Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-129/2022 05.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Goranboy rayonu, Boluslu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Boluslu qeydiyyatda olan və Bərdə rayonu, Kələntərli kəndində yaşamış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 4(005)-45/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində, Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 30 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,871 qram çəkidə narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu Xırdalan şəhərinə daşıyıb üzərində saxlamış, 01 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi yaşayış kompleksinin yaxınlığında yerləşən avtomobil dayanacağında dayanan zaman Abşeron RPİ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd sellofan kəsiyinə bükülmüş 0,871 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 oktyabr 2021 ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən «Xarı Bülbül» şadlıq evində qohumunun toy məclisinə gəlmişdir. Həmin gün saat 22 radələrində o, toydan çıxıb Yasamal rayonunda İnşaatçılar metrosunun yanına gəlmiş, orada olarkən tanımadığı şəxsdən istifadə etmək üçün 30 manat pulun müqabilində bır büküm narkotik vasitə olan heroin almışdır. O, həmin heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, lazım olanda istifadə etsin. 01 noyabr 2021-ci il tarixdə saat təxminən 02 radələrində o, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyinin qarşısına gəlib orada rayona qayıtmaq üçün taksi sürücüsü gözləmişdir. O, avtomobillər dayanan yerdə gözləyərkən orada xidmət aparan 3 nələr post patrul əməkdaşını görüb polislərin gözündən yayınmaq istəyəndə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polislər ondan gecə saatlarında orada nə etdiyini soruşmuşlar. O, isə rayona getmək üçün taksi gözlədiyini bildirmişdir. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Yolda ondan üzərində qanunsuz hər hansı bir əşya və ya maddə olması barədə soruşduqda o, yalan danışmağın mənasız olduğunu başa düşüb polis əməkdaşlarına üzərində şəxsi istifadəsi üçün aldığı 1 büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis idarəsində xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya, predmet varsa təqdim etməyi bildirilmişdir. O, əynimdə olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitəni ondan haradan və kimdən aldığını soruşduqda o, narkotik vasitəni Yasamal rayonunda tanımadığı şəxsdən 30 manata aldığını etiraf etmişdir. Bundan sonra həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılmışdır. Qablaşdırma üzərində o və şəxsi axtarışda iştirak edən şəxslər imza etmişlər. Şəxsi axtarış keçirilmə ilə bağlı protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. 01 noyabr 2021-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 31 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, aldığı heroin və metafetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir göstərməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, o, 01.11.2021-ci il tarixində 4765 çağırışlı avtopatrulla saat 02:00 radələrində Masazır qəsəbəsində iş yoldaşları Şahid3 və Şahid1 ilə birlikdə xidmətdə olarkən Gənclər şəhərciyinin avtomobil dayanacağında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. O və iş yoldaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, həmin şəxs üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. O, həmin şəxsin şəxsiyyətini təsdiq etmək üçün Abşeron RPİ-nə gətirən zaman həmin şəxsdən üzərində daşınması qanunla qadağan olunmuş hər hansı bir maddə, prediment olduğunu soruşduqda, həmin şəxs üzərində şəxsi istifadəsi üçün istifadə etdiyi narkotik maddə heroin olduğunu bildirmişdir. Abşeron RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Hüseyn Məmmədovun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Hüseyn Məmmədov və digər iştirakçıların gözü qarşısında Hüseyn Məmmədovun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm, narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Hüseyn üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhbəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini 31.10.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında 30 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 vermiş olduqları ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Azər oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellefona bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə olan heroin bükümü götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 01 noyabr 2021-ci il tarixdə saat 03:20-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin xidməti otağıdır. Baxış zamanı Təqsirləndirilən şəxs Azər oğluna hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs Azər oğlu əynində olan qara rəngli şalvarının sağ cibindən çıxartdığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək narkotik vasitə olan heroin olduğunu və onu Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manat qarşılığında aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında məhkəmə kimyəvi ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 6/4836 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “1.imza Təqsirləndirilən şəxs Azər o. İmza” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,871 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqında məhkəmə-narkoloji ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 4434 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticələnən ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 10.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin13 yanvar 2022-ci il tarixli, 4(005)- 45/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsetmənin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs Azər oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən sellafon torbadakı bir ədəd bükümdə narkotik vasitə hesab olunan heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində 09.06.2020-ci il təvəllüdlü 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 05.04.2022-ci il tarixdən hesablanmalıdır. 01 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Xəyyam Rüstəmov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 02 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSYdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 4(005)-45/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi, həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət cəza təyin edərkən nəzərə alınmalıdır. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,821 qram heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.11.2021-ci tarixdən 02.11.2021-ci il tarixədək şübhəli şəxs qismində axlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05.04.2022-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 4(005)-45/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,821 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-129/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-129/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver