Məhkəmə qərarları › İş №1(012)-130/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-130/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-130/2023 19.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, , təqsirləndirilən şəxslər X2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan və yaşayan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 01 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsindəki daş karxanasının həyətində yerləşən, işçilərin qalması üçün ayrılmış yataqxananın plastik pəncərəsəni balta ilə açaraq içəri qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus nömrələri ilə birlikdə 414 manat dəyərində 1 ədəd «Samsung» markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus nömrəsi ilə birlikdə 205 manat dəyərində 1 ədəd «Samsung J-2» markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus nömrəsi ilə birlikdə 35 manat dəyərində 1 ədəd «Nokia» markalı mobil telefonu vahid niyyətlə gizli talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 654 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 01 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsindəki daş karxanasının həyətində yerləşən, işçilərin qalması üçün ayrılmış yataqxananın plastik pəncərəsini balta ilə açaraq içəri qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus nömrələri ilə birlikdə 414 manat dəyərində 1 ədəd «Samsung» markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus nömrəsi ilə birlikdə 205 manat dəyərində 1 ədəd «Samsung J-2» markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus nömrəsi ilə birlikdə 35 manat dəyərində 1 ədəd «Nokia» markalı mobil telefonu vahid niyyətlə gizli talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 654 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, fərdi işlə məşğul olur. Evlidir. Himayəsində bir yaşı tamam olmamış uşağı var. O, Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmişdir. Zərərçəkmiş şəxs2 Ehtiram oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanımır. Təqsirləndirilən şəxs2 ilə oğurluq etməmişdir. Qobu PB-nin əməkdaşları tərəfindən döyüldüyü üçün oğurluq etdiyini etiraf etmişdir. X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Cəlilabad rayonundan Bakı şəhərinə 2 ay olar ki, işləmək üçün gəlmiş və gəldiyi gündən də Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmişdir. Zərərçəkmiş şəxs2 Ehtiram oğlunu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 cox yaxşı tanıyır və hər üçü onunla bərabər Cəlilabad rayonunun Musalı kəndində yaşayır. Zərərçəkmiş şəxs2 Ehtiram oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Qobu daş karxanasında fəhlə işləyirlər. Onlarla onun heç bir əlaqələri olmamışdır. Lakin Zərərçəkmiş şəxs2la ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. 01 may 2022-ci il tarixdə saat 20-21 radələri arasında Təqsirləndirilən şəxs2lə Güzdək qəsəbəsində görüşdükdən sonra bir yerdə qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs2 yaşadığı müvəqqəti evə getsinlər və bir yerdə cörək yesinlər. Onların yaşadığı ünvana gəldikdə qapının bağlı olduğunu gördükləri üçün qərara gəlmişlər ki mənzildən oğurluq etsinlər. Ona görə də bu barədə Təqsirləndirilən şəxs2 bildirmiş və razılığa gəldikdə yerdən bir daş baltası tapıb plastik pəncərəni açmış və Təqsirləndirilən şəxs2lə bir yerdə içəri daxil olaraq pəncərənin ağzında olan «Nokia» markalı sadə telefonu və cərəyana qoşulmuş bir ədəd «Samsunq» markalı və bir ədəd J-2 markalı mobil telefonları götürərək pencərədən bayıra cıxmışlar. Yerdən götürdüyü daş baltasını isə Güzdək qəsəbəsində olan zibil qutuların birinə atmışdır. Oğurluqdan sonra Sahillə bir yerdə metronun İnşaatçılar stansiyasına gələrək J-2 markalı mobil telefonu tanımadığı şəxsə 40 manata satmışlar və əldə etdikləri pulu yarı bölmüşlər. Səhərisi günü yəni 02 may 2022-ci il tarixdə saat 10-11 radələri arasında Sahillə bir yerdə metronun «Neftçilər» stansiyasına gedərək «Samsunq» markalı mobil telefonu tanımadığı şəxsə 200 manata satmış və əldə etdikləri pulu Sahillə bir yerdə yarı bölmüşlər. Sadə olan «Nokia» markalı mobil telefonu isə özündə saxlamış lakin telefon işləmədiyindən Güzdək qəsəbəsində zibilliyə atmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 16 mart 2022-cı il tarixdə işləmək üçün Cəlilabad rayonundan Bakı şəhərinə gəlmiş və gəldiyi gündən də Zirə qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmişdir. Zərərçəkmiş şəxs2 Ehtiram oğlunu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 cox yaxşı tanıyır və hər üçü Cəlilabad rayonunun Musalı kəndində yaşayırlar. Zərərçəkmiş şəxs2 Ehtiram oğlunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Qobu daş karxanasında fəhlə işlədiklərini bilmişdir. 01 may 2022-ci il tarixdə saat 20-21 radələri arasında X7 qəsəbəsində görüşmüş və bir yerdə qərara gəldik ki, Zərərçəkmiş şəxs2 yaşadı müvəqqəti evə gedək orada onlarla birlikdə cörək yeyək. Onların yaşadığı ünvana catdıqda qapının bağlı olduğunu və onların hər üçü evdə olmadıqlarını bildikləri üçün oğurluq etməyə qərara gəlmişlər. Bu səbəbdən Nadir ona mənzildən oğurluq etməyi təklif etmiş və razılaşdıqları üçün Nadir yerdən bir daş baltası taparaq plastik pencərəni açmış və birlikdə içəri daxil olmuşlar. İcəridə pencərənin ağzında olan «Nokia» markalı sadə telefonu, cərəyana qoşulmuş bir ədəd «Samsunq» markalı və bir ədəd J-2 markalı mobil telefonları görüb onları götürərək pencərədən bayıra cıxmışlar. Nadir yerdən götürdüyü daş baltasını isə Güzdək qəsəbəsində olan zibil qutuların birinə atmışdır. Bundan sonra Nadirlə bir yerdə metronun İnşaatcılar stansiyasına gələrək J-2 markalı mobil telefonu tanımadıqları şəxsə 40 manata sataraq pulu yarı bölmüşlər. Səhərisi günü yəni 02 may 2022-ci il tarixdə saat 10-11 radələri arasında Nadirlə bir yerdə metronun «Neftcilər» stansiyasına gedərək «Samsunq» markalı mobil telefonu yenə də tanımadıqları şəxsə 200 manata sataraq pulu yarı bölmüşlər. Sadə olan «Nokia» markalı mobil telefonu isə Nadir özündə saxlamış və sonradan mobil telefonu necə etdiyini bilməmişdir. Zərərçəkmiş şəxs2 Ehtiram oğlu ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayətçi olmadığını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Ehtiram oğlunun məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, hal-hazırda yuxarıda göstərdiyi ünvanda yaşayır, özü isə daş karxanasında fəhlə işləyir. Bakı şəhərinə hər ay 10 gündən bir gəlir. 01 may 2022-ci il tarixdə, Əmrah və Təbiblə bir yerdə Qobu qəsəbəsində yerləşən daş karxanasında işlədikləri üçün Daş karxanasının ərazisində işcilərin müvəqqəti qalmaq üçün yataqxana tipli otaqlarda Əmrah və Təbiblə bir yerdə yaşamışlar. Adətən işə getdikləri zaman mobil telefonları otaqda qoymuşlar. 01 may 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində işləri olduğu üçün işə getmişlər. Otaqdan cıxdıqdan sonra qapını bağlayaraq getmişlər və saat 2-3 radələri arası otaqlarına qayıtdıqda otağın qapısını acıb icəri daxil olduqda mobil telefonların yerində olmadıqlarını müəyyən etmişlər. Otaqdan özünə məxsus 400 manat dəyərində bir ədəd **********63918 imeyil kodlu «Samsunq» markalı ***-***-**-** və ***- ***-**-** mobil nömrələri ilə birlikdə oğurlandığını, ***-***-**-** mobil nömrəni 4 manata, ***-***-**- ** mobil nömrəni isə 10 manata aldığını, əmisi oğlu Zərərçəkmiş şəxs3 məxsus 30 manat dəyərində bir ədəd «Nokiya» markalı mobil telefonu 5 manat dəyərində ***-***-**-** mobil nömrəsi ilə birlikdə və Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində J-2 markalı və 5 manat dəyərində ***-***-**-** mobil nömrəsi ilə birlikdə oğurlanmışdır. Oğurluq zamanı özünə 414 manat, əmisi oğlu Təbibə 35 manat və Əmraha isə 205 manat dəyərində ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 Şixəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayətçi olmadığını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Şixəli oğlunun məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 01 may 2022ci il tarixdə İlqarla və Təbiblə bir yerdə Qobu qəsəbəsində yerləşən daş karxanasında işləyirdi. Daş karxanasının ərazisində işcilərin müvəqqəti qalmaq üçün yataqxana tipli otaqlar düzəldilib və onlarda işdən sonra həmin otaqlarda qalırdılar. Onunla bir yerdə İlqar və Təbibdə qalırdı. Adətən onlar işə getdikdə mobil telefonları özləri ilə götürmürdülər. 01 may 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində işləri olduğu üçün üçüdə iş yerinə getmişlər. Onlar otaqdan cıxdıqda qapını açarla bağlayıb getmişlər. Qapının açarı hər üçündə də vardır. Onlar təxminən iş yerində 02 may 2022-ci il tarixdə saat 2-3 radələri arası oldular. Sonra iş yerindən geri qayıtdıqda otağın qapısını acıb icəri daxil olduqda otaqda enerjinin doldurulması üçün qoyduqlarıtelefonları yerində aşkar etmədilər. Otaqdan İlqara məxsus 400 manat dəyərində bir ədəd **********63918 imeyil kodlu «Samsunq» markalı ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə birlikdə, ona məxsus 200 manat dəyərində «Samsunq J-2» markalı mobil telefon və 5 manat dəyərində ***-***-**-** mobil nömrə və Zərərçəkmiş şəxs3 məxsus 30 manat dəyərində «Nokia» markalı telefonu və ona məxsus 5 manat dəyərində ***-***-**-** mobil nömrə oğurlanmışdır. Oğurluq zamanı ona 205 manat dəyərində ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayətçi olmadığını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 3-4 ay əvvəl əmisi oğlu Zərərçəkmiş şəxs2 və həmkəndlisi Zərərçəkmiş şəxs1 Şixəli oğlu ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən daş karxanalarının birində fəhlə işlədikləri zaman hər üçünün mobil telefonları naməlum şəxslər tərəfindən oğurlanmışdır. Onun telefonu sadə telefon olduğundan 30 amanat dəyərində idi. Hadisədən bir müddət sonra oğurluq hadisəsini həmkəndliləri Nadir və Sahil adlı şəxslər tərəfindən törədilməsi məlum olmuşdur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən X5 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən X5 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, X5 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi Təqsirləndirilən şəxs2 etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də X5 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X2 əvvəllər məhkumluğu olmamışdır. Cəlilabad rayon İHB-nın Ləkin kənd İƏDÜ-nin nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, o, ailəsi və bir azyaşlı uşağı ilə birlikdə Musalı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır, müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə X2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X2 oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, X3 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, X5 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, başqa cinayət törətməsi ilə əlaqədar Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X5 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, X2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, X3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Cəlilabad rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Cəlilabad rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, başqa cinayət törətməsi ilə əlaqədar təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, başqa cinayət törətməsi ilə əlaqədar Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Cəlilabad rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Cəlilabad rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulmalıdır. Hökmün icrası Şirvan şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı X3 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Cəlilabad rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Cəlilabad rayon Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Başqa cinayət törətməsi ilə əlaqədar təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Cəlilabad rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Cəlilabad rayon Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulsun. Təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı X3 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar