ki, oradan müştəri götürüb Xırdalan şəhərinə aparsın və oradan da evə getsin. Avtomobili nasaz olmuş, tormoz sistemi yaxşı işləməmişdir. Ona görə də, maşını saxlayarkan maşınının qabaq hissəsi qarşıda dayanmış Zərərçəkmiş şəxs6 məxsus “Renaut Megane” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlıl avtomobilin arxasına toxunmuş və dayanmışdır. Avtomobillər əzilməmiş, bu zaman Mahir ona acıqlanvş, o da sonuncuya avtomobilin nasaz olmasını bildirmişdir. Aralarında mübahisə olsa da, mübahisə davam etməmişdir. Avtomobilində həmin vaxt üç nəfər müştəri olmuş, istədişdir ki, dördüncü müştərini də götürüb maşın nasaz olduğu üçün tez çıxıb getsin. Ona görə də Mahirdən xahiş etmişdir ki, icazə versin ki, bir nəfər müştəri götürüb tez çıxıb getsin. Lakin Mahir ona etiraz etmiş və bildirmişdir ki, onun növbəsidir. O, bildirmişdir ki, onun növbəsi olduğunu bilir, lakin maşını xarab olduğu üçün tez getmək istəyir. Bu zaman aralarında yenə də mübahisə olmuş, lakin dalaşmamışlar. Mahir müştəri götürüb çıxarkan onu Xırdalan şəhərində H.Əliyev prospektində 120 nömrəli avtobusun dayanacağında gözləyəcəyini bildirmişdir. Onun sözünə əhəmiyyət verməmiş, lakin müştəriləri Xırdalan şəhərində düşürüb qeyd olunan yerə, yəni H.Əliyev prospektində 120 nömrəli avtobusun dayanacağına çatarkan Zərərçəkmiş şəxs6 onu orada gözlədiyini görmüşdür. Mahir onu yanına çağırıb ucadan onunla mübahisə etməyə başlayanda ona demişdir ki, “burada qadın-uşaq var, gəl otur mənim maşınıma buradan gedək və maşında söhbət edək”. Mahir öz maşınını dayanacaqda qoymuş, maşınının qapısını bərkdən vuraraq onun maşınına əyləşmiş və Xırdalan şəhərinin Ceyranbatan gölü istiqamətində axırıncı dayanacağına doğru getmiş və maşında söhbət etmişlər. Maşında olarkan Mahir onunla yenə də aqressiv şəkildə mübahisə etmiş və axırıncı dayanacağa çatarkan ondan maşını saxlamağı tələb etmiş və o da maşını saxlamışdır. Hər ikisi maşından düşmüş, Mahir ona hücum edib yaxasından yapışmış və onu vurmaq istədikdə o da sonuncunun yaxasından tutub başı ilə sonuncunun burun nahiyəsinə bir dəfə kəllə ilə vurmuşdur. Həmin vaxt prospektlə polis maşınının gəldiyini görüb bir-birlərindən aralanmış, polislər onlara yaxınlaşmış və Mahirin burnunun qanadığını görüb onları öz maşınlarına əyləşdirmişlər. Maşında onlardan nə üçün dalaşdıqlarını soruşduqda Mahir dalaşmadıqlarını, yıxılaraq xəsarət aldıqlarını demiş, polislər təkid etsə də, Mahir dalaşmadıqlarını demiş və onun üzündən öpüb dost olduqlarını demişdir. Bundan sonra polislər onları maşından düşürtmüş və Mahiri maşınına otuzdurub maşınını saxladığı yerə aparmışdır. Yolda ondan üzr istəmiş, Mahir öz maşınının yanında düşmüş, o da oradan çıxıb getmişdir. Təxminən yarım saatdan sonra polis əməkdaşları onu Xırdalan şəhərində, H.Əliyev prospektində saxlayıb Polis İdarəsinə dəvət etmiş və Zərərçəkmiş şəxs6 ondan şikayət etdiyi məlum olmuşdur. Bundan başqa o, 19 mart 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş, Xırdalan şəhərində görüşəndə Ramil pula ehtiyacları olduğu üçün təklif etmişdir ki, bir evdən oğurluq edib pul eldə etsinlər və oğurluqdan əldə etdikləri pulu yarı bölsünlər. Onunda pula ehtiyacı olduğundan Ramillə razılaşmış, həmin vaxt Rəşad adlı şəxsdən gündəlik icarayə götürdüyü Hyundai markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, Ramil idarə etdiyi avtomobilə əyləşmiş və Ramillə həmin avtomobillə gəzib Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivinə 20 mart 2022-ci il tarixdə saat 03 radələrində gəlmişlər. Orada bir yaşayış evi görmüş, həmin evin işıqları yanmadığı üçün ehtimal etmişlər ki, evdə heç kəs yoxdur. İdarə etdiyi avtomobili evin kənarında küçədə saxlamış, Ramillə birlikdə avtomobildən düşmüşlər. O, avtomobilin yanında küçədə dayanmış və kənara baxmışdır ki, gələn olarsa Ramilə xəbər versin. Ramil isə həmin yaşayış evinin hasarına qalxıb evin həyətinə düşmüş, bir qədər sonra Ramil evin hasarına qalxmış, oradan ona 4 ədəd istilik radiatorları və 2 ədəd yastıq uzatmışdır. Həmin 4 ədəd istilik radiatorları və 2 ədəd yastığı Hyundai markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoymuş, oradan çıxıb Ramilin yaşadığı evə getmişlər, Ramil 4 ədəd istilik radiatoru və 2 ədəd yastığı yaşadığı evinə qoymuş, bir neçə gün sonra Ramil ona bildirmişdir ki, 4 ədəd istilik radiatorlarını “Tap.az” saytına qoyub anket məlumatlarını bilmədiyi müştəriyə 140 manata satmışdır. 2 ədəd yastıq isə Ramildə qalmış, Ramil radiatorları satandan sonra onların satışından əldə etdiyi 140 manat pulu onunla bölmüşdür. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Ramil istifadəsində olan ***- ***-**-** saylı mobil telefon vasitəsi ilə zəng edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış olmayan evdən oğurluq etmək barədə ona təklif etmiş, o da onun təkliflə razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində onun idarə etdiyi Hyundai markalı avtomobil ilə Ramilin dediyi həmin ünvana getmişlər. O, küçədə avtomobilində əyləşib gözləmiş, Ramil evin qarşı tərəfində yerləşən hasara dırmaşaraq həyətə evin həyətinə düşmüşdür. Təxminən 20 dəqiqədən sonra Ramil əlində bir ədəd kombi aparatı gətirmiş, o, avtomobilin yük yerini açmış, Ramil kombini oraya qoymuşdur. Sonra birlikdə oradan uzaqlaşmışlar. O, Ramili Xırdalan şəhərində yaşadığı evə aparmış, kombi isə onun maşınının yük yerində qalmışdır. Daha sonra o da yaşadığı evə gedərək həmin kombini həyətdə gizlətmiş ki, sonradan satsın. Bundan başqa o, Ramil ilə 02 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Xırdalan şəhərində oğurluq etmək üçün münasib ev axtardıqları vaxt, H.Cavid küçəsində evlərin birində işıq yanmadığını gördükdə, bilmişdir ki, evdə heç kim yaşamır. Ramil ilə həmin evin hasarından əvvəl Ramil, sonra o aşaraq həyətə daxil olmuşlar. Həyətdəki evdə heç kimin olmadığına əmin olduqdan sonra evin giriş qapısının kilidini Ramil vintaçanla qıraraq, qapını açmış, evə Ramil ilə daxil olmuşdur. Evin birinci mərtəbəsindəki dəhlizdə olan 1 ədəd “Samsung” markalı, 150mm. dioqonallı televizoru oğurlamış, sabahı günü internet sayların birində Ramil ilə həmin televizoru tanımadığı şəxsə 200 manata satmış və pulu Ramil ilə aralarında bölmüş, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 21 mart 2022-ci il tarixdə axşam saat 23-24 radələrində Ramillə Xırdalan şəhərində, H.Əliyev prospektində yerləşən “AAAF park” yaşayış kompleksində ğörüşmüş, söhbət zamanı pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hunday aksent” markalı maşına oturub şəhəri gəzməyə başlamışlar. Xırdalan şəhəri, Babək küçəsi ilə gedərkən həyət evinin işığının yanmadığını görmüş, başa düşmüşdür ki, həmin evin sakinləri evdə yoxdur. Ona görə də, maşını yaxınlıqda saxlayıb Ramil küçədə qalmışdır ki, gələn olarsa ona fit çalıb xəbər versin. O, isə hasarın yanında olan işıq dirəyinin vasitəsi ilə hasarın üstünə çıxıb hasara bitişik tikilinin üstünə şıxıb həyətə düşmüşdür. Ev bir mərtəbəli, kürsülü olmuş, ona görə də, həyətə tərəf olan pəncərəyə əl çatmışdır. Pəncərəni özündə olan vintaçanla açmış, pəncərənin torunu cırıb içəri keçmişdir. Mətbəxdən yataq otağına keçmiş və otağı axtarmışdır ki, pul tapsın. Lakin evdə pul olmamış, buna görə də, qabaq tərəfdə olan qonaq otağına keçmiş və görmüşdür ki, divara televizior bərkidilib, yəni divardan televizor asılmışdır. Televizoru açıb götürmüş, televizirun krosnu aparatını da götürmüş və gəldiyi yerdən küçəyə çıxıb Ramilin idarə etdiyi avtomobilə qoymuşdur. Maşınla Ramilin evinə getmiş və sonuncu orada maşını ona vermişdir ki, o öz evinə qayıtsın. O, Ramilin maşınını idarə edərək öz yaşadığı evə gəlmiş, televizor və aparat da maşında qalmışdır. Səhəri günü, yəni 22 mart 2022-ci il tarixdə, saat 11-12 radələrində Ramillə birlikdə televizoru Xırdalan şəhərində, Köhnə bazar deyilən yerdə, doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşən adını bilmədiyi televizor ustasına satmış və əldə etdiyi 150 manat pulu öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs5 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayının 14-də keçən gecə tanışları Abşeron rayonu, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 ilə birlikdə məhəllədə dayanıb söhbət edən zaman Ramil oğurluq etməyi təklif etmişdir. Belə ki, Ramil bildirdi ki, Quşçuluq yaşayış massivində hərbi hissənin yaxınlığında sahibsiz bir ev var, həmin evdə heç kim olmadığına görə, oradan oğurluq etmək olar. O, Zakirlə birlikdə Ramilin təklifi ilə razılaşmış və onun icarəyə götürdüyü «Opel-Astra» markalı avtomobilə əyləşərək, Quşçuluq yaşayış massivinə Ramil deyən evə oğurluğa getmişlər. O, idarə etdiyi avtomobili hərbi hissəyə çatmamış yolun kənarında saxlamış, təxminən saat 02 radələri olmuş, Ramil və Zakir onun avtomobilindən düşüb getmişlər. O, isə avtomobildə qalaraq sonuncuları gözləmişdir. Bundan təxminən 1 saat sonra Ramil ona zəng etmiş və idarə etdiyi avtomobili bir az irəli, yani hərbi hissəyə tərəf sürməyi bildirmişdir. O da idarə etdiyi avtomobili təxminən 100-150 metr irəli hərəkət etdirəndən sonra Zakir və Ramilin yolun solunda olan bir evin həyətindən çıxdığını görmüş, onların əllərində 2 ədəd televizor və bir ədəd notbuk kompyuter vardır. Ramil və Zakir əllərində olan iki ədəd televizoru və bir ədəd kompyuteri onun idarə etdiyi avtomobilin salonuna qoymuş və özləridə avtomobilə əyləşmişlər. O, idarə etdiyi avtomobili yaşadığı məhəlləyə yaxın bir yerə sürmüşdür. Ramil və Zakir onun idarə etdiyi avtomobildən düşüb getmişlər. Həmin oğurladıqları televizorlar və bir ədəd kompyuter onun avtomobilində qalmışdır. O da evə gəlmiş idarə etdiyi avtomobili həyətdə saxlayıb, yatmağa getmişdir. Səhər tezdən yuxudan ayılanda görmüşdür ki, televizorlar avtomobildə olsalarda, kompyuter avtomobildə yoxdur. Sonradan bilmişdir ki, Ramil və yaxud Zakir axşam avtomobildən düşəndə kompyuteri özləri ilə götürüblər. Lakin onlar bunu boyun almamış, həmin oğurladığı televizorları aparıb, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhlədə olan 9 mərtəbili binanın birinci mərtəbəsində yerləşən televizor təmiri sexində işləyən bir nəfər kişiyə təxminən 160 manata satmış, Ramil həmin puldan ona 50 manat vermiş, bundan sonra çıxıb getmişlər. Bundan başqa 14 yanvar 2022-ci il tarixə keçən gecə saat təxminən 04-05 radələrində gedib digər evdən oğurluq etmiş, belə ki, işi əsasən taksi sürücüsüdür, ona görə də bir neçə ay bundan əvvəl OPEL markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomaşını günü 20 manata götürüb idarə etmiş və çörək pulunu qazanmışdır. Əsasən avtomobili gündəlik götürüb pulunu ödəməklə taksi kimi faliyyət göstərir. Tanışı Zakir də CRUZ markalı avtomaşında taksi kimi işləyir. Onlar birlikdə Xırdalan şəhəri Bəhlulzadə küçəsi ilə yuxarı küçədən keçdik həyət evləri istiqamtədə xeyli getmiş, yolda Ramil tanımadığı bir həyət evini göstərib bildirmişdir ki, bu ünvanda sahibləri yoxdur. Onlar avtomobildən düşüb hasardan həmin evin həyətinə düşmüş, o da idarə etdiyi avtomobilini bir qədər kənarda saxlamış ki, gəlib gedən olsa şübhələnməsin və nə isə olsa onlara məlumat versin. Bir neçə dəqiqədən sonra Ramil evin darvazasını açmış evin həyətinin divarının rəngi göy rəngli olduğunu görmüşdür. Evin həyətində kombi açılaraq sökülmüş, Ramillə Zakir həmin mənzildən bir ədəd kombi su qızdırıcı aparatı və bir ədəd 82 ekranlı telefizovu çıxartmış, onlar televizoru onun idarə etdiyi avtomobilimin arxa salonuna qoymuşlar, kombi aparatını isə baqaja qoymuş və idarə etdityi avtomobilinə oturmuşlar. O, sonuncuları Zakirin avtomobilini saxladığı Xırdalan şəhəri 119 saylı marşurutun son dayanacağının qarşısına gətirib düşürmüş, razılaşdıqları kimi səhər görüşmək üçün onun avtomobilindən düşüb Zakirin avtomobilinə oturub çıxıb getmişlər. Həmin əşyalar da onun avtomobilində qalmış, oradan çıxıb evinə getmişdir. Səhər saat təxminən 14 radələrində Ramil mobil telefonuna zəng vurmuş, onlarla Xırdalan şəhəri AAF parkın yaxınlığında görüşmüş, Ramil televizoru, Zakir isə kombi aparatını götürüb Zakirin avtomobilinə qoymuş və oradan uzaqlaşmışlar. Həmin günün axşamı onlarla görüşəndə Ramil ona 60 manat pul vermiş, həmin oğurluqdan ona 60 manat pul qalmış, o da həmin pulu götürüb ehtiyacları üçün xərcləmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs7 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2-3 il olar olarki Təqsirləndirilən şəxs1 tanıyr. Təqsirləndirilən şəxs5 isə təxminən 1 ildən artıq olar ki, Ramilin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs5lada normal münasibəti olub, heç bir ədavəti və düşmənçiliy olmayıbdır. xx.xx.2022-ci il tarixdə Salyan rayonundan Bakı şəhərinə gəlmiş, həmin günü Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və o bir yerdə olduqda, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan hərbi hissənin yaxınlığında və bir az ondan aralıda sahibsiz evlər var, hər iki evdən oğurluq etmək olar. Bundan sonra Vüsal və Ramillə birlikdə öz aralarında razılaşmışlar ki, gecə həmin evlərdən oğurluq etsinlər. Onlar öz aralarında razılaşdıqları kimi Təqsirləndirilən şəxs5 yaşadığı evin yaxınlığında hər üçü görüşmüş və xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs5 idarə etdiyi «Opel-Astra» markalı avtomobillə əvvəlcə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan hərbi hissənin yaxınlığına gəlmişlər. Vüsal idarə etdiyi avtomobili hərbi hissəyə çatmamış yolun kənarında saxlamış, o və Amil Vüsalın avtomobilindən düşmüş, Vüsal isə avtomobildə qalaraq onları gözləmiş, o, isə Ramilin arxasınca getmişdir. Ramil hərbi hissənin qarşısında bir həyətə daxil olmuş, həmin evin həyət darvazası və evin giriş qapısı açıq olmuşdur. Onlar həmin həyət darvazasından və evin giriş qapısından daxil olmuş, evə girən kimi sağda qonaq otağı olmuş, qonaq otağında divara bərkidilimiş bir ədəd böyük diaqonallı televizoru götürmüş, sonra isə yataq otağından bir ədəd kompyuter və bir ədəd balaca televizor götürmüşlər. Onlar həmin əşyaları oğurladıqdan sonra, bir ədəd iri ekranlı televizoru o, özü götürmüş, bir ədəd balaca televizoru və notbuk komyuteri Ramil götürmüş, onlar həyətdən çıxıb birbaşa Vüsalın avtomobili saxladığı yerə, Vüsalın yanına gəlmişlər. Oğurladıqları əşyaları Vüsalın avtomobilin arxa yük yerinə qoymuş və oradan uzaqlaşmışlar. Bundan sonra o, Ramil ona təklif etmişdir ki, ikinci evə oğurluğa getsinlər. Onlar yenidən həmin oğurlağı əşyalarla Vüsalın avtomobilinin arxa yuk yerində Ramilin dediyi ikinci evə getmiş, həmin ev də Quşçuluq yaşayış massivində olsada, təxminən ara küçələrlə 1 km yaxın yol getmişlər. O, həmin evin dəqiq yerini bilmir. Vüsal yenə avtomobili yolun kənarında saxlayıb, avtomobildə onları gözləmiş, Ramil isə Vüsalın avtomobilində olan yük qaldıran danqıratı götürmüş, o və Rammil birlikdə piyada Ramilin qabaqcadan müəyyən etdiyi evə oğurluğa getmişlər. Həmin oğurluğa getdikləri ev yolun kənarında olmuş, əvvəlcə Ramil sonra isə o hasardan keçərək həmin evin həyətinə daxil olmuşlar. Ramil əlində olan yük qaldıran danqıratla evin sol tərəfində olan pəncərənin üzərindəki dəmir barmaqlığın arasına qoyub, pəncərənin üzərində olan dəmir barmaqlığı sındırmış, bundan sonra Ramil plastik pəncərəni sıxıb açma yolu ilə pəncərini açmışdır. Əvvəlcə Ramil sonra isə o pəncərədən həmin evin mətbəxinə daxil olmuş, əvvəlcə mətbəxdən qonaq otağına keçib orada divarda olan televitzoru yerindən çıxarmış, sonra isə içəridən evin qapısını açıb ordan çölə çıxmış, evdən oğurladıqları televizoru həyətə qoymuşlar. Bundan sonra Ramil həyətdə evin düz qarşısında divara bərkidilmiş su qızdırıcını, yəni kombi aparatını yerindən açmış, həyətdə olan bir ədəd samovarıda götürmüş, bundan sonra Ramil Vüsalın yanına gedib onuda çağırmış, üçlükdə televizoru götürmüş, Ramil kombi aparatını, Vüsal isə samovarı götürmüş, həmin əşyaları aparıb Vüsalın avtomobilinin salonuna və arxa yük yerinə yığaraq, Vüsalın yaşadığı evin yaxınlığına getmişlər. Orada Vüsalın idarə etdiyi avtomobilindən düşüb öz avtomobilinə əyləşib çıxıb Salyan rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Ramil ona oğurladığı əşyaları satdığını və onda olan kartın nömrəsini alıb Milli. Ön vasitəsi ilə həmin kartına 50 manat pul göndərmiş və o da həmin pulu kartdan çıxarıb özü üçün xərcləmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb evin qapılarını kilidləyərək işi ilə əlaqədar olaraq Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən obyektimə getmiş və həmin gün saat 18 radələrində də evinə qayıtmışdır. Evə qayıdan zaman isə evin bütün otaqlarında əşyaların dağınıq vəziyyətdə olduğunu, evdə axtarış aparıldığını, həmçinin qonaq otağından 01 ədəd plazma televizorun və yataq otağından 01 ədəd 250 manat dəyərində olan “Samsunq Qalaxy A-10” markalı mobil telefon aparatımın yerində olmadığını görmüşdür. Bundan sonra isə məlum olmuşdu ki, evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinə daxil olaraq oğurluq etmişlər. Ona görə də həmin vaxt DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə evinin qonaq otağından bir ədəd 200 manat dəyərində olan, lakin adı fikrində qalmayan plazma televizoru, yataq otağındakı stolun üstündən 01 ədəd 250 manat dəyərində olan “Samsunq Qalaxy A-10” markalı mobil telefon aparatı və evin həyətindəki, mütəmadi olaraq qapısı açıq vəziyyətdə olan qarajda saxladığı “Qaz 3110” markalı avtomobilinin bir ədəd 100 manat dəyərində olan akkumlyatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Nəticədə isə ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymiş, hazırda ona vurulmuş ziyan ödənilmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda həyat yoldaşı və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. 01 yanvar 2022-ci il tarixdə saat 14 radələrində evdən ailəsi ilə çıxaraq valideyinlərinin yaşadığı Beyləqan rayonuna getmiş, evdən çıxarkən evin pəncərələrini və giriş qapısını bağlamışdır. 03 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Xırdalan şəhərində yaşadığı evə tək qayıtmış, görmüşdür ki, evin giriş qapısı açıqdır, qapının kilidini kimsə qıraraq evə daxil olmuşdur. Evdəki əşyaları yoxladıqda görmüşdür ki, evin birinci mərtəbəsindəki dəhlizdə 2050 manat dəyərində olan 1 ədəd “Samsunq” markalı televizor oğurlanmışdır. Göstərmişdir ki, evindən 1 ədəd Samsun markalı televizor oğurlanmaqla ona 2050 manat dəyərində ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə ailəsi ilə birlikdə İmişli rayonuna getmiş və 28 aprel 2022-ci il tarixdə saat 21 radələrində ailəsi ilə birlikdə masazır qəsəbəsindəki fərdi yaşayış evinə gələn zaman evin qapısını açarla açmaq istəmiş, lakin qapı açılmamışdır. Bundan sonra hasardan həyətə tullanmış və giriş qapısını açmışdır. Pilləkənlərlə evinə qalxan zaman mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evin giriş qapısını açmaq istədikdə qapı açlmamışvə giriş qapısının içəri tərəfdən bağlandığını başa düşmüşdür. Evinə pəncərədən daxil olduqda məlum olmuşdur ki, naməlum şəxs onun evinə girərək evindən bir ədəd 500 manat dəyərində «Blomberq» markalı, 82 diaqonallı teelevizorunun, bir ədəd 1100 manat dəyərində «Tissot» markalı qol saatının, 400 manat dəyərində qaşıq-çəngəl-bıçaq dəstinin oğurlanıdığın görmüşdur. Baş vermiş oğurluq nəticəsində ona 2000 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, X9 atasıdır. xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri Koroğlu küçəsində yerləşən evimdən oğurluq olması barədə DİN-nin 102 xidmətinə və RPİ-nə atası Hüseyn müraciət etmişdir. O, həmin müddətdə xarici ölkədə olduğu üçün atası Hüseynə demişdir ki, evinə mütəmadi nəzarət etsin. Atası da onun sözü ilə mütəmadi olaraq evinə gəlib geğtmişdir. Sonuncu dəfə atası xx.xx.2022-ci il tarixdə onun Xırdalan şəhərində yerləşən evinə gəlib görmüşdür ki, evinin pəncərəsinin dəmir barmaqlıqları sındırılmışdır. Evə daxil olub evdən 1 ədəd Panasonic markalı 42 ölçülü plazma televizorun və yataq otağında dolabın içərisində 1 ədədə qızıl üzüyünün oğurlanmasını bildirmişdir. O, xaricdən gəldikdən sonra məlumat alıb evinə baxmış və görmüşdür ki, evindən 1 ədəd televizordan, 1 ədəd qızıl üzükdən başqa 1 ədəd qızıl qadın üzüyü, 1 cüt qızıl sırğası, 1 ədəd qızıl klonu, 1 ədəd qızıl sepi və 1 cüt gümüş sırğası, gümüş materialdan olan bujiteriya komplekti oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3530 manat ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 20 mart 2022-ci il tarixdə, saat 17 radələrində həyat yoldaşı və azyaşlı uşaqları ilə birlikdə Xaçmaz rayonuna valideyinləri ilə birlikdə bayram keçirtmək üçün getmiş, gedərkən evin qapısını və pəncərələrini, küçə qapısını açarla bağlamışdır. Xaçmaz rayonundan 24 mart 2022-ci il tarixdə, saat 15 radələrində qayıdıb evə çatmışdır. Həyət qapısını və evin qapısını açarla açmış, həyətə daxil olan kimi evin pəncərəsinin açıq olduğunu və pəncərənin torunun divarın yanında yerə qoyulduğunu görmüşdür. Pəncərənin açıq olduğunu görərkən evində oğurluq olmasından şübhələnmiş, evə daxil olduqda qonaq otağından divara bərkidilmiş “Hofmon” markalı televizorun açılaraq aparıldığını, yerinin boş qaldığını görmüşdür. Televizora qoşulan kanalları idarə edən qurğu (tüner) də oğurlanmış, qonaq otağının yanındakı yataq otağına baxdıqda həmin otaqda dolabda olan poaltarların və digər əşyaların yerə töküldüyünü, çarpayının yanında olan tumbuçkaların axtarıldlığını görmüşdür. Həmin vaxt paltarların arasını axtarmamış, sonradan otaq yığışdırılarkan məlum olmuşdur ki, evindən bir ədəd gümüşü rəngli metal materialdan komlekt kişi saatı və qolbağısı, bir ədəd gümüşü rəngli metal materialdan qadın sepi oğurlıanmışdır. Açılmış pəncərə tərəfdən baxdıqda pəncərənin çərçivəsində vintaçan ilə açılmağa xarakterik zədələr olduğunu görmüş, küçədə həyət divarının yanında olan dəmir dirəyin yanında sürtünmə izləri olmuş, zənn etmişdir ki, oğru həmin dirəkdən istifadə edərək dırmaşıb həyətə keçmişdir. Baş vermiş hadisə barədə DİN-nin “102” xidmətinə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək hadisə yeri müayinə olunmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özünə məxsus ünvan 6 ünvanında fərdi yaşayış evi var. Həmin evdə təmir işləri aparıb düşünmüşdür ki, yaxın günlərdə artıq həmin evə köçüb və orada yaşamağa başlasın. 14 mart 2022-ci il tarixdə gündüz vaxtı həmin evə gəlib, saat 20 radələrinə qədər evdə olmuş, saat 20 radələrində çıxıb Bakı şəhərindəki evimə getmişdir. 21 mart 2022-ci il tarixdə saat 11:50 radələrində ona məxsus ünvan 6 ünvanında fərdi yaşayış evinə gələndə həmin yaşayış evinin giriş qapısının sağ tərəfindəki pəncərənin üzərində olan dəmir barmaqlığın sındırıldığını və içəridən oğurluq olmasını aşkar etmişdir. Evə qapını açarla açıb içəri daxil olduqda evdən 4 ədəd hər birinin dəyəri 100 manat ümumi dəyəri 400 manat olan istilik radiatorlarının, 1 ədəd 40 manat dəyərində modemin, 1 ədəd 20 manat dəyərində tərəzinin, 1 ədəd 40 manat dəyərində şirəçəkən aparatının, 1 ədəd 40 manat dəyərində yataq dəstinin, 1 ədəd 30 manat dəyərində tosterin, 2 ədəd ümumi dəyəri 22 manat olan hər birinin dəyəri 11 manat olan yastıqların, 1 ədəd 7 manat dəyərində elektrik uzadıcı naqilin, 1 ədəd 5 manat dəyərində qaz açarının, 1 ədəd 10 manat dəyərində süfrənin oğurlandığını aşkar etmişdir. Ona oğurluq nəticəsində 614 manat ziyan dəymişdir.Hazırda ona vurulmuş ziyan ödənilmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərindən Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Xəlil Rza küçəsindəki evimdə tək yaşayır. Bakı şəhəri Xətai rayonunda yaşayan xalası vəfat etdiyinə görə 23 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı evin qapılarını bağlayıb, qardaşı ilə birlikdə onun Bakı şəhərindəki evinə getmişdir ki, səhər oradan xalasının yas mərasimində iştirak etməyə getsin. İki gün xalasıgildə qalıb hüzür məclisində iştirak etdikdən sonra 25 aprel 2022-ci ildə saat 13 radələrində evinə qayıtdığı vaxtı evin mətbəxinin eyvana açılan pəncərəsinin dəmir barmaqlığının sındırıldığını görüb evindən oğurluq olduğunu hiss edib, tez qapını açıb içəriyə daxil olmuşdur. Həmin vaxtı evindəki əşyaların səliqəsinin pozulduğunu, qonaq otağındakı 3000 manat dəyərində olan “Samsunq” markalı televizorunun, yataq otağındakı güzgülü dolabın siyirməsində saxladığı 1200 manat dəyərində olan 2 ədəd kişi qol saatının, digər yataq otağındakı güzgülü dolabın üstündə qızıl qabında saxladığı 1 ədəd 1000 manat dəyərində, ortasında mavi “Tapas” qaşı və kənarlarında xırda brilyant qaşları olan qızıl suyuna çəkilmiş gümüş üzüyünün, 300 manat dəyərində olan 1 ədəd “delfin” klonu ilə olan nazik qızıl boyunbağının yerində olmadığını görüb evdə olmadığı müddətdə oğruların içəriyə daxil olub, həmin əşyalarımı oğurladığını yəqin edib mobil telefonla DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 5500 manat məbləğində ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyanın ödənilməsi, şikayət və tələbinin olmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini 2021-ci ilin oktyabr ayında almış, həmin evdə yaşamamış, lakin tez-tez oraya baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmin evdə olmuş, həmin vaxt hər şey yerində və qaydasında olmuş, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində təkrarən evə baş çəkməyə getdikdə çöl darvazanın açıq olduğunu görmüş, həyətə girdikdə həyətdəki 800 manat dəyərində 01 kombi aparatının oğurlandığını görmüş, evin pəncərəsi də açıq vəziyyətdə olmuş, evə girdikdə oradan 01 bir ədəd 400 manat dəyərində LG markalı televizorun, 01 ədəd 100 manat dəyərində soyuducunun və 01 dəst 200 manat dəyərində qazan dəsti olmaqla ümumilikdə 1500 manat dəyərində əşyaların oğurlandığını görmüş, sonra DİN-in 102 zəng xidmətinə və Abşeron rayon Polis İdarəsinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Göstərmişdir ki, evindən 800 manat dəyərində 01 ədəd kombi aparatı, 01 bir ədəd 400 manat dəyərində LG markalı televizor, 01 ədəd 100 manat dəyərində soyuducu və 01 dəst 200 manat dəyərində qazan dəsti oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində də ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyanın ödənilməsi, şikayət və tələbinin olmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən yaşayış evi var. İşi ilə əlaqədar özüm bir müddətdir ki, ünvan 9 ünvanında kirayə yaşayır. Arabir özünə məxsus ünvan 8 ünvanında yerləşən eviə baş çəkir. 05 yanvar 2022-ci il tarixdə saat 14 radələrində ünvan 8 ünvanındakı evimdə olanda hər şey qaydasında olmuş, 11 yanvar 2022-ci il tarixdə saat 13:30 radələrnidə ünvan 8 ünvanındakı evimə gəlib həyətə daxil olanda görmüşdür ki, yaşadığı evimin giriş qapısının sağında olan plastik pəncərə açıqdır, naməlum şəxs oraya daxil olub oğurluq cinayət törətmişdir. Evə daxil olanda görmüşdür ki, evdə hər şey pərakəndə şəklindədir, naməlum şəxs tərəfindən mətbəxdə qoyduğu 1200 manat dəyərində 1 ədəd idman velosipedini, qonaq otağında stulun üzərinə qoyduğu 1 ədəd 82 ekranlı 800 manat dəyərində LG televizor, hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 450 manat olan 3 ədəd istilik radiatorları, hər birinin dəyəri 160 manat olan, ümumi dəyəri 320 manat olan 2 ədəd avtomobil oturacaq üzlükləri, hər biririn dəyəri 35 manat olan, ümumi 70 manat olan idman qantelləri, 1 ədəd 120 manat dəyərində şirəçəkən aparat oğurlanmışdır. Oğurluq nəticəsində ona 2960 manat ziyan dəymişdir. O, ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q.Xalıqov küçəsində yerləşən evimdən çıxıb Bakı şəhərinə getdim. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində evinə gəlmiş, evdə istilik sistemini işə salmaq məqsədi ilə evin giriş qapısının yanında divarda plastik materialdan quraşdırılmış saxlanc yerinin qapısını açıb kombi istilik sistemini işə saxlamaq istəmiş, qapını açdıqda kombi istilik aparatının və kombinin stablizatorunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra hımin yerdən kombi istilik aparatının və kombinin stablizatorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsinin baş verdiyini bildirmiş, bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Göstərmişdir ki, evinin giriş qapısının yanında divarda plastik materialdan quraşdırılmış saxlanc yerindən 1 ədəd 800 manat dəyərində ağ rəngli “Nota” markalı istifadə olunmuş kombi istilik aparatı və 1 ədəd 100 manat dəyərində ağ rəngli kombi stablizatoru oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. O, ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdə , saat 23 radələrində Bakı şəhərində, “20 yanvar” metrostansiyasının Xırdalan şəhəri istiqamətində qarşısında idarə etdiyi “renaut Meqane” markalı, **-ZC-*** dövlət qeydiyyart nişanlı avtomaşınla dayanıb Xırdalan şəhərinə gətirmək üçün müştəri götürmüş, həmin vaxt Təqsirləndirilən şəxs4 idarə etdiyi “Xəzər” markalı maşını onun avtomaşınının arxasında saxlamışdır. Elhən avtomaşını saxlayarkan sonuncunun maşını onun maşınına toxunmuş, lakin avtomaşınlar əzilməmişdir. Elşən maşından düşərək ona demişdir ki, «üç müştəri götürmüsən, dördüncüsünü götürmə, mənim maşınım xarabdır, mən müştəri götürüm və tez gedim». Həmin vaxt Elşənə cavab verməmiş, dördüncü müştəri onun maşınına əyləşmiş və o da maşına oturub Xırdalan istiqamətində hərəkət etmək istəyərkən Elşən onun ünvanına “perysər” ifadəsi söyləyərək onu təhqir etmişdir. O, maşından düşüb ondan həmin ifadəni kimə qarşı söylədiyini soruşmuş və ona tərəf gedərkən Elşən ona hücum edib sifətinə vurmaq üçün ona kəllə atmışdır. Yəni kəllə ilə onu vurmaq istəmişdir. Həmin vaxt orada olan şəxslər onları aralamış və Elşənin onu vurmasının qarşısını aldılar. Elşən ona demişdir ki, Xırdalan şəhərində 120 nömrəli avtobusun dayanacağında onu gözləsin, o da Xırdalan şəhərinə gəlib müştəriləri düşürtmüş, axırıncı müştərini Xırdalan şəhəri, H.Əliyev prospektində “Göyçə” marketin yanında yerləşən 120 nömrəli avtobusun dayanacağında düşürtmüş, həmin vaxt arxadan Təqsirləndirilən şəxs4 idarə etdiyi maşınla gəlib arxada saxlamış, maşından düşərək ona öz maşınına oturmağı söyləmiş, o, sonuncunun maşınına oturmuş və sonuncu maşını H.Əliyev prospekti ilə Xırdalan şəhərinin Ceyranbatan istiqamətində sonuncu dairəsinə doğru sürmüşdür. H.Əliyev prospektinin qurtaracağında maşını saxlamış, ona maşından düşməyi əmr etmişdir. O, maşından düşmüş, həmin vaxt Təqsirləndirilən şəxs4 yaxasından yapışmış və bir dəfə kəllə ilə sifəıtinə vurmuşdur. Sonuncunun kəlləsi onun burnuna dəymiş və burnu bərk ağrımış, burnundan qan açılmışdır. O, burnu ağrıdığı üçün Elşəni vura bilməmiş, lakin Elşən mənim başına yumruqla bir neçə zərbə vurmuşdur. Həmin vaxt hadisə yerinə yolda hərəkətdə olan post patrul xidməti maşını gələrək saxlamış və polislər maşından düşüb Təqsirləndirilən şəxs4 tutub öz xidməti maşınlarına otuzdurmuşlar. Həmçinin onu da xidməti maşına mindirib Abşeron rayon Polis İdarəsinə gətirmişlər. O, hadisə barədə Polis İdarəsinə şikayət ərizəsi yazmış və burnu ağrıdığı üçün gecə vaxtı Bakı şəhərinə “Semaşko” adına xəstəxanaya getmişdir. Xırdalan şəhərində Təqsirləndirilən şəxs4 onu döydüyü vaxt təxminən saat 24 radələri olmuş, Bakı şəhərində Elşənlə aralarında münaqişə təxminən üç-dörd dəqiqə ərzində baş vermiş, Xırdalan şəhərindəki hadisə də, təxminən üç-dörd dəqiqə çəkmiş, Bakı şəhərində hadisə yerində təxminən tanımadığı on-on beş nəfər şəxs olmuş, Xırdalan şəhərindəki hadisə zamanı isə, ətrafda üç nəfər polis əməkdaşlarından başqa kənar şəxslər olmamışlar. O, ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvəllərində Rusiya Fedarasiyyüasında yaşayan oğlunun yanına gəzməyə getdiy üçün əri X10 yaşadığı evdə tək qalmışdır. xx.xx.2022-ci il tarixdə əri Ağasahib Cananov insult keçirdiyi üçün həmin günü onu xəstəxanaya aparmışlar. xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi eviin və həyətinin qapıları açıq və sahibsiz qalmış, həmin müddət ərzində naməlum şəxs və yaxud şəxslər bundan istifadə edərək bizim evinə qanunsuz daxil olaraq qonaq otağından 1250 manat dəyərində 1 ədəd «Samsunc» markalı televizor, yataq otağından 480 manat dəyərində bir ədəd «LC» markalı televizor, həmin yataq otağından 400 manat dəyərində bir ədəd «Samsunc» markalı mobil telefon, 750 manat dəyərində bir ədəd «ASUS» markalı notbuk kompyuter, həmin kompyuterin çantasında olan 1400 manat pulu oğurlayıb talamaqla ona ümumilikdə 4280 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişlər. O, ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, , hal hazırda Abşeron rayonu AAAF-Park 2 ünvanında bir mərtəbəli evin həyəti hasarlı olan evdə yaşayır. 11 yanvar 2022ci il tarixdə ailə üzvləri ilə birlikdə evdən çıxıb işləmək məqsədi ilə əslən olduğu və əvvələr yaşadığı Cəlilabad rayonuna getmişlər. Evdə isə oğlu Coşqun qalmışdır. O, da bundan sonra yəni onlar gedəndən sonra, yəni 13 yanvar 2022-ci il tarixdə günorta radələrində evin qapılarını bağlayıb evdən çıxıb onların yanına Cəllilabad rayonuna gəlmişdir. Oğlu Coşqun evdən çıxarkən evlərində hər şey yerində olmuşdur. Bundan sonra təxminən 16 yanvar 2022-ci il tarixdə təxminən gecə saat 22 radələrində o, oğlu Coşqunla birlikdə Cəlilabad rayonundan evlərinə qayıtmışlar. O, darvazanın qaplarını açıb içəri keçmək istədikdə görmüşdür ki, darvaza açıqdır. O, həyətə keçəndə görmüşdür ki, həyətdə mənzilin giriş qapsının yanında divara qurlaşdırılmış 1000 manat dəyərində olan «NOVATEL» markalı kombi aparatı yerindən çıxarılmışdır və plasmas borular isə açılmış vəziyyətdədir. Həyətdə məbəxin dəmir barmaqlığı sındırılmışdır və oradan da mənzilə daxil olmaqla mənzilin giriş qapısı da açıq olduğunu görəndə mənzilə keçmiş,mənzilində səliqə səhmanın pozulduğunu görmüşdür. O, mənzilə baxdıqda görmüşdür ki, qonaq otağında olan 500 manat dəyərində LC markalı 82 ekranlı televizor, 150 manat dəyərində olan tozsoran maşın, həmçinin 150 manat dəyərində olan ət çəkən maşın da yerində yoxdur. Bundan sonra hadisə barədə DİNin 102 məlumat mərkəzinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Bildirir ki, oğurluq nəticəsində ona 1800 manat dəyərində maddi ziyan vurulmuşdur. O, ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan müddət ərzində ona məxsus Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ünvan 11 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinə dəmir barmaqlıqları sındıraraq pəncərədən qanunsuz daxil olaraq, oradan qonaq otağında quraşdırılmış 1 ədəd 1200 manat dəyərində 109 dioganal “Sumsunq” markalı televizoru və mətbəxdə olan 1 ədəd 680 manat dəyərində 82 dioganal “Philips” markalı televizoru oğurlayaraq ona ümumilikdə 1880 manat maddi ziyan vurmuşdur. Ona məxsus fərdi yaşayış evindən oğurluq olmsını xx.xx.2022-ci il tarixdə aşkar etmiş, sonra qayınanası X1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. O, ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək vurulmuş ziyanın ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şəfa oğlunun məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Şahid2 Şəfa sosial şəbəkədə “Tap.Az” internet saytında yerləşdirilmiş elanlar vasitəsilə televizor alıb-satmaq işləri ilə məşğul olur. Təxminən xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yenə də sosial şəbəkədə “Tap.Az” internet saytında yerləşdirilmiş elanlara baxan zaman “Samsunq” markalı bir televizorun satılması barədə elan yerləşdirildiyini görüb, ***-***-**-** nömrəli mobil telefonundan elanda yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs adının Ramil olduğunu bildirib, elanda şəkilini yerləşdirdiyi televizoru 400 manata satmaq istədiyini demişdir. O, həmin şəxslə bu barədə bir qədər danışdıqdan sonra televizoru 320 manata almağı barədə razılığa gəlmişdir. Bundan sonra yaşadığım evin ünvanını həmin Ramil adlı şəxsə başa saldıqdan təxminən 1 saat sonra o, satmaq istədiyi həmin televizoru yaşadığı evə gətirmiş, həmin televizora baxdıqdan sonra televizoru alıb, ona 320 manat vermiş və sonuncu da çıxıb getmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Babək prospektində yaşayan qohumugildə olduğu zaman 2 gün əvvəl ona televizor satan həmin Ramil adlı şəxsdən ona zəng gəlmiş və ona bir ədəd mətbəx üçün nəzərdə tutulmuş kiçik ölçülü “Samsunq” markalı televizorunun olduğunu, həmin televizoru da satmaq istədiyini demişdir. Bundan sonra Ramil həmin televizorun da şəkillərini mobil telefonuma göndərdikdən sonra onunla həmin televizoru 80 manata almağı ilə bağlı razılığa gəlmişdir. Bundan sonra Ramilə olduğu yeri başa salmış və sonuncu həmin gün saat 20 radələrində Bakı şəhəri, Babək prospektində olduğu yerə gəlmiş, Ramilin ona göstərdiyi televizora da baxdıqdan sonra ona 80 manat pul verərək həmin televizoru da almışdır. Göstərmişdir ki, Ramil ona evini köçürdüyünə görə təzə televizorlar aldığı üçün həmin köhnə televizorlarını satdığını demiş, həmin televizorların oğurluq mal olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 nömrəli binanın altında yerləşən 22 m2 sahəni icarəyə götürüb orada televizorların təmiri, alışı və satışı ilə məşğul olur. 2022-ci ilin yanvar ayının axırında tarixi dəqiq yadında deyil, 2 nəfər tanımadığı şəxs onun işlədiyi Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 1 nömrəli binanın altında yerləşən televizorların təmiri, alışı və satışı yerinə gəlmişlər, onlardan biri ondan xahiş etmişdir ki, onda özünə aid LG markalı 82 sm ekranlı televizor vardır və pula ehtiyacı olduğundan həmin televizoru satır. O, həmin şəxsə bildirmişdir ki, televizoru iş yerinə gətirsin və o, da həmin televizorun vəziyyətinə baxsın. Hər iki şəxs çıxıb getmiş və təxminən 2 saat sonra yenidən onun iş yerinə bir LG markalı televizorla birlikdə gəlmiş, həmin LG markalı televizora baxıb bəyənmiş və həmin şəxsə bildirmişdir ki, televizoru 150 manata ala bilərəm. Həmin şəxs də onunla razılaşmış, o həm də ondan televizorun oğurluq olub olmaması barədə maraqlanmış, sonuncu ona televizorun özünə aid olduğunu və oğurluq olmadığını bildirmiş, televizoru satan şəxs özünü Təqsirləndirilən şəxs4 kimi, onun yanında olan şəxs isə özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş, o Elşəndən şəxsiyyətini təsdiq edən sənəd istədikdə, ona bildirmişdir ki, öz sənədini şəklini vatsap SMS mübadilə sistemi vasitəsi ilə mobil telefonuna göndərəcəkdir. O, Təqsirləndirilən şəxs4 adlı şəxsə 150 manat pul verib LG markalı 82 ekranlı televizoru sonuncudan almış, həmin şəxs 150 manat pulu götürüb getmiş və gedəndən 1 saat sonra ona Vatsap SMS mübadilə sistemi vasitəsi ilə mobil telefonuna öz şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Həmin Təqsirləndirilən şəxs4 şəxsiyyət vəsiqəsinin şəkli onun mobil telefonunda olmuş, lakin bir müddət sonra şəkil silindiyindən Elşənin sənədinin şəklini istintaqa təqdim edə bilmir. LG markalı televizor isə 1 həftə sonra tanımadığı anket məlumatlarını bilmədiyi müştəriyə 180 manata satmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası MEM-dən alınmış xx.xx.2022-ci il tarixli, 9/4211 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malayziya istehsalı olan televizorun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta qiyməti təxminən 150 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası MEM-dən alınmış xx.xx.2022-ci il tarixli, 9/2153 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Neoterm” markalı, “XP28C” model, 28 kv-lıq kombi aparatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta qiyməti 400 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası qərarına əsasən Azərbaycan Respublikası SN-nin MTE və PA X34 şəxsin 421 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, burun nahziyəsi, burun sümüyünün kompressionsınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sıyrığı, sağ gözaltı, sol gicgah, sol qulaq seyvanının sıyrıqları küt alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəni hissələrinin (əl, baş və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, X7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs5 əmlaklarını gizli olaraq taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və analoji ifadələr vermişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, X7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 əmlaklarını gizli olaraq taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və analoji ifadələr vermişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 əmlakını gizli olaraq taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və analoji ifadələr vermişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs7 Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 əmlakını gizli olaraq taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və analoji ifadələr vermişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs13 əmlaklarını gizli olaraq taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və analoji ifadələr vermişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 əmlakını gizli olaraq taladığını hadisə yerlərində əyani olaraq göstərmiş və analoji ifadələr vermişdir. İş üzrə 1 ədəd qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malayziya istehsalı olan televizor və 1 ədəd “Neoterm” markalı, “XP28C” model, 28 kv-lıq kombi aparatı sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlikləri, özlərinin məhkəmə zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə törətmiş olduqları cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 məhkəmə baxışında özünü təqsirli bilməməsi barədə göstərdikləri, ona elan edilmiş ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları müvafiq maddələrin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, vurulmuş ziyanın ödənilməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 4 saylı MTİİTŞ-nın rəisinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,ev 108-də yaşamaqla müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə, X17 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə həbs müddətinin uzadılmasından imtina edilmiş,barəsində ev dustaqlığ seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 10 (on) ay müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır qəsəbə üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 10 (on) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 01 il 09 ay 24 gün müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probarsiya Şöbəsinin icra məmuru F. Murtuzayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmış və barəsində olan nəzarət işi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 10 (on) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 01(bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 150.2.1, 150.2.3, 150.1.2.5, 181.2.1 və 181.2.2, 66.3-cü maddələri ilə təqsirli bilinib 6 il 6 ay müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixlə qərarı ilə Azərbaycan Respublikası CM-nin 150.2.1, 150.2.3, 150.1.2.5-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmiş və Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2-ci maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu ildə Ağsu Rİ və PŞ icraatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 92.0-cı və 92.0.3-cü maddələrinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.2-ci maddələri ilə cinayət əməlini yetkinlik yaşına çatmamış olduğu zaman törətdiyi və cəzanı çəkilib qurtardığı gündən üç il keçdiyi üçün onun məhkumluğu ödənilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs6 zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs6 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 həbsdə saxlanıldığı 10 (on) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 01(bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs6 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CMnin 263-1.1-ci madəsi ilə olan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPMnin 40.3-cü maddəsi ilə xitam verilmişdir. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X25 xx.xx.2013-ci il tarixdə, X26 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə həbs müddətinin uzadılmasından imtina edilmiş,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 02 (iki) ay 27(iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 05 ay 24 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Abşeron rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsin icra məmurunun məlumatına əsasən Təqsirləndirilən şəxs5 barəsində “28 may-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqındaAR Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə barəsində ev dustaqlığ seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 10 (on) ay müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs5 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs5 barəsində xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs7 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2016-cı il tarixli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X30 xx.xx.2022-ci il tarixdə, X27 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs7 himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs7 hazırki cinayət işi üzrə xx.xx.2022cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs7 həbsdə saxlanıldığı 02 (ik) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən qaydada hesablanmaqla 04 (dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs7 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu və Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs7 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs7 barəsində xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. İş üzrə 1 ədəd qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malayziya istehsalı olan televizor və 1 ədəd “Neoterm” markalı, “XP28C” model, 28 kv-lıq kombi aparatı sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 50 saat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 50 saat, Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 saat, Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 50 saat, Təqsirləndirilən şəxs5 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 50 saat, Təqsirləndirilən şəxs7 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X19 50 saat hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlandığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 10 (on) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlandığı 10 (on) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlandığı 10 (on) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 tutulduğu və həbsdə saxlandığı 10 (on) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 tutulduğu və həbsdə saxlandığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 05 (beş) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 tutulduğu və həbsdə saxlandığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 10 (on) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə 1 ədəd qara rəngli “Samsunq” markalı, “UE22ES5000V” model, Malayziya istehsalı olan televizor və 1 ədəd “Neoterm” markalı, “XP28C” model, 28 kv-lıq kombi aparatı sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulsun. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 50 saat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 50 saat, Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 saat, Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 50 saat, Təqsirləndirilən şəxs5 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 50 saat, Təqsirləndirilən şəxs7 dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X19 50 saat hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar