Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1287/2025 04.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Union Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Üçtəpə ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2024-cü il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsində Kəlbəcər qəbirstanlığının yaxınlığında yerləşən nömrəsiz fərdi həyət evində olarkən, sonuncunun evin mətbəxində olmasından istifadə edib qonaq otağında qoyduğu mobil telefonunu açıb elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus «Uni bank»dakı 5243 7544 4256 5352 hesabına qanunsuz daxil olaraq, həmin hesabda olan 5000 manat pul vəsaitini istifadəsində olan 40985844***9852 nömrəli «Leo bank»dakı bank hesabına mobil tətbiq vasitəsi ilə köçürüb gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayından tanıyır. Belə ki, Tünzaləni idarə etdiyi taksi ilə sifariş verdiyi ünvana apararkən tanış olmuş, onunla münasibətləri yaranmışdır. 21 fevral 2024-cü il tarixdə Masazır qəsəbəsində olan zaman Tünzaləyə zəng vurub onunla əlaqə saxlayıb hal-əhval etmiş, Tünzalə onun Masazırda olduğunu bilib evinə dəvət etmişdir. O, sonuncunun yaşadığı evə getmiş, çay içib söhbətləşmişdir. Tünzalə yataq otağında yatdığı üçün onun mobil telefonunu götürüb telefona baxmış, Tünzalə bir dəfə ona öz telefonundan 20 manat atarkən onun şifrəsini yadında saxlamışdır. Tünzalənin telefonundakı “Unibank”ın tətbiqinə daxil olaraq hesabında 7213 manat olduğunu görüb həmin hesabdan 5000 manatı özünə məxsus 40985844***9852 nömrəli «Leo bank»dakı hesabına online qaydada köçürmüşdür. Tünzalə oyandıqdan sonra onunla görüşüb getmişdir. Tünzaləyə hesabından pulu öz hesabına köçürməyi ilə bağlı heç bir söz deməmiş, Tünzalənin evindən çıxıb gedəndən sonra hesabına köçürdüyü 5000 manat pulu çıxarıb həmin pulun 1000 manatını şəxsi ehtiyacına xərcləmişdir. Tünzalə həmin gün axşam ona zəng vurub onun hesabından 5000 manat pulu öz hesabına köçürdüyünü və pulu qaytarmağı bildirmiş, o əvvəl etiraf etməsə də, sonradan pula ehtiyacı olduğu üçün götürdüyünü və qaytaracağını bildirsə də maddi imkanı olmadığı üçün qatarmamışdir. Ancaq Tünzalənin pulunu qaytarmaq fikri olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olmasını, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 5000 manat ziyanı tam ödəməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və onunla barışığa nail olmasını, bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, Ceyhun Bolt taksi şirkətində taksi kimi fəaliyyət göstərdiyi üçün və Masazırda yaşadığından ona taksı lazım olanda onu çağırmış ki, onu lazımi ünvana aparsın. Bundan sonra Ceyhunla münasibətləri yarandığı üçün sonuncu kirayə yaşadığı evdən çıxdığına görə bir neçə gün onun evində qalmışdır. 21 fevral 2024-cü il tarixdə saat 18 radələrində Ceyhun onun evində olarkən xalası oğlu ilə görüşə getməli olmuş, ona görə də onun evində oturub gözləmişdir. O, isə mətbəxə keçmiş ki, Ceyhuna çay gətirsin. Onun mətbəxdə olduğu müddətdə Ceyhun qonaq otağında oturmuş, Ceyhuna çay verdikdən sonra sonuncu çayını içib sonra onunla sağollaşaraq çıxıb getmişdir. Ceyhun getdikdən sonra axşam saat 23 radələrində mobil telefonuna baxarkən “Uni bank”ın telefonunda olan mobil tətbiqinə daxil olduqda hesabında olan 5000 manat pulun çıxarıldığı və Təqsirləndirilən şəxs adına olan «Leo» kart hesabına köçürüldüyünü görmüşdür. Ceyhun onun telefonunun şifrəsini bildiyi üçün mətbəxdə başı qarışarkən telefonuna daxil olub onun xəbəri olmadan hesabındakı 5000 manatı öz hesabına köçürdüyünü bildikdən sonra sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin Ceyhun telefona cavab vermədiyi üçün vatsapla ona səsli mesaj göndərmiş ki, kartından icazəsiz 5000 manat pulu öz kartına nə üçün atdığını soruşsun və pulu qaytarmasını bildirmişdir. Bundan sonra isə DİN-nin 102 xidməti mərkəzinə zǝng edərək Ceyhunun 5000 manat kartımdan pulu öz kart hesabına göndərməsi barədə məlumat vermişdir. Bundan soqnra Ceyhuna təkrar səs ataraq onun barədə polisə şikayət etdiyini demişdir. Ceyhun isə ona vatsapla zəng vurub demişdir ki, onun kartından pulun çıxarılmasından məlumatı yoxdur, ola bilsin ki, xaker onun adından çıxarmışdır. O isə demişdir ki, pul Ceyhunun onun evində olduğu vaxt çıxarılıb və sonuncunun adına olan karta köçürülmüşdür. Ceyhun isə öz kart hesabını şəklini çəkib ona göndərmiş və demişdir ki, onun hesabında cəmi 31 qəpik pul vardır. Lakin Ceyhunun ona göndərdiyi kart hesabının skrinlənmiş şəkilində 3 dəfəyə 2000 manat olmaqla 6000 manat pulun çıxarılması barədə qeydlər olduğunu görmüşdür. Ceyhuna demişdir ki, onun kart hesabından görünür ki, onun evindən çıxdıqdan sonra kartından 6000 manat pulu çıxarmışdır. Ceyhun isə bunu etiraf etməyib demişdir ki, “sən qəsdən məni şərləyirsən və polislə əlbirsən”. Bundan sonra isə ona dəfələrlə Ceyhundan pulunu qaytarmasını tələb etsə də sonuncu onu təhdid etməyə başlamış və sonra isə ona cavab verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbnin olmamasını, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 01 mart 2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi müəyyən edilmişdir;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs simində tanınmışdır;
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-168/2024 saylı, 13 aprel 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edimişdir;
5. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması” haqqında 20 aprel 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir;
6. “Cinayət işi üzrə dayandırılmış icraatının təzələnməsi” haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, hal-hazırda Bakı İstintaqda Təcridxanasında saxlanılması müəyyən edilmişdir;
7. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 07 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir;
8. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi” haqqında 12 iyun 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cı maddəsi ilə istintaq aparılan ********* №-li cinayət işləri bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında aparılması müəyyən edilmişdir;
9. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 27 noyabr 2025-ci il tarixli qərara əsasən ********* nömrrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi müəyyən edilmişdir;
10. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik olmadığından həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və digər istintaq sənədləri sübut nüvləri kimi qəbul edilmişdir;
11. “Qətimkan tədbirinin seçilməsi” barədə 08 dekabr 2025-ci il tarixli iltizama əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;
12. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini qeyd edərək, sonuncu ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 5243 7544 4256 5352 hesabına qanunsuz daxil olaraq, həmin hesabda olan 5000 manat pul vəsaitini istifadəsində olan 40985844***9852 nömrəli «Leo bank»dakı bank hesabına mobil tətbiq vasitəsi ilə köçürüb gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ərizəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək, barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək, barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, əməlində cəzanın ağırlaşdırıcı hallarının müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov