Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-13/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi işkirakı ilə xx.xx.1979-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2022-ci ildə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində siqaretin qızılı rəngli kağızında, öz istifadəsi üçün bir büküm, 0,363 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 16 fevral 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları saat 02 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov küçəsindəki yaşadığı evin yaxınlığında saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və 309 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli, idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxladığı 0,363 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-399/2022 nömrəli cinayət işi xx.xx.2022-cü-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası və ilk məhkəmə baxışı Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə keçirilmiş, daha sonra məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsidə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən axtarış elan edilmişdir. Məhkəməyə Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CPM-in 234.1-ci maddəsinə əsasən axtarış elan edilməsi və tutulması haqqında qərar araşdırılmış və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qəflətən yaşadığı ünvanda vəfat etməsi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixdə isə ölüm haqqında akt qeydi 1063 nömrəli aktla Lənkəran rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi məhkəmə istintaqda “ölmüş şəxsin müdafiəçisi kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi” qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə dedikdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı 11 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və xx.xx.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum təqsirləndirilən şəxs X2 törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən təxminən 6 il olar ki, istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd heroini 10 manata alıb, sonra istifadə etmək məqsədilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoymuş, xx.xx.2022-cu il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq Abşeron RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməkdaşları olduqlarını bildirib, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə olan heroin gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra polislər oradakı otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları onun üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa təqdim etməyi təklif etmişlər. Bu zaman o, tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı bir büküm heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin bir bükümdə olan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 10 manata alaraq sonra istifadə etmək məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yenə onun üzərində axtarış aparsalar da heç nə tapmayıb, təqdim etdiyi bükümə onun və müdafiəçisinin iştirakı ilə baxış keçirdikdən sonra həmin bükümü kağız zərfə qoyularaq möhürləyib qablaşdırmışlar. O və orada olan diğər iştirakçılar həmin zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışlar. Həmin narkotik vasitədən heç kimə satmamış və heç kimə hədiyyə verməmiş, narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ev-35-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məlum olması, bir qədər sonra yaşadığı evin yaxınlığında küçədə olacağı və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edərək müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkklili, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib gözləməyə başlamış, bir neçə dəqiqədən sonra sonuncunun piyada getdiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmiş, bundan sonra onlar rayon polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah еdib, üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir büküm heroin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə salıb oradan siqaretin qızılı rəngli kağızında bir büküm çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra polislər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Lakin heç nə tapmayıb sonuncunun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə tünd qəhvəyi rəngli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin heroin olduğunu bildirmiş və həmin heroini bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün alıb, cibinə qoyduğunu söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm maddə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O da həmin protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun həmin narkotik vasitəni haradan əldə etdiyini dəqiq bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında elan və tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/949 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,363 (qalıq 0,313qram) olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2223 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda 3-cü qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburu müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.4, 180.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evdə qəfl vəfat etmişdir Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs təqsiri iş üzrə şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam veriməsi barədə qərar çıxarılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən, «hökm qanuni qüvvəyə minənədək məhkum (təqsirləndirilən şəxs) öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar». Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə ölməsi ilə əlaqədar, 110 manat məbləğində məhkəmə xərclərinin dövlət hesabına həyata keçirilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,313 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180(yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar, 110 manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) dövlət hesabına həyata keçirilmiş hesab edilsin. İş üzrə maddi sübut qalıq çəkisi 0.313 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin» vəsaiti hesabına köçürülsün. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-13/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-13/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver