Məhkəmə qərarları › İş №1(012)-129/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-129/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-129/2024 04.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü tanışı Zərərçəkmiş şəxs alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, sonuncunun direktoru olduğu ELN Companiy MMC-in Azərbaycan Respublikasına idxal etdiyi qida əlavələrini satıb bir qisminin pulunu ödəyərək inandırmış, bu minvalla 2019-cu ilin noyabr ayında yenidən «Vormitin 100 ml» qida sumpenziya əlavəsi və «Mammoqel» gigiyenik vasitə sifariş verib bir ay müddətində pulunu ödəyəcəyinə dair yalan vəd verərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ümumi dəyəri 39.847 manat olan qida əlavələrini və gigiyenik vasitəni Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində yerləşən 2 nömrəli binanın 1-ci anbarından ələ keçirib sataraq pulunu ələ keçirmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, ittihamla razı deyil, onun zərərçəkəni aldatmaq məqsədi olmayıb. Götürdüyü qida əlavələrini satıb, pulunu vermiş, satılmayanları isə apteklər geri qaytarmışdır,zərərçəkən isə geri qaytarılanları qəbul etmir, pulunu tələb edir.Hazırda zərərçəkənlə barışıq əldə etdiklərini, ona görə də bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2019-cu il tarixdən tanıyır. Belə ki, Elvin sifarişəsasaında qida əlavələrini xarici ölkədən gətirib satışını həyata keçirmişdir. O da bir neçə dəfə qida əlavələri sonuncuya sifariş vermiş və gətirib sataparpulunu vermişdir. Lakin sonuncu dəfə Gündüzə Vormitin və Mamagel qida əlavələri sifariş etmiş,həmin qida əlavələri Gündüzə məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Quba Şossesinin 12-ci kilometrliyində yerləşən 2 nömrəli binanın 1-ci anbarına gətirmişdir. O da həmin qida əlavələrini oradan götürüb 2 ay müddətinə pulu verəcəyi iləəlaqədar söz vermiş həmçinin sənədlərə imza etmişdir. Bundan sonra həmin qida əlavələrini özünə məxsus olan anbara aparıb satışını həyata keçirmiş, lakin buna baxmayaraq həmin 2339 ədəd Voriten və 2695 ədəd Mamagel qida əlavələrini Gündüzdən alaraq 2 ay müddətinə pulu verəcəyini demişdir. Bundan sonra həmin puldan 15000 manat pulu Gündüzə vermiş, lakin qalan pulu Gündüzə verə bilməmişdir. Bu səbəbdən Gündüz onun barəsindəşikayət etmiş, belə ki, qida əlavələrinin bir hissəsini sata bilmədiyi üçün saxlama müddəti bitmiş və onları atmışdır. Göstərmişdir ki, həmin qida əlavələrini Gündüzdən götürmüş,lakin həmin qida əlavələrini satışını həyata keçirdikdən sonra ona 15000 manat pul vermiş, qalan qida əlavələrinin vaxtı keçdiyi üçün sata biliməmiş və atmış, bu səbəbdən də həmin götürdüyü qida əlavələrinin pulunu ödəyə bilməmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-in direktoru vəzifəsində işləyir. Ona məxsus MMC xarici ölkələrdən qida əlavələri alaraq ölkəyə idxal edir. Belə ki, Təqsirləndirilən şəxs 2019cu il tarixdən tanıyır. Elvin müxtəlif vaxtlarda ondan qida əlavələri alaraq pulunu vermişdir. Bu minvalla sonuncu özündə ona inam yaratmışdır. Sonuncu dəfə 2019-cu ilin noyabr ayında Elvin qida əlavələri ilə bağlı onunla görüşüb sifariş vermişdir ki, ona qida əlavələri xarici ölkədən gətirsin və o da pulunu verəcəkdir. O da sonuncunun ona verdiyi sifarişlər əsasında Vormitin və Mamagel qida əlavələrini ölkəyə idxal edib Abşeron rayonu Xırdalan şəhəri Quba Şossesinin 12-ci kilometriliyində yerləşən 2 nömrəli binanın 1-ci anbarına yığmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Elvin həmin qida əlavələrini imza etməklə anbardan götürmüş,sonuncu malları götürdükdən a 1 ay sonra ödəniş edəcəyini desə də, 1 aydan sonra sonuncu ilə əlaqə saxlayıb pulları istədikdə müxtəlif bəhanlər ilə onun pulu verilməmiş və o, aldadılmışdır. Qida əlavələrinin ümumi qiyməti 39847 AZN məbləğində olmuş, belə olduqda o, aldanıldığını görüb hadisə ilə əlaqədar Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Göstərmişdir Elvinə 2339 ədəd Vormiten dəyəri 18712 manat olan və 2695 ədəd Mamagel dəyəri 18665 manat olan qida əlavələri vermiş, həmin qida əlavələrinin ümumi dəyəri 39847 manat təşkil edir. Qida əlavələrini Elvinə verərəkən yanında anbardar Murad olmuşdur. Həmin qida əlavələrini Elvinə verərkən sonuncu hər dəfə götürəndə kağıza imza edərək götürmüşdür. Arlarında hər hansı bir müavilə olmamışdır. Daha sonra zərərçəkən Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəyən ziyanın ödənildiyini, hazırda ona qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “ELN COMPANİY MMC-də” anbardan vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2020-ci il tarixdən tanıyır. Elvin müxtəlif vaxtlarda onun işlədiyi MMC-in anbarından qida əlavələri götürmüşdür. Sonuncu dəfə Elvin Vormitin və Mamagel əlavələrini imza etməklə anbardan götürmüşdür. Sonuncu malları götürdükdən sonra 1 ay sonra ödəniş edəcəyini desə də,vəd etdiyi bir aydan sonra onunla əlaqə saxlayıb pulları istəmişlər, lakin Elvin hər dəfə müxtəlif bəhanlər ilə MMC-in pulunu verməyərək onları aldatmışdır. Həmin qida əlavələrinin ümumi qiyməti 39847 AZN məbləğində olmuşdur. Göstərmişdir ki, Elvin bir neçə dəfə anbardan qida əlavələri götürmüş,lakin onlarda inam yaratdıqdan sonra sonnucu qida əlavələrini götürüb pulunu verməyib onları aldatmışdır.Qida əlavələrini hara verməyi ilə bağlı Elvinə sual versələr də o, müxtəlif bəhanələr edərək qida əlavələrini satıb pulunu xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayınıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin icraatı CPM-in 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 26 aprel 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir.27 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.Göründüyü kimi Təqsirləndirilən şəxs 02 gün tutulmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərizində baş vermişdir.Lakin texniki səhv olaraq həmin müddət ittiham aktında və işdə olan bəzi sənədlərdə düzgün olmayaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kimi qeyd edilmişdir.Bunu məhkəmə nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini,zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını saat 22:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən, 27 aprel 2023-cü il tarixədək tutulduğu iki gün müddət, bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan 04 gün çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cümaddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan 04 gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 1 ünvanını saat 22:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt icra Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar