Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1286/2025 21.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızının Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 14 yanvar 1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, A.Turabov küçəsi, 30 nömrəli evin həyətində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən onlara yol verməməsini, qaynanası və azyaşlı oğlunu söyüb təhqir etməsini irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub yumruqla boyun nahiyəsinə bir neçə dəfə vurmuş və əlindən tutub barmaqlarını sıxaraq ona boyunun aşağı 1/3-nin arxa səthinin 02 ədəd, sağ əlin üst səthinin 01 ədəd, sağ saidin 02 ədəd sıyrıqları, sol əlin V barmağının qançırı ilə müşayiət olunan V barmağının proksimal falanqasının, başınnın yerdəyişməyən sınığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4əşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Şahid onun qaynanasıdır. O, qaynanamgilnən bir evdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Qeyd etmişdir ki, onların yaşadığı evin yolu Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən keçir. Əslində həmin yol onlara aiddir. Onların yolu Rəfiqənin həyətindən keçdiyi üçün hər dəfə həmin yolu keçməklə bağlı Rəfiqə ilə sözlü mübahisələri olmuşdur. O, və qaynanası Kəmalə dəfələrlə Rəfiqəyə demişlər ki, “hasarı öz ərazisindən çəksin, lakin Rəfiqə həyətinin hasarını onların yolunun üstündən çəkmiş və onların yolu Zərərçəkmiş şəxs həyətinə düşmüşdür. Bildirmişdir ki, 21 avqust 2025-ci il tarixdə saat 15 radələrində o, işdə olan zaman azyaşlı oğlu Hüseyn mənə telefonla zəng edərək demişdir ki, “nənə ilə yolu keçən zaman Rəfiqə mənə hədə qorxu gələrək məni və nənəmi söyərək məni sinəmdən vurub itələmişdir”. O da oğluna demişdir ki, “heç kimnən işin olmasın”. Sonra 21 avqust 2025-ci il tarixdə saat 18 radələrində işdən evə gələn zaman Zərərçəkmiş şəxs evinin həyətində dayandığını görüb Rəfiqəyə demişdir ki, “niyə məni uşağımı qaynanamı söyüb təhqir etmisən, uşağımı qorxudub itələmisən Rəfiqə ona demişdir ki, “mən sənin uşağına heç nə eləməmişəm”. Rəfiqə sözünü bitirən kimi, onu söyüb təhqir edib üstünə cumaraq onu vurmağa başlamışdır. O da özünü müdafiə etmək üçün Rəfiqənin yumruqla baş və boyun nahiyyələrinə vurduqdan sonra əlindən tutub barmaqlarını sıxmış və Rəfiqənin barmağı sınmışdır. Həmin vaxt Rəfiqə ondan ayrılmışdır. Sonra o, öz yaşadığı evinə getmişdir. Evə gəlib bu barədə qaynanası Kəmaləyə bildirəndə qaynanası ona demişdir ki, “nahaq Rəfiqəyə baş qoşmusan”. Bundan əlavə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işi üzrə məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Rüfanənin qaynanası Şahid həmin çoxdan ev almalarına baxmayaraq keçməyə yolları olmadığından həmin evdə yaşamamışlar. Təxminən 2 il olar həmin evdə yaşayır. Şahid yaşadığı evin yolu onun yaşadığı evin həyətindən keçməməsinə baxmayaraq gəlib həyətin hasarından yol açıb həyətindən keçib getmişlər. Qeyd etmişdir ki, Kəmaləgilin ümumiyyətlə keçməyə yolları yoxdur. O, dəfələrlə Şahid bildirmişdir ki, “keçdikləri yolu onun həyətinə aiddir özlərinə həyətindən kənarda yol salsınlar”. Lakin Kəmaləgil bununla bağlı heç bir nəticə çıxarmamışlar. Bununla bağlı aralarında dəfələrlə mübahisələri olmuşdur. 21 avqust 2025ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində olan zaman bir nəfər naməlum kişinin həyətindən keçdiyini görmüşdür. O, həmin şəxsə həyətində nə etdiyini soruşduqda həmin şəxs ona Kəmalənin evində usta işlədiyini bildirmişdir. O, həmin tanımadığı şəxsə həyətindən çıxmasını bir də bu həyətə girməməsini bildirmişdir. Bununla bağlı Kəmalə ilə aralarında sözlü mübahisələri olmuşdur. Kəmalə onu söyüb təhqir etmişdir. Həmin vaxt üstünə hücum çəkərək qızını vurmaq istəmişdir. O da Kəmalənin qarşısına keçib qoymamışdır. Kəmalə çıxıb getmişdir. O da DİN-nin “102” xidmətinə zəng edib qızının döyülməsi haqqında məlumat vermişdir. Aradan bir iki saat keçdikdən sonra saat 18 radələrində Kəmalənin gəlni Rufanə gəlib ona “sən kimsən mənim qaynanamı söyüb təhqir edirsən”. Bununla bağlı Rüfanə ilə aralarında sözlü mübahisələri olmuş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Rüfanə yumruqla boyun nahiyəsinə zərbələr endirərək əli ilə sağ əlinin çeçələ barmağını sındırmışdır. Sonra ondan ayrılıb getmişdir. O da Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, sonuncunun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 4əşən fərdi evdə ailə üzvlərimlə birlikdə yaşayır. X2 onun gəlnidir. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Qeyd etmişdir ki, onun yaşadığı evin yolu Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən keçir. Əslində həmin yol ona aiddir. Onların yolu Rəfiqənin həyətindən keçdiyi üçün hər dəfə həmin yolu keçməklə bağlı Rəfiqə ilə sözlü mübahisələri olmuşdur. O, dəfələrlə Rəfiqəyə demişdir ki, “hasarı öz ərazisindən çəksin”, lakin Rəfiqə həyətinin hasarını onun yolunun üstündən çəkmiş və onun yolu Rəfiqənin həyətinə düşmüşdür. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 21 avqust 2025-ci il tarixdə saat 15 radələrində o, evinə gələn zaman Zərərçəkmiş şəxs ona demişdir ki, “bir daha mənim həyətimdən keçməyin”. O, Rəfiqəyə iradını bildirdikdə Rəfiqə onu söyüməyə başlamışdır. Həmin vaxt orada olan nəvəsi Rəfiqəyə iradını bildirərək demişdir ki, “nənəmi söymə”. Sonra o, nəvəsi ilə evə gəlmişdir. Həmin söhbətdən təxminən 30 dəqiqə sonra gəlni evinə gəlib ona demişdir ki, “Hüseyn mənə sənin Rəfiqə ilə dalaşmağını dedi, mən də gələndə Rəfiqədən bunun səbəbini soruşduqda Rəfiqə mənə qarşı kobudluq edib məni yerə yıxdı mən də onunla dalaşdım”. O da gəlni Rufanəyə demişdir ki, “nahaq dalaşmısan”. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 22 avqust 2025-ci il tarixdə verilmiş 27 avqust 2025-ci il tarixli 2005 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərboyunun aşağı 1/3-nin arxa səthinin 02 ədəd, sağ əlin üst səthinin 01 ədəd, sağ saidin 02 ədəd sıyrıqları, sol əlin V barmağının qançırı ilə müşayət olunan V barmağının proksimal falanqasının, başınnın yerdəyişməyən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əl zərbələrinin təsirindən əmələ gələ bilməsi istisna olunmur; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir;
2. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzə göndərilməsi haqqında” 18 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsində Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması üçün müstəbtiqlərə həvalə edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, 1 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
6. “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi” haqqında 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
7. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 13 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir;
8. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 iyul 2011-ci il təvəllüdlü X3 və 08 iyul 2014-cü il təvəllüdlü X4 adlı uşaqları vardır.
9. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir:
10. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi.
Sübutların qiymətləndirilməsi və Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməli ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müəyyən edilməklə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.12-ci bəndinə əsasən qadınlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur; 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunan cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarının 1.12, 1.16 və 5.1-cı bəndlərinin tətbiq dairəsinə daxildir və həmin Qərarın 6 və 7ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər sonuncunun əməlinə şamil olunmur.
Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.12, 1.16 və 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızına 165 (bir yüz altmlş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızına 165 (bir yüz altmlş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov