Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-13/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Bəfadar oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci il tarixdə İmişli rayonu Telişli kəndində anadan olmuş, evli, işsiz, məhkum olunmuş, İmişli rayonun Telişli kəndində qeydiyyatda olan və İmişli rayonun Telişli kəndində yaşamış, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilətəqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Bəfadar oğlunun Azərbaycan Respublikası CM-in 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Bəfadar oğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Unbaku qəsəbəsində yerləşən qoyunculuq fermasının hasara alınmış həyətinə qanunsuz daxil olaraq, həyətdə olan bir ədəd dəmir konteyneri gətirdiyi qaldırıcı kran vasitəsi ilə, «166» yük xidmətinə məxsus Şahid2 idarə etdiyi ** ZM *** dövlət qeydiyyat nişanlı “Mersedes Axora” markalı yəhərli dartıcı avtomobilə yükləyib apararaq gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 5000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bəfadar oğlu xx.xx.2022-ci il tarixdə saat 10:00 radəllərində oğurladığı konteynerlə birgə vahid niyyətlə əhatə olunan əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Unbakı qəsəbəsində yerləşən fermanın həyətinə saxlanc yerinə xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində qanunsuz daxil olaraq digər konteyneri sifariş əsasında gətirdiyi qaldırıcı kran vasitəsi ilə «166» yük xidmətinə məxsus Şahid3 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı “Mersedes Axora” markalı yəhərli dartıcı avtomobilin yük yerinə yüklətdirərkən, polis əməkdaşlarının fermanın olduğu yerə gəlmələri barədə məlumat aldığından konteyneri avtomobilin yük yerinə yükləmədən hadisə yerindən uzaqlaşaraq, bilavisitə Zərərçəkmiş şəxs 5000 manat dəyərində olan dəmir konteyneri oğurlamış, sonuncuya məxsus 5000 manat dəyərində olan digər dəmir konteyneri oğurlamaq üçün aktiv hərəkətlərlə bilavasitə qəsdən edilən əməlini iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, cəmi 10000 manat dəyərində yəni özgənin xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Bəfadar oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o oğurluq etməmişdir. Zərərçəkmiş şəxslə alver etmişdir. Ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs Bəfadar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, gəlir əldə edib ailəsini dolandırmaq üçün, istifadəyə yarararsız olan dəmirləri yığıb satıb qazanc əldə edir, ona görədə Abşeron rayonun ərazisində yerləşən, Qaradağ rayonu Unbakı qəsəbəsi istiqamətində yerləşən qoyunculuq fermasının həyətində dəmir kanistruksaylı kanteyneri gördüyüdən həmin kanteyneri aparıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022ci il tarixdə saat 10 radəllərində Biləcəri qəsəbəsində fəhlələrin toplaşdığı yerə gedib orada fəhləyə yaxınlaşaraq Unbakı qəsəbəsi istiqamətində qoyunculuq fermasında dəmir konteynerinin olduğu və həmin konteyneri avtomobilin yük yerinə yükləmək ücün köməklik göstərilməsini və zəhmət haqqını ödəyəcəyini dediyindən, fəhlə ilə razılaşmış və onunla birlikdə həmin istiqəmətə gedərkən 166-yükdaşıma şirkətinə zəng edib iki ədəd yük maşını evikuator, bir ədəd kran avtomobili sifariş etmişdir. Avtomobilləri sifariş edərkən yükün Unbakı qəsəbəsindən Bakı şəhərinin Dərnəgül qəsəbəsinə aparalıcagını bildirmişdir. Fermanın yerləşdiyi əraziyə çatdıqda sifariş etdiyi iki ədəd yük maşını və bir ədəd qaldırıcı kran ora gəlmiş, əvvəlcə kanteynerin birini avtomobilin yük yerinə yüklədiklərini bildirmişdir. Birinci yük avtomobili yola düşərək getmiş, ikinci kanteyneri, yükləmək isdədikdə əvvəlki yükü aparan sürücü istifadə etdiyi hadisədən 4-5 gün əvvəl tapdığı 077 *** ** ** nömrəli telefonuna zəng edərək konteynerin sahibi yolda təsadüfən konteyneri görüb tanıdığı üçün polislərə məlumat verdiyindən polislər həmin yük avtomobilini saxlamışdır. Ondan sonra sürücülərə və fəhlələrə konteyner oğurluq olduğu üçün digər konteyneri yükləməmələrini və həmin ərazidən uzaqlaşmağı dediyini göstərmişdir. Fəhllələrin və sürücüllərin həmin konteynerin oğurluq olmasından xəbərllərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq məqsədi ilə Qobu qəsəbə ərazisində xırda buynuzlu heyvanları saxlaması üçün ferması vardır.Özü Bakı şəhərində yaşadığı üçün fermaya nəzarəti Sənqacal qəsəbəsində yaşayan X2 tapşırmışdır. Şahid6 isə doğma dayısı oğludur və həmin fermada olan təssərüfat əşyalarıda özünə məxsusdur. 01 sentyabr 2022-ci il tarixdə dayısı oğlu Şahid6 mobil nömrəsinə zəng edərək, ona məxsus bir ədəd 5000 manat dəyərində dəmir konteyneri oğurlandığını bldirmişdir. Bakı şəhərində olmadığı üçün dayısı oğlu Şahid6 zənk edərək Bakı şəhərində olmadığını və konteynerin oğurluq olması barədə DİN-n 102 xidmətinə zəng etməsini demişdir. Ona görə də oğurluq faktı ilə bağlı ərizə ilə Şahid6 polisə mürcaiət etmişdir. Dəymiş ziyan cəmi 5.000 manat olduğu və göstərdiyi konteynerdən başqa heç bir əşya oğurlanmadığını bildirmişdir. Həmin konteynerin uzunluğu 12, eni 2,5 , hündürlüyü 2,5 metr olmaqla iki ay əvvəl 5000 manata aldığını göstərmişdir. Həmin konteynerlər boş olduğu və onun içərisini düzəltdirib çobanlar istifadəsinə verəcəyini göstərmişdir. Həmin konteynerin tanımadığı Təqsirləndirilən şəxs Bəfadar oğlu tərəfindən oğurlandığını sonradan eşitdiyii bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Əlizaman oğlu Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 166 yük xidmətində sürücü işləyir və xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yükdaşıma xidmətinin operatoru zəng edərək Umbakı qəsəbəsindən Dərnəgül rayonu ərazisinə yük aparılması barədə sifariş verdiyindən sifarişi qəbul etmişdir. Sifarişi verən sonradan adının Sabit olduğunu bildiyi şəxs 077 *** ** ** nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Unbakı qəsəbəsinin yaxınlığında olan qoyunculuq fermasının həyətinə gəlməsini dediyindən qeyd edilən ünvana gəlmişdir. Eyni zamanda ora əlavə olaraq digər yükdaşıyan avtomobil gəlmişdir.Sonradan kran avtomobili gəlmiş və orada olan kanteynerin birini obiri avtomobilin yük yerinə fəhlələr kranla yükləmiş və həmin avtomobil yola düşərək oradan aralaşmışdır. İkinci konteyneri fəhlələrlə kranovşik idarə etdiyi avtomobilin yük yerinə yükləmək isdədikdə, onlara sifariş vermiş sonradan adını bildiyi Samid adlı şəxs zəng edərək“ikinci konteyneri yükləməyin və özünüzdə oradan uzaqlaşın indi polislər ora gəlir” demiş və həmin vaxt polis əməkdaşları ora gəlmişdir. Polisllər tərəfindən Qobu PB-nə dəvət edildikləri üçün, polis bölməsinə gəlmiş və orada hadisəni olduğu kimi danışmışdır. Polisdə həmin konteyneri Sabitə aid olmadığını və onun tərəfindən oğurlandığını bilmişdir. Həmin konteynerin oğurluq olmasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3i fadəsində göstərmişdir ki. “Saypa” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili özü idarə edir. Avtomobili idarə etmək ucun BC katikoryalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Biləcəri qəsəbəsindəki avtovaqzalda olarkən 2 nəfər təxminən 30-35 yaşlarında olan şəxslər yaxınlaşaraq onları Umbakı qəsəbəsinə aparmağı sonra geri qaytarmağı bildirdikləri üçün etraz etməmiş özünə məxsus **-VK-*** dövlət nömrəli, “SAYPA” markalı avtomaşın ilə onları Umbakı qəsəbəsinə Sanqacal adlanan əraziyə aparmışdır. Onları oraya apararkən yolda sonradan adının Sabit olduğunu bildiyi şəxs yük taksisinə zəng vurub 2 ədəd yük maşını sifariş etmiş və özlləri isə heyvanların yatağına getmişlər. Orada kanteynerə baxıb geri qayıdıb kran axtarmağa başlamışlar. Kran tapandan sonra gəlib Sanqacala dönən yerdə dayanmışlar. Aradan 20-dəqiqə keçmiş kran və 2 ədəd 166 yük maşını gəlib yaxınlıqlarından keçərək yataq isdiqamətinə getmişdir. Özləri isə orada gözləmişlər. Həmin vaxt Sabit aralıda kimnənsə telefonla danışdığını, həmin vaxt yük maşınlarının birinin üstündə konteyner gələrək yaxınlıqda olan mağazanın yanında saxlayıb siqaret alıb getdiyini və aradan bir neçə dəqiqə keçəndən sonra Sabitin telefonuna zəng gəldiyi və o zəngdən sonra kranovşik ilə danışdığını eşitmişdir. Kranovşik ondan pul istəmişdir. Həmin vaxt başqa adam ona zəng etdib yük maşınının yolda tutulduğunu bildirmişdir. Bundan sonra Sabit gedib yataqdan fəhləni götürmək lazım olduğunu dedikdə, gedib fermadan fəhləni götürüb geri şəhərə gələrkən yolda yük maşını kanteyner üstündə üzbəüz ferma istiqamətinə qayıtdığını görmüşdür. Həmin vaxt Sabitin telefonuna polis zəng edərək ona “sən konteyneri oğurlamısan” dedikdə o, səhf etdiyini bildirmişdir. Onlar telefonda biraz danışandan sonra Sabit polisdən xahiş edərək, səhf etdiyini konteyniri qaytaracağını bildirmişdir. Sabit həmin vaxt “məni polisə çağırıblar mən polisə getməliyəm” deyib telefonun üzərində olan nömrəni dəyişmişdir. Zəhmət haqqı kimi Sabit ona 35 manat verməli olduğu halda avtomobildən düşəndən sonra 20 manat vermiş və qalan pulu sonra verəcəyin bildirərək oradan uzaqlaşmışdir. Sonradan polisə çağırılmış və bu parədə polisə izahat verərək Sabitin oğurluq etməsindən xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 166 yük xidmətində sürücü işləyir, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yükdaşıma xidmətinin operatoru zəng edərək Umbakı qəsəbəsindən Dərnəgiil rayonu ərazisinə yük aparılmasını bildirdiyindən, sifarişi qəbul etmiş, sifarişi verən sonradan adının Sabit olduğunu bildiyiini və o, 077 *** ** ** nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Unbakı qəsəbəsinin yaxınlığında olan qoyunçuluq fermasının həyətinə gəlməsini dediyindən qeyd edilən ünvana gəlmişdir. Ora əlavə yükdaşıma evikuatoru gəlmiş, sonradan kran maşını gəlmişdir. Orada olan kanteynerin birini idarə etdiyi avtomobilin yük yerinə yüklənb oradan müəyyən qədər üzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanıldığını və avtomobiulin yük yerində olan konteyneri hara aparıldığı sorululuşurulduqda, Dərnəgül qəsəbəsinə sifariş əsasında aprdığını demişdir. Yükün sahibinin adını soruşduqda adını bilmədiyini lakin telefon nömrəsi ***-***-**-** olduğunu polislərə bildirmişdir. Polislər həmin konteynerin oğurluq olduğunu dedikdən sonra həmin yükün oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayır, iş olanda fəhləçiliklə məşqul oldur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sahil qəsəbəsində olarkən qohumu Bəxtiyar Abşeron rayonu Unbakı qəsəbəsində yük maşınına konteyner yükləməyə görə fəhlə lazım olduğu və 40 manatda pul veriləcəyi demiş, o bu təkliflə razılaşmışdır. Onlar Abşeron rayonun Unbakı qəsəbəsinə gəlmişlər, həmin vaxt qeyd olunan fermada 2 ədəd 166 yük maşının olmasını görmüşdür. Özünü malın sahibi kimi təqdim edən Samid adlı şəxs fermanın həyətində olan iki ədəd konteyneri yük maşınına yükləməyi tapşırmışdır. Konteynerin birinə kömək edib kran vasitəsi ilə həmin konteyneri maşının birinin yük yerinə yüklədikləri üçün avtomobil yola düşüb getmişdir. Aradan bir necə dəqiqə keçəndən sonra ikinci konteyneridə obiri avtomobilin yük yerinə yükləyərkən Sabit “obiri avtomobili yükləməyin avtomobili polislər saxlayıblar özünüzdə dərhal burdan uzaqlaşın” dediyindən oradan uzaqlaşmışlar. Həmin konteynerin Sabit tərəfindən oğurlanmsı barədə qabaqcadan məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində özünə məxsus **-BD-*** dövlət qeydiyat nişanlı avtokranıla yük qaldırmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sahil qəsəbəsində təxminən 30-35 yaşlarında olan sonradan adının Sabit olduğunu bildiyi şəxs yaxınlaşaraq Abşeron rayonu Umbakı qəsəbəsi ərazisində özünə məxsus fermada 2 ədəd konteynerin olduğunu, həmin konteynerləri yük maşınına yükləmək lazım olduğunu bildirmişdir. O bu təkliflə razılaşmış və özünün 077 *** ** ** nömrəli mobil telefon nömrəsini Sabitə vermiş. və ondan zəhmət haqqı kimi fəhlə pulu ilə birlikdə 240 manat pul istəmişdir. Sabit ilə razılaşdıqları üçün Cavidi fəhlə kimi götürüb həmin şəxslə Unbakı qəsəbəsinə getmişlər. Həmin vaxt qeyd olunan fermada 2 ədəd 166 yük maşınının olduğunu görmüş, orada konteynerin birinin yük maşınına idarə etdiyi qaldırıcı kran vasitəsi ilə yükləmiş və həmin avtomobil yola düşüb getmişdir. Bir necə dəqiqə keçəndən sonra ikinci konteyneridə obiri avtomobilin yük yerinə yükləyərkən, yükü aparan sürücü Sabitin telefonuna zəng zəng edərək avtomobilin polislər tərəfindən saxladığını və həmin konteynerin oğurluq olduğunu demişdir. Sabit onlara “dərhal burdan uzaqlaşın” dedikdən sonra konteynerin oğurluq olduğunu bilmişdir. Konteynerin oğurluq olmasından qabaqcadan xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qaradağ rayon Pİ-ndə PPX-də polis nəfəri kimi fəaliyyət göstərir. 01,09.2022-ci il tarixdə Abşeron rayonunun Unbakı qəsəbəsində yerləşən Taləddin adlı şəxsə məxsus fermadan vaqonun Sabit adlı şəxs tərəfindən oğurlanması barədə ona məlumat daxıl olmuşdur. Sabit adlı şəxsi şəxsən tanımamış, iş yoldaşı Əsgərov Səadətinin qardaşı Seymur zəng edərək, “tanış adam var onun Sanqaçal qəsəbəsində konteyneri var gəlib götürəcəkilər” dediyindən əyər özünündürsə problem yoxdur gəlib götürsün deyə ona cavab vermiş və həmin vaxt onun nömrəsini verəcəyini demişdir. Aradan təxminən 2-3 saat sonra Sabit adlı şəxs zəng edərək, “Seymur deyən oğlandı mənim Sanqaçal qəsəbəsində konteynerim var onu götürmək isdəyirəm” dediyindən ona əgər konteyner sənindisə nə problem var ki, get götür deyə ona cavab vermişdir. Sonra efirdən bir nəfər şəxsin konteyner oğurlamaq isdədiyini eşitdiyini və həmin vaxt post patrulun əməkdaşları getmiş və sonradan həmin vaqonların Sabitə məxsus olmadığını və Sabit oğurladığını eşitmişdir. Həmin vaxt sürücüləri bölməyə aparmışlar. Aradan bir saat keçəndən sonra Sabit zəng edərək “mənə yalan deyiblər mən bilməmişəm ki, həmin vaqonlar başqa adamındır ona görədə mən götürmüşəm” dediyindən ona polisə getməyi və olmuş hadisəni düzgün danışmasını ona izah etmişdir. Sabitdən pul almamış və onu əvvəllər tanımamışdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəşunaslıq ekspertizasının 14 fevral 2023-ci il tarixli rəyində 1 ədəd 12 metr uzunluğunda ,2,5 metr eni, 2,5 hündürlüyündə olan dəmir vaqonun orta istismar müddəti və orta istismar intevsiyliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti 4500 manat müəyyən edilir. Axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaqdan qəsdən yayındığı üçün Təqsirləndirilən şəxs Bəfadar oğlu barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən, dayandırılmışdır. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bəfadar oğlu xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bəfadar oğlu MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bəfadar oğlu Bakı şəhəri, Səbayil Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan respubilkası CM-nin 177.1 və 69.4-cü maddəsinə əsasən 100 manat cərimə cəzası təyin edilmiş, bundan başqa Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 23.11. 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəlləri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrunmetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 178.2.4, 69.3, 67.1-ci maddəlləri ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa xx.xx.2021-ci il tarixdə İmişli Rayon Məhkəməsinin qərarı ilə cəzası 10 ay 21 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən AR.MM-nin 05.1 1.2021 -ci il tarixli Amnistiya qərarın 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəzadən dərhal azad edilmişdir. Bundan başqa Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 178.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs Bəfadar oğlu barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbslə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, № 59- 1/2-13364 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutularaq Bakı Şəhəri İstintaq Təcridxanasına təhvil verimişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bəfadar oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bəfadar oğlu barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs Bəfadar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Bəfadar oğlunun az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, analoji cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəfadar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bəfadar oğlu cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, maddi sübut yoxdur; bir ədəd dəmir konteyner ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılmışdır, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Bəfadar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəfadar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bəfadar oğlu cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bəfadar oğlu barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən 1(012)-346/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə bir ədəd dəmir konteyner ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılmışdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-13/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-13/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver