Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-13/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, ailəli 2 uşaq atası, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olan, 20.01.2022-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Abşeron rayon məhkəməsi tərəfindən axtarışa verilmiş Təqsirləndirilən şəxs 30.07.2020-ci il tarixdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdardan artıq miqdarda əldə etdiyi 0,550 qram gümüşü rəngli siqaret kağızına bükülmüş 1 bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısına daxil edilmiş ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, 05 avqust 2020ci il tarixdə saat 13 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilərək Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,550 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-130/2021 nömrəli cinayət işi 06.11.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə keçirilmişdir. İlkin məhkəmənin baxış iclası 07.12.2020-ci il tarixə təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs növbəti keçirilən məhkəmə baxış iclaslarına gəlməmişdir. Məhkəmənin 31.03.2022-ci il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixdə vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs atası (yaxın qohumu) X5 məhkəmə istintaqda “ölmüş şəxsin yaxın qohumu (nümayəndəsi) kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin yaxın qohumunun və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin yaxın qohumu” (hüquqi varisi) qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar dedikdə, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı 11 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və o 07.02.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin 07.02.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisinin (yaxın qohumunun) cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraiət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 8- 9 aydırki, psixotrop maddə və narkotik vasitə istifadə edir. 05.08.2020-ci il tarixdə saat təxminən 13 radələrində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib və sonra onu Abşeron rayon məhkəməsinin qərarı ilə Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olduğunu bildirmişdilər. Bundan sonra onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişdirlər.Həmin polis əməkdaşları ilə birlikdə Qobu PB-nə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində onun üzərimə video çəkiliş aparılmaqla şəxsi axtarı keçirilmişdir. Həmin vaxtı onun üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın və ya predmetin olub olmaması ondan soruşulmuşdur. O, isə həmin vaxtı könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibində 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülümüş vəziyyətdə saxladığı içərisində psixotrop maddə olan metamfetamini təqdim edərək özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamini 30.07.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə 20 manata aldığını qeyd etmişdir. Həmin psixotrop maddə olan metamfetamin onun və müdafiəçisinin eləcədə polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulub mühürlənərək imzalanmışdır. Onun üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki zor və güc tətbiq edilməmişdir. Həmin psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün cibində saxlamışdır. Narkotik vasitə və ya psixatrop maddəni bədənindəki ağrıları kəsmək məqsədi ilə qəbul edir. Ancaq, o heç vaxt narkotik vasitlərin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını da qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İbrahim oğlu ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin Qobu PB-si üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 iyul 2020-ci il tarixdə Abşeron rayon, məhkəməsinin hakimi X1 rayonu Aşağı Güzdək qəsəbə sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbirinin tələblərini pozuduğu üçün axtarış elan olunaraq Təqsirləndirilən şəxs tutularaq məhkəməyə gətirilməsi üçün axtarış qərarını Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə göndərmişdir. Həmin qərar qeyd olunan tarixdə onun icraatına daxil olmuşdur. Bundan sonra bölmə rəhbərliyi tərəfindən 04.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq aidiyyəti üzrə verilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü Qobu PB-nin sahə rəisi polis mayoru Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05.08.2020-ci il tarixdə Aşağı Güzdək qəsəbəsində olması müəyyən olunmuşdur. Bundan sonra Qobu PB-nin sahə rəisi polis mayoru Şahid2 ilə birlikdə 05.08.2020-ci il tarixdə saat təxminən 12:30 radələrində Aşağı Güzdək qəsəbəsində daxil olmuş əməliyyat məlumat əsasında olan zaman həmin qəsəbə ərazisində Təqsirləndirilən şəxs öz yaşadığı evin yaxınlığında onu görüb ona yaxınlaşaraq özlərini təqdim edib bildirmişdirki, Abşeron rayon məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan olunmuşdur. Bu səbəbdən o, Qobu PB-nə getməlidir.Bundan sonra qeyd olunan tarixdə Təqsirləndirilən şəxs onlarla birlikdə Qobu PB-nə gəlmiş, onlar həmin vaxtı onu PB-nin növbətçi hissəsinə təhvil vermək istəyən zaman ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdirki, onun üzərində qanunla qadağan olunmuş psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunaraq müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoyub ona məxsus olduğunu və onu özü istifadə etmək məqsədi ilə 30.07.2020-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsədən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin psixatrop maddə olan metamfetamin ekspertizaya təqdim olunması üçün 1 ədədə zərfə qoyularaq polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq, ucadan oxundu və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin Qobu PB-si üzrə sahə rəisi polis mayoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 06 avqust 2020-ci il tarixli 6/1470 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs oğlunun ...”yazısı olan, 01 ədəd bükümdə təmiz çəkisi 0,550 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasnın ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısına daxil edlən psixotrop maddə metafetamindir(qalıq çəkisi 0,500 qram - 0,05 qram psixotrop maddə metafetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmənarkoloji ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 2588 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixatrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxlər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə “ qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs noğlunun 2-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 230638 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Əliağa oğlu 20.01.2022-ci il tarixdə dəqiqləşdirilməmiş qaraciyər çatışmamazlığı diaqnozu ilə vəfat etmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,500 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi atası X5 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs təqsiri iş üzrə şahidlərin ifadələri ilə, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin, həmçinin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam veriməsi barədə qərar çıxarılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən, «hökm qanuni qüvvəyə minənədək məhkum (təqsirləndirilən şəxs) öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar». Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs 20.01.2022ci il tarixdə ölməsi ilə əlaqədar, 114 manat məbləğində məhkəmə xərclərinin dövlət hesabına həyata keçirilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,500 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixdə ölməsi ilə əlaqədar, 114 manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) dövlət hesabına həyata keçirilmiş hesab edilsin. İş üzrə maddi sübut qalıq çəkisi 0,500 qram olan psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-13/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-13/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver