Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-131/2023 10.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi vəkil Nümayəndə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi işkirakı ilə, xx xxxxxx 1988-ci ildə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Mehdiabad qəsəbəsi Vaqif küçəsi ev 3, mənzil 2də qeydiyyatda olan. Abşeron rayonu Mehdiabad qəsəbəsi H.Zərdabi küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 11 may 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi X12 küçəsində yerləşən evində sonuncunun onun azyaşlı qızı İnci Azayevaya qarşı seksual xarakterli hərəkətlər etməsi səbəbindən əli və ayağı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vuraraq ona burun sümüyünün birtərəfli yerdəyişməsiz sınığı və baş beyinin silkələnməsi ilə müşayət olunan qapalı kəllə beyin travması xəsarətlərini yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada mebel ustası işləyir. Adətən saat 09 radələrində işə gedir, saat 20 radələrində evə qayıdır. Zərərçəkmiş şəxs onunla eyni küçədə qonşuluqda yaşayır. Münasibətləri həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində arvadı Xatirə ona zəng edərək harada olduğunu soruşmuş, Xatirənin səsi həyəcanlı olduğunu eşidib nə baş verdiyini soruşmuşdur. Xatirə ona evə gəlməyini bildirmişdir. Həmin vaxt o, da yolda olduğu üçün qısa vaxtda evə çatacağını demişdir. Evə çatıb Xatirədən nə baş verdiyini soruşduqda, Xatirə ona qonşu Fayazın qızı İncini yaşadığı evin həyətində əli ilə gözlərini örtərək ağzına ət parçası saldığını demişdir. O, dərhal qızı İncini yanına çağırıb Fayazın ona nə etdiyini soruşmuşdur. Qızı İnci ona qonşu Fayazın toyuğunu itirdiyini, sonradan həmin toyuğu küçədə bacısı Aysu ilə tapdıqlarını və bu barədə Fayaza məlumat verdiklərini, sonradan qonşu Fayazla birlikdə küçədə olan toyuğu içəri onun evinin həyətinə saldıqlarını, Aysunun həyətdən küçəyə çıxdığını, onun isə içəridə qaldığını, Fayazla birlikdə toyuğu hinə saldığını, daha sonra çıxıb evə getmək istəyən zaman Fayazın evin həyətində ona yaxınlaşaraq əli ilə gözünü tutub ağzını açmağını dediyini, daha sonra Fayazın onun ağzına yumşaq olan ət parçası saldığını, həmin ət parçasının dadının turş olduğunu, Fayazın həmin ət parçasını bir az onun ağzında saxladığını, Fayazın onun ağzından ət parçasını çıxardıqdan sonra gözünü açdıqda Fayazın əynində olan şalvarın qabağının açıq vəziyyətdə olduğunu və onun cinsiyyət orqanını əli ilə şalvarına saldığını gördüyünü bildirmişdir. Bu sözləri eşitdikdən sonra o, özünü itirmiş və çox pis hala düşmüşdür. O, həyəcanlı şəkildə dərhal evdən çıxıb Fayazın evinə getmişdir. Həmin vaxt arxası ilə bacısı oğlu Murad da gəlmişdir. O, Fayazın evinin giriş qapısını döymüşdür. O, Fayazın ailəsinin evdə olmasını düşünüb onları narahat etməmək üçün qapının ağzında gözləmişdir. O, qapını bir neçə dəfə döysə də Fayaz qapını gec açmışdır. O, Fayazın evinin həyətində ondan qızı İnciyə nə etdiyini soruşmuşdur. O. inadla Fayazdan qızı İnciyə nə etdiyini soruşsa da, Fayaz susqun və peşman olmuş vəziyyətdə əllərini dizinə qoyaraq aşağı əyilmiş və dərindən nəfəs almağa başlamışdır. O, artıq başa düşmüş ki, qızı İncinin dedikləri həqiqətdir, bu səbəbdən Fayaz peşmançılıq hissi keçirir. O, Fayazdan ailəsinin evdə olub-olmamasını soruşmuşdur. Fayaz ailə üzvlərinin yas mərasimi ilə əlaqədar rayonda olduqlarını, evdə tək olduğunu demişdir. Bundan sonra o, çox pis əsəbləşib yumruqla Fayazın sifətinə bir neçə zərbə vurmuşdur. O, Fayazı vuran zaman Fayaz başını tutaraq ona yalvarmağa, yalvararaq üzrxahlıq etməyə və ondan üzr istəməyə başlamışdır. O. artıq Fayazın qızı İnciyə qarşı etdiyi hərəkəti boynuna aldığını görüb özündən çıxmışdır. O, əsəbi və həyəcanlı vəziyyətdə Fayazın üzrxahlıq etməyinə baxmayaraq Fayazın sifət və başına yumruq və təpik zərbələri vurmuşdur. Həmin vaxt bacısı oğlu Murad onları ayırmaq istəsə də, o, Muradı geri itələyərək Fayazla birlikdə evə girmişlər. Evdə də Fayazın sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. O, Fayazın sifətindən qan axdığını görüb evdən çıxmışdır. Daha sonra evə getmişdir. Sonradan qonşusu Zərərçəkmiş şəxs onu döyməsi barədə polisə məlumat verdiyini bilmişdir. O, və qonşusu Zərərçəkmiş şəxs, eyni zamanda onun ailəsi ilə aralarında əvvəllər ədavət, düşmənçilik, mübahisə, qərəzli münasibətlər, bu kimi hadisə baş verməmişdir. Onunla Zərərçəkmiş şəxs arasında mübahisə xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Fayazın yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində yerləşən evinin içərisində baş vermişdir. Aralarında davadalaş təxminən 20-30 dəqiqə davam etmişdir. Fayazla aralarında dava-dalaş baş verən zaman yanlarında bacısı oğlu Murad olmuş, başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs yalan danışdığını, onunla dalaşan zaman yanında bacısı oğlu Muraddan başqa heç kim olmadığını, Fayazı yalnız o. döydüyünü, Fayazı heç bir butulkanın üzərində otuzdurmadığım, Fayazın ona heç bir zərbə vurmadığını və ona xəsarət yetirmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu. Saray qəsəbəsində yerləşən “ARCİKO" şirkətində çilingər işləyirmiş. Adətən hər gün saat 07 radələrində işə gedir, saat təxminən 18 radələrində işdən çıxıb evə gedirmiş. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuşdur. Ailə üzvləri xx.xx.2022-ci il tarixdə yas mərasimi ilə bağlı Ucar rayonuna getmişlər. O, həyətdə cücələri yemlədikdən sonra bir ədəd toyuğun yerində olmadığını görüb küçəyə çıxmışdır. Həmin vaxt küçədə qonşusu Təqsirləndirilən şəxs işlətdiyi dükana gedib onun arvadı Xatirədən özünə məxsus toyuğu itirdiyini, həmin toyuğu göriib- görməməsini soruşmuşdur. Xatirə ona həmin toyuğu küçədə gördüyünü bildirmişdir. O, da bir qədər gəzdikdən sonra toyuğu tapa bilmədiyi üçün evinə getmişdir. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra saat təxminən 20 radələrində qonşusu Təqsirləndirilən şəxs azyaşlı qızları İnci və Aysu onun həyətinə gələrək toyuğunu tapdıqlarını demişlər. Bundan sonra o, küçəyə çıxdıqda toyuğunu küçədə görüb qapını açaraq toyuğu içəri həyətinə salmışdır. Həmin vaxt İnci və Aysu da onunla evin həyətinə daxil olmuşlar. O, həmin vaxt evin həyətinin giriş qapısını açıq qoymuşdur. Bundan sonra Ceyhunun azyaşlı qızları həyətdə olan ona məxsus balaca itlə oynamağa başlamışlar. O. toyuqları lıiııə saldıqdan sonra İncinin həyətin künc hissəsində olan it damının yanında iti qucağına alıb yerinə apardığını görmüşdür. Həmin vaxt İnci əlində evin həyətinə gələrkən gördüyü çörəklə kolbasanı artıq yemiş və çörəyi ağzında çeynəyirmiş. O, İnciyə iti yerinə qoyduqdan sonra evlərinə getməyini demişdir. İnci iti it damma qoyduqdan sonra həyətdən çıxarkən o, İncinin ağzının kənarında çörək qırıntıları görüb ona evin həyətinin giriş qapısının yanında yaxınlaşmışdır. O, əlləri çirkli olduğu üçün İncinin arxa hissəsində dayanıb sol qolunu İncinin alın nahiyəsinə tutaraq digər əlinin biləyinin iç hissəsi ilə İncinin ağzının kənarını silmişdir. Bundan sonra o, İnciyə evə getməsini bildirmişdir. Aradan təxminən 5-10 dəqiqə keçdikdən sonra Ceyhunun arvadı Xatirə və Ceyhunun bacısı oğlu Murad gəlmişlər. Onların yanında azyaşlı qızları da olmuşdur. O, həyətdə onları qarşılamışdır. Xatirə ona qızı İnciyə nə etdiyini soruşduqda, o, İnciyə heç nə etmədiyini bildirmişdir. Xatirə ona əri Ceyhuna bu barədə deyəcəyini demiş və çıxıb getmişlər. Aradan təxminən 30 dəqiqə keçdikdən sonra saat təxminən 21 radələrində qapı döyülmüşdür. O. qapını açdıqda qonşusu Ceyhun, adını bilmədiyi dostu və bacısı oğlu Muradın gəldiklərini görmüşdür. Onlar həyətə daxil olmuşlar. O. Ceyhundan nə baş verdiyini soruşduqda, Ceyhun ona qızı İnciyə nə etdiyini soruşmuşdur. O, da Ceyhuna qızı İnciyə heç nə etmədiyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ceyhun həyətdə evin giriş qapısının yanında onun sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra onu evə salmışlar. Onlar evə daxil olmuşlar. Evdə Ceyhunun yanında olan dostu başına yumruq zərbəsi vurmuşdur. Ceyhunun sonradan adını öyrəndiyi dostu Urfan adlı şəxs həyətdən lapatka gətirmişdir. Urfan həmin lapatkanın sapı ilə onun qarın boşluğuna zərbə vurmuşdur. Həmin vaxt Ceyhun Murada gedib butulka gətirməsini bildirmişdir. Murad da gedib içərisi dolu şampan şüşə butulkası gətirmişdir. Bundan sonra Ceyhun və dostu Urfan şalvarını çıxardıb onu həmin butulkanın üzərində otuzdurmuşlar. Bundan sonra çıxıb getmişlər. Aradan bir qədər keçdikdən sonra arvadı Elnarənin əmisi Qələmşah və oğlu Pərviz Təqsirləndirilən şəxs və dostu Urfanla birlikdə onun evinə gəlmişlər. Qələmşah ona nə etdiyini soruşduqda, o, da heç nə etmədiyini demişdir. Bundan sonra o, həmin şəxslərə evdən çıxıb getmələrini tələb etmişdir. Daha sonra Elnarənin əmisi oğlanları Qurban və Elnur yanma gəlmişlər. Onların yanında o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Elnur 103 təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra təcili tibbi yardım maşını gəlmişdir. O, Qurbanla birlikdə Bakı şəhərində yerləşən X8 Xəstəxanaya təcili tibbi yardım maşını ilə getmişlər. O, 1 1.05.2022-ci il tarixdə gecə saatlarında sözügedən Xəstəxanaya daxil olmuş, xx.xx.2022-ci il tarixdə isə günorta saatlarında xəstəxanadan evə buraxılmışdır. O, xəstəxanada burnundan əməliyyat olunmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsindən adını xatırlamadığı təhqiqatçı yanma gələrək onun ərizə və izahatını almışdır. Əlavə olaraq bildirmişdir ki. baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs arvadı Xatirəni döydüyünü qaynı Ramindən eşitmişdir. O, belə bir hadisəni etmiş olsaydı, həmin gün evində qalmazmış, hətta Xatirənin ərinin gələcəyini dediyindən sonra çıxıb gedərmiş və yaxud kömək üçün yanma tanış və qohumları çağırarmış. Adətən Ceyhunun evinin yanında olan dükanı yoldaşı Xatirə və bacısı oğlu Murad işlətdiyini bildirmişdir. Onunla qonşusu Təqsirləndirilən şəxs və ailəsi arasında əvvəllər ədavət, düşmənçilik, mübahisə, bu kimi hadisə baş verməmişdir. Onunla Təqsirləndirilən şəxs arasında mübahisə xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində evinin həyətində və içərisində baş vermişdir. Aralarında dava-dalaş təxminən 20-30 dəqiqə davam etmişdir. Onunla Ceyhun arasında dava-dalaş baş verən zaman yanlarında Ceyhunun dostu Urfan, bacısı oğlu Murad olmuşdur, başqa heç kim olmamışdır. O, nə Təqsirləndirilən şəxs, nə də başqa hər hansı şəxs və ya şəxslərə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Ceyhun əli ilə bir neçə dəfə yumruqla sifətinə zərbələr endirmiş, bundan başqa Ceyhunun yanında olan dostu Urfan başına yumruqla bir neçə dəfə, sonra isə çöldən lapatka gətirib həmin lapatkanın sapı ilə qarın boşluğuna zərbə vurmuşdur. X3 dediklərinin yalan olduğunu, onu həmişə övladı kimi istədiyini, İncinin gözlərini örtüb ağzına heç nə salmadığını, İncinin üzünü sol qolu ilə örtərək ağzının kənarında olan çörək qırıntılarını digər əli ilə sildiyini, sonra da İnci və bacısı Aysunun çıxıb evə getdiklərini bildirmişdir. Həyətində olan iti 2022ci ilin mart ayının əvvəlində iş yoldaşı Adilin ona hədiyyə etdiyini, həmin itin 2022-ci ilin iyun ayının ortalarında öldüyünü bildirmişdir. O. 04 və 05 iyul 2022-ci il tarixlərdə səhər saatlarında işə gedərkən Mehdiabad qəsəbəsində görərkən Ceyhunun yanında olan həmin şəxsi tanımış, bundan sonra öyərənmiş ki, həmin şəxsin adı Urfandır. Urfan ona məxsus həyətində olan lapatkanı gətirərək onu həmin lapatkanın sapı ilə qarnına zərbə vurmuş, həmin lapatka hazırda həyətində deyil, Urfan tərəfindən aparılmışdır. Yaşadığı evin içərisində divanın qarşısında o, ayaq üstə durmuş vəziyyətdə Urfan və Ceyhun zorla şalvarını çıxararaq onu hər ikisi yerdə olan butulkanın üzərində otuzdurmuşlar. Xatirə əsəbi halda ona qızı İnciyə nə etdiyini soruşduqda, o, Xatirəyə qızma heç bir şey etmədiyini demişdir. Həmin vaxt Xatirənin yanında olan qızları ona heç nə deməmişlər. Yalnız Xatirənin yanında olan Murad ona şərəfsizsən sözünü demişdir. Muradın onu vurmasını və ona xəsarət yetirməsini görməmişdir. Təqsirləndirilən şəxs və ailəsi ilə münasibətləri həmişə qonşu kimi yaxşı olmuş, hətta əvvəllər ona evinə elektrik enerjisinin çəkilməsində Ceyhun köməklik etmişdir. Bir-birinin evlərinə gedib-gəlişləri olmasa da, uşaqları qapı qonşusu olduqları üçün birlikdə oynayırmışlar. Hətta o, və Ceyhun da birbirinin uşaqlarını qucağına alıb oynatmışlar. Təqsirləndirilən şəxs azyaşlı qızları İnci və Aysunun həyətində saxladığı balaca itlə oynamağa əvvəllər gəldiklərini dəqiq xatırlamadığını bildirmişdir. İnci və Aysu həyətdə olarkən onları evinə dəvət etmədiyini və onlara hər hansı şirniyyat, oyuncaq və ya hər hansı əşya təklif etmədiyini bildirmişdir. İnci itlə oynadığı üçün əlini itə vurduğundan o, İncinin ağzını əlinin biləyinin iç hissəsi ilə silmiş ki, təmiz olsun. Çeyhun və Urfan onu döyərkən ünvanına nalayiq ifadələr işlədirmişlər. Ceyhun ona yumruqla zərbələr vura-vura qızı İnciyə nə etdiyini soruşurmuş, o, da heç nə etmədiyini bildirirmiş. Onlar adətən evdə olan zaman toyuqları küçəyə çıxardırlar. Hadisə baş verən gün işdə, ailə üzvlərinin isə rayonda olduğunu, həmin itirdiyi toyuğu küçəyə kimin çıxarması barədə heç nə deyə bilməyəcəyini bildirmişdir. Hazırda şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. X11 məxsus olan yaşadığı evin həyətində yerləşən ərzaq məhsullarının satışı dükanında işləyir. Zərərçəkmiş şəxs onlarla eyni küçədə qonşuluqda yaşayır. Münasibətləri qonşu kimi həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində azyaşlı qızları 2014-cü il təvəllüdlü X5 və 2015-ci il təvəllüdlü X6 yaşadığı evin qarşısında küçədə oynayırmışlar. O, həmin vaxt dükanda olmuşdur. Fayaz dükana daxil olaraq ona toyuğunu itirdiyini, ona məxsus toyuqlara qarışıb-qarışmamasım soruşmuşdur. O, da Fayaza həmin gün ərzində toyuqlarını küçəyə çıxarmadığını demişdir. Fayaz da çıxıb getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra o, diikanı bağlayıb evə daxil olmuşdur. O, evdə olan zaman qızı İnci həyəcanlı şəkildə evə gəlmişdir. Qızı İnci ona qonşu Fayazın toyuğunu itirdiyini, sonradan həmin toyuğu küçədə bacısı Aysu ilə birlikdə tapdıqlarını və bu barədə Fayaza məlumat verdiklərini, sonradan qonşu Fayazla birlikdə küçədə olan toyuğu içəri onun evinin həyətinə saldıqlarını, Aysunun həyətdən küçəyə çıxdığını, onun isə içəridə qaldığını, Fayazla birlikdə toyuğu hinə saldığını, daha sonra çıxıb evə getmək istəyən zaman Fayazın evin həyətində ona yaxınlaşaraq əli ilə gözünü tutub ağzını açmağını dediyini, daha sonra Fayazın onun ağzına yıımşaq olan ət parçası saldığını, həmin ət parçasının dadının turş olduğunu. Fayazın həmin ət parçasını bir az onun ağzında saxladığını, Fayazın onun ağzından ət parçasını çıxardıqdan sonra gözünü açdıqda Favazm əynində olan şalvarın qabağının açıq vəziyyətdə olduğunu və Fayazın cinsiyyət orqanını əli ilə şalvarına saldığını gördüyünü bildirmişdir. O, eşitdiklərinə inanmayaraq çox pis həyəcanlanıb baldızı oğlu Muradla birlikdə Fayazın evinə getmişdir. Həmin vaxt qızı İncini də özü ilə aparmışdır. O, Fayazdan qızı İnciyə nə etdiyini soruşduqda, Fayaz ona titrək səslə İnciyə heç nə etmədiyini demişdir. O, Fayazdan niyə İncinin gözlərini örtdüyünü və onun ağzına nə saldığını soruşduqda, Fayaz ona barmağını dişləməsi üçün İncinin ağzına saldığını demişdir. Fayaz hətta əlini İnciyə yaxınlaşdırıb barmağını necə İncinin ağzına saldığını göstərmək istədikdə Favazı geri itələmiş və uşaqdan uzaq durmasını bildirmişdir. Bundan sonra o, evə gəlmiş və əri Ceyhuna zəng edərək təcili evə gəlməsini bildirmişdir. Ceyhun ona telefonda nə baş verdiyini soruşduqda, evə gələrkən deyəcəyini Ceyhuna demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Ceyhun evə gəlmişdir. Ceyhun ondan nə baş verdiyini soruşduqda, o, Ceyhuna qonşu Fayazın qızı İncini yaşadığı evin həyətində əli ilə gözlərini örtərək ağzına ət parçası saldığını demişdir. Ceyhun da dərhal qızı İncini yanına çağırmışdır. İnci də baş verənləri atası Ceyhuna danışmışdır. Bundan sonra Ceyhun İncinin dediklərini eşitdikdən sonra çox pis əsəbi və həyəcanlı vəziyyətdə evdən çıxmışdır. Ceyhunun arxası ilə baldızı oğlu Murad da getmişdir. Sonradan əri Ceyhunla Fayazın arasında dava-dalaş olduğunu eşitmişdir. Əlavə olaraq bildirmişdir ki, o və qonşu Zərərçəkmiş şəxs, eyni zamanda onun ailəsi ilə aralarında əvvəllər ədavət, düşmənçilik, mübahisə, qərəzli münasibətlər, bu kimi hadisə baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində nömrəsiz fərdi yaşayış evində dayısı Ceyhunun evində qalır. Bakı şəhərində yerləşən Bakı Neft Energetika kollecinin 3cii kurs tələbəsidir. Arada dayısı Ceyhuna məxsus olan yaşadığı evin həyətində yerləşən ərzaq məhsullarının satışı dükanında dayısı yoldaşı Xatirəyə kömək edir. Zərərçəkmiş şəxs onlarla eyni küçədə qonşuluqda yaşayır. Münasibətləri qonşu kimi həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində o, dayısının dükanında işlərini yekunlaşdırıb evə daxil olmuşdur. Evdə dayısı arvadı Xatirənin halının pis olduğunu və ağladığını görmüşdür. O, Xatirədən nə baş verdiyini soruşduqda, Xatirə ona qonşu Fayazın dayısı qızı İncini yaşadığı evin həyətində əli ilə gözlərini örtərək ağzına ət parçası saldığını demişdir. Bundan sonra Xatirə evdən çıxaraq qonşuluqda yaşayan Fayazın evinə tərəf getdikdə o, da Xatirənin arxası ilə getmişdir. Xatirə qapını döydükdən sonra Fayaz qapını açaraq çölə çıxmışdır. O, Fayazdan dayısı qızı İnciyə nə etdiyini soruşmuşdur. Həmin vaxt Fayaz çaşmış vəziyyətdə ona İnciyə heç nə etmədiyini demişdir. O, inadla təkid edərək Fayazdan İnciyə nə etdiyini soruşduqda, Fayaz ona əli ilə İncinin gözlərini örtdüyünü və barmağını İncinin ağzına saldığını demişdir. O, Fayaza barmağını hansı səbəbdən İncinin ağzına saldığını soruşmuşdur. Həmin vaxt Xatirənin halı pisləşdiyi üçün o, Xatirəni evə aparmışdır. Bundan sonra Xatirə dayısı Ceyhuna zəng edərək evə gəlməsini istəmişdir. Bir qədər keçdikdən sonra dayısı Ceyhun evə gəlmişdir. Ceyhun Xatirədən nə baş verdiyini soruşduqda, Xatirə qonşu Fayazın evinin həyətində əli ilə qızı İncinin gözünü örtərək ağzına ət parçası saldığını demişdir. Bundan sonra Ceyhun qızı İncidən hadisənin necə olduğunu soruşduqda, İnci qonşu Fayazın toyuğunu itirdiyini, sonradan həmin toyuğu küçədə bacısı Aysu ilə birlikdə tapdıqlarını və bu barədə Fayaza məlumat verdiklərini, sonradan qonşu Fayazla birlikdə küçədə olan toyuğu içəri onun evinin həyətinə saldıqlarını, Aysunun həyətdən küçəyə çıxdığını, onun isə içəridə qaldığını, Fayazla birlikdə toyuğu hinə saldığını, daha sonra çıxıb evə getmək istəyən zaman Fayazın evin həyətində ona yaxınlaşaraq əli ilə gözünü tutub ağzını açmağını dediyini, daha sonra Fayazın onun ağzına yumşaq olan ət parçası saldığını, həmin ət parçasının dadının turş olduğunu, Fayazın həmin ət parçasını bir neçə saniyə onun ağzında saxladığını, Fayazın onun ağzından ət parçasını çıxardıqdan sonra gözünü açdıqda Fayazın əynində olan şalvarın qabağının açıq vəziyyətdə olduğunu və onun cinsiyyət orqanını əli ilə şalvarına saldığını gördüyünü bildirmişdir. Bunları eşidən kimi dayısı Ceyhun çox pis əsəbləşmişdir. Ceyhun əsəbi və həyəcanlı halda evdən çıxmışdır. O, dərhal Ceyhunun arxası ilə çıxmış ki, dayısı Ceyhun Fayazla dalaşmasın və bu səbəbdən dayısının arxası ilə getmişdir. Ceyhun qapını bir neçə dəfə döymüş, bir neçə dəqiqədən sonra Fayaz qapını gec açmışdır. Ceyhun Fayazın evinin həyətində ondan qızı İnciyə nə etdiyini soruşmuşdur. Eləmin vaxt Fayaz susqun və peşman olmuş vəziyyətdə əllərini dizinə qoyaraq aşağı əyilmiş və dərindən nəfəs almağa başlamışdır. Bu zaman Ceyhun çox əsəbi halda Fayazdan ailəsinin evdə olub-olmamasım soruşmuşdur. Fayaz ailə üzvlərinin yas mərasimi ilə əlaqədar rayonda olduqlarını, evdə tək olduğunu demişdir. Bundan sonra Ceyhun əsəbi halda yumruqla Fayazın sifətinə bir neçə zərbə vurmuşdur. Fayaz da başını tutaraq yalvarırmış. O, Fayazla Ceyhunu ayırmağa bir neçə dəfə cəhd etsə də, Ceyhun onun qolundan tutaraq kənara itələyirmiş. Onu Ceyhun həyətdən çıxararaq küçəyə qovmuşdur. O, Ceyhundan qorxub içəri daxil olmamışdır. Həmin vaxt Ceyhun Fayazı döyərkən Fayazın Ceyhıına yalvararaq üzrxahlıq etməyə, səhv etdiyini deməyə başladığını eşitmişdir. Bundan sonra Ceyhun ilə Fayazın evə daxil olduqlarını qapının örtülməyindən hiss etmişdir. O, dərhal dava-dalaşın daha da qızışmaması üçün içəri evə daxil olaraq onları bir-birindən ayırmağa çalışsa da, Ceyhun onu əsəbi halda geri itələyirmiş. Bundan sonra o, küçəyə çıxmış, arxası ilə Ceyhun küçəyə çıxmış və birlikdə evə getmişlər. Sonradan Zərərçəkmiş şəxs Ceyhunun onu döyməsi barədə polisə məlumat verdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, dayısı Ceyhunun və ailəsinin qonşu Zərərçəkmiş şəxs, eyni zamanda onun ailəsi ilə aralarında əvvəllər ədavət, düşmənçilik, mübahisə, qərəzli münasibətlər olmamışdır. Zərərçəkmiş şəxs yalan danışdığını, Fayazın etdiyi əməldən peşman olub yaxa qurtarmaq üçün belə bir şey etmədiyini bildirməsini, dayısı Ceyhunun Fayazı döyən zaman orada o, Ceyhun və Fayaz olduğunu, başqa orada heç kim olmadığını, Ceyhunun ona şampan butulkası gətizdirmədiyini, Ceyhunun Fayazı şampan butulkasının üzərində otuzdurmadığını, onun hətta Ceyhunla Fayazı bir neçə dəfə ayırmaq istəsə də dayısı Ceyhunun onu qolundan tutaraq geri itələdiyini bildirmişdir. Fayazı yalnız dayısı Ceyhun döymüş, Fayazı nə o, nə də başqa şəxs döyməmişdir. Dayısı Təqsirləndirilən şəxs ilə qonşu Zərərçəkmiş şəxs arasında dalaşmanın təxminən 20-25 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə, yəni əri Fayaz və 3 övladı ilə birlikdə yaşayır. X4 onun əridir. 2011-ci ildə rəsmi nigahla ailə qurmuşlar. Birgə evlilikdən 3 övladı, yəni 2 oğlan və bir qız övladı vardır. Heç bir yerdə işləmir. Əri Fayaz tutulanadək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “ARCİKO” şirkətində çilingər işləyirmiş. xx.xx.2022-ci il tarixdə axşam saatlarında uşaqları ilə birlikdə Ucar rayonuna yas məclisinə getmişdir. Fayaz isə evdə tək qalmışdır. Ancaq bir-biri ilə telefonda mütəmadi danışırmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 20-21 radələrində Fayaz ona zəng edərək danışmışdır. Söhbət əsnasında Fayaz ona evinin həyətinin giriş qapısının açıq olduğunu demişdir. O, da Fayaza həyətdə saxladıqları bir ədəd toyuğa baxmasını xahiş etmişdir. Fayaz onunla telefonda danışa-danışa həyətdə olan hinə baxıb toyuğun yerində olmadığını ona məlumat vermişdir. O, da Fayaza küçəyə çıxmasını, adətən toyuğun qonşu Xatirənin evinin qarşısında olan ağacın altında yatdığını demişdir. Daha sonra Fayazla sağollaşmışdır. Danışdıqdan sonra Fayaz arada bir neçə dəfə ona zəng etsə də yas mərasimi ilə bağlı iş gördüyü üçün zənglərinə cavab verə bilməmişdir. İşini bitirdikdən sonra saat təxminən 23 radələrində Fayaza zəng etmişdir. Fayazla danışarkən səsinin boğunuq olduğunu hiss etmişdir. O, Fayaza niyə belə danışdığını soruşduqda, Fayaz ona qonşu Ceyhunun bacısı oğlu Murad və dostu Urfanla birlikdə evə gələrək onu döydüklərini bildirmişdir. O, da səbəbini soruşduqda, Fayaz ona Ceyhunun azyaşlı qızı İncinin yaşadığı evin həyətində bir gözünü örtərək ağzına barmağını saldığına görə Ceyhun, bacısı oğlu Murad və dostu Urfan tərəfindən döyüldüyünü demişdir. O, da Fayaza niyə barmağını İncinin ağzına saldığını soruşduqda, Fayaz ona belə bir şey etmədiyini demişdir. Bundan sonra o, Fayaza inanmayaraq qonşu İncinin anası Xatirəyə zəng etmişdir. O. Xatirəyə telefonda əri Fayazı niyə döydüklərinin səbəbini soruşduqda, Xatirə ona “zəng elə ərindən soruş” sözlərini demişdir. O, da Xatirəyə əri Fayazdan bu barədə soruşduğunu, Fayaza inanmadığı üçün Xatirəyə zəng etdiyini bildirmişdir. Xatirə ona Fayazın yaşadığı evin həyətində qızı İncinin gözünü örtərək barmağını onun ağzına saldığını demişdir. O, da Xatirəyə Fayazın barmağını İncinin ağzına saldığının qəbahət olmadığını demişdir. Xatirə ona dediklərinin gülünc olduğunu və mənasız danışdığını bildirmişdir. O, Xatirəyə Fayazın onun qızı İnciyə yaxınlaşaraq sataşıb- sataşmadığını dedikdə, Xatirə ona Fayazın yanına getdiyini, Fayazdan qızı İnciyə qarşı hər hansı pis hərəkət etdiyini soruşduğunu, Fayazın da onun qızı İnciyə qarşı etdiyi hərəkətləri etiraf etdiyini demişdir. O, da Xatirəyə ola bilsin ki, Fayaz İncinin ağzını silərkən barmağını onun ağzına saldığını demişdir. Xatirə ilə sağollaşdıqdan sonra əri Fayaza yenidən zəng etmişdir. O, telefonda Fayaza təcili tibbi yardıma və polisə zəng edərək məlumat verməsini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında olduğu Ucar rayonundan Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə çatdıqda, əri Fayaz Semaşko deyilən xəstəxanada olduğu üçün onun yanma getmişdir. Sonradan Fayaz ona dedikdən sonra məlum olmuş ki, qonşu Təqsirləndirilən şəxs, bacısı oğlu Murad və dostu Urfan adlı şəxslər əri Fayazı döyərək onun arxa keçəcəyinə butulka yeritmişlər. Sonradan o, yaşadığı evə getdikdə evdə olan əşyaların dağıldığını, qabqacaqların sındığını, evdə qan ləkələrinin olduğunu, üzərində nəcis olan bir ədəd butulkanın olduğunu görmüşdür. Fayaz xəstəxanadan çıxdıqdan sonra o, dəfələrlə Fayazın anal dəliyini müalicə etdirmək istəsə də, Fayaz utandığından buna icazə verməmişdir. Əlavə olaraq bildirmişdir ki, Fayaz döyülərkən əynində olmuş paltarları o, evdə olduğu üçün yumuşdur. Onun, əri Fayazın qonşu Ceyhun, arvadı Xatirə ilə aralarında əvvəllər ədavət, düşmənçilik, mübahisə, qərəzli münasibətlər, bu kimi hadisə baş vermədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısı Şahid4 həyat yoldaşıdır. Onların 3 övladı vardır. xx.xx.2022-ci il tarixdə mərhum qardaşının il dönümü ilə əlaqədar Ucar rayonunda olmuşdur. Həmin vaxt bacısı Elnarə də övladları ilə yas mərasimi ilə bağlı Ucar rayonuna gəlmişdir. Fayaz isə işi ilə əlaqədar yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində yerləşən evində tək qalmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində bacısı qonşusu Xatirə adlı qadınla telefonda danışarkən Fayazın barmağını onun qızının ağzına saldığını dediyini eşitmişdir. O, bacısı Elnarəyə yaxınlaşmış və nə baş verdiyini soruşduqda Elnarə ona qonşusunun Fayazı döydüklərini demişdir. Səbəbini soruşduqda, Elnarə ona saxladığı toyuğun itdiyini, toyuğun qonşusu Xatirənin həyətində olduğunu, sonradan Xatirənin qızlarının həmin toyuğu gətirdiklərini, Fayazın da həmin toyuğu Xatirənin qızlarının əlindən alaraq hinə saldığını, qızların həyətdə olan balaca itlə oynadıqlarını, sonradan isə X2 ağzını sildiyini demişdir. Bundan sonra səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında bacısı Elnarəni Bakı şəhərinə yola salmışdır. O, isə yas mərasimi ilə əlaqədar rayonda qalmışdır. İiəmin gün səhər saatlarında Fayazın qonşusu Ceyhun ona zəng edərək Fayazın onun tərəfindən döyülməsi barədə şikayətini polisə hansı şəkildə verdiyini soruşmuş və qızı İncinin adının polisdə çəkilməməsini ona demişdir. O, da Ceyhuna Fayazın döyülməsi barədə polisə məlumat verdiyini və İncinin adını Fayazın çəkmədiyini bildirmişdir. Hətta Ceyhuna narahat olmamasını, qızı İncinin uşaq olduğunu, onun adının çəkilməməsini və Fayazın ona qarşı pis hərəkət etmədiyini demişdir. Ceyhunla danışığını bitirdikdən bir neçə dəqiqə sonra Ceyhunun qardaşı Emin ona zəng etmişdir. Emin ona telefonda Fayazla Ceyhunun səhv etdiklərini, onların bu barədə polisə niyə məlumat verdiklərini, bu məsələni öz aralarında həll edə biləcəyini demişdir. Sonradan o, Fayazın yanma xəstəxanaya getdikdə, Fayaz ona utanaraq qonşusu Ceyhun, bacısı oğlu Murad və dostu Urfanın onun arxa keçəcəyinə butulka yeritdiklərini demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası qərarına əsasən “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Pidiyi” Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli, 498 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Zərərçəkmiş şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Zərərçəkmiş şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi.
2. Zərərçəkmiş şəxs arxa keçəcəkdə və anal dəliyi ətrafında hər hansı bir dəyişiklik, xəsarət və ya xəsarət izi aşkar edilmədi.
3. Zərərçəkmiş şəxs burun sümüyünün birtərəfli yerdəyişməsiz sınığı, qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi müəyyən edildi. Bu xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şərait və tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizası qərarına əsasən “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Pidiyi” Publik Hüquqi şəxsindən alınmış 25 avqust 2022-ci il tarixli, 689 saylı ekspertiza rəyində göstərilmişdir ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Zərərçəkmiş şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Zərərçəkmiş şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi.
2. Zərərçəkmiş şəxs arxa keçəcəkdə və anal dəliyi ətrafında hər hansı bir dəyişiklik, xəsarət və ya xəsarət izi aşkar edilmədi.
3. Zərərçəkmiş şəxs burun sümüyünün birtərəfli yerdəyişməsiz sınığı, qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi müəyyən edildi. Bu xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şərait və tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir.
4. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində təqdim edilmiş maddi siibut-butulka ilə yetirilməyi uyğun xəsarət və dəyişikliyin obyektiv əlamətlərini xarakterizə edən görüntülər müəyyən edilmədi.Nəzərə almaq lazımdır ki, arxa keçəcəklə tək-tək cinsi əlaqə və ya uzunsov predmetin. ola mbilsin butulkanın bir dəfə yeridilməsi arxa keçəcək dəliyi nahiyəsində və düz bağırsaqda dayanıqlı dəyişikliklər törətmir.İmitasiya xarakterli fotogörüntiilər (fotoşəkillər) məhkəmə tibbi meyarlarla qiymətləndirilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş üzrə 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva