Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-129/2021 30.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxlər X5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdəfiəçisi, vəkil X3 iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev-13, mənzil 3-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Şahid1 prospektində yerləşən 100 kv.metr ölçüdə yerləşən tikilini 500 manat zəhmət haqqı müqabilində 16.000 manata satacağına dair sonuncuya yalan vəd verib inandırmış, qeyd olunan obyekti 19.07.2016-cı il tarixdə X6 26.000 manata sataraq pulunu ələ keçirib, Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə ona Zərərçəkmiş şəxs5 Sədi oğlunun satmaq üçün ona verdiyi, Abşeron rayonu, Xırdalan şəhəri Şahid1 prospektində yerləşən 100 kv.metr ölçüdə yerləşən tikilini 19.07.2016-cı il tarixdə X6 qanuni sənədlərini düzəltməklə 26.000 manata satacağını vəd edərək inandırmış, sonuncu ilə Abşeron rayonu Xırdalan şəhərindəki 1 saylı Notariat kontorunda kredit müqaviləsi bağlamaqla 26.000 manat pulunu ələ keçirmiş və zərərçəkmiş şəxs Abbasəli Əhmədova xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etməklə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə ona satmaq üçün verilmiş, Abşeron rayonu Masazır qəsəbəsi Heydər Əliyev küçəsində yerləşən 120 kv. metrlik fərdi yaşayış evini Zərərçəkmiş şəxs1 ipoteka krediti ilə 45.000 manata satacağını vəd edərək inandırmış, bu məqsədlə ilkin ödəniş kimi 25.09.2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında 14.000 manat pulu, 05.10.2016-cı il tarixdə ünvan 2ariat kontorunda 10.000 manat pulu, 10.10.2016-cı il tarixdə yenidən Zərərçəkmiş şəxs1 yaşadığı ünvanda 6.000 manat pulu ələ keçirmiş, evin dəyərinin qalan hissəsini ipoteka krediti ilə ödəniləcəyini barədə sonuncuya yalan vəd etməklə, vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 30.000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etməklə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə ona Zərərçəkmiş şəxs3 10.09.2016-cı il tarixdə RX0929703 nömrəli çıxarışla 37.500 manata satdığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi 18-cı küçədəki 159 nömrəli fərdi yaşayış evini sonradan sonuncu bəyənmədiyi üçün başqa şəxsə 37.000 manata satıb pulunu ödəyəcəyinə dair yalan vəd vermiş və Zərərçəkmiş şəxs3 ilə arasında 30.12.2016-cı il tarixdə Bakı şəhəri, 14 saylı Notariat kontorunda kredit müqaviləsi bağlayaraq, həmin fərdi evin satışını həyata keçirmək üçün sonuncu tərəfindən ona etibarnamə verilmiş, 2017-ci ilin yanvar ayında qeyd olunan fərdi evi digər şəxsə 25.000 manata sataraq pulunu ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2017-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4 2 ay ərzində ev almaq üçün 65.000 manat bankdan ipoteka krediti götürəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış və sonuncudan qabaqcadan bunun müqabilində 10.000 manat pul istəmiş, aralarında olan razılığa görə Zərərçəkmiş şəxs4 pulun yarısını əvvəlcədən, qalan hissəsini isə hissə-hissə verməli olmuş, sonuncudan 11.01.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərindəki 1 saylı Notariat kontorunda kredit müqaviləsi bağlamaqla 5.000 manat pulu, 2017-ci ilin mart ayında isə 300 manat pulu, yəni vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 5.300 manat pulunu heç bir iş görmədən ələ keçirib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olasa da 2014-15-ci ildən sonra evlərin tikintisi və təmiri işi ilə məşğul olmuşdur. 2015-ci ildə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da Sumqayıt Apellyasiya məhəkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il müddətinə şərti sınaq müddəti cəzasına məhkum olunmuşdur. 2015-ci ilin dekabr ayında tikinti işləri ilə məşğul olduğu vaxtı əvvəldən tanıdığı Zərərçəkmiş şəxs5 yanına gəlib, Xırdalan şəhərində 120 saylı avtobus marşrutunun sonuncu dayanacağında ona məxsus 100 kv.metrlik təmirsiz, sənədsiz tikilisini 11000 manata satmaq istədiyini bildirmiş, o da, həmin obyekti sonra baha qiymətə sata biləcəyini düşünüb tikiliyə baxıb, hissə-hissə vermək şərti ilə 9000 manata alacağını bildirmiş, Samir də razılaşmışdır. Bundan sonra 5-6 ay müddətində hissə-hissə həmin obyektin 9000 manat pulunu vermişdir.Təxminən 1 ay sonra həmin obyekti sənədini düzəldib vermək şərti ilə 15000 manata satışa çıxarmış, həmin ərəfədə Abbasəli Əhmədov adlı şəxs ona zəng edib həmin obyekti almaq istədiyini bildirmişdir. O, Abbasəli ilə görüşüb həmin tikiliyə baxdıqdan sonra sonuncu obyekti bəyəndiyini bildirib bir az aşağı qiymətə satmasını xahiş etmiş, o da 13000 manata satacağını söyləmiş, Abbasəli də razılaşmışdır. O, həmin obyektin sənədini 3 ay müddətinə düzəldəcəyinə söz vermiş, həmin vaxtı Abbasəlinin ona inanmadığını hiss edib, ondan aldığı pulu rəsmiləşdirmək üçün notariat kontoruna gedib öz aralarında borc müqaviləsi bağlamağı təklif etmiş, sonuncu da razılaşmışdır. Bundan sonra 19.07.2016-cı il tarixdə Xırdalan şəhərindəki notariat kontoruna getmiş, Abbasəli həmin obyektin sənədləşməsinin 3 ayadan çox çəkdiyi halda ona verdiyi 13000 manatın iki qatını, yəni 26000 manatı geri alacağını söyləmişdir. O da Abbsəlinin şərti ilə razılaşıb aralarında razılaşıb, sonunudan 26000 manat borc almağı barədə müqavilə bağlamışdır. Abbasəli 13000 manat pulu ona vermiş, bundan sonra o, da həmin obyektin sənədləşməsinə başlamış, sənədləşmənin 9300 manata başa gələcəyini bildikdən sonra o, bu barədə Abbasəliyə söyləyib, obyekti ona 21000 manata satacağını bildirmiş, sonuncu da razılaşmayıb ondan verdiyi pulu faizi ilə alacağını bildirmişdir. O, razılaşdığı üçün təxminən 10 gün sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki parkda Abbasəli ilə maşınının içərisində görüşüb ona 4000 manat pul qaytarmış və qalan pulunu da faizi ilə qaytaracağını bildirmişdir. Bundan sonra ona pul verməyə maddi imkanı olmamış, həmin obyekti isə sənədləşdirib 18000 manata satmış, obyektin sənədləşməsinə və elektrik xəttinin çəkilməsinə xərci çıxdığına görə əlində az məbləğdə pul qaldığı üçün həmin puldan Abbasəliyə verməmişdir. Bundan başqa göstərmişdir ki, 2016-cı ilin avqust ayında sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi qadın ona zəng edib fərdi yaşayış evi almaq istədiyini bildirmiş, o da Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi 18-ci küçə, 159 nömrəli ünvanda yerləşən bir mərtəbəli, 3 otaqdan ibarət özü tikdiyi fərdi yaşayış evini ona göstərib 27000 manata satmaq istədiyini bildirmişdir. Aygün evə baxıb bəyəndikdən sonra ondan bir az aşağı qiymətə satmasını xahiş etsmş, o da həmin evi ona 25000 manata satacağını söyləmiş, sonuncu da razılaşmışdır. O, həmin məbləğdə pulu 2016-cı ilin avqust ayında tarixini dəqiq xatırlamadığı gündə Aygündən alıb, 10 sentyabr 2016-cı il tarixdə həmin evə Aygünün adına RX seriyalı, ******* nömrəli çıxarış alıb həmin sənədləri sonuncuya vermiş, Aygün ona evinə kombi sistemi quraşdırmaq və otaqların döşəmələri ilə divar kağızlarının dəyişdirilməsi üçün əlavə 5000 manat pul da vermişdir. O, da həmin işləri görüb evi Aygünə təhvil vermiş, təxminən 2 ay sonra Aygün yanına gəlib ondan aldığı evin yerləşdiyi ərazini su basdığını bildirib, həmin evin yerini və şəraitini xoşlamadığını söyləmiş və evin alınması üçün verdiyi pulu geri qaytarmasını tələb etmişdir. O da həmin ərazini su basmasının ona aidiyyəti olmadığını bildirib pulu qaytara bilməyəcəyini demiş, lakin Aygün bir neçə dəfə bununla bağlı onun yanına gəlib-getdikdən sonra həmin evi satıb pulunu ona verə biləcəyini söyləmiş, Aygün də razılaşmış və ona evin satılması üçün mülki etibarnamə verib evi gec satacağı halda ona verdiyi puldan əlavə pul alacağını bildirmişdir. Bundan sonra 30.12.2016-cı il tarixdə Bakı şəhəri 20 Yanvar dairəsinin yaxınlığındakı naotariat kontoruda ondan 26 gün müddətinə qaytarmaq şərti ilə 37000 manat borc alması ilə bağlı müqavilə bağlamış, təxminən bir ay yarım sonra Aygünün evini 19500 manata satıb, həmin pulun 6200 manatını evin sənədləşməsinə və 4000 manatını da yenidən təmirinə xərcləmiş, sonra Aygünə zəng edib həmin puldan əlində qalan 9000 manatı ona vermək istədiyini bildirmiş, sonuncu isə pulunu tam şəkildə qaytarmasını tələb etmişdir. Bundan əlavə 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 adlı şəxs ona zəng edib Masazır qəsəbəsindən ipotekaya qoyub pul götürmək şərti ilə ev almaq istədiyini bildirib, onunla görüşmüş, həmin vaxtı bacısı Şəbnəm də sonuncunun yanında olmuş, o, Masazır qəsəbəsində satışda olan sənədi olan bir neçə evi onlara göstərdikdən sonra Kənangil Elçin adlı maklerin Masazır qəsəbəsindəki 2 mərtəbəli fərdi yaşayış evini bəyəndiklərini bildirmiş, Elçin həmin evi baha satmaq istədiyini bildirdirsə də, sonradan 45000 manata satmağa razlaşmışdır. Həmin vaxtı Kənan da əlində 20000 manat pulu olduğunu bildirib, həmin pulu ilkin ödəniş kimi verdikdən sonra evi bankda ipotekaya qoyub pul alacağını bildirib, Yasamal rayonunda yaşadığı evin yaxınlığında maşınında ona 6000 manat pul verib, evin 1-ci mərtəbəsini təmir etməsini tapşırmış, o da həmin evi 1 aya təmir edəcəyinə söz verib 6000 manatı ondan alıb, həmin puldan 3000 manatını beh kimi ev sahibi Elçinə verib, evin 1-ci mərtəbəsini təmir etməyə başlamışdır. Həmin ərəfədə eyni zamanda Novxanı kəndində aldığı torpaq sahəsində ev tikmiş, həmin tikintiyə pul lazım olmuş, o, Kənanın əlində nəğd pul olduğunu bildiyi üçün ondan alacağı ev üçün edəcəyi ilkin ödənişdən ona 10000 manat verməsini xahiş etmiş, sonuncu da razılaşıb 15.10.2016-cı il tarixdə onunla Yasamal rayonu ərazisindəki notariat kontorunda görüşüb 2 ay müddətinə qaytarmaq şərti ilə aralarında borc müqaviləsi bağladıqdan sonra ona 10000 manat pul vermişdir. O da ev sahibinə pul verdiyi vaxtı aldığı 10000 manatın üstünə əlavə olaraq 1000-2000 manat pul qoyub ev sahibinə verəcəyinə söz vermiş, sonuncu da razılaşmışdır. Bundan sonra Kənangil həmin evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlanılmış, bir neçə gündən sonra Kənanla həmin evin həyətində görüşüdüyü vaxtı təmir işi edən ustalara vermək üçün əlavə olaraq 200 manat pul almış, təmir işi qurtarmağa az qalmış Kənan onun yanına gəlib həmin evə görə ona ipoteka krediti verilmədiyini bildirib ondan bankdan kredit almasına köməklik etməyimi xahiş etmiş, o da evin sənədlərini götürüb bir neçə banka getmiş, ancaq Kənanın adında banklarda olan ödəmələrdə gecikmə olduğuna görə kredit verilməyəcəyi bildirilmiş, o da bu barədə Kənana söyləmiş, sonuncu da həmin evi ala bilməyəcəyini bildirib ona verdiyi pulları geri istəmişdir. O da ondan aldığı puldan evin 1-ci mərtəbəsinin təmirinə 6200 manat pul xərclədiyini bildirib, qalan 10000 manatı da Novxanı kəndində tikdirdiyi evi satdıqdan sonra qaytaracağını söyləmiş, Kənan da verdiyi pulu dərhal qaytarmasını tələb etmiş, o da 2 ay müddət istəsə də, Kənan razılaşmamışdır. Bundan əlavə 2017-ci ilin yanvar ayının əvvəllərində taksi sürücüsü olan tanışım Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 faizi ilə qaytarmaq şərti ilə 5000 manat pul istəmiş, sonuncu da əlində 2900 manat pulu olduğunu bildirdikdən sonra onlar Xırdalan şəhərindəki notariat kontoruna gedib ondan 2 aya qaytarmaq şərti ilə 5000 manat borc pul götürməyi barədə müqavilə bağlamışdır. Aytən əlində olan 2900 manatı ona vermiş və onun daşınmaz ev alqı-satqısı ilə məşğul olduğunu bildiyinə görə ondan Xırdalan şəhəri ərazisindəki binalardan ilkin ödənişi az olan mənzil olarsa ona bildirməsini xahiş etmiş, o da bir neçə mənzil göstərsə də Aytən həmin mənzilləri bəyənməmiş, həmin ərəfədə onun Abbasəli, Kənan və Aygünlə pul problemləri olduğuna görə onların pullarını qaytarmaq üçün pul qazanmaqdan ötrü Rusiya Federasiyasının Moskva şəhərində yaşayan qohumlarının yanına getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2016-cı ilin yay aylarında internetdə satışa qoyulan evlərə və obyektlərə baxdığı vaxtı Xırdalan şəhərində yerləşən 100 kvadrat metrlik bir obyektin 28.000 manata satışa qoyulduğunu görüb həmin obyektin ucuz satıldığını hiss edib almaq qərarına gəlmiş və orada qouilmuş mobil telefon nömrəsinə zəng etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona həmin obyekti onun satmaq istədiyini söyləmiş, onunla telefon əlaqəsi saxladıqdan sonra Xırdalan şəhərinə gedib onun Şahid1 prospektində yerləşən ofisində görüşmüşdür. Fəqanla satmaq istədiyi obyektə baxmış, obyekt onue xoşuna gəldiyinə görə almaq istədiyini bildirmiş, Fəqan da 28.000 manata satdığını söyləmişdir. O, həmin obyektin sənədinin olub-olmadığını soruşmuş, Fəqan obyektin sənədinin olmadığını söyləsə də, sənədləşmə işini ən geci 3 aya həll edəcəyini bildirişdir. O, sonuncunun bu vədinə inanıb obyekti bir az ucuz verməsini xahiş etmiş, o da 26 min manata satacağını bildirmişdir. O da razılaşmış, Fəqan onun borclu olduğu hansısa qadının ofisə gəlib borcunu istəyib hay-küy saldığını bildirmiş və həmin qadının pulunu verəcəyini söyləyib ondan ertəsi günü ondan alacağı obyektin pulunu gətirməsini xahiş etmişdir. O da həmin pulu notariat kontorunda aralarında müqavilə bağlamaq şərti ilə verəcəyini bildirmiş, sonuncu da razılaşmışdır. Ertəsi günü yəni, 19.07.2016-cı il tarixdə o, Xırdalan şəhərinə gəlib Fəqanla görüşmüş və onunla Xırdalan şəhərindəki 1 saylı notariat kontoruna gedib 3 ay müddətə kredit müqaviləsi bağlayıb notariusun iştirakı ilə 26.000 manat pulu sayıb Fəqana vermişdir. Hər ikisi müqaviləni imzaladıqdan sonra notariat kontorundan çıxıb aralaşmış, bundan sonra o, Fəqanla gah telefon əlaqəsi saxlayıb, gah da onunla görüşüb ondan aldığı obyektin sənədləşmə işinin nə yerdə olması ilə maraqlanmış, Fəqan da ona narahat olmamağı deyib, obyektin səndələrini vəd verdiyi vaxtda hazır edəcəyini bildirmişdir. Onun vəd verdiyi 3 ay müddət keçdikdən sonra Fəqandan aldığı obyektin sənədini istəmiş, sonuncu da həmin obyektin yerləşdiyi torpaq sahəsinin Neft şirkətinə aid torpaq sahəsi olduğuna görə səndləşmə işini həll edə bilmədiyini söyləmişdir. O da, verdiyi 26.000 manatı geri qaytarmasını tələb etmiş, Fəqan da 2 ay ərzində onun pulunu qaytaracağını söyləmişdir. O da razılaşıb gözləmiş, həmin müddət ərzində Fəqan ona 4.000 manat pul qaytarmış və əlavə 1 ay da vaxt istəmişdir. Onun da başqa əlacı olmadığına görə razılaşmış, həmin 1 ay müddət ərzində Fəqan ona pul verməyib onunla birlikdə işləyən qardaşı Elnur və iş yoldaşı Həsənlə yanına gəlib əlavə 1 ay da vaxt istəmişdir. O da razılaşıb gözləmış, lakin Fəqan müxtəlif bəhanələr gətirərək ondan vaxt istəmiş, bu münvalla Fəqan bir neçə dəfə həmin adamlarla birlikdə onunla görüşüb pulunu qaytarmaq üçün əlavə vaxt istəmiş, o da 2017-ci ilin fevral ayının 21-dək onun pulunu qaytarması üçün vaxt vermiş, lakin qaytarmaq niyyyətinin olmadığını hiss edib Fəqanın onu aldatması ilə bağlı Abşeron RPİ-nə şikayət etmişdir. Polis idarəsində şikayəti əsasında araşdırma aparılarkən eşitmişdir ki, Fəqan artıq ölkədən qaçıb getmişdir. Həmçinin mülki iddiaçı qismində dindirilərkən X9 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şahid1 prospektində yerləşən ofisdə Fəqanla görüşmüşdür. Fəqanın göstərdiyi obyekt xoşuna gəldiyinə görə almaq istədiyini bildirmiş, Fəqan da 28.000 manata satdığını söyləmişdir. O, həmin obyektin sənədinin olub-olmadığını soruşmuş, Fəqan obyektin sənədinin olmadığını söyləsə də, sənədləşmə işini ən geci 3 aya həll edəcəyini bildirişdir. O, sonuncunun bu vədinə inanıb obyekti bir az ucuz verməsini xahiş etmiş, o da 26 min manata satacağını bildirmişdir. O da həmin pulu notariat kontorunda aralarında müqavilə bağlamaq şərti ilə verəcəyini bildirmiş, sonuncu da razılaşmışdır. Ertəsi günü yəni, 19.07.2016-cı il tarixdə o, Xırdalan şəhərinə gəlib Fəqanla görüşmüş və onunla Xırdalan şəhərindəki 1 saylı notariat kontoruna gedib 3 ay müddətə kredit müqaviləsi bağlayıb notariusun iştirakı ilə 26.000 manat pulu sayıb Fəqana vermişdir. Onun vəd verdiyi 3 ay müddət keçdikdən sonra Fəqandan aldığı obyektin sənədini istəmiş, sonuncu da həmin obyektin yerləşdiyi torpaq sahəsinin Neft şirkətinə aid torpaq sahəsi olduğuna görə səndləşmə işini həll edə bilmədiyini söyləmişdir. O da, verdiyi 26.000 manatı geri qaytarmasını tələb etmiş, Fəqan da 2 ay ərzində onun pulunu qaytaracağını söyləmişdir. O da razılaşıb gözləmiş, həmin müddət ərzində Fəqan ona cəmi 5.000 manat və sonradan müxtəlif vaxtlarda 2000 manat pul qaytarmışdır. Lakin qalan pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına görə mmənəvi əzablar çəkmişdir. Hesab edir ki, onunda əvəzi Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Ona görədə məhkəmədən xahiş edir ki Təqsirləndirilən şəxs onun xeyrinə 19000 mamnat əsas borc və 15000 manat mənəvi ziyan tutularaq ödənilməsini təmin edəsiniz. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonunda yerləşən atası Rafiq Vəliyevə məxsus evi bacısı Şəbnəm ilə birlikdə satmış və evin satışından əldə etdikləri puldan müəyyən qədərini borca ödədikdən sonra Abşeron rayonunda ev almaq qərarına gəlmiş, 2016-cı ilin sentyabr ayında bacısı Şəbnəm internet səhifəsindən Abşeron əmlak agentliyinin işçisi Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüş və onlar Fəqanla telefon vasitəsilə danışıb həmin günün ertəsi onunla Abşeron rayon Masazır qəsəbəsində Araz marketin qarşısında görüşmüşlər. Fəqanla birlikdə satışda olan bir neçə evə baxdıqdan sonra Fəqan onları Abşeron rayonu, Masazır qəsəbəsi Şahid1 küçəsində yerləşən hazırda yaşadığı evə aparmış, həmin vaxtı Fəqan onları qeyd olunan evin satışı həvalə olunmuş Elçin adlı maklerlə tanış etmiş, onlar həmin evi almaq üçün Fəqanla 45000 manata razılaşmışlar. Razılığa əsasən evin alqı satqısı ipoteka krediti ilə həyata keçməli olmuş, belə ki, 120 kv.m sahəsi olan ev üçün ilk əvvəl Fəqana ilkin ödəniş kimi 14000 manat pulu Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə vermiş, təxminən 10 gün sonra isə Fəqanla yenidən Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə görüşmüş, Fəqan onlara evə köçüb yaşamaq üçün yenidən pul ödəməli olduqlarını demiş, bu səbəbdən o, 05.10.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən notariusda Fəqana 10.000 manat pul vermiş, təxminən 5 gün sonra isə yəni 10.10.2016-cı il tarixdə Fəqan aldığı evin sahibini razılaşdırmaq üçün əlavə 6000 manat da ödəməli olduğunu demiş və o, 6000 manat pulu Fəqana Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə vermişdir. Lakin evin qalıq pulunu ipoteka krediti vasitəsilə ödəməli olsa da Fəqan onu aldaraq ipoteka sənədləşdirməsini həll etməmiş, o, dəfələrlə Fəqandan kredit sənədləşdirməsi barədə soruşsa da sonuncu ona yaxın vaxtlarda həll olunacağını demiş, bundan sonra isə 2016-cı ilin dekabr ayında ailəsi və bacısı ilə birlikdə Fəqandan aldığı evə köçmüşlər. Lakin hal-hazırda evin sahibi olan Soltan adlı şəxs Fəqanın ona cəmi 2000 manat pul ödədiyini və ipoteka kreditini düzəltmədiyini iddia edərək onlardan evdən çıxmalarını tələb edir. Onu da göstərmişdir ki məsələni aydınlaşdırmaq üçün evin sahibi Soltan və makler Fəqanla birlikdə Abşeron rayonunda görüşmüş, həmin vaxt Fəqan onlardan aldığı pulu Soltana ödəyəcəyinə söz versə də, ödəməmişdir. Hazırda ona dəymiş maddı və mənəvi ziyan tamödənilmişdir və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ailə üzvləri ilə birlikdə Türkmənistan Respublikası, Aşqabad şəhərində yaşamış, əvvəllər arabir Azərbaycan Respublikasına qonaq kimi gəlib getmişdir. Azərbaycan Respublikasının ərazisində yaşayış evi olmadığından qərara gəlmişdir ki, Bakı şəhəri və ya ətrafında yaşayış evi alsın və gələcəkdə ailə üzvləri ilə birlikdə həmin evdə yaşasın. Bu məqsədlə 2016-cı ilin avqust ayında ev alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub onunla əlaqə saxlayaraq yaşayış evi almaq istədiyini bildirmş, Fəqan ona bildirmişdir ki, ona bu işdə köməklik edəcəkdir. Bundan sonra Fəqanla onun işlədiyi Xırdalan şəhərindəki Zamin bankın filialının yanında yerləşən ev alqı-satqı ofisində görüşmüş və ona satış məqsədilə Abşeron rayonunun ərazisində yerləşən bir neçə ev göstərmişdir. Fəqanın göstərdiyi evlərin içərisində Xırdalan şəhəri. Quşçuluq yaşayış massivi 18-ci küçə. 159 nömrəli ünvanda yerləşən bir mərtəbəli, 3 otaqdan ibarət yaşayış evini bəyənmiş, Fəqan ona bildirmişdir ki, həmin ev X4 məxsusdur və həmin şəxs evi 37.500 manat pula satır. O, Fəqanla dediyi qiymətlə razılaşmış və sonra qeyd olunan ünvanda yerləşən evi almaq üçün Fəqanın işlədiyi ofisdə ona 2016-cı ilin avqust ayının axırlarında dəqiq xatırlamadığı tarixində 37.500 manat məbləğində pul vermişdir. Qeyd olunan məbləğdə pulu verdikdən sonra evi rəsmi alqı satqı müqaviləsi ilə alıb Fəqan 10 sentyabr 2016-cı il tarixdə həmin evə onun adına RX seriyalı, ******* nömrəli çıxarış vermişdir. Evi aldıqdan sonra yeri xoşuna gəlmədiyindən Fəqana bildirdir ki, həmin evin yerini və şəraitini xoşlamır, buna görə evin alınması üçün verdiyi pulu geri qaytarmasını tələb etmiş, Fəqan bildirmişdir ki, tez bir zamanda evi satıb pulunu verəcək və ya pulu özündən verib sonra satıb pulunu götücəkdir. O, Fəqanın təklifi ilə razılaşmış, xeyli müddət keçsə də, Fəqan evin alınması üçün verdiyi pulu onu qaytarmamış və evidə kiməsə satmamışdır. 30 dekabr 2016-cı il tarixdə Fəqan onunla görüşüb bildirmişdir ki, evi rahat satmaq üçün ona etibarnamə versin. Arada etibar yaratmaq məqsədilə Fəqan ona demişdir ki, notarial qaydala ona 37.000 manat pul borcunun olması ilə bağlı müqavilə bağlasınlar. O, Fəqanın sözlərinə inanıb qeyd olunan tarixdə onunla Bakı şəhəri 14 nömrəli notariat kontorunda Fəqanın ona 37.000 manat pul borcunun olması ilə bağlı müqavilə bağlamış və qeyd olunan notarial kontorunda o, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən adıma olan evin satmaq, pay vermək və digər hüquqlarının olması ilə bağlı Fəqana etibarnamə vermiş, həmin vaxtdan dəfələrlə Fəqanla əlaqə saxlamaq istəsə də tapa bilməmiş, əlaqə saxlaya bilməmişdir. 04 mart 2017-ci il tarixdə “Quşçuluq” yaşayış massivində yerləşən evə baş çəkmək üçün getdikdə görmüşdür ki, həmin evdə başqa şəxslər yaşayır. O, evdə olan şəxslərdən maraqlandıqda məlum olmuşdur ki, Fəqan onun etibarından istifadə edib evə etibarnamə aldıqdan sonra həmin evi 2017-ci ilin yanvar ayında başqa şəxslərə 25.000 manat pula satmışdır və pulunu özünə götürmüşdür. Fəqan ona həmin evi satmağı barədə bildirməmiş və əvvəlcədən məlumat verməmişdir. Fəqanın onu aldatdığını tam bildikdən sonra o, 14 mart 2017-ci il tarixdə Abşeron RPİ-nə gələrək baş vermiş hadisə ilə bağlı Fəqanın barəsində ərizə ilə müraciət etmişdir. Fəqan qeyd etdiyi qaydada onu aldadaraq ondan 37.500 manat pulu alıb ələ keçirmiş, bildirmişdir ki, pulu Fəqana verəndə, ondan etibarnamə alanda və aralarında olan bütün görüşlərdə, danışıqlarda oğlu Mahir Rizvanov iştirak edərək şahidi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayının əvvəllərində ipoteka krediti vasitəsi ilə ev almaq fikrinə düşmüş, bu niyyətini təxminən iki il əvvəldən tanıdığı taksi sürücüsü Şahid3 bildirib bu işdə ona köməklik etməsini xahiş etmişdir. Famil də ona ipoteka işi ilə məşğul olan Fəqan adlı tanışının olduğunu bildirmişdir. Sonra onu həmin Təqsirləndirilən şəxslə tanış etmiş, Fəqan da öz növbəsində ona ipoteka ilə ev almaqda köməklik edəcəyini deyib sənədləri düzəltmək üçün rüsumlar keçirilməsini bildirib 10 manat pul lazım olacağını söyləmişdir. O da həmin məbləğdə pulu bir dəfəyə vermək imkanı olmadığını deyib, hissə-hissə verəcəyini bildirmiş, Fəqan pulun yarısını bir dəfəyə, qalanını isə hissə-hissə vermək lazım olduğunu bildirmişdir. O da razılaşmış və etibarlı olsun deyə həmin pulu ona notariat kontorunda aralarında borc müqaviləsi bağladıqdan sonra verəcəyini söyləmişdir. Fəqan da razılaşmış, 11.01.2017-ci il tarixdə Famillə birlikdə Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 2 saylı notariat kontorunda Fəqanla görüşmüş, aralarında kredit müqaviləsi bağlandıqdan sonra o, 5 min manat pulu Fəqana vermişdir. Fəqan da həmin pulu alıb, 2 ay ərzində ona ev almaq üçün 65 min manat ipoteka krediti düzəldəcəyinə söz vermiş, o qalan 5 min manatı da hissə-hissə verəcəyini bildirmişdir. Bundan 2 ay sonra Famildən və Fəqandan onun ipoteka ilə ev almaq işinin nə yerdə olduğunu soruşmuş, Fəqan işin düzəlməsi üçün ondan əlavə olaraq 600 manat pul istəmiş, o da həmin vaxtı pulu olmadığını bildirmiş, amma bundan bir neçə gün sonra Famil Fəqanın 300 manat pul istədiyini söyləmişdir. O da həmin məbləğdə pulu Familin vasitəsi ilə Fəqana göndərmiş və Famildən onun mobil telefon nömrəsini öyrənib zəng edib onun ipoteka ilə ev almaq işinin nə yerdə olduğunu soruşmuşdur. Fəqan telefonda ona müxtəlif bəhanələr gətirərək ipoteka işinin yaxın vaxtlarda düzələcəyini söyləsə də o, nə vədinə əməl edib onun ipoteka ilə ev almaq işini həll etməmiş, nə də ondan aldığı pulları geri qaytarmamışdır. O da Fəqanla əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmamışdır. O, Famildən onu tapıb pulunu qaytarmasını tələb etmiş, Famil də Fəqanla heç bir əlaqəsinin olmadığını və onu tapa bilmədiyini bildirmişdir. Bundan sonra məcbur qalıb bu barədə polisə şikayət etmişdir. Hazırda onadəymiş ziyan bütünlüklə odənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı hecbir tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyul ayında Xırdalan şəhəri, Şahid1 prospektində yerləşən 100 kv. metrlik sənədsiz və təmirsiz obyektini satmaq istədiyi vaxtı əvvəldən makler kimi tanıdığı Təqsirləndirilən şəxs Xırdalan şəhərində işlədiyi ev alqı-satqı ofisinə getmiş və bu barədə ona bildirib, obyektini satmasını təklif etmişdir. Fəqan da razılaşıb həmin obyektinə baxdıqdan sonra obyekti 16000 manata satacağını söyləmişdir. O, obyektin bələdiyyədən verilmiş sənədlərini və obyekti aldığı şəxsin həmin obyektə görə ona verdiyi etibarnaməni vermiş, razilaşmaya əsasən Fəqan obyektini 16000 manata satdıqdan sonra ona 500 manat zəhmət haqqı verməli olmuş, sonradan ona məlum olmuşdur ki, Fəqan onun obyektini Abbasəli Əhmədov adlı bir kişiyə 26000 manata satıb və ona çatacaq pulu verməmişdir. O, bunu öyrənən kimi Fəqanı tapıb bu barədə soruşmuş, Fəqan ona obyekti heç kimə satmadığını söyləmiş, o da obyektin ona verdiyi sənədlərini qaytarmasını tələb etmiş, Fəqan da sənədləri tezliklə qaytaracağını bildirmişdir. Bundan bir müddət sonra eşitmişdir ki, Fəqan onun obyektini Abbasəli Əhmədova satmaq adı ilə ondan 26000 manat pul alsa da həmin obyekti sənədləşdirərək 18000 manata başqa bir tanımadığı Qeys adlı şəxsə satıb aradan çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər şərik olmuş, belə ki, Fəqanla evlərin alqı satqısı və təmiri ilə məşğul olurdur. Təxminən 2016-cı ilin sentyabr ayında şəriki Fəqan ona sonradan adlarının Şəbnəm və Kənan olduğunu bildiyi şəxslərə Abşeron rayonu, Masazır qəsəbəsində kredit yolu ilə iki mərtəbəli ev satacağını demiş, sonradan isə Fəqan ona Kənan və Şəbnəmə satacağı evi VTB bankda kreditə salacağı üçün evin birinci mərtəbəsinin təmir olunmalı olduğunu bildirmiş və ondan kömək istəmişdir. O, Fəqana tikinti mallarının qeyd olunan ünvana göndərilməsi üçün kömək etmiş, eyni zamanda bildirmişdir ki, Fəqan ona Kənan və Şəbnəmdən notarius vasitəsilə 10.000 manat pul aldığını, həmin pulun 4000 manatını adının sonradan Soltan olduğunu bildiyi ev sahibinə, qalıq 6000 manatı isə evin təmirinə xərclədiyini demiş, evin təmir olunduğu müddətdə Rəşad və Şəbnəmin bir neçə dəfə satış agentliyinə gəlib Fəqanla söhbət etdiklərini görsə də, onların qeyd olunan evin satışı üçün hansı formada razılaşdıqları barədə məlumatı olmamış, Zərərçəkmiş şəxs1 Fəqana Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evi almaq üçün konkret olaraq hansı məbləğdə pul verməsini bilmir, lakin X14 rayonu Masazır qəsəbəsində yerləşən evi kredit yolu ilə satmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonunda yerləşən atası Rafiq Vəliyevə məxsus evi qardaşı Kənan ilə birlikdə satmış və evin satışından əldə etdiyi puldan müəyyən qədər borclarına ödədikdən sonra Abşeron rayonunda ev almaq qərarına gəlmişlər. 2016-cı ilin sentyabr ayında internet səhifəsindən Abşeron əmlak agentliyinin işçisi Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüş və Fəqanla telefon vasitəsilə danışıb həmin günün ertəsi onunla Abşeron rayon Masazır qəsəbəsində Araz marketin qarşısında görüşmüşlər. Fəqanla birlikdə satışda olan bir neçə evə baxdıqdan sonra Fəqan onları Abşeron rayonu, Masazır qəsəbəsi Şahid1 küçəsində yerləşən evə aparmış, həmin vaxt Fəqan onları qeyd olunan evin satışı həvalə olunmuş Elçin adlı maklerlə tanış etmişdir. Onlar həmin evi almaq üçün Fəqanla 45.000 manata razılaşmış, raziliğa əsasən evin alqı satqısı ipoteka krediti ilə həyata keçməli olmuş, belə ki, onlar 120 kv.m iki mərtəbəli ev üçün ilk əvvəl Fəqana ilkin ödəniş kimi 14.000 manat pulu Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə vermiş, təxminən 10 gün sonra isə Fəqanla yenidən Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığımız evdə görüşmüşlər. Fəqan onlara evə köçüb yaşamaq üçün yenidən pul ödəməli olduqlarını demiş, bu səbəbdən qardaşı Kənan 05.10.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən notariusda Fəqana 10.000 manat da pul vermiş, təxminən 5 gün sonra isə yəni 10.10.2016-cı il tarixdə Fəqan aldıqları evin sahibini razılaşdırmaq üçün əlavə 6.000 manat da ödəməli olduqlarını demiş və qardaşı Kənan 6.000 manat pulu Fəqana Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadıqları evdə vermişdir. Lakin evin qalıq pulunu onlar ipoteka krediti vasitəsilə ödəməli olsalar da Fəqan onu və qardaşını aldadaraq ipoteka sənədləşdirməsini həll etməmiş, qardaşı Kənan ondan dəfələrlə kredit sənədləşdirməsi barədə soruşsa da, Fəqan onlara kreditin yaxın vaxtlarda həll olunacağını demişdir. Bundan sonra isə 2016-cı ilin dekabr ayında o ailəsi və qardaşı ilə birlikdə Fəqandan aldıqları evə sonuncunun razılığı ilə köçmüş, lakin hal-hazırda evin sahibi olan Soltan adlı şəxs Fəqanın ona cəmi 2000 manat pul ödədiyini və ipoteka kreditini düzəltmədiyini iddia edərək onlardan evdən çıxmalarını tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə avtomaşınıma müştəri kimi mindiyi vaxtdan tanış olmuş, taniş olduqdan sonra Fəqan ona Xırdalan şəhərindəki iş yerini göstərib, ev alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və mobil telefon nömrəsini götürüb harasa getmək lazım olanda onu taksi kimi çağırmışdır. 2017-ci ilin əvvəllərində müştəri kimi əvvəldən tanıdığı Zərərçəkmiş şəxs4 ona ipoteka yolu ilə ev almaq istədiyini deyib, bu işdə ona köməklik etməsini xahiş etmiş, o da bu məqsədlə Aytəni Fəqanla tanış etmişdir. Görüş zamanı Fəqan Aytənə ipoteka üçün sənəd hazırlamaqda kömək edəcəyini söyləmiş və sənədlərin hazırlanması üçün rüsum ödəməkdən ötrü ondan 10000 manat pul alacağını bildirmişdir. Aytən razılaşıb Fəqana pulun 5000 manatını işin əvvəlində qalan 5000 manatnı isə işin axırında verəcəyini bildirmiş, Fəqan da razılaşmışdır. 11.01.2017-ci il tarixdə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 2 saylı notariat kontorunun qarşısında onun avtomaşınında Aytən Fəqana 5000 manat pul vermiş, Fəqan iki ay ərzində Aytənə ev almaq üçün ipoteka krediti düzəldəcəyinə söz vermişdir. Həmçinin Aytənin təkidi ilə sonuncular öz aralarında notariat kontorunda kredit müqaviləsi də bağlamışlar. İki ay keçdikdən sonra Fəqan ona zəng edib sənədləri hazır etmək üçün əlavə 600 manat pul lazım olduğunu Aytənə deməsini xahiş etmiş, o Aytənə zəng edib Fəqanın dediklərini çatdırmışdır. Aytən Masazır qəsəbəsində ona 100 manat pul vermiş, o həmin pulu aparıb Xırdalan şəhərində Fəqana vermiş, sonra Aytən ondan Fəqanın nömrəsini istəyib özünün Fəqanla danışacağını bildirmişdir. Bir müddət sonra Aytən ona Fəqanın telefonun bağlı olduğunu, Fəqanın onu aldatdığını söyləyib, onun da Fəqanla əlbir olduğunu iddia edərək ondan Fəqana verdiyi pulları geri istəməyə başlamış, o, Aytənə Fəqanla əlbir olmadığını və Fəqanı tapmaqda sonuncuya köməklik edəcəyini demiş, lakin Fəqanı axtarsa da tapa bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, 11.01.2017-ci il tarixdə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən notariat kontorunun qarşısında onun avtomaşında Aytən ipoteka ilə ev almaq üçün sənədlər hazırlamaqdan ötrü rüsüm ödəmək məqsədi ilə Fəqana 5000 manat pul vermiş, təxminən iki ay sonra Masazır qəsəbəsində Fəqana vermək üçün Aytəndən 100 manat pul alıb Xırdalan şəhərində həmin pulu Fəqana vermiş, ola bilər ki, Aytən ona Fəqana çatdırmaq üçün 200 manat pul vermiş, əgər vermişdirsə həmin 200 manat pulu da Xırdalan şəhərində Fəqana vermişdir. Fəqan Aytəndən aldığı 5300 manat puldan ona verməmiş, Fəqandan yalnız taksi kimi yol pulu almış, onun Fəqanın Aytəni aldadıb onun pulunu ələ keçirəcəyindən xəbər olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tərəfindən verilmiş 30.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Tağıyev X11 Rayon Məhkəməsinin 17.09.2015-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 03.11.2015-ci il tarixli qərarı ilə 69.3-cü maddəsinə əsasən 3 il 4 ay 12 gün azadlıqdan məhrum etmə saxlanılıb, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti olaraq 2 il sınaq müddəti müəyyən edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 19.08.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməısinin 23.07.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş çəkilməmiş şərti olaraq 08 ay 10 gün müddətində sınaq müddəti ləğv edilmişdir. 20.04.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ-in 09.03.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29.10.2019-cu il tarixdə Rusiya Federasiyası ərazisində tutulmuş, 19.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Komvoy Toboru tərəfindən Rusiya Federasiyasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək 03 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Abşeron rayon Pİ-in İstintaq Şöbəsinin 09.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. 25 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri məhkəmə hazırlıq iclası zamanı həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs X10 və Zərərçəkmiş şəxs1 notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişlər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən iki zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs indiki hökmlə təyin edilmiş cəza ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 03.11.2015-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il 4 ay 12 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.10.2019-cu il tarixdən 25 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 ay 26 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddiaçı X5 iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiasına qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, Mülki iddiaçı X9 cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq sonuncudan dəymiş 19000 manat maddi ziyanın və 15000 manat mənəvi ziyanın dəyəri tutularaq X6 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X9 obyektlərin alqı-satqısı elanları vasitəsi ilə 19.07.2016-cı il tarixində Təqsirləndirilən şəxs Xırdalan şəhəri Fleydər Əliyev prospektində yerləşən 100 kv.m-lik obyekti almaq üçün ona Xırdalan şəhərindəki 1 saylı natariat kantorunda 3 ay müddətinə kredit müqaviləsi bağlayıb natariusun iştirakı ilə 26000 manat pulu saylb Fəqana vermişdir.. Müqaviləni hər ikisi imzaladıqdan sonra natarius öz imzası və möhrü ilə müqaviləni təsdiq etmişdir. Müqavilə təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxsla 3 ay müddətində onunla gah telefon əlaqəsi saxlayıb,gah da onunla görüşüb aldığı obyektin sənədləşmə işinin nə yerdə olması ilə maraqlanmış.Fəqan da mənə narahat olmamağl deyib,obyektin sənədlərini vəd etdiyi vaxtda hazır edəcəyini bildirirdi. Onun vəd etdiyi 3 ay müddət keçdikdən sonra o, Fəqandan aldığı obyektin sənədini istəmiş.O da həmin obyektin yerləşdiyi torpaq sahəsinin Neft şirkətinə aid olduğuna görə sənədləşmə işini həll edə bilmədiyini ona bildirmişdir. O, da natariusun iştirakı ilə ona verdiyi 26000 manatı geri qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs 2 aya onun pulunu qaytaracağını söyləmiş. O da razılaşıb gözləmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs ona 4000 manat pul qaytarmışdır. Lakin o, müxtəlif bəhanələr gətirərək pulun qalan hissəsini qaytarmamışdır. Təqsirləndirilən şəxs pulun qalan hissəsinin qaytarmaq niyyətinin olmadığını görüb, Abşeron RPİ-nə ərizə ilə şikayət etmiş. Polis idarəsində şikayəti əsasında araşdırma aparılarkən, Fəqan ölkədən qaçmışdır.. Sonra eşimişfdir ki, bundan qabaq da dələduzluğa görə məhkum olunmuşdur. Ona görə sarsıntı və iztirab keçirmiş, həmin zaman onda baş ağrıları baş vermiş, əsəb sistemi pozulmuş və onda urək xəstəliyi yaranmışdır. Uzun müddət müalicə olunmuşdur. 16.03.2017-ci ildən Abşeron RPİ-də bu iş üzrə cinayət işi açılmış və istintaq başlanmışdır, sonra Təqsirləndirilən şəxs axtarışa verilmişdir. Axtarış nəticəsində 3 ildən sonra Təqsirləndirilən şəxs xarici dövlətdə tutulub dövlətə təhvil verilmişdir. 2020-ci ilin mart ayında Abşeron RPİ-də yenidən bu iş üzrə istintaq başlamşdır. İstintaqın gedişində təxminən may- iyun ayında cəmi 3000 (üç min) manat pul qaytarmışdır. Hal hazırda qalan 19000 (on doqquz min) manat pulu qaytarmamışdır. İş materiallarında olan 19 iyul 2016-cı il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilə əsasında X1 Fəqan Soltan oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 26000 (iyirmi altı min) manat olmuşdur. İş materiallarında olan qəbzlə müəyyən edilir ki, X9 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd eir ki, həmin kredit müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən X7 aldadaraq sonuncuya məxsus 26000 (iyirmi altı min) manat pulunu alması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində X6 maddi zərər vurulması hissəsində mülki iddia qismən təmin edilməlidir. Belə ki, X6 dəymiş 26000 min manat zərərin 7000 (yeddi min) manatı mmüxtəlif vaxtlarda hissə-hissə sonuncuya qaytarılmışdr. İddia tələbinin mənəvi ziyan tələbi hissəsinə qiymət verən məhkəmə aşağıdakiları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“ qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. X5 iddiasının mənəvi zərərlə əlaqədar hissəsi konkret faktlarla sübuta yetirilmədiyi, habelə iddiaçı ona konkret hansı mənəvi sarsıntı və iztirabların vurulmasını müəyyənləşdirmədiyi üçün, onun mənəvi ziyan tələbi də əsaslı hesab və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə iş üzrə mülki iddiaçı X5 iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs 19000 (on doqquz min) manat məbləğində maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun dəyəri tutularaq X6 verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apelyasiya Məhkəməsinin 03.11.2015-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il 4 ay 12 gün cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.10.2019-cu il tarixdən 25 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 ay 26 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq üzərində 04 il 10 ay 04 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə mülki iddiaçı X5 iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin edilsin və 19000 (on doqquz min) manat məbləğində maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun dəyəri Təqsirləndirilən şəxs tutularaq X6 verilsin. Mülki iddia qalan hissədə rədd edilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-129/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-129/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver