Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-13/2020 16.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1985-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 31.01.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.03.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, xx.xx.1995-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında (Abşeron RPİ) qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndində, fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, xx.xx.1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2018-ci il tarixdə, saat 01 radələrində X16 icarə əsasında işlətdiyi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən ərzaq mağazasının qapısını sındıraraq qanunsuz içəri daxil olmaqla mağazadan hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində 3 ədəd “Cek Danyels” viskilərini, hər birinin dəyəri 2 manat olmaqla 15 ədəd balaca “Redd Bull” ümumilkdə 30 manat dəyərində, hər birinin dəyəri 2,5 manat olmaqla 11 ədəd 27,5 manat dəyərində orta “Redd Bull”, hər birinin dəyəri 3,60 manat olmaqla 09 ədəd 32,40 manat dəyərində böyük “Redd Bull”, hər birinin dəyəri 1,4 manat olmaqla 32 ədəd 44,80 qəpik dəyərində böyük “Sinikers” şokaladlarını, hər birinin dəyəri 0,80 qəpik olmaqla 48 ədəd 38,40 manat dəyərində balaca “Snikers”, “Ruskiy Rezerv” markalı hər birinin dəyəri 6,20 manat olmaqla 3 ədəd 18,60 manat dəyərində araqları, 19 ədəd hər birinin dəyəri 2,80 manat olan ümumilikdə 53,20 qəpik dəyərində “Palette” markalı saç boyalarını, hər birinin dəyəri 3,90 manat olmaqla 4 ədəd 15,60 manat dəyərində “Vellakton” markalı saç boyalarını, hər birinin dəyəri 3 manat olan 3 ədəd ümumilkkdə 9 manat dəyərində “Miss Maqi” markalı saç boyalarını, hər birinin dəyəri 2,40 manat dəyərində ümumilkdə 7 ədəd 16,80 manat dəyərində “Komet” qap yuyan paraşoklarını, hər birinin dəyəri 2,80 qəpik olmaqla 40 ədəd 112 manat dəyərində “Sobraniye” ağ nazik siqaretlərini, hər birinin dəyəri 2,80 manat olmaqla 30 ədəd 84 manat dəyərində ağ qalın siqaretlərini, hər birinin dəyəri 2,80 manat olan 50 ədəd 140 manat dəyərində “Sabraniye” göy nazik siqaretləri, hər birinin dəyəri 2,80 manat olmaqla 30 ədəd 84 manat dəyərində “Sabraniye” göy qalın siqaretlərini, hər birinin dəyəri 2,80 manat olmaqla 10 ədəd 28 manat dəyərində “Sabraniye” qara qalın siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 50 ədəd 125 manat dəyərində “Kent-8” siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 30 ədəd 75 manat dəyərində “Kent-4” qalın siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-4” nazik siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-4” mentol siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-6 kompakt” siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-4 kompakt” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 40 ədəd 60 manat dəyərində göy rəngli “Vikeroy-kompakt” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 50 ədəd 75 manat dəyərində göy rəngli “Vikeroy-kompakt” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 20 ədəd 30 manat dəyərində “Rotmans” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 30 ədəd 45 manat dəyərində boz rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 40 ədəd 60 manat dəyərində göy rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 50 ədəd 50 manat dəyərində boz rəngli “Palmall” qalın siqretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 50 ədəd 50 manat dəyərində göy rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 20 ədəd 20 manat dəyərində “Palmall-11” siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 20 ədəd 46 manat dəyərində “Vinston” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 30 ədəd 45 manat dəyərində boz rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 30 ədəd 69 manat dəyərində boz rəngli “Vinston” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 20 ədəd 46 manat dəyərində göy rəngli “Vinston” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 20 ədəd 46 manat dəyərində göy rəngli “Vinston” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 30 ədəd 69 manat dəyərində boz rəngli “Kompakt” siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 10 ədəd 23 manat dəyərində “Vinston-1.1” siqaretlərini, hər birinin dəyəri 1,80 manat olmaqla 20 ədəd 36 manat dəyərində boz rəngli “LD-kompakt” siqaretlərini, hər birinin dəyəri 1,80 manat olmaqla 30 ədəd 54 manat dəyərində “LDkompakt” siqaretlərini, hər birinin dəyəri 2,00 manat olmaqla 110 ədəd 220 manat dəyərində “LD” nazik siqaretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 10 ədəd 10 manat dəyərində “LD” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 60 ədəd 90 manat dəyərində boz rəngli “Vinçester” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 40 ədəd 60 manat dəyərində göy rəngli “Vinçester” nazik siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 50 ədəd 75 manat dəyərində boz rəngli “Vinçester” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 60 ədəd 90 manat dəyərində göy rəngli “Vinçester” nazik siqaretlərini, hər birinin dəyəri 1,40 manat olmaqla 10 ədəd 14 manat dəyərində boz rəngli “Vinçester” qalın siqaretlərini, hər birinin dəyəri 1,40 manat olmaqla 10 ədəd 14 manat dəyərində göy rəngli “Vinçester” qalın siqaretlərini, hər birinin dəyəri 1,40 manat olmaqla 20 ədəd 28 manat dəyərində “Vest” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 20 ədəd 30 manat dəyərində ağ rəngli “Vest” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 10 ədəd 15 manat dəyərində göy rəngli “Vest” nazik siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 10 ədəd 25 manat dəyərində qırmızı rəngli “Davıdov” siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində sarı rəngli “Davıdov” siqaretlərini və daxılda olan 50 manat xırda pulu gizli talayaraq oğurlamaqla zərərçəkmiş şəxs X19 ümumilikdə 3067,30 (üç min altımış yeddi manat otuz qəpik) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 may 2018-ci il tarixdə, saat 03 radələrində X5 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 nömrəli yaşayış binasının qarşısında yerləşən “Play Station” kompyuter salonunun yan pəncərəsini sındıraraq qanunsuz içəri daxil olmaqla oradan hər birinin qiyməti 300 manat olan ümumi 2400 manat dəyərində 8 ədəd “Play Station” markalı kompyuterləri və hər birinin qiyməti 35 manat olan ümumi 700 manat dəyərində 20 ədəd həmin kompyuterin idarəetmə pultlarını gizli talayaq oğurlamaqla zərərçəkmiş X9 ümumilikdə 3100 (üç min yüz)manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 avqust 2018-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X28 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən avtoyuma məntəqəsinə arxasına gələrək həmin vaxt Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında kənarda gözləmiş, sonuncu isə Təqsirləndirilən şəxs2lə birlikdə avtoyuma məntəqəsinin arxa qapının qıfılını sındıraraq qanunsuz içəri daxil olmaqla oradan Faiq Bədəluva məxsus 1800 manat dəyərində “OMAKS” markalı bir ədəd moyka aparatı, 300 manat dəyərində bir ədəd kompressor, 250 manat dəyərində isə bir ədəd tozsoranı gizli yolla talayaraq oğurlayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla, zərər çəkmiş şəxs X28 ümumilikdə 2350 (iki min üç yüz əlli) manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı İlkin adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 avqust 2018-ci il tarixdə, saat 02 radələrində X45 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, Peşə məktəbinin arxasında yerləşən avtoyuma məntəqəsinin dəmir jalyuzini sındıraraq qanunsuz içəri daxil olmaqla avtoyuma məntəqəsindən bir ədəd 150 manat dəyərində avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd 140 manat dəyərində kompressoru, bir ədəd 140 manat dəyərində toz soran aparatını gizli talayıb oğurlamaqla zərərçəkmiş şəxs X45 ümumilikdə 430 (dör yüz otuz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və İlkin adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 avqust 2018-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Hundai” markalı avtomobillə X39 məxsus Abşeron rayonu, Qalubiyyə küçəsində yerləşən komüter salonunun qapısına gəlmişlər, həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və İlkin adlı şəxsi idarə etdiyi “Hundai” markalı avtomaşında kənarda gözləmiş, Təqsirləndirilən şəxs1 isə İlkin adlı şəxslə birlikdə komüter salonunun qapısını sındırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin dəyəri 220 (iki yüz iyirmi) manat olan ümumi 1320(min üç yüz iyirmi) manat dəyərində altı ədəd “Play Station 3” markalı oyun kompüterini, hər birinin dəyəri 900 (doqquz yüz) manat olan altı ədəd “Shivaki” marakalı televizorları, hər birinin dəyəri 15 (on beş) manat olan ümumi 450 manat dəyərində otuz ədəd oyun kompüteri üçün pultları, ümumi 10 manat dəyərində kompyuter naqilləri, hər birinin qiyməti 2 (iki) manat olan ümumi 24 (iyirmi dörd) manat dəyərində 12 ədəd 0.25 litrlik “Redbull” şirəli içkləri, hər birinin qiyməti 1 (bir) manat olan 14 (on dörd) manat dəyərində 14 ədəd 0.25 litrlik “Bizon” şirəli içkiləri və hər birinin qiyməti 1(bir) manat dəyərində olan ümumi 14 manat dəyərində 14 ədəd 0.33 litrlik “Kokakola” şirəli içkilərini gizli talayaraq oğurlayıb Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hundai” markalı avtomobilinin yük yerinə yığıb apararaq zərərçəkmiş şəxs X39 ümumilikdə 7232 (yeddi min iki yüz otuz iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 avqust 2018-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X10 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evinin yaxınlığında yerləşən parka gələrək orada avtomobili saxlayıb birlikdə “Pürrəngi” adlı çay evinin qarşısına gələrək çay evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 500 (beş yüz) manat dəyərində olan altı ədəd “HAUSER” markalı “HTV-43LT650V” modelli televizorunu gizli talayaraq oğurlayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla zərərçəkmiş şəxs X17 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 may 2018-ci il tarixdə, saat 03 radələrində X5 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 nömrəli yaşayış binasının qarşısında yerləşən “Play Station” kompyuter salonunun yan pəncərəsini sındıraraq qanunsuz içəri daxil olmaqla oradan hər birinin qiyməti 300 manat olan ümumi 2400 manat dəyərində 8 ədəd “Play Station” markalı kompyuterləri və hər birinin qiyməti 35 manat olan ümumi 700 manat dəyərində 20 ədəd həmin kompyuterin idarəetmə pultlarını gizli talayaq oğurlamaqla zərərçəkmiş X9 ümumilikdə 3100 (üç min yüz)manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 avqust 2018-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı 99- HM-383 dövlət qeydiyyat nişanlı avtomobillə X28 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən avtoyuma məntəqəsinə arxasına gələrək həmin vaxt Təqsirləndirilən şəxs3 onu və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında kənarda gözləmiş, sonuncu isə Təqsirləndirilən şəxs1 birlikdə avtoyuma məntəqəsinin arxa qapının qıfılını sındıraraq qanunsuz içəri daxil olmaqla oradan Faiq Bədəluva məxsus 1800 manat dəyərində “OMAKS” markalı bir ədəd moyka aparatı, 300 manat dəyərində bir ədəd kompressor, 250 manat dəyərində isə bir ədəd tozsoranı gizli yolla talayaraq oğurlayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla, zərər çəkmiş şəxs X28 ümumilikdə 2350 (iki min üç yüz əlli) manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və İlkin adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 avqust 2018-ci il tarixdə saat 02 radələrində idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Hundai” markalı avtomobillə X39 məxsus Abşeron rayonu, Qalubiyyə küçəsində yerləşən komüter salonunun qapısına gələrək, həmin vaxt Təqsirləndirilən şəxs1 və İlkin adlı şəxsi idarə etdiyi “Hundai” markalı avtomaşında kənarda gözləmiş, Təqsirləndirilən şəxs1 isə İlkin adlı şəxslə birlikdə komüter salonunun qapısını sındırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin dəyəri 220 (iki yüz iyirmi) manat olan ümumi 1320 (min üç yüz iyirmi) manat dəyərində altı ədəd “Play Station 3” markalı oyun kompüterini, hər birinin dəyəri 900 (doqquz yüz) manat olan altı ədəd “Shivaki” marakalı televizorları, hər birinin dəyəri 15 (on beş) manat olan ümumi 450 manat dəyərində otuz ədəd oyun kompüteri üçün pultları, ümumi 10 manat dəyərində kompyuter naqilləri, hər birinin qiyməti 2 (iki) manat olan ümumi 24 (iyirmi dörd) manat dəyərində 12 ədəd 0.25 litrlik “Redbull” şirəli içkləri, hər birinin qiyməti 1 (bir) manat olan 14 (on dörd) manat dəyərində 14 ədəd 0.25 litrlik “Bizon” şirəli içkiləri və hər birinin qiyməti 1 (bir) manat dəyərində olan ümumi 14 manat dəyərində 14 ədəd 0.33 litrlik “Koka-kola” şirəli içkilərini gizli talayaraq oğurlayıb onun idarə etdiyi “Hundai” markalı avtomobilinin yük yerinə yığıb apararaq zərərçəkmiş şəxs X39 ümumilikdə 7232 (yeddi min iki yüz otuz iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 avqust 2018-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X10 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evinin yaxınlığında yerləşən parka gələrək orada avtomobili saxlayıb birlikdə “Pürrəngi” adlı çay evinin qarşısına gələrək çay evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 500 (beş yüz) manat dəyərində olan altı ədəd “HAUSER” markalı “HTV-43LT650V” modelli televizorunu gizli talayaraq oğurlayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla zərərçəkmiş şəxs X17 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq zərəçəkmiş şəxsə ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 avqust 2018-ci il tarixdə, saat 03 radələrində idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X28 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən avtoyuma məntəqəsinə arxasına gələrək həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında kənarda gözləmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 birlikdə avtoyuma məntəqəsinin arxa qapının qıfılını sındıraraq qanunsuz içəri daxil olmaqla oradan Faiq Bədəlova məxsus 1800 manat dəyərində “OMAKS” markalı bir ədəd moyka aparatı, 300 manat dəyərində bir ədəd kompressor, 250 manat dəyərində isə bir ədəd tozsoranı gizli yolla talayaraq oğurlayıb onun idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla, zərər çəkmiş şəxs X28 ümumilikdə 2350 (iki min üç yüz əlli) manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 avqust 2018-ci il tarixdə, saat 02 radələrində idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X10 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evinin yaxınlığında yerləşən parka gələrək orada avtomobili saxlayıb birlikdə “Pürrəngi” adlı çay evinin qarşısına gələrək çay evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz içəri daxil olub oradan hər birinin qiyməti 500 (beş yüz) manat dəyərində olan altı ədəd “HAUSER” markalı “HTV-43LT650V” modelli televizorunu gizli talayaraq oğurlayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla zərərçəkmiş şəxs X17 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən bir il olar X18, Təqsirləndirilən şəxs3 və İlkini tanışları olduğu üçün tanıyır, Abşeron rayonu, Xırdalan şəhərində yaşayırlar, aralarında olan münasibətləri yaxşı olmuş və aralarında heç bir düşmənçilik və ədavət olmamış, İlkinlə münasibəti olsa da İlkinin soyadını, atasının adını bilməmiş, o, 2004-cü ildə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 180.2.1-ci maadələri 13 il müddətinə azadlıqdan məhrum edilmiş və 28.09.2017-ci il tarixdə cəzasını tam çəkib azadlığa buraxılmış, azadlığa buraxıldıqdan sonra bir müddət iş tapıb işləmiş sonra iş tapa bilməmiş, baş vermiş hadisə ilə bağlı heç bir yerdə işləmədiyi üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, 23 aprel 2018-ci il tarixdən 24 aprel 2018-ci il tarixə keçən gecə təxminən saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq mağazasının qarşına gəlmiş, orada heç kimin olmadığına əmin olduqdan sonra həmin mağazanın sol tərəfində olan pəncərəni əli ilə sındıraraq həmin mağazaya daxil olub mağazadan müxtəlif siqaretlər, ərzaq məhsullarını və içkiləri özü ilə gətirdiyi torbalara yığaraq bayıra çıxmış, həmin ərzaq məhsullarını Abşeron rayonu, Xırdalan şəhəri, 119 saylı marşrut avtobusunun son dayanacağında gizlədib evinə getmiş, həmin günün səhəri oğurladığı əşyaları Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxslərə sataraq əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmiş, ərzaqları içkiləri və şampunları satdığı adamları tanımamış, o cümlədən həmin cinayəti o, tək eləmiş, bundan heç kimin, o cümlədən ailə üzvülərinin xəbəri olmamış, bundan başqa da o, tanışları ilə oğurluq etmiş, əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına ödəmiş, o, həmin mağazaya təsadüfən daxil olduğunu qeyd etmiş, mağaza sahibini əvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə Elvin adlı tanışı ilə birlikdə oğurluq etmək qərarına gəldikdə 17 may 2018-ci il tarixdə günortadan sonra Abşeron rayonu, Xırdalan şəhərində Elvin ilə görüşmüş, Elvinlə Abşeron rayonu, Xırdalan şəhərini gəzib dolaşdıqdan sonra çayxanada oturub çay içməklə vaxtlarını keçirmişlər, həmin günü gecə vaxtı, yəni 18 may 2018-ci il tarixdə saat 01 radələrində birlikdə Abşeron rayonu, Xırdalan şəhərində oğurluq etmək qərarına gəldikdə Abşeron rayonu, Xırdalan şəhərini piyada gəzdikdən sonra təxminən saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yaşayış binalarının aralığında yerləşən “Play Station” kompyuter oyun salonunun qarşısına gəlib həmin vaxt kompyuter salonundan oğurluq etmək qərarına gəlmişlər, ətrafa nəzər yetirib adam olmadığına əmin olduqdan sonra salonun sağ tərəfinin yan divarında yuxarıda kiçik pəncərənin həmin pəncərənin qarşısında dəmir barmaqlıqları qırmaq üçün yaxınlıqda olan əlvan metalların qəbulunun qarşısına gəlib orada qoyulmuş stolu götürüb kompyuter salonunun kiçik pəncərəsinin qarşısına qoymuşlar, birlikdə stolun üstünə çıxıb pəncərənin dəmir barmaqlığını tutub dəmir barmaqlıq yerindən çıxması üçün silkələmişlər, təxminən 3-4 dəqiqə dəmir barmaqlığı silkələdikdən sonra barmaqlıq yerindən çıxmış, həmin dəmir barmaqlığı böyür tərəfdə olan otluq olan yerə atdıqdan sonra Elvin pəncərəni əli ilə itələyərək açmış və pəncərədən obyektin içərisinə daxil olmuş, Elvindən sonra o, obyektin içərisinə daxil olmuş, onlar salonun kabinetli yerinə daxil olmuş, oradan salonun içərisinə daxil olmaq üçün ağ plastik qapını açmaq istəyərkən qapının bağlı olduğunu görmüşlər, Elvin var gücü ilə təpiklə qapıya vurub qapını açmış, salona daxil olmuşlar, içəridə divardan asılma televizor və televizorların qarşısında “Play Station” oyun kompyutyerləri gördükdə onlar tez bir zamanda 8 ədəd “Play Station” oyun kompyuterini, eyni zamanda 11 ədəd həmin kompyuter cihazının pultlarını götürüb özləri ilə gətirdikləri un kisələrinə yığmışlar, 4 ədəd “Play Station” oyun kompyuterini o, 4 ədəd “Play Station” oyun kompyuterini isə Elvin götürərək onlar birlikdə obyektə girdikləri pəncərədən çıxaraq tərk etdikdən sonra əlvan metal qəbulunun qarşısından götürdükləri stolu aparıb yerinə qoyub, ordan da hərəsi öz evinə getmişlər, səhəri günü oğurladıqları kompyuterləri satmaq üçün Elvin öz adından “tap.az” internet saytına elan vermiş, üç gün ərzində oğurladıqları kompyuterlərin hərəsini 170 manata tanımadıqları şəxslərə satdıqdan sonra əldə etdikləri pulları Elvinlə birlikdə öz aralarında bölüb əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 05 avqust 2018-ci il tarixdə o, tanışları X29 və Təqsirləndirilən şəxs3 ilə onun yaşadığı məhəllədə görüşüb, söhbət etmişlər, pulları olmadığı üçün pul əldə etmək məqsədi ilə Toğrul və Elvinlə razılaşıb oğurluq etmək qərarına gəlmişlər və bu məqsədlə həmin günü saat 02 radələrində Toğrulun “Naz-Lifan” markalı maşınına əyləşib Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində gəzməyə başlayan zaman 28-ci məhəllədə olan 1-ci binanın qarşısında yerləşən avtoyuma məntəqəsi görüb, ətrafa baxdıqda ətrafda heç kəsin olmadığını görüb o, Elvinlə bir yerdə avtoyuma məntəqəsinin arxasına keçib avtoyuma məntəqəsinin arxadan olan qapısının qıfılını orada Elvinin yerdən tapdığı dəmir armaturla sındıraraq içəri girmişlər, Toğrul isə avtomaşında əyləşib kənardan gələn olsa onlara xəbər vermək üçün ətrafa baxmış, o, Elvinlə moykanın içərisində bir ədəd “Omax” markalı moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoran görüb həmin bir ədəd “Omax” markalı moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoran çıxarıb Toğrulun “Lifan” markalı avtomobilinə yükləyib yaxınlıqda olan bağçanın arxasında yerləşən qamışlığa aparıb orada gizlətmişlər, səhəri gün o, Toğrul və Elvinlə bir yerdə oğurladıqları bir ədəd “Omax” markalı moyka aparatını, bir ədəd kompressoru və bir ədəd tozsoranı Toğrulun maşınına qoyub Bakı şəhəri, Yasamal rayonuna aparıb orada tanımadıqları şəxsə 500 manata satıb əldə etdikləri pulu Elvin və Toğrulla aralarında bölmüşlər, həmin puldan ona və Elvinə 200 manat, Toğrula isə 100 manat pul düşmüş və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 11 avqust 2018-ci il tarixdə o, İlkin adlı tanışı ilə görüşərək oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə həmin günü saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhərində sahibsiz evlərdən, obyektlərdən və ya gözətçisi olmayan mağazalardan oğurluq etmək üçün gəzişməyə başlamışlar, bu məqəsdlə Abşeron rayonu, Xırdalan şəhəri, Peşə məktəbinin arxasında gəzişən zaman orda avtoyuma məntəqəsi görübə ətrafa baxdıqda ətrafda heç kəsin olmadığını görüb o, İlkinlə bir yerdə avtoyuma məntəqəsinin dəmir jalyuzini sındıraraq içəri girib İlkinlə avtoyuma məntəqəsinə baxdıqda orada bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd kompressor və bir ədəd toz soran aparatı görmüşlər, İlkinlə bir yerdə avtoyuma məntəqəsindən bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd kompressor və bir ədəd toz soran aparatı çıxararaq aparıb yaxınlıqda olan qamışlıqda gizlətmişlər, səhəri isə bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd kompressoru, bir ədəd toz soran aparatı qeydiyyat nişanı və markası yadında qalmayan taksi ilə Bakı şəhəri, Yasamal rayonuna aparıb orada tanımadığı şəxsə 500 manata satıb əldə etdikləri pulları aralarında bölərək öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə o, 19 avqust 2018-ci il tarixdə saat 22 radələrində tanışları İlkin və Elvinlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parkda görüşəndə Elvin oraya “Hundai” markalı dövlət qeydiyyat nömrə nişanı yadında qalmayan avtombillə gəlmiş, onlar parkda olduqları zaman Abşeron rayon məhkəməsi yaxınlığında yerləşən “Play Station” klubundan oğurluq etməyi qərarlaşmışlar, bu məqsədlə onlar, yəni o, İlkin və Elvin birlikdə Elvinin idarə etdiyi “Hundai” markalı avtomobillə qeyd olunan klubun yaxınlığına getdikdə onlar ətrafda keç kimin olmadığına tam əmin olduqdan sonra təxminən saat 02 radələrində avtomobildən düşərək kluba yaxınlaşıb onlar klubun yan tərəfində olan qapını təpiklə vurub sındırdıqdan sonra İlkin və o, kluba daxil olmuşlar, Elvin isə avtombildə onları gözləmiş, onlar klubdan gizli şəkildə 6 ədəd “Şivaki” markalı televizor, 6 ədəd “Play Station” oyun kompyuterləri, 30 ədəd oyun komyuterlərinə aid pultlar, müxtəlif növ spirtsiz içkilər, kompyuter naqilləri oğurlamışlar, oğurladıqları əşyaları Elvinin kirayə götürdüyü Hundai markalı avtomobilə yüklədikdən sonra həmin yerdən ayrılmış və avtomobillə səhər açılana qədər gəzmişlər, həmin günü axşam vaxtı onlar Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Ramin” şadlıq sarayı yaxınlığından yerləşən oyun klubunun yanına gəlmişlər, İlkin bir nəfər şəxslə danışmış və həmin şəxsə oyun kompyuterlərini, pultları satmış, televizorları həmin şəxsə satmasını dəqiq xatırlamamış, həmin satışdan İlkin ona 300 manat pul vermiş, o da həmin pulu şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə o, tanışları Elvin və Toğrulla bir yerdə 27 avqust 2018-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə adlanan yerdə yerləşən “Pürrəngi” çay evinə gedib içəriyə girərək orada usta işləyən Mehrab ilə görüşmüşlər, görüş əsnasında orada təzə karobkada olan 6 ədəd televizor görüb Mehrabla biraz söhbət etdikdən sonra çölə çıxmışlar, o, Elvin və Toğrul həmin gecə “Pürrəngi” çay evində olan televizorları oğurlamaq üçün razılaşdıqdan sonra o, Elvin və Toğrul 28 avqust 2018-ci il tarixdə saat 02 radələrində Toğrulun idarə etdiyi “Naz-Lifan” markalı avtomobil ilə oğurluq etmək üçün danışdıqları “Pürrəngi” çay evinə tərəf getmişlər, Toğrul idarə etdiyi avtomobili həmin çay evinin yaxınlığında olan parkın qarşısında saxlamış, Toğrulla birlikdə onlar da avtomobildən düşərək çay evinə tərəf gedib həmin çay evinin pəncərəsinin dəmir barmaqlıqlarla örtüldüyünü gördükdə o, Elvin və Toğrul birləşərək dəmir barmaqlıqları əlləri ilə divardan yuxarıya tərəf aralamışlar, plastik pəncərəni içəriyə tərəf əlləri ilə itələyərək açdıqdan sonra o, və Elvin içəriyə daxil olmuşlar, Toğrul isə onları çöldə kimlərinsə gələcəyini xəbər vermək üçün gözləmiş, bundan sonra o, və Elvin çay evinin ikinci mərtəbəsinə qalxaraq əvvəllcədən gördükləri 6 ədəd televizoru bir-bir düşürdərək onları çöldə gözləyən Toğrula vermişlər, Toğrul da həmin televizorları idarə etdiyi “Naz- Lifan” markalı avtomobilə yığmış, onlar həmin çay evindən 6 ədəd televizoru oğurladıqdan sonra içəriyə girdikləri kimi də oradan çıxaraq gəldikləri avtomobilə əyləşərək həmin ərazidən uzaqlaşdıqdan sonra onlar oğurladıqları həmin televizorları maşında saxlayıb havanın işıqlanmasını gözlədikdən sonra həmin günü, yəni 28 avqust 2018-ci il tarixdə saat təxminən 09 radələrində onlar həmin oğurladıqları televizorların birini onun tanışı olan Orxana 300 manata satmışlar, daha sonra 5 ədəd televizoru Bakı şəhəri, Nərimanov rayonu ərazisində satmaq istəyərkən Abşeron RPİ-nin əməkdaşları onlara yaxınlaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” çay evindən 6 ədəd televizorun oğurlanmasında şübhəli olduqlarını bildirərək onu, Elvini və Toğrulu Pİ-nə dəvət etdikdən sonra o, Elvin və Toğrul idarədə şifahi sorğu zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Pürrəngi” çay evindən 6 ədəd televizoru oğurladıqlarını etiraf etmişlər. Sonda o, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənildiyini və himayəsində iki azyaşlı uşağının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6-da valideynləri ilə bir yerdə yaşayır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və İlkin adlı şəxsi tanıyır, onlarla münasibəti yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamış, heç bir yerdə işləmədikləri üçün xərcləməyə pulları oğurluq yolu ilə əldə etmişlər, maddi imkanı olmadığına görə Tural adlı tanışıyla birlikdə oğurluq etmək qərarına gəldikdən sonra 17 may 2018-ci il tarixdə günortadan sonra Abşeron rayonu, Xırdalan şəhərində Turalla görüşmüş, Turalla Abşeron rayonu, Xırdalan şəhərini gəzib dolaşdıqdan sonra çayxanada oturub çay içməklə vaxtlarını keçirirmişlər, həmin günü gecə vaxtı, yəni 18 may 2018-ci il tarixdə saat 01 radələrində birlikdə Abşeron rayonu, Xırdalan şəhərində oğurluq etməyə qərarlaşdırmışlar, Abşeron rayonu, Xırdalan şəhərini piyada bir qədər gəzdikdən sonra təxminən saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayış binalarının aralığında yerləşən “Play Station” kompyuter oyun salonunun qarşısına gələrək həmin vaxt kompyuter salonundan oğurluq etmək qərarına gəlmişlər, ətrafa nəzər yetirib gecə vaxtı olduğuna görə ətrafda adam olmamış, salonun qarşı tərəfi jalyuzla bağlanmış, salonun sağ tərəfinin yan divarında yuxarıda kiçik pəncərə həmin pəncərənin qarşısında dəmir barmaqlıq olduğunu, yaxınlıqda olan əlvan metalların qəbulunun qarşısında stol olduğunu görüb həmin stolu götürüb kompyuter salonunun kiçik pəncərəsinin qarşısına qoymuşlar, pəncərənin dəmir barmaqlığını tutub yerindən çıxması üçün birlikdə stolun üstünə çıxmış, təxminən 3-4 dəqiqə dəmir barmaqlığı silkələdikdən sonra barmaqlıq yerindən çıxmış, həmin dəmir barmaqlığı böyür tərəfdə otluq olan yerə atmışlar, o da əli ilə pəncərəni itələyərək açmış, pəncərədən obyektin içərisinə daxil olduqdan sonra Tural obyektin içərisinə daxil olmuş, onlar salonun kabinetli yerindən salonun içərisinə daxil olmaq üçün ağ plastik qapını açmaq istəyərkən qapının bağlı olduğunu gördükdə o vargücü ilə təpiklə qapıya vurub qapını açmış, salona daxil olmuşlar, içəridə divardan asılma televizor və televizorların qarşısında “Play Station” oyun kompyutyerləri gördükdən sonra onlar tez bir zamanda 8 ədəd “Play Station” oyun kompyuterini, eyni zamanda 11 ədəd həmin kompyuter cihazının pultlarını götürüb özləri ilə gətirdikləri un kisələrinə yığmışlar, 4 ədəd “Play Station” oyun kompyuterini o, 4 ədəd “Play Station” oyun kompyuterini isə o, götürərək Turalla birlikdə obyektə girdikləri pəncərədən çıxaraq tərk etdikdən sonra əlvan metal qəbulunun qarşısından götürdükləri stolu aparıb yerinə qoymuşlar, ordan da hərəsi öz evinə getmiş, səhəri günü oğurladıqları kompyuterləri satmaq üçün o, öz adından “tap.az” internet saytına elan vermiş, üç gün ərzində oğurladıqları kompyuterlərin hərəsini 170 manata tanımadıqları şəxslərə satmışlar, əldə etdikləri pulları Turalla birlikdə öz aralarında bölüşdürüb əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 05 avqust 2018-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Turalın yaşadığı məhəllədə görüşüb Turalla söhbət etdikdən sonra pulları olmadığı üçün pul əldə etmək məqsədi ilə Toğrul və Turalla razılaşıb oğurluq etmək qərarına gələrək bu məqsədlə həmin günü saat 02 radələrində Toğrulun “Naz-Lifan” markalı maşınına əyləşib Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə gəzməyə başladıqda 28-ci məhəllədə olan 1-ci binanın qarşısında yerləşən avtoyuma məntəqəsi görüb ətrafa baxdıqda ətrafda heç kəsin olmadığını bilib Turalla bir yerdə avtoyuma məntəqəsinin arxasında olan qapının qıfılını orada yerdən tapdığı dəmir armaturla sındıraraq içəri girmişlər, kənardan gələn olsa onlara xəbər verməyi üçün Toğrul avtomaşında əyləşib ətrafa baxmış, o, Turalla avtoyuma məntəqəsinin içərisindən bir ədəd “Omax” markalı moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoran görüb həmin bir ədəd “Omax” markalı moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoran çıxarıb Toğrulun “Naz-Lifan” markalı avtomobilinə yükləyib yaxınlıqda olan bağçanın arxasında yerləşən qamışlıqda gizlətmişlər, səhəri gün o, Toğrul və Turalla bir yerdə oğurladıqları bir ədəd “Omax” markalı moyka aparatını, bir ədəd kompressoru və bir ədəd tozsoranı Toğrulun maşınına qoyub Bakı şəhəri, Yasamal rayonuna aparıb orada tanımadıqları şəxsə 500 manata satıb əldə etdikləri pulu Tural və Toğrulla öz aralarında bölmüşlər, həmin puldan ona və Turala 200 manat, Toğrula isə 100 manat pul düşmüş, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə o, 19 avqust 2018-ci il tarixdə saat 22 radələrində tanışları İlkin və Turalla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parkda görüşmüş, həmin vaxt o, oraya kirayəyə götürdüyü “Hundai” markalı dövlət qeydiyyat nömrə nişanı yadında qalmayan avtomobillə getmiş, onlar parkda olduqları zaman Abşeron rayon məhkəməsi yaxınlığında yerləşən “Play Station” klubundan oğurluq etmək qərarına gələrək o, İlkin və Turalla birlikdə onun idarə etdiyi “Hundai” markalı avtomobillə qeyd olunan klubun yaxınlığına gedib ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra təxminən saat 02 radələrində avtomobildən düşərək kluba yaxınlaşmışlar, Turalla İlkin klubun yan tərəfində olan qapını təpiklə vurub sındırdıqdan sonra İlkin və Tural kluba daxil olmuşlar, o, isə avtomobildə Turalla İlkinin gözləmiş, Turalla İlkin klubdan gizli şəkildə 6 ədəd “Şivaki” markalı televizor, 6 ədəd “Play Station” oyun kompyuterləri, 30 ədəd oyun komyuterlərinə aid pultlar, müxtəlif növ spirtsiz içkilər, kompyuter naqilləri oğurlayıb onun kirayə götürdüyü “Hundai” markalı avtomobilə yüklədikdən sonra onlar həmin yerdən ayrılıb avtomobillə səhər açılana qədər gəzmişlər, həmin günü axşam vaxtı onlar Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Ramin” şadlıq sarayı yaxınlığından yerləşən oyun klubunun yanına gələrək orada İlkin bir nəfər şəxslə danışmış və həmin şəxsə oyun kompyuterlərini və pultları satmış, televizorları həmin şəxsə satmasını dəqiq xatırlamamış, həmin satışdan İlkin Turala və ona 300 manat pul vermiş, o da həmin pulu şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə o, tanışları Tural və Toğrul ilə 27 avqust 2018-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə adlanan yerdə yerləşən “Pürrəngi” çay evinə gedib orada usta işləyən Mehrab ilə görüşdükdə orada təzə karobkada olan 6 ədəd televizor görüb Mehrabla biraz söhbət etdikdən sonra çölə çıxıb o, Tural və Toğrul həmin gecə “Pürrəngi” çay evinə oğurluğa girərək orada olan televizorları oğurlamaq üçün razılaşdıqdan sonra o, Tural və Toğrul 28 avqust 2018-ci il tarixdə saat 02 radələrində sonuncunun idarə etdiyi “Naz-Lifan” markalı avtomobil ilə oğurluğa girmək üçün danışdıqları “Pürrəngi” çay evinə tərəf getdikdə Toğrul idarə etdiyi avtomobili həmin çay evinin yaxınlığında olan parkın qarşısında saxlamış və Toğrulla birlikdə avtomobildən düşərək çay evinə tərəf gedib onlar həmin çay evinin pəncərəsinin dəmir barmaqlıqlarla örtüldüyünü gördükdə o, Tural və Toğrul birləşərək dəmir barmaqlıqları əlləri ilə divardan yuxarıya tərəf araladıqdan sonra plastik pəncərəni içəriyə tərəf əlləri ilə itələyərək açdıqdan sonra o, və Tural içəriyə daxil olmuşlar, Toğrul isə onları çöldə kimlərinsə gələcəyini xəbər vermək üçün gözləmiş, bundan sonra o, və Tural çay evinin ikinci mərtəbəsinə qalxaraq əvvəllcədən gördükləri 6 ədəd televizoru bir-bir düşürdərək onları çöldə gözləyən Toğrula vermişlər, Toğrul da həmin televizorları idarə etdiyi “Naz-Lifan” markalı avtomobilə yığmış, onlar həmin çay evindən 6 ədəd televizoru oğurladıqdan sonra içəriyə girdikləri kimi də oradan çıxaraq gəldikləri avtomobilə əyləşərək həmin ərazidən uzaqlaşmışlar, onlar oğurladıqları həmin televizorları maşında saxlamışlar, daha sonra havanın işıqlanmasını gözlədikdən sonra həmin günü, yəni 28 avqust 2018-ci il tarixdə saat təxminən 09 radələrində onlar həmin oğurladıqları televizorların birini Turalın tanışı olan Orxana 300 manata satdıqdan sonra 5 ədəd televizoru onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində satmaq istəyərkən Abşeron RPİ-in əməkdaşları onlara yaxınlaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” çay evindən 6 ədəd televizorun oğurlanmasında şübhəli olduqlarını bildirərək onu, Turalı və Toğrulu Pİ-nə dəvət etdikdən sonra o, Tural və Toğrul idarədə şifahi sorğu zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Pürrəngi” çay evindən 6 ədəd televizoru oğurladıqlarını etiraf etmişlər. Sonda o, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənildiyini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4-da yaşayır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlarla münasibəti yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamış, heç bir yerdə işləmədikləri üçün xərcləmək üçün pulları oğurluq yolu ilə əldə edirmişlər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir yerdə bir neçə oğurluq cinayəti törətmişlər, 05 avqust 2018-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Turalın yaşadığı məhəllədə görüşən zaman Turalla söhbət edib pulları olmadığı üçün pul əldə etmək məqsədi ilə Elvin və Turalla razılaşıb oğurluq etmək qərarına gəlmişlər və bu məqsədlə həmin günü saat 02 radələrində onun “Naz-Lifan” markalı maşınına əyləşib Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə gəzməyə başlamışlar, bu zaman 28-ci məhəllədə olan 1-ci binanın qarşısında yerləşən avtoyuma məntəqəsi görmüşlər, ətrafa baxdıqda ətrafda heç kəsin olmadığını görüb Elvin və Turalla bir yerdə avtoyuma məntəqəsinin arxasında olan qapının qıfılını Elvin orada yerdən tapdığı dəmir armaturla sındıraraq içəri girmişlər, o, isə avtomaşında əyləşib kənardan gələn olsa Elvinlə Turala xəbər vermək üçün ətrafa baxmış, Elvin Turalla avtoyuma məntəqəsinin içərisindən bir ədəd “Omax” markalı moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoran görüb həmin bir ədəd “Omax” markalı moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoran çıxarıb Onun “NAZ-Lifan” markalı avtomobilinə yükləyib yaxınlıqda olan bağçanın arxasında yerləşən qamışlıqda gizlətmişlər, səhəri gün o, Elvin və Turalla bir yerdə oğurladıqları bir ədəd “Omax” markalı moyka aparatını, bir ədəd kompressoru və bir ədəd tozsoranı onun maşınına qoyub Bakı şəhəri, Yasamal rayonuna aparıb orada tanımadıqları şəxsə 500 manata satıb əldə etdikləri pulu Tural və Elvinlə aralarında bölmüşlər, həmin puldan Elvinə və Turala 200 manat, ona isə 100 manat pul düşmüş, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə o, tanışları Tural ilə Elvin 27 avqust 2018-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri, 28ci məhəllə adlanan yerdə yerləşən “Pürrəngi” çay evinə getmişlər və həmin yerdə içəriyə girərək orada usta işləyən Mehrab ilə görüşmüşlər. Onlar görüş zamanı orada təzə karobkada olan 6 ədəd televizor görmüşlər. Mehrabla biraz söhbət etdikdən sonra çölə çıxmışlar. O, Tural və Toğrul həmin gecə “Pürrəngi” çay evinə oğurluğa girərək orada olan televizorları oğurlamaq üçün razılaşmışlar. Bundan sonra o, Tural və Elvin 28 avqust 2018-ci il tarixdə saat 02 radələrində o, idarə etdiyi “Naz-Lifan” markalı avtomobil ilə oğurluğa girmək üçün danışdıqları kimi “Pürrəngi” çay evinə tərəf getmişlər. O, idarə etdiyi avtomobili həmin çay evinin yaxınlığında olan parkın qarşısında saxlamış və Tural ilə Elvin onunla birlikdə avtomobildən düşərək çay evinə tərəf getmişlər. Onlar həmin çay evinin pəncərəsinin dəmir barmaqlıqlarla örtüldüyünü gördükdə o, Tural və Elvin birləşərək dəmir barmaqlıqları əlləri ilə divardan yuxarıya tərəf aralamış və plastik pəncərəni içəriyə tərəf əlləri ilə itələyərək açdıqdan sonra Elvin və Tural içəriyə daxil olmuş, o, isə Elvinlə Turalı çöldə kimlərinsə gələcəyini xəbər vermək üçün gözləmişdir. Bundan sonra Elvin və Tural çay evinin ikinci mərtəbəsinə qalxaraq əvvəllcədən gördükləri 6 ədəd televizoru bir-bir düşürdərək ona vermişlər ki, o da həmin televizorları idarə etdiyi “Naz-Lifan” markalı avtomobilə yığmışdır. O, Elvin və Tural həmin çay evindən 6 ədəd televizoru oğurladıqdan sonra Elvin və Tural içəriyə girdikləri kimi də oradan çıxaraq gəldikləri avtomobilə əyləşərək həmin ərazidən uzaqlaşmışlar. Onlar oğurladıqları həmin televizorları maşında saxlamışlar. Daha sonra havanın işıqlanmasını gözlədikdən sonra həmin günü, yəni 28 avqust 2018-ci il tarixdə saat təxminən 09 radələrində onlar həmin oğurladıqları televizorların birini Turalın tanışı olan Orxana 300 manata satdıqdan sonra 300 manatı üç yerə bölərək hər birinə 100 manat pul düşmüş, daha sonra 5 ədəd televizoru onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində satmaq istəyərkən Abşeron rayon polis idarəsinin əməkdaşları onlara yaxınlaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” çay evindən 6 ədəd televizorun oğurlanmasında şübhəli olduqlarını bildirərək onu, Turalı və Elvini Pİ-nə dəvət etmişlər, o, Tural və Elvin idarədə şifahi sorğu zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Pürrəngi” çay evindən 6 ədəd televizoru oğurladıqlarını etiraf etmişlər. Hazırda etdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə onlarla barışıq əldə etdiyini əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı 08.02.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 2 ildir Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq mağazasını aylıq 800 manat olmaqla X21 icarəyə götürərək işlətmiş, mağazanı səhər saat 07 radələrində açımış və axşam saat 02 radələrində bağlamış, 23 aprel 2018-ci il tarixdə səhər saat 07 radələrində mağazanı açmışlar, həmin günü, yəni 24 aprel 2018-ci il tarixdə saat təxminən 02 radələrində mağazanı bağlayaraq evinə getmiş, həmin günün səhəri yəni 08 radələrində mağazaya gəlmiş və naməlum şəxs və ya şəxlər tərəfindən mağazanın qapısını sınıdrmaq yolu ilə mağazaya daxil olaraq oradan hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində 3 ədəd “Cek Danyels” viskilərini, hər birinin dəyəri 2 manat olmaqla 15 ədəd balaca “Redd Bull” ümumilkdə 30 manat dəyərində, hər birinin dəyəri 2,5 manat olmaqla 11 ədəd 27,5 manat dəyərində orta redd bulları, hər birinin dəyəri 3,60 manat olmaqla 09 ədəd 32,40 manat dəyərində böyük redd bulları, hər birinin dəyəri 1,4 manat olmaqla 32 ədəd 44,80 qəpik dəyərində böyük sinikers şokaladlarını, hər birinin dəyəri 0,80 qəpik olmaqla 48 ədəd 38,40 manat dəyərində balaca snikerslərini, “Ruskiy Rezerv” markalı hər birinin dəyəri 6, 2 manat olmaqla 3 ədəd 18,60 manat dəyərində araqları, 19 ədəd hər birinin dəyəri 2,80 manat olan ümumilikdə 53,20 qəpik dəyərində “Palette” markalı saç boyalarını, hər birinin dəyəri 3,90 manat olmaqla 4 ədəd 15,60 manat dəyərində “Vellakton” markalı saç boyalarını, hər birinin dəyəri 3 manat olan 3 ədəd ümumilkkdə 9 manat dəyərində “Miss Maqi” markalı saç boyalarını, hər birinin dəyəri 2,40 manat dəyərində ümumilkdə 7 ədəd 16,80 manat dəyərində “Komet” qab yuyan paraşoklarını, hər birinin dəyəri 2, 80 qəpik olmaqla 40 ədəd 112 manat dəyərində “Sobraniye” ağ nazik siqaretlərini, hər birinin dəyəri 2,80 manat olmaqla 30 ədəd 84 manat dəyərində ağ qalın siqaretlərini, hər birinin dəyəri 2,80 manat olan 50 ədəd 140 manat dəyərində “Sabraniye” göy nazik siqaretləri, hər birinin dəyəri 2,80 manat olmaqla 30 ədəd 84 manat dəyərində “Sabraniye” göy qalın siqaretlərini, hər birinin dəyəri 2,80 manat olmaqla 10 ədəd 28 manat dəyərində “Sabraniye” qara qalın siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 50 ədəd 125 manat dəyərində “Kent-8” siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 30 ədəd 75 manat dəyərində “Kent-4” qalın siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-4” nazik siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-4” mentol siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-6 kompakt” siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində “Kent-4 kompakt” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 40 ədəd 60 manat dəyərində göy rəngli “Vikeroy-kompakt” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 50 ədəd 75 manat dəyərində göy rəngli “Vikeroy-kompakt” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 20 ədəd 30 manat dəyərində “Rotmans” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 30 ədəd 45 manat dəyərində boz rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 40 ədəd 60 manat dəyərində göy rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 50 ədəd 50 manat dəyərində boz rəngli “Palmall” qalın siqretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 50 ədəd 50 manat dəyərində göy rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 20 ədəd 20 manat dəyərində “Palmall-11” siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 20 ədəd 46 manat dəyərində “Vinston” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 30 ədəd 45 manat dəyərində boz rəngli “Palmall” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 30 ədəd 69 manat dəyərində boz rəngli “Vinston” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 20 ədəd 46 manat dəyərində göy rəngli “Vinston” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 20 ədəd 46 manat dəyərində göy rəngli “Vinston” nazik siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 30 ədəd 69 manat dəyərində boz rəngli “Kompakt” siqaretlərini, hər birinin dəyəri 2,30 manat olmaqla 10 ədəd 23 manat dəyərində “Vinston-1.1” siqaretlərini, hər birinin dəyəri 1,80 manat olmaqla 20 ədəd 36 manat dəyərində boz rəngli “LD-kompakt” siqaretlərini, hər birinin dəyəri 1,80 manat olmaqla 30 ədəd 54 manat dəyərində “LD-kompakt” siqaretlərini, hər birinin dəyəri 2,00 manat olmaqla 110 ədəd 220 manat dəyərində “LD” nazik siqaretlərini, hər birinin dəyəri 1,00 manat olmaqla 10 ədəd 10 manat dəyərində “LD” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 60 ədəd 90 manat dəyərində boz rəngli Vinçester-n siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 40 ədəd 60 manat dəyərində göy rəngli Vinçester-k nazik siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 50 ədəd 75 manat dəyərində boz rəngli “Vinçester-m” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 60 ədəd 90 manat dəyərində göy rəngli “Vinçester” nazik siqaretlərini, hər birinin dəyəri 1,40 manat olmaqla 10 ədəd 14 manat dəyərində boz rəngli “Vinçester” qalın siqaretlərini, hər birinin dəyəri 1,40 manat olmaqla 10 ədəd 14 manat dəyərində göy rəngli “Vinçester” qalın siqaretlərini, hər birinin dəyəri 1,40 manat olmaqla 20 ədəd 28 manat dəyərində “Vest” qalın siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 20 ədəd 30 manat dəyərində ağ rəngli “Vest” siqaretlərini, hər birinin dəyəri 1,50 manat olmaqla 10 ədəd 15 manat dəyərində göy rəngli “Vest” nazik siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 10 ədəd 25 manat dəyərində qırmızı rəngli “Davıdov” siqaretlərini, hər birinin dəyəri 2,50 manat olmaqla 20 ədəd 50 manat dəyərində sarı rəngli “Davıdov” siqaretlərini və daxılda olan 50 manat xırda pulun oğurlanmasını aşkar etmiş, o, mağazanın sahibi X40 zəng edərək bu barədə bildirmiş, Rəşad da DİN-nin “102” xidmətinə zəng edərək mağazadan oğurluq olması barədə məlumat vermiş və oğurluq nəticəsində ona ümumilikdə 3067,30 (üç min altımış yeddi manat otuz qəpik) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X41 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş maddi ziyanın ödənilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır, 2018-ci ilin mart ayının əvvəlindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 8 nömrəli yaşayış binasının qarşısında yerləşən Kamran adlı şəxsə məxsus qeyri-yaşayış sahəsində “Play Station” oyun salonu kimi fəaliyyətə başlamış, qeyri-yaşayış sahəsi Kamran adlı şəxsə məxsus olmasına baxmayaraq obyektin içində olan “Play Station” oyun kompyuterləri, televizorlar, oturacaq stol, stul və s. əşyalar ona məxsusdur, işlətdiyi oyun salonu üç otaqdan ibarətdir, hər otaqda televizor və “Play Station” olmaqla ümumilikdə doqquz ədəd televizor və səkkiz ədəd kompyuterlər olmuş, salonda hər gün səhər saat 11:00-dan axşam saat 23 radələrinə qədər müştərilərə özü tək xidmət göstərmiş, axrıncı dəfə 18.05.2018-ci il tarixdə saat 02:30 salonu bağlayıb evə getmiş, həmin günü müştərilər çox olduğuna görə salonu gec bağlamış, səhəri gün yəni 18.05.2018-ci il tarixdə saat 11 radələrində salonu açıb işə başlayarkən salonda 08 ədəd “Play Station” oyun kompyuterləri və 20 ədəd həmin kompyuterlərin costiklərini naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş, naməlum şəxs (şəxslər) salonun yan tərəfində olan kiçik pəncərəni sındıraraq içəri daxil olduqdan sonra hadisə ilə bağlı DİN-nin “102” zəng xidmət mərkəzinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs X22 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X23 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məh 28, ev 1, mənzil 27-də yaşayır, onun Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə adlanan yerdə özünə məxsus avtoyuma, gözəllik salonu və dərzixanası var, o, avtoyuma yerini işlətmək üçün İsmayıllı rayon sakini Əli adlı şəxsə vermiş, Əli həmin avtoyuma yerindən gündəlik əldə etdiyi qazancın 60% ona, yerdə qalanını isə özünə götürərək həmin yerdə işləyir, o, Əli ilə hər gün həmin yerdən qazandığı gəliri haqq-hesab edir, 04 avqust 2018-ci il tarixdə təxminən saat 20 radələrində o, Əli ilə haqq-hesab etmək üçün avto yuma yerinə gəlmiş, lakin Əli həmin günü maşın yuyulmadığını və gəlir əldə etmədiyini ona bildirmiş, o, isə öz növbəsində həmin yerdən çıxaraq evə getmiş, həmin avtoyuma yerinin açarı onda və Əli də olmuş, onlardan başqa heç kəs də açar olmamış, 05 avqust 2018-ci il tarixdə təxminən saat 09 radələrində o, evdə olarkən Əli mobil telefon vasitəsi ilə ona zəng vuraraq avtoyuma yerindən oğurluq olması barədə məlumat vermiş, o da dərhal evdən çıxaraq avtoyuma yerinə getmiş, o, həmin yerə gəldikdə Əlinin orda olduğunu görmüş, oğurluğun necə baş verdiyini Əlidən soruşmuş, Əli isə saat 08 radələrində gəldiyini və avto yuma yerini açdıqda həmin yerin arxa qapısının qıfılının sındırıldığını və həmin yerdə olan moyka aparatının, kompressorun və tozsoranın orada olmadığını görüb ona bildirmiş, o, isə ilkin olaraq Əlinin onunla zarafat etdiyini və həmin əşyaların yerinə qoymasını ona bildirdikdə Əli həmin əşyaları götürmədiyini ona demiş, o da bir neçə gün keçdikdən sonra avtoyuma yerindən oğurluq olması barədə 11 avqust 2018-ci il tarixdə Abşeron RPİ-nə məlumat vermişdir. Zərərçəkmiş şəxs X46 məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs3 ilə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X42 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti döngə 1, ev 3-də ailəsi ilə bir yerdə yaşayır, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, Humanitar Kollecinin arxasında özünə məxsus avtoyuyucu məntəqəsi açıb işlətmiş, həmin avtoyuyucu məntəqəsinə bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd 1 kompressoru, bir ədəd tozsoran aparatı alıb qoymuş, bundan başqa yuyucu məntəqəsi üçün lazım olan digər anvadanlıqlarda müştərilərə yaxşı xidmət göstərə bilməsi üçün alıb qoymuş, hər gün saat 09:00-da avtoyuma məntəqəsini açır və axşam 22:00-da isə bağlayır, arada bu işdə ona qaynı X30 ona kömək etmiş, 11 avqust 2018-ci il tarixdə saat 11:00-da qaynı Anar ona zəng edərək avtoyuma məntəqəsinin jalyüzünü sındırıldığını, oradan bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd 1 kompressoru, bir ədəd toz soran aparatını oğurlandığını bildirmiş, o, həmin vaxt rayonda olduğu üçün Anara bununla bağlı polis orqanlarına məlumat verməyi demiş, Anar da DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonra o, avtoyuma məntəqəsinə gələndə avtoyuma məntəqəsindən bir ədəd 190 manat dəyərində avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd 150 manat dəyərində kompressor, bir ədəd 160 manat dəyərində toz soran aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmiş və oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X53 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş maddi ziyanın ödənilmədiyinə baxmayaraq şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X31 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, Xırdalan dairəsi, ev 3-də ailəsi ilə bir yerdə yaşayır, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Abşeron rayon məhkəməsinin yaxınlığında yerləşən iki mərtəbəli tikilinin ikinci mərtəbəsində kompyuter salonu işlədir, 19 avqust 2018-ci il tarixdə axşam vaxtı saat 23.30 radələrində o, salonu bağlamış və yaşadığı evə getmiş, səhərisi yəni, 20 avqust 2018-ci il tarixdə saat 09 radələrində o, kompyuter salonuna gəldikdə arxa qapının açıq olduğunu görmüş, dərhal salona baxmış və kompyuter salonundan 6 ədəd “Play Station 3” markalı oyun kompyuteri, 6 ədəd “Şivaki” markalı televizorlar, 30 ədəd oyun kompyuteri üçün pult, kompyuter naqilləri, 24 manat dəyərində Redbul, 12 manat dəyərində hell, 12 manat dəyərində bizon, 14 manat dəyərində Koka-kola spirtsiz içkilərin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdikdən sonra baş vermiş hadisə ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs X49 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev1B/5-də yaşayır, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə adlanan yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmin ərazidə ona məxsus “Pürrəngi” adlı çay evi var, həmin obyekti özü işlədir, hər gün saat 11 radələrində həmin çay evini açır və saat 24 radələrində isə bağlayaraq evinə gedir, həmin çay evində müxtəlif adda elektron əşyalar, özünə məxsus 6 ədəd “HAUSER” markalı 108 ekran televizorlar da var, 27 avqust 2018-ci il tarixdə həmişəki kimi yenə də saat 24 radələrində çay evini bağlayaraq yaşadığı evinə getmiş, səhəri günü, yəni 28 avqust 2018-ci il tarixdə saat 08 radələrində tanışı olan Paşa ona mobil telefon vasitəsi ilə zəng vuraraq ona çay evinin pəncərələrinin və dəmir barmaqlıqlarının sındırıldığını və oğurluq ola biləcəyini demiş, o da dərhal evdən çıxaraq həmin çay evinə getmiş, ora gəldikdə pəncərələrin və dəmir barmaqlıqların sındırıldığını görmüş, bundan sonra o, çay evinə girdikdə oradan 6 ədəd “HAUSER” markalı 108 ekran televizorların oğurlandığını aşkar etmiş, daha sonra isə o, çay evindən oğurluq olması barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmiş və ona məxsus çay evindən oğurluq nəticəsində ona 3180 manat maddi ziyan dəydiyini mişdir. Zərərçəkmiş şəxs X32 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs3 ilə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X24 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki,o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 28 avqust 2018-ci il tarixdə işdə növbədə olduğu zaman sonradan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev1B/5də yaşayan adının X32 olduğunu bildiyi bir nəfər şəxs Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək 28 avqust 2018-ci il tarixə keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən onun işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq qanunsuz içəri daxil olmaqla oradan hər birinin qiyməti 530 manat dəyərində olan altı ədəd “HAUSER” markalı televizorunun oğurlandığını bildirmiş, həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara həmin şəxsin oğurlanmış olduğu altı ədəd televizorunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsi ilə bağlı göstəriş verilmiş, onlar da əməliyyat-axtarış tədbirləri nəticəsində 28 avqust 2018-ci il tarixə keçən gecə X17 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evindən altı ədəd televizoru oğurlayan şəxslərin X11, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, həmin şəxslər X17 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evindən oğurladığı televizorlarla bir yerdə saxlanılaraq maddi sübutlarla bir yerdə Abşeron rayon polis idarəsinə dəvət olunmuşlar, həmin şəxslər onlarla bir yerdə Abşeron rayon polis idarəsinə gəlmişlər, idarədə X29, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 etiraf edərək 28 avqust 2018-ci il tarixə keçən gecə X17 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evindən altı ədəd televizoru onlar oğurladıqlarını, həmin televizorlardan bir ədədini Orxan adlı şəxsə 300 manata satdıqlarını, qalan televizorları isə satmaq üçün özlərində saxladıqlarını bildirmişlər, X29, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 etiraf edərək 05 avqust 2018-ci il tarixdə saat 03 radələrində X28 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən avto yuma məntəqəsinə arxa qapının qıfılını sındıraraq qanunsuz içəri daxil olmaqla oradan sonuncuya məxsus “OMAKS” markalı bir ədəd moyka aparatı, bir ədəd kompressor və bir ədəd tozsoranı oğurlayıb naməlum şəxlərə satdıqlarını bildirmişlər, bundan sonra X29 və Təqsirləndirilən şəxs1 etiraf edərək 18 may 2018-ci il tarixdə saat 03 radələrində X5 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 nömrəli yaşayış binasının qarşısında yerləşən “Play Station” kompyuter salonunun yan pəncərəsini sındıraraq qanunsuz içəri daxil olmaqla oradan 8 ədəd “Play Station” markalı kompyuterləri və 20 ədəd həmin kompyuterin idarəetmə pultlarını oğurlayıb naməlum şəxlərə satdıqlarını bildirmişlər, Təqsirləndirilən şəxs1 etiraf edərək 11 avqust 2018-ci il tarixdə saat 02 radələrində isə İlkin adlı tanışları ilə birlikdə X45 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, Peşə məktəbinin arxasında yerləşən avtoyuma məntəqəsinin dəmir jalyuzini sındıraraq qanunsuz içəri daxil olmaqla avtoyuma məntəqəsindən bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd kompressoru, bir ədəd toz soran aparatını, oğurlayıb naməlum şəxlərə satdığını, həmçinin Təqsirləndirilən şəxs1 etiraf edərək 24 aprel 2018-ci il tarixdə saat 01 radələrində X16 icarə əsasında işlətdiyi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən ərzaq mağazasının qapısını sındıraraq qanunsuz içəri daxil olmaqla mağazadan müxtəlif adlarda siqaretləri ərzaq məhsullarını və müxtəlif adda olan şampunları və 20.08.2018-ci il tarixdə saat 02 radələrində isə İlkin adlı tanışı ilə birlikdə X39 məxsus Abşeron rayonu, Qalubiyyə küçəsində yerləşən komüter salonunun qapısını sındırıb qanunsuz içəri daxil olaraq oradan altı ədəd ““Play Station 3” markalı oyun kompüterini, “Shivaki” marakalı televizorları, otuz ədəd oyun kompüteri üçün pultları, kompyuter naqilləri, hər birinin 12 ədəd 0,25 litrlik “Redbull” şirəli içkləri, 14 ədəd 0,25 litrlik “Bizon” şirəli içkiləri və 14 ədəd 0,33 litrlik “Koka-kola” şirəli içklərini oğurlayıb naməlum şəxlərə satdığını etiraf etmiş, həmin vaxt o, raportla idarə rəisinə müraciət etmiş və idarə rəisinin göstərişi əsasında onlar X18, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil vermişlər, tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı X11 və Təqsirləndirilən şəxs1 11 avqust 2018-ci il tarixdə saat 02 radələrində X45 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi, Peşə məktəbinin arxasında yerləşən avtoyuma məntəqəsindən oğurlayaraq satdıqları bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd kompressoru, bir ədəd toz soran aparatını alan X33 müəyyən edilərək həmin şəxsdən X29 və Təqsirləndirilən şəxs1 tərəfindəndən satılmış bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd kompressor, bir ədəd toz soran aparatı aşkar olunaraq götürülmüş, bundan başqa X11 və Təqsirləndirilən şəxs1 və İlkin adlı şəxsin 20.08.2018-ci il tarixdə saat 02 radələrində isə İlkin adlı tanışları ilə birlikdə X39 məxsus Abşeron rayonu, Qalubiyyə küçəsində yerləşən komüter salonundan oğurladıqları və satdıqları “Play Station 3” markalı oyun kompüterlərinin bir qismini alan X25 müəyyən edilərək onda olan əşyaların bir qismi aşkarlanaraq götürülmüş, həmçinin X11, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 28 avqust 2018-ci il tarixə keçən gecə X17 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Pürrəngi” adlı çay evindən oğurlayaraq satdığı bir ədəd televizoru alan X50 müəyyən edilərək aldığı bir ədəd “Hauser” markalı televizor aşkar olunaraq götürülmüş, götürülmüş bütün əşyalar istintaq orqanına təhvil verilmiş, X29, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluqda iştirak edən İlkin adlı şəxsin şəxsiyyətinin və yerinin müəyyən edilməsi və oğurluq yolu ilə əldə etdikləri və satdıqları digər əşyaların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirildiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X34 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 49da kirayədə yaşayır, o, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə İnqilab küçəsinin kəsişməsi, Mirəli Qaşqay küçəsində yerləşən “033” adlı avtoyuma məntəqəsində yuyucu işləyir, Təqsirləndirilən şəxs1 təxminən bir il olar tanımış, 28 avqust 2018-ci il tarixdə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə İnqilab küçəsinin kəsişməsi, Mirəli Qaşqay küçəsində yerləşən “033” adlı avtoyuma məntəqəsində olduğu zaman Tural yanında tanımadığı iki nəfər şəxslə ağ rəngli “KİA Optima” markalı avtomobillə yanına gəlmiş, Tural onunla görüşdükdən sonra ona avtomaşını göstərib təzə aldığını, sürücülük vəsiqəsi olmadığına görə yanında olan dostu Toğrulun avtomaşını idarə etdiyini demiş, sonra Tural satlıq televizor olduğunu və almaq istəməsini soruşmuş, o, Turaldan həmin televizorun qiymətini soruşduqda Tural televizorun təzə, “Hauser” markalı olduğunu 400 manata dediyini, baxmaq istəyirsə avtomaşının yük yerində olduğunu demiş, sonra Tural televizoru kreditlə götürdüyünü, bu dəqəiqə pula ehtiyacı olduğuna görə ucuz satdığını bildirmiş, o, Turala avtomaşının yük yerini televizora baxmaq üçün açmağı demiş, Tural gəldiyi maşının yük yerini açmış o, televizora baxmış, bəyənmiş və Turala əgər 300 manata satsa alacağını demiş, Tural bir neçə dəqiqə fikirləşib sonra onunla dediyi qiymətə razılaşmış, o, Turala 300 manat pul verib Turaldan həmin “Hauser” markalı televizoru almış, bundan sonra Turalgil çıxıb getmişlər, 28.08.2018-ci il tarixdə Abşeron RPİ əməkdaşları o, çalışdığı avtoyuma məntəqəsinə gələrək Təqsirləndirilən şəxs1 ona satdığı “Hauser” markalı televizorun oğurluq cinayəti törətməklə əldə etdikləri əmlak olmasını bildirmişlər. O, isə 28.08.2018-ci il tarixdə həmin “Hauser” markalı televizoru Abşeron rayon polis idarəsinin inzibati binasına gətirərək könüllü surətdə istintaqa təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır, o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Universal” avtotəmir məntəqəsinin ərazisində avtoyuma aparatlarının təmiri, alışı və satışı ilə məşğul olur, Təqsirləndirilən şəxs1 təxminən bir il olar tanıyır, 12 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Universal” avtotəmir məntəqəsində olduğu zaman Tural yanında tanımadığı iki nəfər şəxslə ağ rəngli “KİA Optima” markalı avtomobillə yanına gəlmiş, Tural onunla görüşdükdən sonra ona bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd kompressoru və bir ədəd toz soran aparatı olduğunu və satdığını demiş, o, Turaldan həmin əşyaların qiymətini soruşduqda Tural aparatlar az işlənmiş olduğu üçün 600 manata satdığını demiş, o,Turala həmin aparatları 500 manata satsa alacağını bildirmiş, Tural bir neçə dəqiqə fikirləşib sonra onunla dediyi qiymətə razılaşmış, O, Turala 500 manat pul verib Turaldan həmin bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd kompressoru və bir ədəd toz soran aparatı almış, bundan sonra Turalgil çıxıb getmişlər, həmin gündən bir müddət sonra Abşeron RPİ-nin əməkdaşları o, çalışdığı avtoyuma məntəqəsinə gələrək Təqsirləndirilən şəxs1 ona satdığı bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatının, bir ədəd kompressorun və bir ədəd toz soran aparatının oğurluq cinayəti törətməklə əldə etdikləri əmlak olmasını bildirmişlər, o da həmin bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd kompressoru və bir ədəd toz soran aparatını Abşeron RPİ-nin inzibati binasına gətirərək könüllü surətdə istintaqa təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır, Binəqədi rayonu, “Ramin” şadlıq sarayının yaxınlğında “Barca” “Play Station” klubunda işləyir, o, qeyd olunan klubda kompyuter ləvazimatlarının təmiri və alqı-satqısı ilə məşğul olur, 2018-ci ilin avqust ayının əvvəlləri açıq rəngli “Naz Lifan” markalı avtomobil ilə o, işlədiyi klubun qarşısına gəlmiş, həmin avtombildə təxminən 3-4 nəfər şəxs olmuş, avtombildən düşən şəxslərdən biri ona yaxınlaşıb rayonlarda bağlanan klublardan playstation və televizorlar aldıqlarını, sonra isə həmin əşyaların satışını Bakı şəhərində təşkil etdiyini bildirmiş, həmin şəxs hazırda avtomobildə 3 ədəd “Phillips” markalı televizor və 2 ədəd playstation oyun aparatı oduğunu bildirmiş, o, televizorlara və oyun kompyuterlərinə baxdıqdan sonra onların qiymətləri barədə maraqlanmış, həmin şəxs ona oyun kompyuterlərini hər birini 150 manata, televizorları isə hər birini 300 manata satdığını bildirmiş, qiymət münasib olduğundan o, həmin şəxslə razılaşmış, lakin televizorlardan birinin yan tərəfi qırıq olduğundan həmin televizoru almaqdan imtina etmiş, bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini istəmiş, həmin şəxlsərdən biri, yəni Elnur adlı şəxs ona vəsiqəsinin ksero surətini ona vermiş və vəsiqənin ksero surətinin arxasına müvafiq qeydlər aparmış, bundan sonra o, həmin şəxslərə 900 manat pul vermiş və həmin şəxslərdən iki ədəd Fillips markalı televizor, 2 ədəd “Play Station” almış, bundan sonra həmin şəxslər harasa getmişlər, təxminən 21 avqust 2018-ci il tarixdə o, işlədiyi kluba 3 avtomobil gəlmiş, həmin avtomobil arasında həmin nazlifan markalı avtombildə olmuş, o, həmin şəxslərdən birini, yəni ona kompyuter və televizorları satan şəxsi tanımış, həmin şəxs yenidən ona yaxınlaşmış və ona yenidən rayondan komyuter və televizorları gətirdiyini bildirmiş, o, həmin şəxsdən artıq bir dəfə kompyuter və televizor aldığından aralarında etibar yaranmış, o, həmin şəxsin gətirdiyi televizor və “Play Station”-lara baxmış, televizorlar “Şivaki” markalı olduğundan həmin markalı televirorların görüntüsü yaxşı olmadığından həmin televizorları almaqdan imtina etmiş, lakin o, həmin şəxsdən oyun kompyuterlərin qiyməti baradə maraqlandıqda həmin şəxs ona kompyuterin bir ədədini 200 manata satdığını bildirmiş, o, həmin şəxsdən 15 cüt oyun pultunu və 4 ədəd oyun kompyuterini 800 manat pul müqabilində almış, o, həmin şəxsdən qeyd olunan kompyuterləri haradan əldə etməsini soruşduqda həmin şəxs ona Göyçay rayonunda kompyuter salonu bağlandığını və həmin kompyuterləri oradan aldığını və bundan sonra həmin şəxslərin harasa getdiklərini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X13 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 4, mənzil 4-də ailəsi ilə bir yerdə yaşayır, X53 onun yeznəsidir, Elman Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə Mehdi Hüseynzadə küçəsi, Humanitar Kollecinin arxasıında özünə məxsus avtoyuyucu məntəqəsi açıb işlədir, həmin avtoyuyucu məntəqəsinə bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatını, bir ədəd 1 kompressoru, bir ədəd toz soran aparatı lazım olan digər anvadanlıqlar da alıb müştərilərə yaxşı xidmət göstərə bilməyi üçün alıb qoymuş, hər gün saat 09:00-da avtoyuma məntəqəsini açır və axşam 22:00-da isə bağlamış, arada o da gedib yeznəsinə kömək etmiş, 08.08.2017-ci tarixdə yeznəsi Elman İsmayıllı rayonuna getmiş və avtoyuma məntəqəsini ona tapşırmış, 10.08.2018-ci il tarixdə saat 22:00-da o, avtoyuma məntəqəsinin qapısını bağlayıb evə getmiş, 11 avqust 2018-ci il tarixdə saat 08:00-da avtoyuma məntəqəsinə getdikdə avtoyuma məntəqəsinin jalyüzün qırıldığı görüb məntəqəyə girdikdə oradan bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, bir ədəd 1 kompressoru, bir ədəd toz soran aparatını oğurlandığını görmüş, dərhal avtoyuma məntəqəsindən oğurluq olması ilə bağlı DİN-nin “102” xidmətinə zəng vurub məlumat vermiş, sonra isə yeznəsi Elmana zəng edib avtoyuma məntəqəsindən bir ədəd avtomobil yumaq üçün köpük vuran aparatının, bir ədəd 1 kompressorun, bir ədəd toz soran aparatının oğurlanması ilə bağlı məlumat vermiş, Elmanda rayonda olduğu üçün ona hadisə ilə bağlı polis idarəsinə məlumat verməyi və onunda gələcəyini demiş, o, Elmana hadisə ilə bağlı polisə məlumat verdiyini bildirmiş, sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə ünvan 4-da yaşayır, Təqsirləndirilən şəxs3 onun oğludur, o, birinci qrup Əfqanıstan əlilidir, “Naz-Lifan” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomnobili oğlu Təqsirləndirilən şəxs3 idarə etmək üçün vermiş, Toğrulun maşını idarə etməsinə onun etirazı olmamış, 28.08.2018-ci il tarixdə polis əməkdaşları ona məlumat verdikdən sonra oğlu Toğrul tanışları Tural və Elvinlə ona məxsus olan “Naz-Lifan” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayon Xırdalan şəhərində oğurluq etdikləri məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X35 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, zərərçəkmiş şəxs X41 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, zərərçəkmiş şəxs X54 oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X36 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, zərərçəkmiş şəxs X46 ilə oxşar məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X24, X34, X12, X6, X13, X26, X35, X2 və X36 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan baxış və götürmə protokollarından görünür ki, X7 1 ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, 1 ədəd kompressor və 1 ədəd tozsoran aparatı, Təqsirləndirilən şəxs1, X8 və X14 5 ədəd “Hauser” markalı televizor, X27 isə 1 ədəd “Hauser” markalı televizor və X3 2 ədəd “Playstation-3” markalı kompyuter oyun aparatı aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli, 23960 saylı məhkəməəmtəəşünaslıq ekspertizasına dair rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2018-ci ildə istifadə olunması nəzərə alınmaqla 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir.
1. 1 ədəd avtomobil yumaq üçün köpük vuran aparatı-150,00 manat
2. 1 ədəd kompressor-140,00 manat
3. 1 ədəd tozsoran aparat -140,00 manat İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli 23962 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair rəyindən görünür ki, təqdim edilmiş “HAUSER” markalı “HTV- 43LT650V” modelli qablaşdırılmış təzə vəziyyətdə televizoru 1 ədədinin 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti 500,00 manat, 6 ədədi 3000.00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2018-ci il tarixli 24964 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair rəyindən görünür ki, təqdim edilmiş “Playstation-3” markalı oyun aparatının bir ədədinin qiyməti 2018-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 220,00 manat, 2 ədədi 440,00 manat müəyyən edilir. İş materiallarında olan zərərçəkmiş şəxs X23 ibtidai istintaq zamanı verdiyi ərizəsindən görünür ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən sexindən təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış 1 ədəd “Omax” markalı moyka aparatı, 1 ədəd kompressor və 1 ədəd tozsoranın qiyməti onlar tərəfindən ödənmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı iş üzrə maddi sübut olan 1 ədəd avtomobil yumaq üçün köpük vuran aparatı, 1 ədəd kompressor və 1 ədəd tozsoran aparatı X45, 6 ədəd “Hauser” markalı televizor X17, həmçinin 2 ədəd “Playstation-3” markalı kompyuter X39 qəbzlə təhvil verilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə törətmiş olduqları cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməllərinin cinayət olmasını aradan qaldıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib müvafiq sanksiya həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Abşeron RİH başçısının MKTİİTB 1 saylı MTİİTS tərəfindən verilmiş 19.10.2018-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun X47 ilə birgə nikahlarından 04.10.2017-ci il təvəllüdlü X37 və 09.02.2019-cu il təvəllüdlü X48 adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 07.09.2018-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 31.01.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.03.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3 və 83.4-cü maddələrinə əsasənaz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmış şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, bəzi zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, evli və himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun əməllərində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 31.01.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş quldurluq) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.03.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq) və 180.2.2-ci (təkrarən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasını tam cəkdikdən sonra yeddi ay müddət keçməmiş yenidən qəsdən hazırki cinayət əməllərini törətməyə başlamışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, qeyd olunan hal Təqsirləndirilən şəxs1 uzun müddət azadlıqdan məhrum edilməsinə baxmayaraq islah olunmadığını və cəmiyyət üçün təhlükəli olduğunu göstərir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmalı, bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 28.08.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 30.08.2018-ci il tarixli qərarı ilə onun barəsində həbs qəimkan tədbirinin seçilməsindən imtina olunaraq azad olunmuş və ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra məhkəmə iclaslarına gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 20.06.2019-cu il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət nəzərə alınaraq onun 28.08.2018-ci il tarixdən 30.08.2018-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılmalı və cəzasının əvvəli onun təkrarən həbsə alındığı 20.06.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 06.09.2018-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət törədilən zaman məhkum olunmamışdır. Bununla yanaşı, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 1(012)-414/2019 saylı, 01.11.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərərk Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli isə onun həbsə alındığı 22.08.2019-cu il tarixdən hesablanmışdır. Hazırda da o, həmin cəzanı çəkir. GöründüyükimiTəqsirləndirilən şəxs2 hazırki cinayət əməllərini qeyd olunan məhkumluqdan əvvəl törətmişdir. İş materiallarında olan Abşeron RİH Başçısının Xırdalan şəhər İƏD üzrə nümayənədliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında (Abşeron RPİ) qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmış şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, bəzi zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmənin digər hökmünə əsasən də oxşar cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmalı, bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə təyin edilən cəza ilə Abşeron Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası tamamilə toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və onun birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla qəti cəzasının əvvəli həmin hökmlə cəzasının əvvəli kimi müəyyən edilmiş 22.08.2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 28.08.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30.08.2018-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuş, daha sonra məhkəmə iclaslarına gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 22.08.2019-cu il tarixdə tutularaq həbsə alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 28.08.2018-ci il tarixdən 30.08.2018-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkdə davam etməlidir. Hökmün icrası ona aid hissədə Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 06.09.2018-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının MKTİİTB 1 saylı MTİİTS tərəfindən verilmiş 14.10.2018-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 oğlunun ilk dəfədir ki, az ağır cinayət törətməsini, törətdiyi cinayət əməllərini etiraf etməsini, əməllərindən səmimi peşman olmasını, zərərçəkmış şəxslərə vurduğu ziyanı ödəməklə onlarla barışıq əldə olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmalı, bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə 28.08.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30.08.2018-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 28.08.2018-ci il tarixdən 30.08.2018-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Abşeron rayonu və Bakı şəhəri ərazi hüdudlarını, həmçinin saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası ona aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan X7 aşkar olunaraq götürülmüş 1 ədəd avtomobil yumaq üçün köpük vuran aparatının, 1 ədəd kompressorun və 1 ədəd tozsoran aparatının, Təqsirləndirilən şəxs1, X8 və Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş 5 ədəd “Hauser” markalı televizorun və X27 aşkar olunaraq götürülmüş 1 ədəd “Hauser” markalı televizorun, X3 aşkar olunaraq götürülmüş 2 ədəd “Playstation-3” markalı kompyuter oyun aparatının ibtidai istintaq zamanı qanuni sahibləri olan X45, X17 və X39 müvafiq olaraq təhvil verilməsini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi olan zərərçəkmiş şəxslərə törədilmiş cinayətlər nəticəsində onlara dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4 maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 20.06.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 aid hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4 madələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq ona qəti olaraq təyin olunmuş 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkdə davam etsin və onun birinci hökm üzrə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 22.08.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 aid hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələriində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayonu və Bakı şəhəri hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 aid hissədə hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd avtomobil yumaq üçün köpük vuran aparatının, 1 ədəd kompressorun, 1 ədəd tozsoran aparatının, 6 ədəd “Hauser” markalı televizorun və 2 ədəd “Playstation-3” markalı kompyuter oyun aparatının ibtidai istintaq zamanı qanuni sahibləri olan X45, X17 və X39 müvafiq olaraq təhvil verilməsini nəzərə alsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi olan zərərçəkmiş şəxslərə törədilmiş cinayətlər nəticəsində onlara dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim:Şövkət Nəcəfova