Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-131/2025 12.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-131/2025 saylı qərarı “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021 -ci ilin may ayının sonlarından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etdiyinə görə barəsində Abşeron Rayon Məhkəməsində cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X2 müharibə veteranı olması ilə bağlı ev növbəsinə yazacağını və növbədən kənar onu evlə təmin etdirəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2021 -ci ilin may ayından 2023-cü ilin yanvar ayının sonunadək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, «MühəndislikUniversiteti»-nin yaxınlığında, sonuncu dələ 2023-cü ilin yanvar ayının sonunda Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında yerləşən «Alişan» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə kart hesabına köçürülmüş 1500 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 17000 manat pulu ələ keçirib, zərərçəkmiş Çingiz Məhərrəmova həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Əvvəlki məhkəmə iclaslarında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, X4 onun kirvəsi və münasibətləri həmişə normal olmuşdur. 2020-ci ildə 2-ci qrup əlil kimi pensiya almış, və pensiyası kəsilmişdir. 2022-ci ildə Çingizə bu barədə bildirdikdə sonuncu ona bir nəfər tanışı olduğunu və ona bu barədə deyəcəyini və həmin şəxsin işi düzəldə biləcəyini demişdir. Ondan 7000 manat pul istəmiş, o, 5000 manat pulu olduğunu dedikdə Çingiz həmin məbləği alaraq sənədləri ilə birlikdə Nəsimi rayonu, M.Qaşqay kyüçəsində Nəsimi RPİ-nin binasının arxasında Çingizə vermişdir. Sonuncu da onun yanında kiminləsə danışaraq pulu ondan götürmüş, qalan 2000 manat pulu isə pensiya kartını aldıqdan sonra verəcəyini və həmin kartdan çıxılacağı bildirilmişdir. Üstündən bir həftə keçmiş Çingiz ondan 15.000 manat pul istəmiş və evinə sənəd alacağını, sonradan həmin evi ipotekaya qoyub onun pulunu qaytaracağını bildirmişdir. Belə olduqda ondan 10000 manat pulu Batumi kafesində götürmüş, üstündən 304 gün keçmiş Çingizə 2000 manat pulu borc vermişdir. Bundan sonrakı müddətdə Çingizə zəng vurub dəfələrlə pulunu istəmiş və pensiyasını düzəldib-düzəltməməsini soruşmuş, lakin Çingiz onun pensiyasını düzəltməmişdir. Sonradan Çingiz həmin pulları İsmayıl adlı şəxsə verdiyini və ala bilmədiyini ona demişdir. Bundan sonra Çingiz onun yanında İsmayıla zəng vurmuş və pul götürdüyü şəxsin onun yanında olduğunu və pulunu istədiyini demişdir. Sonradan İsmayıl onunla telefonda danışmış və pulları özü götürdüyünü, qaytarıb verəcəyini demişdir. Bundan sonra Çingiz İsmayılın mobil nömrəsini ona vermiş və İsmayıl da ona hissə-hissə 6500 manat pul vermişdir. Lakin pulu verməmişdən qabaq ona çek atılmış və o, bankdan maraqlandıqda həmin çekin saxta olduğunu bilmiş, sonradan İsmayılla telefonda danışdıqda sonuncu ona 15.000 manat pul vurulduğunu bildirmiş, 07 aprel 2023-cü il tarixdə Çingiz onu yığaraq İsmayılın onun üstünə adam göndərdiyini və şikayət etdirmək istədiyini demiş, sonradan ona olan borcdan Çingitz 1500 manat pul ödəmiş, həmin vaxt ona demişdir ki, qonşulardan pul yığaraq İsmayıla vermiş və sonuncu da onun pulunu ələ keçirmişdir. Təxminən 2 gün sonra o, Çingizin yaşadığı evin həyətində özünü asaraq intihar etdiyini bilmişdir. Götərmişdir ki, Çingizin ona 17000 manat pul borcu olmuş və həmin puldan da 8000 manatını ödəmiş, o, İsmayılı tanımamış və sonuncu ilə yalnız telefonda danışmışdır. Sonradan isə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödədiyini bildirərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 qismində ifadəsində göstərmişdir ki, X4 onun atası olmuşdur. Atası Çingiz 10 aprel 2023cü il tarixdə saat 07 radələrində yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar etmişdir. Bundan sonra rayon prokuroluğunun əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmiş və atasının cibindən yazdığı kağız çıxmış, həmin kağızda İsmayıl adlışəxsə əlilliyinin bərpa edilməsi üçün 17000 manat pul verdiyini, həmçinin Zəminə adlı qadına da 8500 manat pulu əlillər üçün nəzərdə tutulmuş ev növbəsindən növbəsiz ev alması üçün verdiyi yazılmış, buna baxmayaraq İsmayıl və Zəminə atasını aldatmış vəİsmayıl atasından aldığı pulun 5000 manatını qaytarsada, lakin 12000 manatını qaytarmamış və Zəminədə 8500 manat pulu qaytarmamışdır. Bu söhbətlər evdə gedəndə atası Çingizdən eşitmiş və dəfələrlə atası sonunculardan pullarını istəsədə atası aldadalaraq pulları qaytarılmamışdır. Onun tələbi Zəminə vəİsmayıl adlı şəxslərin atasını aldatdıqlarıüçiin barələrində qanuni tədbir görülməsindən ibarətdir. Göstərmişdir ki, atasının yanında olarkən İsmayıl atasına demişdir ki», sənin əliliyini bərpa edəcəm» və bu səbəbdən də atasından 17000 manat pul almışdır. Zəminəni isə atası ilə İsmayıl tanış edib, İsmayılın Zəminəyə 12000 manat pul verməsindən xəbəri yoxdur, yalnız 12000 manat puldan 2000 manatını İsmayıl onun kart hesabına atmışdır və sonuncunun hal hazırda onlara verəcəyi pulun məbləği 10.000 manatdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,10 aprel 2023-cii il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmovu tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə tanımış, onunla cəmi bir dəfə Nəsimi rayonu ərazisində yerləşən Batumi kafesində görüşmüşdür. O, tanışı Zəminə ilə kafedə oturan zaman sonuncunun tanışı Çingiz onlara yaxınlaşmış və birlikdə yemək yemişlər. Yemək əsnasında Çingiz Zəminəyə «Zəminə mənə kirayə ev tap, arvad-uşaq məni öldürür, qonşular pula görə üstümə gəlirlər, onlar da mənim yediyimi içdiyimi zəhər edirlər, elə olur parklarda gecələyirəm» demişdir. C) söhbət əsnasında Çingizə təsəlli verməyə çalışmış, Çingiz ondan da həmin görüş zamanı 10000 manat pul borc istəmiş, belə ki, Çingiz danışdıqca ağlamış, onun Çingizə yazığı gəlmişdir. Bu görüş təxzminən 2023-cü ilin fevral ayında baş vermişdir. Bundan sonra Çingizlə görüşməmiş və onunla əlaqə saxlamamış, sonradan Çingizin özüunü asaraq intihar etdiyini Zəminədən öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov həyat yoldaşı olmuşdur. Yoldaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Çingizlə 1884-cü ildə ailə həyatı qurmuş və birgə nigahdan iki övladı doğulmuşdur. 2006-cı ilədək Goranboy rayonunda yaşamışlar. Çingizin ailədaxili münasibətləri normal olmuş, ailəsinə qarşı qayğıkeş olmuşdur. Çinjiz əvvəllər Riyad Ticarət mərkəzində işləmiş və maddi vəziyyətləri normal olmuşdur. Çingiz ismayıl adlı şəxsə 17000 manat pul vermiş və İsmayıl da Çingizə əlilliyin bərpa edilməsində köməklik edəcəyini söz vermişdir. Çingizin əlilliyi bərpa edilmədiyi üçün İsmayıldan 5000 manatını geri almışdır. Çingiz qalan 12.000 manatı İsmayıldan istədikdə sonuncu həmin pulu verməyəcəyini bildirmişdir. 2022-ci ilin yaz ayında İsmayıl yaşadıqları evə gəlmiş, evdə İsmayılla Çingiz arasında pul məsələsinə görə söhbətləri olmuş və İsmayıl pulu qaytaracağına söz vermişdir. X17 pulunu qaytarmamış, 2023-cü ilin fevral ayında Çingiz Zəminə adlı qadına 20.500 manat pul vermiş, həmin şəxs Çingizə ev alacağında köməklik edəcəyini bildirmişdir. Zəminə Çingizə «Novruz bayramını təzə evində keçirəcəksən» demişdir. Lakin Çingizin bu işi də alınmamışdır. Bu minvalla Çingizin İsmayıldan və Zəminədən ümumilikdə 32.500 manat alacağı olmuşdur. Lakin son dövrə qədər Çingiz nə qədər cəhd etsə də onlardan həmin pulu ala bilmirdi. 09 aprel 2023-cü il tarixdə Çingiz evə gəlmiş, onun hərəkətlərində hər hansı qeyri adilik hiss etməmişdir. Belə ki, Çingiz onlarla söhbət etmiş və gülmüşdür. 10 aprel 2023-cü il tarixdə səhər saat 04 radələrində Çingiz ayılmış və ona «səhər məni tez oyadarsan işim var» dedi və siqaret çəkmək üçün evdən çıxmışdır. O, həmin vaxtı yuxulayıb yatmışdır. Səhər saat 07 radələrində yuxarıda ayıldıqda Çingizi yanında görməmişdir. Yataqdan qalxıb bayıra çıxdıqda Çingizi həyətdəki qoz ağacından asılmış vəziyyətdə görmüşdür. O, nərdivanı ağaca qoyub Çingizi xilas etmək istəsə də, nərdivan aşmış və o yerə yıxılmışdır. Bundan sonra özünü itirmiş və səs salıb uşaqları oyatmışdıir. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və təcili yardıma məlumat vermişlər. Həm də Çingizin qardaşlarına zəng edib bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra Çingizin qardaşları Afiq, Şükür və Şəmşir gəlmiş və köməkləşib Çingizi ipdən azad etmişlər. Həmin vaxtı evə təcili yardım briqadası gəlmiş və həkimlər yoldaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə səsə gəlmiş qonşular olmşdur. Bundan sonra oraya polis əməkdaşları və prokurorluq işçiləri gəlmişlər. Sonradan yoldaşının meyidi müayinə olunmuş və onlara təhvil verildiyindən onu Goranboy rayonuna aparıb Qaradağlı kəndində dəfn etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Xalıqverdi oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov onun qardaşı olmuşdur. Həm o və həm də qardaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşlar. Çingiz ailiəsi ilə birlikdə təxminən 20 il əvvəldən hadisənin baş verdiyi evdə yaşamağa başlamışdır. Çingizin ailə daxili münasibətləri normal olmuş və onun ailəsində hər hansı münaqişənin olduğunu görməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində qardaşı Afiq ona zəng etmiş və Elçinin, yəni Çingizin oğlunun ona zəng edərək atasının ağrıdığını və onlara getmək lazım olduğunu demişdir. O, bu zaman evdən çıxmış və qardaşı Afiqlə birlikdə Çingizgilin həyətinə getmişdir. Bu zaman qardaşı Çingizin həyətdəki qoz ağacından asıldığını görmüşdür. O, cəld qardaşına yaxınlaşmış və onun boğazındakı ipi açmış, həmin vaxtı oraya təcili yardım avtomobili gəlmiş və həkimlər qardaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə qardaşının ailə üzvləri və səsə gəlmiş qonşular olmuşdur. Əvvəllər qardaşı Çingizin özünə qəsd etməyə cəhd etməsi halları baş verməmiş, qardaşının heç kəsdən maddi və sairə formada asılılığı olmamışdır. Yalnız hadisədən sonra mərhum qardaşını Zəminə adlı qadın və İsmayıl adlı şəxsdən ümumilikdə 32000 manat alacağı olduğunu öyrənmişdir. Çingizin üstündə aşkar edilmiş kağız parçasında Zəminə adlı şəxsin onu işə düzəldəcəyinə söz verməsi və bunun müqabilində 8500 manat pul alması, daha sonra 12000 manat pulu ev növbəsinə salacağı ilə bağlı yazılar barədə hadisədən sonra məlumat almışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov onun qardaşı olmuşdur. Qardaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Çingiz ailiəsi ilə birlikdə təxminən 20 il əvvəldən hadisənin baş verdiyi evdə yaşamağa başlamışdır. Çingizin ailədaxili münasibətləri normal olmuş və sonuncunun ailəsində hər hansı münaqişənin olduğunu görməmişdir. 2022-ci ilin yay aylarında Çingiz ona «İsmayıl adlı şəxs var, o, mənə əlillik pensiyamı düzəltməkdə köməklik edəcək, 1500 manata ehtiyacım var» demişdir. O, bundan sonra qardaşına 1500 manat pul yardım etmişdir. Sonradan qardaşından işinin alınıb-alınmadığını soruşduqda ona hələ ki, işinin alınmadığını bildirmişdir. Sonradan 2023-cü ilin mart ayında Çingiz ona «ev növbəsinə yazılmışam, buna görə mənə 3500 manat pula ehtiyacım var» demişdir. O da sonuncuya həmin məbləği verib ona yardım etmişdir. 07 aprel 2023-cü il tarixdə qardaşı Çingizin evində olmuş, onunla söhbət zamanı heç bir qeyri-səmimilik hiss etməmişdir. Lakin qardaşının rəngi qaçdığı üçün ondan səbəbi barədə maraqlanmış, qardaşı isə cavab verə bilməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində Çingizin qardaşı Elçin mənə zəng etmiş və ona «əmi atam ağacdan asılı vəziyyətdədir, tez özünü çatdır» demişdir. Bundan sonra o qardaşıgilə getmiş və Çingizin həyətdəki qoz ağacından asıldığını görmüşdür. Həmin vaxtı qardaşı Afiq və Şəmşir köməkləşib ipi kəsmiş və Çingizi yerə uzatmışlar. Onun boğazındakı ipi açmış, həmin vaxtı oraya təcili yardım briqadası gəlmiş və həkimlər qardaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə qardaşının ailə üzvləri və səsə gəlmiş qonşular olmuşdur. Əvvəllər qardaşı Çingizin özünə qəsd etməyə cəhd etməsi halları baş verməmiş, qardaşının heç kəsdən maddi və sairə formada asılılığı olmamışdır. Yalnız hadisədən sonra məhrum qardaşını Zəminə adlı qadın və İsmayıl adlı şəxsdən ümumilikdə 32000 manat alacağı olduğunu öyrənmişdir. Çingizin üstündə aşkar edilmiş kağız parçasında Zəminə adlı şəxsin onu işə düzəldəcəyinə söz verməsi və bunun müqabilində 8500 manat pul alması, daha sonra 12000 manat pıılu ev növbəsinə salacağı ilə bağlı yazılar barədə hadisədən sonra məlumat almışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov onun qardaşı olmuşdur. Qardaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Çingiz ailiəsi ilə birlikdə təxminən 20 il əvvəldən hadisənin baş verdiyi evdə yaşamağa başlamışdır. Çingizin ailədaxili münasibətləri normal olmuş və onun ailəsində hər hansı münaqişənin olduğunu görməmişdir. 2023-cü ilin mart ayında Çingiz ona «ev növbəsinə yazılmışam, buna görə mənə 5000 manat pula ehtiyacım var» demişdir. Onun pulu olmadığı üçün sonuncuya yardım edə bilməmiş, qardaşı Çingizlə 2023-cü ilin mart ayında sonuncu dəfə görüşmüş, onlara qardaşı Şəmşirlə birlikdə getmişdir. Belə ki, sonuncunun oğlu İlkin xəstə olmuş, həmin vaxtı qardaşı özünü çox dilxor aparmış, qardaşı həmişə deyib gülən şəxs olmuşdur, bu görüşdə hər hansı qeyri adi hadisə baş verməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində Çingizin qardaşı Elçin qardaşı Şəmşirə zəng etmiş və ona «əmi atamın ürəyi tutub» demişdir. Bundan sonra o, evindən çıxmış və qardaşıgilə getmiş və qardaşı Çingizin həyətdəki qoz ağacından asıldığını görmüşdür. Həmin vaxtı o və qardaşı Şəmşir köməkləşib ipi kəsmiş və Çingizi yerə uzatmışlar. Onun boğazındakı ipi açmış, həmin vaxtı oraya təcili yardım avtomobili gəlmiş və həkimlər qardaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə qardaşının ailə üzvləri və səsə gəlmiş qonşular olmuşdur. Bundan sonra oraya polis əməkdaşları və prokurorluq işçiləri gəlmişlər. Sonradan qardaşının meyidi müayinə olunmuş və onlara təhvil verildiyindən Goranboy rayonuna aparıb Qaradağlı kəndində dəfn etmişlər. Əvvəllər qardaşı Çingizin özünə qəsd etməyə cəhd etməsi halları baş verməmiş, qardaşının heç kəsdən maddi və sairə formada asılılığı olmamışdır. Yalnız hadisədən sonra məhrum qardaşını Zəminə adlı qadın və İsmayıl adlı şəxsdən ümumilikdə 32000 manat alacağı olduğunu öyrənmişdir. Çingizin üstündə aşkar edilmiş kağız parçasında Zəminə adlı şəxsin onu işə düzəldəcəyinə söz verməsi və bunun müqabilində 8500 manat pul alması, daha sonra 12000 manat pulu ev növbəsinə salacağı ilə bağlı yazılar barədə hadisədən sonra məlumat almışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY- nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında xx.xx.2023-cü il tarixdə vəsatət qaldırılmışdır. xx.xx.2023-cü il tarixli vəsatət əsasında Abşeron rayon Məhkəməsinə təqdimat verilmiş, lakin Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-131/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə özünü təqsir bilir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Səidə Abbasqulu qızı tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən digər cinayət işi üzrə törədilmiş cinayət əməlinə görə CM-in 182.2.2-ci maddəsi ilə cinayət işinin istintaqı baxılması üçün ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Abşeron Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlini törətməsinə görə CM-in 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1. 12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1- ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.12-ci bəndinə görə qadınlar barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 5.1-ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə müdafiə tərəfinin ərizəsini və dövlət ittihamçısının təklifini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.12 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi X11 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən iştirak etdiyi 05 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12 və 5.1ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi X11 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən iştirak etdiyi 05 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-131/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-131/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver