Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-130/2024 14.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd metal qutunun içərisində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,415 qram, 0,364 qram, 0,066 qram, 0,073 qram olmaqla ümumi təmiz çəkisi 1,326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,343 qram, 0,054 qram, 0,062 qram, 0,065 qram, 0,053 qram olmaqla ümumi təmiz çəkisi 0,577 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxlayaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayon polis idarəsinin postpatrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinin X1 gətirilmiş, həmin gün Saray polis bölməsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxladığı həmin beş bükümdə ümumi təmiz çəkisi 1,326 qram olan narkotik vasitə olan heroin və beş bükümdə ümumi təmiz çəkisi 0,577 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, verilən ittihamla razı olmadığını, özünün istifadəsi üçün həmin narkotik vasitələri öz üzərində daşıdığını bildirdi. Sonda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən 5 ildir ki, arabir narkotik vasitələr qəbul edir. 08 mart 2023-cü il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində piyada hərəkətdə olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış və ondan narkotik vasitə istifadə edib- etmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik vasitə olan heroin və metamfetamin istifadə etdiyini bildirmişdir. Həmin şəxs özündə heroin və metamfetamin olmasını və 30 manata satmasını bildirdikdə o, həmin şəxsə 30 manat verib qara rəngli qapağı olan metal qutuda olan sellofan və siqaretin gümüşü kağızına bükülmüş bükümlərdə olan heroini və metamfetamini alıb cibinə qoymuşdur. Həmin şəxs qutunun içərisində olan on ədəd bükümün beşinin narkotik vasitə heroin, beşinin isə psixotrop maddə metamfetamin olduğunu demişdir. 10 mart 2023-cü il tarixdə saat 02 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində yeni dairəvi yolun yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Həmin vaxt həyəcanlı olduğundan polislərə səmimi etiraf edərək üzərində şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu yaxınlıqdakı Abşeron rayon Polis İdarəsinin X1 dəvət etmişlər. Buna görə də o, polis əməkdaşları ilə birlikdə X1 getmişdir və orada xidməti otaqların birində onun razılığı ilə video çəkiliş aparmaqla və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Daha sonra o, əynindəki tünd boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli qapağı olan metal yastı qutunun içərisində dörd ədəd şəffaf sellofana və altı ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər bükülüləri masanın üzərinə qoyub polis əməkdaşlarına təqdim etmiş, narkotik vasitə heroin və metamfetamin olduğunu, 08 mart 2023-cü il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 30 manata aldığını, həmçinin özü qəbul etmək üçün üstündə saxladığını bildirmişdir. Polis əməkdaşları təqdim etdiyi həmin heroin və metamfetamini götürmüş və qablaşdıraraq sənədləşmə aparmışlar. Daha sonra, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib olunmuş və ucadan oxunmuşdur. Həmin protokolun düzgün tərtib edildiyini imza etməklə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirdi ki, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları polis serjantı Şahid3 və polis serjantı Şahid2lə birlikdə 4762 saylı avtopatrul maşını ilə xidmət apararkən Saray qəsəbəsi, yeni dairəvi yol adlanan ərazidə özünü şübhəli aparan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə bəzi suallar vermiş, həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıdığını etiraf etmişdir. Daha sonra, həmin şəxsi Abşeron rayon Polis İdarəsinin X1 dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Saray PB-də həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qış gödəkcəsinin sağ yan cibindən çıxardığı 1 ədəd qara rəngli qapağı olan metal qutunun içərisindən 4 ədəd şəffaf sellofan bükülünü və 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri çıxararaq təqdim etmiş, aşkar edilmiş 4 ədəd şəffaf sellofana və 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərin nə olduğu soruşulduqda həmin bükümlərdən beşinin içərisində narkotik vasitə heroin, beşində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman üzərindən 2 ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan əlavə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddələri və narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda həmin narkotik maddələri və psixotrop maddələri iki gün əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və axtarışda iştirak edən digər şəxslərin iştirakı ilə qablaşdırılmış, imzalanmış və möhürlənərək götürülmüşdür. İki ədəd mobil telefon isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, DİNnin Baş Dövlət Yol Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 01 may 2023-cü il tarixədək Abşeron RPİ-nin PPXB-nin əməkdaşı vəzifəsində xidmət etmişdir. xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları polis serjantı Şahid1 və polis serjantı Şahid3la birlikdə 4762 saylı avtopatrul maşını ilə xidmət apararkən Saray qəsəbəsi, yeni dairəvi yol adlanan ərazidə özünü şübhəli aparan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə bəzi suallar vermiş, həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıdığını etiraf etmişdir. Həmin şəxsi Abşeron rayon Polis İdarəsinin X1 dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Saray PB-də həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qış gödəkcəsinin sağ yan cibindən çıxardığı 1 ədəd qara rəngli qapağı olan metal qutunun içərisindən 4 ədəd şəffaf sellofan bükülünü və 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri çıxararaq təqdim etmiş, aşkar edilmiş 4 ədəd şəffaf sellofana və 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərin nə olduğu soruşulduqda həmin bükümlərdən beşinin içərisində narkotik vasitə heroin, beşində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman üzərindən 2 ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan əlavə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddələri və narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda həmin narkotik maddələri və psixotrop maddələri iki gün əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra, həmin bükümlər Təqsirləndirilən şəxs və axtarışda iştirak edən digər şəxslərin iştirakı ilə qablaşdırılmış, imzalanmış və möhürlənərək götürülmüşdür. İki ədəd mobil telefon isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİnin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları polis serjantı Şahid1 və polis serjantı Şahid2lə birlikdə 4762 saylı avtopatrul maşını ilə xidmət apararkən Saray qəsəbəsi, yeni dairəvi yol adlanan ərazidə özünü şübhəli aparan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə bəzi suallar vermiş, həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıdığını etiraf etmişdir. Daha sonra həmin şəxsi Abşeron rayon Polis İdarəsinin X1 dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Saray PB-də həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qış gödəkcəsinin sağ yan cibindən çıxardığı 1 ədəd qara rəngli qapağı olan metal qutunun içərisindən 4 ədəd şəffaf sellofan bükülünü və 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri çıxararaq təqdim etmiş, aşkar edilmiş 4 ədəd şəffaf sellofana və 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərin nə olduğu soruşulduqda həmin bükümlərdən beşinin içərisində narkotik vasitə heroin, beşində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman üzərindən 2 ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan əlavə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddələri və narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda həmin narkotik maddələri və psixotrop maddələri iki gün əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və axtarışda iştirak edən digər şəxslərin iştirakı ilə qablaşdırılmış, imzalanmış və möhürlənərək götürülmüşdür. İki ədəd mobil telefon isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan baxış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan boz rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd metal qutunun içərisindən 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,415 qram, 0,364 qram, 0,066 qram, 0,073 qram olmaqla ümumi təmiz çəkisi 1,326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin və 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,343 qram, 0,054 qram, 0,062 qram, 0,065 qram, 0,053 qram olmaqla ümumi təmiz çəkisi 0,577 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli 6/1474 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “ Azərbaycan Respublikası DİN Zərflər üçün №246 dairəvi möhür əksləri olan “...(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd metal qutunun içərisində 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,408 qram, 0,415 qram, 0,364 qram, 0,066 qram, 0,073 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,343 qram, 0,054 qram, 0,062 qram, 0,065 qram, 0,053 qram olmaqla ümumi təmiz çəkisi 0,577 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduqlarından onlar arasında müqayisəli tədqiqat aparılmadı. Heroinin ümumi təmiz çəkisi 1,326 qram, tədqiqata sərf edildi ümumi 0,15 qram, qalıq 1,176 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,577 qram, tədqiqata sərf edildi ümumi 0,15 qram, qalıq 0,427 qram Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 iyun 2023-cü il tarixli 3453 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 1,176 qram olan narkotik vasitə heroin və 0,427 qram olan pisxotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə, daha sonra isə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci,67.1 maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2.1 maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə cinayətin residivi təhlükəli residiv sayılır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivinin olması isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,176 qram çəkidə narkotik vasitə olan heroin və 0,427 qram çəkidə pisxotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,176 qram çəkidə narkotik vasitə olan heroin və 0,427 qram çəkidə pisxotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-130/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-130/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver